Страницы

17.09.2015

Rusiya Suriyada 20-yədək qaçqın düşərgəsi tikəcək

Avrasiya.info saytı rusvesna.su saytına əsasən xəbər verir ki, Rusiya hökuməti Suriyada qaçqın düşərgələrinin tikintisinə start verib. Suriyaya təyyarələrlə müntəzəm olaraq hərbi və humanitar yardımlar göndərilir. Ölkənin şimalında yerləşən Latakiya aeroportuna An-124 "Ruslan" təyyarələri ilə humanitar yüklər daşınır. Rusiya öz nəzarətində olan Suriya ərazilərində qaçqınlar üçün düşərgələr tikmək fikrindədir. Artıq ilk belə bir düşərgə başa çatmaq üzrədir, ora çadırlar, qab-qaçaq, məişət ləzavimatı və ərzaq gətirilmişdir. Düşərgədə 2 min adam sərbəst yaşaya biləcək. Rusiya gələcəkdə 20-yə yaxın belə bir düşərgə tikmək niyyətindədir. Düşərgələr Rusiya, o cümlədən İran hərbçiləri tərəfindən qorunacaq.
"Russkaya vesna" xəbər saytı bildirir ki, qaçqınların Avropaya kütləvi axını fonunda Rusiya məsələyə özünəməxsus tərzdə yanaşmış, assimetrik və effektiv qərar qəbul etmişdir. Avropa ölkələri arasında qaçqınları qəbul etmək, ya etməmək mübahisələrinin səngimədiyi bir şəraitdə Moskva suriyalı qaçqınlar üçün ölkənin öz ərazisində sığınacaqlar tikir və onların təhlükəsizliyini təmin edir. Müstəxəssislər bildirirlər ki, Rusiyanın bölgədə apardığı belə humanitar siyasət Suriya konflikti ətrafında formalaşmış geopolitik duruma əsaslı təsir göstərəcək. "Bunlar bir daha sübut edir ki, Rusiya hökumətinin Suriyada əsas məqsədi konfliktin tezliklə yoluna qoyulması, dağıdıcı müharibəyə son verilməsi və Suriya vətəndaşlarının həyatlarının qorunmasıdır"- sayt yazır.

Комментариев нет:

Отправить комментарий