Страницы

18.09.2015

Məmməd Əmin Rəsulzadənin filologiya sahəsində xidmətləri

İlkin Əzizli

Məmmədəmin Hacı Ələkbər oğlu Rəsulzadə görkəmli ədib, mütəfəkkir, Azərbaycan Cümhuriyyətinin banisidir.
O, 1884-cü il yanvarın 31 də Bakının Novxanı kəndində anadan olmuşdur. Əvvəllər "rus-türk", sonra isə Bakı texniki məktəbində təhsil alməşdır. 
M.Rəsulzadənin ilk şeiri olan "Müxəmməs" əsəri 1903-cü ildə "Şərqi-Rus" qəzetində çap olunmuşdur.
1908-ci il dekabrın 5-də M.Rəsulzadənin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Bu əsəri ilə görkəmli ədib Azərbaycanda inqilabi dramaturgiyanın əsasını qoymuşdur. Sonralar o, "Nagəhan bəla" adlı daha bir dram əsəri də yazmışdır.
M.Rəsulzadə Azərbaycan dilinə yüksək qiymət verir, bu dilin təmizliyini qorumağı öyrədirdi. 1914-cü ildə M.Qorkinin "Ana" romanından bir hissəni Azərbaycan dilinə tərcümə edib çap etdirmişdir.
Böyük mütəfəkkir, ictimai xadim M.Rəsulzadə müstəqil AC əsasını qoyanlardan biri, AMŞ sədri olmuşdur.
BDU-nin yaranması da M.Rəsulazdənin adı ilə bağlıdır. Böyük mütəfəkkir Azərbaycanda universitetin açılması üçün çox çalışmışdır. Universitetin ilk rektoru 1922-ci ildə "Bakı şəhərində universtetin əsasının qoyulması" adlı məqalə yazmış, bu məqaləsində M.Rəsulzadənin fəaliyyərini yüksək qiymətləndirmişdir.
M.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun polyak və alman dillərində bir sıra məqalələri çap edilmişdir. 
M.Rəsulzadənin "Əsrimizin Səyavuşu", "Çağdaş Azərbaycan tarixi", "Azərbaycan şairi Nizami", "Azərbaycan Cümhuriyyəti" kimi elmi-publisistik əsərləri xüsusilə məhşurdur.
M.Rəsulzadə 1955-ci ildə martın 6-da vəfat etmişdir.

Комментариев нет:

Отправить комментарий