Страницы

10.09.2015

Çuşka şeirləri -1: De də bə…

Vitoş

Deyə bilərsənmi, a Abbas qağa,
Palıd ağajına, qoz ağajına
Nə deer dimdiyi ağajdələnin?

Töylədə, sarayda, köyüşənlikdə
Ovjunu yağışa tutan uşağın
Nə deer ovjuna siyən yağışlar?

Ehey… qulaqları darı dələnim…
Nə deer harayı qarğanın göyə?
Nə deer harayı zurnanın toya?
Nə deer torpağa eşşəyin nalı?
De də!

Günü göy əskiyə bükülüf gedən
Dolmuş bulud kimi tökülüf gedən-
Arvad ölümünə, at itkisinə
Nə deer, nə deer göz yaşlarımız?

Bir də damxamızın pənjərəsini
Küləyin əliylə kim döyür, qağa?
Hörümçək toruna düşən bu milçək
Çırpınıb dünyaya nə deer, qağa, hə?

Daha nə soruşum, nə xavar aleym?
Eh, başı taxtalı, lopabığ kişi,
Nə dedik dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə verəjəyik
Dünyaya- dünyadan gedişimizlə?

Комментариев нет:

Отправить комментарий