Страницы

26.09.2015

Putin Suriyanın taleyini həll etdi: Əsəd hakimiyyətdən getməyəcək

Rusiya və İran şiələrə döyüş təlimi keçmək üçün birgə hərbi baza yaradıblar

Rusiyanın hərbi müdaxiləsi Suriyada "Liviya variantı"nın baş verməsinin qarşısını aldı. ABŞ-ın Suriyada hakimiyyət dəyişikliyi etmək planı alt-üst oldu. Son həftələr ərzində Suriyanın taleyində həlledici rol oynayan ölkələrin rəhbərləri- İsrailin baş naziri və Türkiyə prezidenti Putinin qəbuluna getməli oldular. Həmçinin ABŞ özü Rusiya ilə Suriya məsələsində təcili danışıqlara hazır olduğunu bildirdi. Halbuki əvvəllər ABŞ belə danışıqlara ehtiyac olmadığını bildirmişdi. Stratfor və National Unerest analitik mərkəzlərinin də qeyd etdiyi kimi, Suriya konfliktinin açarı artıq Putinin əlindədir. Putin isə belə hesab edir ki, Suriya krizisini yalnız ölkənin legitim hökumətini möhkəmləndirməklə və terrorizmi məhv etməklə həll etmək olar.
Artıq Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz təsirini İraq və Suriyaya qədər uzatmağa başlamışdır. Bu isə yeni dünya nizamında Rusiyanın əsas rol oynayacağından xəbər verir. Qərb və Şərqin konfrantasiyasında Qərb terrorizmi, Şərq isə əzilən xalqları müdafiə edir.
KTMT ölkələri İraq və Suriya ölkələrini müdafiə etməklə həm də elə öz ölkələrini gələcək qlobal təhlükələdən qoruyurlar. İŞİD terrorçu qruplaşması dünya təhlükəsizliyi üçün əsas problemlərdən biri olaraq qalır.
Rus ordusu artıq Suriyada İŞİD-ə qarşı uğurlu antiterror əməliyyatlarına start vermişdir. Suriya ordusunun yerüstü hücumlarını havadan Rusiya təyyarələri müşayiət edir. Ərəb KİV-ləri xəbər verir ki, Rusiya təyyarələri Hələb ərazisində İŞİD terrorçularının mövqelərinə əsaslı zərbələr endiriblər. Deyr Xafer-Hələb şossesindəki mövqelərdə terrorçular aviazərbələr nəticəsində çoxlu itkilər veriblər. Əməliyyat zamanı bəzi mənbələrə görə 120, bəzi mənbələrə görə isə 140 terrorçu məhv edilmişdir. An-Sabl yaşayış məntəqəsindəki İŞİD istehkamlarına hücum zamanı da terrorçular əsaslı zərbələr almışlar. "Rusiya təyyarəçiləri Suriya təyyarəçilərindən fərqli olaraq terrorçuların yerini tam dəqiqliklə müəyyən edir və xüsusi amansızlıqla məhv edirlər"- ərəb KİV-ləri yazır. Döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra təyyarələr Jablahdakı bazaya qayıdır. Ərəb mətbuatı bildir ki, Rusiya təyyarələri Dəməşq, Latakiya və Hama səması üzərində müntəzəm olaraq patrul edirlər və ölkə səmasını tam nəzarətdə saxlayırlar. Suriya ordusunun zabiti bildirmişdir ki, Rusiya təyyarələri Rakka-Deyr-əz Zor şossesindən keçən terrorçuların təhcizat karvanlarını daim bombardman edir, odur ki artıq İraqdan Suriyadakı terrorçulara heç bir kömək göndərilmir. Terrorçuların qərargahları və bazaları barədə Rusiya kəşfiyyatının əlində tutarlı məlumatlar vardır. Aviazərbələr nəticəsində İŞİD-in Rakkadakı ştabı, əsas silah anbarları, Al-Khasna Tabor Kampı, Nyu Hisbah Qərargahı, İŞİD Şəriət Məhkəmələri, Al-Takhfeekh Deposu, silah tədarük edilən böyük bir depo, o cümlədən azərbaycanlı terrorçuların məskunlaşdığı Azəri Tabor Kampı da dağıdılmışdır. Azərbaycanlıların təlim keçdiyi düşərgənin bombalanması nəticəsində tanınmış komandir Əbu David əl-Azəri öldürülmüşdür. Qadın paltarında Türkiyə ərazisinə keçmək istəyən Əl Nusra Cəbhəsinin 30-a yaxın üzvü isə həbs edilmişdir.
Palmirada İŞİD üzərinə hücumlarda rus hərbçiləri də iştirak etmişdir. Pravda.ru saytı bildirlir ki, terrorçular tarixi Palmira şəhərindəki evlərdə və qədim abidələrin arxasında gizlənməyə çalışırlar. Bir neçə ay şəhəri nəzarətdə saxlayan və qədim abidələri dağıdan terrorçular indi Suriya ordusunun hərbi hava qüvvələrinin zərbələri altında məhv edilməkdədir. Təkcə Xoms əyalətində baş verən son çarpışmada 40 terrorçu öldürülüb.
Rusiya qərargahında yüksəkçinli mənbə politonline.ruya bildirib: “Rusiya hərbçiləri eşalonlaşdırılmış müdafiə sistemini hazırlayıblar və Suriya ilə müasir silahların tətbiqi ilə bağlı kontraktı yerinə yetirirlər. Bu, mənim rəsmən deyə biləcəyim informasiyadır. Rusiya aviasiyasının hava hücumundan müdafiə ilə birgə döyüş əməliyyatlarında iştirakı ilə bağlı məlumatı isə nə təsdiq, nə də təkzib edə bilmərəm”.
Amerikan kəşfiyyatının təqdim etdiyi kosmik şəkillərindən Latakiya yaxınlığındakı Al-Assad aviabazasında 28 Rusiya hərbi təyyarəsinin olduğu üzə çıxmışdır: dörd Su-30SM, on iki Su-25 və on iki Su-24M2. Onların birdən birə Suriya ərazisində necə peyda olması ABŞ hərçiləri tərəfindən təəccüblə qarşılanmışdır. The Aviationist saytı bildirir ki, Latakiyadakı bazada 12 vertolyot da vardır: on Mi-24 və Mi-35M, iki Mi-8AMTŞ vertolyotları. Analitiklər bildirirlər ki, Rusiya Suriyaya müasir çoxhədəfli Su-30SM qırıcıları, Mi-17 döyüş vertoltotları, bombardmançı Su-24M-ləri də gətirmişdir. Son bir neçə həftədə Suriyaya çoxlu sayda hərbi məsləhətçilər göndərilib. Məlum olmuşdur ki, Suriyaya altı Miq-31 də gətirilib. Bu təyyarələr dünyada ən yaxşı vurucular sayılır. ABŞ mətbuatı bildirir ki, Rusiya Suriya ərazisində daha iki hərbi baza tikir.
İran və Rusiya arasında Suriyada birgə fəaliyyət haqqında razılaşma əldə olunub. Hərbi ekspertlər bildirirlər ki, Rusiya hərbçiləri Suriyada hava məkanına nəzarət edəcək, ölkə ərazisinə soxulan düşmən təyyarələrini vurub salacaqlar, İran ordusu isə Suriya ordusuna yerüstü əməliyyatlarda kömək edəcək. Jurnalistlər bildirirlər ki, əgər İran rəsmən Suriyada hərbi əməliyyatlara başlasa, bu terrorçu qruplaşmaların tam məğlubiyyəti ilə bitəcək. İran Xarici İşlər Nazirinin müavini Hüseyn Əmir Abdullahiyan demişdir ki, İran Rusiya ilə birgə İŞİD-ə qarşı ortaq cəbhə yaradır. Ərəb mətbuat bildirir ki, Rusiyanın başçılıq etdiyi koalisiyaya Misirin də qoşulacağı gözlənilir, belə ki, Rusiya və Misir desantçıları birgə hərbi təlimlər keçirirlər.
İran və Rusiyanın yaratdığı koalisiyaya Çinin də qoşulduğu bildirilir. Artıq Çindən Suriyaya slah dolu gəmi göndərilmişdir və Tartusdakı bazaya Çin xüsusi təyinatlılarının gələcəyi gözlənilir. Qərb mətbuatı bildirir ki, Çinin bu koalisiyaya qoşulması regionun geopolitik durumunu tam dəyişir və Kremlin Yaxın Şərqdəki pozisiyalarını möhkəmləndirir.
Fox News telekanalı isə ABŞ kəşfiyyatındakı mənbəyə istinadən xəbər vermişdir ki, Rusiya, Suriya və İran hərbçiləri şiələrə döyüş təlimi keçmək üçün Bağdadda koordinasiya mərkəzi yaratmışlar. Hazırlanmış şiə əsgərləri İŞİD terror qruplaşmasına qarşı döyüşlərdə iştirak edəcəklər. Telekanal bildirir ki, Koordinasiya mərkəzinə təcrübəli Rusiya generalları rəhbərlik edirlər. Rusların Bağdadda görünməsi ilə bağlı məsələyə münasibət bildirən ABŞ yetkilisi demişdir ki, "yaxın zamanda ruslar hər yerdə görünəcəklər".

Комментариев нет:

Отправить комментарий