Страницы

24.09.2015

Putin ordusuna Suriyanı terrorçulardan təmizləmək əmri verdi

"Xilas" əməliyyatı tez bir zamanda Suriyanı terrorçulardan təmizləməkdə kömək edəcək

Avrasiya.info saytı mixednews.ru saytına istinadən xəbər verir ki, Rusiya ordusu zabitlərinə müraciətində ölkə prezidenti Vladimir Putin ABŞ-ın Yaxın Şərq siyasətini kəskin tənqid etmişdir. O bildirmişdir ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi döyüşçülər qarşılarına Suriya və İraqı xristianlardan, eləcə də digər etnik və dini azlıqlardan təmizləmək məqsədi qoyublar: "Suriya və Livanda 2 milyon, ümumən Yaxın Şərqdə isə 5 milyon xristian yaşayır. Amerikada prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, Ağ Ev neftlə zəngin bu regionda İŞİD və Əl-Nusra Cəbhəsi kimi islam fanatiklərinin təşkilatlarını dəstəkləmək yolu ilə xaos yaratmağa çalışır".
Prezdent bildirmişdir ki, Rusiyanın mənəvi borcu Yaxın Şərqin indiki acınacaqlı status-kvosunu dəyişməkdir. O, öz zabitlərini "Xilas" əməliyyatına hazırlaşmağa və "Tanrının köməyi ilə Suriya torpağını Obamanın rəhmsiz terroçularından təmizləməyə" səsləmişdir.
Xarici KİV-lər xəbər verirlər ki, artıq Suriya ordusu terrorçuların mövqelərinə əsaslı zərbələr endirməyə başlamışdır. Palmira və Homs şəhərləri tamamilə terrorçulardan təmizlənmişdir. Ekspertlər qeyd edirlər ki, cəbhədəki müvəfəqiyyətlər məhz Latakiyadakı rus hərbi bazasının dəstəyi ilə əldə olunmuşdur. Rus hərbçiləri Latakiyaya havadan müdafiə sistemləri və yeni model qırıcı təyyarələr gətirərək ərazini alınmaz qalaya çevirmişlər. Ötən illərdə Bəşər Əsər hökuməti ilə bağlanmış müqavilələr əsasında Suriya ordusuna çoxlu sayda yeni silah və texnika verilmişdir. Rusiya ordusu Suriyaya çoxhədəfli müasir Su-30 SM qırıcı təyyarələri də göndərmişdir. Həmin təyyarələrdə düşmənin aviasiyasını məhv etmək üçün "hava-hava" raketləri vardır. Bundan başqa Suriyaya "Pançir-S1" mobil kompleksləri, Mi-24 və Mi-17 çoxfunksiyalı vertolyotları və Su-24M bombardmançı təyyarələri göndərilmişdir.
Uzun illər Suriyada meydan sulayan və ölkə şəhərlərini xarabalığa çevirən İŞİD terrorçuları artıq geri çəkilirlər və kütləvi surətdə Suriya ərazisindən qaçmağa çalışırlar. Mühasirədə olan ərazilərdən qadın paltarı geyinərək İordaniyaya qaçmaq istəyən 16 terrorçu yaxalanmışdır. Onların içində tanınmış komandirlər də vardır. Qırıcılarının raket zərbələri nəticəsində isə 40 terrorçu məhv edilmişdir. Suriya ordusunun mühasirəyə saldığı digər qruplaşmanın 120 nəfəri məhv edilmiş, 12 nəfər isə əsir götürülmüşdür. Məlum olmuşdur ki, əksəriyyəti Türkiyə və Sudan vətəndaşı olan bu qruplaşmanı silah-sursatla Səudiyyə Ərəbistanı və İordaniya, texnika ilə ABŞ təmin edirmiş. Kanaker yaşayış məntəqəsində isə 500 döyüşçü könüllü olaraq təslim olmuşlar.
Sentyabrın 21-də təyyarələrin Rəqqa şəhərini bombalaması nəticəsində 142 terrorçu öldürülmüşdür. Öldürülənlər Suriyada vuruşan radikal qruplaşmaların müxtəlif qollarının üzvləridir. Bunların içərisində "Xənsa", "Həssəbah", və "Azəri" briqadasına məxsus terrorçular da vardır. İslamazeri.az saytı bildirir ki, 142 terrorçudan 40-ı "Azəri" briqadasına məxsus azərbaycanlı terrorçular olub. Tanınmış azərbaycanlı komandiri Əbu Davud da öldürülənlər arasındadır.
Əvvələr təfkirçilər mütəmadi olaraq NATO sputniklərinin çəkdiyi kəşfiyyat şəkilləri ilə təmin olunurdular. Hal-hazırda bu cür kosmik şəkillərlə Rusiya Müdafiə Nazirliyi Suriya ordusunu da təmin etməyə başlamışlar. Artıq hökumət qüvvələrinin Homs, Xama, İdlib və Latakiya istiqamətindən hücumlarını qırıcı təyyarələr müşayiət edir və İŞİD mövqelərinə sarsıdıcı zərbələr endirilir. Türkiyə və İsrail təyyarələrinin Suriya ordusu mövqelərinə aviazərbələr endirməsinin də qarşısı alınmışdır. Miq-31 rus təyyarələrinin regionda görünməsi NATO ölkələri təyyarələrinin Suriya hava məkanına müdaxiləsinə son qoymuşdur.
Rusiya hökuməti Latakiyadakı "Basl Al-Asad" aeroportu ərazisində vertolyotların qrup halında dayanması üçün baza, enmə zolaqları, uçuşların idarə olunma qülləsi və aeroport əməkdaşları üçün mobil evlər tikmişdir. Bundan əlavə, aeroport ərazisində Suriya əsgərlərinə hava döyüşünü idarə etməyi öyrətmək üçün təlim mərkəzi də yaradılacaqdır. Hərbi köməklə yanaşı, Rusiya hərbçiləri Suriyada 500 nəfərdən tutmuş 2000 nəfər adama sığınacaq verə biləcək qaçqın düşərgələrinin tikintisinə də başlamışdır.
ABŞ kəşfiyyatına mənsub olan "Statfor" araşdırma mərkəzi isə bildirmişdir ki, Pskov-Mozdok-Latakiya reysi ilə təyyarələrdə silah-sursat daşınır. Araşdırmalar onu deməyə əsas verir ki, Rusiyanın məşhur Pskov desant briqadası da Suriyaya göndərilmişdir.
Suriya ərazisinə cəmi 2500 Rusiya xüsusi təyinatlısının gətirildiyi bildirir. Yaxın zamanda onların sayının kəskin artacağı gözlənilir. Suriya ordusu komandirlərindən biri bildirmişdir ki, rus hərbçiləri arasında əsas rolu snayperçilər və şəhər şəraitində döyüş aparma mütəxəssisləri oynayır. O, bildirmişdir ki, "İvanov dəstəsi" adlı qrupun tərkibində snayperçi qızlar da vardır. 
Analitiklər Suriyada antiterror əməliyyatlarının başa çatmasından sonra Rusiya xüsusi təyinatlılarının İraqa keçəcəklərini bildirirlər. Rusiya ordusunun nümayəndəsi bildirmişdir ki, məqsədilmiz terrorçuların durdurulması yox, tamamilə məhv edilməsidir.
Frans Press xəbər agentliyi isə bildirmişdir ki, Rusiya artıq Latakiya aeroportunda 28 hərbi təyyarə yerləşdirmişdir. Maraqlıdır ki, Amerikan sputniklərinin baza ərazisindən çəkdiyi kosmik şəkillərdə aeroportun uçuş zolağına rus hərbçiləri tərəfindən "Obama - çmo" yazıldığı nəzərə çarpır.

Комментариев нет:

Отправить комментарий