Страницы

18.07.2015

Eyforiyaya qapılmama çağırışı

Vüsal Sadıxov

Deməli, əvvəla onu deyim çox xoşbəxt insanam ki, Ayətullah Xamenei kimi rəhbərim var. Kişinin hər bir çıxışı -istər dini yöndə olsun, istərsə də siyasi yöndə- adamın ürəyinə bir məlhəmdir. 
Fitr bayramının yarım saat çəkməyən iki xütbəsində də mənəvi və siyasi çıxışı şəxsən məni meraca aparmış oldu. Əsasən də siyasi çıxışı. Vüqar və əzəmətlə oxunan xütbəni gözləri dolu halda dinlədim. 
İran və "altılıq" ölkələri arasında əldə olunan razılığa toxunan Ayətullah Xamenei, ABŞ-ın keçmiş dövlət katibi Kandoliza Rays demişkən, bir çıxışı ilə düşmənlərin bütün sözlərini və işlərini alt-üst elədi. Razılığın yalnız İranın nüvə proqramı mövzusunda baş verdiyini bildirən Ayətullah Xamenei ilk öncə hökumətə əldə olunan razılığın təsdiqi zamanı düşmənin sui-istifadələr etmək istəyinin qarşısının alınması tapşırığını verdi. Və razılaşmadan sonra Qərb siyasətçiləri tərəfindən səslənən təhdidamiz sözlərə də cavab verdi. 
Ayətullah Xamenei heç bir zaman Bəhreyn, Yəmən, İraq, Suriya, Fələstin xalqlarını və Livan müqavimət qüvvələrini dəstəkləməkdən əl götürməyəcəklərini bir daha xatırlatdı. ABŞ prezidentinin təhdid dolu fikirlərinə cavab verən Ayətullah Xamenei, ondan qabaq 5 ABŞ prezidentinin bu arzu ilə ya torpağa, yaxud da tarixə gömüldüyünü bildirdi.
İranın müharibə istəmədiyini, amma ölkəsinə qarşı yönələn istənilən hərbi müdaxilədən qalib ayrılacağını bildirən Ayətullah Xamenei, İranın gündən-günə inkişaf etdiyini və gücləndiyini bildirdi. ABŞ-a qarşı siyasətlərinin heç bir zaman dəyişməyəcəyini bildirən Ayətullah Xamenei ABŞ və İranın siyasətlərinin 180 dərəcə fərqləndiyini bildirdi.
Bir sözlə, odlu-alovlu bu çıxış Qərblə əldə olunan razılaşmadan eyforiyaya qapılmama çağırışı idi.

Комментариев нет:

Отправить комментарий