Страницы

08.01.2016

Ələvi döyüşçüsü: Vahhabilər müsəlman deyillər- onlar sadist və yalançıdırlar

Suriyalı Əli həm ticarətlə məşğul olur, həm də əlində silah ölkəsini terrorçulardan qoruyur. O, tibbi protezlərin satışı ilə məşğul olan şirkətin rəhbəridir. O cümlədən, Latakiya yaxınlığında onun restoranı vardır. Lakin Əlini biznesmen kostyumundan da çox, kamuflyajda görmək olur. Onun Türkiyə sərhədi yaxınlığındakı evinin damında iriçaplı pulemyot qoyulmuşdur. Maşınının arxa oturacağında isə həmişə avtomat silah var.
Federal Xəbərlər Agentliyinin jurnalisti Kamal Cəfəri ilə söhbətində Əli nəyə görə silaha sarıldığı barədə belə deyir: "Mən məcburən silaha sarılmışam və müqavimətə qoşulmuşam. Doğma kəndim Kfarin Cəbhət əl-Nusradan olan islamçıların mühasirəsinə düşəndə mən yerli müqavimətçilərin komandiri Hilal Əsədə yaxınlaşdım və silah istədim. Mən vətənimi qorumaq istədiyimi bildirdim. "Get qoru"- Hilal dedi və mənə Kalaşnikov avtomatları verdi".
Öz kəndinə qayıdan Əli avtomatları əli silah tutan kişilərə paylayıb. Onlar kəndin giriş hissələrində mövqelər yaradıblar və tələlər qurublar. Gecə terrorçular kəndə girmək istəyəndə yerli sakinlərin kəskin müqaviməti ilə üzləşiblər və itkilər verərək geri çəkiliblər. O vaxtdan Əli müqavimət işlərinin qurulması ilə məşğul olub.
O, deyir: "Bizdə demək olar ki bütün kişilər silah ilə davranmağı bacarır. Hamımız hərbi xidmət keçmişik. Əsas məsələ hərbi təlimdən də çox, dəstələrin təşkili və onlara komandanlıq etmək, o cümlədən silah-sursatla təminatdır".
Biznesmen-döyüşçü bildirir: "Şəxsən mən- ələviyəm. Sahil ərazilərdə əsasən ələvilər yaşayır. Müqavimətdə ələvilər çoxdur. Amma bizimlə çiyin-çiyinə sünnilər də, xristianlar da döyüşür. Layiqli insanlar, əsl vətənpərvərlər bütün konfessiyalarda var. Ancaq mənim fikrimcə, əgər ələvilər olmasaydı, Suriyanı çoxdan məhv edib tikələrə parçalayardılar. Terrorçulara qarşı əsas avanqard qüvvəsi ələvilərdir. Döyüşlərdə ən çox itki verənlər də ələvilərdir. Beynəlxalq təşkilatlar ələvilərə Avropaya emiqrasiya etmək üçün böyük pullar da təklif etdilər, amma biz imtina etdik, sonadək vətənimizi qoruduq".
Əli vahhabi terrorçularının Suriyada törətdikləri cinayətlərdən də danışmışdır: "Dəməşq yaxınlığındakı Adra kəndində onlar insanları diri-diri sobada yandırırdılar. Körpə uşaqları qaynar qazana soxurdular. Xalqın gözü qarşısında kişilərin başını kötüyün üstünə qoyub kəsirdilər. İstər ələvi, şiə, sünni və ya xristian olsun- kim ki Cəbhət əl-Nusra və İŞİD-in vahhabi ideologiyasını qəbul etmirdisə, hamısını öldürürdülər. Onlar görkəmli sünni liderlərin çoxunu qətlə yetirdilər. Şeyx Ramazan əl-Buti, müfti Məhəmməd Badra Hasunun oğlu Əhməd Bədra Hasun vahhabilər tərəfindən öldürüldülər".
"Bizim məqsədimiz- sakit, çiçəklənən, çoxkonfessiyalı Suriyadır. Bizim şəhərlərin küçələrinə baxın- yüz illərdir ki burada şiə və sünnilər, druz və xristianlar, ələvi və yezidlər sakit və mehriban şəkildə yaşayırlar. Suriya konstitusiyasına görə hamı bərabərdir. Bizim aramızda heç bir fərq yoxdur. Kimin şiə, sünni, ya ələvi olması söhbətləri yalnız ABŞ İraqa girəndən sonra başladı. ABŞ regionda dini ekstremizmi qızışdırdı. Bax onda qırğınlar başladı. Terrorçular ələvi və xristianları qırdılar".
Əli "dini müharibə" ifadəsi ilə razılaşmır: "İŞİD və Cənhət əl-Nusranın apardığı müharibə din uğrunda müharibə deyil. Onların əsl din haqda anlayışı yoxdur. Onlar deyirlər ki, ələvilər- müsəlman deyil, mən isə deyirəm ki, vahhabilər- müsəlman deyil! Onlar Səudiyyə Ərəbistanındakı yalançı islama tapınıblar, həmin islamı İngiltərə 18-ci əsrdə Məhəmməd ibn Abd əl-Vahhabın əli ilə müsəlmanlara permanent nəzarət etmək üçün yaratdı. Onlar həttə Məhəmməd peyğəmbərə hörmət qoymurlar. Razılaşmayanları isə ucdantutma öldürürlər. Bu- islam deyil. Əsl islam- sülh dinidir və gözəldir".
Əlinin fikrincə, Suriyadakı ekstremistlər öz ideologiyalarının yalançılığını çoxdan sübuta yetiriblər: "Siyasi momentlərə diqqət yetirin- vahhabilərin İsrailə qarşı döyüşdüyünü eşitdinizmi? Fələstinin və ya Golan yüksəkliklərinin azad edilməsi barədə bəlkə bircə kəlmə kəsiblər? Əvəzində isə dəfələrlə bildiriblər ki, Tel-Əviv dostumuzdur! Heç olmasa bu nümünədə kimin kim olduğu aydınlaşır".

Комментариев нет:

Отправить комментарий