Страницы

17.09.2015

İbrahim Sel: Bizim ümummilli liderimiz Putindir

Avrasiya Hərəkatı - Azərbaycan təşkilatının sədri İbrahim Sel ilə müsahibə

-Sosial şəbəkələrdəki fəaliyyət insana nə verir?
-Mən ilk növbədə burdan öz komandamızı salamlayıram. Avrasiyaçı, antiqlobalist, şiəçi camiədəki dostlar, eşq olsun sizlərə! Heç nə demirəm, əgər bilsəydiniz ki, mən özüm sizlərin vasitəsilə nə qədər bildiklərimi artırıram, zənginləşdirirəm. Antiqlobalist marş, irəli! Bəziləri deyir ki, məndən nəsə öyrənirlər, amma axı mən də onlardan öyrənirəm. Feysbukdakı dostlarla ünsiyyət mənim üçün bir idrak məktəbidir. Mən şəxsən sosial şəbəkələrdəki bir çox dostlarıma müəllim kimi baxıram, hətta onların yazdığı şərhləri belə diqqətlə izləyib düşünürəm. Mənim onların paylaşımlarından gördüyüm faydanı, statuslarından aldığım ləzzəti sözlərlə ifadə etmək mümkün deyil.
Mən həmişə qeyd etmişəm ki, bizim feysbukdakı ən axırıncı sıravi dostlar belə “Azadlıq” və “Yeni musavat”ın köşə yazarlarından qat-qat təfəkkürlüdürlər, aydın baxışlıdırlar, intellektualdırlar. Liberal düşərgədəki yazarların, dırnaqarası politoloqların, feylosofların sadəcə yaxşı filolojisi var, dildən pərgardırlar, yəni yaxşı basıb bağlamağı bacarırlar, vəssalam. Yaxşı inşa yazısı yazırlar, dünyadan gedən həqiqi proseslərdən isə xəbərləri yoxdur. Üyüdüb tökürlər nə gəldi, reallıq isə başqa şeydir. Üçüncü dərəcəli məsələlərdən danışırlar, əsas strateji məsələlərdə lomdurlar. Xalqı yatmış adlandırırlar, amma ən böyük lom da, zombi də elə özləridir. Onlarla müqayisədə biz üstünlüyümüzün nədə olduğunu bilirik. Və dayanmadan sosial şəbəkələrdəki dostlarımızın hesabına digər qabiliyyətlərimizi də inkişaf etdirməyə çalışırıq. Həyat dayanmadan öyrənməklə keçir.

-Regionda gedən geopolitik olayların şiddətli şəkil aldığı indiki şəraitdə Azərbaycanın mövqeyi necə olmalıdır?
-ABŞ artıq bütün geopolitik sahələrdə öz mövqelərini itirmişdir. Hal-hazırda dünya arbitri rolunu oynayacaq yeganə lider dövlət Rusiyadır- bu reallıqla barışmaq lazımdır. ABŞ-ın imperialist siyasəti tıxaca dirənib. Bütün dünya prosesləri nizamlayacaq yeni lider dövlət axtarışındadır. Sizi bilmirəm, bizim ümummilli liderimiz Putindir. O, postsovet xalqların son ümid yeridir. BRİKS, Avrasiya Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dünyanın yeni alternativ modeli qurulur, xalqları iud əsarətindən azad edəcək böyük mücadiləyə start verilir. Biz bu gün həmin mücadilənin Azərbaycandakı öncülləriyik. ABŞ siyasətçilərinin bir-birinin ardınca buraxdıqları kobud səhvlər bu ölkəni uçurumun kənarına gətirib çıxarmışdır. Hal-hazırda dünya xalqlarının əsas nifrət obyekti ABŞ-dır və o, Şərqdə də öz pozisiyalarını itirməkdədir. Hətta Amerikanın öz vətəndaşları arasında aparılan sorğu göstərdi ki, əhalinin 65 faizi öz ölkərinin düz yolda olmadığı fikrindədirlər və hakimiyyətə nifrət edirlər. Minlərlə, on minlərlə ABŞ vətəndaşı qlobusun müxtəlif nöqtələrində hakimiyyətin hərbi avantüraları yolunda ölürlər. Baxın, ABŞ hərbi bazaları planetin hər yerinə səpələnmişdir. Bu hərbi bazalar İranı üzük qaşı kimi əhatəyə almışdır, Rusiyanın sərhədlərində sıra ilə düzülmüşdür. Amma həyasızlıq o dərəcədədir ki, Rusiyanın, İranın özünü təcavüzkar dövlət adlandırırlar. ABŞ bir çox cılız ölkələr kimi Azərbaycanı da talan edərək sərvətlərini daşıyıb aparırdı. İndi buna son verilir. Trilyonlarla borc yığılıb qalıb, ABŞ-ın o borcu ödəmək fikri də yoxdur.

-Dünyada gedən qlobal proseslərin fövqündə Azərbaycan ziyalısının missiyasını nədə görürsünüz?
-Azərbaycan xalqı dostunu da, düşmənini də yaxşı tanıyır. Bizim xalq sovet təhsili və tərbiyəsi görmüş, düşüncəli, götür-qoylu xalqdır, ağıllı, dərrakəli və savadlı xalqdır. Hər halda Türkiyə kimi degeneratlardan qat-qat üstünük. Bizim xalqın içində ən tupoylar bax elə bu ziyalılardır! Öndəgedənlər, başqanlar, aktivistlər, jurnalistlər, qht-şniklər, partiyaçılar! Bu liberal yığın öz bambılılığı ilə xalqı uçuruma sürükləyir. Xalqımızın bir gözəl məsəli var, ağıllın kimdir, deyir qabaqda gedən zəncirli. Xalq gözəl bilir ki, onun dostu Rusiya və İrandır. Rusiyada olmağı, orda yaşamağı arzulamayan gənc demək olar ki, tapmazsınız. Sovet dövrünü nostalji hissi ilə xatırlamayan yaşlı nəslin nümayəndəsinə də tək-tük rast gələrsiniz! Amma ziyalılarımız, boynuna qalstuk taxanlarımız, liderlik iddiasında olanlarımız, guya öz aləmlərində ayıq-sayıq olanlarımız hamısı splaşnoy Türkiyə hayranlarıdır. Bunlar hamısı Qərb yolunun xəstələridirlər. Çünki qandıqları odur. Başlarına girən odur! Hard-disk ondan artıq qəbul etmir. Xalqımızsa ayıqdır, dərrakəlidir. O, hər şeyi gözəl anlayır, ağı-qaradan seçir. Liberal camiə Əbülfəzə Elçibəy adını verəndə xalq ona öz əsl adını vermişdi. Xalq öz xeyrini, gəlir-çıxarını gözəl bilir. Xalqın xeyri Rusiyadır. Xalqın ruzisi Rusiyadan gəlir. Amma irəli düşən monqoloid ziyalılar onu uçuruma aparırlar. Ona görə də deyirəm ki, bizim xalqın içində strateji planda ən savadsız zümrə elə onun ziyalılarıdır.

-Xalqımızın informasiya blokadasına alınmasının, dünyada baş verən hadisələr barədə yanlış təsəvvürlərin yaradılmasının başlıca səbəbini nədə görürsünüz?
-KİV-lər kriptlərin əlinə keçib, buna görə də Rusiya və İran kimi müsbət yönlü ölkələr haqda nəsə pozitiv danışmağa veto qoyulub. Mən həmişə demişəm, biz əgər ölkəmizi azad etmək istəyiriksə, ilk növbədə KİV-lərimizi kirptokürdlərin əlindən azad etməliyik. Məhz mətbuatın hesabına real məsələlər barədə yanlış təsəvvürlər yaranır, qoy xalqlar beyin yuyulmasına məruz qoyulur. Məsələn, bizdə hələ də çoxusu elə bilir ki, Rusiya Gülüstan müqaviləsi ilə məhz Azərbaycanı iki hissəyə bölüb. Bizim liberal mətbuat yazır ki, İran ABŞ-la birləşib İŞİD-i qırır. ABŞ-da hamı elə bilir ki, İŞİD-i Rusiya yaradıb. Yaponiyada isə məktəblilər elə bilirlər ki, Xirosimaya atom bombasını Rusiya atıb. Bütün bunlar yanlış təbliğatın nəticəsidir. Amma üç gün qabaq qəzzalılar bu mesajla oyandılar: Evlərinizi tərk edin! Amma azərbaycanlıların bundan xəbəri olmadı. İnformasiya müharibəsi gedir, düzdür, ölən yoxdur, amma çoxlu başından yara alanlar var.

-Sizi Rusiyanın ölkəmizdəki beşinci kolonu, Kremlin əsgərləri adlandırırlar. Bu sizi narahat etmir ki?
-Kimsə bəyənəcək, ya bəyənməyəcək, kimsə alqışlayacaq, ya kiminsə xətrinə dəyəcək, bu əsas deyil, biz inamla, öz bildiyimiz kimi fəaliyyət göstəririk. Bizimçün rus əsgəri olmaq şərəfdir. Bizə kor kütlə lazım deyildir, dərrakəli ziyalı lazımdır. Xalqa nə lazım olduğunu, əsl doğru yolun hansı olduğunu məhz dərrakəlilər bilir. Biz tribuna hərəkatı deyilik, maydançılıq bizlik deyil. Odur ki, bizə kütlə lazım deyildir. Əsas məsələ dərrakəli insanları düzgün maarifləndirməkdir. Xalqın hərəkətverici qüvvəsi onlardır. Hər şeyin əlası az tapılır və nadir olur. Çox olan şeyin qiyməti də aşağı olur. Biz düşüncəli insanların tərəfkeşliyi ilə kifayətlənirik, onların səsi bizim doğruluğumuzun məhək daşıdır. Bu gün opponentlərimiz bizi Rusiyanın uşaqları adlandırırlar. Olsun. Əsas odur ki, biz Azərbaycan ictimai-siyasi həyatına çoxlu sevinc gətirmişik və ətrafdakılarımızı da buna sövq etmişik. Biz bütün mümkün yolların ən yaxşısını seçmişik. Əgər müqəddəs vətənimiz Azərbaycan göylərə yüksəlmək üçün hər şeyin yaxşısını özündə cəmləşdirmişsə, biz də xalqımızın zövqünü və baxışını formalaşdırmaqla vətənimizi kiçik kainata çevirməyə çalışacayıq. Biz bunu edəcəyik. Biz buna qadirik. Ətrafda isə kimin nə deməsi əsas deyil. Qoy nə deyirlər desinlər. Ulu babamız Şeyx Səfi demişkən: “Dəniz mudrar olmaz it su içmağından, ey arif!”.

-Sizin təşkilatı müxalifət təşkilatı saymaq olarmı?
-Biz müxalif deyilik, müvafiqik. Hökumətin Avrasiya yönümlü addımlarını dəstəkləyəcəyik, Qərb yönümlü addımlarını isə tənqid edəcəyik. Biz asta-asta, amma inamla öz məqsədimizə doğru gedirik. Məqsəd - qoy xalqların şad-xürrəm yaşadığı Müqəddəs İmperiyadır. Şiələr Səfəvi kimi qüdrətli bir dövlətin yaranmasını 900 il gözlədilər. Biz də gözləyərik. Şiə alimləri hesablamışdılar ki, Səfəvi dövləti hәttа İmаm Zаmаnın zühurunа kimi bәrqәrаr qаlmаlı idi. Xalq bununçün dualar edirdi. Alınmadı. Arzumuz, duamız budur ki, yeni yaradacağımız Avrasiya Birliyi dövlətiçiliyimiz İmam Mehdinin zühur edib dünya xalqlarını sədaətə qovuşduracağı günə kimi ayaqda qalsın.

-Təşkilatınızın proqram və məramnaməsini qısa şəkildə necə xarakterizə edə bilərsiniz?
-Biz Azərbaycanın xarici siyasətinə və dövlər strategiyasına düzəlişlər etmək istəyirik. İlk növbədə respublikanın ticarət, gömrük və vergi ilə bağlı qanunvericiliyinin dəyişdirilərək Rusiya ilə eyniləşdirməsini nəzərdə tutmuşuq. Bizə dəstək olun. Baxın görün ölkəmizdə hansı layihələr işləkdir? Talançılıq layihəsi, məhv etmə layihəsi və korrupsiya layihəsi- belə layihələr işləkdir, açıq şəkildə fəaliyyətdədir, amma yaradıcılıq layihələri bloklanıb. Qurub-yaratma proseslərinə Stalinin vaxtında start verilmişdi, Sovet hökuməti dağılandan sonra dayandırıldı. Bizim indi əldə etdiyimiz az-çox imtiyazlar da həmin o rus dövründən qalmadır. Rusun o mirasını da məhv edib, kökündən silib, xalqı bir tikə çörəyə möhtac eləmək istəyirlər. Xalq məhv olduqca, gücdən düşdükcə isə İsrail güclənir, çünki altıncı kolonun missiyası elə İsrailə xidmətdir. Təbii sərvətlərimizi talayaraq İsrailə daşıyıb aparırlar. Vəziyyətin analizi onu deməyə əsas verir ki, gələcək Avrasiya rəhbərliyi Stalin üsul-idarəsinin nəinki sivil, həm də radikal tərəflərinindən yararlanmasa, diversiya və sabotajla üzləşəcək. Başqa cür mümkün deyil. İsrailin, Türkiyənin agenturası ölkəmizdə möhkəm oturuşublar. Cəmiyyətimizin qanını soran liberal viruslar və qərb agenturası təmizlənməlidir. Rusiyanın şimalında, Uzaq Sibirdə yeni konslagerlər tikilib. Onlar beşinci və altıncı kolonun yolunu gözləyir. Orta təmizlənməlidir. Cəmiyyətin canına yoluxmuş liberal virus hakimiyyəti işləməyə, xalqı isə yaşamağa qoymayacaq. Odur ki, onu silib atmaq lazımdır. Ya ölüm, ya da Stalin üsul-darəsi- son 20 ildə hegemonluq edən liberal klan bizə başqa seçim yolu saxlamayıb. Bu gün rusların qayıtmasından liberalların qorxmasının əsas səbəbi də budur- liberallar, qərb klanı, kürd məmur cameəsi 20 ildə törətdikləri cinayətlərə, içdiklərə qanlara, sümürdükləri sərvətlərə görə cavab verməli olacaqlar. Hesab sorulacaq. Stalinçiliyin qayıtması labüddür. O qayıdacaq, regionu və xalqları faciədən qutarmağın başqa alternativi yoxdur!

-Öz opponentlərinizə nə demək istərdiniz?
-Gedin evə, üfüqi vəziyyət alaraq sabahkı gününüzü düşünün. Hər şeyi tələsmədən, sakitcə ölçüb-biçin. Görün nə yuvanın quşusunuz! Hansı məzhəbə qulluq edirsiniz? Bilərəkdən, ya bilməyərəkdən kimə xidmət edirsiniiz, kimin dəyirmanına su tökürsünüz?! Siz bizə heç nə edə bilməzsiniz, ananızı ağlar qoyarıq. Hər şeyin ağını çıxarmışdınız, indi limitiniz bitdi. Düşünüb-daşınıb düz yola qayıtmasanız, siz rəhm olmayacaq.

Hazırladı: Zaur Ağalaroğlu

Комментариев нет:

Отправить комментарий