Страницы

08.01.2016

Suriyanın Latakiya bölgəsindəki kafedə ruslara pulsuz xidmət göstərilir

Suriyanın Latakiya bölgəsindəki "Moskva" kafesinin sahibi Tarik Şaboo ruslara pulsuz xidmət göstərir. Bu barədə Al-Arabiya telekanalı bildirmişdir. Tarik Şaboo öz kafesinə "Moskva" adını 2012-ci ildə- Rusiya Suriyaya intervensiya barədə rezolyusiya layihəsinə veto qoyduqdan sonra vermişdir. Onun kafesində rusiyalı hərbçilərdən yeməyə görə pul alınmır. Latakiyanın digər kafelərində isə rusiyalı hərbçilər üçün 50 % endirimlər vardır.
Telekanal xəbər verir ki, rus qoşunları Suriyaya gələndən sonra yerli əhali arasında Rusiya simvolikaları olan militarist stildə geyimlər populyarlaşmışdır. Rusiya prezidenti Vladimir Putini Suriyada "Abu Əli Putin" adlandırırlar. Suriyalı sahibkarlar rusiyalı alıcılar hesabına külli miqdarda gəlir əldə etdiklərini bildirmişlər. Suriyalı ticarətçilərin xoşuna gələn odur ki, ruslar dükanlardan nəsə alarkən qiymət soruşmurlar. Dükan və bar sahibləri öz işçiləri üçün rus dili müəllimləri tutmuşlar ki, onlar rus alıcılara normal xidmət göstərə bilsinlər. Latakiyadakı ticarət obyektlərinin bir çoxuna "Moskva" və ya "Rusiya" adları verilmişdir. Dükanların demək olar ki hamısından Rusiya bayrağı asılmışdır.
Suriyaya gələrək Xmeymimdəki hərbi bazada əsgərlərə konsert verən Rusiyalı müğənni Yuliya Çiçerina jurnalistlərə bildirmişdir ki, o bura hərbçiləri dəstəkləmək üçün gəlmişdir: "Suriya gözəl, maraqlı yerdir və praktiki olaraq sivilizasiyanın beşiyidir". Xatırladaq ki, Yuliya Çiçerina bir müddət əvvəl yeni yaranmış Donetsk və Luqansk respublikalarına da səfər edərək, orada hərbçilərə konsertlər vermişdir.

Комментариев нет:

Отправить комментарий