Страницы

17.08.2015

İbrahim Sel tarixin falsifikasiyası, ən çox oxunan gözəl qızlar və slavyan xoşbəxtliyi haqqında

Yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə

-İbrahim müəllim, özünüzü necə hiss edirsiniz?
-Allahıma şükürlər edirəm ki, içkini atmışam. İçmirdim, amma yayda pivə sezonu çatanda özümü saxlaya bilmirdim. Sovet dönəmində arağı içəndən sonra duzlu xiyarla zakus edərdik. Üstündən isə pivəylə doqnat-pereqnata gedərdik. İndiki arağı hökmən qatıqla içməlisən ki, zəhərlənməyəsən, hökmən üstündən çoxluca turp, kişniş və şüyüd yeməlisən ki, orqanizmin əvvəlki formasına qayıtsın. Əsl antialkoqol kompaniya indi gedir, məmurlarımız məsələyə özünəməxsus formada yanaşırlar: Canın çıxsın içmə! Düzdür, bizim içkillər Rusiyadan gətirilmə, təmiz olurdu, amma elə içməmək hamısından yaxşıdır. Hərdən uşaqlarla yığışıb yüz-yüz vururduq. Təmiz içki də içsən, Azərbaycan istehsalı da içsən, səhər tezdən 5-də poxmelə ayılırsan, gəl indi yat! Ya başın ağrıyır, ya qıçların. Yəqin yaş ötür, ondandır. Həm də artıq tam mənəvi, saf həyat yaşamaq istəyirsən, heç olmasa buna çalışırsan. Bir daha namaz qılan bütün dostların qarşısında baş əyirəm. Necə xoşbəxt olduğunuzun fərqində deyilsiniz. O təmizliyi axıradək qoruyun, Allah əvəzini verəcək. Onlar bilməlidirlər ki, dini qaydalara riaiyət etmələri qəlblərini təmizləməklə yanaşı həyatlarını da daha firavan edir, canlarına güc və qüvvət gətirir.

-Amma sosial şəbəkələrdə sizi çoxları şiəçi dindar kimi tanıyırlar.
-Mən dindar deyiləm, sovet təhsili almışam, əvvəllər ateist də olmuşam, postmodernist də, amma şiəliyin vurğunuyam, çünki elim-obam min ildir şiədir. Dəyərlərə hörmətlə yanaşmağa borcluyam. Zevsin, Poseydonun, Yupiterin, Heranın, Odinin, Brahmanın varlığına necə inanıramsa, İmam Əlinin varlığına da o cür heyranlıqla yanaşıram. Bütün dünya intellektualları şiəliyi sevir və hörmətlə yanaşırlar, çünki qlobal imperializm təcavüzünə şərqdə sinə gərən yeganə qüvvə şiəlikdir. Bizim monqoloid yazarlar isə intellektual görünmək üçün hökmən dini söyürlər, yoxsa alınmaz.

-Moda ilə geyinməyi xoşlayırsınızmı?
-Moda ilə geyinən adam deyiləm. Həmişə çalışmışam modadan 3-4 il geri qalan paltarlar geyinim. Belə özümü daha rahat hiss edirəm. Kütlənin diqqət mərkəzində olmaq mənlik deyil. Həm də modalı geyinməyə maliyyə vəziyyəti imkan vermir. Bir həmkəndlim Moskvadan gələndə mənə modnu pencək alıb gətirmişdi, 3-4 il qabaq Rostovda olanda isə firmenni köynək aldım, vəssalam, son geyindiyim normal paltar onlar olub. Mənim paltar alanda əsas tələbim odur ki, materialı yumşaq olsun. Bir də ki zınqırov, bəzək-düzəyi, cibi az olsun. Sadə paltarlar həm də ucuz olur. 1993-cü ildə tələbə olanda atam mənə “Orient” saat almışdı, hələ də onu taxıram. Ucuz da olsa, paltarları səliqə ilə geyməyi xoşlayıram. Bilmirəm indi necədir, biz gənc olanda Bakıda hər iki-üç aydan bir yeni köynək moda minərdi, dəb həddindən artıq sürətlə dəyişərdi və biz gənclər axara düşüb uyğunlaşmağa çalışırdıq. O vaxt dəb biliciliyi var idi və bu kütləvi hal almışdı. Hamı maraqlanırdı, modanı qavrayırdı və Bakımız dəbli geyimdən alışıb yanırdı. İndi elə deyil. Qərbi quru yamsılama var. Qərbdə petuxlar nə geyirsə, onu dartıb bura gətirməyə çalışırlar. Adlarını stilist qoyublar. Azərbaycanlı stilist Qavroş kepkasının nə olduğunu bilmirsə, belə Azərbaycan stilistikasına nə deyəsən?!

-Ədəbi camiədə bir müddət əvvəl populyar olan dayaq org saytında fəaliyyətiniz sizə nə verdi?
-Dayaq saytı Sayman Aruzun gərgin əməyinin bəhrəsi idi. Saymanla siyasi baxışlarımız uyğun gəlməsə də, ədəbiyyat onun iliyinə işləyib, əsl qələm adamıdır, yaradıcılığa qanı və canı ilə bağlı olan adamdır. Onun ərsəyə gətirdiyi Dayaq saytında bir müddət adminlik mənim öhdəmə düşdü. Düşündük ki durğunluqda olan ədəbiyyatımız üçün nəsə edək. Dayaq org-u məmləkətin 1 nömrəli ədəbiyyat saytına çevirə bilmişdik. E-mailimizə Norveçdən, ABŞ-dan, Qazaxstandan, Rusiyadan, Türkiyədən, İran Azərbaycanından yazılar gəlir, dünyanın hər regionunda yaşayan azərbaycanlılar bizimlə əməkdaşlıq edirdilər, dayaq org-da dərc olunmağa can atırdılar. Düşünürəm ki, ədəbiyyatımızın inkişafı üçün bir sıra işlər görə bildik. Rotterdamlı Erazm deyirdi ki, əsərləri redaktə edərək nəşr etdirmək, müəllifin bu əsərləri yazmasına sərf etdiyi əməkdən daha çox zəhmət tələb edir. Sevindirici haldır ki, bir çox debütantlar ilk dəfə məhz bizdə dərc olundular, ədəbiyyata yeni imzalar gətirdik. Mən onların bir qismini ədəbiyyatın başını buraxıb publisistikaya meylləndirməyi bacardım. Həmin fəaliyyət dövründə vaxt tapıb “Azərbaycan şeir antologiyası” adlı toplu da buraxdım. O cümlədən Azərbaycan ədəbiyyatının bir sıra ünlü və yeni simaları haqda “Tanış üzlər, tanış səslər” ədəbi tənqid kitabı da hazırlamışam ki, imkan olan kimi işıq üzü görəcək. Düzdür müasir dövrdə ədəbi tənqid dedikdə əslində bayağı tərif başa düşülür, amma mən bu kitabda yalnız layiq olanları, hər halda zövqümə uyğun olanları tərifləməyə çalışmışam. Biz zövqümüzə görə olanları tərifləyirik, bu o deməkdir ki, biz öz zövqümüzü də tərifləyirik. Bir şeyə əmin oldum ki, bizim saytlarda ən çox gözəl qızların yazısı oxunur nə yazmasından asılı olmayaraq. Amma bu artıq başqa söhbətin mövzusudur.

-“Türk tarixi” kitabınız gənclər tərəfindən böyük maraqla qarşılandı və tez bir zamanda satılıb qurtardı...
-Bu kitabı 35-ə yaxın mənbə əsasında tərtib etmişəm. Özüm təmiz qanlı türk olduğumçün uzun illər maraqlanmışam, toplamışam, araşdırmışam. Biz kimik, hardan gəlmişik, hara gedirik? Bəli, məhz tərtib etmişəm, qruplaşdırmışam, orda öz sözüm azdır. Sadəcə özüm türk olduğum üçün gələcək nəsillərimizə, o cümlədən övladlarıma miras kimi hazırlamaq qərarına gəldim ki, real tariximiz budur, indilərdə yazılanlar obyektiv deyildir, tarixin falsifikasiyası prosesi gedir. Gör biz nə günə qalmışıq ki, turan tariximizi də kürdlər yazır. Aborigenlər öz tarixini yazmağa yaxın buraxılmır. Tarix dərsliklərimizi avarlar niyə qondarmalıdır, xeyir ola? Türkün, talışın, ləzginin özünü bu işə yaxın buraxmırlar, özləri bizim əvəzimizə düzüb qoşurlar. Bəli, bizim şanlı tariximiz olub, amma iudeylər bizə sırıyan kimi yox! Türkün bir şeyi gözəldir ki, heç bir sivilizasiyanı dağıtmayıb, şəhərləri xaraba qoymayıb. Mənim qövmüm heç bir produktiv ideya yaratmasa da, yaradılanları dağıtmayıb, çünki dağıdıcı energetika ona xas deyil. Biz bir sıra xalqlar kimi tarixin subyekti yox, obyekti olmuşuq. İdeya verilib, həyata keçirmişik. Tarixən ari-slavyan sivilizasiyalarının hərəkətverici qüvvəsi biz tüklər olmuşuq. Yəhudi və kürdlərdən fərqli olaraq heç bir dünya mədəniyyətini dağıdıb sıradan çıxarmamışıq, çapanoğluluqla məşğul olmamışıq. Üstünlüyümüz ondadır və üzümüz ona görə hər yerdə ağdır. Əksinə yaradılmışları, bina olmuşları qoruyub saxlamışıq. Türklərin tarixən öz qlobal layihələri olmayıb, amma ari-slavyan mühəndislərinin çertyojlarını maraq və rəşadətlə həyata keçiriblər. Mənim millətimin üstünlüyü də elə bundadır.

-Niyə Turançılıq ideologiyasına belə ikrahla yanaşırsınız?
-Türk xalqı özü artıq sabetayist-yəhudi oyunlarından cana bezib. Bütün türk xalqları yığışıb ilk növbədə Türkiyəni yəhudi-sabetayist işğalından azad etməlidirlər. NATO-nun əsas terrorçu bazaları Türkiyədə yerləşir, müsəlman dünyasına qarşı əsas terror əməliyyatları və virus layihələri Türkiyə üzərindən həyata keçirilir. Turan ideologiyası vasitəsilə Azərbaycanı, eləcə də digər türk ölkələrini ABŞ-İsrail koloniyasına çevirmək istəyirlər. Biz buna imkan verməməliyik və yaranmış şəraiti düzgün qiymətləndirməliyik. Bax, mən sənə deyim, 100 minlərlə ağır xəstəmiz gedib İranda sağalıb gəlib, necə olur ki Azərbaycan mətbuatı bu barədə bircə kəlmə də yazmır, amma əvəzində filan İran həkimi xəstədən əməliyyat üçün 10 min pul tələb etdi, ya filan İran klinikası xəstəmizi girov götürdü kimi xəbərlərlə mətbuatımızı doldururlar?! İranı bizə düşmən, Türkiyəni dost kimi itələməklə məşğuldurlar. Neqretos gipnos- dərin yuxu layihəsi üstümüzdə uğurla sınaqdan keçirilir. İudeylərin yaratdığı eyforiyadan azad olaq! Həyata daha ayıq nəzərlərlə baxaq. 

-Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli öz feysbuk səhifəsində tarix dərsliyindəki saxtakarlığa münasibət bildirmişdi və Talış xanlığıının adının dərslikdə çəkilməməsini yanlış qiymətləndirmişdi. Bu münasibətdən sonra yazı ətrafında geniş müzakirə açıldı və mətbuatın gündəminə çevrildi.
-5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyində cəmi 3 xanlıq barədə məlumat verilib. Onlar Gəncə, Qarabağ və İrəvan xanlıqlarıdır. Çünki bu 3 xanlıq üçü də kriptokürd xanlığıdır. Hakimiyyət koridorlarına doluşmuş klana lazım olan xanlıqlardır. Öz aliliklərini qaldırmaq, başqa xalqların tarixini silmək, cılız göstərmək cəhdləridir bunlar! Feysbukda böyük ajiotaj oldu və xalq əslində Elmlər Akademiyasında at oynadan kürd-avar qruplaşmasına öz etirazını bildirdi! Elmlər Akademiyasının demasonizasiyası prosesi getməlidir. Bu elm müəssisəsini Beynəlxalq Masonluğun cəngindən qoparıb almalıyıq. Fikir verin, bu gün kim orda aparıcı rollardadır? Kürdlər, avarlar, yəhudilər. Bəs hanı aborigenlər? Gedin baxın görün adını yaza bilməyən, a ilə t hərfini tanımayan nə qədər adama elmlər namizədi adı veriblər! Nə qədər ki, yerli intellektuallar bu elm ocağının başına keçməyib, bu torpağın ari subardinasiyalı olduğunu sübuta yetirmək çətin olacaq, arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət abidələrimiz və qızıllarımız da həmişə olduğu kimi İsrailə daşınıb aparılacaq. Eyni problemlər Rusiyada da yaşanır. Moskva və Sankt-Peterburqdakı elmi institutlar rusofob yəhudilərin əlində cəmləşdiyi kimi, Tomsk və Novosibirsk kimi əyalət elmi mərkəzləri Sidorov və Jdanov kimi xalqçı alimlərin əlindədir. Bu gün dünya tarixçiləri faktiki olaraq qeyri-elmiliyə görə Azərbaycan tarixçilərinin yazdıqlarına istinad etməyi qadağan ediblər. Qurunun oduna yaş da yanır. Belə tarixşünaslıq Azərbaycana lazım deyil. Biz alternativ elm mərkəzləri yaratmalıyq. Qruplaşıb, təşkilatlanıb bu yalançılara qarşı mübarizə aparmalıyıq. Bizim kimi adamların paytaxtda yox, əlalətdə yaşayıb-yaratmasında da heç bir problem yoxdur, Allaha şükür internet var, kommunikasiya var, kadrlar var. Bizim elmi məktəblərimiz və kultlarımız Bakının kürd mərkəzlərindən fərqli olaraq daha xalqçıdır, xalqımızın xoşbəxt gələcəyi üçün daha çox əhəmiyyət kəsb edir.

-Allahdan nəyi arzulayırsınız?
-Mənim heç vaxt böyük arzularım olmayıb. Həyatdan həmişə xırda detallar istəmişəm. Allah az istəyəndə tez verir və o azlardan böyük yaratmaq daha maraqlıdır.

-Oxuculara nə arzulayardınız?
-Hamınıza slavyan xoşbəxtliyi arzulayıram.

Hazırladı: İbrahim Fərhadoğlu

Комментариев нет:

Отправить комментарий