Страницы

22.09.2015

Kadırov: Əgər əmr verilsə, Poroşenkonu tutub gətirəcəyik

Ramzan Kadırov: Ukraynanın sükanı arxasında juliklər, satqınlar və xəyanətkarlardır

Çeçenistan lideri Ramzan Kadorov demişdir ki, küçə itlərinin hakimiyyətə gəlməsinə görə Ukrayna xalqı günahkar deyil. O, belə hesab edir ki, "Poroşenko və Yaçenyuk kimi adamlar ancaq nökərçilik edə və Qərbin havasına oynaya bilərlər".
Avrasiya.info saytı bildirir ki, Çeçenistan lideri "NTV" telekanalına bildirmişdir: "Ukraynada vətəndaşlar əvvəl-axır ölkəni kimlərin idarə etdiyini başa düşəcəklər. Ukraynanın rəhbər dairələri Qərbin havasına oynayırlar. Əgər əmr verilsə, biz Poroşenkonu tutub gətirəcəyik".
Onun sözlərinə görə: "Poroşenko axırıncı addımlarını atırlar. İqtisadiyyat - sıfır, avtoritet - sıfır, onun bircə Yaçenyuku və Saakaşvilisi qalıb. Bundan sonra öz qalstukunu yeyəcək".
Kadırov bildirmişdir ki, Rusiya prezidenti Putin tam düzgün siyasət yürüdür və mən onun siyasətini dəstəkləyirəm: "Biz Ukrayna xalqına heş bir təsir göstərməməliyik. Biz nə qədər Ukrayna xalqına yaxşı yanaşırıq, onlar daha çox başa düşürlər ki, ölkələrinin sükanı arxasında juliklər, satqınlar və xəyanətkarlardır. Xalq özü onları qovacaq".

Комментариев нет:

Отправить комментарий