Страницы

10.06.2015

Hələ bilinmir kimin mehtəri olacaqdın


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -21

Qadir Zadə: Osmanlılar özlərinə osmanlı deyib, türk deyərkən bizi səfəviləri, bir də işğal etdikləri Doğu Anadolu torpaqlarındakı Səfəvi soylu əhalini nəzərdə tutublar... Osmanlıda ermənilərə “Milleti Sadik”- sadiq millət deyilərkən biz türklərə “Milleti Biidrak”- gerizəkalı türk deyirdilər. Bunlar hamısı Osmanlı Arxiv Belgelərində var. Ən azından Türkiyə böyük türkçülərindən Ziya Gökalpın kitabını oxuyun, orda da sübutlar və mənbələr var.
Anar Məmmədov: Teksun, supersun yağları, sonra o biri günəbaxan yağları İsraildən boçkalarda gəlir bura. Azərsun sirkətinə. Burda onu qablaşdırırlar. Azərsunda işləyən bir nəfərdən eşitmişəm.
Sabir Şindani: Bakcell-in keçmiş rəhbəri də Mossadın zabiti olub, belə ki adı Macarıstanın telefon operatoruna rəhbərlik edən zaman vacib məlumatları Mossada ötürməi ifşa olunaraq qalmaqala səbəb olmuşdu və ondan sonra Azərbaycanın Bakcellinə rəhbərliyə gəlmişdi.
Aqşin Yenisey: “Türkiyədə kişi-qadın münasibətləri həddindən artıq geridəqalmışlıq səviyyəsindədir. Türkiyədə qadınlar öz cəmiyyətlərini qurublar, özləri ayrı yaşayır. Bioloji varlıq olaraq onlar cəmiyyətdə öz sərhədlərini çəkiblər. Kişilər ayrı, qadınlar ayrı yaşayır. Qadınlar hamısı siqaret çəkir, söyüş söyür. Türkiyədə qadınların mədəni səviyyəsi kişilərə baxanda həddindən artıq aşağıdır. Mən həmişə fikirləşirəm ki, İstanbullu bir qızla ailəlisənsə, necə yaşayacaqsan?! Üz cizgiləri həddindən artıq kobuddur, kişiyə oxşayırlar. Elə bil, dəmirçiyə vermisən ki, bu kişidən qız düzəlt! O da aparıb çəkiclə orasın-burasın döyüb, əzib qız düzəldib”.
Hafiz Mirzə: Son Misir hadisələrindən sonra Amerikaya və onun demokratiyasına tüpürəkmi? Yoxsa tüpürcəyimiz daha dəyərlidir?!
Müttəqi Bərməki: İranda bayrağımızdakı 8 guşəli əvəzinə 5 guşəli ulduz göstəriləndə bu millətçi saytlar özlərini lezvalayırdılar. Daha olmazın söyüş, əxlaqsız sözlərlə İranı, farsları təhqir edirdilər. Amma elə ki, bu Türkiyədə hamı küçələrə çıxıb hepimiz ermeniyiz deyirlər, bayrağımızı zibil yeşiyinə atırlar, bayrağımızda it şəkli çəkib təhqir edirlər, səsləri çıxmır, deyirlər yox e bunlar ermənilər, kürdlərdi...
Cəmil Şirvanov: Makdonaldzda işləyən qohumum dedi ki, kola içkisini 100 litrlik bir boçkada bir tabletkanı atmaqla düzəldirdik. Tabletkanı su ilə dolu boçkaya atırdıq, köpüklənib kolaya çevrilirdi.
Orxan Məmmədov: Bəşər Əsədin yeganə günahı İsrailə müqavimət göstərməyidir. O xalqına zülm edirsə, niyə qıraqdan gəlib onunla vuruşurlar? Səudiyyədən çox zülmmü edir? Niyə Səudiyyəni bombalayan yoxdur?
Leyla Əliyeva: Niyə Azərbaycanda əsl dindarları, əsasən də şiələri zindanlara basırlar? Deməli bizim hökumət buna yaşıl işıq verir. Yazıq millət, yenə yazıq millət. Yazıq cavanlar qalıblar 2 daş arasında. Adətən cavanlara artıq ayaq üstündə qalan yaşlı nəsil kömək edir. Azərbaycanda yaşlı, qeyrətli, namuslu nəsli də məhv ediblər, indi də cavanlar göz açır, ətrafında vahhabini görüb fikirləşir nədir, namaz qılır, məscidə gedir, deməli müsəlmandır da. Ürəyim partladı, sizin nəfəsiniz qırılsın, ey o başda oturan əjdahalar, islam sizi vursun, şiələrin ahu, naləsi sizi tutsun!
Tofik Səfərov: Bazarbaycan tam yəhudi və inqilislərin əlindədir, istədiklərini edirlər.
İlkin Abbasov: Dünyada cəmi 5 dövlətdən başqa hamının yiyəsi var. 5 dövlətdən 2-si özü yiyəlik edir, qalan 3-ü isə azad quşlardır. Azərbaycan Rusiya ilə birləşməlidir, secim vaxtıdır, gecikirik. Bizim yiyəmiz bu dəqiqə Qərbdir. Amerika illüminatları- bizi bu demonlar idarə edirlər. Rusiya isə Tanrının silahıdır, belə deyim. İllüminatların vassalı olsaq, kökümüzü kəsəcəklər.
Ağa Mustafazadə: Bütün tarix boyu Türkiyə bizə ögey münasibət bəslədi, ta indiyədək. Sadəcə indi bir az neft-qazımız var deyə mehribanlaşmışıq.
Həmid Herisçi: Təhsil nazirinə sualım. Avropada təhsil alan azərbaycanlılar, adətən, karyeraları, biznes haqqında düşünürlər. Heç biri dissertasiya yazmayıb, yaradıcı təşkilatlarda təmsil olunmayıb. Ümumiyyətlə, Harvardda, Stenfordda oxuyanlar həmişə iqtisadi təhsil alırlar. Onların arasında fiziklər, atom mühəndisləri tapa bilməzsiniz. Yəni Azərbaycanın Qərbə birbaşa inteqrasiyası özünü doğrultmadı. Ancaq Rusiya vasitəsilə Qərbə inteqrasiyası nəticə verdi. Misal- Qori müəllimlər seminariyası və onun cəmiyyətə verdiyi müsbət nəticələr.
Əsgər Fərdi: Hələ gəl gör ki bütün bir milləti necə aldadıb Türkiyəyə əbədi borcluda çıxarıblar. İndi 20 illik təbliğat əsərində yazıq xalqın təxminən hamısı elə bilir ki 1918-də ermənilər bunları qırırmışlar, ancaq o ayıq-sayıq yaşayan türklər gecə evində yata bilməyib, dədələri xeyrinə qalxıb gəlib Bakılıları qurtarıb. İndi bu xilaskar millətə və dövlətə hər nə təhər olursa olsun, boynumuzda olan bu can və qan borcunu ödəməliyik (Əlbəttə bu məsələni Türklərdən eşidə bilməzsiz ha, çünki onlar nə olduğunu yaxşı bilirlər və birdən biri ağıllı çıxar elə açıb sadəcə Atatürkün NUTUK kitabını oxuyub, nələr olub bitdiyini görər və adamın üzünə tüpürər deyə, belə bir kobud yalanın altına girməzlər).
Əhməd Rəhmanov: Bu gün “Mən müstəqillik dpvründə Avropa təhsili almışam” deyən və SSRİ-ni pisləyənlərin yadına salmaq istəyirəm ki, əgər atan-baban Şura hökuməti dövründə pulsuz təhsil almasaydı, hələ bilinmir bu gün sən kimin mehtəri olacaqdın.
Qasımbala Səfərov: Bir müəllimim var idi, rəhmətlik deyərdi ki, evdə multifilmə baxanda nəvəm gəlib deyir ki, ay baba, uşaqsan bəyəm multifilmə baxırsan. Mən də hər dəfə deyərəm ki, bu multifilmlərə baxmaq, o biri mənasız verilişlərə baxmaqdan qat-qat yaxşıdır.
Sadiq Haşimi: Rusun vaxtında kişilik var idi, vətənpərvərlik var idi, amma Türkiyənin altına uzanandan Azərbaycan gənclərinin arasında geylər çoxalıb, boşanmalar çoxalıb, Türkiyədə hansı fahişəni zakaz edirsən, azərbaycanlı çıxır.
Mahir Əliyev: Türkiyə Osmanlı məğlub olunandan Qərbin kəbinindədir.
Süleyman Rəhimov özü haqqında: “Mənəm, Dostoyevskidi, Hüqodu, Tolstoydu... Biz romanı qalın yazırıx”.
Namizad Səfərov: Azərbaycanda müstəqillik, xalqı həqarət edənlərin cəzasız qalması deməkdir.
Heydər Camal: “Azərbaycanın hakim dairələri kürd, naxçıvanlı və yerazlardan təşkil olunub. Bu cür baza ilə İrana qarşı səs-küy salmaq gülməlidir”.
Bəhruz Eldostu: Türkiyənin cənub-şərq bölgəsindən qərb və sahilyanı bölgələrə hər il çoxlu sayda kürd köçürülür, planlı şəkildə. Yaxın 5-10 ildə Türkiyədə geniş miqyaslı kürd üsyanı olacaq. Bununla da Türkiyə dövləti tarixin zibilliyinə atılacaq.
Aleksandr Duqin: Baş liberal - Satanadır.
Arif Hacılı: Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır.
Qoşqar Əhmədov: Türkiyə Yaxın Şərqin xərçəng şişidir.
Bayram Quliyev: Rüşvət- naxçıvanlıların endemik xəstəliyidir. Kiçik torpaqdan olan məmurlar azərbaycanlılara sadəcə gəlir mənbəyi kimi baxırlar. Əgər sən naxçıvanlı məmursansa və kasıbsansa, deməli axmaqsan.
Orxan Mirzəyev: İranı istəməyənlər petuxlaşan, pulgirləşən, avropalaşan, acgöz, Allahsız insanlardır. Ürəyi təmiz insanlar İranın gözəlliyini hiss edirlər.
Ruslan Əzimzadə: Əgər Putin olmasaydı, vallahi Amerika, İsrail hər yeri zəbt eləmişdi. Rəbbim onu qorusun. Putin bir dünya lideridir və millətini sevəndir. Mən bir azərbaycanlı kimi Putini sevirəm. O dünyanı diz çökdürdü ki, mənə heç kimin gücü çatmaz, çünki mən Velikaya Rossiyayam!
Heydarov Maxsun: İnşaalah bir gün ABŞ dağılar və o gün uzaqda deyil...
Kilem Kilem: Deyir biz qaaşğın deyilik, bizi qavalıyıflar)).
Difai Ağaoğlu: Mən Tehranda yol polisinin yüksək rütbəlilərini arıq, generallarını serjantlarımıza bənzər gördüm. Bizim serjantlarımız isə özlərini general kimi aparır. Onlar sadədirlər. Bizimkilər yekəxana, gonbul, nənəm demişkən, motalbasana oxşayırlar.
Devran Abdullah: Sülh içərisində yaşayan dünya Amerikanın xarabalıqları üzərində qurula bilər. Məhv olsun Amerika!
Emin Piri: Az qala hər yerdə qaçqınam deyə hayqırmaq, sanki bununla qürur duyurmuş kimi gündə bir saytda, mediada açıqlamalar, köşələr yazmaq və özündən başqa hər kəsi günahlanırmağa ad tapa bilmirəm.
Mətləb Pero: Maraqlısı budur ki, pantürkçü xəstələr İrana gedib yaxşı müalicə alandan sonra elə ki gömrük məntəqəsini bu tərəfə keçirlər, başlayırlar İranı söyməyə. NANKORLUQ!
İbrahim İmanli: Uzun illərdir Amerika konqresi ildə 5 milyard (20 il əvvəl böyük para idi) pul ayırır Türkiyəyə. Amerikan həyat tərzini yaymaq üçün. Bizdə İçərişəhərdə İngiltərə mədəniyyət mərkəzi bu işi yerinə yetirir. Bu qoluboy və prostitutka artistlərə pulu da onlar verir və s. Heç kimin də duxu çatmır onların fəaliyyətini araşdıra.
Piri Baba: Rail Rzayev İsraildən pilotsuz təyyarələrin alinmasina razi idi, bu şərtlə ki onun elektron rabitə əlaqə sisteminin kodlari təkcə Azərbaycana məlum olsun. Buna görə də onu öldürdülər. İndi Azərbaycan pul verib İsraildən pilotsuz təyyarələr alib, bu təyyarələr İran üzərində uçur, onun əldə etdiyi məlumata isə İsrail monitorlarindan tamaşa edirlər. Pulunu isə biz ödəyirik. İsrail İran üzərində kəşfiyyat əməliyyatını bizim hesabımiza edir. Bir belə pilotsuz təyyarəni qəsdən Qarabağ üzərindən elə alçaqdan uçurdular ki, ermənilər onu vurub saldı. Baxan da dedi yəqin Azərbaycan bunları Ermənistan əleyhinə alıb. Bundan sonra bu təyyarələr təkcə İran əleyhinə istifadə edilir.
Kamal Yaşar: Keçənlərdə biri yazmışdi ki, “canı çıxaydı Nizami Azərbaycan dilində yazaydı”.
Elçin Bayramlı: Gerçəkləri deyən adam ruspərəst olur, amma Amerikaya, Türkiyəyə girənlik edən vətənpərvər sayılır.
Taleh Məmmədov: Bir qız var, nidaçıdı. Potiyə, Gürcüstana seminara gedib, qısa həyatında ilk dəfə 3 ermənini birlikdə görüb, normal söhbət ediblər və bu söhbət qıza necə təsir edibsə, bir zırıltı status guppuldadıb ki, bəs erməni gördüm, normal adam idilər, Qarabağ problemi boş şeydi, zırt, pırt, mırt və s. Bax budur dayaz düşüncəli Azərbaycan gənci.
Nizami Məmmədov: Bizim bu canavar xislətli nadan insanlarımız hələ də dərk etmək istəmirlər ki, bizim faciələrimizdən alver yapan elə Türkiyədir.
Elxan Zaman: Bir dəfə bu barədə yazmışdım bir statusda. Azərbaycan hökumətinin ağlı və ürəyi olsa, Kərkükə xüsusi təyinatlı qoşun hissələri yeridər, oranı tam nəzarətinə götürər, Fizulimizin həmyerlilərini həm İŞİD-dən, həm də kürdlərdən qoruyardı. Bu həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan Azərbaycan üçün çox uğurlu addım olardı. Gələcəkdə Azərbaycanla bu bölgədə hesablaşmalı olduqlarının da mesajını vermiş olardı. Ölkənin bunu etməyə kifayət qədər maliyyə və hərbi potensialı var. Üstəgəl, bu Hizbullah və İraq ordusu ilə eyni cəbhədə olmaq deməkdir ki, gələcəkdə Azərbaycan Hizbullahın yardımına güvənə bilərdi və Hizbullahla strateji dostluğu olan rusların da bu məsələdə loyal mövqe tutmalarına səbəb olardı. Amerikapətəstlər isə anlasınlar ki, onlar bilərək, yaxud da bilməyərək “Böyük Kürdistan” proyektində nökərçilik edirlər.

Комментариев нет:

Отправить комментарий