Страницы

08.01.2016

Emir Kusturitsa: Əgər Putin əvvəl olsaydı, Yuqoslaviyanı "demokratiya"dan xilas edərdi

Tanınmış serb rejissoru Emir Kusturitsa bildirmişdir ki, Putin Suriyadakı terrorçuları məhv edərək ordakı müharibəyə son qoyacaq. Bu barədə politnavigator.net saytı xəbər verir. Kusturitsanın fikrincə, Suriyadakı müharibə may ayında sona çatacaq.
Rejissor təəssüf hissi ilə bildirmişdir ki, vətəni Yuqoslaviyada baş verən qanlı olaylar zamanı Putin hakimiyyətdə olmamışdır: "Əgər Putin bir az tez hakimiyyətə gəlsəydi, Yuqoslaviyadakı vətəndaş müharibəsi zamanı biz onunla nifrət etdiyimiz demokratiyanı, yoxsa dirəniş göstərəcəyimiz digər siyasi sistemi seçəcəyimizi müəyyənləşdirə bilərdik. Müasir dillə desək, ya sənin S-400-ün var, ya da yoxdur. Putin bizə balans tapmaqda kömək edəcəkdi".
Tanınmış sənətçinin fikrincə, Rusiya prezidenti insanlara Qərbin cah-cəlal içində çimməsinə görə bütün planetin ödədiyi bədəl barədə ağır həqiqəti çatdırır. O əmindir ki, ABŞ Qərbin identikliyini məhv edərək onu ağır tale ilə üz-üzə qoymuşdur: "Qərb Sibirin neft yataqlarının "Şell" və digər Qərb kompaniyalarının əlində olmaması ilə barışmaq istəmir".
Rejissor özünü "ağ avropalı saydığını" deyərək Avropaya miqrant axını ilə bağlı da narahatlığını dilə gətirmişdir: "Krizis davam edir, o öz-özünə meydana çıxmamışdır, hansısa mətbəxdə hazırlanmışdır. Yuqoslaviya kimi məhv edilməkdə olan Suriyadan olan qaçqınlar niyə Türkiyədə məskunlaşmırlar? Niyə Səudiyyə Ərəbistanı onları 2-3 milyon çadır ilə təmin etmir?".

Комментариев нет:

Отправить комментарий