Страницы

25.09.2015

Ramiz İsmayılov - Cəlilabadın bəlası

Bu adamı rayonda hər kəs yaxşı tanıyır, çünkü yollarda o "qarşılayır" və "yola" salır. Rayonumuzun insanı ailəsini dolandırmaq üçün gecə-gündüz çalışır, Rusiyaya gedir, karyerdə beli qırılır. Amma bu at oynadır. Mülkünün sayı-hesabı yoxdur. Xalqımız sağ olsun, "hörmət" eləməyi çox yaxşı bacarır.
Mən həmişə istəmişəm ki, bizim keşiyimizdə olan polislərimizlə fəxr edək. Ancaq nə vaxta qədər Ramiz İsmayılov kimi rüşvətxor, millətinin qanını içən biri vəzifədə olacaqsa, bu mümkünsüzdür. İnsanlarımız buna baxırlar və avtomatik düşünürlər ki qalan polislərimizdə bunun tayıdır. Ancaq heç də belə deyil.
Ramiz İsmayılov öz vəzifəsindən istifadə edərək, azyaşlı aftoşlara "daydaylıq" edir. Yəqin yaxın vaxtda siz tez-tez eşidəcəksiniz ki, Cəlilabadda azyaşlı qəza törədib. Mən hələ onun başqa əməllərini demirəm.
Ramiz İsmayılova Cəlilabad vəzifədən rədd ol deyir! Polisin adına xələl gətirməyə imkan vermək olmaz!

https://www.facebook.com/Celilabad015/photos/a.658973027562263.1073741829.651772204949012/706476036145295/?type=3&theater

Cəlilabadlı şair Dədəkişi Solğunun Ramiz İsmayılov haqda yazdığı şeir:

Peyda olub, a Nazir, Сəllabadda bir  bəla,
İsmi Ramiz, qaişnik, kliçkası Hopbala.

Salam olsun çox əziz çox hörmətli Nazirə,
Həqiqətdə qorxuruq, biz gedəndə bir yerə,
O günləri gedirdik cibimizdə yüz lirə,
Onu da Ramiz aldı, borclu qaldıq bərbərə,
Peyda olub, a Nazir, Cəllabadda bir  bəla,
İsmi Ramiz, qaişnik, kliçkası Hopbala.

İşləri çox xod gedir Cəllabad trasında,
Durub QAİ rəisi bu şəxsin arxasında,
Həqiqətin yaşları, gözlərin qarasında,
Soyhasoydu aşkara, dörd yolun ortasında,
Onun yeri, a Nazir, ancaq çaladır, çala,
Camışlarla oynaya, Hopbala, ay Hopbala.

Davranışda çox kobud, atasının yaşında
Kişiyə söyüş verir mikrofonlu maşında,
Məgər bir kişi yoxmu bu  peşənin başında?
Millətə sahib dura bu haqqın savaşında,
Peyda olub, a Nazir, Cəllabadda bir bəla,
İsmi Ramiz, qaişnik, kliçkası Hopbala!

Комментариев нет:

Отправить комментарий