Страницы

02.10.2015

Allahverən Şirinov TSEK-i rüşvət yuvasına çevirib

Redaksiyanın poçtundan

Yazıb sizə bildirirəm ki, 10 ildir böyrəklərimin polikistozu xəstəliyindən əziyyət çəkirəm. Ağır işlərdə fəhlə işləməkdən böyrəklərim 12 santimetr uzanmışdır. Respublikanın müxtəlif xəstəxanalarında müalicə almışam. Ailə vəziyyətimiz olduqca ağırdır. Bizi Böyük Vətən Müharibəsi veteranı olan qoca atam saxlayırdı. O rəhmətə getdi. Anan Sovet vaxtı “Əmək veteranı” və “Qəhrəman ana” adı almış 1-ci qrup əlildir, onun aldığı pensiyanın ümidinə qalmışıq.
Xəstəlik sənədlərimi toplayıb 30 saylı TSEK-ə verdim. TSEK-ə rəhbərlik edən Allahverən Şirinov məni qəbul etdi. Mənimlə söhbətdə o açıq-aşkar dedi ki, pensiyaya çıxmağın indi qiyməti 5 min manatdır, əgər 2 min 500 manat versən, sənə əlillik pensiyası təyin edərəm. Mən etirazımı bildirdim, həqiqi xəstə olduğumu dedim. O dedi ki, belə həqiqi xəstələrdən çox var, mən sənə əlillik pensiyası təyin edən deyiləm.
Mən onun qəbulunda olarkən rayonun tanınmış dəllallarından biri içəri daxil oldu, əlindəki beş sənədi onun qabağına qoyub “Haqq-hesab çatıb” dedi. Allahverən beş sənədin beşinin də üstünü sakitcə yazdı. Mən dedim ki, bəs mənim sənədimi niyə yazmırsız, haqq-hesab vermədiyimə görə? Dedi, bəli, get hara deyirsən de, haqq-hesab çatmayınca sənə əlillik qrupu yazmayacağam. Xahiş edirəm ki, bu qanunsuzluğa hüquqi qiymət verəsiniz və TSEK-də rüşvətxorluq yuvası yaratmış Allahverən Şirinov haqda ölçü götürəsiniz.
Mənim atam Böyük Vətən Müharibəsi qəhrəmanı olub, bədəni bütöv qəlpə yarası idi. Əgər o bilsəydi ki, övladları bu cür ağçılıqla və qanunsuzluqla üzləşəcək, gedib canını qoyardımı? Sabah mən övladlarıma necə deyəcəm ki, get Vətən uğrunda vuruş? Gəlin baxın, yaşadığım ev 1906-cı ildə tikilən köhnə evidir, üstümüzə uçur. Yeməyə çörək tapmırıq, Allahverən Şirinov kimilərə hardan rüşvət verək? Xahiş edirəm ki, mənim məktubumu işıqlandırın və haqq-ədalətin bərqərar olması üçün köməklik edin.
Tək mən deyiləm, rayonda həqiqi xəstələr qalıb kənarda, kim pulunu verdi, ona əlillik təyin olunur. Qonşumun qızı polimielit xəstəliyinin ağır formasından əziyyət çəkir. Anadangəlmə qolunun birinin diametri o birindən bir neçə dəfə kiçikdir. Komissiyadan keçmək istəsə də, cəhdləri heç bir nəticə vermir. Yazıb dövlət orqanlarına göndərib ki, ölçü götürsünlər. Sağ qolu şikəst olduğuna görə 2-ci qrup əlillik yazılmalıdır, amma Allehverən deyir ki, yalnız 3-cü qrup əlilllik verə bilərəm. 2-ci qrup əlillik təyin etmək üçün ondan 800 manat rüşvət istəyir. Həqiqi xəstə olan adam niyə Allahverənə pul verməlidir? Allahverən Şirinov deyir, get Bakıda 6 ay xəstəxanalarda yat, kağız topla gətir. Bəyəm anadangəlmə şikəst adamın qolu Bakı xəstəxanalarında yatmaqla düzələcəkmi? Bu oyunlara son qoymaq lazımdır.

Qasımov Akif
Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий