Страницы

21.09.2015

Rus speçnazının gəldiyini eşidən İŞİD terrorçuları təslim olmağa başlayıblar

Suriyada İŞİD və "Ən-Nusra Cəbhəsi" qruplaşmasına daxil olan terrorçular kütləvi şəkildə təslim olmağa başlamışlar. Bu barədə avrasiya.info saytı Rusiyanın "Zvezda" telekanalına istinadən xəbər vermişdir.
Radikal qruplaşmaların yüzlərlə gənc üzvü silahlarını təhvil verərək dinc həyata qayıtmaq fikrinə gəliblər. Suriya hökuməti təslim olan terrorçuların dilindən zəmanət kağızı alır. "Öz niyyətimi yazılı şəkildə təsdiq edirəm: Allahın adına zamin dururam ki, bir də heç vaxt əlimə silah almayacam və terrorçularla əməkdaşlıq etməyəcəm"- onlar bu andlarını öz barmaq izləri ilə təsdiq edirlər.
Keçmiş döyüşçülər bildirirlər ki, vuruşmaq istəməyən əsgərlərin əl və ayaqlarını kəsirdilər, hökumətlə əlaqəyə girənlərin isə dilini üzürdülər. Qruplardan birinin komandiri Musaxmat Alliax demişdir ki, onlara Səudiyyə Ərəbistanındakı düşərgələrdə amerikan instruktorları təlim keçirdilər.
Suriyanın Keneker şəhərində artıq 500 döyüşçü hökumət qüvvələrinə təslim olmuşdur. Onlar özləri ilə gətirdikləri avtomat, top, minomyot və texnikanı hökumətə təhvil vermişlər. Bir çoxları terrorçulara qarşı vuruşmaq istəklərini bəyan etmişlər.
Ekspertlər bildirirlər ki, son zamanlar Suriya ordusu yeni effektiv rus silah və texnikası ilə gücləndirilib, ona görə də terrorçuların bir çoxu müqaviməti mənasız hesab edir. Hal-hazırda Suriya cəbhəsində vəziyyət hökumət qüvvələrin xeyrinə əsaslı şəkildə dəyişmişdir. Həm də regiona Rusiya xüsusi təyinatlılarının gəlməsi İŞİD-in reputasiyasına böyük ideoloji zərbə vurmuşdur. Qısa zaman kəsiyində terrorçu qruplaşmanın idarəetmə punktları və döyüş bölgələrindəki komanda-müşahidə məntəqələri müəyyən olunaraq uzaqvuran raketlərlə dağıdılmışdır. Zaxiya məntəqəsinin polis bölməsində yerləşən "Ən-Nusra Cəbhəsi"nin mənzil-qərargahı qırıcı təyyarələr vasitəsilə yerli-yeksən edilmiş, nəticədə 4 aparıcı terrorçu məhv edilmişdir. Qruplaşmaların onlarla komandiri aviazərbələr nəticəsində öldürülmüşdür. Odur ki, 50-100 nəfərdən ibarət dəstələrin bir çoxu başlı-başına qalmışdır. O cümlədən, terrorçuların xarici ölkələrdən təhcizat yolları və kommunikasiya xətləri də kəsilmişdir.
"RİA Novosti" informasiya agentliyinin xəbərinə görə isə, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının sədri Lloyd Ostin bildirmişdir ki, Suriya müxalifətinin hərbi hazırlıq proqramı tam iflasa uğramışdır. Konqressin ayırdığı 500 milyon dolların müqabilində 15 min döyüşçü hazırlamaq planlaşdırılmışdı, amma lazımi nəticələr əldə olunmamışdır. Amerikalı instruktorların Türkiyədəki bazalarda hazırladığı döyüşçülər Suriya ərazisində ya həlak olmuş, ya da əsir düşmüşlər. Lloyd bildirmişdir ki, hal-hazırda Suriya ərazisində ABŞ hökumətinin pulu ilə hazırlanmış cəmi 4-5 döyüşçü qalıb. Onlara kömək üçün 70 nəfərdən ibarət yeni qrup Suriyaya yola salınmışdır.

Комментариев нет:

Отправить комментарий