Страницы

02.10.2015

Əgər Suriyada terrorçular bisələr ki, onlarla döyüşməyə çeçenlər gəlir, ölkəni tərk edəcəklər

Slon.ru saytı bildirmişdir ki, Çeçenistan lideri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən Suriyaya çeçen hərbçilərindən ibarət ordu yeritmək üçün icazə istəmişdir: "Mən bir müsəlman, bir çeçen, bir Rusiya patriotu kimi bəyan edirəm ki, 1999-cu ildə respubllikamız bu şeytanlar tərəfindən işğal olunanda, biz Qurana and içdik ki, harda olmaqlarından asılı olmayaraq bütün həyatı boyu onlara qarşı mübarizə aparacayıq. Mən sadəcə demirəm, xahiş edirəm, bizə icazə verilsin, ora gedərək xüsusi əməliyyatlarda iştirak edək". Ramzan Kadırov demişdir ki, əgər onun xahişi eşidilsə, respublikada "bayram olacaq". O bildirmişdir ki, əgər Suriyada terrorçular bilsələr ki, onlarla döyüşməyə çeçenlər gəlir, ölkəni tərk edəcəklər.
Suriyada Rusiya aviasiyası uğurlu antiterror əməliyyatları həyata keçirməkdə davam edir. Yeni model rus təyyarələrinin bortundakı nişanalma-naviqasiya cihazları yerüstü hədəfləri tam dəqiqliklə vurmağa imkan yaradır. İŞİD-in Əl-Rauda rayonundakı bazasının vurulması nəticəsində 38 terrorçu öldürülmüşdür. Zahiya məntəqəsinin bombaslanması nəticəsində isə 25 döyüşçü məhv edilmişdir. Su-34, Su-24 və Su-25 aviaqrupundan olan təyyarələrin 18 hücumu nəticəsində İŞİD-çilərin Suriya ərazisindəki 12 obyekti tamamilə darmadağın edilmişdir. Təkcə bir gecə ərzində təyyarələr 10 uçuş keçirmiş, 7 obyekti bombalamışlar. Təfkirçilərin Dar-Taaza rayonunda olan komanda punktları və əlaqə infrastrukturları tamamilə sıradan çıxarılmışdır. Su-25 təyyarəsinin raket zərbəsi nəticəsində Maaret-ən-Nuuman rayonundakı təlim düşərgəsi də vurulmuşdur. O cümlədən, Xabit rayonunda yerləşən silah-sursat anbarı da partladılmışdır. İŞİD-in Əl-Latamnedəki ştabı FAB-500 fuqas aviabombası ilə dağıdılmışdır. İŞİD-in bəzi yeraltı bunkerləri üçqatlı beton konstruksiyalarla örtüldüyündən onları məhv etmək üçün bu cür betondeşən bombalardan istifadə olunur. Kafer-Zaya məntəqəsi yaxınlığıında terrorçuların yeraltı bunkeri də betondeşən raket vasitəsilə partladılmışdır. Qırıcı təyyarələrin hücumu həm də terrorçuların üstünə pulemyot qoyub atdıqları onlarla Pikap maşını da sıradan çıxarılmışdır. Su-24 təyyarəsinin vurduğu zərbələr Madan-Cadid rayonundakı məşq düşərgəsini və Kasert-Farac rayonundakı gizli komanda məntəqəsini də yerli-yeksan etmişdir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaçenkov bildirmişdir ki, Rusiya təyyarələri terrorçuların Hələbdəki komanda punktunu məhv etmişlər.
Müşahidələr onu deməyə əsas verir ki, terrorçuların əvvəlki döyüş ruhundan əsər-əlamət qalmamışdır. Bunu onların sosial şəbəkələrdəki fəaliyyətinin analizi də təsdiq edir. Cihadçıların sosial şəbəkələrdəki aktivliyi azalmış, bir sıra təbliğat qrupları və tanınmış profillər qapadılmışdır. Facebook istifadəçisi olan cihadçılardan biri sosial şəbəkədə yazmışdır: "Kərkükdəki qardaşlarınıza dua edin, bizi bombalayırlar".
Reyter xəbər agentliyi bildirmişdir ki, İrandan Suriyaya yerüstü əməliyyatlarda iştirak edəcək xüsusi təyinatlı hərbi hissə göndərilmişdir. Onlara havadan Rusiya təyyarələri dəstək olacaqdır.
Politikus.ru saytı xəbər vermişdir ki, İraq da Rusiyaya İŞİD terrorçularından müdafiə olunmaq üçün müraciət etmişdir. İraqın baş naziri Hayder Əl-Abadi bildirmişdir ki, onlar ABŞ-ın İraqa "dəstəyindən" pərişan olmuşlar və bundan sonra terrorizmlə mübarizədə Rusiya ilə əməkdaşlıq etmək fikrindədirlər. Xatırladaq ki, bir müddət əvvəl Bağdadda İraq, Rusiya, Suriya və İran hərbçilərinin birgə Koordiunasiya mərkəzi yaradılmışdır.
Rusiya Dumasının beynəlxalq münasibətlər üzrə komitə sədri Aleksey Puşkov bildirmişdir ki, Rusiya ordusu Suryadakı əmələyyatları 3-4 ay ərzində başa çatdıracaq. Rusiya Hərbi Dəniz Flotu artıq Aralıq dənizi hövzəsində təlimlərə başlamışdır. Bu məqsədlə həmin aktavoriyaya "Moskva" qvardiya raket kreyseri, "Ladnıy", "P-109", "Smetlivıy", "Saratov" hərbi gəmiləri və təhcizat gəmiləri göndərilmişdir. Rus hərbçiləri 40 döyüş tapşırığı əsasında sınaqlar aparacaq, sualtı və hava hədəflərini vuran raket və artilleriya atəşləri həyata keçirəcəklər. Bundan başqa, rus dənizçiləri fövqəladə hal şəraitində axtariş-xilasətmə əməliyyatlarını sınaqdan keçirəcəklər.

Комментариев нет:

Отправить комментарий