Страницы

10.06.2015

Uşaqları sevindirməyin sadə yolu - onları ekskursiyaya aparmaq


İndi çoxlarının məktəblərlə bağlı gileyi ondan ibarətdir ki, uşaqları heç nə ilə maraqlandırmaq olmur. Sən demə, bunun çox sadə yolu var imiş-onları ekskursiyaya aparmaq. 
Bu günlərdə “Ilin məktəbi”, R. Əlhəsənov adına Masallı şəhər q saylı məktəbin 32 şagirdi Lənkəran və Astara rayonlarına ekskursiya ediblər. Səfər 2 dəfə “İlin məktəbi” adını qazanmış Lənkəran 4 saylı Humanitar təmayüllü məktəb-liseydən başlayıb.
Məktəbdə yaradılmış muzey uşaqların diqqətini daha çox cəlb edib. Burada Azərbaycanən bütün dövlət qoruqlarının maketi hazırlanıb. Həmin maketlər mərci, buğda, lobya və digər bitkilərdən, balıqqualağı, kibrit, şüşə və sair məhsullardan hazırlanıb. Burada “Yer” günəndən tutmuş, “Palçıq vulkanları”, “Səməni bayram” gününədək, mahnı və rəqs müsabiqələrinədək tədbirlər keçirilir.
Masallıdan gəlmiş şagirdlər muzeydən sonra məktəbdəki elektron fənn kabinələri ilə tanış olublar.
Daha sonra Lənkəran Xan Evindəki Dyarşünaslıq muzeyinə və H. Əliyev Mərkəzinə səyahət olunub.
Lənkəran məktəbliləri ilə çay süfrəsi arxasında görüş isə tədbirin ən maraqlı məqamlarından olub.
Bütün tədbir boyu ekskursiya iştirakçılarını xüsusi qonaqpərvərliklə, alicənablıqla müaşyiəət edən məktəbin direktoru, təkcə Lənkəranın yox, ölkənin tanınmış, dəyərli pedaqoqlarından olan Yeganə xanım Əsgərovanın zəhməti xüsisi təşəkkürlərə layiqdir.
Hazırda 4 saylı məktəbə 2016-cı ildə təntənə ilə qeyd oluacaq 110 illiyinə hazırrrlaşır.
Xatirrladaq ki, bu məktəbin öz gerbi, himni, bayrağı, qəzeti, bir neçə sosial səhifəsi var. Məktəbin 10-a yaxın müəllimi müxtəlif mükafatlarla təltif olunub.
Şagirdlər Lənkərandan sonra Astaraya yola düşüb, burada yeni salınmış bulvarla tanış olublar, burada bir neçə saat istirah etmişlər.
Bütün gün ərzində davam edən eskursiya şagirdlərdə olduqca maraqlı təəssüratlar yaratmışdır.

Zahir Əmənov                       cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий