Страницы

17.08.2015

Eşq badəsin iç

Bəhruz Xəlil

Yalan danışmıram mən,
Heç düzlə də aram yox.
Ovcum qanla doludur,
Bədənimdə yaram yox.

Ruhum cismimdən ağır,
Yenə cismimə sığır,
Gücün çatmasa çağır,
Çəkisi yüz qram yox.

Eşq badəsin iç, gülüm,
Varlığından keç gülüm,
İndi özün seç, gülüm,
Qeyrətim var, param yox.

Комментариев нет:

Отправить комментарий