Страницы

18.07.2015

Amerikanın cinayətləri

Ayətullah Xamenei

Görün Fars körfəzi haradadır, Amerika Birləşmiş Ştatları harada!

Əsas cinayətlərdən hansını ABŞ hakimləri törətməyib?! Onlar nə qədər milli hökumətləri devirdilər! Amerikanın cəsus təşkilatı olan CİA Afrikada, Latın Amerikasında, Amerika qitəsində, Orta Şərqdə və Asiyada lazım bildikləri yerə nə qədər müdaxilə etdilər! Onlarla müvafiq olmayan hökumətləri devirmək üçün təxribatlar hazırladılar. Bu nümunələr çoxdur. ABŞ-ın indiki prezidenti olan cənab Buş bir zaman ölkəsinin cəsus və kəşfiyyat qurumunun başçısı olmuşdur. Özü bilir ki, orada nə işlər görmüşlər. Bəlkə də bu işlərin çoxunu onun özü etmişdir. Xalqları talamaq, onlara hücum etmək, yalan şayiələr yaymaq, dünyaya fəsad yaymaq, hətta ABŞ-da xalqın bir çox təbəqələrini axmaq yerinə qoymaq... Bunlar ABŞ dövlət başçılarının və dünyanın digər zalım güclərinin gördüyü işlərdir.
Görün Fars körfəzi haradadır, Amerika Birləşmiş Ştatları harada. Burada özlərinə maraq təyin etmişlər. Bu qədər məsafəyə rəğmən, bu regionda özləri üçün maraq tərif etmişlər. İndi bu tərifi dünyanın ağıllı, insaflı adamları, hüquqşünasları təsdiq etsinlər, etməsinlər, onlar üçün əhəmiyyəti yoxdur. Çünki heyvan güclərinə arxalanırlar.
Bir neçə il bundan öncə bir ABŞ donanması Fars körfəzində İranın bir sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə hədəf seçdi, vurdu, yandırdı, suya saldı və içindəkilərin hamısını məhv elədi. Sonra etirazlar ucaldı. Dünya bu hadisədə xalqımızın haqlı olduğunu bildikdə, üzr istəyib dedilər ki, bağışlayın, səhv etmişik. Qəribədir! Səhv etdiniz?! Dünyanın bugünkü gücləri arasında mövcud ənənənin əksinə olaraq, toxunulmaz olan sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə vurursunuz və sonra deyirsiniz ki, səhv etdik! Qələt edib səhv etdiniz. “Səhv etdik” nə deməkdir?! Əgər donanmanın komandiri səhv etmişdisə, bəs nə üçün mühakimə etmədiniz?! Nə üçün ona medal verdiniz?! Nə üçün müxtəlif sözlərlə yenə də xalqımıza qarşı düşmənliyinizi davam etdirdiniz?! Nə səhvi?! Siz faciə törətməkdə heç zaman səhv etmirsiniz. Müstəqil xalqlar əleyhinə çirkin iş görməkdə heç zaman səhv etmirsiniz. Gedib ən çirkin və ən pis nöqtəni tapırsınız. Bu gün qlobal hegemonizm budur. Bu gün ABŞ budur. Bunlar cinayət törətməkdən çəkinmirlər.

Комментариев нет:

Отправить комментарий