Страницы

22.06.2015

"Yaxın gələcəkdə Azərbayacan cəmiyyəti öz dini, mədəni və tarixi kimliyindən qırılacaq"

"Ramiz Mehdiyevin kitab yazmaq məsələləri adi bir məsələ deyil və onun arxasında sionist rejimi dayanır"

Bakı rəsmilərinin öz rəngini itirmiş tarixi təhrif etmə siyasətlərinin tənqidi- Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru ilə müsahibə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhrifə yol verdiyi və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tərəfindən çap edilmiş "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabında Nadir şahı türklərin şahı kimi təqdim etmişdir və Azərbaycanın bəzi universitet rəhbərləri də bu kitabı təsdiq etmişdir. Həmçinin, Yaqub Mahmudov və Gövhər Baxşəliyeva öz nəzərlərini açıqlamaqla tarixin saxtalaşdırılmasına və təhrifinə yol vermişlər. Bu mövzuya və bundan qabaq da Azərbaycan ölkəsində tarxin təhrif edilməsinə diqqət etməklə AzərAran irəli gəlmiş suallara cavab almaq üçün Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru doktor Əhməd Fərşbafiyan ilə müsahibə aparmışdır. Müsahibə aşağıdakı kimidir:


-Azərbaycan Respublikasında tarixin təhrif edilməsinin səbəbi nədir? Bizim alimlərimizin bu mövzuya münasibəti necə olmalıdır? Və dövlət rəsmiləri bu məsələyə necə reaksiya verməlidir?
-Biz məsələni üç hissəyə bölməliyik. Birinci məsələ budur ki, görəsən həqiqətən də Azərbaycan ölkəsinin alimləri, universitet adamları və digər nəzər sahibləri hamısı tarixi təhrif etmək ardıncadılarmı? Bunun cavabında deməliyik ki, yox! Azərbaycanın bütün alimləri tarixi təhrif etmək ardınca deyillər. İnsaflı nəzər sahibləri də vardır və tarixə düzgün görüşlə baxırlar. Tarix düzəltməli və yaratmalı bir şey deyil, tarix mövcuddur. İkinci dəstə tarixçilər yarı siyasidirlər. Onlar əyri, xəstə və hər iki tərəfin razı salma nəzəri ilə tarixə yanaşırlar. Üçüncü dəstə isə bağlı və tamamilə siyasət adamlarıdır və tarixə siyasi görüşlə baxırlar. Onlar Azərbaycan üçün kimlik yonmaq istəyirlər və bu kimlik yaratmanı özləri üçün effektiv və təsirli vasitə bilirlər. Əgər biz Ramiz Mehdiyev kimi siyasət adamlarının keçmişini araşdırsaq, onun hərəkətinə təəccüb etmərik. Çünki o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olaraq Azərbaycan ölkəsi üçün kimlik yaratmaq niyyətindədir.  Belə olduqda R. Mehdiyevdən bundan artıq gözləntimiz də ola bilməz. Lakin önəmli bunu bilməkdir ki, onlar nə üçün ara bir belə məsələlərə yol verirlər? Mən belə düşünürəm ki, hər vaxt Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elmi və mədəni münasibətlər istiləşirsə, belə adamlar tapılaraq elmi və mədəni münasibətlərimizə maneə yaradırlar. Ona görə da diqqətli olmalıyıq ki, belə məsələlər siyasi işlərə çevrilməsin və bu elmi-mədəni əlaqələr korlanmasın. Lakin, təəccüblü budur ki, Yaqub Mahmudov və Gövhər Baxşəliyeva biri AMEA-nın vitse-prezidenti və biri AMEA Şərqşünaslıq İnstitutunun direktoru kimi necə olub ki, R. Mehdiyev kimi siyasət adamının təsiri altına düşüblər? Biz elmi müzakirərlər, məlumat mübadiləsi və həqiqi tarixi təqdim etmək kimi yollarla bu alimləri siyasətçilərin və radikalların kəməndindən qurtarmaq lazımdır. Bu məsələ özü Azərbaycanın alim və universitetlərinə ismarıc ola bilər ki, siyasi adamların toruna düşməsinlər. Çünki onlar siyasi sözlər danışır və öz siyasi niyyətlərini həyata keçirməyə çalışırlar. R. Mehdiyevin kitab yazmaq məsələləri adi bir məsələ deyil və onun arxasında gizli əllər, o cümlədən iki ölkə arasında təfriqə yaratmağa çalışan sionist rejimi, Avropa Birliyi və ABŞ dayanır. Azərbaycan alimləri belə tələlərə düşməmək və sui-istifadə olunmamaq üçün çox ayıq olmalıdırlar. Bu zəminədə bir müddət qabaq AMEA-nın vitse-prezidentinə mesaj göndərdim və dedim ki, Azərbaycan Respublikasının universitet alimlərinin onlardan siyasi niyyətli sui-istifadələr etməyə imkan vermələri yaxşı deyil. Tarix məsələsində də çox heyif ki, bəziləri tarix düzəltmək niyyətindədirlər. Halbuki bizdə o qədər tarixi sənədlər var, demək olar ki, qonşu ölkələrimizin tarix sənədlərinin toplusu qədər olar. Bunlar tarixi həqiqətləri araşdırmaq üçün hətta özlərinə zəhmət vermək də istəmirlər. İnternet saytlarında da tarixi həqiqətlər yerləşdirilmişdir. İranın saytı olmayan və ixtiyarı da İranın əlində olmayan "vikipedia" saytını mütaliə etsələr, Nadir şahın iranlı olmaması barədə bir dənə də olsa, məlumat yoxdur. Bu məsələ onu göstərir ki, qərblilər də Nadir şahın iranlı olmasına əqidələri vardır. Halbuki onlar özləri də İranın tarixini təhrif etməyə cəhd edirlər. Bununla belə Nadir şahın iranlı olması barədə nəzərlər ortaqdır. Nadir şahın dövrü 18 -ci əsrdə olmuşdur və elə də uzaq zaman deyil ki, onun barəsində kafiyət qədər sənəd və məlumat olmasın. Ən maraqlısı budur ki, Vikipediyanın azəri dili bölməsi də Nadir şahı İran şahı kimi təqdim etmişdir. Yaxud Azərbaycanın Milli Muzeyinin saytı da Nadir şahı qeyri-iranlı kimi təqdim etməmişdir. Başqa bir məsələ budur ki, hər bir padşahın hara şahlıq etməsini sübut edən dəlil-sübutlardan biri də o padşahın adına sikkə kəsilməsidir. Cənab Mehdiyev gəlsin Nadir şahın türk olmasını sübut edən bir sikkə göstərsin. Cənab Mehdiyev gəlsin İran, ya qərb, hətta azəri saytlarından türk dilində kəsilmiş bir sikkə göstərsin. Lakin Nadir şah dövrünə aid sikkələrin üzərində farsca aşağıdakı şerlər həkk olunmuşdur: "Həst sultan bər səlatini-cəhan/ Şahi-şahan Nadiri-sahibqeran/ Sikke bər zər kərd nami səltənət ra bər cəhan/ Nadiri-İranzəmin və xosrovi-gitisitan". Bu tutarlı sənəd Nadir şahın iranlı olmamasına şəkk-şübhə ilə yanaşmağımıza icazə vermir. Lakin diqqəti çəkən nöqtə budur ki, Azərbaycanın fanat tədqiqatçıları belə düşünürlər ki, o zaman Nadir şahın hökumət etdiyi Böyük İranın bir hissəsində Azərbaycan mövcud idi. Sözsüz ki, Nadir şahın hökumət dairəsi İrandırsa, Azərbaycan da onun bir hissəsidir. Onlar belə düşünürlər ki, əgər Nadir şah Azərbaycanın bir hissəsinə hakim olubsa, deməli, onu Nadir şahın türk imperatorluğu adlandırmaq olar. Bu naqis bir baxışdır. Kami və həqiqi tarixi baxış budur ki, biz bir şəxsin hakimiyyətində onun hökumətlik etdiyi ərazini nəzərə almalıyıq. Ona görə də tarix və sənədlər Mehdiyev kimilərin baxışlarını tarixi sənəd kimi qəbul etməyə icazə vermir. Belə kitablar bir müddət durumu dumanlı etsə də şübhəsiz düzgün və həqiqi baxışlı tarixçilərin bu barədə öz nəzərlərini bildirmələri ilə haqq öz yerini tapacaq. Yaxın gələcəkdə Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzi tanınmış alimlərin iştirakı ilə elmi konfrans və seminarlar təşkil etməklə bu cür tarixi təhriflərin cavabını verəcəklər. Lakin gözləntimiz budur ki, Şərqi Azərbaycan əyalətinin digər alimləri, bu əyalətin və ölkənin universitetləri sözü gedən məsələyə ciddi reaksiya versinlər. Əlbəttə, təəssübi və fanatik reaksiya deyil, elmi və tarixi reaksiya lazımdır. Çünki Ramiz Mehdiyev kimilərə cavab verilmədikdə öz baxışının düzgün olmasını düşünə bilər və sonra da belə addımlar ata bilər.

-Son vaxtlar Azərbayacan Respublikasında üzərinə Şah İsmayıl Səfəvinin şəkili üzərinə vurulmuş şərab şüşələri istehsal olmuşdur. Bu da İranda şiə hökumətini yaratmış bir şaha qarşı təhqirdir. Zəhmət olmasa, bu barədə fikrinizi bildirərdiniz.
-Şah İsmayıl, Səfəvi silsiləsinin başçısı olaraq şiə məzhəbini İran coğrafiyasında yaymışdır. Ona görə də belə bir şəxsin adını qeyri-əxlaqi və haram məsələlərdə hallandırmaq İran və Azərbaycan xalqlarının milli və soy kimliyinə qarşı bir növ təhqir sayılır. Çox təəssüf ki, bəziləri marksizm məktəbinin təsiri altında olaraq azərbaycanlı kimliyini şərab və bəzi qeyri-əxlaqi mövzularla bərabər bilir. Azərbaycanın mədəni və dini təlimlərində haramlar pislənmiş mədəniyyət sayılır. Bu hərəkət bir növ İran və Azərbaycanın siyasi, tarixi və mədəni şəxsiyyətlərini alçatmaqdır. Demək olar ki, bu hərəkət Azərbaycanın kimlik və mədəniyyətinin əsasalarını zəiflətməkdir. Azərbaycanın hökumət adamları və dövlət rəsmiləri diqqət etməlidirlər ki, dini kimlik istəməsələr də mədəni kimliklərini qeyri-əxlaqi məsələlərlə məhv etməklə özlərinə yeni kimlik düzəltməməlidirlər. Ona görə də gözləntimiz budur ki, Azərbaycanın elm, ədəbiyyat və din böyükləri bu məsələyə həssaslıqla yanaşsın və Şah İsmayıl kimi böyük şəxsiyyətlərin ləkələnməsinə icazə verməsinlər .

-Bildiyiniz kimi Azərbaycan Respublikası öz əlifbasını bir neçə dəfə dəyişmişdir. Ola bilər ki, bu hərəkət ölkənin yeni nəslinin öz əsil tarixindən uzaqlaşdırmaq və öz xalqına yeni tarix təqdim etmək məqsədilə olsun. Təhsil nazirliyinin özü də bu zəminədə tarix düzəltməyə çalışır. Zəhmət olmasa, bu barədə izah verin.
-Çox heyf ki, Azərbaycan Respublikasının məsulları müstəqillik əldə etdikləri ilk vaxtlarda bu məsələyə diqqət etmədilər. Hətta, digər qonşu ölkələrin təcrübələrindən də istifadə etmədilər. Ən azından onlar Türkiyə ölkəsinə baxmalı idilər. Yaxşı bilirik ki, Atatürk Türkiyənin 900 il boyunca istifadə etdiyi ərəb əlifbasını və o əlifba ilə yazılmış bütün hökumət sənədlərini və elmi qaynaqlarını öz zamanının imperialistlərinin göstərişi ilə dəyişdirdi. Maraqlı burasıdır ki, indi türkiyəlilər etiraf edirlər ki, Türkiyə kitabxanaları türk dilində və ərəb əlifbası ilə yazılmış kitab və tarixi sənədlərlə doludur. Amma əlifba dəyişildiyi üçün dil tələffüzü də dəyişmişdir. Bu üzdən Türkiyənin bu günkü camiəsində heç kəs tarixi mədəniyyəti və özünün tarix elmi ilə tanış deyil. Ona görə də tarixi kimliyi olmayan bir millət kimi qalmışlar. Çox təəssüf ki, Azərbaycan ölkəsinin elitası bu təcrübədən ibrət almadı. Ola bilsin ki, bu günləri sözü gedən məsələ onlar üçün o qədər də aydın olmasın, lakin yaxın gələcəkdə onlar da Türkiyənin aqibətinə düçür olacaq və Azərbayacan cəmiyyəti öz dini, mədəni və tarixi kimliyindən qırılacaq. Bir daha təkrar edirəm ki, Mehdiyevin bu hərəkətləri onların özlərinin həqiqi kimliklərindən uzaq olmaqlarının əlamətidir. Ümid edirəm ki, bu xalq gələcəkdə öz əsil kimliyinə qayıda biləcək.

http://az.arannews.com/?MID=21&Type=News&TypeID=19&id=46041#sthash.8842WI7j.lecDniH6.dpuf

Комментариев нет:

Отправить комментарий