Страницы

14.07.2015

Vəhşilik – Təlim məqsədi ilə südəmər körpəyə bomba bağlayıb partlatdılar

Sizinyol.com xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Diyala məntəqəsindəki Təhlükəsizlik Komissiyasının rəhbəri Sadiq əl-Hüseyni İŞİD-in Cümə günü sübh çağı südəmər bir körpəyə bomba bağlayıb təlim məqsədi ilə partlatdığını açıqlayıb.
Komissiya sədri mətbuat konfransında deyib: “İŞİD-in İraq xalqının müxtəlif fərdləri üzərində həyata keçirdiyi cinayətlər bitmək bilmir və bu təkfirçi və terrorist qruplaşma heç bir qadın, kişi, qoca, cavan, uşağı öz cinayətlərində istisna etmir.”
“Al-Sumariya News”-in yazdığını görə Komissiya rəisi belə deyib: “Əldə olan məlumatlara görə İŞİD bir neçə həftə öncə edam etdiyi iraqlı vətəndaşın südəmər körpəsini zorla girovlardan almış və daha sonra Şirqat yaxınlığındakı özünün nizami düşərgəsində körpəyə bomba bağlayaraq onlarla təkfirçinin gözü önündə uzaqdan idarə etdiyi cihazla partlatmışdır. Körpənin atası bir təkfirçinin öldürülməsində iştirak etməklə ittiham edilərək edama məhkum edilmişdir.
Komissiya rəhbəri əlavə edib ki, südəmər körpələrin bu şəkildə məhv edilməsi İŞİD təkfirçiləri üçün adi bir məsələyə çevrilmişdir və onlar daha çox öz dəstələrinin təlimi üçün yeni doğulmuş körpələrdən istifadə edirlər.
İŞİD neçə müddətdir Səlahuddin məntəqəsinin şimalında yerləşən Şirqat məntəqəsini öz nəzarəti altında saxlayıb və indiyədək müxtəlif bəhanələrlə çoxsayda məntəqə sakinini edam edib.

Комментариев нет:

Отправить комментарий