Страницы

03.10.2015

450 terrorçu təslim olmuş, 1000 terrorçu isə Türkiyəyə keçmək üçün koridor istəmişdir

Son iki gün ərazində Rusiya təyyarələri Latakiyadakı bazadan 40-dan çox uçuş keçirmiş, terrorçuların 24 obyekti - əsas silah anbarları, yeraltı bazalar, əlaqə punktları, o cümlədən partlayıcı maddə və partladılmaq üçün nəzərdə tutulan maşınlar hazırlayan zavodlar sıradan çıxarılmışdır. Aviasiya Latakiya, Homs, Hama, İdlib, Hələb və Raqqa ərazisindəki hədəfləri bombaladıqdan sonra Suriya ordusu bir neçə istiqamətdə müvəfəqiyyətlə hücuma keçmişdir. Terrorçuların istehkamları məhv edilmiş, "Ən-Nusra Cəbhəsi", "İslam Dövləti", "Cund aş-Şam", "Ceyş əl-Fəth" və "Ceyş əl-İslam" qruplaşmalarının fəaliyyətləri iflic vəziyyətinə düşmüşdür. "Ən-Nusra Cəbhəsi"nin iki avtokolonu qırıcı təyyarələrin atəşinə ilə üzləşmiş, əməliyyat meydanında yüzdən çox terrorçunun cəsədi qalmışdır. Homs şəhərinin iki yaşayış məntəqəsi, o cümlədən terrorçuların bir müddət əvvəl ələ keçirdikləri An-Neyrab və Kuveyris aerodromları Suriya Ordusu və Hizbullah əsgərlərinin hücumu nəticəsində azad olunmuş, hücum zamanı onlara havadan Rusiya vertolyotları dəstək vermişdir. Deraa və Suveyda əyalətlərinin cənubunda İŞİD və "Ən-Nusra Cəbhə"sinin mövqelərinə sarsıdıcı zərbələr endirilmişdir.
Maaret-En-Nuuman rayonundakı bunkerin vurulması nəticəsində "Ceyş əl-İslam" komandiri Zahran Alluş və qruplaşmanın digər aparıcı şəxsləri öldürülmüşdür. Hal-hazırda qruplaşmanın döyüşçüləri öz liderlərinə yas saxlayırlar. Xatırladaq ki, bir neçə gün qabaq qruplaşma Rusiyaya müharibə elan etmiş və rus əsgərlərinin başına pul quymuşdu.
Əsir düşən "Ən-Nusra Cəbhəsi" döyüşçülərinin dindirilməsi zamanı onlara İsrailin dəstək verdiyi üzə çıxmışdır. Daraa əyalətində 450 terrorçu silahı təhvil verərək hökumət qüvvələrinə təslim olmuşdur. Mühasirədə qalmış 1000-ə yaxın terrorçu isə Suriya hökumət qüvvələrinə və Hizbullah təşkilatına müraciət edərək Türkiyəyə keçmək üçün koridor istəmişlər. "Əl-Fəth" ordusu İdlibdəki qırargahını boşaldaraq şəhəri tərk etmişdir. Türkiyə mətbuatı bildirmişdir ki, buna, Rusiya aviasiyasının Keferuma və Cisr eş-Şugurdakı "Əl-Fəth" mövqelərinə sarsıdıcı zərbələr endirməsi səbəb olmuşdur. Xatırladaq ki, Türkiyənin dəstəklədiyi "Əl-Fəth" ordusu İdlibi bu ilin mart ayında ələ keçirmişdi.
Ərəb mediası xəbər vermişdir ki, Rusiya təyyarələri 3 gün ərzində 125 zərbə endirmişlər. Dağıdılan obyeltlərin içində İŞİD-in Al-Qariyateen şəhərindəki ştabı da vardır. İŞİD-in Hələbdəki komanda mərkəzi və Tabka aeroportunda terrorçuların cəmləşdiyi yer də məhv edilmişdir. Al-Bab rayonu ərazisində isə təfkirçilərin zirehli maşınları rus təyyarələrinin bombardmanına məruz qalmışdır.
Ekspertlər qeyd edirlər ki, Suriyaya gətirilmiş yeni rus silahları əməliyyatlarda qeyri-adi dəqiqliyi ilə fərqlənir. Suriya cəbhəsinə Rusiya hərbi-kosmik qüvvələrinin gətirilməsi regionda terrorçuların həyatını cəhənnəmə çevirmişdir. Rus təyyarələri hədəfi ən aşağısı 40-50 kilometr məsafədən vurduğundan, onları heç bir raket ilə vurmaq mümkin deyildir. Təyyarələrdə analoqu olmayan "Xibina" radioelektron müdafiə sistemləri də vardır ki, təyyarəni vurmaq üçün atılan raketin istiqamətini dəyişməyə qadirdir. İŞİD və digər terrorçu qruplaşmaların heç bir havadan müdafiə kompleksləri belə  yoxdur. Rusiyanın yeni model aviasiya texnikaları təyyarəçilərə minimal risk altında döyüş aparmağa imkan yaradır. Təyyarələrin hamısında müasir QLONASS nişanalma və naviqasiya sistemləri qoyulmuşdur. Qırıcıların atdığı bombalar hədəfi 5-10 metr dəqiqəliklə vurur. Su-34 bombardmançılarının atdığı KAB-500S bombası terrorçuların yeraltı bunkerlərini və beton istehkamlarını tamamilə dağıdıb külə çevirir.

Комментариев нет:

Отправить комментарий