Страницы

10.06.2015

Mister Hemferin xatirələri (İngilis cəsususunun etirafları)

BİRİNCİ FƏSİL. Böyük Britaniyamızın əhatə etdiyi ərazilər çox genişdir. Günəş dənizlərin üzərində doğduğu kimi, dənizlərin üzərində də batar. Dövlətimizin Hindistan, Çin və Orta Şərq hissələrində hakimlik nəzarəti nisbətən zəifdir. Bu ölkələr tam mə`nada idarəçiliyimiz altında deyil. Lakin bu ərazilərdə çevik və fəal siyasət tətbiq edirik; onların hamısı əlimizə keçmək üzrədir. Burada iki mühüm amil diqqət mərkəzindədir: İşğal etdiyimiz əraziləri əldə saxlamaq və əldə edə bilmədiyimiz yerləri işğal etmək.
Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) bu iki vəzifəni yerinə yetirmək üzrə bu dövlətlərin hər biri üçün ayrıca komisiya təşkil etmişdir. 
MNN-ə işə götürüldükdə, nazir e`timad göstərərək mənə Şərqi Hindistan şirkətində bir vəzifə verdi. Bu birlik zahirdə bir ticarət şirkəti idi. Lakin əsl vəzifəsi Hindistanın geniş və zəngin torpaqlarına hakim olmağın yolllarını araşdırmaq idi. Hindistanda fəaliyyət göstərmək üçün hökumətimizin heç bir çətinliyi yox idi. Çünki, Hindistan müxtəlif millətlərin, ayrı-ayrı din və ziddiyyətli əqidə ardıcıllarının yaşadığı bir ölkədir.
Çindən də elə bir qorxumuz yoxdur. Çünki, Çinə hakim olan Buddizm və Konfuizm dinlərinin canlanması və cəmiyyətə əsaslı tə`sir göstərməsi mümkün deyildir. Bunlar həyatla uyğunlaşmayan, artıq öz dövranını keçirmiş iki qədim və ölü dinlərdir. Bu iki ölkə xalqlarında vətənə bağlılıq və sevgi hissləri də aradan getməkdə idi; onlar bizim İngiltərə hökumətinə rahatlıq vermirdi. Bu ölkələrə sahib olmaq üçün, biz hər bir vasitədən istifadə etmək məcburiyyətində idik; həmin ərazilərdə təfriqə, cəhalət, yoxsulluq, hətta yoluxucu xəstəlikləri yaymaq üçün ardıcıl planlar hazırlayırdıq. Onların adət-ən`ənələrini təqlid etməklə öz həqiqi niyyətimizi rahatca gizlədə bilirdik.
İslam ölkələri isə bizi həddən artıq narahat edir, planlarımızı alt-üst etməkə əleyhimizə çıxırdı. Xəstə qoca ilə (Osmanlı dövlətini nəzərdə tutur) bir neçə dəfə danışıq aparmışdıq. MNN-nin təcrübəli mütəxəssisləri bu xəstənin az bir zamanda can verəcəyini söyləyirdilər. Bu barədə İran hökuməti ilə də bir neçə dəfə gizli danışıqlar aparmışıq. Bu iki ölkədən massonluğa cəlb etdiyimiz ayrı-ayrı şəxsləri dövlət kürsülərində yerləşdirmişik. Rüşvətxorluq və idarəçilik qabiliyyətinin olmaması, öz dini elmlərindən xəbərsizlikləri, gözəl qadınlarla məşğul olub, vəzifələrini unutmaları bu ölkələrinin belini qırırdı. Lakin buna baxmayaraq, aşağıda saydığım səbəblər ucbatından gözlədiyimiz nəticələri əldə edə bilmədiyimizi e`tiraf edirəm:
Müsəlmanlar İslama son dərəcədə bağlıdırlar. Hər bir müsəlman keşiş və rahiblərin xristianlığa bağlılığı qədər, hətta onlardan da artıq dərəcədə İslam dininə bağlıdır. Məsələn, keşiş və rahiblərin haqqında belə deyirlər: ”Keşiş və rahiblər öz canlarından əl çəkər, amma xristianlıqdan əl çəkməzlər”.
Müsəlmanlar içərisində ən təhlükəli dəstə İrandakı şiələrdir. Onlar başqa dinlərin ardıcıllarını kafir və murdar hesab edirlər. Şiəlik nöqteyi-nəzərindən xristianlar iyrənc bir vəziyyətdədirlər. İnsan təbiəti də fitri olaraq murdarlıq və iyrəncliyi özündən uzaqlaşdırmağa çalışır. Bir dəfə söz açdığım mövzu ilə əlaqədar olaraq şiələrin birindən soruşdum: 
Nəyə görə xristianlara kafir kimi baxırsınız? O, cavab verərək bildirdi ki, İslam peyğəmbəri çox dahi bir şəxsiyyət idi; o həzrət kafirlərə qarşı belə bir mə`nəvi təzyiq tətbiq edərək onların doğru yola yönəlməsinə və Allahın dini olan İslama gəlmələrinə nail olmaq istəmişdir. Hər bir dövlət real təhlükə ilə qarşılaşdıqda və ya onun milli mənafeyinə zidd bir insan görəndə, onu islah edənə qədər maddi asılılıqda saxlayır. Söhbət açdığım təzyiq vasitəsi maddi deyil, mənəvi xarakter daşıyaraq, təkcə xristianlara qarşı deyil, bütün kafirlərə şamil edilir. Hətta İranın qədim dini olan məcusiliyin ardıcılları da bizim nəzərimizdə pak deyillər. 
Axı xristianlar da Allaha, peyğəmbərə və qiyamət gününə inanırlar? Bu halda nə üçün onları murdar hesab edirsiniz?
Onlar ilahi peyğəmbərlərə iftira yaxır, bu müqəddəs şəxslər haqda yaramaz sözlər söyləyirlər. Məsələn, onlar deyirlər ki, “İsa (ə) şərab içərdi, mə`lun olduğuna görə çarmıxa çəkildi” və s.
Mən dəhşət içində dedim:
Xristianlar belə deməzlər. 
Sən heç nə bilmirsən, kitabi-müqəddəsdə belə yazılıbdır. 
Mən susdum, mübahisəni uzatmaq istəmədim. Çünki, zahirdə özümü müsəlman kimi göstərdiyim halda bu mövqedən çıxış etməklə şübhə yarada bilərdim. Məhz bu səbəbə görə daim mübahisə və münaqişələrdən uzaq olurdum. 
İslam dini bir zamanlar hakimiyyət və idarəçilik məsələsini bilavasitə öz üzərinə götürmüşdü. Müsəlmanlar da özlərini izzətli və şərəfli hesab edirlər. Bu insanlara “siz köləsiniz” demək çox çətindir. Artıq müsəlmanların parlaq keçmişi arxada qalımışdır. Bir zaman əldə etdikləri yüksəliş və məğrurluq da bə`zi şərtlərlə bəyənilmişdir. “O günlər artıq ötüb getmişdir və bir dah geri dönməz” sözlərini söyləmək də sadəlövhlük olardı. 
Osmanlı imperiyasının və eləcə də iranlıların onlara qarşı etdiklərimizi duyaraq, planlarımızı alt-üst edəcəklərindən çox narahat idik. Bu iki dövlət təsəvvürolunmaz dərəcədə zəifləmişdi. Onların əvvəlki iqtidarı deyil, yalnız var-dövlət, silah və hakimiyyət sahibi olmaları bizim öz niyyətlərimizə əmin olmağa mane olurdu. 
Hər bir şeydən daha artıq İslam alimlərindən qorxurduq. Çünki, İstambul, İraq, Şam və “əl-Əzhər” alimləri tədbirlərimiz qarşısında keçilməz bir sədd idilər. Onlar dünyanın keçici zövq və ziynətlərinə qarşı çıxan, Qur`ani-Kərimin və`d etdiyi cənnətə daxil olmağa özlərini hazırlayan qətiyyətli insanlardır. Xalq onlara itaət edir, hətta hakim və sultanlar da onlardan qorxurdular. Sünnilər şiələr qədər alimlərə bağlı deyillər. Şiələr kitab oxumur, sadəcə olaraq alimləri tanıyır və onlara hədsiz e`timad göstərirdilər. Hakim və sultanlara layiq olduğu hörməti göstərmirdilər. Sünnilər isə çox kitab oxuyur, alimlərlə bərabər sultanlara da ehtiram bəsləyirlər. 
Bu vəziyyəti araşdırıb lazımi nəticələr çıxarmaq üçün bir neçə dəfə yığıncaq təşkil etmişdik. Amma hər dəfə qarşıya həllolunmaz problemlər çıxırdı. Casuslarımızdan aldığımız hesabatlardakı nəticələr də qənaətbəxş deyildi. Lakin yenə də ümidsizliyə qapılmırdıq. Çünki biz, qarşıya çıxan hər bir problem qarşısında səbr edib dərindən düşünməyə adət etməliyik. 
Yığıncaqlarımızın birində nazirin özü, yüksək rütbəli keşişlər və MNN-nin bir neçə təcrübəli mütəxxəssisi iştirak edirdi. İclas iştirakçılarının sayı iyirmi nəfərdən artıq idi. Üç saat davam edən bu toplantıda heç bir nəticə əldə edə bilmədik. Keşişlərdən biri bizə mə`nəvi dəstək verərək belə dedi: “Narahat olmayın, xristianlıq üç yüz il zülmə mə`ruz qaldıqdan sonra yayıldı. Belə nəzərə çarpır ki, İsa Məsih qeyb aləmindən kömək göstərib, üç yüz il sonra olsa da, kafirləri (müsəlmanları) məhv etməyi bizə nəsib edər. Biz güclü iman və tükənməz səbirlə silahlanmalıyıq! Dünyaya hakim olmaq üçün bütün vasitələrdən istifadə etməliyik. Xristianlığı müsəlmanların arasında yaymalıyıq. Bu niyyətimizi bir əsr sonra belə həyata keçirə bilsək, çox yaxşıdır. Bilin ki, atalar övladlarının gələcək rifahları üçün çalışar”.
Bir dəfə MNN-nin Fransa və Rusiyadan olan diplomat və din adamlarının birgə konfransı təşkil olundu. Nazir ilə münasibətim yaxşı olduğundan, mən də konfransda iştirak etdim. Bu tədbirdə müsəlmanları parçalayıb, İspaniya kimi onları da öz dinlərindən çıxararaq, imana gətirmək (xristianlaşdırmaq) məsələsi müzakirə olunurdu. Lakin əldə olunan nəticələr istənilən səviyyədə deyildi. Mən konfransdakı bütün danışıqları “İla məkət-ül Məsih” adlı kitabımda yazdım. Dərinliyə kök salmış böyük bir ağacı qurudub məhv etmək çox çətindir. Lakin biz bu çətinlikləri asanlaşdıraraq hədəflərimizə nail ola bilərik. Biz dünyaya xristianlığı yaymaq üçün gəlmişik. Bunu bizə İsa Məsih buyurmuşdur. Məhəmmədə Şərqdə və Qərbdə insanların vəziyyətinin ağır olması kömək olmuşdu. O, bu vəziyyətdən istifadə edərək, kütlələri İslama də`vət etmiş və qüdrətə yiyələnmişdi. Bu gün vəziyyətin tamamilə dəyişdiyini müşahidə edirik. Ölkəmizin və digər xristian hökumətlərinin sə`yləri nəticəsində müsəlmanlar geriləməyə başlamışlar; xristianlar isə getdikcə qüvvətlənirlər. Uzun əsrlər boyunca itirdiklərimizi əldə etmək zamanı gəlib çatmışdır. Hal-hazırda İslamı məhv etmək planına Böyük Britaniya dövləti liderlik edir.
İKİNCİ FƏSİL. 1710-cu ildə MNN məni müsəlmanları parçalamaq üçün gərəkli və əhəmiyyətli mə`lumatlar toplamaq və casusluq etmək məqsədilə Misir, İran, Hicaz və İstambula göndərdi. Məndən başqa doqquz nəfər də tə`yin edildi. Bizi lazım olan miqdarda pul, məxsus mə`lumatlar, dövlət adamları, din alimləri və qəbilə başçılarının adları olan siyahı ilə təchiz etdilər. Heç vaxt unudmaram ki, katib ilə mübahisə edən zaman nazir bizə belə dedi: ”Vaxtınızı faydasız mübahisələrə sərf etməyin. Dövlətimizin gələcəyi sizin bacarığınızdan asılıdır. Bu yolda var gücünüzlə çalışmalısınız”.
İslamın xilafət mərkəzi olan İstambula dəniz vasitəsilə yola düşdüm. Əsl vəzifəmdən əlavə, türk dilini mükəmməl şəkildə öyrənməli idim. Londonda olduğum zaman türk, fars və Qur`an dili olan klassik ərəb dilini öyrənmişdim. Lakin hər bir dili ədəbi qaydada öyrənmək həmin xalqın şifahi ədəbiyyatı və ümumi danışıq dilinə yiyələnməklə tamamilə fərqlənir. Bunun üçün müəyyən bir müddət lazım idi. Müsəlmanların məndən şübhələnməmələri üçün türk dilini bütün incəlikləri ilə öyrənməli idim. Şübhə doğurmamaq üçün lazım olan hər bir şeyə dəqiqliyi ilə riayət edirdim. Müsəlmanlar Məhəmməd peyğəmbər kimi açıqqəlbli, xoşniyyətli və hədsiz dərəcədə qonaqpərvər idilər. Onlar heç vaxt bizim kimi insanlardan şübhələnməzdilər. Osmanlı hökumətinə gəldikdə isə, o zaman onların əks kəşfiyyatla məşğul olan rəsmi bir təşkilatları yox idi.
Çox yorğun bir vəziyyətdə İstambula yetişdim. Adımın Məhəmməd olduğunu söylədim və müsəlmanların ibadətgahı olan məscidə getməyə başladım. Müsəlmanların nizamlı, təmiz və itaətkar olmaları çox xoşuma gəlirdi. Bir müddət öz özümə - bu zavallı insanlarla niyə mübarizə aparıram, məgər İsa Məsih bizə beləmi əmr etmişdir? – deyə düşünürdüm. Lakin tez bir zamanda bu şeytani fikirdən döndüm və öz vəzifəmi ən yüksək səviyyədə yerinə yetirəcəyimə söz verdim.
İstambulda Əhməd Əfəndi adlı yaşlı bir alimlə tanış oldum. Bu şəxsdə olan incəlikləri, səmimiyyət və insanpərvərliyi heç bir xristian keşişində görməmişdim. Bu şəxs gecə-gündüz Məhəmməd peyğəmbərə bənzəməyə çalışırdı. Onun fikrincə, Məhəmməd ən kamil və ən üstün insan idi; hər dəfə onu yad edəndə gözləri yaşarırdı. Xoşbəxtlikdən bir dəfə də olsun, kimliyimi və haralı olduğumu soruşmadı. Mənə Məhəmməd Əfəndi deyə müraciət edirdi. Verdiyim bütün suallara cavab verərək, mənə qarşı hədsiz mehribanlıq göstərirdi. Mən ona İstambula işləmək və Məhəmmədin xəlifəsinin sayəsi altında yaşamaq üçün gəldiyimi bildirmişdim və bu bəhanə ilə də bu şəhərdə qalırdım. Bir gün Əhməd əfəndiyə belə dedim:
Ata-anam ölmüşdür; qohum-qardaşım da yoxdur. Mənə onlardan heç bir miras qalmamışdır. İşləmək istəyirəm; həm dünya, həm də axtirət qazanmaq, Qur`ani-Kərim və din elmlərini öyrənmək üçün İslam Elm Mərkəzlərinə getmək fikrindəyəm. 
O, bu sözlərdən çox sevindi. Əhməd əfəndinin dediklərini olduğu kimi yazıram.
“Üç səbəbdən sənə hörmət bəsləmək lazımdır: 
Sən müsəlmansan; bütün müsəlmanlar qardaşdırlar.
Sən müsafirsən; Peyğəmbər (s) buyurmuşdur ki, müsafirə qayğı göstərib xidmətində durun.
Sən çalışmaq istəyirsən; hədisdə buyurulur ki, zəhmət çəkib çalışanlar Allahın dostlarıdır”.
Bu sözlər mənim çox xoşuma gəldi. Öz-özümə dedim: ”Xristianlıqda da bu kimi parlaq həqiqətlər olsaydı nə yaxşı olardı!”. Lakin həmişə təəccüb edirdim ki, bu qədər yüksək bir maarifə malik olan bir din, həyatdan bixəbər kimsələrin əlində necə də zəifləyirdi! 
Əhməd əfəndiyə Qur`ani-Kərimi öyrənmək istədiyimi bildirdim. Baş üstə, sənə öyrədərəm - dedi. “Fatihə” surəsindən başladıq. Qur`ani-Kərimi oxumağa başlamazdan əvvəl dəstəmaz alır, bu işi mənə də tövsiyə edirdi. Qibləyə tərəf oturub oxuyurduq. Oxuduqlarımızın mə`nalarını da izah edirdi. Bə`zi kəlmələri oxumaqda çox çətinlik çəkirdim. İki ilin ərzində Qur`anı başdan sona qədər oxudum. Müsəlmanların dəstəmaz adlandırdıqları əməl bədənin bə`zi üzvlərini yumaqdan ibarətdir. Müsəlmanlar dəstəmazdan əvvəl dişlərini misvak adlanan bir çubuğun saçaqlı ucu ilə təmizləyirdilər. Mən isə misvakı dişlərimə vuran kimi damağım qanayırdı; bu işi görməyə məcbur idim. Çünki onlar deyirdilər ki, bu əməl bizim Peyğəmbərimizin sünnətidir. Həqiqətən sonralar dişlərim daha qanamadı. İngilislərin ağzından gələn o pis qoxu artıq mənim ağzımda qalmamışdı. 
İstambulda olduğum müddət ərzində məsciddə xidmət göstərən Mərvan aldı bir şəxsin evində qalırdım. O, məndən çox az pul alırdı. Daim öz adı ilə öyünərək deyirdi: ”Mərvan, Peyğəmbərimizin səhabələrindən birinin adıdır. Oğlun olsa, adını Mərvan qoyarsan”. Axşam yeməyini Mərvan Əfəndi hazırlayırdı. Cümə günləri işə getmirdim. Həftənin qalan günlərini Xalid adlı birinin yanında günortaya qədər işlədiyim üçün, mənə işçilərinə verdiyi pulun yarısını verirdi. O da öz adı ilə öyünərək, Xalid ibn Vəlid İslamın böyük mücahidlərindən olub. Lakin II xəlifə Ömər ibn Xəttabın onu rəzil etməsi məni çox üzür –deyə dilucu gileylənirdi.
Xalid əxlaqsız və çox əsəbi bir adam idi. Amma nədənsə mənə çox inanırdı. Bəlkə də heç vaxt onun sözündən çıxmadığım üçün mənə belə bir münasibət bəsləyirdi. Təklikdə şəriət qanunlarına əhəmiyyət verməzdi. Ancaq dostlarının yanında bu kimi məsələlərə çox diqqət edərdi. Cümə namazı qılırdı, amma digər əməlləri yerinə yetirdiyini görməmişdim. 
İşdən sonra zöhr namazını qılmaq üçün məscidə gələrdim. Əsr namazına qədər məsciddə olardım. Sonra Əhməd Əfəndinin evinə gedib orada iki saat ərzində Qur`ani-Kərimi, ərəb və türk dillərini öyrənirdim. Həftəlik qazancımı ona verirdim. Həqiqətən o hər şeyi çox gözəl öyrədirdi.
Əhməd əfəndi subay olduğumu bilib, qızlarının birini mənə vermək istədi. Mən isə onun bu təklifini qəbul etmədim. O çox israr etdi. Peyğəmbərin bir hədisini misal gətirərək, “evlənməyənlər mənim ümmətimdən deyil” -dedi. Mən bu hadisənin səmimiyyətimizə xələl gətirəcəyini duyub yalandan, məndə cinsi acizlik vardır, -deyə bəhanə gətirdim. Bununla da əlaqələrimizi və dostluğumuzu davam etdirdim. Bir müddət sonra Əhməd əfəndiyə vətənimə dönmək istəyimi bildirdim. O təəssüflənərək, Allah-Taala bu şəhərə din və dünyanı birlikdə vermişdir. Ata-ananın öldüyünü demişdin, qohum-qardaşın isə yoxdur. Məsləhət görürəm ki, daimi yaşayış üçün İstambulu seçəsən. O çox israr etdi, lakin Lodona getmək mənim vəzifə borcum idi. Xilafət mərkəzi haqqında geniş mə`lumat verib, yeni əmrlər almalıydım. 
İstambulda olduğum müddətdə hər ay MNN-ə müşahidə etdiyim hadisələrlə əlaqədar mə`lumatlar hazırlayıb göndərirdim. 
Hesabatlarımın birində yazmışdım ki, yanında şagirdlik etdiyim usta məni cinsi əlaqəyə məcbur edir, nə edim? Onlar mənə cavab olaraq, belə yazmışdılar: ”Bu iş səni hədəfə çatdırarsa, edə bilərsən”. Cavabı oxuyanda çox əsəbləşdim, sanki dünya başıma fırlandı. Bu kimi hadisələrə İngiltərədə təbii baxıldığını bilirdim. Lakin mənə bu işlərdə əmr olunacağını ağlıma belə gətirməzdim. Nə etməli, suyu son damlasına qədər içmək məcburiyyətindəyəm. Odur ki, susaraq, öz vəzifəmi yerinə yetirdim. 
Əhməd əfəndi ilə vidalaşanda gözləri yaşardı: ”Oğlum, Allah-Taala yardımçın olsun! Bir də İstambula qayıtsan, yəqin ki, mənim öldüyümü görərsən; onda məni xatırla, ruhuma bir “Fatihə” surəsi oxu! İnşallah, qiyamət günü Peyğəmbərin hüzurunda görüşərik”. Mən də çox kövrəldim, gözlərim yaşardı. Lakin vəzifə borcu şəxsi hisslərimdən daha üstündür.
ÜÇÜNCÜ FƏSİL. Əməkdaşlarım məndən əvvəl Londona dönərək, MNN-dən yeni əmrlər almışdılar. Doqquz əməkdaşımdan yalnız beş nəfəri geri dönə bilmişdi. Katiblərin dediyinə görə, qalan dörd nəfərdən biri müsəlman olub Misirdə qalmışdı; lakin sirri açmamışdı. İkincisi Rusiyaya gedərək orada qalmışdı; o, əslən Rusiyalı idi və onun Rusiya casusu olduğu güman olunurdu. Üçüncüsü Bağdadda vəba xəstəliyinə tutularaq vəfat etmişdi. Dördüncüsü Yəmənin Cəna şəhərindən bir ilə qədər məlumat göndərmiş, sonradan əlaqə kəsilmişdi. Nazirlik dörd nəfərin aradan getməsini fəlakət kimi qəbul edirdi. Biz əslən vəzifələri böyük, sayı az bir millətik. Hər bir nəfərimiz gərəklidir. 
Mə`lumatlar katibliyə təqdim edildikdən sonra nəticələri araşdırıb şərh etməkdən ötrü iclas çağırıldı. İclasda mənim mə`lumatlarım tənqid olundu. Lakin ümümi nəticəyə görə üçüncü yerdə idim. Birinci yeri əməkdaşım Georgi Bilqaydi, ikinci yeri isə Henri Fansi qazanmışdı. Mən türk və ərəb dillərini, Qur`ani-Kərimi və şəriəti mükəmməl şəkildə öyrənmişdim. Lakin Osmanlı dövlətinin zəif nöqtələrini göstərən mə`lumat hazırlaya bilməmişdim. İki saat qədər davam edən iclasdan sonra bu bacarıqsızlığımın səbəbini soruşanda, mən onlara belə dedim: 
Mənim əsl vəzifəm Qur`anı, şəriəti və dili öyrənmək idi. Başqa işlər üçün vaxt tapa bilməmişdim. Ancaq növbəti səfərimdə mütləq sizi razı salacağam. 
Katib:
Şübhəsiz sən müvəffəq olacaqsan! Amma sənin birinci olmanı istərdim. Hemfer, gələcək səfər üçün iki mühüm məsələdə məs`uliyyət daşıyırsan:
1. Müsəlmanların zəif nöqtələrini müəyyən edib, qarşıdurma yaratmaq üçün onları qruplara bölmək...! Düşmənə qalib gəlməyin yolu ancaq və ancaq budur!
2. Bunları etdikdən sonra ümumi proqramı mərhələ-mərhələ həyata keçirmək. 
Bu işləri bacarıb yerinə yetirsən, nazirlik tərəfindən xüsusi mükafatlara layiq görüləcəksən.
Londonda altı ay qalıb əmim qızı Mariya ilə evləndim. O zaman mənim iyirmi iki, onun isə iyirmi üç yaşı var idi. Mariya orta savadlı, mədəni və çox gözəl bir qız idi. Həyatımın ən unudulmaz anlarını onunla keçirdim. Yoldaşım hamilə idi; onun azad olmasını gözləyirdik ki, elə bu vaxt İraqa getmək əmrini aldım. Övladımın dünyaya gəlməsini gözləyərkən, bu əmrin gəlməsi məni çox sarsıtdı. Ancaq vətənə xidmət üçün verdiyim and, əməkdaşlarımı ötüb keçərək məhşurlaşmaq həvəsi atalıq hisslərimi üstələdi. Buna görə də tərəddüd etmədən əmri qə`bul etdim. Mariya uşağın dünyaya gəlməsi üçün qayıtmağımı istədi; lakin onun sözlərinə əhəmiyyət vermədim. Vidalaşdığımız gün ikimiz də ağladıq. Yoldaşım mənə - əlaqəni kəsmə, mən də sənə qızıl kimi qiymətli, yurdumuzla əlaqədar məktublar yazacağam - dedi. Bu sözlər qəlbimdə fırtına yaratdı, az qala səfəri təxirə salacaqdım. Lakin hisslərimi cilovlaya bildim. Mariya ilə vidalaşıb son tə`limat almaq üçün nazirliyin binasına getdim. 
Artıq altı ay idi ki, İraqın Bəsrə şəhərində idim. Bu şəhər əhalisinin bir hissəsi sünni, digər bir hissəsi isə şiə idi. Müxtəlif tayfaların məskunlaşdığı Bəsrə şəhərində ərəblər və farslar əksəriyyət təşkil edirdi; burada xristianlar da var idi. Həyatımda ilk dəfə şiə və farslarla burada qarşılaşmışdım. Sözə başlarkən, az da olsa sünni və şiələrdən danışmaq yerinə düşərdi. Mənim gəldiyim qənaətə görə, Əli, Həsən və Hüseynin xilafəti barədə şiələr haqlıdırlar. İslam tarixindən əldə etdiyim mə`lumatlara əsasən deyə bilərəm ki, Əli xəlifə olmaq üçün tələb olunan yüksək sifətlərə malik bir dahi şəxsiyyət idi. Həsən və Hüseyni də bu işə layiq bilirəm. Ancaq Hüseynin övladlarının Məhəmməd (ə) tərəfindən necə xəlifə tə`yin olunması mənim üçün şübhəlidir. Ona görə ki, Məhəmməd (ə) peyğəmbər idisə, gələcəkdən xəbər verməsi yalnız Allah-Taalanın bildirməsi ilə mümkündür (İsa Məsihin zühur edəcəyini deməsi kimi). Lakin Məhəmmədin peyğəmbərliyi biz xristianlara görə şübhəlidir. Müsəlmanların onun peyğəmbərliyinə dəlil və sübutları çoxdur. Bunlardan biri də Qur`andır; Qur`anı oxudum, həqiqətən çox yüksək bir kitabdır. Hətta Tövrat və İncildən də yüksəkdir. Bəhs olunduğu mövzular, qanunlar, nizamlar, əxlaq və s. çox dolğun şəkildə ifadə olunub. Məhəmməd kimi yazıb-oxumaq bacarmayan bir şəxsin belə bir uca kitabı necə gətirdiyinə heyrət edirəm. Görəsən o, bu cür düşüncə, zəka və əxlaqa necə malik olmuşdur? Məhəmmədin peyğəmbərliyi barədə olan həqiqətləri əldə etmək üçün daim araşdırmalar aparırdım. Bir dəfə Londonda keşişlərdən birinə bu mövzu ilə əlaqədar sual verdim. Cavab təəssübkeşlik və qərəzli mövqedən verildiyi üçün qane olmadım. Türkiyədə olduğum müddətdə Əhməd əfəndiyə də bu sualı vermişdim. Lakin o da qənaətbəxş cavab verməmişdi. Məndən şübhələnərək casus olduğumu bilməsinlər deyə, əlavə sual da verə bilməmişdim. Mən Məhəmmədə məhəbbət bəsləyirəm. Şübhəsiz o, kitablardan oxuduğumuza görə, Allahın peyğəmbəridir. Lakin mən xristian olduğuma görə, hələ də onun peyğəmbərliyinə iman gətirməmişəm. Sözsüz o, mənim tanıdığım dahilərin ən dahisidir. 
Sünnilər isə peyğəmbərin vəfatından sonra xilafətə Əbu Bəkr, Ömər, Osman və Əlini layiq görməkdədirlər. Bu ixtilaflar bütün dinlərdə, xüsusən də xristianlıqda çoxdur. Sünnilərin nəzərlərinə görə, xəlifələrin vəfatında sonra xilafət mövzusunda mübahisə aparmağın heç bir əhəmiyyəti yoxdur. Mənim fikrimcə müsəlmanlar keçmiş günlərini yox, bu günü fikirləşməlidirlər. 
Bir gün MNN-də sünni və şiə ixtilaflarından söz açaraq dedim: “Müsəlmanlar həyatdan bir şey anlasaydılar, aralarındakı sünni-şiə ixtilaflarını aradan aparıb, birləşərdilər”. Əməkdaşlarımdan biri sözümü kəsərək, sənin vəzifən bu ixtilafları qızışdırmaqdır. Onları birləşdirmək haqqında düşünmək yox! -dedi. 
İraq səfərindən əvvəl katib mənə ixtilaflar mövzusunda öz fikirlərini izah edərək dedi: “Cənab Hemfer, unutma ki, Allah-Taala Habil və Qabili yaratdıqdan sonra insanlar arasında təbii ixtilaflar vardır. Bu ixtilaflar İsa Məsihin zühuruna qədər davam edəcəkdir. Növbəti səfərdəki vəzifən bu ixtilafları mükəmməl şəkildə öyrənib, topladığın mə`lumatları nazirliyə ötürmək və çalışıb bu ixtilafları qızışdırmaqdır. Bu işləri görə bilsən, İngiltərəyə ən böyük xidməti etmiş olarsan. Biz ingilislər rifah və səadət içində yaşamağımız üçün bütün dünya dövlət-lərində və xüsusilə müsətəmləkələrimizdə bu cür fitnə-fəsad və təfriqələr salmaq məcburiyyətindəyik. Osmanlı dövlətini də yalnız bu üsullarla yıxa bilərik. Belə etməsək, sayı az olan bir millət sayca yüksək olan xalqlara necə hökmranlıq edə bilər? Var gücünlə müsəlmanların zəif nöqtələrini araşdır və tap! Bil ki, Osmanlı və İran dövləti hal-hazırda ən zəif dövrlərini yaşayırlar. Bunun üçün sənin vəzifən xalqı ədalətlə idarə edənlərə qarşı üsyana sövq etdirməkdir. Tarix boyu bütün inqilablar xalqın ayağa qalxması ilə həyata keçmişdir. Müsəlmanların vəhdətini pozub zəiflət-dikdən sonra onları asanlıqla məğlub edə bilərik”.
DÖRDÜNCÜ FƏSİL. Bəsrəyə gəldikdən sonra bir məsciddə yerləşdim. Məscidin axundu sünni məzhəbindən olan Şeyx Ömər Tai adlı bir ərəb idi. Onunla tanış olub söhbət etdikdə, məndən şübhələnərək sorğu-suala tutdu. Mən vəziyyətdən çıxmaq üçün - türkiyəliyəm, İğdır bölgəsindən. Əhməd əfəndinin tələbəsiyəm, -dedim. Bir neçə cümlə də türk dilində danışdım. O, gözləri ilə işarə edərək kənarda dayanmış bir şəxsi yanına çağırdı. O da mənimlə türk dilində bir az danışdı və bu dili yaxşı bildiyimi dedi. Onu şübhəli fikrindən döndərdiyim üçün çox sevindim. Lakin bir neçə gündən sonra hiss etdim ki, o mənim türk casusu olduğumu zənn edir. Daha sonra həmin ruhani ilə xəlifə tərəfindən tə`yin olunan vali arasında kəskin ədavət olduğunu öyrəndim. Şeyx Ömərin məscidindən uzaqlaşmaq məcburiyyətində qaldım. Yaxınlıqda olan bir mehmanxanaya köçdüm. Mehmanxananın sahibi Mürşid adlı axmaq bir adam idi. Hər səhər azan vaxtı olmamış gəlib qapını möhkəm-möhkəm döyəcləyirdi. Mən də durub azan verildikdən sonra namazımı qılırdım. Bir gün də gəlib belə dedi:
Namazdan sonra mütləq bir saat Qur`an oxumalısan.
Dedim: Qur`an oxumaq İslamda vacib əməl deyil, niyə israr edirsən?
Cavabında dedi: Namazdan sonra yatmaq mülk sahibinə bədbinlik gətirər. 
Onun bu əmrini yerinə yetirmək məcburiyyətində qaldım. Belə etməsəydim, yəqin ki, o məni mehmanxanadan çıxara bilərdi. Odur ki, hər gün sübh namazından sonra bir saatdan çox Qur`an oxumalı olurdum. 
Başqa bir gün də əsəbi halda otağıma gələrək dedi: 
Sən bu evə gələndən sonra mənim işlərim düz gətirmir. Sən çox uğursuz adamsan. Sənin bu cür olmağın, evli olmadığına görədir. Ya evlənəcəksən, ya da mənim mehmanxanamı tərk edəcəksən.
Dedim: Mənim evlənmək üçün lazım olan miqdarda pulum yoxdur. 
Əhməd əfəndi üçün gətirdiyim bəhanəni Mürşidə deyə bilmədim. Çünki o, həqiqətən məni soyundurub yoxlaya biləcək dərəcədə kobud adam idi. Sonra o, bir Qur`an ayəsi ilə sözünü davam etdirdi: Ey zəif imanlı insan! “Sən yoxsulsansa, Allah səni öz lütfi ilə zənginləşdirər.”(Nur surəsi, ayə 32). Sən məgər bu ayəni oxumamısan? Mən lap çaşıb qaldım:
Bəli eşitmişəm. Mən evlənəcəyəm, lakin sən mənə bu iş üçün lazım olan miqdarda pul verməyə hazırsanmı? Və ya mənim üçün çox xərc tələb etməyən bir qız tapa bilərsənmi?
Mürşid bir az fikirləşdikdən sonra dedi:
Mən heç nə bilmirəm, ya rəcəb ayının əvvəlinə qədər evlənəcəksən, ya da buranı tərk etməlisən!
Rəcəb ayının əvvəlinə isə 25 gün qalmışdı. Bir baqqal dükanında işə düzəldim və Mürşidin mehmanxanasını tərk etdim. Yemək-içmək və yatacaq yerim dükan sahibinin üzərinə düşdü; çox az bir məvaciblə razılaşdım. Rəcəb ayı gəlməmişdən əvvəl əşyalarımı həmin dükana gətirdim. Baqqalın adı Abdürriza idi. O, xorasanlı şiə, özü də mərd bir adam idi. Mənimlə öz oğlu kimi davranırdı. Onun yanında olduğum müddətdə fürsətdən istifadə edib fars dilini öyrənməyə başladım. Hər gün əsr namazından sonra iranlı şiələr onun yanına toplaşaraq siyasətdən, iqtisadiyyatdan danışar və bir çox mövzularda söhbətlər edərdilər. Onlar həm öz hökumətlərini, həm də İstambuldakı xəlifəni çox tənqid edərdilər. İçəri yad bir adam daxil olan kimi tez söhbəti dəyişərdilər. Lakin mənə çox e`timad bəsləyirdilər. Sonradan anladım ki, türk dilini bildiyim üçün mənim azərbaycanlı olduğumu zənn edirmişlər. 
Bizim baqqal dükanına bir dəliqanlı cavan gəlib-getməyə başladı. O, dini dərs oxuyan tələbə qiyafəsində idi. Ərəb, fars və türk dilini bilirdi. Adı Məhəmməd ibn Əbdülvəhhab Nəcdi idi. Bu gənc son dərəcə çılğın, yüksəkdən danışan və əsəbi bir adam idi. Osmanlı hökumətini pislədiyi halda, İran hökumətinin əleyhinə danışmazdı. Onun Abdürriza ilə dostluğunun bir neçə səbəbi var idi. Birincisi, onların hər ikisi İstambul xəlifəsinə müxalif idilər. Lakin sünni Əbdülvəhhabın şiə Abdürriza ilə necə dostluq etməsi mənim üçün çox maraqlı idi. Sonradan gördüm ki, bu şəhərin şiələri sünnilərlə zahirdə mehriban davranırlar. Bu şəhərin əhalisinin əksəriyyəti həm ərəb, həm də fars dillərini bilirdi. Türk dilini bilənlər də az deyildi. Əbdülvəhhab Nəcdi zahirən sünni idi. Sünnilərin çoxu bir yerə yığışdıqda, şiələrin arxasınca danışardılar. O isə öyrəndiyimə görə, heç vaxt şiələr haqda pis söz deməzdi. Hətta sünnilərə qarşı idi. O, əhli sünnətin dörd məzhəbdən ibarət olmasını qəbul etmirdi və deyirdi ki, Allahın kitabında məzhəblər haqda heç bir dəlil yoxdur; o, həqiqətdə hədislərə də heç bir əhəmiyyət vermirdi. 
Dörd məzhəb məsələsinə gəlincə, sünnilər arasında Məhəmməd peyğəmbərin vəfatından bir əsr sonra bu dörd alim - Əbu Hənifə, Əhməd ibn Həmbəl, Malik ibn Ənəs və Məhəmməd ibni İdris Əş-Şafei meydana çıxdı. Bə`zi xəlifələr də bu dörd alimdən birinə təqlid etməyi vacib bilmişdilər. Sünni məzhəbinə görə bu dörd alimdən başqa heç bir şəxs Qur`ani-Kərimdə ictihad edə bilməz. Yə`ni, onun ümumi qanunlarından faydalanmaqla xüsusi hökmlər çıxara bilməz. Bu fərman müsəlmanların elm və düşüncə qapılarının bağlanmasına səbəb olmuşdur. İctihada qoyulan qadağa İslamın durğunlaşması səbəbi kimi göstərilir. Lakin şiələr öz məzhəblərini yaymaq üçün bu vasitədən (ictihaddan) çox gözəl istifadə etmişlər. Bir zamanlar şiələrin sayı sünnilərin onda biri qədər deyildi. Lakin indi onlar da çoxalmış və sünnilər qədər olmuşlar. Bu təbii bir məsələdir; Həqiqətən, ictihad bir silaha bənzəyir ki, İslam fiqhini, yə`ni şəriət elmini inkişaf etdirir, Qur`ani–Kərim və Peyğəmbərin sünnətində olan hökmləri aşkarlayır. İctihada qoyulan qadağa isə onu dar bir çərçivədə saxlayır və düşüncə qapılarını onların üzünə bağlayır. İctihad olmadıqda İslam qanunları zamanın tələblərinə cavab verməz. Sənin silahın çürük, düşmənin təchizatı isə mükəmməldirsə, məğlubiyyət talehinə məhkumsan. Zənn edirəm yaxın gələcəkdə sünni mütəfəkkirləri də ictihad qapısını açacaqlar, əks təqdirdə, bir əsirdən sonra onlar azalacaq, şiələr isə əksəriyyət təşkil edəcəklər. Dörd sünni məzhəbinin iman və inancları bir-biri ilə eynidir. Onların arasında olan fərq yalnız ibadətlərin incəliklərindədir. 
Məhəmməd Nəcdi özünə hədsiz dərəcədə qürrələnən bir gənc idi. Qur`anı və sünnəni anlamaqda hissə qapılırdı. Təkcə öz zamanındakı şəxsiyyətlərin deyil, dörd məzhəb alimlərinin baxışlarını və hətta Əbu Bəkr və Ömər kimi səhabələrin nəzərlərini də qəbul etməzdi. Onun dəlili bu idi ki, Peyğəmbər demişdir: “Mən sizin aranızda Qur`anı və sünnəni əmanət qoyub gedirəm”. Deməmişdir ki, mən sizin aranızda Qur`anı, sünnəni, səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm. O, hər kəs mövcud olan məzhəbi baxışlara, səhabə və alimlərin söylədiklərinə nə qədər müxalif olsa da, Qur`ana və sünnəyə tabe olmalıdır! -deyirdi.
Əbdürrizanın evində Məhəmməd Nəcdi ilə orada qonaq olan Şeyx Cavad adlı qumlu bir şiə aliminin arasında mübahisə oldu. Şeyx Cavad dedi:
Əlinin müctehid olduğunu qəbul etdiyin halda, niyə ona tabe olmursan? Həqiqətən, Əli də Ömər və başqa səhabələr kimidir. Məhəmməd Nəcdi:
Onların sözü höccət ola bilməz. Yalnız Qur`an və sünnət höccətdir.
Şeyx Cavad:
Peyğəmbərimiz, mən elmin şəhəri, Əli isə qapısıdır, -dediyinə görə Əli ilə digər səhabələr arasında fərq qoymaq lazım deyilmi?
Məhəmməd Nəcdi:
Əlinin sözü höccət olsaydı, Peyğəmbər - mən sizin aranızda Qur`anı, sünnəni və Əlini əmanət qoyub gedirəm - deyərdi. 
Şeyx Cavad:
Bəli, məşhur bir hədisdə Peyğəmbər (s) - Allahın kitabını və əhli-beyti əmanət qoyub gedirəm – deyə buyurmuşdur. Əli isə əhli-beytin ən böyüyüdür.
Məhəmməd Nəcdi Peyğəmbərin bu kimi bir hədis buyurduğunu inkar etdi. Şeyx Cavad da onu əsaslı dəlillərlə susdurdu. Lakin Məhəmməd Nəcdi e`tiraz edərək:
Siz Peyğəmbərin - mən sizin aranızda Allahın kitabını və əhli beytimi əmanət qoyub gedirəm, - dediyini iddia edirsiniz. Bəs, o həzrətin sünnəsi harada qaldı?
Peyğəmbərin sünnəsi Qur`anın izahıdır. O həzrət - Allahın kitabını və əhli-beyti əmanət qoyuram –deyə buyurmuşdur. Allahın kitabı dedikdə, Peyğəmbərin sünnəsi də nəzərdə tutulur. 
Əgər əhli-beytin sözləri Qur`anın izahıdırsa, onda hədislərin izahına nə ehtiyac vardır? 
Həzrəti Peyğəmbər vəfat etdiyi zaman onun ümməti zamanın ehtiyaclarına cavab verəcək bir Qur`an təfsirinə ehtiyac duyurdular. Buna görə də, Həzrəti Peyğəmbər ümmətinə lazım olan Qur`anın əsl mə`nada təfsir edən əhli beytə tabe olmağı əmr etmişdir. 
Bu mübahisə mənim çox xoşuma gəldi. Məhəmməd Nəcdi Şeyx Cavadın qarşısında aciz qalaraq susdu. Mən axtardığımı Məhəmməd Nəcdidə tapmışdım. Həqiqətən onun alimlərə hörmətsizliyi, dörd xəlifəyə əhəmiyyət verməməsi, Qur`anı və sünnəni anlamaq barədə müstəqil baxışa sahib olması, onu ovlayıb əldə saxlamaq üçün ən zəif nöqtələr idi. Bu məğrur gənc hara, İstambuldakı Əhməd əfəndi hara? O, əzəmətli bir dağa bənzəyirdi ki, heç bir güc onu yerindən tərpədə bilməzdi. O, hər dəfə Əbu Hənifənin adını zikr edəndə dəstəmaz alardı. Buxarinin hədis kitabını əlinə dəstəmazsız götürməzdi. (Sünnilər bu kitaba həddən artıq ehtiram bəsləyirlər). Məhəmməd Nəcdi Əbu hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və “mən ondan daha çox bilirəm” deyirdi. 
Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum. Daim onu tə`rifləyirdim; bir dəfə dedim: “Sən Ömər və Əlidən daha böyüksən. Peyğəmbər həyatda olsaydı, səni öz canişini tə`yin edərdi. Mən İslamın sənin əlinlə yeniləşib yüksələcəyini görürəm. İslam dinini dünyaya məhz sən yaya biləcəksən!” 
Mən onunla birgə başqa təfsirlərə müxalif bir Qur`an təfsiri yazmaq qərarına gəldim. Qur`anı oxuyaraq, bə`zi ayələr üzərində bəhs edirdik. Bu işdən məqsədim onu tam azdırmaq idi. O da mənim e`timadımı qazanmaq, özünü inqilabçı kimi göstərmək üçün fikirlərimi mə`muniyyətlə qə`bul edirdi.
Bir dəfə ona dedim:
Cihad hökmü vacib deyildir.
-Allah, ”kafirlərlə vuruşun” dediyi halda, necə vacib deyildir?
-Elədirsə, bəs nəyə görə Allah “kafirlərlə və münafiqlərlə cihad et” dediyi halda, Peyğəmbər münafiqlərlə cihad etmədi? Ancaq kafirlərə qarşı iyirmi yeddi dəfə cihad etdi. Bu bütün kitablarda yazılmışdır. Münafiqlər isə müsəlman kimi görünürdülər. Gündüzləri Peyğəmbər məscidində Rəsuləllahla bir yerdə namaz qılardılar. O həzrət onları tanıyırdı, lakin heç vaxt onlara deməmişdi ki, siz  münafiqsiniz. Onları öldürsəydi, özünə iman gətirmiş şəxsləri öldürmüş olardı. Buna görə də münafiqlərlə söz ilə cihad edirdi. Qu`randa “Kafirlərlə və münafiqlərlə cihad edin!” deyildikdə, onun mə`nası açıqlanmır. Vacib olan cihad mal və sözlə də həyata keçirilə bilər. Peyğəmbər kafirlərlə döyüşdüyü halda, münafiqlərə nəsihət edirdi.
-Peyğəmbərin dil və ya qılıncla cihad etməsinin heç bir fərqi yoxdur.
-Bəs onda, vacib olan cihad dil ilə olur, yoxsa qılıncla? 
-Nəzərə al ki, Peyğəmbər kafirlərlə müharibə etmişdir.
-Peyğəmbər cihad yox, özünü müdafiə etmişdir. Kafirlər Peyğəmbəri öldürmək istəyirdilər.
Bir dəfə də İslamda mübahisəli mövzulardan biri olan siğə (müvəqqəti nigah) barədə onun nəzərini öyrənmək məqsədi ilə belə dedim:
Mənim nəzərimə görə, siğə İslamda qanuni bir hökmdür.
Caiz deyildir.
Nisa surəsinin 24-cü ayəsində Allah-Taala belə buyurmuşdur: “Onlardan faydalanacağınız halda, razılaşıb mehriyyələrini verin”.
Ömər Peyğəmbər zamanında mövcud olan iki məsələni qadağan etdi və ”Bu işi edəni cəzalandıracağam!” -dedi.
Sən həm özünü Ömərdən elimli sanırsan, həm də onun əmrlərinə tabe olursan. Ömər demişdi ki, Peyğəmbər bu işləri halal buyurmuşdur, mən onları qadağan edirəm. Peyğəmbərin əmrini buraxıb Ömərin sözünü tutursanmı? O, cavab vermədi. Anladım ki, məğlub oldu. Həmin ərəfədə Məhəmməd Nəcdinin qadın istədiyini və onda cinsi məsələlərə qarşı kəskin hisslərin baş qaldırdığını bilirdim. Özü də subay idi. Ona dedim ki, gəl hər ikimiz müvəqqəti nigahla evlənib özümüzə bir qadın tapaq; bu yolla bir qədər dincəlib rahatlanarıq. O, başını aşağı salmaqla razılığını bildirdi. Lakin bu işin aramızda sirr olaraq qalmasını və həmin qadına adının bildirilməməsini xahiş etdi. Bəsrədə müsəlman gəncləri əyləndirib, azğınlığa sövq etdirmək üçün nazirlik tərəfindən göndərilən xristian qadınlar var idi. Mən onların yanına getdim. Məsələni birinə danışdım, o da qəbul etdi. Adını Səfiyyə qoydum. Nəcdini onun evinə gətirdim. Bir həftəlik müvəqqəti nigahla razılaşdılar; o, Səfiyyəyə mehriyyə olaraq, bir az qızıl verdi. Səfiyyə onu çox ustalıqla ələ aldı. Həqiqətən, Məhəmməd Nəcdli ictihad və fikir azadlığı bəhanəsi ilə şəriət hökmlərinə qarşı çıxmağın nəfsani istək olduğunu duymuşdu. 
Müvəqqəti nigahın üçüncü günü şərabın haram olmadığına dair uzun-uzadı mübahisə etdik. O, nə qədər şərabın haram olduğuna dair Qur`an ayəsi və hədis gətirdisə də, hamısını qüvvədən salaraq dedim: 
Yezidin, ümumiyyətlə əməvi və abbasi xəlifələrinin hamısının şərab içmələri hamıya mə`lumdur. İndi özünü onlarla müqayisə et, gör onlar düz yoldadırlar, yoxsa sən? Şübhəsiz ki, onlar Qur`anı və sünnəni səndən daha yaxşı bilirdilər. Qur`an və sünnədən şərabın haram olduğunu yox, məkruh olduğunu anlamışlar. Yəhudi və xristianların kitablarında da şərabın halal olduğu yazılmışdır. Bütün dinlər Allahın əmridir; hətta rəvayətə görə, Ömər şərab haqqında ayə nazil olana qədər içmişdir. Əgər şərab haram olsaydı, Peyğəmbər onu cəzalandırardı. Şərab haram olmadığına görə də, Peyğəmbər onu cəzalandırmadı (Ömər şərab haram edilməmişdən əvvəl şərab içərdi. Ayə nazil olandan sonra isə əsla şərab içmədi). 
Bə`zi rəvayətlərə görə, Ömər şərabı su ilə qarışdıraraq içər və deyərmiş ki, əgər sərxoş etmirsə, haram deyildir.
Ömərin bu mövzuda fikirləri doğrudur. Çünki Qur`anda belə buyurulmuşdur: “Şeytan şərab və qumar ilə aranıza ədavət toxumu səpər; sizi Allahın zikrindən və namazdan uzaqlaşdırmaq istəyər. Artıq bunlardan uzaqlaşmaq vaxtı deyilmi?” 
Düzdür, şərab sərxoş etmədiyi halda, halaldır.
Məhəmməd Nəcdi ilə olan bu mübahisəmizi Səfiyyəyə danışdım və ona bərk-bərk tapşırdım ki, Məhəmmədə doyunca şərab içirtsin. Səhərisi gün Səfiyyə dedi ki, o, şərabı içdi, hələ üstəlik mənimlə oynadı da. 
Beləliklə, Səfiyyə ilə birlikdə Məhəmməd Nəcdini yaxşıca ələ aldıq. Yaxşı yadımdadır ki, MNN-nin naziri ilə vidalaşdığım zaman mənə belə demişdi: “Biz İspaniyanı kafirlərdən (müsəlmanlardan) içki və zina ilə aldıq. Bu vasitələrlə başqa torpaqlarımızı da azad edəcəyik!”. Onun bu sözlərinin nə qədər həqiqət olduğunu indi başa düşürəm. 
Bir gün Məhəmməd Nəcdi ilə oruc tutmaq barədə söhbətə başladım: 
-Qur`anda, “Oruc tutmanız sizin üçün daha xeyirlidir” yazılmışdır. Bu əməlin vacib olması barədə heç bir şey yazılmamışdır. Elə isə oruc İslamda vacib deyil, sünnətdir!
O, bu fikrimə e`tiraz edərək: 
-Məni dinimdən çıxarmaqmı istəyirsən? 
Din qəlbin təmizliyidir, başqasının haqqına təcavüz etmək yox. Allah-Taala Qur`ani-Kərimdə də bu barədə belə buyurmuşdur: “Rəbbinə həmd (zikr) etməklə, səcdə edənlərdən ol! Ölüm gəlib çatınca Rəbbinə ibadət edənlərdən ol”. Bu ayədən belə nəticə əldə edilir ki, namazı qılmaqda məqsəd Allahı anmaqdır. Namaz əvəzinə Allahı yad etmək də olar. 
-Bəli, bə`zi mötəbər şəxslər olubdur ki, namaz əvəzinə Allahı yad etməklə məşğul olmuşlar. Onun bu sözlərinə çox sevindim. Ona belə bir fikri aşılamaq üçün çox çalışmışdım. Axır ki, onun fikrini dəyişdirə bildim. Sonralar gördüm ki, o, namaza əhəmiyyət vermir. Bə`zən qılır, bə`zən də qılmırdı. Xüsusilə də sübh namazlarını qılmazdı. Mən də gecə yarısına qədər onu söhbətə tuturdum ki, sübh namazına dura bilməsin. O da yorularaq yatırdı. Yavaş-yavaş Məhəmməd Nəcdinin iman libasını çıxarmağa başladım. 
Bir gün Peyğəmbər haqqında da onunla bəhs etmək istədim. Lakin bu mövzu ona pis tə`sir göstərdi. Əsəbləşərək, bir də bu mövzuda söhbət açsan, səndən uzaqlaşacağam -dedi. Buna görə də mən susdum. Qorxdum ki, bir anda bütün müvəffəqiyyətim heç olar. Sünnilikdən və şiəlikdən ayrı bir yol tutmağını təklif etsəm də, o, bu sözümə əhəmiyyət vermədi. Lakin Səfiyyənin vasitəsi ilə onu ələ almağı bacardım. Aramızdakı soyuqluğu aradan aparmaq üçün bu hiyləyə əl atdım:
Peyğəmbərimiz səhabələrini bir-birinə qardaş etmişdir, elə deyilmi?
Bəli, elədir.
İslamın hökmləri müvəqqətidir, yoxsa davamlı?
Əlbəttə ki, davamlı.
Peyğəmbərimizin halalı qiyamətə qədər halal, haramı isə haramdır. Elə isə gəl, səninlə qardaş olaq.
Nəcdi də mə`muniyyətlə razılaşdı. O gündən sonra ondan ayrılmadım. Səfərə də birlikdə gedirdik. Ona çox hörmətlə yanaşırdım. Gəncliyimin ən dəyərli günlərini onunla keçirdim. Yaxşı ki, əkdiyim ağac öz bəhrəsini verməyə başlamışdı. Hər ay MNN-ə fəaliyyətimlə əlaqədar yeni mə`lumatlar göndərirdim. Gələn cavablar cəsarətverici və təşviqedici idi. Məhəmməd Nəcdi cızdığım yolla addım-addım irəliləyirdi. Mənim vəzifəm ona istiqlal və hürriyyət verib, yeni-yeni şübhələr aşılamaq idi. Ona bu işdə müvəffəqiyyət qazanacağını söyləyir və tə`rifləyirdim. 
Bir gün ona yuxu gördüyümü söylədim: “Dünən gecə Peyğəmbərimizi yuxuda gördüm. (Peyğəmbərin ruhanilərdən eşitdiyim əlamətlərini təsvir etdim.) O, bir kürsüdə oturmuşdu. Ətrafında da tanımadığım alimlər var idi. Siz içəri daxil olduqda üzünüzdən nur saçırdı. Peyğəmbərə yaxınlaşanda o, ayağa durub alnınızdan öpərək belə dedi: “Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə vəkilimsən”. Sən isə, “Ya Rəsuləllah, mən elmimi insanlara açmağa qorxuram” dedin. Peyğəmbər cavabında dedi: “Sən dahisən, heç nədən qorxma!” Məhəmməd Nəcdi bu yuxunu eşitdikdən sonra sevincindən sanki uçurdu. Bir neçə dəfə doğru deyib-demədiyimi soruşdu. Mən də onu əmin edərək, bu yuxunu həqiqətən gördüyümü söylədim. Zənn edirəm ki, Nəcdi elə o gündən yeni bir məzhəb yaratmaq qərarına gəldi. 
BEŞİNCİ FƏSİL. Məhəmməd Nəcdi ilə çox səmimi və yaxın olmuşduq. Bu günlərdə şiələrin dini-elmi mərkəzi olan Kərbəla və Nəcəf şəhərlərinə getmək üçün Londondan əmr gəlmişdi. Məhəmmədlə görüşüb Bəsrədən ayrılmaq məcburiyyətində qaldım. Lakin bu cahil və yolunu azmış şəxsin gələcəkdə yeni bir firqə yaradacağını və onun İslam dinini daxildən parçalayıb dağıdacağını düşünəndə hədsiz dərəcədə sevinirdim. Yaranacaq bu azğın firqənin inanclarını şəxsən özüm hazırladığıma görə fərəhlənirdim. 
Əli ibn Əbutalib Nəcəfdə dəfn edilmişdir. Nəcəfdən bir neçə kilometr aralıda Əlinin xilafət mərkəzi olan Kufə şəhəri yerləşir. Həzrəti Əli öldürüldükdə, oğlanları Həsən və Hüseyn onu Kufədən kənarda, hal-hazırdakı Nəcəf şəhərində dəfn etmişdilər. Bundan sonra Nəcəf inkişaf edib böyüməyə başlamışdı. Şiə alimləri Nəcəfə toplaşmış, orada mədrəsələr qurub ali-dini təhsil ocaqları yaratmışdılar. İstambuldakı xəlifənin onlara münasibəti bir neçə səbəbə görə pis idi:
İrandakı şiə hökuməti Nəcəfdəki şiələri dəstəkləyirdi. Xəlifə də onların işlərinə qarışırdı. Hər iki dövlətlər arasında münasibətlər gərginləşmiş, hətta hər dəqiqə belə müharibə baş verə bilərdi. 
Nəcəf ətrafında şiələri dəstəkləyən çoxlu silahlı tayfalar var idi. Silahları və dəstələri nizamlı ordu şəkilində olmasa da, xəlifənin ordusu ilə döyüşmək imkanında idilər. 
Nəcəfdəki şiə alimləri Hindistan, Afrika və bütün dünyadakı şiələrin ən ali dini müraciət yerləri idi. Bütün dünya şiələri bu şəhərdə yerləşən müctehidlərin bircə fətvası ilə ayağa qalxıb üsyana başlaya bilərdilər.
Peyğəmbərin qızı Fatimənin oğlu Hüseyn ibn Əli Kərbəlada şəhid edilmişdir. İraq əhalisi Mədinəyə məktub yazaraq imam Hüseyni özlərinə xəlifə seçmək üçün bu şəhərə də`vət etmişdilər. O, ailəsi ilə birlikdə Kərbəla torpağına yetişdikdə, iraqlılar öz və`dlərinə xilaf çıxaraq, Şamda oturan Əməvi xəlifəsi Yezid ibni Müaviyənin əmri ilə ona qarşı vuruşmuşdular. Hüseyn (ə) ailəsi ilə birlikdə İraq ordusuna qarşı şəhid oluncaya qədər qəhrəmancasına döyüşmüşdü. O gündən sonra şiələr Kərbəlanı ruhani bir mərkəz olaraq, qəbul etmiş və hər yerdən oraya gəlib toplaşmışdılar. (Təəssüflər olsun ki, xristian aləmində belə bir mərkəzin bənzəri yoxdur). Kərbəla da Nəcəf kimi şiələrin dini-elmi mərkəzlərindən sayılır və orada çoxlu sayda mədrəsələr vardır. Bu iki şəhər həmişə bir-birinə yardımçı olurlar. 
Kərbəlaya getmək əmrini aldıqdan sonra Bəsrədən Bağdada, oradan da Fərat çayının kənarındı yerləşən Hillə şəhərinə getdim. Dəclə və Fərat çayları Türkiyədən gələrək, İraqdan keçir və  sonda Bəsrə körfəzinə tökülür. Bu çaylar İraq üçün həyati əhəmiyyət daşıyır. Mən Londona döndükdən sonra MNN-ə getdiyim zaman İraqla bağlı təkliflərimizi qəbul etdirmək məqsədilə, bu çayın istiqamətini dəyişmək üçün plan hazırlanmasını təklif etdim. Əgər su İraqdan kəsilərsə, təkliflərimizi qəbul etməyə məcbur olacaqlar - dedim. Hillədən Nəcəfə azərbaycanlı tacir qiyafəsində getdim. Şiə alimləri ilə dostluq və səmimiyyət qurdum və onları aldatmaq üçün dərslərdə iştirak etməyə başladım. 
Şiələrlə sünnilərin fərqi aşağıdakılardan ibarətdir:
Şiələr Osmanlı hökumətinə qarşı düşmən mövqeyi tutmuşdular. Çünki onlar şiə, türklər isə sünni idilər.
Şiə alimləri bizim durğunluq dövrümüzdəki keşişlərimiz kimi özlərini tamamilə dini elmlərə həsr etmiş, dünyavi elmlərlə çox az maraqlanırdılar. Dünyada baş verən ictimai-siyasi hadisələrdən xəbərsiz idilər. Bir gün öz-özümə fikirləşirdim ki, şiələr nə zavallı insanlardılar. Bütün dünya oyaq ikən onlar hələ də yatırlar. Bir gün gələcək bir sel onları yuyub aparacaq.
Onları xəlifəyə qarşı üsyana yönəltmək istəyirdim. Məni bu mövzuda dinləyən olmadı. Bə`ziləri də bu təklifi eşitdikdə mənə istehza ilə yanaşırdı. Sanki onlara, dünyanı yıxın - deyirdim. Onlar Osmanlı xilafətini fətholunmaz bir qala kimi görürdülər. Şiələrin fikirincə, bu işi ancaq zühurunun intizarı gözlənilən Mehdi görə bilər və onları xəlifənin zülmündən qurtara bilərdi. Onlara görə, Mehdi İslam peyğəmbərinin nəslindən olan və hicri-qəməri tarixi ilə 255-ci ildə qeybə çəkilən on ikinci imamdır. Onlar deyirdilər: “O indi həyatda mövcuddur, bir gün zühur edəcək, zülm və haqsızlığın baş alıb getdiyi dünyanı ədalətlə dolduracaq”. Onların bu cür inanclarına lap heyrət edirdim. Bu bizim xristianların inandığı, “İsa Məsih gələcək, dünyanı ədalətlə dolduracaq” əqidəsinə bənzəyirdi. Bir gün onların birinə belə dedim:
İslam peyğəmbəri zülmə qarşı çıxdığı kimi, sizin də zülmə qarşı mübarizə aparmağınız vacib deyildirmi?
Allah ona yardım edirdi. Ona görə də zülmü məhv etməyi bacardı. 
Qur`anda belə buyurulmuşdur: “Siz Allahın dininə yardım edərsinizsə, O da sizə yardım edər”. Şahların zülmünə qarşı çıxsanız, Allah sizə də yardım edər. 
Sən bir tacirsən, bunlar sənin işin deyil. Bu elmi bir mövzudur ki, sən bu elmi dərk edə bilməzsən. 
Əli ibn Əbu Talibin məqbərəsi çox gözəl bir layihə əsasında tikilmişdir; qızıldan qapıları, böyük bir gümbəzi və iki böyük minarəsi vardır. Hər gün bu türbəyə çoxlu sayda şiə zəvvarları gəlir, ziyarət edir və camaat namazı qılırlar. Ziyarətçilərin hər biri məzara salam verdikdən sonra içəri daxil olurlar. Kərbəlada da Həzrəti Əlinin məqbərəsinə bənzər iki məqbərə vardır. 
Birincisi, Həzrət Hüseynə, ikincisi isə, onunla bərabər şəhid olan qardaşı Həzrət Abbasa məxsusdur. Şiələr Nəcəfdə etdikləri ziyarət qaydalarını eynən Kərbəlada da edirdilər. Kərbəlanın görünüşü Nəcəfdən daha gözəldir. Ətrafında gözəl bağçalar və axar sular vardır.
İraq səfərində bir çox fərəhləndirici mənzərələrlə qarşılaşdım. Bə`zi hadisələr Osmanlı imperatorluğunun sonunun yaxınlaşdığından xəbər verirdi. İstambul hökuməti tərəfindən tə`yin edilən vali zalım və cahil bir adamdır. Özü istədiyi kimi hərəkət edirdi. Xalq ondan razı deyildi. Sünnilər hüquqlarının tapdalandığından, onlara qiymət verilmədiyindən şikayətlənir, şiələr isə Peyğəmbərin nəslindən rəhbərliyə layiq olan seyyid və fəqihlər olduğu halda, xəlifəni və onun yerli valisini qeyri-qanuni hesab edirdilər. Şiələrin vəziyyəti həddən artıq dözülməz idi. Zülm və əziyyət içində yaşayırdılar. Yol kəsənlər karvanları daima talan edirdilər. Hökumət onlara bir mühafizə əsgəri vermədikdə səfərə çıxa bilmirdilər. Şiə tayfaları arasında da düşmənçilik çox idi. Hər gün bir-birini öldürürdülər. Şiələrin bu vəziyyəti mənə kilsənin Avropanı istila etdiyi zamanları xatırladırdı. Nəcəf və Kərbəladakı ruhanilərdən başqa hər min nəfərdən biri yazmaq və oxumaq bacarırdı. İqtisadi həyat çökmüş, insanlar fəqirlik və zəlalət içində məşəqqət çəkirdilər. Dövlət çıxılmaz bir vəziyyətdə idi. Şiələr hökuməti rəsmi şəkildə tanımırdılar. Dövlət ilə xalq arasında e`timadsızlıq hökm sürürdü; onlar bir-birinə şübhə ilə yanaşırdılar. Ona görə də aralarında yardımçı əlaqə yox idi.
Kərbəla və Nəcəfdə dörd ay qaldım. Nəcəfdə olduğum müddətdə ağır xəstəliyə tutuldum. Hətta əlimi həyatdan üzmüşdüm. Üç həftə yataqda qaldım. Həkimdən müalicə aldıqdan sonra səhhətim yaxşılaşmağa başladı. Ev sahibi xəstə olduğum müddətdə mənə çox yaxşı xidmət göstərdi. Bu işlə savab qazandığını deyirdi. Onlara deyirdim ki, həzrəti Əlinin ziyarətçisiyəm. Müalicəmin birinci günü həkim mənə toyuq ətinin suyunu içməyi söylədi. Daha sonra ətindən də yeməyi məsləhət gördü. Sağaldıqdan sonra Bağdada getdim. Nəcəf, Hillə və Bağdad yolunda müşahidələrimlə bağlı yüz səhifəlik mə`lumat hazırlayıb MNN-nin Bağdad şö`bəsinə təqdim etdim.
İraqda qalacağım və ya Londona dönəcəyim haqqında əmr gözləyirdim. Uzun zaman idi ki, qürbətdə idim. Vətənim və ailəm üçün çox darıxmışdım; həyata yenicə göz açmış oğlum Rasputini görmək istəyirdim. Onun üçün də MNN-ə yazdığım məktubda az bir müddətə olsa da, Londona qayıtmaq üçün izn istədim. Üç illik İraq səfəri ilə əlaqədar müşahidələrimi şifahi anlatmaq və bir qədər də istirahət etmək istəyirdim. Nazirliyin İraqdakı nümayəndəliyi şübhə doğurmamaq üçün Dəclə çayının kənarındakı evlərin birində yerləşməyimi məsləhət gördü. Londondan cavab gələnədək orada qalmalı oldum. Burada qalarkən xilafət mərkəzi olan İstambulla Bağdad arasındakı mə`nəvi uyğunsuzluğu müşahidə edirdim. 
Bəsrədən Kərbəla və Nəcəfə getdiyim müddətdə Məhəmməd Nəcdidən çox nigaran qalmışdım. Onun göstərdiyim yoldan aza biləcəyindən ehtiyatlanırdım; aylarla çəkdiyim zəhmətin hədər olacağından qorxurdum. Ayrılanda o, İstambula getmək haqqında düşünürdü. Mən onu bu fikirdən daşındırmaq üçün çox çalışdım və ona, İstambulda fikirlərini duysalar, səni öldürə bilərlər, -dedim. Əlbəttə məqsədim başqa bir şey idi. Orada savadlı sünni alimləri ilə görüşüb, öz etiqadına qayıda bilərdi. Çünki, İstambulda İslamın yüksək ruhiyyəsi vardır. Məhəmmədin Bəsrədə qalmaq istəmədiyini anladıqda, İsfahan və Şiraza getməsini təklif etdim. Çünki bu iki şəhər çox gözəl, xalqı da şiə idi. Şiələrin də ona tə`sir etmək ehtimalı çox az idi. Beləliklə, onun hazırladığım yoldan dönməyəcəyinə əmin oldum. Ayrılanda soruşdum: 
Təqiyyəyə inanırsanmı? 
Bəli, inanıram. Müşriklər səhabələrdən birinin ata-anasını öldürdükdə təqiyyə edib, şirki izhar etmişdi. Peyğəmbər buna qarşı çıxmamış və ona heç nə deməmişdi.
Şiələr arasında təqiyyə ilə davran, sünni olduğunu söyləmə ki, başına bəla açarsan. Onların ölkəsindən və alimlərindən istifadə et, məzhəblərini öyrən! Onlar çox cahil və inadkar insanlardır. 
Ona zəkat (imkansızlara paylanılan vergi növü) adı ilə bir miqdar pul verdim. Bir də minik üçün heyvan aldım. Ayrılarkən Bəsrəyə dönməyi qərara aldıq. Razılaşdıq ki, kim birinci gəlsə və gözləməyə imkanı olmasa, Əbdürrizaya məktub yazıb versin. 
ALTINCI FƏSİL. Bir müddət Bağdadda qaldıqdan sonra Londona qayıtmaq əmri aldım. Londona döndükdə katiblər və mə`sullarla görüşdüm. Onlara uzun sürən səfərimdən, müşahidələrim və İraqla bağlı mə`lumatlarımdan danışdım. Onlar çox sevindilər və mənə öz təşəkkürlərini bildirdilər. Səfiyyə də məndən əlavə MNN-nə mə`lumat göndərmişdi. Sonradan bildim ki, MNN-nin xüsusi məqsədlə tə`yin olunmuş xəfiyyələri müntəzəm olaraq məni izləmiş və bu barədə mərkəzə mə`lumatlar göndərmişlər. Nazirlə görüşmək üçün vaxt aldım. O, məni İstambul səfərimdən qayıdarkən qarşıladığı kimi qarşılamadı. Bu dəfəki görüşümüzdə onun mənə məftun olduğunu anladım. Nazir, Məhəmməd Nəcdini həmkarlığa cəlb etdiyimə görə məndən çox razı idi. 
Nazir dedi:
Məhəmməd Nəcdi nazirliyimizin müsəlmanların qəlbinə sancmaq üçün daim axtardığı bir silahdır ki, onu əldə etmək üçün sərf etdiyimiz bütün məsrəflərə dəyər. 
Onu ələ almaq üçün çox əzab-əziyyətlərə qatlaşmalı oldum. Ondan ayrılanda çox nigaran idim; fikirlərindən dönəcəyindən qorxurdum. Lakin, söhbət əsnasında anladım ki, fikri qətidir. 
Nazirliyimizin casusları İsfahanda onunla görüşmüşlər. Bu haqda bizə bir mə`lumat da göndəriblər. 
Öz-özümə fikirləşirdim ki, Məhəmməd bu sirri başqasına necə aça bilərdi?! Sonradan onunla görüşdükdə bildim ki, İsfahanda Əbdülkərim adlı bir şəxs onunla görüşəndə, Şeyx Məhəmmədin (məni nəzərdə tutur) qardaşıyam - demişdi. O da aldanaraq, bütün sirləri açmış və onunla məxfi əlaqə yaratmışdı. Mənə İsfahan və Şiraz səfəri haqqında belə danışdı: “Səfiyyə mənimlə İsfahana getdi. Onunla iki ay da müvəqqəti nigahla yaşadım. İsfahanda tanış olduğum Əbdülkərimlə Şiraza gəldim. O, məni Səfiyyədən də gözəl olan Asiya adlı bir qadınla tanış etdi. Onunla da bir müddət oldum. Həyatımın ən nəş`əli günlərini onunla keçirdim”.
Sonradan dəqiqləşdirdim ki, Əbdülkərim İsfahanda yaşayan xristian, Asiya isə Şiraz yəhudilərindən olan MNN casusudur. Dördümüz bir yerdə Məhəmməd Nəcdini illərlə planlaşdırdığımız bir şəkildə yetişdirdik.
Mən hadisələri nazirə, katibə və nazirliyin tanımadığım iki mə`muruna danışdıqda, nazir mənə belə dedi: “Sən nazirliyimizin ən böyük mükafatını qazandın. Sən bizim ən mühüm xəfiyyələrimiz arasında birincisən. Katiblər sənə vəzifəni davam etdirmək üçün  lazım olan iki dövlət sirrini söyləyəcəklər”.
Sonra mənə ailəmlə görüşmək üçün on günlük vaxt verdilər; sevinc içərisində evimə doğru addımladım. Mənə çox bənzəyən oğlumla ən unudulmaz dəqiqələrimi keçirdim. Rasputin yenicə dil açırdı. Gözəl yeriməyi var idi. O yeriyəndə, sanki vücudumun bir parçası yeriyirdi. Bu on gündə sevincimin həddi-hüdudu yox idi. Xalamla da görüşməyim çox yaxşı oldu. Ancaq mən üçüncü səfərə getdikdən sonra o, dünyasını dəyişmişdi. Onun vəfat etməsinə çox təəssüfləndim. Ailəmlə olduğum bu on gün sanki bir saat kimi gəlib keçdi. Əziyyətli günlər isə əsrlərə bərabərdir. Nəcəfdəki xəstəlik günlərimi xatırladım. O kədərli günlərin hər biri mənim üçün bir ilə bərabər idi.
Yeni əmrlər almaq üçün nazirliyə getmişdim. Qarşımda katiblə yanaşı gülərüzlü və uzunboylu bir şəxs də dayanmışdı. Onunla görüşdükdə əlimi möhkəm-möhkəm sıxdı; sanki onun əllərindən qəlbimə məhəbbət süzüldü. O dedi: “Nazirliyimizin idarə hey`ətinin əmri ilə sənə çox mühüm iki dövlət sirrini söyləyəcəyəm. Bu iki sirdən çox istifadə edəcəksən. Bu mə`lumatları bir neçə nəfərdən başqa heç kəs bilmir”.
Əlimdən tutaraq məni otaqlardan birinə apardı. Bu otaqda çox qəribə bir səhnə var idi. Bir dairəvi masanın ətrafında on nəfər oturmuşdu. Onlardan birincisi Osmanlı sultanının qiyafəsində idi. Türk və ingilis dillərini mükəmməl bilirdi. İkincisi İstambuldakı Şeyxül İslam, üçüncüsü İran şahı, dördüncüsü İran şahının vəziri, beşincisi isə şiələrin Nəcəfdəki müctehidinin qiyafəsində idi. Bu iki nəfər fars və ingilis dillərini bilirdilər. Onların hər birinin yanında dediklərini yazmaq üçün katiblər oturmuşdu. Sonra casusların bu beş nəfəri yamsıladıqları şəxslər haqqında topladıqları məlumatlar təqdim olundu. Katib dedi:
Bu beş nəfər oradakı beş nəfəri təmsil edirlər. Onların nə düşündüklərini bilmək üçün əvəzedicilər yetişdirmişik. Biz İstambul, Tehran və Nəcəfdəki mə`lumatlarımızı müntəzəm olaraq onlara veririk. Bunlar da özlərini onların yerində təsəvvür edir və soruşduğumuz suallara cavab verirlər. Bizim nəzərimizcə, bu beş nəfərin cavabları onların həqiqi fikirləri ilə 70% uyğun gəlir. Səni də maraqlandırırsa, təcrübə üçün istədiyin sualı verə bilərsən. Necə ki, Nəcəfdəki alimlə görüşüb ona maraqlı suallar vermişdin.
Mən də onun bənzərinə yaxınlaşaraq dedim:
Ustad, hökumət sünni olduğu üçün onlara qarşı müharibə etmək caizdirmi?
O, bir az düşündükdən sonra:
Xeyr, sünni olduğu üçün hökumətlə müharibə etmək caiz deyildir. Bütün müsəlmanlar qardaşdırlar. Ancaq onlar ümmətə zülm və işgəncə versələr, onda qiyam edə bilərik. Biz müharibəni əmr be məruf və nəhy əz münkər şərtlərinə uyğun olaraq etməliyik. Zülmdən əl çəkərlərsə, biz də onlardan əl çəkərik. 
Ustad, yəhudilərin və xristianların murdar olması məsələsinə münasibətinizi bilmək istəyirəm?
Əlbəttə olar. Bəli, onlar murdardırlar. Onlardan qorunmaq lazımdır.
Nə üçün?
Onlar bizi kafir bilirlər. Peyğəmbərimizi inkar edirlər. Biz də bunun əvəzində onlara bu cür münasibət bəsləyirik. 
Ustad, təmizlik imandandır, elə deyilmi? 
Bəli!
Elə isə nə üçün Həzrəti Əlinin məqbərəsinin ətrafında təmizliyə riayət olunmur?
Həqiqətən təmizlik imandandır. Ancaq nə etmək olar ki, bə`zi şiələr təmizliyə riayət etmirlər. 
Nazirlikdə görüşdüyüm bu şəxsin cavabları eynilə şiə aliminin cavabları kimi idi. Onun Nəcəf alimi ilə olan uyğunluğu məni heyrətləndirdi. Üstəlik farsca da bilirdi. 
Katib dilləndi:
Sən o birilərinə də sual verə bilərsən. Əmin ola bilərsən ki, onlar nə qədər bir-birilərinə bənzərdirlər.
Şeyxül İslamın necə düşündüyünü bilirəm. Çünki İstambuldakı ustadım Əhməd əfəndi onun haqqında mənə çox danışmışdır. 
 Onda buyur, onun oxşarına sual ver.
Mən Şeyxül İslamın oxşarına yaxınlaşıb dedim:
Xəlifəyə itaət etmək vacibdirmi?
Bəli, Allaha və Peyğəmbərə itaət olunduğu kimi, xəlifəyə də itaət olunmalıdır.
Bunun üçün dəliliniz vardırmı?
Haqq-Taalanın bu ayəsini eşitməmisənmi? “Allaha, onun peyğəmbərinə və sizdən olan əmr sahiblərinə itaət edin!”
Heç ola bilərmi ki, Allah biz müsəlmanlara, qoşunu ilə Mədinəyə hücum edən, Peyğəmbərimizin əziz nəvəsi Hüsyeni şəhid edən Yezidə və şərab içən Vəlidə itaət etməyi əmr etsin?
Oğlum, Yezid Allah tərəfindən mö`minlərin əmiri idi. O, Hüseyni öldürməyi əmr etməmişdir. Sən şiələrin yalanlarına inanma, kitabları yaxşı oxu. Əgər o, bu işdə xəta etdisə də, sonradan tövbə etdi. Mədinəyə hücum etməsi də bu şəhər əhalisinin itaətdən çıxıb, azğınlıq etməsi ilə əlaqədar idi. Vəlidə gəldikdə isə, bəli, o, fasiq idi. Lakin xəlifəyə təqlid etmək yox, onun şəriətə uyğun əmrlərinə itaət etmək vacibdir. 
Bu sualları Əhməd əfəndiyə verdikdə, çox cüz`i bir fərqlə cavab vermişdi. Sonra katibə dedim:
Bu bənzərlərin hazırlanmasının hikməti nədir?
Biz bu üsulla istər sultan olsun, istər şiə və yaxud sünni, müsəlman alimlərinin düşüncə qabiliyyətini öyrənirik. Siyasi və dini mövzularda onlarla mübahisə etməkdən əlavə, lazımi tədbirlər hazırlamağa da çalışırıq. Məsələn, düşmən əsgərlərinin hansı tərəfdən hücum edəcəyini bildikdə, əks tədbir olaraq, əsgərlərimizi o istiqamətdə yerləşdiririk. Onların hansı tərəfdən hücum edəcəyini bilməsək, dörd bir tərəfə yayılaraq, məğlub olarıq. Müsəlmanların din və məzhəblərinin haqq olduğuna dair gətirdikləri dəlilləri bildikdən sonra, onların sübutlarını puç edə biləcək əks tədbirlər planı hazırlayır və bu dəlillərlə onların əqidələrini sarsıda bilirik. 
Sonra katib mənə adı çəkilən mövzulara dair hərbi, maliyyə, maarif və dini sahələrlə əlaqəli, aparılan mütaliə və planların nəticələrini əhatə edən min səhifəlik bir kitab verdi. Kitabı evə gətirdim. Evdə olduğum müddətdə kitabı başdan sona qədər mütaliə etdim. Kitab çox maraqlı idi. Müxtəlif mövzular, mühüm sorğu-suallar və incə məsələlərdən ibarət idi. Katibin dediyi kimi, bu beş nəfər bənzərin cavabları əsillərin dediklərinin 70%-i ilə uyğun gəlirdi. Kitabı oxuduqdan sonra dövlətimə olan e`timadım bir az da artdı və Osmanlı imperatorluğunun yaxın gələcəkdə dağıdılması planlarının hazırlandığını anladım. Katib mənə bildirdi ki, işğal etdiyimiz və ya edəcəyimiz dövlətlər üçün də buna bənzər planlarımız var. Mən söhbət əsnasında soruşmuşdum ki, bu cür mö`tədil adamları necə hazırlaya bildiniz?. O cavabında belə demişdi: “Bütün dünya ölkələrindən casuslarımız bizə mütəmadi mə`lumatlar göndərirlər. Gördüyün bu şəxslər öz işlərində yüksək səviyyəli mütəxəssisdirlər. Təbii bir haldır. Sən də kiminsə bildiyi mə`lumatlara malik olsan, bu halda onun kimi düşünər və onun kimi hökm çıxara bilərsən. Onda sən də o şəxsin bənzəri kimi olursan. Bu sənə deyəcəyimiz birinci sirr idi. İkinci sirri bir aydan sonra kitabı təhvil verəndə söyləyəcəyəm”.
Mən kitabı hissə-hissə, əvvəldən axıra qədər diqqətlə oxudum. Bu kitabın sayəsində müsəlmanlar haqda olan mə`lumatım bir az da artdı. Onların necə düşündüyünü, zəif nöqtələrini, üstünlüklərini və müsbət cəhətlərinin zəiflədilməsi üsullarını mükəmməl şəkildə öyrəndim. Kitabda qeyd olunan zəif nöqtələr aşağıdakılardan ibarətdir:
İxtilaflar;
sünni və şiə;
sultan və xalq;
Osmanlı və İran;
alimlər və dövlət;
Çox az bir hissə istisna olmaqla, müsəlmanlar savadsız və cahildirlər;
Kütləvi mə`nəviyyatsızlıq, savadsızlıq və düşüncəsizlik;
Dünyanı buraxıb yalnız axirət üçün çalışmaq;
Hakimlərin diktatorluğu və zalımlığı;
Yollarda əmin-amanlığın olmaması, nəqliyyat və səyahətlərin azlığı;
Hər il on minlərlə insanın yolxucu xəstəliklərdən ölməsi və dövlətin buna qarşı laqeydliyi;
Şəhərlərin ətraflarının viranəliyi və su şəbəkələrinin yoxluğu;
Valilərin müxaliflər qarşısında acizliyi. Nizamsızlıq, Qur`an qanunlarının az tətbiq olunması;
İqtisadi tənəzzül, yoxsulluq və inkişafdan geri qalmaq; 
Nizami ordunun olmaması, silah çatışmazlığı və ya olanların da ibtidai şəkildə olması;
Qadın haqlarının qorunmaması;
Küçələrin bərbadlığı və təmizliyə riayət olunmaması.
Bu kitabda müsəlmanların üstünlüklərindən də yazılır:
İslam dini öz ardıcıllarını birlik və bərabərliyə çağırır. Təfriqəni qadağan edərək buyurur: “Allahın ipinə bərk-bərk sarılın və ayrılmayın” (Ali İmran-103).
İslam savadlanmağı və elm öyrənməyi əmr edir. Bir hədisdə bu barədə belə deyilir: “Elm öyrənmək hər bir kişi və qadına vacibdir” .
İslam dünya üçün də çalışmağı əmr edir. “Onlardan bə`ziləri, Ey Rəbbimiz! Bizə dünyada və axirətdə gözəl həyat nəsib elə - deyirlər”. (Bəqərə-201).
İslam bütün işləri məsləhət və məşvərət əsasında həyata keçirməyi əmr edir. “Onların işləri məşvərətlə olar.” (Şura-38).
İslam yol çəkməyi əmr edir. “Yer üzündə yeriyin.” (Mülk-15).
İslam müsəlmanlara səhhətlərini qorumağı əmr edir. Bir hədisdə belə deyilir: “Elm dörd növdür:
dinin qorunması üçün fiqh elmi;
dilin mühafizəsi üçün sərf və nəhv elmi;
səhhətin qorunması üçün tibb elmi;
kainatın tanınması üçün astronomiya elmi;”
İslam quruculuğu əmr edir. “Allah yer üzərində hər şeyi sizin üçün yaratmışdır.”(Bəqərə-29).
İslam nizam-intizamlı olmağa əmr edir. “Hər şeyin nizamı və hesabı vardır.” (Hicr-19).
İqtisadiyyatda güclü olmağı əmr edir. Bir hədisdə belə deyilir: “Heç ölməyəcəyiniz kimi dünya işləri üçün çalışın, hər an öləcəyiniz kimi axirət üçün hazırlaşın”.
İslam güclü orduya və müasir silahlara sahib olmağı əmr edir. “Onlara qarşı imkanınız qədər güc toplayın.” (Ənfal-60).
İslam qadınların hüquqlarına riayət etməyi və onlara qiymət verməyi əmr edir. “Kişilərin qadınların üzərində haqqı olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır.” (Bəqərə-228).
İslam təmizliyə əmr edir. Bir hədisdə belə deyilir: “Təmizlik imandandır.”
Aradan aparılması nəzərdə tutulan əsas amillər aşağıdakılardır:
İslam dini irqçilik, millətçilik, qohumbazlıq, yerlibazlıq və digər təəssübkeşlikləri aradan aparmışdır.
Sələmçilik, qumarbazlıq, zinakarlıq, şərab içmək və donuz əti yemək haramdır. 
Müsəlmanlar öz ailə-uşaqlarına hədsiz dərəcədə bağlıdırlar. 
Sünni müsəlmanlar xəlifəni Peyğəmbərin vəkili olaraq, qəbul edirlər. Allaha və Peyğəmbərə göstərilməsi lazım olan ehtiramın xəlifəyə  də göstərilməsinin vacib olduğuna inanırlar.
Cihad vacibdir.
Şiəlik nöqteyi-nəzərindən qeyri-müsəlmanların hamısı murdardır.
Bütün müsəlmanlar İslamın haqq din olduğuna inanırlar.
Müsəlmanların çoxu yəhudi və xristianların Ərəbistan yarmadasından çıxarılmasının vacib olduğunu bildirirlər.
İbadətlərini, xüsusilə namaz, oruc və həcci çox gözəl şəkildə yerinə yetirirlər.
Şiələr İslam ölkələrində kilsə tikilməsini haram bilirlər.
Müsəlmanlar İslam əqidəsinə möhkəm bağlıdırlar.
Şiələr xümsün, yə`ni illik gəlirdən artıq qalan pul və digər vəsaitlərin beşdə bir hissəsinin İslam yolunda xərclənməsi məqsədilə alimlərə verilməsini vacib bilirlər.
Müsəlmanlar uşaqlarını o qədər gözəl tərbiyə edirlər ki, onları əcdadlarının yolundan azdırmaq qeyri-mümkündür.
Müsəlman qadınlar iffət məsələsinə o qədər riayət edirlər ki, onların əxlaqsızlığa qurşanmasını təsəvvür etmək mümkün deyildir.
Müsəlmanlar hər gün camaat namazı qılmaq üçün bir yerə toplaşırlar.
Onlara görə Peyğəmbərin, Əlinin və digər saleh şəxslərin qəbirləri müqəddəs olduğundan oraya toplaşırlar.
Peyğəmbərin nəslindən gələn seyid və şərif adı verilən insanlar daima müsəlmanlara Peyğəmbəri xatırladırlar. Onun canlı yaşamasını tə`min edirlər.
Müsəlmanlar bir yerə toplaşdıqları zaman, vaizlər onların imanlarını qüvvətləndirir, saleh işlər görməyə təşviq edirlər.
Əmr be məruf (yaxşılığa əmr etmək), nəhy əz münkər (pis işlərdən çəkindirmək) hər bir müsəlmana vacibdir.
Müsəlmanların çoxalması üçün evlənmək və bir neçə qadınla nigah bağlamaq sünnətdir. 
Müsəlman üçün bir insanı İslama gətirmək dünyaya sahib olmaqdan daha üstündür.
Müsəlmanlar arasında kim xeyirli bir yol açarsa, bu işin savabına və bu yolu gedən bütün insanların savabına nail olur. 
Müsəlmanlar Qur`ana və hədislərə çox böyük hörmət göstərirlər. Onlara tabe olmağı cənnətə nail olmaq üçün bir vasitə hesab edirlər.
İndi isə bu kitabda sadaladığımız müsəlmanların üstün xüsusiyyətlərini aradan aparmaq üçün tərtib olunan üsullara nəzər yetirək:
Aralarında anlaşılmazlıq olan millətlər arasına ədavət toxumu səpərək, bir-birinə qarşı qərəzli və şübhəli mövqelər yaratmaq. İxtilaf yaradan kitablar nəşr etməklə qarşıdurmaları qızışdırmaq.
Dini mədrəsələrin açılmasına və əqidəvi kitabların nəşr olunmasına maneçilik törətmək, mövcud dini ədəbiyyatların məhv edilməsi üçün mümkün yollardan istifadə etmək. Alimlər haqqında müxtəlif iftira və şayiələr yaymaq, müsəlmanların uşaqlarını məktəbə qoymaqdan çəkindirmək və bu yolla onların kütləvi savadsızlığına nail olmaq. 
Müsəlmanlar üçün dünya həyatının faniliyindən danışmaq, cənnəti mədh etməklə onları sufiliyə də`vət etmək; bu məqsədlə sufilik haqda yazılmış Mövləvinin “Məsnəvi”, Qəzzalinin “Əhya-ül Ulumid-din” və Muhyiddin Ərəbinin əsərlərini oxumağa təşviq etmək, onları dünyəvi işlərdən uzaqlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək.
Aşağıdakı fikirləri daha qabarıq şəkildə yaymaq:–Siz Allahın yer üzərindəki sayəsisiniz. Məgər Əbu Bəkr, Ömər, Osman, Əli, əməvilər və abbasilərin hər biri qılınc gücünə hakimiyyət başına gələrək hökuməti təkbaşına idarə etmədilərmi? Məsələn, Əbu Bəkr Ömərin qılıncı ilə Fatimə kimi itaət etməyənlərin evini yandırmaqla iqtidara gəldi. Ömər Əbu Bəkrin tövsiyəsi, Osman isə Ömərin əmri ilə xəlifə tə`yin olunmuşdur. Əli üsyançıların seçimi ilə, Müaviyə isə qılınc gücünə iş başına gəlmişdir. Əməvilər və Abbasilər sülaləsi isə hakimiyyəti irsi yolla bir-birinə ötürmüşlər. Bunlar İslam aləmində hökmdarların icbari yolla və diktatorluq əsasında rəhbərlik etməsinin ən bariz nümunəsidir. 
Qatillərin e`dam olunması maddəsini qanundan çıxarmaq. Çünki, cinayətkarlığın qarşısını alan ən böyük maneə yalnız və yalnız e`dam hökmüdür. E`dam hökmü olamasa, anarxiya yaranar və bu halda hərc-mərclik artar. 
Quldur və yol kəsənləri silahlandırmaq.
Müsəlmanları xəstəlik içərisində saxlamaq. Hər şey Allahın qəza və qədəri ilə olur - deyin. Qur`anda belə buyurulur: “Rəbbim məni yedizdirir və içizdirir, xəstə olduğum zaman da O, mənə şəfa verir. Məni öldürən və dirildən Odur”. Elə isə, Allahın iradəsindən xaricdə kimsə nə şəfa tapar, nə də ölümdən qurtula bilər.
Zülmün vüs`ət tapıb genişlənməsi və islamın ictimai sahələrə dəxalətinin qarşısını almaq üçün aşağıdakı fikri yaymaq lazımdır: İslam dini ibadət ayinlərindən ibarətdir. Din qəti şəkildə ictimai-siyasi məsələlərdən uzaq olmalı, dövlət işlərinə qarışmamalıdır. Məhəmmədin və xəlifələrin qanunları ölkənin idarə olunmasında istifadə edilməməlidir.
İqtisadi tənəzzül bütün görülən ziyanlı işlərin təbii nəticəsidir. Buna nail olmaq üçün ticarət gəmilərini batırmaq, məhsulları zay etmək, körpüləri və su bəndlərini dağıtmaq, sənaye mərkəzlərini işdən salmaq, içməli su şəbəkələrini isə zəhərləmək lazımdır.
Dövlət mə`murlarını rüşvətxorluğa sövq etmək, fitnə-fəsada səbəb olacaq əməllərə şirnikləndirmək; spirtli içkilərə, qumara, eyş-işrət və arvadbazlığa adət verdirmək. Onları xalq və dövlət əmlakını mənimsəməyə alışdırmaq, bizim mənafeyimimzə xidmət edənləri mükafatlandırmaq.
Sələmçiliyi kütləvi şəkildə yaymaq; bu məsələ milli iqtisadiyyata ziyan vurduğu kimi, müsəlmanları Qur`anın qanunlarına qarşı qoyur. İnsan qanunun bir maddəsini pozduqda, digərlərini də pozmağa cəsarətli olur. Burada çox incə bir məqam vardır. Müsəlmanlara sələmçiliyin haram olduğunu deyin, lakin onun başqa formasını yayaraq bu formanın riba olmadığını söyləyin.
Alimlər haqqında şayiələr yayın, onları yaramaz işlərdə ittihamlandırın və bu yolla müsəlmanları onlardan uşaqlaşdırın. Casuslarımızın bir qisminə onların qiyafəsində pis işlər gördürün. Bu casusları “Əl-əzhər”, İstambul, Nəcəf və Kərbəla hövzələrinə daxil etmək zəruridir. Müsəlmanları alimlərdən uzaqlaşdırmaq üçün məktəblər və kolleclər açın. Bu məktəblərdə yunan və erməni uşaqlarını müsəlmanlarla bir məktəbdə oxutdurun. Müsəlman uşaqlarına əcdadlarının cahil olduğunu deyin. İslami şəxsiyyətlərə nifrət yaratmaq üçün onların xəta və qüsurlarını hədsiz dərəcədə qabarıq göstərin; alim və müctehidlərə iftira yaxaraq onların daim qadınlarla əyləndiklərini, vaxtlarını eyş-işrətdə keçirdiklərini, xalqın malını pis işlərə sərf etdiklərini, Peyğəmbərin yolundan azdıqlarını söyləyin. 
Məscidlərdə imansız, pulgir və şəxsiyyətsiz insanların çalışmasına, axund və rəislərin qorxaq və fasiq şəxslərdən seçilməsinə çalışın; bu məsələ xalqın məscid və digər dini mərkəzlərə nifrət bəsləməsi, əhalinin camaat namazından uzaqlaşması üçün ən gözəl vasitədir.
Ən qorxulu amil insanların arzuladığı şeylərə nail olmadığı təqdirdə yaranan hərislik hissidir; Müsəlmanların öz əqidələrindən doğan məsələlərə qarşı həris olmasına imkan yaratmaq lazım deyildir; müxtəlif formalarda və müxalif formalarda azğın əqidələri yaymaqla onların susuzluğunu yatırmağa çalışın. 
Müsəlmanların əməllərini təhrif etmək üçün görülməsi tövsiyə olunan işlər aşağıdakılardır:
Müsəlmanların arasında irqçilik və millətçilik təəssübünü qabartmaq; ərəb-türk, ərəb-fars, ərəb-əcəm, türk-fars və digər milli qarşıdurmalar yaratmaq. Xəyali düşmənlər yaratmaqla onların diqqətini həqiqi düşmənlərdən yayındırmaq. İslamdan əvvəlki dinləri dirçəltmək, dini şəxsiyyətləri milli qəhrəmanlarla əvəz etmək. Misirdə fironçuluğu, İranda məcusçuluğu, İraqda babiliyi, Osmanlıda Atilla və Çingiz zamanının vəhşiliklərini təlqin etmək. 
Aşağıda adı çəkilən əməlləri az bir müddət ərzində İslam ölkələrində yaymaq: şərab, qumar, zina, donuz əti və vəhşi idman növləri. Bu işləri görmək üçün İslam ölkələrində yaşayan xristian, yəhudi, məcusi və qeyri-müsəlmanlardan istifadə etmək və MNN-nin büdcəsindən onlar üçün yüksək maaş ayırmaq.
Cihad haqqında müsəlmanları şübhəyə salmaq. Cihadın müəyyən olunmuş dövr üçün vacib olduğunu, artıq onun qüvvədən düşdüyünü iddia etmək. 
Şiələrin zehnindən xristian və yəhudilərin murdar olması fikrini çıxartmaq. Bu haqda Qur`andan dəlil gətirin: “Özlərini kitab əhlindən bilənlərin yeyəcəyi sizin üçün halal olduğu kimi, sizin də yeyəcəyiniz onlar üçün halaldır” (Maidə surəsi, ayə 5). Məhəmməd peyğəmbərin Səfiyyə adlı yəhudi və Mariya adlı xristian həyat yoldaşı olmuşdur. Mə`lumdur ki, bu xanımlar murdar olsaydı, Peyğəmbər onlarla ailə qurmazdı. 
Müsəlmanlara sübut etmək lazımdır ki, Məhəmməd peyğəmbər İslam dedikdə ümumi şəkildə din məfhumunu nəzərdə tuturdu. Bu din həm xristianlıq, həm də yəhudiliyə aiddir. Qur`an hər bir dinin ardıcıllarını müsəlman adlandırır. Məsələn, Yusif peyğəmbərin dilindən belə buyurulur: “Məni müsəlman olaraq öldür”. İbrahim və İsmail peyğəmbərin dilindən də belə deyilir: “Ey Rəbbimiz! Bizi özünə müsəlman qərar ver. Nəslimizdən olanları da müsəlman bir ümmət elə”. Yəqub peyğəmbər isə oğlanlarına belə dedi: “Ancaq və ancaq müsəlman olaraq ölün” (Bəqərə surəsi, ayə132).
Kilsə tikməyin haram olmadığını, peyğəmbər və xəlifələrin kilsələri dağıtmadığını, xristian və yəhudi dini mərkəzlərinə də, ibadətgah olduqları üçün ehtiram göstərilməsinin vacib olduğunu qəbul etdirin. Qur`anda bu haqda belə buyurulmuşdur: “Allah insanların bir qismini digəri ilə dəf etməsəydi, monastrlar, kilsələr, senaqoqlar və Allahın adı çox zikr edilən məscidlər dağıdılardı” (Həcc surəsi, ayə 40). İbadətgahlara ehtiram bəslənilməsini, onların dağıdılmamasını, dağıdanlara hər vəchlə mane olunmasını müsəlmanlara ardıcıl olaraq söyləyin.
Yəhudiləri Ərəbistan yarmadasından çıxarın və “Ərəbistan yarmadasında iki din olmaz” hədisləri haqqında müsəlmanları şübhəyə salın. Əgər bu iki hədis doğru olsaydı, Məhəmməd peyğəmbərin xanımlarının biri yəhudi, o birisi isə xristian olmazdı. Eləcə də, müsəlmanlar xristian kralı Nəcaşi ilə yaxın münasibətdə olmazdılar. 
Müsəlmanları ibadətlərindən uzaq salmaq üçün onlara zahiri əməllərin mühüm olmadığını, əsasən qəlb paklığının və ürəyi təmizliyin dəyərli olmasını çatdırın. Sübut edin ki, Allahın insanların ibadətlərinə ehtiyacı yoxdur; onları ibadətlərin faydaları haqqında tərəddüdə salın. Həccə getmək və camaatla namaz qılmaq kimi ictimai ibadətlərə qarşı amansız olun, onları bu işlərdən çəkindirin. Eyni zamanda məscidlərin, türbələrin və mədrəsələrin inşasına, Kə`bənin tə`mirinə mane olmağa çalışın. 
Müharibədə düşməndən qənimət olaraq alınan malın və eləcə də illik gəlirin 1/5 hissəsinin (xüms) alimlərə verilməsinə mane olun. Bunun ticarət qazancı ilə əlaqəsi olmadığını deyin. Bir də xüms Peyğəmbərin özünə və onun xəlifəsinə verilir. Alimlər bu puldan istifadə edərək özləri üçün evlər, saraylar, bağ-bağçalar alırlar. Bunun üçün xümsü onlara vermək caiz deyildir. 
Müsəlmanların əqidələrinə bid`ətlər əlavə edərək, İslamı terror dini olmaqda ittihamlandırın. “İslam ölkələrinin geridə qalması” fikrini qabardaraq, onların əqidələrinə olan bağlılıqlarını zəiflətməyə çalışın. Unutmayın ki, müsəlmanlar vaxtilə dünyanın ən qüdrətli və mədəni dövlətini qurmağa nail olmuşdular. Onların dinə bağlılıqları azaldıqca qüdrətləri də zəifləyərək heçə enmişdir. 
11. Uşaqları və yeniyetmə gəncləri ata-ana nəzarətindən uzaqlaşdıraraq, bizim nəzarətimiz altında olan mərkəzlərdə yerləşdirməyə çalışın; onları hansı yolla olursa-olsun, dini tərbiyələrindən məhrum edin. Məqsədimizə mütləq şəkildə nail olmaq üçün müsəlman balalarının tərbiyəsi ilə yalnız özümüz məşğul olmalıyıq!
12. Müsəlman qadınlar arasında əxlaqsızlıq, iffətsizlik və fahişəlik hallarını genişləndirib yayın; bu məsələnin onların arasında adi hala çevrilməsi üçün genişmiqyaslı planlar hazırlayıb həyata keçirin. Örpəyə, çadraya və islami geyimlərə qarşı təbliğat aparıb onları gerilik, xurafat və irtica adlandırın; onları təhrik edib, örtüklərini açdırmaq üçün dəlil olaraq, bu sözləri deyin: Qur`anda örtünmək barədə heç bir hökm yoxdur; bu ərəblərin milli geyimidir və islamla heç bir şəkildə əlaqəli deyildir. Və ya deyin ki, Məhəmməd peyğəmbərin zamanında qadınlar örtünməzdilər; bu məsələ sonradan meydana çıxaraq adət şəklini almışdır. Hətta Peyğəmbərin qadınları da açıq-saçıq gəzərdilər. 
Onların örtüklərini açdıqdan sonra gəncləri onlara qarşı təhrik etmək, hər ikisini bir-birinə qarışdırmaq üçün ümumi mühitlər yaratmaq lazımdır. İslamı aradan aparmaq üçün bu iş çox tə`sirlidir. Əvvəl bu işi qeyri-müsəlman qadınlara gördürün, sonradan isə müsəlman qadınlar özləri pozulub, onların gördüyü işləri həyata keçirəcəklər.
Din xadimlərini fasiq olaraq tanıtdırın. Onların arxasında namaz qılan müsəlmanların arasında kin-küdurət və ədavət toxumu səpib camaat namazını aradan aparın.
Türbələrin hamısının dağıdılmasına çalışın. Onlara deyin ki, Peyğəmbər zamanında türbələrin tikilməsinə icazə verilməyib, bu iş bid`ətdir. Onlar da Peyğəmbər, Raşidi xəlifələr və salehlərin qəbirləri barəsində şübhəyə düşəcəklər və onları ziyarət etməkdən çəkinəcəklər. Əbu Bəkrlə Ömərin qəbri “Bəqi” qəbristanlığında, Osmanın qəbri isə namə`lum yerdədir. Bəqi qəbristanlığı yerlə-yeksan edilməlidir. Onlara deyin ki, Kazimeyndəki ziyarətgahlar Peyğəmbərin əhli-beytindən olan imam Kazim və imam Cavadın məzarı deyildir. Tusdakı (indiki Məşhəd şəhəri) isə imam Rizanın yox, Harun ər-Rəşidin qəbridir. Samirədəki qəbirlər isə, abbasilərə mənsubdur.
Seyidlərin Məhəmməd peyğəmbərin nəslindən olması haqda şübhə və tərəddüdd yaradın. Seyid olmayanlara qara və yaşıl rəngli əmmamə geyindirərək, onları da seyidlərə bənzədin. Belə olduqda, onlar seyidləri müəyyən etməkdə çətinlik çəkəcək və ümumiyyətlə hamıya şübhə ilə yanaşacaqlar. İkinci mərhələdə isə, alimlərin və seyidlərin əmmamələrini çıxarmağa cəhd edin ki, seyidlərin kökü kəsilsin; alimlər cəmiyyətin yüksək ehtiram və qayğısından məhrum olsunlar.
Şiələrə matəm günlərini unutdurmaq, onlara məhdudiyyət və qadağalar qoymaq lazımdır; imam Hüseyn əzadarlığı kimi kütləvi tədbirlər yaşadıqca, onlara sazişçilik və təslimçilik ruhunu aşılamaq mümkün olmayacaq. Ən azı bu tədbirlərin mahiyyətini dəyişmək və ya bu kimi mərasimlərə irticai və xurafi əməlləri qarışdırmaq lazımdır; bu əməlllərin bid`ət olduğunu, Peyğəmbərin və xəlifələrin zamanında bu işlərin mövcud olamdığını söyləyin. İnsanların bu kimi yerlərə getməsinə mane olun. Vaizlərin və rövzəxanların sayını azaltmaq üçün onları vergiyə cəlb edin. 
17. Bütün müsəlmanlara “vicdan azadlığı” şüarını qəbul etdirərək, “hər bir kəs istədiyi işi görməkdə azaddır”, deyin. “Əmr be məruf” və “nəhy əz münkər” hökmlərinin vacib olmadığını söyləyin. Daim bu məsələni xatırladın ki, xristianlar öz dinlərində, yəhudilər də öz dinlərində haqdırlar. Onlar bir-birinin qəlblərinə dəyməzlər. Əmr be mə`ruf və nəhy əz münkər xəlifə və hakimlərə aid olan məsələlərdəndir.
Müsəlmanların sayının çoxalmasının qarşısını almaq üçün doğuşu məxsus vasitələrlə çətinləşdirin. Çoxarvadlılığın islamda yolverilməz bir məsələ olduğunu və ya ona müstəsna hallarda icazə verildiyini iddia edin; bir nəfərdən artıq qadınla evlənməyə mane olun, evlənənlərə də bə`zi şərtlər qoyun. Məsələn, ərəbin əcəmlə, türkün fars və ya ərəblə evlənməsini qəbahətli bir iş kimi cilvələndirin.
İslamın yayılmasının qarşısını almaq üçün qeyri-müsəlmanlara bu dinin yalnız ərəblərə məxsus olduğunu inandırın. Qur`anda da bu mövzuya toxunulur: “Bu sənin qövmün üçün bir zikrdir”.
Xeyriyyə müəssisələrinin sayını azaldın, onların işlərinə məhdudiyyələr qoyun; onlar dövlətdən asılı vəziyyətə gətirilməlidir ki, xeyirxah insanlar məscid və mədrəsə binası tikdirə bilməsinlər. 
Müsəlmanlarda Qur`ana qarşı şübhə yaratmaq lazımdır. İçərisində ziddiyyətlər olan, təhrif edilmiş tərcümələr hazırlayıb deyin ki, Qur`an təhrif olunub və onun bir-biri ilə uyğun gəlməyən nüsxələri vardır. Bir nüsxədə olan ayə başqasında yoxdur. Xristianları, yəhudiləri və bütün qeyri-müsəlmanları bu işə cəlb edin. Qur`anda olan cihad, əmr be mə`ruf və nəhy əz münkərə aid ayələri çıxarın. Qur`anı digər türk, fars, hind  və s. dillərə tərcümə edərək yayın ki, Qur`an ərəb dilində oxunmasın. Qeyri-ərəb xalqları arasında ana dilinə üstünlük adı ilə dini ayinlərin ərəb dilində icrasına qarşı çıxın; azan, namaz və duaların milli dildə oxunması zərurətindən, onun ərəbcəsinin anlaşılmaz olmasından danışın. Müsəlman xalqları arasında vahid ünsiyyət vasitəsi olan ərəb dilinin zəifləyib aradan getməsi və onların parçalanması yalnız bu yolla mümkündür. İslami hədis və tarixçələri də eyni şəkildə tərcümə edərək, təhrif olunmuş şəkildə yayın. 
Həqiqətən, oxuduğum “İslamı necə yıxa bilərik?” adlı kitab çox mükəmməl yazılmışdı. İllərlə görəcəyim işlərdə mənə yolgöstərən bir rəhbər idi. Kitabı katibə qaytaranda, ona öz təşəkkürümü bildirdim. O mənə dedi: “Sən bu meydanda yalqız deyilsən. Sənin həyata keçirmək istədiyin planın beş mindən artıq icraçı və iştirakçısı vardır. Nazirlik bu adamların sayını yüz minə çatdırmağı düşünür. Bu saya yetişdiyimiz zaman müsəlmanların hamısına hakim olacağıq. Bütün müsəlman ölkələri əlimizdə olacaq. Nazirliyimizə bu planları gerçəkləşdirmək üçün bir əsr vaxt lazımdır. Biz o günləri görməsək də, bizdən olan övladlarımız görəcək. “Başqasının yetişdirdiyini mən yedim, mənim yetişdirdiyimi də başqası yeyər” Bu ən`ənəvi üsul necə də gözəldir. İngilislər buna nail olduqları zaman on iki əsrlik fəlakətdən qurtulmuş olacaqlar. Bununla da, bütün xristian aləminin rəğbətini qazanacaqlar. Əsrlərlə davam edən “Səlib yürüşləri” acı xatirələrdən başqa heç bir fayda verməmişdir. Çingiz xanın orduları da, İslamın kökünü kəsmək üçün bir iş görə bilmədi. Çünki onların etdikləri, düşmənçilik yaradan, qarşı tərəfi mübarizəyə sövq etdirən işlərdir. Lakin indi hökumətimizin dəyərli planları vardır; rəhbərlərimiz İslamı uzunmüddətli və çox incə bir planla yıxmaq qərarındadırlar. Hərbi qüdrətimizi də artırmaq lazımdır. Lakin bu son mərhələdə olacaqdır. İslamı parçalayıb tikələrinin hər birini bir tərəfə atdıqdan və onların bir daha qüdrət tapıb bir yerə toplaşa bilməyəcəyinə əmin olduqdan sonra rahat ola bilərik.
İstambuldakı böyük mə`murlarımız bizim nəzərdə tutduğumuz planlara uyğun  şəkildə bir çox işlər görmüşlər. Onların aralarına soxularaq, uşaqları üçün məktəblər açmış və kilsələr inşa etmişlər. Onların arasında şərabı, qumarı və idman klublarını yayaraq, çox gözəl şəkildə gənclərə tə`sir buraxmışlar. Bu vasitə ilə hökumətlə camaat arasında ixtilafların əsası qoyulmuşdur.
YEDDİNCİ FƏSİL. Birinci sirrin ləzzətini bildikdən sonra ikinci sirri də öyrənməyə can atırdım. Nəhayət bir gün katib söz verdiyi ikinci sirri açıqladı. İkinci sirr bir əsr ərzində İslamı məhv edib unutdurmaq məqsədilə, nazirlikdə bu iş üzrə çalışan yüksək rütbəli mə`murlar tərəfindən hazırlanmış 14 maddən ibrət 50 səhifəlik bir plan idi. Bu plan çox gizli saxlanılırdı. 
Həmin planın xülasəsi aşağıdakılardan ibarətdir:
Buxara, Tacikstan, Ermənistan, Xorasan və Osmanlı imperatorluğunun Rusiya ilə həmsərhəd olan ərazisini işğal etmək üçün Rusiya çarı ilə əməkdaşlıq haqqında razılıq əldə etmək.
İslam aləmini həm daxil, həm də xaricdən dağıtmaq üçün Fransa və Rusiya dövlətləri ilə birgə əməkdaşlıq haqqında razılıq əldə etmək.
Osmanlı və İran hökumətləri arasında fitnə-fəsad və ixtilaflar salaraq, hər iki tərəfdə millətçilik cərəyanını gücləndirmək. Ayrı-ayrılıqda bir-birinə yaxın olan bütün müsəlman xalqları və qəbilələri arasında düşmənçilik toxumu səpmək. Çoxdan unudulmuş din və məzhəbləri canlandıraraq, onları müsəlmanlarla qarşı-qarşıya qoymaq. 
İslam ölkələrindən torpaq ərazilərini qopararaq qeyri-müsəlmanların ixtiyarına vermək. Məsələn, Mədinəni yəhudilərə, İsgəndəriyyəni xristianlara, Kermanşahı Əlini ilahiləşdirən nisurilərə, Mosulu yezdilərə, İran körfəzini hindulara, Trabzonu dəruzilərə, Qarsı ələvilərə, Məsqəti xaricilərə və. Bunları pul, silah və gərəkli bilgilərlə mə`lumatlandırmaq lazımdır ki, İslamın vücudunda bir tikana çevrilsinlər. İslam dini məhv olub aradan gedincəyə qədər, onların ərazilərini genişləndirmək lazımdır. 
Müsəlman Osmanlı və İran dövlətlərini kiçik dövlətlərə bölərək, onları da Hindistanın indiki halına gətirmək. 
İslam adı altında təhrif edilmiş din və məzhəblər icad etmək; həmin məzhəblərin hər birini ölkələrin mühiti və əhalisinin xüsusiyyətlərinə uyğun olaraq, planlı şəkildə qurmaq. Şiələrin yaşadıqları ölkələrdə aşağıdakı din və məzhəbləri yaratmaq:
Kərbəlada Həzrət Hüseyni ilahiləşdirən məzhəb;
İsfahanda Cə`fəri Sadiqi ilahilişdirən məzhəb;
Xorasanda imam Rizanı ilahiləşdirən məzhəb;
Samirədə Mehdini ilahiləşdirən məzhəb;
Sünnilərin də dörd məzhəbini bir-birindən ayıraraq, dörd din halına gətirmək. Nəcəfdə də yeni bir İslam firqəsi qurub, aralarında qanlı çəkişmələr təşkil etmək. Bu dörd məzhəbin  kitablarını təhrif etməklə, həmin məzhəblərin ardıcıllarının yalnız özlərini müsəlman, başqalarını isə kafir bilmələrinə şərait yaratmaq. 
Zina, ləvat (homoseksualizm), şərab və qumar vasitəsi ilə müsəlmanların arasında fitnə-fəsad toxumları səpmək üçün bu ölkələrdə yaşayan qeyri-müsəlmanlardan istifadə etmək.
İslam ölkələrində fasiq liderlər, zalım rəhbərlər yetişdirmək, onları hakimiyyət başına gətirərək, şəriət qanunlarını dəyişdirmək. Onları nazirliyin əmrlərinə tabe etdirməklə, müsəlmanlara və İslam ölkələrinə istədiyimiz qanunu qəbul etdirə bilərik. Müsəlman ölkələrindəki hökumət adamlarını mümkün qədər qeyri-müsəlman xalqların nümayəndələrindən seçmək. Bunun üçün bə`zi casuslarımızı zahirdə müsəlman şəkilinə salmaq lazımdır. 
Mümkün qədər ərəb dilinin öyrənilməsinə mane olmaq. Bunun əvəzində digər müsəlman xalqların dillərini yaymaq. Ərəb ölkələrində isə əcnəbi dilləri yayaraq, ərəb dilinin müxtəlif ləhcələrini bərpa etmək. Qur`an və hədis dili olan klassik ərəb dilini aradan aparmaq.
 Dövlət adamlarının ətrafında casuslarımızı yerləşdirərək, onları müsəlman dövlət xadimlərinin ən e`tibarlı və sadiq şəxsləri siyahısına daxil etmək. Bunun ən rahat yolu kölə ticarətidir. Kölə olaraq göndərdiyimiz casusları müsəlman dövlət adamlarının yaxınlarına, onların uşaqlarına və xanımlarına satmaq. Satdığımız bu kölələr tədricən onlara yaxınlaşacaqlar. Onların uşaqlarına dayəlik edərək, tərbiyəçi rolunu oynayacaq və bu yolla müsəlman dövlət xadimlərinin mənzillərinə nüfuz edəcəklər.
Missionerlərin fəaliyyətini genişləndirib, onları həkim, mühəndis, ticarətçi və s. adlarla müsəlmanların arasına salmaq. İslam ölkələrində gizli şəkildə məktəb, xəstəxana, kitabxana və xeyriyyə cəmiyyətləri adı altında təbliğat mərkəzləri yaratmaq; bu üsulla xristian kitablarını yaymaq. Kilsə və monastırlarda rahib və rahibə adı altında casuslarımızı yerləşdirmək. Onların xristian hərəkatlarına və müsəlmanların kütləvi xristianlaşdırılmasına rəhbərlik etmələrini tə`min etmək. Müsəlmanların əqidəvi və fikri cərəyanlarını öyrənib araşdırmaq üçün onları lazım olan vəsaitlərlə təchiz etmək. İslam tarixini pozub təhrif etmək, dini elmləri aradan aparmaq. Professor, tədqiqatçı və elm adamları adı altında böyük bir xristian ordusu yaratmaq. 
Gənclərin və yeniyetmələrin başlarını qarışıdırıb, İslam haqqında şübhə və tərəddüd yaratmaq. Məktəb, kitabxana və idman klublarında yetişdirdiyimiz tə`limatçılar vasitəsilə onların əxlaqını dəyişdirmək. Yəhudi, xristian və qeyri-müsəlman gəncləri məxfi təşkilatlarda qeydiyyata almaq, öz məqsədlərimizdə onlardan istifadə etmək. 
Müsəlmanları daxili müharibə və çəkişmələrə yönəltməklə, dövlətin gücünü zəiflətmək, fəal adamlarını məhv etmək. 
Gəlir mənbələrini və əkin sahələrini dağıtmaq, su bəndlərini uçurmaq; ölkəni iqtisadi böhran vəziyyətinə gətirmək. Bu işlər görülərsə, insanlar namaz qılmaqdan və işləməkdən uzaqlaşaraq tənbəlliyə düçar olacaqlar. Onlar üçün əyləncə yerləri açmaq, bu yerlərdə spirtli içkilər və narkotik maddələr yaymaq. 
***
Yuxarıda sadaladığımız bu maddələr çox geniş bir şəkildə, xəritə və şəkillərlə izah edilmişdi. Katib tərtib olunmuş planın bir nüsxəsini mənə verdi.
Londonda daha bir ay qaldıqdan sonra Məhəmməd Nəcdi ilə görüşmək üçün İraqa getmək barədə tapşırıq aldım. Səfərə çıxan zaman katib mənə belə dedi: ”Məhəmmədlə ehtiyatla davran. İndiyə qədər casuslarımızın göndərdiyi mə`lumatlardan başa düşdüymüzə görə, o, planlarımızı yerinə yetirmək üçün münasib bir şəxsdir. Onunla açıq-aşkar danış; İsfahanda casuslarımız onunla açıq söhbət etmiş, o da bə`zi şərtlərlə istəklərimizi qə`bul etmişidir. Şərtləri budur ki, fikir və düşüncələrini açıqlayana qədər özünü dövlət adamlarından qorumaq üçün kifayət qədər pul və silahla tə`min edilsin. Öz ölkəsində kiçik bir bəylik qurmaq istəyir. Nazirlik də bu şərtləri qəbul etmişdir”.
Bu xəbəri eşitcək çox sevindim. O zaman katibdən - bu barədə nə etməliyəm? – deyə soruşdum. O, Məhəmməd Nəcdini hərəkətə gətirmək üçün nazirliyin xüsusi plan hazırladığını dedi. Həmin plana aşağıdakılar daxil idi:
Bütün müsəlmanları tə`qib edib öldürmək, mallarını əllərindən almaq, namuslarına təcavüz etmək, kişilərini kölə, qadınlarını kəniz edib bazarlarda satmaq; bu işin halal olduğunu söyləmək.
 Kə`bənin büt olduğunu söyləmək və dağıdılması üçün zəmin yaratmaq. Həcc ziyarətlərini aradan aparmaq üçün, məkkəliləri zəvarların mallarını əllərinlən almağa və onları öldürməyə təşviq etmək. 
Müsəlmanları xəlifəyə itaət etməkdən çəkindirmək, onları xəlifəyə qarşı üsyan etməyə sövq etdirmək. Bu iş üçün ordu hazırlamaq. Hicazlılarlaa müharibə etməyi və onların sayının azaldılmasının vacib olduğu fikirini yaymaq. 
Məkkə, Mədinə və digər İslam məmləkətlərində mövcud olan türbə və müqəddəs sayılan yerlərin büt olduğunu söyləyərək, onların dağıdılmasını vacib e`lan etmək. Tədricən bu iş Məhəmməd peyğəmbər, xəlifələr və məzhəb rəhbərlərinin məzarlarına da şamil olmalıdır.
İslam ölkələrində mümkün qədər zülm, cinayət və hərc-mərclik üçün şərait yaratmaq .
hədislərdə olduğu kimi, Qur`ana da əlavələr edib onu yüksək tirajlarla nəşr etmək.
Katib bu altı maddəli planı mənə təqdim etdikdən sonra belə dedi: ”Bizim vəzifəmiz İslamı məhv etmək üçün toxum səpməkdir. Bu işi gələcək nəsillərimiz davam etdirəcəklər. İngilis hökuməti səbr etməyə və addım-addım irəliləməyə adət etmişdir. İslam dinini qurub yaradan Məhəmməd peyğəmbər sadəcə bir insan deyildimi? Məhəmməd Nəcdi də bizim inqilabımızı gerçəkləşdirəcək”. 
Bir neçə gün sonra nazir və katibdən izn alıb ailəm və dostlarımla vidalaşaraq Bəsrəyə tərəf yola düşdüm. Evdən çıxarkən oğlum mənə - ata cəld ol - dedi. Bu sözləri eşitdikdə gözlərim yaşardı. Kövrəlib ağladığımı yoldaşım da başa düşdü. 
Yorğun bir vəziyyətdə, gecə ikən Bəsrəyə yetişdim. Əbdürrizanın evinə getdim. O, məni görcək çox sevindi; gecəni onun evində qaldım. Mənə Məhəmmədin məktubunu verdi. Oxuyanda mə`lum oldu ki, o, öz vətəninə getmiş, ünvanını da yazmışdı. Mən də Ərəbistanın Nəcd vilayətinə yola düşdüm. Uzun sürən səfərdən sonra gəlib oraya çatdım, soraqlaşaraq evini tapdım. O, çox zəifləmişdi; sonradan evləndiyini bildim. 
Biz aramızda belə razılığa gəldik ki, guya mən onun köləsiyəm. Məni iş dalınca başqa şəhərə göndəribmiş. İki il onun yanında qaldım. Də`vətini e`lan etmək üçün bir proqram hazırladıq. Nəhayət, h.q-1143, m-1730-cu ildə onun əzmini gücləndirdim. O da özünə bir az tərəfdar topladıqdan sonra daha yaxın adamlarına öz ayininin də`vətini aşkarladı. Sonradan günbəgün fəaliyyətini genişləndirdi. Onu düşmənlərdən qorumaq üçün ətrafına mühafizlər qoydum. Onlara istədikləri qədər pul verirdim. Düşmənlərin təcavüz və hücumları genişləndikcə, mühafizlərin sayını artırırdım. Onları mə`nəvi cəhətdən də dəstəkləyirdim. Də`vəti yayıldıqca müxaliflərin sayı da çoxalırdı. O, hücumlardan sarsılıb də`vətini saxlamaq istədi. Lakin mən onu tək buraxmadım. Əzmini qüvvətləndirmək məqsədilə ona belə dedim: ”Ey Məhəmməd, Peyğəmbər səndən də çox əziyyət görmüşdü. Bilirsən ki, bu bir şərəfli yoldur. Biz daima düşmənin hücumuna mə`ruz qala bilərik”. Onun müxalifləri arasına pulla satın aldığım casusları yeritdim. Düşmənlər bir zərər yetirmək istəyəndə, mən dərhal xəbər tutub onları zərərsizləşdirirdim. 
Bir neçə il sonra MNN-in məntəqə əmiri Məhəmməd ibn Səudu da bizim cərgəyə qoşmağa nail oldu. Bu mə`lumatı çatdırmaq üçün yanıma MNN-nin əməkdaşlarından biri göndərilmişdi. Vəzifəm bu iki Məhəmmədin arasında məhəbbət və həmkarlıq əlaqələri yaratmaq idi. Qərar bu idi ki, müsəlmanların e`timadını qazanmaq üçün dini işlərdə Məhəmməd Nəcdidən, siyasi işlərdə isə Məhəmməd ibn Səuddan istifadə olunsun. Tarix sübut etmişdir ki, dinə istinad edən dövlətlər daha uzun ömürlü və heybətli olurlar. Vəhhabi məzhəbini tə`sis edib, Dəriyyəni onun mərkəzi e`lan etdik. MNN yenicə yaranmaqda olan Vəhhabi firqəsini və onun tə`siri altında olan yerli hökuməti gizlicə dəstəkləyirdi. Yeni hökumət ərəb dilini və səhra döyüşlərini mükəmməl bilən on bir ingilis zabitini kölə adı ilə satın aldı. İcra olunacaq planları onlarla birlikdə hazırlayırdıq. Xüsusi bir əmr olmadığı zaman, qarşıya çıxan məsələlərdə özümüz qərar çıxarırdıq.
Bir dəfə düşmənələrin Məhəmməd Nəcdini öldürmək niyyətindən xəbər tutdum. Elə o an onların hazırladığı planın əksinə bir plan hazırladım. Bu işin üstü açıldı. Camaat onların Məhəmmədi öldürmək istəklərindən xəbərdar olduqda, düşmənlərə nifrət etdilər. Bununla da bu işin qarşısı alındı. Qazdıqları quyuya özləri düşdülər. Məhəmməd planın altı maddəsinin hər birinə əməl edəcəyinə söz vermişdisə də, indi bu bəndlərin yalnız bir hissəsini yerinə yetirə bilərəm -dedi. O, bu sözündə haqlı idi. Çünki, o zaman bütün bəndləri həyata keçirmək qeyri-mümkün idi. O, Kə`bənin dağıdılması və Qur`anın təhrif olunmuş şəkildə nəşr olunmasına e`tiraz etdi. Ən çox Məkkə əmirləri və İstambul hökumətindən qorxurdu. Mənə bu barədə - bu iki niyyəti açıqlasan, böyük bir ordunun hücumuna mə`ruz qalarıq - dedi. Ancaq doğru deyirdi. Bu iki maddənin icrası üçün hələ münasib zəmin yaranmamışdı.
Hamımız yerli tayfalardan olan qızlarla evləndik. Müsəlman qadınların ərlərinə bağlılığı çox xoşumuza gəlirdi. Bunun sayəsində tayfalarla olan əlaqələrimiz daha da artdı. İndiki vəziyyət çox yaxşı idi. Əhatəmiz günü-gündən genişlənirdi. Təsadüfi bir hadisə baş verməsə, yetişməkdə olan meyvəni dərib yeyəcəyimizə şübhə yox idi.
İKİNCİ HİSSƏ: İNGİLİSLƏRİN İSLAMLA DÜŞMƏNÇİLİKLƏRİ. İngilis casusunun birinci hissədəki e`tiraflarını oxuyanlar, ingilislərin dünya müsəlmanları üçün nələr düşündükləri haqqında müəyyən qədər də olsa, mə`lumata malik oldular. Bu hissədə qısa şəkildə MNN-nin casuslara verdiyi əmrlərin dünya müsəlmanları üzərində necə tətbiq edildiyindən və missioner fəaliyyətindən danışacağıq.
İngilislər çox məğrur və təkəbbürlüdürlər. Onlar öz şəxsiyyətlərini və vətənlərini nə qədər üstün və yenilməz görürlərsə, digər insanlara və ölkələrə də bir o qədər yuxarıdan aşağı baxırlar. İngilislərə görə, insanlar üç qismə ayrılırlar: Birinci qismə aid olanlar məhz ingilislərin özləridir. Onlar özlərini Allahın insan olaraq yaratdığı ən gözəl məxluq hesab edirlər. İkinci qismə Amerika və Avropanın digər ağ dərili xalqları aid olunur. Bunları da insan hesab edərək lazımi ehtirama layiq bilirlər. Yerdə qalanlar isə üçüncü növdən olan insanlardır ki, ingilislərə görə, bunlar insanla heyvan arasında olan məxluqdurlar. Hörmətə layiq olmadıqları kimi, hürriyyət, istiqlal və vətən məfhumu da onlara şamil olunmur. Bu insanlar bilavasitə ingilislər tərəfindən idarə olunmaq üçün yaradılmışdır. 
İngilislər bu gözlə baxdıqları müstəmləkələrdə yerli əhali ilə bir yerdə yaşamazlar. Müstəmləkələrin hər bir yerində ingilislərə məxsus klublar, kazinolar, hamamlar, hətta mağazalar da vardır. Yerli əhalinin bu kimi yerlərdən istifadə etməsi qadağandır. 
XX əsrdə hindistan səyahətləri ilə məhşur olan Marsello Perneal “Hindistan səyahəti xatirələri” kitabında belə yazır: “Avropada şöhrət tapmış, hətta bə`zi universitetlərin fəxri professor adını almış bir hind alimi ilə Hindistandakı ingilis klublarının birində görüşmək üçün və`dləşdik. Hindli alim kluba gələn zaman, onun hətta dünya şöhrətli bir şəxsiyyət olmasını da nəzərə almayaraq, içəri buraxmamışdılar. Uzun sürən isrardan sonra onun kluba buraxılmasına nail oldum”. İngilislər özlərindən olmayanlara heyvanlardan da pis münasibət bəsləyirlər. Ən böyük müstəmləkələri olan, illərcə istismar və talan etdikləri Hindistanın Amritsar şəhərində 1919-cu ildə dini ayin səbəbi ilə bir yerə toplaşan hindlilər yaxınlıqlarından keçən bir ingilis qadınına diqqətsizlik edərək, ehtiram göstərməmişdilər. Missioner qadın, o zaman Hindistanda hərbi komandan vəzifəsində çalışan ingilis generalı Dyeri Reqinolda bu haqda şikayət etmişdi. General dərhal əsgərlərinə mə`bədə yollanmağı əmr etmiş və bunun ardınca dəhşətli faciə törənmişdi. Əsgərlər mə`bədə yollanaraq, on dəqiqə ərzində ibadətlə məşğul olan müdafiəsiz xalqa atəş açmış, yeddi yüz nəfər həlak olmuş, min nəfərdən artıq insan isə yaralanmışdı. General bununla kifayətlənməyərək, qalan əhalini üç gün əlləri və ayaqları üzərində heyvan kimi yeriməyə məcbur etmişdi. Bu hadisə ilə bağlı Londona şikayət edilir. İngiltərə hökuməti tədqiqat aparılması üçün fərman verir. Tədqiqat üçün Hindistana gələn müfəttiş dinc əhaliyə atəş açmağın səbəbini soruşanda, general belə cavab vermişdi:
Buranın komandanı mənəm, lazım olan əmri də vermişəm!
Bəs, əhalini əlləri üzərində süründürməyin səbəbi nədir?
Hindlilər öz tanrılarının qarşısında da bu cür sürünürlər. Bu işi görməkdə məqsədim, bir ingilis qadınının da hindu tanrısı qədər müqəddəs olduğunu onlara anlatmaq idi.
Cənab General, əhali alış-veriş üçün küçəyə çıxmağa qorxur. Niyə imkan vermirsiniz?
Çünki bunlar insan olsaydı, əlləri üstə sürünməzdilər. Onsuz da bunların evləri bir-birinə bitişik, damları da düzdür; damlarının üstündə yerisinlər.
***
Generalın bu sözləri qəzetlərdə nəşr olunduqdan sonra Dyeri Reqinold qəhrəman e`lan edildi. Dünya tarixində 13 aprel 1919-cu il ingilis zülmünə mə`ruz qalan  hindlilərin qanından meydanda gölməçə əmələ gəlmişdi. Bu qan gölməçəsi general Reqinoldun vəhşiliyinin nəticəsi idi. Bu hadisədən sonra Hindistanın hər bir yerində böyük üsyanlar başlandı. Bu səbəbdən o, general vəzifəsindən azad edilərək təqaüdə göndərildi. Ancaq Londonda onu Lordlar Palatası təmtəraqla qarşıladı. Hələ mükafatlandırmaq qərarına da gəldilər. İngilis lordlarının başqa millətlərə necə baxdıqları burada tam aydın olur. 
İngilislər öz müsətəmləkələrini idarə etmək üçün onları iki qrupa bölmüşdülər. Birincisinə, Dominon adı vermişdilər. Bu qrupa ağ dərili avropa xalqları daxildir. Onlar üstün imtiyazlara malik, hətta mədəni muxtariyyata sahib idilər. Ölkədaxili idarəçilik özlərinə məxsus idi. Yalnız xarici əlaqələrdə İngiltərəyə tabe idilər. Misal olaraq Kanada, Avstraliya, Yeni Zellandiya. İkinci qrupa isə ağ dərili olmayan xalqların müstəmləkələri daxil idi. Bu xalqalar daima zülm altında inildəməkdə idilər. 
MNN-nin daxilində Hindistana nəzarət üçün ayrıca bir bölüm var idi. Bu nazirliyin əsas mə`sul şəxsi nazirin özü idi. Onun iki müşaviri və dörd müavini var idi. İqtidar dəyişsə də nazirliyin mə`sulları dəyişməzdi. Dörd müavinin biri Kanada, Avstraliya və bə`zi adalar, ikincisi Cənubi Afrika, üçüncüsü Şərqi və Qərbi Afrika, dördüncüsü Hindistanla məşğul olurdu. Düşmənçilik, zülm, istibdad, hiylə və xəyanət üzərində qurulan ingilis imperatorluğu, özünə “üzərində günəş batmayan” ölkə adı vermişdi. Konqo, Kipr, Kanada, Atən, Avstraliya, Fici, Şimali Afrika, Yeni Zellandiya, Tonqa, Pasifik adaları, Paniya, Somali, Saravak, Biruno, Bruney, Banqladeş, Birma, Hindistan, Pakistan, Malta, Malayziya, İndoneziya, İngilis Bəlcustanı, Çinin bir hissəsi, 1882-ci ildən Bostamina, Misir, Sudan, Sinqapur, Siyero-Leone, Niceriya, Uqanda, Quyan, Qambiya, Qana və Tanzaniya kimi dövlətlər ingilislərin hegemonluğu sayəsində alındı. Bu dünya dövlətləri həm dinlərini, həm dillərini, həm də adət-ən`ənələrini itirdilər. Yeraltı-yerüstü sərvətləri ingilislər tərəfindən talan edildi. XIX yüzilliyin sonunda onlar dünya torpaqlarının ¼-nə, dünya xalqlarının isə ¼-dən çoxuna sahib oldular. İngilis müstəmləkələrinin ən mühümü, strateji məqsəd daşıyan Hindistan idi. İngilislər dünyada hakimiyyətlərini tə`min etmək üçün üç yüz milyondan artıq əhalisi olan (hal-hazırda bir milyarda yaxındır) tükənməz sərvətlərə sahib olan Hindistandan I Dünya Müharibəsində bir milyondan artıq əsgər və bir milyard rupi nəğd pul almışdılar. Bu pulların çoxunu Osmanlı dövlətini parçalamağa sərf etmişdilər. Sülh şəraitində də ingilis iqtisadiyyatını yaşadan və maliyyəsini dövr etdirən Hindistan idi. Hindistana çox əhəmiyyət verilməsinin əsas iki səbəbi var idi:
İslamın hindistanda yayılıb genişlənməsi və bu ərazilərdə onun hakim olmaq təhlükəsi;
Hindistanın təbii sərvətləri.
Hindistan üzərində müstəmləkəçilik siyasətini qoruyub saxlamaq üçün ingilislər bu ölkənin yolunun üstündə olan bütün İslam ölkələrinə soxularaq fəsad toxumları səpmiş, qardaşı qardaşa düşmən etmişdilər. Bu yolla təbii sərvətləri öz ölkələrinə daşımış və müsəlmanlara hakim olmuşdular. 
Osmanlı imperatorluğunu müxtəlif siyasi oyunlarla Rusiya ilə müharibəyə cəlb etdilər ki, bu dövlət zəifləyib Hindistana əl uzada bilməsin. Parçalayıb işğal etmək ingilis siyasətinin əsasını təşkil edir. 
Avropadan ilk dəfə Hindistana ayaq açan, h.q-904, m-1498-ci ildə portuqaliyalılar olmuşdu. Kalkuta şəhərinə gələn portuqaliyalılar ticarətlə məşğul olmuş və tədricən Hindistan ticarətini əllərinə keçirmişdilər. Daha sonra portuqaliyalıları hollandlar, hollandları isə fransızlar üstələdilər və nəhayət, ingilislər meydana çıxaraq nəzarəti ələ keçirdilər. 
Hindistanın müsəlman alimlərindən olan əllamə Məhəmməd Fəzli Haqq Hərəbədinin ”Əs-sərvətül Hindiyyə” kitabında yazdığına görə, ingilislər ilk dəfə h.q-1008, m-1608-ci ildə Hindistanın Kalkuta şəhərində ticarət mərkəzləri açmaq üçün Əkbər şahdan izn aldılar. Elə bu illərdə kraliça Yelizavetta Şərqi Hindistan kompaniyasının nizamnaməsini təşkil etdi. Bu nizamnaməyə görə, kompaniya İngiltərədə könüllü əsgər toplayaraq, öz hesabına silahlandırıb donanma təşkil etmək, hərbi və ticarət məqsədi ilə səfərlər etmək imtiyazı aldı. Əkbər şah azğın bir adam idi, bütün dinlərə eyni gözlə baxırdı. Hətta müxtəlif dinlərin alimlərini bir yerə toplayaraq, müştərək bir din qurdu. Onun “İlahi Din” adlandırdığı bu ayin h.q-990, m-1582-ci ildə rəsmi əqidə e`lan edildi. Bu tarixdən başlayaraq onun ölümünə qədər bütün Hindistanda, xüsusilə də Seylonda İslam alimlərinin e`tibarı azalmışdı. Əkbər şahın dininə mənsub şəxslər isə hər yerdə önə keçmişdilər. Məhz bu zamandan ingilislər Hindistana daxil oldular. 
İngilislər I Şahi-aləmin zamanında Kalkutiyada torpaq sahələrini satın aldılar. Onları mühafizə etmək üçün ordu gətirdilər. H.q-1126, m-1714-cu ildə Sultan Fərruh Şir şahı taxtdan saldılar. Bundan sonra bütün Hindistanda torpaq sahələrinin satılmasına izn verildi. 1803-cü ildə ingilislər Şahi-aləm Sanini hakimiyyətləri altına aldılar. 1760-cı ildə taxta çıxan Şahi-aləm Saninin zamanında ingilislər öz müstəmləkələrini Benqaldan mərkəzi Hindistana və Rasputaniyaya (İndiki Pakistan) qədər genişləndirdilər. Dehlidə gördükləri bütün işləri şahın adına çıxartdılar. Müsəlman Hind şahlarının adlarının pulların üzərindən götürülməsi ilə ilk dəfə olaraq, Şahi-aləmi Sani ilə İngiltərənin Hindistandakı valisi arasında qarşıdurma yarandı. 1837-ci ildə hakimiyyətə gələn II Şah Bahadır, ingilislərin zülmünə dözməyərək, 1857-ci ildə onlara qarşı ordunun və xalqın birliyi ilə qiyama başladı. İlk mərhələyə öz adına pul kəsdirib, xütbə oxutmaqla başladı. Şahın bu hərəkətinə qarşı ingilislərin reaksiyası çox şiddətli oldu. İngilis əsgərləri Dehliyə daxil olaraq evləri, dükan və mağazaları talan etdilər. Qarşılarına çıxan bütün qoca, cavan, uşaq və qadınları qılıncdan keçirdilər. Dözülməz bir vəziyyət yarandı. II Şah Bahadırın ordu başçılarından olan Batı xan, sultanı ordu ilə birlikdə geri çəkilməyə razı etdisə də, ingilislərin rəğbətini qazanmaq istəyən xain Mirzə İlahi Baxış adlı başqa bir başçı şaha ordudan ayrılıb, təslim olmağı təklif etdi. Onu inandırmaq üçün - ingilislər səninlə yaxşı rəftar edəcəklər və ailənə də toxunmayacaqlar - dedi. Bahadır Şah da ona inanaraq ordunun əsas cinahından ayrılaraq, Dehlinin içərisindəki Kalyayi Müəlladanın 10 km.-də yerləşən Humayun şahın türbəsinə sığındı.
Zalımlığı ilə məşhur olan ingilis zabiti, keşiş Hudson bu məsələni xain Rəcəb Əli adlı birindən öyrənərək, ordu komandanı Vilsona bildirir. O, Bahadır Şahı tutmaq üçün yardımçı qüvvələr istəyir. Vilson verə biləcəyi muzdlu əsgəri olmadığını söylədikdə, Hudson sultanın təslim olması üçün, canına və ailəsinə toxunulmayacağı tə`minatının verilməsi təklifini edir. Vilson bu təklifi əvvəlcədən qə`bul etməsə də, sonradan razılaşır. Bundan sonra Hudson 90 nəfərlik əsgər hey`əti ilə Humayun şahın türbəsinə gələrək, sultana təslim olmağı təklif edir və təslim olduğu təqdirdə ailəsinə toxunulmayacağı tə`minatını da verir. Hudsona aldanan Bahadır Şah təslim olur. Hudson sonradan sultanın iki oğlunu yaxalamaq istəyir. Lakin sultanın oğlanları qalada mühafizə olunduqlarından onlara yaxın düşə bilmir və nəticədə onları da canlarına tə`minat vermək yolu ilə aldadır. Sultanın oğlanları da aldanaraq, təslim olurlar. Onları tutan kimi elə oradaca zəncirləyərək, əli bağlı Dehliyə gətirir. Mərkəzi meydanların birində soyundurub, sinələrinə qurğuşun tökərək şəhid edir. Deyilənlərə görə Hudson onların qanından bir qədər şüşəyə töküb içmişdi. Bu gənclərin cəsədlərini xalqı qorxutmaq üçün qala qapısından asırlar. Bir gün sonra başlarını kəsərək, İngiltərə valisi Henri Bernarda göndərir, ətlərindən isə şorba bişirərək, sultan və xanımının saxlandığı zindana göndərirlər. Onlar ac olduqları üçün əti yeməyə başlayırlar. Lakin çeynəyə bilmirlər. Ətdən şübhələnərək yediklərini də qusur və qabları yerə çırpıb sındırırlar. Bu vəziyyətdə Hudson onlara yaxınlaşaraq, niyə yemədiniz? – deyə iztehza ilə şorbanın onun oğlanlarının ətindən hazırlandığını söyləyir.
1858-ci ildə hiylə ilə hakimiyyətdən uzaqlaşdırılan II Bahadır avropalıları qarşı qiyam və qətldə günahlandırılaraq mühakimə edilir. Həmin ilin mart ayının 29-da ömürlük həbs cəsazına məhkum edilərək, Konqona sürgünə göndərilir. Sultan II Bahadır 1862-ci ildə vətənindən uzaq bir ölkədə vəfat edir. Daha sonra Əllamə Fəzli Haqq 1861-ci ildə Andaman adalarındakı zindanların birində ingilislər tərəfindən şəhid edilir. İngilislər 1877-ci ildə Osmanlı-Rusiya müharibəsi ərəfəsində Hindistanı İngiltərənin ərazisi kimi e`lan etdilər. 
İsveç Masson Lojasına bağlı olan Midhad Paşanın əli ilə Osmanlı dövlətinin müharibəyə sürüklənməsi İslama dəyən ən böyük ziyanlardan biri oldu. Sultan Əbdül Əziz xanın öldürülməsində də, ingilislərin əli var idi. İngilislər xüsusi məqsədlərlə yetişdirdikləri şəxsləri yüksək vəzifələrdə əyləşdirmişdilər. Bu dövlət adamlarının adları osmanlı, fikirləri isə ingilis psixologiyası idi. Bu kadrlar içərisində ən tanınmış sima Mutafa Rəşid Paşa olmuşdur. O, Baş Nazir olduğu vaxt 28 oktyabr 1837-ci ildə ingilisləri Hindistan müsəlmanlarına qarşı Dehlidə törətdiyi qətl hadisələri münasibəti ilə rəsmi şəkildə təbrik etmişdi. Hələ bu hadisədən əvvəl Hindistanda ingilis zülmünə qarşı qiyama qalxan müsəlmanları yatırtmaq üçün İngiltərədən gələn yardımın Misirdən keçirilməsi üçün icazə istəmişdi. Onlara massonların vasitəsi ilə icazə verildi.
Hindistanda ingilislər yeni məktəblər açdıqları halda, İslam şəriətini öyrədən bütün mədrəsələri bağladılar. Xalqa rəhbərlik edə biləcək bütün alimlər və din adamlarını şəhid etdilər. Hətta tələbələri də qətlə yetirdilər. 
Burada sizlərə, 1971-ci ildə Hindistana və Pakistana səfər edən (adı çəkilməsi məsləhət olmayan) şəxsiyyətlərdən birinin kiçik bir xatirəsini nəql etmək istərdim: ”Hindistanın sərhəd şəhərlərində yerləşən İmam Rəbbani və digər övliyaların məzari-şəriflərini ziyarət etdik.  Sonra Paniputi şəhərinə, oradan da Dehliyə getdim. Paniputinin ən böyük məscidində cümə namazını qıldıqdan sonra məscidin imamı bizi evinə qonaq apardı. Yolda, zəncirlə bağlanıb kilidlənmiş böyük bir qapı gördüm. Üzərindəki kitabəni oxuduqda bu yerin həmin əyalətdə ilk məktəb olduğunu anladım və imamdan qapının nə üçün bağlı olduğunu soruşdum. O, cavabında bu məktəbin 1947-ci ildən bağlı olduğunu söylədi. Onun sözlərindən aydın oldu ki, ingilislər hinduları qızışdıraraq, Paniputidəki bütün müsəlmanları – kişi-qadın, qoca-cavan, hətta uşaqları belə, elə buradaca qətlə yetirdilər. Bu zəncir və qıfıl bizə ingilis zülmünü xatırladır. Bizlər isə bu şəhərə sonradan mühacirət etmişik”.
İngilislər hakim olduqlar bütün İslam ölkələrində alimləri, dini ədəbiyyatları və məktəbləri məhv etdilər. Əvəzində, tamamilə cahil, öz dinindən, mədəniyyətindən xəbərsiz olan gənc bir nəsil yetişdirdilər. 1837-ci ildə Kalkutaya gələn bir ingilis mə`muru Lord Makauley fars və ərəb dillərində dini kitabların nəşr olunub yayılmasını qadağan edən bir əmr vermişdi. Onun bu əmri İngiltərə hökuməti tərəfindən bəyənilib təsdiq edilmişdi. Bu qanun ilk dəfə olaraq müsəlmanların çoxluq təşkil etdiyi ərazilərdə, xüsusilə də Benqalda qüvvəyə minmişdi. 
İngilislər Hindistanda 8 yaşlı qızlara məxsus 165 kollec açmışdılar. Bu kolleclərdə yetişdirdikləri şagirdələri xüsusi tə`limlərlə öz din və mədəniyyətlərinə düşmən etmişdilər. İngilis ordusunun 2/3-ni beyinləri yad düşüncələrlə doldurulmuş, öz millətinə düşmən kəsilmiş, xristianlaşdırılmış və ya pulla satın alınmış yerli əhali təşkil edirdi. İngilislərin sə`yləri nəticəsində 1833-cü ildə çıxarılan qanun casusların missionerlik fəaliyyətinin genişləndirilməsi və protestant dininin Hindistanda qüvvətlənməsinə şərait yaratmışdır. Hindistan tam şəkildə ingilislərin müstəmləkəsinə çevrilməmişdən əvvəl, orada yaşayan ingilislər müsəlman alimlərinə hörmətlə yanaşırdılar. Məscid və mədərəsələrin tə`mirinə yardım göstərir, hətta dini komplkeslərin tikintisinə aid olan inşaat müəssisələrində çalışırdılar. 1838-ci ildə İngiltərədən gələn əmrlərdən sonra ingilislərin bu fəaliyyəti qadağan olundu. Onların İslam dininə olan hücumlarında tətbiq etdikləri siyasətin iç üzü göründü. Onlar əvvəlcə yardım edərək müsəlmanları sevindirir, İslama xidmət göstərərək gördükləri bu kimi işləri ölkənin hər bir tərəfinə yayırlar. Dünya müsəlmanlarını bu yolla aldadaraq, öz niyyətlərinə müvəffəq olduqdan sonra, İslamın əsaslarını, kitablarını, məktəblərini və alimlərini yavaş-yavaş məhv etməyə başlayırlar. Bu ikiüzlü siyasətlər müsəlmanlar üçün ən böyük düşmənçilik və öldürücü zərbə metodu olmuşdur. İngilislər Hindistanda hakim din və qüdrət olan İslamı həddən artıq acınacaqlı bir vəziyyətə gətirib çıxardılar. Onlar ingilis dilini rəsmi dil e`lan etdikdən sonra, yerli gənclərin xristianlaşdırma prosesinin yeni mərhələsinə başladılar. Bu fəaliyyətləri əsas e`tibarı ilə missionerlərin nəzarəti altında olan məktəblərdə həyata keçirirdilər. Hətta İngiltərənin Baş Naziri Lord Palmerson və bir çox ingilis lordları bu məramlarını açıqcasına bildirirdilər: ”Allah Hindistanı ingilislərə, onların xristianlıqdan faydalanmaları üçün vermişdir”. Lord Makley Hindistanda qan və rəng baxımından hindli, zövq, düşüncə, inanc, əxlaq və zəka baxımından ingilis bir cəmiyyət yetişdirilməsi üçün çox çalışmışdı. Bu işə görə də öz ölkəsinin lazımi dəstəyinə nail olmuşdu. Ona görə də missionerlər tərəfindən açılan məktəblərdə ingilis ədəbiyyatı, dili və xristianlığın öyrədilməsinə xüsusi əhəmiyyət verilirdi. Dəqiq elmlərə - riyaziyyat, kimya, fizika və başqa sahələrə heç bir maraq yox idi. Bu şəkildə ingilislər tərəfindən Hindistanda xristianlaşdırılmış bir nəsil yetişdirilir, sonradan onlar öz ölkələrinin yüksək mə`mur kürsülərində əyləşdirilirdi. 
Hindistanda öz dinindən çıxan müsəlmanlar mürtəd hesab olunurdular. Hindulara görə isə, öz dinini tərk edənlər dinsiz hesab edilirdi. Buna görə də, ingilislər tərəfindən xristianlaşdırılan yerli gənclər öz ailələrindən onlara çatacaq hər hansı bir pay və ya mirasdan məhrum olurdular. Missionerlər buna mane olmaq üçün 1832-ci ildə Benqala aid bir qanun çıxararaq, xristian olan yerli mürtəd və dinsizlərin mirasdan pay almalarını tə`min etdilər. Bu səbəbdən, hindlilər Hindistandakı ingilis məktəblərinə “şeytan mərkəzi” adını vermişdilər. 1925-ci ildə Hindistana səfər edən fransız Marsello Pernau nəşr etdiyi kitabında belə yazır: ”Hindistanın birinci şəhəri olan Kalkudadakı səfalətli həyat Paris və Londonun ətrafındakı bataqxana məhəllələri ilə belə müqayisə edilməyəcək səviyyədə idi. Küçələrdə insanlar və heyvanlar bir-birinə qarışmış, uşaqlar ağlayır, xəstələr inildəyirdi. Onların yanında spirtli içki içib məst olmuş insanlar ölü kimi yerdə uzanıb qalmışdılar. İnsan bu qədər ac, zəlil,  və zəif vücudları seyr edərkən, istər-istəməz öz-özünə bunların nə iş görə biləcəyini fikirləşir. Nicatlarını fabriklərdə işləməkdə görən insanların ağır iş şəraiti müqabilində aldıqları məvacib, ehtiyaclarının cüz`i hissələrini belə ödəmirdi. Dünyanın heç bir yerində insan həyatına qarşı olan diqqətsizlik burada olduğu qədər deyildi. Fəhlə öldükdə, nə olsun? sabah yerinə başqa birisi gələr-deyirdilər. İngilislərin burada düşündükləri yeganə şey istehsalı çoxaltmaq, maksimum mənfəət əldə etmək və bütün qazancları İngiltərəyə yönəltmək idi”. 
ABŞ-ın keçmiş Xarici İşlər Naziri Vilyam Cenninq Brayn ingilis hökumətinin Rusiyadan daha zalım və daha alçaq olduğunu bildirmişdi. O, “Hindistanda ingilis hakimiyyəti” adlı kitabında belə qeyd etmişdir: ”Hindistan əhalisinə rifah və saədət bəxş etdiyini iddia edən ingilislər, hakim olduqları müddət ərzində milyonlarla hindilini məzara göndərmişlər. Məhkəmə və inzibati orqanlarını tə`sis etdiklərini hər yerdə öyünərək söyləyən bu millət, rəsmi bir soyğunçuluqla Hindistanı talan etmişdir. ”Soyğunçuluq” kəlməsi bir az ağır səslənsə də, ingilis idarə üsulunun rəftarını başqa cür izah etmək mümkün deyildir. Xristianlıq adından çıxış edən ingilis qansoranları əsarət zinciri altında inildəyən hind müsəlmanlarının fəryad səsini eşitmək istəmirdi”. 
Mister Hodbert Kambton “Hindlinin həyatı” adlı kitabında belə yazır: ”Ağaları (ingilislər) hindliyə zülm edir, o isə hər şeyi yox oluncaya, ölüncəyə qədər işləməkdə, ona xidmət etməkdə davam edir“. Bu sözlər insaflı xristianların ingilis vəhşiliyini aşkar edən yazılardan bir nümunədir. İngilislərin digər müstəmləkələrində işlədilən hindli müsəlman fəhlələrin vəziyyəti daha dözülməz idi. 1834-cü ildən ingilis istehsalçıları afrikalı zəncilərin yerinə hindli işçiləri işlətməyə başladılar. Hindistandan Şimali Afrika müstəmləkələrinə minlərlə hindli müsəlman aparıldı. Qul adı verilən bu işçilərin vəziyyəti kölələrin vəziyyətindən daha ağır idi. Bunlar “razılaşdırılmış iş rejimi” deyilən bir üsul ilə hindliləri işlədirdilər. Buna görə də qul adlanan insanlar beş il müddət ərzində nə evlənə, nə də iş yerlərini tərk edə bilərdilər. Gecə-gündüz qırmanc altında işləmək məcburiyyətində idilər. Bundan əlavə, hər il vergi qismində üç ingilis qızılı verməli idilər. Bu deyilənlər “Labour in India” “Post-Lecturer in the University of New-York” yazıları ilə bütün dünyaya e`lan edilmişdi. 
Qandi öz təhsilini İngiltərədə bitirərək, Hindistana dönmüşdü. O, xristianlaşmış bir hindli, Porbandar şəhərinin baş keşişinin oğludur. 1893-cü ildə Hindistandakı bir ingilis şirkəti onu Şimali Afrikaya göndərmişdi. Qandi oradakı hindlilərin nə qədər ağır və dözülməz şəraitdə işlədiklərini müşahidə etdikdən sonra ingilislərlə mübarizəyə başlamışdı. İngilislər tərəfindən yetişdirilmiş, hətta xristianlaşdırılmış bir şəxsin oğlu olduğu halda, ingilis zülmünə qarşı mübarizə aparmaq ona şöhrət qazandırmışdı. 
İngilislərin bütün İslam aləmində tətbiq etdikləri siyasətin təməli və əsli bu üç kəlmədən ibarətdir-parçala, dinlərini məhv et və hakim ol! Onlar bu siyasəti həyata keçirmək üçün heç nədən çəkinməmişlər. İngilislərin Hindistanda başladığı ilkin proses özlərinə xidmət göstərə biləcək şəxsləri axtarmaq olmuşdu. Onlar bu şəxsləri tapdıqdan sonra yavaş-yavaş fitnə alovunu alışdırmağa başlamış və müsəlmanların hakimiyyəti altında yaşayan hindulardan istifadə etmişdilər. Hindulara Hindistanın həqiqi sahibi olduqlarını, hindu torpaqlarının müsəlmanlara qurban verildiyini və buna qarşı çıxmaq lazım gəldiyini təlqin edərək, bu yolla onları öz tərəflərinə çəkmişdilər. Onların içərisindən muzdlu əsgərlər götürürdülər. Kraliça Yelizavettanın əmri ilə orduda quruculuq işləri aparılarkən, hindu cəhaləti ilə ingilisləri birləşdirən ümumi bir maraq İslama olan düşmənçilik və sərvət hərisliyi idi. Müsəlman valiləri ilə hindu başçıları arasında döyüşlər başlandı. Müsəlmanların içərisindən mə`nəvi cəhətdən zəif olanlar müxtəlif yollarla satın alındı. Krallıqda müşavir işləmiş (Hindistan təşkilatı üzərində) mə`sul olan ingilis Sir Con Straçey müsəlman-hindu münaqişəsi barəsində bunları demişdir: ”Hakim olmaq və təfriqə salmaq üçün lazım olan hər bir şey hökumətimizin siyasətində mövcuddur. Hindistandakı siyasətimizin ən böyük yardımçısı qarşı-qarşıya duran iki düşmənin mövcud olması idi. Bu düşmənçiliyi qızışdıran ingilislər 1750-ci ildən 1870-ci ilə qədər davamlı olaraq, hinduları dəstəklədilər və onlarla bərabər müsəlmanların kütləvi şəkildə qırılmasında iştirak etdilər. 1858-ci ildə isə hinduları müsəlmanların üzərinə qaldıraraq, bu mənzərəni kənardan yüksək zövqlə izləməyə başladılar. Hindistanda o vaxta qədər inək kəsmək üstündə heç vaxt qanlı hadisələr baş verməmişdi; amma bu hadisədə minlərlə müsəlmanın nahaq qanı axıdıldı, minlərlə ev, məscid və mədrəsələr yandırıldı. Bu qarşıdurmanı qızışdırmaq üçün ingilislər müsəlmanların arasında “Bir inək kəsmək yeddi qoyun kəcməkdən daha üstündür”, hindlilər arasında isə “tanrını (inək) ölümdən qurtarmağın savabı var” fikirini yaymağa başdılar. Bu ixtilaflar ingilislər Hindistandan çəkiləndən sonra da davam etdirilmişdir. Buna misal olaraq, İranda Müsəddiq hərəkatı zamanı nəşr olunan “İttilaat” jurnalından oxuduğum bir məqaləni nəzərinizə çatdırmaq istərdim. “Qurban bayramı günü əmmaməli, əbalı iki müsəlman qurban kəsmək üçün bir inək alırlar. Hinduların məhəlləsindən keçərkən, bir hindu onların qarşısına çıxaraq, inəyi hara apardıqlarını soruşur. Müsəlmanlar isə qurban kəsəcəklərini söyləyirlər. Bunu eşidən hindu tez hay-küy salmağa bşlayır; qışqıraraq əhalini köməyə çağırır: ”Ey camaat! Müsəlmanlar tanrımızı qurban kəsməyə aparırlar”. Müsəlmanlar isə: ”Ey müsəlmanlar hindular qurbanlarımızı əlimizdən alırlar”. Sonra isə daş, ağac və bıçaqla bir-birini qətlə yetirirlər. Bu hadisə zamanı hindu məhəlləsindən olan bir neçə nəfər bə`zi əlamətlərdən bu fitnənin ingilislər tərəfindən hazırladığını başa düşürlər. Sonradan da hamıya mə`lum oldu ki, fitnə salan ingilislərdir”.
Məqaləni yazan müxbir ingilislərə xitabən deyir: ”Biz sizin, qurban bayramında müsəlmanlara necə zəhər içirtdiyinizi çox yaxşı bilirik”. İngilislər bu cür saysız-hesabsız fitnə və zülmlərlə müsəlmanları məhv etməyə çalışırlar. 
İngilislər daha sonra, silahlı cihadın vacib olmadığını iddia edən, İslam pərdəsi altında müsəlmançılığa qarşı mübarizə aparan yeni-yeni düşmənlər yetişdilər. Bunlardan Sir Seyid Əhməd, Qulam Əhməd Qudiyani, Abdulla Qəznəvi, İsmayıl Dehləvi, Nazir Hüseyn Dehləvi, Sadiq Həsən xan Pehunalı, Rəşid Əhməd Kəpkuhi, Ustad Vahid Heydər Abidi, Əşrəf Əli Tehnəvi və Şah Əbdul Əzizin nəvəsi Məhəmməd İshaq kimi şəxsləri dəstəkləyərək, yeni firqələr qurdular və bu firqələrə müsəlmanları cəlb etməyə başladılar. Bu firqələrin ən məşhuru 1879-cu ildə qurulan “Qudiyani”lik cərəyanı oldu. Bu cərəyanı tə`sis edən Qulam Əhməd Qudiyaninin nəzərinə görə, top, tüfəng və qılıncla cihad etmək vacib deyildir; əsl cihad dillə, tövsiyə və nəsihətlə olmalıdır. 
Qulam Əhməd, İsmaili firqəsindən dönmüş bir dinsiz idi. O, 1908-ci ildə vəfat etmişdir. İngilislər onu pulla satın alaraq əvvəlcə müctehid, sonra Mehdi imam zaman, sonra İsa Məsih və nəhayət peyğəmbər olduğunu iddia etməsinə şərait yaradaraq, onun yeni bir din gətirdiyini e`lan etdilər. O, Hindistan xalqına “mənim ümmətim” deyə müraciət edirdi. Hər yerdə Qur`ani-Kərimdəki bir çox ayələrin ona aid olması, onun Məhəmməd peyğəmbərin mö`cüzələrindən daha çox mö`cüzəyə malik olması haqda təbliğat aparılırdı. Ona inanmayanları isə, kafir adlandırırdılar. Onun fikirləri Rəcəb və Bombey şəhərlərində cahil xalq arasında yayılırdı. Bu gün də Avropa və Amerikada Əhmədiyyə adı altında Qudiyanilik cərəyanı açıq-aşkar yayılmaqdadı. 
İngilislərə xidmət etməyin günah və kafirlərə qarşı silahlı cihadın vacib olduğunu söyləyən müsəlmanlar tə`qib olunaraq cəzalandırılırdı. Bu mövzuda olan kitablar toplanaraq yandırılırdı. Ələ ala bilmədikləri alimləri, müsəlmanların yaddaşlarında qəhrəman kimi qalacaqlarından ehtiyat edərək e`dam etmirdilər. And-aman adasındakı zindanda müddətsiz olaraq, azıdlıqdan məhrum edirdilər. 
1-ci Dünya Müharibəsindən sonra İstanbulu işğal etdikləri zaman osmanlı alim və paşaları Malta adasına sürgün etmişdilər. İslama qarşı olan düşmənçiliklərini müsəlmanlar başa düşməsin deyə, Hindistanın “Darül-hərb” yox, “Darül-İslam” olduğuna dair fitvalar vermiş və bu fitvaları hər yana yaymışdılar. Alim adı ilə yetişdirdikləri münafiqlərin əli ilə “osmanlı sultanlarından xəlifə olmaz, xəlifə Qureyş tayfasından olmalıdır” fikrini yayır, dəlil olaraq, bu hədisi əsas gətirdilər: “Xəlifə Qureyş qəbiləsindən, onların övladlarından olacaqdır”.
Dini tədrisi ləğv etmək, İslamı daxildən parçalayıb dağıtmaq üçün Əliqərhdə İslam elmlərinin öyrənildiyi “Əliqərh” universitetini açdılar. Burada dinlə mübarizə aparmaq və İslama arxadan zərbə vurmaq üçün zahirdə müsəlman, həqiqətdə isə düşmən kadrlar olan din adamları yetişdirirdilər. Tələbələrin içərisindən dinsizliyinə, şöhrətpərəstliyinə, satqınlığına və ingilislərin mənafeyinə sadiq olmalarına arxayın olduğu şəxsləri seçib İngiltərəyə göndərirdilər. İslamı sarsıdıb zəiflətdikdən sonra, müsəlmanlara rəhbərlik etmək üçün həmin şəxsləri iş başına gətirirdilər. Əyyub xan da bunlardan biri idi. O, Əli Çinnahın yerinə Pakistan dövlət başçısı oldu.
İngilislər II-ci Dünya Müharibəsindən qalib çıxmış kimi görünsələr də, həqiqətdə məğlub olmuşdular. Çünki özlərinə “üzərində günəş batmayan ölkə” adı verdikləri halda, “üzərində günəş doğmayan ölkə” halına düşmüşdülər. Müstəmləkələrinin çoxunu itirmiş, tükləri yolunmuş toyuq kimi görsənirdilər. 
Pakistanın dövlət başçısı tə`yin etdikləri Əli Çinnah məzhəbcə şiə, həqiqətdə isə ingilis tərəfdarı idi. 1972-ci ildə vəfat etdikdən sonra yerinə masson Əyyub xan, onun yerinə isə qızılbaş Yəhya xan gəldi. O, Hindistan-Pakistan müharibəsində məğlub oldu, Pakistan torpaqları əldən getdikdən sonra isə həbs edildi. Yəhya xandan sonra hakimiyyəti Zülfüqar Əli Buhutto təhvil aldı. O da İngiltərədə təhsil almış casus idi. 1974-cu ildə müxaliflərin öldürülməsinə əmr verildiyi üçün e`dam edildi. Zülfüqar Əli Buhuttonu devirərək, yerinə keçən Ziya-ül Həqq İslam düşmənlərinin müsəlmanlar üçün nələr düşündüklərini, İslamı məhv etmək istəklərini anlayaraq, onların əmrlərin icra etməkdən imtina etdi; ölkəsinin inkişafı üçün çalışdı; millətin həqiqi rifah və səadətə mənbəyinin İslam olduğunu çox yaxşı bildiyi üçün qanunların şəriətə uyğun tə`sis edilməsi üçün Pakistan əhalisinə müraciət etdi. Keçirilən referondumda Pakistan əhalisi bu çağırışa yekdilliklə müsbət rə`y verdi. İngilislərin yetişdirdiyi canilər Ziya-ül Həqqi terror vasitəsilə qətlə yetirdilər. Sonra hakimiyyətə gələn Əli Buhuttonun qızı Binəzir Buhutto dövlətinin, millətinin və İslamın əleyhinə etdiklərindən əlavə, Ziya-ül Həqqin hakimiyyəti dövründə həbs olunmuş bütün cani və xainləri azad etdi. Onları mə`sul vəzifələrə tə`yin etdikdən sonra Pakistanda qarşıdurmalar başlandı. İngilislərin müsəlmanlar üçün gördükləri yuxular yenidən çin çıxmağa başladı. I və II-ci Dünya Müharibələrindən sonra bir çox ölkələrdə xain planlarını yerinə yetirmək üçün, öz mənafelərindən çıxış edən şəxsləri iş başına gətirdilər. Bu dövlətlərin müstəqil dövlət atributları- himni, gerbi, bayrağı və milli pul vahidləri olsa da, dini azadlıqları olmadı. Son üç əsrdə İslam aləmi harada tənəzzülə uğramışsa, orada ingilislərin əli vardır. 
Osmanlı dövləti dağıdıldıqdan sonra onun hakimiyyəti altında ərazilərdə böyüklü-kiçikli 23 dövlət quruldu. Səbəbi də müsəlmanların güclü bir dövlətə malik olmasının qarşısını almaq idi. İslam ölkələri adlanan bu dövlətlərin arasında müntəzəm olaraq, düşmənçilik və qarşıdurmalar yaratdılar. Bu kimi ixtilaflar həmin ərazilərdə bu günə kimi davam etməkdədir. Böyük qüdrətlər dünya ictimaiyyətinin diqqətini hər hansı bir nöqtəyə cəlb etmək üçün bu münaqişələr ara-sıra qızışdırılır və ya onlar öz imperialist siyasətlərini həyata keçirməkdən ötrü güclü bir ölkəni zəif bir dövlətin canına salaraq, əzilən tərəf üçün beynəlxalq kömək, vasitəçi və s. adlarla zahir olurlar. Bir növ dovşana qaç, tazıya tut deyirlər və ya yetimin papağını oğurlayıb yenidən özünə qaytarmaqla ona dayı olurlar.
Xristian və yəhudi təşkilatlarının müsəlmanlara qarşı daimi olaraq, hazırlayıb həyata keçirdikləri siyasətlərdən biri də hər bir məntəqədə İslami şəxsiyyətlər yetişdirərək, onları genişmiqyaslı təbliğat üsulları ilə xalqa tanıtdırmaqdır. Onlar “dinşünas”, “şərqşünas”, “islamşünas” və s. adlarla zahir olaraq, müsəlmanların dini məsələlərinə cavab verməyə çalışır, şəriət məsələlərini, əqidə və ayinləri təhrif edirlər. Hər hansı bir dini mərasim yaxınlaşdıqda radio-televiziya və ya mətbuat səhifələrində peyda olaraq, öz mənfur niyyətlərini və düşmən siyasətlərini həyata keçirmək məqsədi ilə islamla heç bir şəkildə uyğun gəlməyən fikirlər yaymağa çalışırlar. İslamın heç bir hökmünə əməl etməyən, onun heç bir e`tiqadi əsasına əqidə bəsləməyən bu kafir və münafiq şəxslər dindən xəbəri olmadığı halda ən savadlı dinşünas kimi göstərilir, illərlə dini mərkəzlərdə təhsil alan, ömrünü İslama, dininə-məktəbinə həsr edən savadlı və imanlı din xadimləri isə savadsız və mə`lumatsız mollalar adı ilə hər yerdə təhqir olunaraq gözdən salınır. Nümunə olaraq ingilislərin İslam alimləri kimi tanıntdırdıqları, kafirlikləri ilə məhşur olan bir neçə şəxs haqda danışmaq yerinə düşərdi.
1. Sir Seyid Əhməd Hindi; o, 1818-ci ildə Dehlidə anadan olmuşdur. Babası Əkbər şahın dövründə Hindistana gəlmişdi. Əhməd Hindinin əmisi Dehlidəki ingilis məhkəməsində hakim idi. 1837-ci ildə əmisi onu özünə katib götürdü. Bu işdə fəallıq göstərən Əhməd Hindi 1841-ci ildə sıravi hakim, 1855-ci ildə isə ali hakim kürsüsünə qədər yüksəldi. 
2. Həmidullah; Hindistanda ingilislərin yetişdirdiyi din xadimlərindən biridir ki, 1806-cı ildə Heydərabadda anadan olmuşdur. O, əvvəllər İsmailliyyə firqəsinə mənsub idi. Əhli sünnə camaatına düşmən mövqeyi tutaraq fitnə-fəsad salmış, Parisdə çalışdığı CNRS Elmi Araşdırmalar Mərkəzində Məhəmməd Peyğəmbərin (s) yalnız ərəblərin olduğunu sübut etməyə çalışmışdır. O, bu fikirləri söyləməklə İslam Peyğəmbərinin ümumbəşəri bir peyğəmbər olmasını inkar etmək istəmişdir. Bu kimi şəxslərin sayını hədsiz dərəcədə sadalamaq olar; əsas məsələ odur ki, sapı özündən olan bu kimi baltalar hal-hazırda da hər bir müsəlman məmləkətində mövcuddur və müqəddəs dinimizi gecə-gündüz baltalamaqdadır. Dinşünas kimi tanınan bu düşmən kadrları tanımaq heç də çətin deyildir. Onlar xarakterik olaraq adətən bir neçə xüsusiyyətə malik olurlar:
1. Bu kadrlar daimi olaraq dinin əsil və dəyişməz qanunlarına qarşı çıxır, müntəzəm olaraq dində “yenilik” və təhrif etmə məsələsinə diqqət yetirirlər;
2. Bu kimi şəxslər həqiqi dini təhsilə malik olmurlar və adətən onların hər hansı bir mö`təbər dini təhsil ocaqlarında təhsil almaları haqda mə`lumat yoxdur.
3. Din adından danışan bu şəxslərin e`tiqadi əsaslara əqidə və imanı yoxdur və şəriət qanunlarına əməl etmirlər.
4. Kütləvi informasiya vasitələrində tez-tez çıxış edir və qarşıya çıxan hər hansı bir dini məsələdə məhz onlara müraciət olunur.
İslamı məhv etmək mübarizəsində vətəninə, millətinə, dininə xidmət etmək istəyən müsəlmanları aldatmaq üçün istifadə edilən ən tə`sirli silah İslamı modernləşdirmək (yeniləşdirmək) fikri olmuşdur. Geriliyin səbəbini dinlə əlaqələndirib, İslamı aradan aparmaq, yerinə isə dinsizlik gətirmək istəyirdilər. Bu çox incə bir məsələ idi və hər kəs bunu duya bilmirdi. Böyük İslam alimi Şeyx-ül İslam Mustafa Səbri bu hiyləni çox gözəl anlamışdı. Ona görə də o, “məzhəbsizlik dinsizliyə qurulan körpüdür” şüarı ilə çıxış edir, bu mövzuda müsəlmanları ayıq olmağa çağırırdı. 
İslam düşmənləri irfan yolunu da təhrif etmək üçün çox çalışmışlar. Daha sonra şəriətin qorunması üçün ən güclü zəmanət olan ixlası məhv etməyə başlamışlar. İrfan və seyri-süluk ağılla qəlbin, elmlə imanın müştərək şəkildə əldə etdiyi mə`nəvi dəyərlər məcmuəsidir. Lakin, uzun zamanlar ingilis casusları öz alçaq məqsədlərinə yetişmək üçün mürşidlərin adlarından istifadə edərək, müxtəlif ocaqlar yaratdılar və şəriəti məhv etmək üçün təriqətçilik cərəyanını ən tə`sirli alətə çevirdilər. Sufi yığıncaqları təşkil edərək musiqi və çal-çağırdan istifadə etdilər, rəqs etməyə başladılar. Bu əxlaqsızlıq yuvalarında qadın-kişi bir yerdə açıq-saçıq, əl-ələ tutaraq, dövrə vurub rəqs vasitəsilə ibadət edir, türk musiqisini təsəvvüf musiqisi kimi qələmə verir, ibadət adı altında günah işlər görürdülər. Əslində, zikr - Allah-Taalanı xatırlamaq deməkdir. Bu da yalnız qəlb vasitəsilə olur. İnsan Allahı zikr etdikcə, mə`nəvi bir təskinlik tapır, qəlbi təmizlənir. Yə`ni qəlbi dünya sevgisini tərk edir, yerinə Allah sevgisi daxil olur. Qadın və kişilərin bir yerə toplaşaraq, hay-küy salması zikr demək deyildir. Bu gün müsəlman ölkələrində irfan alimləri yox dərəcəsindədir. Lakin sadəlövh müsəlmanları aldadan saxta mürşidlər nə qədər istəsən mövcuddur. Məhz bu günümüzdə içki içən və açıqca günah işlədən bə`zi üzdəniraq təriqət ardıcılları Mövlana Cəlaləddin Ruminin “Qudsi-sirruh” anlama mərasimində əba geyinərək, ilahələr oxuyurlar. Bunları görən cahil kimsələr İslamın yalnız bu işlərdən ibarət olduğunu zənn edirlər. İngilis missionerləri yetişdirdikləri casusların əli ilə elm, irfan və ədəb yuvası olan bu mübarək yerləri dağıtdılar və sonra da onların yerində əxlaqı və mə`nəviyyatı pozulmuş azğınları yerləşdirdilər. Məhz ingilislər tərəfindən tə`sis edilən vəhhabiliyin şüarı İslamda olan bid`ətləri məhv etmək olduğundan, bu şüarın “azğınlar” əleyhinə istifadə edilməsi, vəhhabilərin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. İslam düşmənləri xüsusilə də, ingilislər bütün vasitələrdən istifadə edərək, müsəlmanları elm və texnikada geridə qoydular. Müsəlmanların ticarət və sənaye inkişafına mane oldular. İslam ölkələrində mövcud olan gözəl əxlaq və İslam mədəniyyətini aradan aparmaq üçün əyləncə məclisləri təşkil edərək, bu məclislərdə spirtli içkiləri, əxlaqsızlığı, qumarı və s. pozğun əməlləri erməni, yunan və digər qeyri-müsəlman qadınlarının əli ilə yaydılar. Onlar, bu qadınlardan casus kimi istifadə edərək, moda evləri, rəqs kursları açdılar. Maniken və artist yetişdirmək üçün gənc müsəlman oğlan və qızları öz çirkin əməllərinə cəlb etdilər və İslam əxlaqını bu yollarla aradan aparmağa çalışdılar. Gənclərin pozğun yollara düşməmələri üçün valideyinlər daha ayıq və diqqətli olmalıdırlar. 
Osmanlı dövləti son zamanlar tələbə və dövlət adamlarını təhsil almaq üçün Avropa ölkələrinə göndərirdilər. Bu tələbələr və dövlət adamlarından bə`ziləri aldanaraq, massonların hazırladığı tələlərə düşür, ömürlük olaraq onların siyasi hiylələrinin icraçısına çevrilirdilər. Texniki elmlər əvəzinə, onlara İslamı, xüsusən də, Osmanlı xilafətini yıxmağın üsulları öyrədilirdi. Çünki Osmanlı xilafəti o dövr üçün müsəlmanların ən qüdrətli dövləti və mərkəzi idi. Bu tələbələrin içərisindən imperatorluğa və müsəlmanlara ən böyük zərbə vuran, Mustafa Rəşid Paşa olmuşdur. Sultan Mahmud xan onun xəyanətlərindən xəbər tutaraq, e`dam olunması haqqında əmr vermişdi. Lakin sultanın vəfatı əmrin icra olunmasına mane oldu. 1839-cu ildə 18 yaşlı Əbdül Məcid xanın hakimiyyətə gəlməsi ilə qüdrətli Osmanlı dövlətinin tənəzzül dövrü başladı. Əbdül Məcidin gənc təcrübəsizliyi, massonların mühüm dövlət vəzifələrini tutmasına gətirib çıxartdı. Əbdül Məcidin sadəlöhvlüyü, ətrafında onu baş verən hadisələrin əsl mahiyyətini anlada biləcək adamların olmaması, massonları öz fəaliyyət dairələrini genişləndirməyə və daha sür`ətlə irəli addımlamaqlarına rəvac verdi. İngiltərə hökuməti tərəfindən Osmanlı imperatorluğuna təcrübəli masson Lord Radinq səfir tə`yin edildi. Lord Radinq Mustafa Rəşid Paşanın Baş Nazir vəzifəsinə tə`yin olunması üçün çox çalışdı. Onlar iddia edirdilər ki, Mustafa Rəşid Paşa Avropada təhsil almış və dövlət işlərində daha çox təcrübəyə malik bir şəxsdir. Əgər o, Baş Nazir vəzifəsinə gələrsə, Osmanlı dövləti iqtisadi, siyasi, hərbi və başqa sahələrdə irəliləyər və dünya dövlətləri ilə bütün sahələrdə əməkdaşlıq etməyə başlayar. Beləliklə də, İngiltərə ilə osmanlı arasındakı anlaşılmazlığa son qoyular; Nəhayət o, 1846-cı ildə Baş Nazir vəzifəsinin icrasına başlayır. O, hələ Xarici İşlər Naziri vəzifəsində işləyərkən hazırlamış olduğu “Tə`zimat Qanunu”na istinad edərək, Lord Radinq ilə birlikdə bu dövlətin bütün vilayətlərində masson lojalarını açdı. Casusluq və xəyanət ocaqları bu dövlətin ərazisində rəsmi fəaliyyətə başladı. Londonda hazırlanan planlarla dövlət idarələrində və orduda köklü dəyişikliklər etdilər. Elə həmin illərdə Avropada fizika və kimya sahələrindəki irəliləyişlər, ETT-nin inkişafı, yeni kəşflər, üstəlik sənayeləşmə dövrünün başlanması müqabilində Osmanlı dövlətində bu işlərin heç biri görülmürdü. Hətta fateh dövründən bəri mədrəsələrdə keçirilən cəbr, həndəsə və astranomiya elmlərinin tədrisi belə dayandırılmış və bununla müsəlmanların dünyəvi elmlərə yiyələnməsinin qarşısı alınmışdı. Sonradan isə müsəlmanları cahillik, savadsızlıq, dünyəvi elmlərdən xəbərsizlikdə ittiham etdilər. 
Qüvvəyə minən yeni qanunlar müsəlmanların mənafelərinin tam əleyhinə idi. Məsələn, əsgəri xidmət barəsində çıxarılan qanunların tələblərinə əsasən müsəlmanlar külli, qeyri-müsəlmanlar isə cüz`i miqdarda cərimə ödəməli idilər.
İngilislər Rus çarı I Nikolayı və Fransa imperatoru III Bonapartı türk-rus (Krım) hərbinə yönəltdilər. Sülh müqaviləsi ilə nəticələnən bu müharibəni Rəşid Paşanın diplomatik zəfəri kimi qələmə verdilər. Onun hiylələrini gec də olsa başa düşən sultan, düşdüyü çıxılmaz vəziyyətdən nicat yolunu Rəşid Paşanı hakimiyyətdən uzaqlaşdırmaqda gördü. Lakin daha hiyləgər olan Rəşid Paşa rəqiblərini bir-birinin ardınca məğlub edərək, yenidən öz vəzifəsinə qayıtmağa nail oldu. Sultan Məcid isə gənc ikən vərəm xəstəliyindən vəfat etdi. Bundan sonra dövlət orqanları, ali tədris müəssisələri, məhkəmə və nazirliklərə tə`yin olunanlar Rəşid Paşanın yetişdirdikləri kadrlar idi. Onların vasitəsi ilə tənəzzülə uğramaqda olan Osmanlı dövləti ingilislər tərəfindən “xəstə qoca” adlandırıldı. 
1989-cu ildə “Türkiyə”qəzetində çap edilən məqalədə iqtisad elmləri doktoru Ömər Aksu belə qeyd etmişdir: ”Bizdə qərbləşmə hərakatının başlanğıcı 1839-cu ildə Tə`zimat qanunundan sonra oldu. Dövlətə, Avropadan lazım olan texnika və avadanlıq əvəzinə xristianlıq gətirildi. Rəşid Paşanın ingilislərlə ticarət əlaqəsi qurması, Osmanlı dövlətinin sənayeləşməsinə ən böyük zərbəni vurdu”. 
Osmanlı imperatorluğunda massonların hakimiyyəti davam edirdi. Sultanlar şəhid edilir, vətən və millətin xeyrinə olan hər bir əməlin qarşısı alınırdı. Lakin üsyanlar və e`tirazlar davam etməkdə idi. Bu mübarizədə sultan Həmid Hadi Saninin böyük rolu olmuşdur. O, gördüyü işlər müqabilində “qızıl sultan” ləqəbini almışdır. İmperatorluğun iqtisadiyyatını yüksəltmiş, abadlaşdırma işləri aparmış, məktəb və universitetlər, hətta qızlar üçün litseylər də açmışdır. O illərdə “Siyasi Elmlər”, “Hüquq” və Avropanın heç bir yerində olmayan yüksək səviyyəli “Tibb” fakültələrini açmışdır. Daha sonra isə “Mühəndislər məktəbi”ni tə`sis etmişdir. Avropaya təhsil almaq üçün gedən tələbələrin massonlar tərəfindən aldadılmasının qarşısını almaq məqsədilə, Avropa elm adamlarını yüksək məvaciblə tə`min edərək, onların İstambul univesitetlərində müəllim vəzifəsində çalışmaları üçün şərait yaratmışdı. Bu dərslərdə qız tələbələr də iştirak edirdilər. Onun quruculuq fəaliyyətinə aşağıdakılar aiddir:
Terkos gölünün suyunun İstambula çəkilişi;
İstambul-Əskişəhər-Ankara, Əskişəhər-Adana-Bağdad, Adana-Şam-Mədinə dəmir yolu xətlərinin çəkilişi;
Ərəkli və Zonquldağ kömür mə`dənləri;
Osmanlı sığorta şirkəti;
Ruhi xəstələr üçün Həmidiyyə xəstəxanası;
Beyrut limanı;
Həmidiyyə kağız fabriki;
Bursa ipəkçilik məktəbi;
İstambul baytarlıq məktəbi.
Bu sadaladıqlarımızdan əlavə, hərbi qüvvələrin gücləndirilməsi, ordunun müasir silahlar, donanmanın yeni hərbi gəmilərlə təchiz edilməsi, məhz onun gərgin əməyinin bəhrəsi olmuşdur.
Yəhudilər ingilislərlərin himayəsi ilə Fələstin torpaqlarında yəhudi dövləti qurmaq istəyirdilər. Sionistlərin fəaliyyət və məqsədlərindən xəbərdar olan Əbdül Həmid Fələstin torpaqlarının yəhudilərə satılmaması barədə xüsusi fərman vermişdi. Dünya Sionizm Təşkilatının sədri Teador Hertzel və Hamam Mane Levi sultanla görüşəndə yəhudilərə torpaq almaları istəklərini bildirdikləri zaman, Əbdül Həmid təklifə cavab olaraq, bunları demişdir: ”Dünyanın bütün dövlətləri ayağıma gəlsələr, bütün xəzinələri qarşıma qoysalar da, sizə bir qarış belə torpaq vermərəm! Əcdadlarımın qanları bahasına aldıqları bu torpaq pulla satılmaz!”. Yəhudilər Əbdül Həmidin qərarının ciddi olduğunu başa düşdükdən sonra, “İttihad” və “Tərəqqi” partiyaları ilə əlaqə yaradaraq, 1909-cu ildə onu hakimiyyətdən saldılar, massonları dövlət vəzifələrinə tə`yin etdilər. Hətta onların Şeyx-ül İslamlıq vəzifəsinə yüksəltdikləri Xeyrullah və Musa Kazım da masson idi. Əbdül Həmidin min bir zəhmət bahasına yaratmış olduğu dünyanın “I Qara Ordu”su Balkan, Çanaqqala, Rus və Fələstin cəbhələrində məhv edildi. Yüz minlərlə vətən övladları şəhid oldu. Vətənin ən çox birliyə və müdafiəyə ehtiyacı olduğu bir vaxtda xainlər milləti sahibsiz qoyaraq qaçdılar. Böyük üsyanlar oldu. Osmanlı imperatorluğunda açılan missioner məktəb və kilsələrində aldadılan qeyri-müsəlmanlar müsəlmanlara qarşı üsyana qaldırıldı. Erməni, bolqar və yunanlar osmanlılara təcavüz etdilər. Yunanları İzmirə gətirənlər də məhz ingilislər idi. Allah-Taala uzun sürən əzmli bir mübarizənin nəticəsi olaraq, türk müsəlmanlarını düşməndən xilas etdi. Osmanlı dövləti parçalandıqdan sonra dünya bir-birinə qarışdı. Sultan Əbdül Həmiddən sonra heç bir məmləkət rahatlıq tapmadı. Avropa dövlətlərində də qətillər və qarşıdurmalar səngimədi. I və II Dünya Müharibələri, daha sonra isə kommunizm istilası. İngilislərlə birləşib, osmanlıları arxadan vuranlar sonradan peşiman oldular. Hətta, xütbələrini belə xəlifənin adına oxudular. Osmanlıların qədri Fələstin torpaqlarında İsrail dövləti qurulduqdan sonra bilindi. İsrailin fələstinlilərə necə zülm və əzab verməsi qəzetlərdə yazılır, bütün dünya bu hadisələri televizor vasitəsilə izləyirdi. 1990-cı ildə Misirin Xarici İşlər Naziri Əhməd Əbdülməcid belə demişdi: ”Misir ən rahat və əmin-amanlı günlərini osmanlıların hakimiyyəti dövründə yaşamışdır”. Amerika və Avropa dövlətlərinin mənafelərinin olduğu yerdə, mütləq xristian mənafei də olmalıdır. Onlar “Tanrının oğlu” adlandırdıqları İsa Məsih (ə)a xidmət, əmin-amanlıq, sülh və sevgi kimi sözlərin arxasında gizlənən mənfəət ovçuları, fəsad mənbəyidirlər. Daha mühüm vəzifələri isə, başqa dövlətləri xristian dövlətlərinə bağlamaqdır. Missionerlər getdikləri dövlətlərin dil, adət-ən`ənə, siyasi və hərbi işlərini mükəmməl şəkildə öyrənərək, topladıqları mə`lumatları öz dövlətlərinə ötürürlər. Hər yerdə həmfikir axtarıb taparaq, onları satın alırlar. Onlar e`zam olunması qabaqcadan planlaşdırılmış dövlətlərə missioner kimi göndərəcəkləri adamları, elə həmin ölkələrin daxilində, daha təcrübəli casuslar tərəfindən yetişdirirlər.  
Masson Rəşid Paşanın hazırladığı “Gülxanə” fərmanından sonra Osmanlı dövlətində missioner fəaliyyəti daha da artdı. Anadolunun ən gözəl yerlərində kolleclər açıldı. Fərmandan iyirmi bir il sonra 1859-cu ildə Harputda Firat kolleci açdılar. Bu ən böyük kollec idi. Onun tikilməsi üçün nə lazım idisə, etmişdilər. Harput bölgəsində 62 xristian mərkəzi açılmış və 21 kilsə tikilmişdi. 66 erməni kəndinin 62-də missioner təşkilatı qurulmuş, yerdə qalan hər 3 kənddə kilsələr tikilmişdi. Yeddi yaşından yuxarı bütün ermənilər müsəlmanlara düşmən e`lan edilmişdi. Missoner qadınları da erməni uşaq və qadınlarının bu istiqamətdə hazırlanması üçün böyük sə`ylər göstərirdilər. Tanınmış missioner Mariya A.Vest sonralar nəşr etdiyi “Romence of Missongn” kitabında yazır: ”Ermənilərin zehnlərində inqilab edərək, onları ayağa qaldırdıq”. Bu çevriliş ermənilərin yaşadığı bütün ərazilərdə baş verdi. Onların hazırlandığı kolleclər bunlar idi: Qaziantəpədə Antep Kobert kolleci; Merzifonda Anadolu kolleci; İstambulda Robert kolleci;  Bu kolleclərdə bir nəfər belə türk oxumurdu. Erməni və yunanlardan ibarət olan şagirdlər Anadolunun hər yerində toplanmışdı. Bütün kolleclərin müdirləri rahiblər idi.
Beləliklə, erməniləri silahlandıraraq, onları müsəlmanların üstünə qaldırdılar. Ermənilərin silahlı dəstələri müsəlman kəndlərinə soxularaq evləri yandırır, əhalini qətlə yetirirdilər. Ermənilərin son təcavüzü 1893-cü ildə olmuşdu. Bu  təcavüz planlarına rəhbərlik edənlər kollec müdirləri, Qayayan və Tumayan adlı şəxslər idi. Bu iki xain erməni həbs olunduqda, onların azad olunması üçün bütün xristian aləmi ayağa qalxmış, Amerika və İngiltərədə böyük nümayişlər təşkil edilmişdi. Bu hadisədən sonra İngiltərə hökuməti ilə Osmanlı dövlətinin münasibətləri korlandı. 1893-cü ildə Londonda təşkil olunan nümayişlərdə Merzifon Anadolu kollecinin müdiri də iştirak edirdi. Elə həmin il missionerlər ermənilər arasında üç milyon İncil və dörd milyon xristianlığa aid digər kitablar yaydılar. Hesablamalara görə, gələcəkdə doğulacaq hər erməni uşağına yeddi kitab düşürdü. Bu iş üçün təkcə Amerika missionerləri iki yüz səksən beş min Amerika dolları xərcləmişdilər. (Bu məbləğ həmin dövr üçün dəhşətli bir rəqəmdir.) Missionerlərin bu fəaliyyəti dini yaymaq məqsədi güdmürdü. Bu pullar Osmanlı dövlətini və İslamı yıxmaq məqsədi üçün sərf edilirdi. Sonra onlar ermənilərə yardım göstərilməsi məqsədi ilə, geniş təbliğat mərkəzləri açdılar. Elə həmin illərdə Atina və Yenişəhərdə yunanların üsyanı başladı. Onlar yüz minlərlə müsəlmanı vəhşicəsinə qətlə yetirdilər. Bu üsyan 1895-ci ildə Əthəm Paşanın komandanlığı altında olan ordunun köməkliyi ilə yatırıldı. 
***
İngiltərə dövlətini əsas üç orqan idarə edirdi: kral; parlament; kilsə (yə`ni, vest minister); 1512-ci ildə Parlament və kralın sarayı Vest Ministerin  idarəsində yerləşirdi. 1512-ci ildə baş verən böyük yanğından sonra krallıq Bunkinqham kilsəsinin himayəsi altında qalmışdı. İngiltərədə kilsə ilə dövlət birdir. Kral və kraliçalara baş keşiş tərəfindən kilsədə tac qoyulur. 
İngiltərə Mərkəzi Statistika Komitəsi tərəfindən yayılan “cəmiyyət təmayülləri” raportuna görə doğulan hər yüz ingilis uşağından iyirmi üçü qeyri-qanuni dünyaya gəlir. İstambul qəzetinin 7 May, 1990-cı il tarixli məqaləsində belə yazılmışdır: İngilis polis qurumu Scotland Yard tərəfindən nəşr edilən statistik mənbənin verdiyi məlumata görə, Londonda əmin-amanlığın olmadığı bildirilir. Xüsusən də, qadınlar üçün təhlükəli vəziyyət alınmışdır. Son iki ay ərzində zorlama və soyğunçuluq halları xeyli artmışdır. Bütün dünya ölkələrində “Ailə” haqqında qanuna əsasən kişi və qadınların hüquqları bərabərdir. İngiltərə də isə kişi ilə kişi və qadınla qadının cinsi yaxınlıq etməsi rəsmi qanun olaraq qəbul edilmişdir. “İstambul” qəzetinin 12 Fevral 1987-ci il tarixli nömrəsində verilən “İngiltərə ordusunda” adlı məqalədə, kraliça II Yelizavettanın mühafizə alayına yeni xidmətə götürülən əsgərlərin cinsi təcavüzə mə`ruz qaldığı və müxtəlif mə`nəvi işgəncələrə düçar olduqları yazılmışdı. 
“Türkiyə” qəzetinin 20 iyun, 1990-cı il tarixli nömrəsində araşdırma xarakterli bir məqalədə belə yazılmışdı: ”İngilis kilsələrində homoseksualistlərin sayı 15%, Lordlar Palatasında isə bu göstərici daha yüksəkdir. Əxlaqsızlıq nazirliklərə qədər irəliləmiş, “Profima” rüsvayçılığı meydana gəlmişdir”
Homoseksualistlərin ilk təşkilatlandığı ölkə İngiltərədir. Bu ölkədə ləvatın, fahişəliyin və hər cürə əxlaqsızlığın baş alıb getdiyi yerlərdə də ingilislərin İslam düşmənçiliyi açıq-aşkar görünməkdədir. Bu düşmənçiliyin əlaməti olaraq, onların əxlaqsızlıq yuvalarının qapısında müqəddəs Kə`bə şəklinin asılmasıdır. 
İngiltərənin “Quardidian” qəzetinin yazdığına görə, həddi-büluğ yaşına çatmış yüz min qız öz ata-qardaşları tərəfindən cinsi təcavüzə mə`ruz qaldıqları üçün məhkəməyə müraciət etmişlər. BBC-nin yaydığı mə`lumata görə isə, müraciət etməyənlərin sayının beş milyona qədər olduğu güman edilir.
İngiltərənin torpaq bölgüsü siyasəti də ədalətsizliklə aparılmışdır. Ərazinin 80%-i “imtiyazlı sinif” adlandırılan lordların əlində cəmlənmişdir.
İngiltərə dövləti başqaları üçün qazdığı quyulara özü düşməkdədir. Buna misal olaraq, İrlandiyanı göstərmək olar. 
***
Kitabın II hissəsini Seyyid Əbdülhakim Arvasinin bu sözləri ilə bitirmək istərdik: ”İngilislər çox hiyləgərdirlər. Onların hiyləsini daha aydın təsəvvür etmək məqsədilə, sizə bir təşbih (bənzətmə) deyim. İslam bir barlı ağaca bənzəyir ki, onun sahibi müsəlmanlardır. Onlar bu ağacı bəsləyər və qoruyarlar. Kafirlər fürsət axtararlar ki, bu ağacı dibindən kəssinlər, müsəlmanlar da onlara düşmən olsunlar. Ancaq ingilislər belə deyillər. Onlar da müsəlmanlar kimi bu ağaca qulluq edər, müsəlmanlar da onları sevər. Müsəlmanların e`tibarını qazandıqdan sonra hamıdan xəbərsiz, bar verəcəyi vaxtda dibinə zəhər tökərlər. Ağac da belcə quruyar. Sonra bu vəziyyətə təəssüfləndiklərini və kədərləndiklərini bildirərək, “ah-vay” edərlər. Müsəlmanlar da bu işin onlar tərəfindən görüldüyündən xəbərsiz olarlar”.
Allah-Taala bütün müsəlmanları hər bir tərəfdən bürümüş xristian və yəhudi fəlakətindən qorusun! Dövlət adamları və din xadimlərini ingilis hiylələrindən hifz etsin! 

İzdatelstvo “Slavyanskiy dom kniqi”, Moskva, 2003.

Комментариев нет:

Отправить комментарий