Страницы

29.09.2015

Səhərlərdən bezən günəş

Bəhruz Xəlil

Ayaq əzən bu yolları,
tək yerimək nə çətindi.
Nə çətindir, iki ayağ üzərində
bir ürəklə dayanmaq.

Bir yastığa bir baş azdı,
iki başa yer çatmayır
bir yastığın üstündə,
başını qoy sinəmə.
Ürəyimin xırıltısın qınama.

Səhərlərdən bezən günəş
gecələrə can atır.
İçimin qaranlığından
bezən zavallı ruhum,
qaranlıq, qapqaranlıq
küçələrə can atır…

Комментариев нет:

Отправить комментарий