Страницы

19.06.2015

Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər

Firudin Gilar Bəg

(Məqalə, qədim fəlsəfi mənbə oxumuş insanlar üçündür)

Qədim dünyanın ən sirli obrazlarından biri də Adəm və Həvva obrazlarıdır. Qəbul olunmuşdur ki, Adəm ilk kişi, Həvva isə ilk qadındır. Tövrata görə Allah, ilk kişi və qadını - öz bənzəri və obrazı kimi, «Dünya»nın yaradılışının altıncı günü yaratdı və ona hər şey üzərində ağalıq verdi. Bu kitabda, Allah «Dünya»nı yeddi günə yaratdıqdan sonra, insanın yaradılışına qədər nə ot, nə kol, nə ağac, nə yağışın olmadığı vurğulanır ki, bu da ən sadə məntiqlə düz gəlmir. Çünki insanın, heyvanların yaradılışına qədər dünyada flora və yağış olmasaydı, yerdə həyat ola bilməzdi. Deməli, burada söhbət bizim yaşadığımız fiziki dünyadan yox, qədim Misir yazılarında geniş təsvir olunan göydəki ruhlar dünyasının yaradılışından gedir. Bu yaradılışı anlamaq üçünsə biz, qədim Misirin Gel şəhəri kahinlərinin məntiqinə və onların davamçıları olan Gel (Gelati-Şiə) sufilərinin Batin elminə müraciət etməliyik.
«Dünya»nın yaradılışının Geliopol (Gel şəhəri) variantına görə, göydəki ruhlar dünyası bir-birini əvəzləyən yaranışlardan törəmişdir. İlkin Nun sularının ortasındakı təpəyə Atum Allahı yüksəlir və öz-özündən Şu və Tefnut cütlüyünü yaradır. Bunlardan ikinci cütlük olan – Qeb və Nut, yəni Yer və Göy yaranır. Şu özü qalxaraq Nut göyünü başı üzərinə qaldırır və Qeb torpağından ayırır. Qeb və Nut cütlüyü öz növbəsində Osiris (Oziri), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum adlanan “Enneadanın böyük doqquz Allahı” yaranır ki, türk yazılarında bu “Tuquzquz”, yəni “doqquz oğuz” kimi qeyd olunur. Burada Atum dedikdə, insan formasında olan  bir nəfər (firon Amon) nəzərdə tutulur və o, bütün bu yaradılışı - öz beynindəki təsəvvürü, qurban və magik rituallar vasitəsi ilə yaratmışdır. Bu yaradılışa mən “Batini-Quran” kitabında geniş izah vermişəm.  Deməli, mənbələrdə “cənnət” adlandırılan göydəki ruhlar dünyası - Atum adlanan nəhəng insan kimi təsəvvür olunmalıdır.
Dövrümüzün məşhur alimi Devid Rolun gəldiyi qənaətə görə, qədim Misir yazılarındakı Atum adı sonradan Adəm kimi yazıldı (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 441). Belə çıxır ki, bizim Adəm adlandırdığımız ilk insan əslində kosmik insandır və göydəki Qeyb, yəni Qeb torpağı (cənnəti) da onun bədənində yerləşir. Tövrata görə, “İlk insan yarananda dünyanın o başından bu başına qədər olmuşdu” və yalnız günah işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltmişdir (Библ. Втор.,4:32)]. Sufi batinilərdə də Adəm – kosmik insandır ki, Mühiddin ibn Ərəbiyə görə, o öz-özünü: ilkin materiyanın simvolu rəmzində olan insanın - güzgüdə özünə baxması “vasitəsilə” yaradılmışdır. İbn Ərəbi Adəmi - Haq, yəni Allah adlandırır ki, qədim Misirdə Haq/Heka rəmzi – iki dünyanın, yəni yerdəki fiziki və göydəki dünyanın sahibi olan Asar/Osiris Allahına aid edilirdi. Fəzlullah Astarabadinin “Cavidannamə” kitabına görə də, Beytül-Müqəddəs, Darüs-Səlam və Kəbə - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya”, “El” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Digər məşhur sufi Əl-Qəzaliyə görə də Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. Şumer, Mesopotamiya mənbələrində bu nəhəng insan Luqal adlanırdı və sufizmdə bu rəmz “Allah” (LuqAl/İlah-El/El-İlah/Allah) rəmzi ilə eyni mənalıdır. Əflatunun, Xorenatsinin əsərlərində, induizm və s. mənbələrində də kosmik insanın bədəni - dövlət, yəni öz qanunları olan göy ölkəsi kimi təsvir edilir (Г.М.Бонгард-Левин, Г.Ф.Ильин, «Индия в древности», М., 1985, səh. 563). Mən bu haqda – “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmdə yazmışam (http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html). Yazdıqlarımdan belə çıxır ki, Adəm – bədənində ruhlar ölkəsi yaradılmış Allahdır.
Yəhudi mənbələrində “Adəm” [DM] rəmzi - həm şəhər və həm də şəxsiyyət mənasını verən Edom [DM] kimi yazılır və “qırmızı torpaq” anlamını verir. Tövratdan bilirik ki, Allah Adəm üçün şərqdə Edem [DM] cənnəti yaratmışdır. İsay (Yeşay) peyğəmbərə görə, Yəhva Allahı onu öz qüdrəti ilə səhrada var etmişdır (Библ., Исаия, 41:19, 51:13). Burada, bu cənnət torpağı - Xanaan, Hett, Amorey, Ferezey, İevus və s. torpağı adlanır ki, orada süd və bal çayı axır (Библ. Исх., 3:8,17, 33:3). Quranda süd və bal çayı ilə əlaqədar bildirilir ki, mömin adamlar üçün o dünyada şərab çayı, bal kimi təmiz çaylar axır, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Burada dadı dəyişməyən süd gölü var. Möminlər üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar (Quran, 47:15-17). Belə çıxır ki, qırmızı torpaq, Allahın öz qüdrəti ilə ilkin materiyada yaratdığı Edom, yəni Atum/Adəm torpağıdır və bu qırmızı torpaq elə - Xanaan, yəni hunların, hett, yəni quti/xudaların, amorey, yəni mar/midiyalıların və s. torpaqlarıdır.
Digər tərəfdən, qədim Misir yazılarına görə Misir ölkəsi də – “qara” və “qırmızı” torpaqdan ibarət olmuşdur ki, burada “qara torpaq” - qumluq səhra olan “qırmızı torpağ”ın əksi kimi göstərilir (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 171, 711). Firon isə mənbələrdə “qara” və “qırmızı” torpağın hökmranı adlandırılır və bunlar – “iki torpaq”, “iki sahil” mənasında Aşağı və Yuxarı Misirə ayrılırlar. Bu isə o deməkdir ki, iki torpaq, yəni Aşağı və Yuxarı Misir deyəndə, yerdəki fiziki və göydəki ruhlar ölkələri başa düşülməlidir.
Qədim Suriyanın Uqarit şəhərinin xarabalığında tapılmış xanaan mətnlərində Adəm - Uqaritin baş Allahı olan El Allahı ilə assosiasiya olunur ki, El də bildiyimiz kimi Tövratda Allahın ilk adlarından biridir (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 226). Tövratda, Allahın “Dünya”nı yaratması prosesi zamanı, adı məhz El, Elah, Elohim kimi keçir ki, bunlar da məna etibarilə eyni fikri bildirirlər. Sufizmdə Elah – İlahi deməkdir və bu rəmz yer kürəsini əhatə edən ilkin materiyanı, ilahi odu bildirir. Sufilərin “Hu” adlandırdıqları bu ünsür – bütün yaradılışın əsasını, mayasını təşkil edir. Deməli, Allah “Dünya”nı – bütün yaradılışa həyat vermiş ilkin materiyadan və onun öz daxilində (göydə) var etmişdir.
Digər tərəfdən, belə qənaətə gəlmək olar ki, Edom/Adəm obrazı elə El Allahının özüdür və o (firon Amon) “Dünya”nı öz simasında (formasında) yaratmışdır. Misir mətnlərinin birində firon/pir Amon haqqında deyilir: “Ən birinci yaranan və mənası heç kəs tərəfindən dərk edilməyən Amon. Ondan qabaq və onunla bir vaxtda heç bir Allah olmamışdır ki, onun (ilkin) obrazı haqqında danışsın. Onun, ona ad verməli olan nə anası, nə də “O mənimdir” deyə bilən atası olmuşdur. O öz yumurtasını, öz gözəlliyini yaratmışdır və doğuluşunda da sirlidir. O, öz-özünü yaratmış İlahi Allahdır. Bütün Allahlar, (yalnız) o öz-özünə həyat verəndən sonra əmələ gəlmişlər” (Б. А. Тураев, «История древнего востока», Л., 1935, том I, səh. 329-330). Deməli, ilkin təpənin başında durmuş pir Amon magiya vasitəsi ilə öz obrazını göydə Allah kimi yaratmışdır. Eyni zamanda, Onun öz qüdrəti ilə göydə yaratdığı el-oba – elə Öz obrazının, yəni Atum/Adəmin bədənində yerləşir. El rəmzi ilə eyni mənalı olan Al rəmzi dilimizdə indi də “qırmızı” deməkdir və türkmənlərdə bu rəmz - uca, qüdrətli, güclü, əzəmətli mənasında da işlənir. Belə çıxır ki, bədənində cənnət yaradılmış Adəm/Atum Allahı elə yəhudilərin “Dünya”nı yaradan El Allahıdır və bu obrazlar pir Amonun obrazlarıdır. Qədim Misir yazılarında  cənnət – Yalu (Yaru) çöllərində yerləşir ki, bu rəmz də El rəmzi ilə eyni mənalıdır.
Adəm rəmzi ilə eyni mənalı Edem rəmzi - yəhudilərdə Eden [DN], ərəblərdə isə Ədn [DN] cənnəti kimi keçir və bu rəmzlər “Din” [DN] sözü ilə eyni mənalıdır. Quranda Ədn cənnəti haqda yazılır: “Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…” (Quran, 9:72, 98:8). Mühiddin İbn Ərəbiyə görə də, İslam dini elə Göydə yaradılmış dünya mənasındadır ki, məhz onu qəbul edən insanın ruhu o dünyada xoşbəxt həyat sürür. İbn Ərəbi “din” sözünü – “əlif” və “lam” əsələri ilə, yəni Əl/El kimi qeyd edir ki, bu da yəhudilərin El Allahı mənasındadır. Onun yazdığına görə, “Allahda olan İslam dininə” tabe olanlar Ədn/Din cənnətinə düşürlər (Ибн Араби, “Геммы мудрости”, böl.8). Eyni fikirlər Quranda da xüsusi nəzərə çatdırılır (Quran, 3:85,102, 12:101). İbn Ərəbiyə görə, Allah əsl müsəlmanı öldürmür, onun ruhunu qəbul edib, göydəki cənnətdə ona yer verir və o göy dünyasında əbədi xoşbəxtlik qazanır. İbn Ərəbi bu cənnəti, Azər oğlu İbrahim peyğəmbərin atıldığı İlahi oddan yaranmış cənnət kimi təsvir edir (Ибн Араби, “Геммы мудрости”, böl.18). Bu isə o deməkdir ki, islamda da cənnət Allahın bədənində yerləşir və biz Allahu-Əkbər deyəndə - kəbir, yəni nəhəng insan Adəmi Allah kimi qəbul edirik. Sufi-batinilər bu nəhəng insan – “Kamil İnsan”, “Kamil Tamm” və s. kimi qeyd olunur. Müqəddəslər nəsli isə bu Kamil İnsanın kütləvi tipidir, yəni onun obrazı və bənzəri kimi yaradılmışlar.
Biz aydınlaşdırdıq ki, Adəm adi insan yox, Allah mənasında olan ilk kosmik insandır. Tövratda, dünyanın yaradılışının altıncı günü yaradılmış və hər şey üzərində ağalıq etmək qabiliyyəti verilmiş insan qeyd olunanda, orada kişi və qadın xüsusi nəzərə çardırılır ki, bu da ilk yaradılmış Adəmin özündə iki cinsi birləşdirməsi mənasındadır. Burada, Adəmin bədənindəki ruhlar dünyası onun qadın tərəfi, Adəmi idarə edən pir Amonun ruhu, təfəkkürü isə kişi tərəfi mənasındadır.
Tövrata görə Allah, “Dünya”nın yaradlılışını altı günə qurtarıb, yeddinci gün yatır. Burada Allahın yeddici gün yatması eyni zamanda ölümü mənasını da verir. Bundan sonrakı hadisələri qeyd etmək üçünsə, Tövrat, Allah sözünü El/Elah/Elohim kimi yox, “Yahve Elohim” kimi yazır ki, bu da “Yahve” rəmzinin Allahın yeddinci gün yatması-ölümü ilə bağlıdır. Qədim Misir mənbələrində Osirisə həsr olunmuş günlərdən biri haqda deyilir: “Bu gün insanların və Allahların, Yerin və Göyün şənlənmə və sevinc günü idi, çünki “Allah gözəl tabutda yatdı” ki, sonradan yuxudan oyanıb Feniks quşu kimi Göyə uçsun” (Б. А. Тураев, “История Древнего Востока”, Л. 1935. cild 2, səh. 225). Sinuxetin nağılında isə nəzərə çatdırılır ki, - Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci günü, Aşağı və Yuxarı Misirin şahı Sexotepibre Göyə ucaldı və Günəş diski ilə birləşdi, “İlahi bədən”, onu yaradana qovuşdu («Сказки и повести Древнего Египта», Л., 1979, səh. 9). Quran bu hadisə - Rəhman (Ra-Amon) Allahın yeri, göyü yaradandan sonra öz taxtında qərara tutması və ərşə hakim olması kimi qeyd olunur (Quran 2:29, 13:2, 20:5). Deməli, “Dünya”nın yaradılışından və pir Amonun ölümündən (yatmasından) sonra, firon Amonun ruhu göyə qalxaraq, əvvəlcədən göydə yaratdığı Ra günəş diski ilə birləşmiş və bununla da Atum/Adəm canlanmışdır. Amonun ruhunun göyə qalxması və Adəmin bədəninə köçməsi, Tövratda – “buxar yer üzündən qalxması və yer üzünü sulaması” kimi rəmzləndirilir ki, məhz bundan sonra Allah, Adəmin üzünə həyat nəfəsi üfürüb, onu canlandırır (Библ, Быт., 2:6,7). Buradakı ayənin bir neçə batini mənası var ki, əsas məna da məhz pir Amonun ruhunun Adəmin bədəninə köçməsi və Adəmin canlı varlığa – Allaha çevrilməsidir. Bu haqda mən – “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə geniş izah vermişəm (sayt: http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html). Tövrata görə, bundan sonra Allah şərqdəki Edemdə cənnət yaradıb, insanı ora yerləşdirir. Başqa sözlə desək, məhz pir Amonun ruhunun Adəmə köçməsindən və Adəmin canlanmasından sonra, onun bədənində cənnət - ruhlar ölkəsi də canlanır. Tövratda bu canlanma müxtəlif ağacların yaranması, çayların axmağa başlaması və s. kimi rəmzləndirilir ki, buradakı ağac – “Dünya” və ya “Həyat” ağacı,  “çay”lar isə - dirilik suyunun axdığı çaylar mənasındadır.
Bütün bu yaradılışlardan sonra Allah Adəmə köməkçi yaratmaq istəyir və onu yuxuya verib, qabırğasından birini çıxarır və ondan bir qadın yaradır. Tövratda Adəmin arvadının adı, onun günah işlədib, “yaxşı-pisi dərk etmə ağacı”ndan meyvə yeməsinə qədər olmur. Qadın günah işlətdikdən sonra Adəm onu Həvva adlandırır və bundan sonra Allah Adəmi cənnətdən qovur. Bütün bu rəmzlər təbii ki, Allahın çox dərin mənalı sirləridir və adi insanlar üçün nəzərdə tutulmamışdır. Məhz adi insanların bunları anlamasının qarşısını almaq üçün Allah onlara “yaxşı-pisi dərk etmə ağacı”ndan meyvə yeməsini qadağan etmişdi. “Yaxşı-pisi dərk etmə ağacı” rəmzi məhz insanların – Allahın “Dünya”nı yaratması prosesini dərk etməsi mənasındadır ki, bu da Batin elmidir. Allahın qoyduğu qadağa da insanların bu elmdən istifadə edib, digər şeylər yaratmasının qarşısını alması ilə bağlıdır.
Həvva rəmzinin nə demək olduğunu anlamaq üçün Batin (Ledun) elminə müraciət etmək lazımdır. Həvva və ya Yeva adları əsasən bir rəmz – “V” samitindən ibarətdir. Həvva adındakı “H” rəmzi ilkin materiyanın rəmzidir və o yalnız ekstatik durumda görünür. Buna görə də “H” rəmzi bəzən yazılır, bəzən də yazılmır. Batinilikdə və qədim Misir fəlsəfəsində “V” və onunla eyni mənalı olan “B” rəmzi – “Allah ruhu” fikrini ifadə edirdi ki, bu da ekstatik vəziyyətdə ilkin materiyaya daxil olaraq, onunla vəhdətə nail olmuş insanın (Amonun) ruhunu bildirirdi. Qədim yazılara görə, pirin Ba ruhu Ab adlanan ürəkdə yerləşirdi (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 408). Firon öləndə, onun Ba ruhu Ab ürəyindən çıxaraq göyə qalxır və burada metamorfozaya uğrayıb, Ba/Benu quşuna çevrilərək, Adəmin bədənindəki Qeyb aləmində ölümsüzlük qazanırdı.
Sufizmdə Ba ruhunun Hu ilkin materiya ilə vəhdəti “Ba-Hu” adlanır ki, bu da Bəqa səviyyəsini bildirir. Qədim Misir yazılarında Bəqa/Boq [BQ] rəmzi Qeb [QB] kimi də yazılırdı və bu da Bəqa səviyyəsində göydə yaradılmış Qeyb aləmi deməkdir. Qeyb/Qeb aləmi Atum Allahının bədənində olduğu üçün yəhudi mənbələrində İeqova (Ya-Qeb), yəni Qeb/Qeyb rəmzi də Allah mənasını verirdi. Yahve [Y-HV] rəmzi də İeqova/Həvva [QV/HVV] rəmzi kimi Qeb və Baq rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, yəhudilərin Yahve Allahı elə rus və iranlıların Boq/Baqa Allahıdır. Türklər isə məhz bu Yahve/Boq Allahını Bəg adlandırırlar. Qədim İran mənbələrində bəglər adətən farbaq və ya farnbaq kimi qeyd olunurlar ki, bu da pirbəg və fironbəg deməkdir (М. Бойс, «Зороастрийцы», М., 1987, səh. 150). Belə çıxır ki, yəhudilərin, iranlıların, rusların və s. xalqların Allahları - qədim Misirdə pirao, yəni pir adlandırılan və “Böyük Ev” mənasını verən türk Bəgidir. Buradakı ev də, Bəqa səviyyəsində göydə yaradılan Qeb/Qeyb aləmi mənasında Adəmin bədənini bildirir. Deməli, “Adəmin arvadı Həvva” dedikdə, batini mənada - Allahın yerdəki qulları sayılan firon-bəglər nəzərdə tutulmalıdır. Qədim Misir yazılarında ölkə başçısı Xeka/Xak (Xaqan), yəni Haq – Allah, onun qulları isə baka/bəqa adlanır ki, bu da bəg deməkdir («История Древнего Востока», М.,1988, том II, səh. 338). Buradan isə belə nəticə çıxarmaq olar ki, Tövrat kitabında adi insanların yox, qədim Misir Allahlarının, pirlərinin, bəglərinin yaradılması qeyd olunub və Adəm, Həvva dedikdə də Allah və onun yerdəki müqəddəsləri olan bəglər nəzərdə tutulmalıdır.
Bəg rəmzi mənbələrdə “yabqu” (Ya Bəg) formasında karluk şahlarının titulu sayılırdı. Kaşqari, türk dünyasının şərqində yerləşən Yabaku tayfasından söz açır ki, Çin və digər mənbələrində bu tayfa – xallux, qolelu, kololu və s. adlanırdı. Mənbələrə görə, şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və qelolu tayfasını karluk hesab edirdilər (L. Qumilyov, “Qədim türklər”, B., 1993, səh. 100, 473). Sufizmdə karluk rəmzi, türklərin ölüm şahlığının xaqanı olan “Erlik” (Gelar) rəmzi ilə eynidir və altayların inamına görə Erlik (Cəlair) insanlara şamanlığı və qamlamanı öyrətmişdir. Yazılanlara görə, Talas (Talış) şəhəri onunla tanınmışdır ki, karlukların Yabqusu (bəgi) burada yaşamış və burada da “Altayın hökmranı” elan olunmuşdur (orada, səh. 428). Karluk rəmzi sufizmdə həm Qor-İlah, yəni Qor Allahı mənasını verir və həm də Herakl/Gelark rəmzləri ilə eyni mənalıdır. Qolelu/kololu rəmzlərinin – “İlahla vəhdət”, “Allaha qovuşmaq” və s. mənalarını verən “xulul” (xəlil) rəmzi ilə eyniliyi onu deməyə əsas verir ki, karluklar – sufi silsiləsinin bəqa səviyyəsinə yüksəlmiş və İlahla vəhdətə nail olmuş pir Amonun nəslidir. Buradakı Altay [LTY] rəmzi isə, sufizmdə “Ya Tala” [LTY] mənasında “Ya Ata Eli” fikrini ifadə edir. Ata (Teo/Dia) rəmzi qədim fəlsəfədə yaradıcı Allah mənasında işlənmişdir və Tala dedildə də “Allah Eli” fikri nəzərdə tutulmalıdır. Deməli, Altay deyəndə, “Allah Talanın eli” təsəvvür olunmalıdır ki, bu rəmzdən yaranmış Talas rəmzi də “Allah ruhu” fikrini bildirir.
Rəvayətə görə, Xallux – Tuquzquz (Doqquz-Oğuz) ölkəsinə keçəndən sonra Yabaku, onun tayfası isə Yabaqu-xallux adlanmağa başlandı (В. В. Бартольд, «Сочинения», том VIII, М., 1973, səh. 42). Doqquz-Oğuz rəmzi qədim Misir yazılarında “Enneadanın doqquz Allahı” mənasında Atum Allahını bildirir. Oğuz rəmzi isə qədim Misirdə “KZ” kimi yazılaraq – “həyat enerjisi” mənasında ilkin materiyanı (yunan. Xaos) bildirirdi. Deməli, Xalluxun Doqquz-Oğuz ölkəsinə keçməsi, pir Amonun ruhunun Atun Allahının-Adəmin bədəninə köçməsi və onu canlandırması mənasındadır. İbn Xordadbehin yazıdığına görə, Tuquzquz (Doqquz-Oğuz) şahının, hündürlükdə qurulmuş və yüz nəfər tutan qızıl çadırı olmuşdur (Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 129, 131). Bu isə o deməkdir ki, göydəki Qeyb aləminin yerləşdiyi Adəmin bədəni burada – “hündürlükdə qurulmuş çadır” kimi rəmzləndirilmişdir. Tövratda bu çadır – “Vəhy çadırı” adlanır və onu Musa peyğəmbər, göydən gətirdiyi İlahi oddan yaratmışdır. Oğuznamədə isə Oğuzun “Muz” dağında qurduğu bu çadıra göydən işıqla bir qız düşmüş və Oğuz bu qızla evlənmişdir.
Araşdırıcı alim S. P. Tolstov yazır ki, Oğuzun “kişi stixiyası” - ünsürü (birinci arvadı) və “su stixiyası” (ikinci arvadı) ilə izdivacından Kainat yaranmışdır (M. Seyidov, “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, B., 1983, səh. 26). Rəvayətlərdə də Oğuzun bilavasitə göylərlə bağlı olması, onun – sufilərin “Hu” adlandırdığı ilkin materiyanın rəmzi olması deməkdir. İnsan ruhunun bu ünsürlə vəhdəti isə xulul (qolelu) adlanır ki, Xallux rəmzi də bu mənada Xəlil və Allah, yəni “ilkin materiya ilə vəhdət təşkil edən insan-Allah” deməkdir. Buradan isə belə nəticə çıxarmaq olar ki, Yabaqu-Xallux, yəni Bəg-Xəlil nəsli – qədim Misirin Qor fironlarının nəslidir. Oğuz ölkəsinə başçılıq edən yabqu - Kulerkin [KLRKN] adlanır ki, erməni mənbələrində bu rəmz Gelarküni (GLRKN) kimi qeyd edilir (F. Sümər, “Oğuzlar”, B.,1992, səh. 72). Bu isə onu deməyə əsas verir ki, Adəmin arvadı Həvva dedikdə, Allahın yerdəki nəsli olan Gel elinin sufi müqəddəsləri nəzərdə tutulmalıdır.
Sufizmdə bütün sufi müqəddəsləri - Allahın yerdəki “yarı”, “sevgilisi”, “dostu” hesab edilir. Burada, tərikə yolunu gedən mürid, “fəna” fazasına (fəna fiş-şeyx) qədəm qoyduqda, kamil iradəsi (iradat) və məhəbbətinə (eşq) görə ustadına, yəni Allaha tam cəzb olunur. O, (sufinin ruhu) Allahla iradələrinin (istəklərinin) birləşməsinə görə, Allahın varlığında yox olur və hər yerdə ancaq onu görür. Sufilərdə “sevgili” dedikdə - Allahı, Məhəmməd peyğəmbəri sevmək, onlara böyük məhəbbət başa düşülür. Sufilərin çoxu özlərini “sevgili” (mühibb, aşiq) və ya “yar”, “dost” adlandırırdılar. Ustada, yəni Allaha bu qeyri iradi sevgi – sufilərdə İlahi vergi sayılan ürəklə (“dəl”) bağlıdır və ustad çox vaxt “ürək dostu” (“sahibdil”, “əhli-dil”) və s. də adlandırılır. Deməli, pir Amonun törəmələri olan sufi pirləri – yerdə Amon Allahının sevgilisi, yarı, arvadı obrazlarındadırlar.
İlah, yəni ilkin materiya hər şeyi yaradan, “doğan” olduğu üçün, qədim müdriklər onu qadın rəmzi kimi qəbul etmişlər. Ruh da ilkin materiyanın bir “damlası”dır və buna görə, o da qadın rəmzi kimi qəbul edilmişdir. Naq Xammadidə tapılmış kitabxanadakı “Ruhun təfsiri” əsərində bu xüsusi vurğulanır. Bütün müqəddəslər Allahın Ba ruhunu daşıdıqlarına görə, yəni onlar “fəna” və “bəqa” səviyyəli doğulduqları üçün, mənbələrdə qadın kimi də qeyd olunurlar. Qurana görə də peyğəmbərlər nəsli - qadın rəmzi kimi rəmzləndirilmiş mələk nəslidir. Adəmin ilkin materiyadan, yəni nurdan yaradılmasını nəzərə alsaq, razılaşarıq ki, onun qabırğasından Həvvanın yaradılması -  müqəddəslər nəslinin də, dirilik suyu mənasında olan ilahi nurdan yaradılması deməkdir. Azərbaycan seyid-pirlər bu gün də iddia edirlər, onlar adi insan deyillər. Çünki Allahın nurundan yaradılmışlar.
İran mənbələrində qadın rəmzi ilə bağlı olan sufi pirləri “qadına bənzər” enareylər adlandırılırdılar. Kahin xalatları geyən bu müqəddəslər mənbələrdə professional skif/sak kahinləri hesab olunurdu. İsrailin Levit qolu ilə eyni xüsusiyyətdə olan enareylər mənbələrdə ayrıca tayfa kimi göstərilir. Adi insanlar, əlahiddə qüdrətə sahib olan bu şahlar nəslinin törəmələrindən çox qorxurdu. Onların qadına bənzərliyi isə, dini qanunların tələbinə uyğunluğu ilə əsaslandırılırdı (Энареи – скифские жрецы, http://ts-mysli.narod.ru/enarei.html). Maraqlı haldır ki, bu gün də seyid-peyğəmbər nəslində doğulan kişilərin içində ombası, tazı böyük olanlara rast gəlinir ki, qadına bənzərlik də məhz bu mənadadır. Skiflər özləri bu qadına bənzər kahinləri amazonkalar adlandırıdı. Herodot (IV/110) isə amazonkaları – “eor-pati” kimi qeyd edir ki, onların kimliyini təyin etmək üçün bu rəmzinin açılışı kifayətdir.
Qədim Misir yazılarında “eor-pati” adı – “iri-pati” kimi keçir. D. Rolun yazdığına görə, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar “iri-pati” [R-PT] adlanırdı ki, bu da “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində artıq Qorla assosiasiya olunurdu və bu şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəslə, yəni Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.388, 389). Əgər biz nəzərə alsaq ki, “iri-pati” [R-PT] rəmzi “eor-pati” [R-PT] rəmzi ilə eynidir, razılaşarıq ki, amazonka deyəndə, Yapet/Yafət əsilli olan Misir fironları nəzərdə tutulmalıdır. İri-pati rəmzi sufizmdə Ər-Yafət mənasını verir və erməni mənbələrində bu rəmz Yafət-Aran kimi qeyd olunaraq, Sisaka/Sisakan nəsli olan Gel elinə (Gelarküni) aid edilir. Deməli, “eor-pati”, yəni Yafət-Ərən nəsli bilavasitə Amon Allahının yerdəki törəmələri olan pirlər – fironbəglər nəslidir ki, mənbələrdə onlar Oziri Allahının, yəni Azərin nəsli sayılırlar.
Yustin bildirir ki, amazonkalar albanlarla qonşuluqda yaşayırlar (Yustin, XLII:3/7). Pompey Mela Amazon adını – Qafqaz dağının adı kimi çəkir. Strabona görə isə, amazonkalar Albaniyanın üstündəki dağlarda yaşayırlar (Strabon, XI:5/1). Mənbələrdən bilirik ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Bu isə o deməkdir ki, amazonka adlandırdığımız müqəddəslər nəsli - qədim Albaniya, indi isə Azərbaycan ərazisi göylərində qərar tutmuş Adəmin – Allahın yerdəki “sevgililəridir”. Tövratda, Allah öz seçilmiş Levit nəslinə deyir: “Mənim qarşımda müqəddəs olun, çünki Mən müqəddəs Allaham və Mən sizi digər xalqlardan ayırdım ki, mənim olasınız” (Библия, Лев. 20:26). Ərazi kimi isə Allah Qalaadı – “Mənim Qalaadım” adlandırır ki, bu da Allahın sevgililəri olan Levitlərin Qalaadda – Gel elində yaşamaları deməkdir.
İslamda Allahın sevililəri Əlhi-Beyt adlandırılır ki, bu da Allah Evində - Əl-Beytdə yaşayanlar deməkdir. Sufizmdə Əl-Beyt [LBT] rəmzi Levit [LVT] rəmzi ilə eyni mənalıdır. Allahın müqəddəs torpağı olan Qalaad isə İslamda ifrat batini şiələrin yurdu olan Gelat elidir. Gelat/Qalaad rəmzi Quranda Xüld kimi qeyd olunur və Adəmin bədənində yaradılmış cənnət də burada “Xüld cənnəti” adlandırılır (Quran, 25:15). Bu isə o deməkdir ki, Həvva nəsli - sufi pirlərinin Gelat-Gel ərənlərinin nəslidir.
Gel/Gelat rəmzi ən qədim mənbələrdə Gilqameş və Heraklla bağlı qeyd olunur. Herodota (IV/8) görə, Herakl, Gerionun öküzlərini qovaraq Gileyaya (Gel) gəlir və burada itirilmiş atlarına görə, yarıilan-yarıqadın Yexidna ilə cütləşir və ondan “ilandan doğulmuşlar” (midiyalılar, marlar) yaranır. Moisey Xorenatsi, “Ermənistan tarixi” kitabında ilandan doğulmuş midiyalıları, yəni mar-amoreyləri – “əjdahadan doğulmuşlar” adlandırır. Mar, amoreylər isə bizlərə seyid-bəglər kimi məlumdur ki, bu gün də onların adlarının qarşısında “mir”, yəni “MR” rəmzi dayanır. Bu rəmzi isə qədim Misirdə, “göyə qaldırılan torpaq”, yəni cənnət mənasını verirdi ki, cənnət əhli də məhz – Babil qülləsini tikən bu amoreylər - seyid-bəglər sayılmalıdır.
Digər tərəfdən,  psevdoqnostik İustinin sistemində “ilandan doğulmuşlar” rəmzi mistik məna daşıyır. İppolit, İustinin doktrinasını Herodotun Herakl haqqındakı rəvayəti ilə əlaqələndirir. Yəni burada Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış edir və onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır (Refutatio, V, 28.). Bu isə o deməkdir ki, “ilandan doğulmuşlar” adi nəsil yox, ilan rəmzli ilkin materiyadan yaradılmış mələklərin nəslidir. Rus və digər dillərdə mələk mənasında olan “angel” rəmzi də, “Yevangel” rəmzi kimi Gel rəmzindən yaranmışdır ki, məhz burada Herakl Yexidna ilə cütləşmişdir. Deməli, yəhudi, xristian və islam mələkləri – elə Gel/Gelat pir-ərənləridir. Biz bu mələklər nəslini – “sorxsər bidin mülhidləri” kimi, yəni Şah İsmail Xətainin qızılbaşları kimi tanıyırıq.
Quranın otuz beşinci surəsi “Fatir” surəsi adlanır ki, Quranın dəqiq tərçüməçisi İ. Y. Kraçkovski bu rəmzi “mələk” kimi tərcümə etmişdir. Fatir surəsinin birinci ayəsində rəsullar, elçilər mələklərə bərabər tutulur və bu da elə hamısının bir nəsli olması deməkdir. Fatir [FT/PT-R] sözü “Fat” və “İr”  rəmzlərindən ibarətdir və buradakı Fat rəmzi Pat, yəni qədim Misirin Pta Allahı, İr isə Ər (Ra) mənasındadır. Belə çıxır ki, Fat-İr mələkləri Ər-Pat, yəni Ər-Yafətin törəmələridir. Digər tərəfdən, Ər-Yafət mənasında olan Fat-ir rəmzini biz eor-pati kimi oxuya bilərik ki, bu da amazonkalar deməkdir. Bu isə onu göstərir ki, islam mələkləri elə Misir fironlarının nəsli olan amazonkalar mənasındadır. Deməli, mələklər nəsli olan sufi müqəddəsləri - Həvva rəmzində Allahın yerdəki sevgililəridir. Seyid-peyğəmbərlərin möcüzə göstərmək qabiliyyəti də Allahın yalnız onlara verdiyi İlahi nur hesabına baş verir.
Bütün bunlar o deməkdir ki, Adəm və Həvvanın obrazı – Allahın və onun yerdəki müqəddəsləri olan padişahlar və peyğəmbərlər nəslinin obrazlarıdır. Burada adi insanın yaradılışı nəzərə alınmamışdır. Çünki, bütün qədim fəlsəfələrdə adi insan heyvana bərabər tutulur və yazılarda qeyd olunmağa layiq görülmürlər. Bu haqda mən – “Allah - türkləri, onlar isə insanı yaratdılar” adlı məqaləmdə geniş yazmışam (http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html).

Комментариев нет:

Отправить комментарий