Страницы

08.01.2016

"Azov dənizi dondu, amma rus xalqı bizi donmağa qoymadı"

Ukraynanın Qeniçesk şəhərinin sakinləri rusvesna.su saytının redaksiyasına rus xalqını Yeni il bayramı münasibəti ilə təbrik məktubu göndərmişlər. Onlar məktubda qaz ilə təmin olunduqlarına görə rus xalqına minnətdar olduqlarını bildirmişlər.
Qeniçesk şəhəri Ukraynanın Xerson vilayətinə daxildir. Şəhər bir müddət qaz təhcizatı ilə bağlı problem yaşamışdır. Rusiya prezidenti Vladimir Putinin qərarı ilə şəhər Krıma göndərilən Rusiya qazı ilə təmin olunmağa başlamışdır.
Qeniçesk şəhəri sakinlərinin redaksiyaya göndərdikləri fotoda şiddətli şaxtalardan donmuş Azov dənizi əks olunmuşdur: "Azov dənizi dondu, amma rus xalqı bizi donmağa qoymadı"- şəhər sakinlərinin məktubunda deyilir. Sakinlər Rusiyaya öz təşəkkürlərini bildirmişlər: "Vladimir Putinə sağ ol deyirik- o söz verdi və bizə qaz verdi. Yoxsa biz donardıq".
Ukrayna Regional İnkişaf Nazirliyinin məlumatına görə, şiddətli şaxtalar ucbatından Qeniçesk şəhərinin kommunal qaz xətlərində təzyiq aşağı düşmüş, bu isə şəhərin 2400 çoxmərtəbəli binasının və özəl evlər olan sektorun qazsız qalması ilə nəticənmişdi.

Комментариев нет:

Отправить комментарий