Страницы

29.09.2015

İngilisin yanını sildiyi bayrağımız

Müttəqi Bərməki

Sizə bir hadisə danışım. Təqribən bir 10 il bundan qabaq dostlarla axşam gəzməyə çıxmışdım. Uzaqdan ayaq üstə güclə durub, yellənə-yellənə bardan çıxan sarışın, hündür cüssəli bir nəfər diqqətimizi cəlb elədi. Gül əklilləri tapdalayaraq Natavanın heykəlinə yaxınlaşıb iki əlini də heykələ söykəyib dayandı. Bir cavan oğlan da ona yaxınlaşıb nəsə dedi. Həmin sərxoş oğlana əl qaldırmaq istəyəndə, oğlan müdafiə olunaraq ona bir qoyub yerə uzatdı... Yaxınlaşdıqda bizə məlum oldu ki, sən demə, bu sərxoş ingilis vətəndaşı ayaq üstə heykəlin dibinə təbii ehtiyacını edirdi. Arvadlı-kişili camaat yığışdı, aləm dəydi bir birinə.. Elə bu dəmdə kütləni görən polislər yaxınlaşdı. Oğlanı tutdular... Hadisəni olduğu kimi danışdıq. Ha illah elədik ki, buraxın getsin... Sən ol bunun yerində nə edərsən?.. Camaat ailəsi ilə keçir burdan. Durub baxmalıyıq?.. Xeyri olmadı.. Yox!!! Bu xarici vətəndaşdı, mən nə bilim nədi... Bayaqdan oğlana əhsən deyənlər, şahidlik üçün Polisin şöbəyə gəlib izahat yazmasından boyun qaçırdılar. Ancaq üç nəfər biz, bir nəfər də yaşlı kişi getdik. 
Uzun sözün qısası... məlumdu ki, harınlamış ingilis vətəndaşını buraxdılar. Oğlanı isə neçə aydan sonra icbari iş kəsib, 3 min manatını alıb buraxdılar... 1000 manatını da biz dostlardan yığıb oğlana vermişdik... Düzü vicdanımız qəbul eləmirdi ki, ona etinasız olaq.
İndi siz deyin. Yenə buna oxşar bir nalayiq hadisə olsa, o gənc yenə həmınki kimi etirazını bildirər?.. Yoxsa yox... Məncə qeyrət onu nə qədər boğsa da, o tərəddüd edə bilər. Ağlına təhtəlşurda aylarla yatdığı Bayıl və 3 min manat pul gələcək.
Buna oxşar hadisə hardasa 10 il bundan qabaq da olmuşdu, BP-nin işçisi Azərbaycanın bayrağı ilə, üzr istəyirəm, yanınını silmişdi... Xəbərlərdə isə dedilər ki, guya ayaqqabısını silib bayraqla... Onu Azərbəycandan çıxardılar... 3 sonra yenidən qayıtdı... Ona qarşı çıxan oğlanı isə basdılar... Getdi.

Комментариев нет:

Отправить комментарий