Страницы

04.10.2015

İŞİD terrorçuları Suriyadan qaçırlar

Artıq Suriyada təhlükə ilə üzbəüz qaldıqlarını başa düşən terrorçular ölkə ərazisini tərk etmək üçün cəhdlər göstərirlər. Deyr əz-Zor əyalətində yaşayan tayfa mənsubları hökumət nümayəndələrinə bildirmişlər ki, terrorçular Suriyadan qaçmaq üçün yollar axtarırlar. Tayfa üzvləri demişlər ki, İŞİD döyüşçüləri artıq ailələrini də götürərək Al-Mayadın və Abu-Kamal şəhərlərini tələsik surətdə tərk etmişlər. Vahimənin səbəbi Rusiya aviasiyasının zərbə vurmaq ehtimalıdır. Homs, Dera və İdlib əyalətlərində isə 70 terrorçu silahları ilə birgə hökumət qüvvələrinə təslim olmuşlar.
Əc-Cazirə beynəlxalq telekompaniyası xəbər verir ki, İŞİD qruplaşması rusların Suriya müharibəsinə müdaxiləsindən sonra ölkə ərazisində cihada son qoymaq qərarına gəlmişdir: "Rusiyada yaşayan müsəlmanların əksəriyyəti sünnilərdir, İŞİD döyüşçülərinin də çoxu sünni olduğundan Rusiya ilə vuruşmağı münasib hesab etmirik"- qruplaşma liderləri telekanala bildirmişlər. Onlar həm də demişlər ki, İŞİD və Rusiyanın ABŞ-a münasibəti eyni olduğu üçün bir-birimiz ilə vuruşmaq məqsədəuyğun deyildir. 
Telekanalın bildirdiyinə görə, ilk olaraq rus hərbçiləri ilə vuruşmaqdan Almaniya, Fransa, İtaliya, İspaniya və İngiltərədən olan muzdlu döyüşçülər imtina etmişlər. Onlar İŞİD liderlərinin əmrlərini yerinə yetirməkdən boyun qaçırmış, əməliyyatlar zamanı açıq-aşkar sabotaja əl atmış, bəzi hallarda isə qruplaşma liderlərinin həyatı üçün təhlükə yaratmışlar. "Əl-Cazirə" telekanalı hadisələri belə şərh etmişdir: "Ruslar Yaxın Şərqdə əsl söz sahibinin kim olduğunu dünyaya göstərdilər. "Nyu York Tayms", "BBS" və digər amerikan nəşrlərinin də yalanları dünyaya bəlli oldu".
Vz.ru saytı Rusiya Qenştabının məlumatına əsasən bildirmişdir ki, terrorçular arasında kütləvi fərarilik və psixi pozğunluq halları artmışdır. Mövqelərinin 3 gün ərzində Rusiya aviasiyası tərəfindən müntəzəm bombalanmasından sonra, 600 döyüşçü Suriyanı tərk etmək və Avropaya üz tutmaq barədə qərar vermişdir. Onlar nəzarət etdikləri bir sıra məntəqələri boşaldaraq geri çəkilmişlər.
Rusiya Federasiyası Silahlı Qüvvələri Qenştabının general-polkovniki Andrey Kartapolov bildirmişdir ki, rus qırıcıları 3 gün ərzində 60 uçuş keçirmiş və 50 obyekti darmadağın etmişlər: "Terrorçuların material-texniki bazası tam dağıdılmış və döyüş potensialı kəskin surətdə aşağı düşmüşdür".
Terrorçuların Suriyanı tərk etməsini "Əl-Mayadin" ərəb telekanalı da təsdiq etmişdir. Telekanal bildirmişdir ki, Rusiya aviasiyasının bombardmanından ehtiyatlanan İŞİD döyüşçüləri təcili olaraq ailələrini də götürərək nəzarətlərində olan məntəqələri tərk etmişlər.
Suriyanın cənub əyalətlərində isə 450 terrorçu və 250 axtarışda olan şəxs silahlarını hökumət qüvvələrinə təhvil verərək təslim olmuşlar. Bir neçə gün ərzində keçən təslim proseslərində döyüşçülərdən avtomat, pulemyot, snayper tüfəngi kimi silahlar və amunisiyalar götürülmüşdür. Onlar reabilitasiya olunmaqlarını istəmiş və İŞİD terrorçularına qarşı döyüşmək arzularını bildirmişlər.
Xatırladaq ki, Rusiya aviasiyası Suriyada terrorçulara qarşı antiterror əməliyyatlarını uğurla həyata keçirir. Son iki gündə İŞİD-in Rakka şəhərindəki mövqelərinə ən azı 25 aviazərbə endirilmişdir. Təfkirçilərin əlində olan aeroport binası və Tabakada hərbi ştaba çevrilmiş hospital dağıdılmışdır. Terrorçuların Serakib və Cisr əş-Şuqur şəhərindəki obyektlərinə 16 aviazərbə endirilmişdir. Cisr əş-Şuqurda isə terrorçuların yatdığı kazarma yerli-yeksan edilmişdir.
Rusiya aviasiyasının Serakibdəki hədəfi Ən-Nusra Cəbhəsinin komanda-dispetçer mərkəzi olmuşdur. Terrorçuların sosial şəbəkələrdəki media-aktivistləri çoxlu sayda itkiləri olduğu barədə məlumatlar vermişlər. "Ceyş əl-Fateh" qruplaşmasının rəhbəri Zahran Alluş isə Rusiyaya müharibə elan etdikdən bir gün sonra raket zərbəsi nəticəsində öldürülmüşdür.

Комментариев нет:

Отправить комментарий