Страницы

18.01.2016

Krımın ilhaqı – Şiələrin xilası

İbrahim Sel
 
YAŞIL ADAMCIQLAR ÇEVİK TƏRPƏNDİLƏR
 
 Bu gün Rusiyanın tənqid olunmasının əsas səbəblərindən biri onun Krımı tutmasıdır. Liberal düşərgənin başıboş jurnalistləri Krımın ilhaqı ilə bağlı ağıllarına və ağızlarına gələni yazırlar. Rus ordusu Krıma niyə girdi? Rusiya Krımı tutmasaydı, onu Amerika tutacaqdı. Rus ordusu çox yox, cəmi üç gün geciksəydi, NATO artıq Krımı götürəcəkdi. ABŞ-ın vitse-prezidenti Co Baydenin dediyi kimi, Krım “NATO və ABŞ qoşunları üçün əla baza ola bilərdi”. Maydan hərəkatının və Ukraynada çevrilişin məqsədi də elə Sevastopolda yerləşən Rusiya donanmasını oradan qovmaq və NATO ordusunu gətirmək idi. Alınmadı. Rus kəşfiyyatı ayıq tərpəndi.
 İtalyan tədqiqatçısı və publisisti Maurisio Blonde bildirir ki, ABŞ-ın Kiyev çevrilişində məqsədi Krımı nəzarət altına almaq idi. Publisist sensassiya doğurmuş məqaləsində yazır: “Kiyevdə törədilən dövlət çevrilişində qarşıya konkret məqsəd qoyulmuşdu: Rusiyanın Sevatopolda qərarlaşmış Qara Dəniz Flotunu neytrallaşdıraraq onu ABŞ Flotu ilə əvəz etmək”.
 18 fevral 2014-cü ildə Ukrayna parlamenti “Azadlıq” partiyası və Sağ Sektordan olan silahlılar tərəfindən tutuldu. 22 fevralda qanuni prezident Yanukoviç ölkəni tərk etməli oldu. Hakimiyyət qərbyönümlü millətçilərin əlinə keçdi. Qanuni prezident Yanukoviç ölkədən çıxan kimi Nalivayçenki kəşfiyyat xidmətinin rəhbəri təyin olundu. Nalivayçenko hələ əvvəlki prezident Yuşenkonun vaxtında kəşfiyyat rəhbəri işləmişdi və onunla məşhur idi ki, respublika kəşfiyyatının əsas binasında ABŞ-ın MKİ əməkdaşlarına xüsusi otaq ayırmışdı və amerikanların ölkənin gizli sənədlərinə girişinə yol açmışdı. Buna görə hətta Ukrayna Baş Prokurorluğu Nalivayçenkoya vətənə xəyanət maddəsi ilə cinayət işi açmışdı, lakin çevrilişdən sonra vətən xaini Nalivayçenko “demokratik dəyərlər uğrunda mübariz” kimi səciyyələndirildi. Maraqlı cəhətlərdən biri odur ki, ölkənin önəmli strukturuna rəhbər təyin olunmuş bu adamın Amerikan vətəndaşlığı vardı! MKİ-dən olan kuratorları Nalivayçenkoya ABŞ hərbi gəmilərinin Sevastopol buxtasına girişini təmin və koordinasiya etməyi tapşırmışdılar. Çevrilişdən bir neçə gün əvvəl tərkibində 90 döyüş təyyarəsi və vertolyotlar olan “Corc Buş” hərbi gəmisi ABŞ sahillərindən Qara dənizə yola düşdü. Onu 16 müxtəlif təyinatlı hərbi gəmilər, o cümlədən atom sualtı qayıqları müşayiət edirdi. Yeni Qərbyönümlü Ukrayna hökumətinin Sevastopoldan qovacağı Rus flotunu məhz həmin ABŞ flotu əvəzləməliydi. 22 fevralda, Yanukoviçin hakimiyyətdən salınması elan olunduğu gün həmin gəmilər artıq Bosfor boğazından keçərək Qara dənizə girmişdilər. Qanuna görə, Türkiyə 45 min tonnajdan ağır hərbi gəmilərin Dardanel boğazından keçməsinə icazə verməməli idi, amma ABŞ-ın marionetkası olan Türkiyə həmişəki kimi bunu etmədi, əksinə gizli şəkildə dayaq da verdi. Amma gördüyümüz kimi, yaşıl adamcıqlar cəld tərpəndi. Rus ordusu Krımı anicə tutdu. Tez bir zamanda rus əsgərləri Krımın bütün mühim strateji obyektlərini nəzarətə götürdülər. Putinin çox qısa bir müddətə, bircə güllə də atmadan Krımı zəbt etməsi bütün dünya ictimaiyyətini heyrətləndirdi. Bu, həm də onun nəticəsi idi ki, Krım xalqı özü yəhudi xuntasının hakimiyyətdə olmasına qarşı idi, ABŞ ordusunun Sevastopola girməsinə münasibət barədə isə heç danışmağa dəyməz. Referendumun nəticələri aydın göstərdi ki, hər yerdə olduğu Krımda da xalq rus ordusunun gəlişini səbirsizliklə gözləyir və xilas yolunu ancaq Rusiyada görür. Referendumda xalqın 99,7 faizi Krımın Rusiyaya birləşməsinə səs verdi. Krım küçələrində insanların sevincinin həddi-hüdudu yox idi.
 Krıma istiqamət götürən ABŞ-ın “Donald Kuk” gəmisində hər biri 16 nəfərdən ibarət olmaqla 6 kommandos dəstəsi vardı. Kommandoslar müxtəlif istiqamətlərdən Krım ərazisinə doluşaraq terror əməliyyatları həyata keçirməli və referendum ərəfəsində xalq arasında panika yaratmalı idilər. Qəhrəman rus əsgərləri buna da imkan vermədilər. Yaşıl adamcıqlar yarımadaya çıxmış həmin diversantların hamısını neytrallaşdırdılar. Rusiyanın Su-24 təyyarəsinin “Donald Kuk” gəmisinin üzərindən şığıyaraq çıxardığı “şou” bütün dünyada dillər əzbəri oldu. Rus təyyarəçisinin onlarla əylənməsi nəticəsində ABŞ gəmisindəki komanda heyətində çoxları şalvarını batırdı, bir çoxlarının qorxudan dili tutuldu, bəziləri isə sahilə qayıdan kimi ordudan təxris olmaq barədə ərizə verdilər. Onların bir çoxu hələ də dəlixanada müalicə alır, şokdan özlərinə gələ bilmirlər. Məlum oldu ki, gəminin önündə bir nöqtədə hərəkətsiz dayanıb duran Su-24 təyyarəsi amerikan gəmisinin radiolokasion və müdafiə sistemini sıradan çıxarmış, gəmidəkilərin qulağında güclü uğultu əmələ gəlmişdir. İnsidentlə bağlı Pentaqonun bir neçə yüksək rütbəli məmuru da istefa verməli oldu. Beləcə pindoslar genişmasştablı hərbi əməliyyatlara girəcəkləri təqdirdə ruslara qələbə çalmaq ümidlərini itirdilər. Üzə çıxdı ki, çürük ABŞ hərbi potensialı Rusiyanınkı ilə müqayisədə heç nədir. Maraqlısı budur ki, həmin hadisədən sonra Vaşinqton Fars körfəsinə yerləşdirdiyi təyyarə daşıyan gəmilərini də tələsik surətdə ərazidən çıxardı. ABŞ-ın yaşadığı ağır şokla bağlı “İnquisitr” nəşri yazırdı: “Aydın oldu ki, Rusiyaya yadplanetlilər tərəfindən verilmiş texnologiyalara qarşı ABŞ-ın effektiv müdafiə vasitələri yoxdur”. Belə lazımdır. Dərs olsun.
 
KRIMIN İLHAQINDAN ƏN ÇOX ŞİƏLƏR UDDU
 
 Rusiyanı Krımı ilhaq etməkdə suçlayan liberal camiənin dərdi-azarı başqadır. Krım Rusiyadan da çox bizə lazımdır, məhz bizə! Suriya sahillərində lövbər salaraq ölkənin hava sərhədlərini ABŞ, İsrail və Türkiyə təyyarələrindən qoruyan rus gəmiləri ora məhz Sevastopoldakı buxtadan gedib çıxa bilirlər. Qardaş Yəmən xalqına dəstək kompaniyasını da Rusiya Krımdakı bazadan çıxan gəmilərlə həyata keçirdi. Krım ABŞ-a ona görə lazım idi ki, Rusiya Suriya müharibəsinə müdaxilə edə bilməsin, onlar da rahatca Şərqdə şiə qətliamını həyata keçirsinlər! Krıma ABŞ-ın girməsi onunla nəticələnəcəkdi ki, vahhabi terrorçuları Suriya və İraqda dəstəksiz qalmış şiələri qırıb qurtarandan sonra Azərbaycanda da başımızı kəsəcəkdilər. Şərqdə başlanan şiə qətliamının, vahhabi terrorunun, NATO təcavüzünün qarşısını məhz Rusiyanın Sevastopoldakı hərbi gəmiləri aldı!
 Krımda cəmləşmiş “İskander” raket kompleksləri ilə Rusiya Bosfor da daxil olmaqla bütün Qara dəniz sahillərini nəzarətdə saxlaya bilir. Krımı əldə etməsi Rusiyanı avtomatik olaraq Qara dənizdə söz sahibinə çevirdi. Əgər Rusiya donanması Sevastopoldan çıxarılsaydı, rus raketləri Krasnodara yerləşdirilərdi, buradan isə Bosfor boğazındakı hədəfləri vurmaq çətindir. Sevastopol, Feodosiya, Donuzlav və Kerçdəki bazalardan rus hərbçiləri Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Ukrayna sahillərinə tam nəzarət edə bilirlər.
 Krım Amerikaya həm də Rusiyanı rahat məhv etmək üçün lazım idi. Məsələ burasındadır ki, ABŞ ordusunun ən mükəmməl raketləri sayılan “Tomaqavka”lar nəinki Moskvanı, heç Rusiyanın Avropa hissəsindəki hədəfləri vurmaq iqtidarında deyil. Krımda öz bazalarını yerləşdirmək ABŞ-a Rusiyanı yaxın məsafədən vurmaq üçün lazım idi. Moskvanı öz raketlərinin hədəfində saxlamaq üçün. Qara dənizdəki hərbi gəmilərdən atılan “Tomaqavka” raketləri nəinki Rusiyanın Avropa hissəsindəki obyektlərini vura bilirdi, həm də Uralın şəhərlərinə, hətta Qazaxstanın qərbinə də gedib çatırdı. Əlbəttə ki, Rusiya bununla barışa bilməzdi.
 Sevastopoldakı Qara Dəniz Flotu hava desantı və dəniz piyadalarından ibarət xüsusi təyinatlı qoşunların böyük qruplaşmasına malikdir. Flotun 80 min əsgəri daşımaq qabiliyyətinə malik 135 yük təyyarəsi vardır. Bu ordu qruplaşması Aralıq dənizi basseynindən tutmuş Fars körfəzinə kimi geniş bir ərazidə istənilən hücumun qarşısını almaq qüdrətinə sahibdir. Qara Dəniz Flotu Sovet vaxtından fəaliyyət göstərən Kosmik Uçuşlar Rəhbərliyi Mərkəzi tərəfindən idarə olunur ki, həmin mərkəzə Leninqrad, Kalininqrad vilayətlərindəki, Armavir şəhərindəki raket-lokasion sistemlərin radarlarından (hərəsi 6 min kilometr radiusunda ərazini götürür) məlumatlar daxil olur. Rusiya ərazisinə istər qanadlı, istərsə də ballastik raketlərin hücumu olarsa, radarlar anicə tutur və Qara Dəniz Flotu hücum mənbələrinə alternativ zərbələr endirir. Kosmik Uçuşlar Rəhbərliyi Mərkəzinin funksiyalarını sıradan çıxarmaq- Pentaqonun çoxdankı istəyidir. Kiyevdə çevriliş edərək “demokratik” marionet hökumət oturtmaqla ABŞ-ın əsas məqsədlərindən biri də Kosmik Uçuşlar Rəhbərliyi Mərkəzinin Qara dəniz regionu ilə bağlı işini pozmaq idi. Krımdakı hərbi bazalara amerikanların gəlməsi Pentaqona Rusiyaya zərbələr endirmək üçün rahat şərait yaradacaqdı.
 Rusiya imperatriçası 2-ci Yekaterina demişdir: “Suriya- Rusiyaya çıxmağa açar verən Yaxın Şərqin qapılarıdır”. Burnundan uzağı görməyənlər, Biləcəri kruqundan o tərəfə düşünmək qabiliyyəti olmayanlar üçün bu sözlərin mənasını anlamaq çətindir. Krımı ələ keçirməklə ABŞ həm də Rusiya iqtisadiyyatına öldürücü zərbə vuracaqdı: Rusiya üçün həyati əhəmiyyətli ticarət yollarının çoxu Qara dənizdən keçir. Krımın ABŞ-ın əlinə keçməsi ilə Rusiya avtomatik olaraq strateji üstünlüyünü itirəcəkdi, üçüncü dərəcəli ölkəyə çevriləcəkdi. Qərb və şərq istiqamətində bütün müdafiə sistemləri pozulacaqdı, Rusiya NATO-nun asan hədəfinə düşəcəkdi. Amerikanlara Rusiyaya öz şərtlərini diqtə etməyə şərait yaranacaqdı. Bu isə İranın müdafiəsiz qalmasına və şiələrin məhv olmasına gətirib çıxaracaqdı. Odur ki Rusiyanın Krımı ilhaq etməsindən ən çox biz şiələr udmuşuq! Şiələrin Həzrəti Abbası var!
 
İKİLİ STANDARTLAR
 
 “Yaxın vaxtlarda ən yüksək çinli Amerika məmurlarının planları məlum oldu. Bu, Rusiyaya qarşı birbaşa müharibənin başlaması ilə bağlıdır”- amerikan tarixçisi və politoloqu Stiven Koen deyib. Stiven Koenin sözlərinə görə, qarşıdurmanın ilkin mərhələsində ABŞ-ın fəal şəkildə hazırladığı Ukrayna, Türkiyə və Yaxın Şərq monarxiyaları çıxış etməli idilər. Rusiyaya üç istiqamətdən hücum etməyə hazırlaşırdılar: Ukrayna, Qafqaz (Türkiyə) və Mərkəzi Asiya. Vaşinqton bunun üçün Ukrayna və Türkiyədə dövlət çevrilişləri planlaşdırır, Suriyada müharibə meydanı yaradaraq Bəşər Əsəd hökumətini hərbi cəhətdən dağıtmaq istəyirdi. Ancaq Vaşinqton plana qismən müvəffəq oldu: Ukraynada çevriliş mümkün oldu, Türkiyədə isə baş tutmadı. Həmçinin Əsədin İŞİD-in köməyilə devrilməsi planı iflas etdi. Koen göstərir ki, ABŞ Kiyevdə dövlət çevrilişi həyata keçirdi, amma Moskva hakimiyyət boşluğundan istifadə etdi və Krımı Rusiyaya birləşdirdi. Və bununla da Qara dənizin açarını əllərinə götürdü. Amerika donanması Qara dənizdə strateji mövqedən məhrum oldu. Beləliklə, Moskva iki istiqamətlə ABŞ-ın zərbələrini dəf etdi, Ukrayna istiqaməti isə yalnız donduruldu. “Vladimir Putinin qətiyyətli hərəkətləri nəticəsində Rusiyaya hərbi zərbədən müvəqqəti imtina etməyə qərar verildi”- Stiven Koen bildirir.
 Maraqlıdır ki, Krım olayları ilə bağlı ABŞ siyasiləri öz çıxışlarında Rusiyanı işğalçı kimi qınayırlar, Krımın Ukraynaya qaytarılmasının vacibliyindən danışırlar. Amma nədənsə özlərinin milyonların qanı hesabına başa gələn işğalçılıq missiyaları yaddan çıxır. Krımda qan tökülmədi, bircə güllə də atılmadı. ABŞ isə tarix boyu heç bir səbəb olmadan, müxtəlif bəhanələrlə Meksika, İspaniya, Haiti, Nikaraqua, İran, Qvatemala, Qrenada, Panama, Salvador, Dominikan, Koreya, Vyetnam, İraq, Əfqanıstan, Liviya, Pakistan kimi onlarla suveren dövlətin ərazisinə soxulmuş, özü də yüz minlərlə insanın qanını tökərək soxulmuşdur! Bəs bu necə olsun?!
 Hələ 2014-cü ilin iyulunda Barak Obama Kiyevə hərbi konsultantların göndərilməsi barədə tapşırıq vermişdi. Onlar Ukrayna ordusu və Milli Qvardiyası heyətinə döyüş hazırlığı keçməklə məşğul idilər. Amma Vaşinqton Rusiyanı konfliktə hərbi müdaxilədə günahlandırır. Donbasda rus hərbçilərinin olması barədə heç bir tutarlı sübut tapılmadı. Bəli, Rusiyadan çoxlu könüllülər gəlirdi, çünki heç kəs öz xalqının qırılmasına sakit qalmaz, reaksiya verənlər tapılacaq. Kolomoyski, Timoşenko kimi Ukrayna siyasətini yönləndirən sanballı yəhudi liderlər çoxdan Ukraynanın şərq hissəsindəki rus əhalisinin məhv edilməsinin vacibliyindən söz açırdılar. Qlobal Prediktora necə ki ölkəmizin şərqində, cənubundakı şiə əhalisinin qırılması, yox olması vacibdir, eləcə də Ukraynanın cənub-şərqindəki pravoslav rus əhalisinin məhv edilməsi, bu münbit və strateji ərazilərin boşaldırması vacibdir. Rus hərbçiləri Ukraynada yox idi, amma Rusiya şəhərlərindən köməyə gəlmiş çoxlu könüllülər vardı. Amma axı ABŞ hərbçiləri rəsmi şəkildə Ukraynaya doluşmuşdular! Bəs bu necə olsun? Niyə bundan danışılmır? ABŞ-ın Avropadakı quru qoşunları komandanı general-leytenant Ben Xodjes Ukraynaya gəldi və bəyan etdi ki, Rusiya ilə müharibədə ukraynalılara ABŞ ordusu hərtərəfli kömək edəcək. O, Ukrayna ordusu zabitlərini ABŞ hərbi medalları ilə təltif etdi. Bəs bunu necə başa düşək? Bu hansı kitab-dəftərdə yazılıb? ABŞ general-leytenantı Ukrayna ordusu hərbçilərini öz əsgərləri hesab edir ki, onlara öz ölkəsinin medallarını verir. Axı ABŞ ordusu reqlamenti xarici ölkə vətəndaşlarına medal verməyi qadağan edir. Kələfin ucu burda görünür. General-leytenant Ben Xodjes bununla göstərmək istəyir ki, Ukrayna ordusu onun elə öz ordusudur! Öz uşaqlarımızdır!
 Sentyabr ayında Amerika-Ukrayna hərbçilərinin birgə Sea Breeza-2014 hərbi-dəniz təlimləri keçirildi, ardınca Ukraynada NATO quru qoşunlarının birgə Rapid-Trident təlimlərinə start verildi. Sonra isə 300 NATO desantçısı Ukraynaya yerli hərbçilərə “hərbi sirləri öyrətmək və kvalifikasiyanı artırmaq üçün” təşrif buyurdu. Pentaqon rəsmisinin bildirdiyinə görə, Lvov şəhərində yerləşmiş desantçılar Ukrayna Milli Qvardiyasının altı rotasına hərbi dərslər keçəcəkdi. Əgər ABŞ hərbçiləri Ukrayna ərazisinə girirsə, bunu demokratiya və əmin-amanlıq naminə edir. Yox, əgər Rusiya hərbçiləri Ukrayna ərazisinə girirsə, bu işğalçılıq və vandalizm aktıdır. Müasir dünyanın ikili standartları belədir. Almaniyalı mübariz siyasətçi, Bundestaq deputatı Sara Vaqenknextin sözləri ilə desək: “Ukraynada Qərbin hərbi məsləhətçilərinin peyda olmasını, Amerika və Böyük Britaniyanın Kiyevə silah satmasını məgər münaqişənin sülh yolu ilə həllinə dəstək kimi interpretasiya etmək olarmı? Merkel xanım! Bəs siz onda niyə ABŞ və Böyük Britaniyaya sanksiya tətbiq etmədiniz?”.
 Luqansk aeroportunun dağıntıları altından “Stinger” və digər ABŞ istehsalı olan silah-sursat tapıldı. Venanın “Şvexat” aeroportunda Avstriya polisi Ukraynaya uçan amerikan hərbçilərini həbs etdi, onların baqajından pistoletlər və M-16 avtomatları çıxdı. Mətbuat Lvov aeroportuna qonmuş ABŞ-ın dörd Black Havk döyüş vertolyotlarının şəkillərini dərc etdi. O cümlədən, mətbuata NATO üzvü olan Avropa ölkələrinin Ukraynaya silah-sursat ötürməsi barədə informasiyalar sızdı. Həmin məsələyə reaksiya verən NATO-nun baş katibi Yens Stoltenberqin münasibəti maraq doğurur: “Qanuni hökumətə silah vermək başqa məsələ, ona qarşı vuruşan separatistlərə silah vermək başqa məsələ”. Yaxşı. Olsun. Bəs onda Qərbin Suriyada qanuni hökumətə qarşı vuruşan ekstremistlərə silah verməsinə nə ad verək? Bəs onda niyə Qərb Rusiyanın Suriyada qanuni prezidentə kömək etməsini “münaqişəyə müdaxilə” adlandırır? İkili standartlar burda da rol oynayır. Bəşər Əsədin sözləri ilə desək, “sizi vuranda terror olur, bizi vuranda demokratiya”.
 Türkiyə ordusu qanunsuz olaraq İraq ərazisinə soxulanda ABŞ-ın vitse-prezidenti Co Bayden türk qoşunlarını tərifləyərək dedi ki, “onlar İraqa sülh gətirirlər”. Bilirsizmi nətərdi? Türkiyə ordusunun İraq ərazisinə soxulması işğal deyil. Türkiyə ərazisinə daxil olan təyyarəni vura bilər, ona görə ki onun ərazisi toxunulmazdır. Amma bu İraqa aid oluna bilməz, çünki Türkiyə ordusu orada qoca arvadlara yolu keçməyə kömək edir, ağacda ilişib qalan pişikləri xilas edir, maşın vuran itləri müalicə edir. Əgər sən ABŞ-a muzdurluq etməyi öhdənə götürmüsənsə, səninçün hər şey keçərlidir.
 
HƏDƏF ŞƏRQDƏ ŞİƏLƏR, QƏRBDƏ İSƏ PRAVOSLAVLARDIR
 
 Küveyt Xarici İşlər Nazirlliyi şokedici bəyanat verərək bildirdi ki, İŞİD-ə silah-sursat Ukraynadan gəlir. Bu bəyanat o qədər də böyük ictimai rezonans doğurmadı, belə ki İŞİD terror təşkilatı ilə müasir Ukrayna dövlətçiliyi ideologiyaları arasında yetərincə ümumi cəhətlər vardır. Vahhabi terrorçuları İraq və Suriyada qədim tarixi abidələri məhv etdikləri kimi, Ukraynadakı Sağ Sektorun fanatikləri də Sovet dövrünə aid abidələri yerli-yeksan edirlər. İŞİD terrorçuları İraq və Suriyanın şiə əhalisini qırdıqları kimi, Ukrayna millətçiləri də Donetsk və Luqanskda pravoslav əhalini məhv etməkdə qərarlıdırlar. İŞİD radikalları qurduqları xəlifətdə yaşamaq istəməyənləri kafir elan etdikləri kimi, Ukrayna radikalları da Avropaya qoşulmaq istəməyənləri düşmən elan etmişlər. Təsadüfidirmi? Mahiyyətə baxanda görürük ki, hadisələr eyni məcradan idarə olunur. Şərqdə şiələr hədəf seçildiyi kimi, Qərbdə də pravoslavlar hədəf seçilmişdir. Genosid planı eyni mərkəzdə hazırlanıb və eyni instruksiyalar əsasında aparılır.
 Ukraynada çevrilişdən cəmi bir neçə gün sonra artıq neonasist qruplar hakimiyyət koridorlarında görünməyə başladılar. İlk olaraq rus dilinin qadağan edilməsi məsələsi qaldırıldı. Ruslar işğalçı və özgə xalq elan olundular. Ökənin cənub-şərqində yaşayan əhalinin maaş və pensiyaları kəsildi. Rusdilli əhaliyə qarşı hərbi güc tətbiq olundu. Bir azdan kütləvi genosid başlandı. Proseslər Amerikanın pərdəarxasından dirijorluq etdiyi qanlı hadisələrlə müşayiət olundu.
 Ukrayna döyüşçülərinə təlim keçməyə gəlmiş ABŞ hərbi instruktorlarından biri olan serjant Devud Dzuik mətbuat səhufələrinə düşmüşdür. Onun hədəf kimi istifadə etdiyi nişangahların adı “İvan” idi. O Ukrayna əsgərlərinə “İvan”ları- rusları necə öldürmək lazım olduğunu öyrədirdi. Simvolikalarında faşist nişanlarından gen-bol istifadə edən “Azadlıq” partiyası və “Azov” batalyonu kimi neonasist hərbi birləşmələrin rusdilli əhaliyə qarşı törətdiyi cinayətlərlə youtube kanalı doludur. Adi vaxt demokratiyadan dəm vuran ABŞ hökuməti həmin neonasist qruplaşmaları qınamaq əvəzinə “Ukraynadakı neonasist qruplaşmalarının bundan sonra da dəstəklənməsi” haqqında qanun layihəsini Konqressə təqdim etdi. Genosid nəticəsində ölkənin cənub-şərqində yaşayan 5 min rusdilli əhali uşaqlı-böyüklü məhv edildi. Krımın Rusiyaya birləşdirilməsi isə Krımdakı əhalini həmin taledən xilas etmiş oldu.
 Bütün bunlar barəsində Qərb mətbuatında bircə kəlmə də deyilmədi, əvəzində isə “Rusiya ordusunun Ukraynaya soxulub ölkənin şərqindəki rusdilli əhalini qırması” haqqında isterika qaldırıldı. Heç kim soruşmadı ki, bəs onda niyə Donetskdə dinc sakinlərin başına yağdırılan raketlər Rusiya istiqamətindən yox, Ukrayna tərəfdən atılır?! Rusiya qaniçəndirsə, niyə qaçqınlar Ukraynaya yox, Rusiyaya qaçır? ABŞ, Kanada və digər NATO ölkələri Ukraynaya hərbi konsultantlar, silah-sursat, “Xammer” döyüş cipləri göndərdiyi halda Rusiya ora humanitar konvoylar göndərirdi, aclıqda olan xalqı mütəmadi olaraq ərzaq ilə təmin edirdi. Hadisələrin sonrakı axarı da göstərdi ki, ABŞ-ın məqsədi özünün dediyi kimi, “Ukrayna xalqının iradəsinin demokratik izharı” deyil, öz qlobal hegemonluğunu təmin etməkdir.
 ABŞ-ın xarici siyasəti məlum Vulfoviç doktrinasına söykənir. Həmin doktrina aşağıdakı prinsipləri özündə ehtiva edir: “Bizim əsas vəzifəmiz- istər keçmiş SSRİ ərazisində, istər başqa yerdə olsun, mövcud Dünya Nizamına təhlükə törədəcək yeni rəqiblərin meydana çıxmasının qarşısını almaqdır. Qərbi Avropada, Şərqi Asiyada, keçmiş SSRİ ərazilərində, eləcə də Cənub-Qərbi Asiyada hansısa regional gücün dominasiyasına imkan verməməliyik. Nəhəng resurslar üzərində nəzarət həmin gücü qlobal oyunçuya çevirə bilər. Bu yanaşma yeni regional müdafiə strategiyamızın əsasını təşkil etməlidir”. Başqa sözlə, Vaşinqtonun məqsədi nə demokratiya, nə də ədalət, nə insan haqlarının qorunması, nə sülh, nə də inkişaf deyildir- ABŞ-ın əsl məqsədi dünya hegemonluğunu qoruyub saxlamaqdır. Ukraynada baş verən hadisələrə də məhz belə nöqteyi-nəzərdən baxmaq lazımdır.
 
AVROPA İTTİFAQI – ABŞ-IN VASSALI
 
 Çexiya prezidenti Miloş Zeman Ukraynanın Avropaya qoşulmaq arzusuna hiddətlə yanaşmışdır: “Ukrayna başından xəstədir. Ukraynalılara təlqin ediblər ki, Avropa onları sevir. Avropa ilə Amerika ukraynalılara tüpürmək belə istəmir. Onlara öz hərbi bazalarını yerləşdirmək üçün torpaqlar və resurslar lazımdır”. ABŞ-ın keçmiş maliyyə naziri Pol Qenri Onil isə Ukrayna xalqına sensasiyalı açıq məktub yazaraq “xalq inqilabı” haqda dəhşətli həqiqətləri açmışdır. Siyasətçinin fikrincə, Maydan adı altında əslində ABŞ-ın Ukraynaya soxulması baş vermişdir. Pol Qenri Onil 2014-cü ildə Ukraynada baş verən iğtişaşları Vaşinqtonun ssenarisi və əmri ilə həyata keçirilən “idarəolunan dövlət çevrilişi” adlandırmışdır. Məktubda deyilir ki, Maydana yığışmış ukraynalılar istər-istəməz Ağ Evin kuklasına çevrilmişlər. Amerikalı siyasətçi göstərir ki, “xalq inqilabı” fiksiyadır- əslində ABŞ qeyri-hökumət təşkilatlarının, kəşfiyyat orqanlarının və Avropa İttifaqı nümayəndələrinin köməyi ilə Ukraynanı işğal etmişdir: “Amerikanlar öz tərəflərindən bircə güllə də atmadan və bircə nəfər də itki vermədən Kiyevi ələ keçirmişlər”. Ukraynalılara ünvanlanmış müraciətində keçmiş nazir yazır: “Bu sizi idarə edən və hərəkətlərinizi yönəldən teatr səhnələşdirməsi, ssenari idi. ABŞ birinci dəfə deyil ki, Rusiyanın ucqarlarından öz pozucu fəaliyyəti üçün istifadə edir. Siz ukraynalılar növbəti nailiyyətə çatmaq üçün vasitə oldunuz. Siz sadəcə böyük geopolitik dəyişikliklər üçün katalizator qismində seçilmişdiniz. Bütün baş verən hadisələrin sizə heç bir dəxli yoxdur- siz sadəcə ABŞ və onun avropalı vassallarının cinayətkarcasına istifadə etdiyi qurbanlarsınız”. Pol Qenri Onil məktubunda Avropa İttifaqını da tənqid atəşinə tutaraq onun əsl üzünü açıb göstərmişdir: “Avropa İttifaqı heç də demokratik deyil. O hətta hüquqi də deyil. Onun heç bir səlahiyyəti yoxdur. Avropa İttifaqı TEU və TFEU qaydalarını hər gün pozan bürokratiya yığınıdır. Avropa İttifaqı alman maliyyəçiləri qismində Qərb oliqarxları nümayəndəliyidir ki, ABŞ-ın bütün Avropa istisadiyyatını nəzarətdə saxlaması üçün yaradılmışdır. Avropa İttifaqı mahiyyətcə insanlarının vətəndaşlığı, dövlət quruluşu, dövlət siyasəti, hakimiyyəti, real parlamenti və Konstitusiyası olmayan institusion bir birlikdir. Əslində Avropa İttifaqında işlər heç də yaxşı getmir: iqtisadi göstəricilər mənfidir. Yaxın gələcəkdə heç bir perspektivi yoxdur. Avropa İttifaqı ölkələri nəhəng xarici borca malikdirlər. Ona görə də Avropaya inteqrasiya ilə bağlı fanatik arzunuz- ABŞ və Avropa İttifaqının güllərlə və sonsuz yalanlarla bəzəyərək sizin başınıza yeritdiyi böyük axmaqlıqdır və yanlış ideyadır”. Pol Qenri Onil Ukrayna xalqını aşağıdakı suallar üzərində düşünməyə çağırır: “Siz korrupsiya və rüşvətxorluqla dolu bu qanunsuz və qaydasız sistemə inteqrasiya olunmaq istəyirsiniz? Niyə görə indiyə kimi vəziyyəti heç vaxt araşdırmamısınız? Niyə Avropa İttifaqında hər şeyin qatmaqarışıq və qeyri-şəffaf olduğuna diqqət yetirməmisiniz? Məgər hiss etməmisiniz ki, Avropa İttifaqında qanunlar yoxdur, əvəzində press-relizlər var ki, onlar vasitəsilə qanunun həqiqi xarakteri tam təhrif olunub? Məgər yevronun xəstə halda olduğunu bilmirsiniz? Məgər görmürsünüz ki, yevroya keçəndən sonra dövlətlərin çoxu krizisə düşüb və yaşayış səviyyəsi əvvəlkindən qat-qat pisləşib? Yevro Almaniyanın özündə sıravi vətəndaşlar üçün böyük problemə çevrilib. Məgər Nuland və başqalarının öz bəd əməllərini gözəl sözlərlə pərdələmək səyləri sizə şübhəli görünməyb? Bu barədə düşünün. Arxayın olun: Aİ-yə inreqrasiya etməklə siz avropalı olmayacaqsınız- sadəcə ABŞ-ın əsarəti altına düşəcəksiniz. İmzalanmasına can atdığınız Assosiasiya- içində üç tələsi olan tryukdur. Sizin iqtisadiyyatınızın inkişafı ABŞ-ın heç vecinə də deyildir. Doğrudanmı siz öz ölkənizin məhv olmasını istəyirsiniz? ABŞ işğal etdiyi yerlərdə hakimlər yox, müharibə, yalan və falsifikasiya yolu ilə varlanmaqla məşğul olan oliqarxlar yaradır”.
 Avropa ölkələri Aİ administrasiyası vasitəsilə ABŞ tərəfindən idarə olunur. Məhz bunun nəticəsidir ki, Avropa İttifaqı iqtisadi dalana dirənib və borc tələsindən qurtarmaq iqtidarında deyil. O hər gün xilas olmaq üçün daha masştablı çabalar göstərsə də, borc bataqlığına daha dərindən oturur. ABŞ-ın özündə olduğu kimi, Avropa İttifaqında da korrupsiyanın miqyasları son dərəcə böyükdür. Həm də bu zaman Qərbdə korrupsiya qismən leqal müstəviyə keçirmişdir (lobbizm adı ilə), qismən də birbaşa olmayan rüşvətlərdən- səfərlərin, görüşlərin, gecələrin və s. təşkili kimi daha incə metodlardan istifadə olunur. Hətta leqallaşdırılmış və dolayı korrupsiyanı çıxsaq, hər halda korrupsiyanın həcmi Qərbdə çox böyükdür. Məsələn, Avropa Komissiyası 2013-cü ildə rəsmi korrupsiya ziyanının həcmini açıqlamışdır- 120 milyard avro (qeyd edək ki, real rəqəm “çox güman qat-qat böyükdür”). Bu məbləğ Avropa İttifaqının təxminən illik büdcəsinə və Qətər kimi zəngin bir dövlətin paritet alıcılıq qabiliyyəti üzrə ÜDM-in həcminə bərabərdir. Lakin aydın məsələdir ki, “sivil” Qərbdə “sivil” korrupsiya Qərb isteblişmentinin gözündə heç də “qalan dünya” üçün nəzərdə tutulmuş qiyam və inqilab bəhanəsi deyildir. Fransalı publisist və filosof Pyer Asner yazır ki, “soyuq müharibə”nin başa çatması nəticəsində yaranmış birqütblü dünyada ABŞ qalan dünyanı özünə inanmağa çağıraraq, Amerika hegemonluğunun qurulmasının planlarını tənqidi qiymətləndirmək bacarığını itirmişdir. P.Asner yazır: “Əgər nəzarət olunmayan hakimiyyət öz evində korrupsiyaya meyillidirsə, bu hakimiyyət beynəlxalq xarakter kəsb edəndə niyə də bütün dünyaya zərər yetirməsin?” Burada Amerika mentalitetinin anadangəlmə xüsusiyyəti özünü büruzə verir- qaradərili qullara sahib olmaq, lakin eyni zamanda özünü demokratik düşüncəli nümunəvi siyasətçi hesab etmək olar...
 
RƏNGLİ İNQİLABLAR USTASI
 
 Maydan hadisələrinin maliyyəçilərindən biri, Avropa Yəhudi İttifaqının rəhbəri, ukraynalı oliqarx Kolomoyski İsrailin Hayfa şəhərində öz soydaşları qarşısında çıxışı zamanı demişdir: “Biz ukraynalılar üzərində təcrübə apardıq. Biz dil fərqlərini qabartdıq və tarixi eybəcərləşdirərək rusları ölkə azadlığının əsas düşmənləri kimi göstərdik. 20 ildən sonra biz ruslara qarşı ideal döyüşçülər ortaya çıxardıq. İndi rusu öldürən istənilən ukraynalını qəhrəman hesab edəcəklər. Ümidvaram ki, onların münasibətlərini 100 illik müddətə qıra bilmişik. İndi Rusiyadan ayırmaqla ukraynalıların özlərini asanlıqla məhv etmək olacaq. Onlara müharibə aparmaq üçün faizə pul verəcəyik, yığılmış borca görə isə əllərində olan nə varsa alacayıq”.
 Ukrayna 1991-ci ildə SSRİ-dən çıxan ərəfədə Almaniya Federativ Respublikasının iqtisadiyyatına bərabər iqtisadiyyata malik idi. Əhalisinin 98 faizi savadlı idi. Ukrayna cihazdan tutmuş raketə kimi, gəmidən tutmuş təyyarəyə kimi istehsal edirdi. Ukraynanın Qara dəniz gəmiçiliyi dünyanın ən böyük gəmiçilik kompaniyası idi. Dünya okeanı Ukrayna gəmiləri ilə dolu idi. Bəs “müstəqillik” əldə etdikdən sonra nə qazandı? ABŞ-ın dövlət çevrilişinə qoyduğu “investisiyanın” əvəzində yəhudi baş nazir Yaçenyuk ölkənin bütün qızıl ehtiyatını ABŞ-a göndərdi. Yeni hakimiyyət ilk 10 ay ərzində Ukraynanı bankrot edərək xarici borcu tarixdə görünməmiş həddə çatdırdı. Ukraynalılar həmin borcu vermək üçün daim gecə-gündüz Sizif əməyi ilə əlləşməlidirlər. Ardınca Beynəlxalq Valtuta Fondu ortaya düşərək Ukraynanı bir kreditin ardınca digərini götürməyə məcbur etdi, tələb qoydu ki, ölkədə xalqın rifahının yaxşılaşmasına hesablanmış sosial tədbirlərin hamısı dayandırılsın. Artıq bizlərə də sirr deyil ki, Beynəlxalq Valyuta Fondunun ayağı dəyən bütün ölkələrdə pensiyalar azaldılır və yaş həddi qaldırılır, səhiyyə, sənaye, kənd təsərrüfatı məhv edilir, amma hər yerdə al-əlvan bank binaları tikilir. Ölkənin xammalı dəyər-dəyməzinə amerikan investorlarına verilir. Bir vaxtlar bolluqda yaşayan postsovet ölkələri əhalisi indi bir tikə çörəyə möhtac qalıb, insanlar ailəsini dolandırmaq üçün fəhlə işi də tapa bilmir. Birdəfəlik başa düşmək lazımdır ki, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı kimi təşkilatlar- sadəcə qaniçən, yırtıcı sələm strukturlarıdır. Onlar sizin iqtisadiyyata tüpürmək belə istəmirlər- onlara pul, xammal və təbii sərvətləriniz lazımdır! İkili standartlar siyasəti həmçinin Ümumdünya Ticarət Təşkilatının fəaliyyətinin əsasını təşkil edir. ABŞ-dan olan görkəmli iqtisadçılar və siyasi xadimlər açıq-aşkar bəyan edirlər ki, bu təşkilatı yaratmaqda məqsəd transmilli korporasiyaların maraqlarını ifadə etməkdir. Bu beynəlxalq qurumun qaydaları ilk vaxtdan inkişaf etmiş ölkələrin xüsusiyyətlərinə və maraqlarına uyğun qurulmuşdur: bir tərəfdən öz bazarlarını fəal şəkildə qorumaq, digər tərəfdən isə maneəsiz olaraq digər bazarları mənimsəmək.
 Amerikalı miliyarder, Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros Ukraynanı fəlakətə sürükləmiş həlledici fiqurlardan biridir. Çevrilişdən sonra onun yeni prezident Poroşenko ilə elektron yazışmaları ortaya çıxdı. Bu yazışmalarda Soros və Poroşenko  ABŞ istehsalı olan hücüm silahlarının Ukraynaya gətirilməsindən, eyni zamanda amerikalı instruktorların ukraynalı hərbçilərə təlim keçmə planlarından bəhs edirlər. Müasir dünyanın “ağaları” üçün Corc Soros “maydanların”, dövlət çevrilişlərinin və inqilabların əvəzolunmaz ustasıdır.
 Amerikalı jurnalist və publisist Ueyn Madsen yazır: “Con Kerri bildirir ki, ABŞ dünyada baş verən “rəngli inqilablar”a heç bir dəstək vermir. Görünür, cənab dövlət katibinə 64 rəngli karandaşdan ibarət- Vaşinqtonun hazırladığı hər inqilab üzrə bir karandaşdan ibarət bağlama göndərmək lazımdır”. Madsen göstərir ki, 2009-2013-cü illərdə Senatın Beynəlxalq əlaqələr komitəsinin sədri olmuş ABŞ-ın indiki dövlət katibi “rəngli” hərəkatlara köməklə əlaqədar Amerika siyasəti barədə başqalarından yaxşı bilməlidir. Madsen ABŞ-ın iştirakı və dəstəyi ilə dövlət çevrilişlərinin baş verdiyi ölkələrin siyahısını gətirir: Gürcüstanda “qızılgüllər inqilabı”, Ukraynada “narıncı inqilab”, Livanda “sidr inqilabı”, Fələstində “zeytun inqilabı”, Qırğızıstanda “zanbaqlar inqilabı”, Yuqoslaviyada, Küveytdə, Liviyada, Birmada, Tibetdə və digər ölkələrdə dövlət çevrilişləri... Həmçinin Moldovada, Monqolustanda, Özbəkistanda, Ekvadorda, Boliviyada və Belarusiyada inqilablar planlaşdırılmış, lakin baş tutmamışdır. Bu, ABŞ hakimiyyətinin növbəti ikiüzlülüyünə parlaq nümunədir. Maraqlıdır ki, əgər bizim günlərdə ABŞ özünə sərf etməyən “diktator” elan edilmiş hökmdarlara qarşı fəal şəkildə rəngli inqilablar təşkil edirsə, əksinə bir müddət əvvələ kimi (çox halda elə indi də) sağ təmayüllü əsl diktatorları, xüsusən də Latın Amerikasında fəal şəkildə dəstəkləyirdi. Amerikanlar üçün nə amansızlığın, nə də rejimin cinayətkar olmasının əhəmiyyəti yoxdur- əsas odur ki amerikanpərəst diktatorlar ABŞ-ın iqtisadi maraqlarını təmin etsinlər.
 Öz sərhədlərindən kənarda demokratiya tələb və diktə edən ABŞ-da siyasi sistemin çoxsaylı qüsurları mövcuddur, xüsusilə də seçki sistemi qeyri-təkmil və antidemokratikdir. 2012-ci ilin prezident seçkilərində müxtəlif ştatlarda 32 namizəd irəli sürülmüş, hər hansı bir maneə və ya hüquq pozuntusu olmamasına baxmayaraq, bunlardan yalnız 4-ünün adı seçki bülleteninə salınmışdı, son nəticədə isə cəmi iki partiya nümayəndəsi prezidentlik postu uğrunda mübarizəyə buraxılmışdı! Belorusiya prezidenti Aleksandr Lukaşenkonun fikirləri isə daha maraqlıdır: “Qərb demokratiyası barədə mif yaradıblar. Bizdə keçirilən seçkilər Qərbin xoşuna gəlmir. Qoy Amerikaya gedib orada seçkilərin necə keçirildiyini görsünlər. 50 milyon nəfər seçki siyahısına salınmadığı üçün səs verə bilmədi. 23, ya da 25 prezidentliyə namizəd vardı. Ancaq siz yalnız Obama və Romni haqqında eşitdiniz. Qalan 25 namizədi bu “balinalarla” diskussiyaya cəhd etdiklərinə görə həbsxanaya saldılar. Öz qanunları ilə gəlıb “bostanımıza” girir və bizi öyrətməyə çalışırlar. Bu demokratiya söhbətlərini yığışdırmaq lazımdır. Baxın, İspaniya, İtaliya, Fransa, Yunanıstandakı nümayişlərdə nələr baş verir? Orada heç kim nümayişçilərin nazı ilə oynamır. Siz məni diktator olmaqda qınayırsınız. Ancaq özünüz hər gün insanları su və gözyaşardıcı qazla “sulayırsınız”. Nə qədər insanı əzmisiniz? Bu barədə heç kim danışmır. Əfqanıstanda milyonlarla insanı öldürdünüz. Neft lazim olanda İraqı yerlə-yeksan etdiniz. Sarkozi böyük demokrat idi, amma liviyalı Qəddafidən 150 milyon dollar pul almışdı. Pulu aldı, üç ildən sonra isə Qəddafinin başına bomba yağdırdı, xüsusi təyinatlılar onu zorladı və öldürdülər. Bəyəm bu demokratiyadır?”
 Bəli, ABŞ, eləcə də Qərb ölkələri öz ərazilərində qanunun icazə verdiyi çərçivələrdən kənara çıxan etiraz aksiyalarını amansızlıqla yatırırlar. “Uoll-striti işğal” hərəkatı zorakılıqla dağıdıldı və o zaman həbs olunan 700 nəfərin taleyi hələ də məlum deyildir. Lakin xaricdə bu cür aksiyalardan söhbət gedəndə, bu aksiyalar növbəti Qərbpərəst rəngli inqilaba çevrilə biləndə, Qərb və ABŞ heç bir əxlaqsızlığa və etirazçılar tərəfindən zorakılığın təzahürlərinə baxmadan belə aksiyaları dəstəkləyirlər. Müntəzəm olaraq belə vəziyyət yaranır ki, Qərb KİV-i növbəti rəngli etiraz xadimlərindən “dinc etirazçı” və ya “dinc fəal” obrazı yaradırlar, öz evlərində isə hakimiyyət orqanları belə fəalları cinayətkarlar kimi tez-tələsik cəzalandırırlar.
 
“BİZİM QAYDALARIMIZLA OYNAMALISINIZ”
 
 Britaniyalı jurnalist və blogger Nil Klark “Əgər Rusiya özünü ABŞ kimi aparsaydı, nə olardı?” adlı maraqlı məqalə yazıb. O öz yazısında dünyada baş verən olaylara başqa rakursdan yanaşıb. Jurnalist ABŞ-ın etdiklərini Rusiya edərdisə, nələr baş verəcəyini ictimaiyyətin nəzərinə çatdırıb: “Təsəvvür edin ki, Rusiyanın maliyyə dəstəyi ilə Kanadada ultrasağ ekstremistlər və neonasistlər hakimiyyəti devirirlər. Təsəvvür edin ki, Rusiya və müttəfiqləri neftlə zəngin Yaxın Şərq ölkələrinə qarşı geniş masştablı hərbi əməliyyatlara başlayırlar və bunu həmin ölkələrin kütləvi ölüm silahına malik olması ilə əsaslandırırlar. Təsəvvür edin ki, soyuq müharibənin başa çatmasından sonra Rusiya ABŞ-ı öz hərbi bazaları ilə mühasirəyə almağa başlayır, Kanadanı öz hərbi alyansına birləşdirməyə can atır. Təsəvvür edin ki, Rusiya Meksikada ABŞ-ın Estoniyada etdiyi kimi hərbi təlimlər keçir. Təsəvvür edin ki, Rusiya siyasətçiləri Avropada keçirilən küçə yürüşlərinə baş çəkirlər, etirazçılara Nulandın etdiyi kimi peçenye paylayaraq hakimiyyəti açıq-aşkar yıxmağa çağırırlar”. Nil Klark bildirir ki, ABŞ-ın etdiklərini hansı başqa ölkə etsəydi, əlbəttə ki ümumi hiddət doğurardı: “İkili standartların mövcudluğunu görmək üçün sadəcə ölkələrin adlarının yerini dəyişmək kifayətdir”.
 İranın ali dini lideri Ayətullah Xameneyi Amerikanın törətdiyi cinayətlər haqda deyir: “Əsas cinayətlərdən hansını ABŞ hakimləri törətməyib?! Onlar nə qədər milli hökumətləri devirdilər! Amerikanın cəsus təşkilatı olan MKİ Afrikada, Latın Amerikasında, Amerika qitəsində, Orta Şərqdə və Asiyada lazım bildikləri yerə nə qədər müdaxilə etdilər! Onlarla müvafiq olmayan hökumətləri devirmək üçün təxribatlar hazırladılar. Bu nümunələr çoxdur. ABŞ-ın indiki prezidenti olan cənab Buş bir zaman ölkəsinin cəsus və kəşfiyyat qurumunun başçısı olmuşdur. Özü bilir ki, orada nə işlər görmüşlər. Bəlkə də bu işlərin çoxunu onun özü etmişdir. Xalqları talamaq, onlara hücum etmək, yalan şayiələr buraxmaq, dünyaya fəsad yaymaq, hətta ABŞ-da xalqın bir çox təbəqələrini axmaq yerinə qoymaq... Bunlar ABŞ dövlət başçılarının və dünyanın digər zalım güclərinin gördüyü işlərdir. Görün Fars körfəzi haradadır, Amerika Birləşmiş Ştatları harada. Burada özlərinə maraq təyin etmişlər. Bu qədər məsafəyə rəğmən, bu regionda özləri üçün maraq tərif etmişlər. İndi bu tərifi dünyanın ağıllı, insaflı adamları, hüquqşünasları təsdiq etsinlər, etməsinlər, onlar üçün əhəmiyyəti yoxdur. Çünki heyvani güclərinə arxalanırlar. Bir neçə il bundan öncə bir ABŞ donanması Fars körfəzində İranın bir sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə hədəf seçdi, vurdu, yandırdı, suya saldı və içindəkilərin hamısını məhv elədi. Sonra etirazlar ucaldı. Dünya bu hadisədə xalqımızın haqlı olduğunu bildikdə üzr istəyib dedilər ki, bağışlayın, səhv etmişik. Qəribədir! Səhv etdiniz?! Dünyanın bugünkü gücləri arasında mövcud ənənənin əksinə olaraq, toxunulmaz olan sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə vurursunuz və sonra deyirsiniz ki, səhv etdik! Qələt edib səhv etdiniz. “Səhv etdik” nə deməkdir?! Əgər donanmanın komandiri səhv etmişdisə, bəs nə üçün mühakimə etmədiniz?! Nə üçün ona medal verdiniz?! Nə üçün müxtəlif sözlərlə yenə də xalqımıza qarşı düşmənliyinizi davam etdirdiniz?! Nə səhv?! Siz faciə törətməkdə heç zaman səhv etmirsiniz. Müstəqil xalqlar əleyhinə çirkin iş görməkdə heç zaman səhv etmirsiniz. Gedib ən çirkin və ən pis nöqtəni tapırsınız. Bu gün qlobal hegemonizm budur. Bu gün ABŞ budur. Bunlar cinayət törətməkdən çəkinmirlər”.
 Publisist Məmməd Süleymanov yazır: “«Qaydaları Amerika müəyyən etməlidir. Qərarları Amerika verməlidir. Digər ölkələr Amerikanın və onun tərəfdaşlarının müəyyən etdiyi qaydalarla oynamalıdır və bunun tərsi olmamalıdır»- əgər sitatda “Amerika” sözü olmasaydı, fərz etmək olardı ki tamtam kimi səslənən bu cümlələr Mussoliniyə, yaxud Hitlerə məxsusdur. Ya da hansısa banda başçısı başqalarından məhz onun istədiyini etmələrini tələb edir. Kəlmələrdə şantaj da var, isterika da. Çətin ki özünə tamamilə əmin olan birisi bir daha öz dominantlığını sərt şəkildə başqalarının qarşısına sərsin. Ancaq yox. Danışan Obamadır. 2008-ci ilin Sülh üzrə Nobel laureatı. Əgər leksikon qətiyyən sülh və barışıq dilinə uyğun gəlmirsə, eyb etməz, Nobel mükafatını kimə gəldi paylamağa öyrəncəlidirlər. Obamanın “Vaşinqton Post” qəzetinin 2 may sayında dərc olunan məqaləsindəki bu sözlər Konqresə yönəlib (və həm də hamıya). O, Konqresi bacardıqca tez Transsakit okeanı Əməkdaşlığı sazişini təsdiqləməyə çağırır. Bu saziş isə ABŞ, Kanada, Meksika, Peru, Çili, Yaponiya, Malayziya, Bruney, Sinqapur və Vyetnamı əhatə etməklə yeni bir iri azad ticarət zonasının yaranmasına gətirib çıxarmalıdır (Baxır kimin üçün “azad”). Bu dövlətlərin ticarət nazirləri yekun sənədi imzalayıblar, indi qalır sazişin hər bir dövlət tərəfindən ratifikasiyası. Obama tələsir, çünki alternativ təşəbbüs Çin tərəfindən də həyata keçirilir. Çinin təşəbbüsü ilə yaradılan iqtisadi azad zona isə özündə 15 dövləti birləşdirir (o cümlədən ASEAN dövlətləri, Hindistan və Cənubi Koreyanı). ABŞ üçün Çinin təşəbbüsü rəqabət deməkdir. Bu səbəbdən də Obama öz müraciətində Çini xatırlamağı da unutmur: “Dünya dəyişir, qaydalar da dəyişir. Qaydaları Çin kimi ölkələr yox, ABŞ yazmalıdır”. Bütün bunları necə adlandırmalı? Müştəbehlik? Narsissizm? Qulliver sindromu? Yəqin ki neoimperializm. Adətən diktaturalar konkret ölkələri əhatə edir. İndi isə biz qlobal diktatura çağırışını dinləyirik. Və sual doğur: Əgər dünyada kimsə Obamanın cızdığı qaydalardan kənara çıxsa, boyun əymək istəməsə, onda onun qisməti necə olacaq? Cavab çoxdan bəllidir- həmin yerlərə “demokratiynın ixracı” başlayacaq. Sanksiyalar şəklində, qırıcı təyyarələrin qanadlarında, işğal, yaxud vətəndaş müharbəsi formasında... Axı bənzər hədələri nə vaxtsa bir nəfər də etmişdi. Onun soyadı Hitler idi. Sonu da ki məlum. O ki qaldı Transsakit okeanı Əməkdaşlığı sazişinə, ABŞ monopolistlərinə istədikləri iqtisadi siyasəti yürütmək şansını legitimləşdirən bu sənədin mətni sadalanan ölkələrin nəinki xalqlarına, heç siyasi isteblişmentinə də təfərrüatı ilə bəlli deyil. Şəksiz olanı odur ki yeni “azad iqtisadi zona” inkişafda zəif olan ölkələri vuracaq, onların iqtisadiyyatını və sosial siyasətini çökdürəcək. Bunun fərqində olduqlarındandır ki, Meksika, Çili və Peruda sazişə qarşı kütləvi çıxışlar aylardır səngimir. Eyni rüzgarlar Avropada da əsir. Və burada analoji vəziyyət yaranıb. Bu dəfə də Obama Avropa İttifaqı ölkələrinin rəhbərlərini başqa sazişi- Transatlantik ticarət və investisiya Əməkdaşlığı (TTİP) sazişini maksimum tez təsdiqləməyə çağırır. Avropada tələsmirlər- Fransa, Almaniya, İtaliyada saziş əleyhinə etirazlar davam edir. Hələlik Obamanın tərəfdaşı rolunda yalnız Angela Merkeldir. O sazişin müsbət tərəflərinə xalqını inandırmaqda aciz olduğundan apreldə Obamanı Hannoverə dəvət etdi. Birlikdə mikrofonlar qarşısına çıxıb təbliğat apardılar. Həmin vaxt isə 150 min nümayişçi sazişin əleyhinə küçələrdə idi. Məsələ ondadır ki, TTİP-in sənədləri məxfi saxlanılır. Nəinki ictimaiyyət, hətta siyasətçilər də orada hansı bəndlərin olduğunu bilmir. “Açıq cəmiyyət” dedikləri yəqin bu imiş. Söhbət min illərin manuskriptindən yox, adidən adi kağızdan gedir. Onu oxumaq yox, sadəcə gözucu tanış olmaq üçün Berlində Ticarət nazirliyinin binasında seçilmişlər üçün oxu zalı yaradılıb. Yalnız əlahiddə adamlar bələdçinin müşayiəti ilə (sən sənədə baxırsan, o isə başının üstündən çəkilmir) tələm-tələsik kağızı gözdən keçirə bilərlər. Şəklini çəkmək- olmaz. Çıxarışlar edib yazmaq- yenə olmaz. “Süddeutsche Zeitung” qəzeti mayın 2-də sızan məlumatlar əsasında müqavilə sənədindən bəzi bəndləri açıqlayıb. Məlum olur ki, TTİP reallaşandan sonra Avropa iqtisadiyyatı ABŞ ilə rəqabətə davam gətirməyəcək. Məxfi sənədlərə görə, ABŞ mallarının Avropaya axınını təmin etmək üçün Avropa İttifaqı özünün sosial, hüquqi və ekoloji standartlarının səviyyəsini endirməli olacaq. Yaxud əgər Avropa okeanın o tayından daha çox kənd təsərrüfatı malları almaqdan imtina edərsə, ABŞ avtomobil ixracını azaldacaq. Bundan əlavə, Avropa genetik dəyişdirilmiş məhsulları da qəbul etməyə məcbur olacaq. Avropa İttifaqının prinsiplərinə görə, yalnız insan orqanizminə və ətraf mühitə ziyanı olmayan məhsullar satışa çıxarıla bilər. İndi isə ABŞ bu prinsipin də ləğvini tələb edir- geni dəyişdirilmiş məhsulların ixracına nail olmaq üçün. Müqavilənin bütün şərtləri yalnız barmaqla sayılacaq siyasətçi və bürokrata məlumdur. Və sənədin məxfiliyi- çox mühüm faktordur. Çünki TTİP haqda ictimai fəzada dolaşan bilgilərin heç də əsl bilgilərlə üst-üstə düşmədiyindən xəbər verir. Odur ki avropalıların qorxuları əsassız deyil. Ancaq inciməyin yeri yoxdur. Amerika Obamanın dili ilə əvvəlcədən açıq mətnlə deyib: “Bizim qaydalarımızla oynamalısız”...
 Tanınmış amerikan publisisti Noam Çomski yazır: “2007-ci ilin əvvəlində “Çinin hərbi gücünün genişlənməsi” haqda birinci səhifələrdə yeni məqalələr və başlıqlar dalğası getdi. Pentaqon iddia edirdi ki, Çin nüvə başlıqları ilə təhciz edilməsi mümkün olan 400 raketə yiyələnərək öz hərbi hücum potensialını artırıb. Sonra bizdə bu barədə müzakirələr başladı: bu Çinin dünyanı fəth etməyə çalışdığını sübut edirmi, yoxsa sadəcə rəqəmlər doğru deyil və ya başqa nə isə. Amma burada kiçik bir qeyd yerinə düşərdi. ABŞ-ın nə qədər nüvə başlıqları ilə təhciz edilmiş zərbə raketi var? Məlum olur ki, 10 000. Çinin isə, aqressiv “qırğılara” inansaq,- 400. Və bu da sübut edir ki, Çin dünyanı fəth etməyə çalışır. Əgər xarici mətbuatı diqqətlə oxusaq, onda məlum olur ki, çinlilərin hərbi gücü artırmasının səbəbi təkcə ABŞ-ın sonsuz aqressivliyində deyil. Ondadır ki, Birləşmiş Ştatlar raketlərin hədəfə tuşlanması üzrə öz imkanlarını yaxşılaşdırmışdır və indi harada olmasından asılı olmayaraq onlar raket start komplekslərini daha yaxşı məhv edə bilərlər, hətta mobil raket komplekslərini belə. Və bundan sonra dünyanı fəth etməyə çalışan kimdir? Aydındır ki, çinlilər. Axı dünya bizə aiddir, onlar isə onu özlərinə tabe etməyə çalışırlar. Bunu sonsuz davam etmək olar. Sadəcə mövzu seçin. Beynəlxalq məsələlər haqda müzakirələrdə çox şeyi izah etmək üçün “Dünya bizə aiddir” sadə prinsipi kifayət edir”.
 İngilis dramaturqu Harold Pinter Nobel nitqi zamanı hiddətlə bildirmişdir: “İraqa hücüm banditizm aktıdır. Açıq-aşkar dövləti terrordur. İraqa hücum ardıcıl yalanlara əsaslanan, ictimai rəyi biabırçı manipulyasiya edən istibdad, hərbi əməliyyatdır. Burada məqsəd Yaxın Şərqə hərbi və iqtisadi nəzarəti gücləndirməkdir. Neçə nəfəri öldürmək lazımdır ki, sizin cinayətiniz “kütləvi qırğın” kimi təsnifatlandırılsın? Və siz hərbi cinayətkar adlandırılasınız? Yüz min? Mənə belə gəlir ki, bu normadan çoxdur. Ədalət tələb edir ki, Buş və Bleyer BMT-nın Beynəlxalq Məhkəməsi qarşısında dayansınlar. Lakin Buş axmaq deyil. O, BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya etməyib. Hətta xəbərdarlıq edib ki, hansısa Amerika əsgəri, yaxud siyasətçisi məhkəmə qarşısında dayanmalı olsa, oraya dəniz piyada qoşunu göndərəcək. Lakin Bleyer BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını göstərə bilərəm: London, Dauninq-strit, ev 10. Müharibə başlayanda Britaniya qəzetlərinin birində Bleyerin iraqlı körpəni qucağına alıb üzündən öpməsi şəkli verilmişdi. Bir neçə gün sonra isə həmin qəzetdə evlərinə mərmi düşməsi nəticəsində iki qolunu itirmiş uşaq şəkli adamı dəhşətə gətirirdi. Məhv olmuş ailədən sağ qalan bu uşaq bizə “Mənim nə vaxt qələmim olacaq?” sualını verir. Bu körpəni Bleyer qucağına götürmür, ona nəvaziş göstərmir, çünki qalstuku və köynəyi qana bulaşar”.
 
XALQIN QAYĞISINA QALAN DÖVLƏT ERASI BİTMİŞDİR
 
 Rusiya lideri Vladimir Putin deyir: “Xalqları azad edəcəyik və demokratiya gətirəcəyik iddiası ilə hər yerə hərbi müdaxilə etmək hüquqa ziddir və səmimi söyləmələr də deyil”. Əgər ABŞ öz hegemonluğunu saxlamaq üçün müharibə yoluna əl atırsa, hansısa ölkəyə yeri gəldi-gəlmədi basqın edirsə, dünya buna susmalıdır. Xalqların bir-birinə yaxınlaşmasını da ABŞ öz hegemonluğu üçün təhlükə kimi görür. ABŞ prezidentinin keçmiş məsləhətçisi Zbiqnev Bzejinski açıq-aşkar bildirir ki, Rusiya və Almaniyanın sıx və effektiv əməkdaşlığı amerikan hegemoniyasına təhlükə törədir, belə ki regionda nüfuzlu güc mərkəzi yaranır. Ukraynada təşkil olunmuş dövlət çevrilişinin bir məqsədi də bu iki ölkə arasında sədd yaratmaq və onların əməkdaşlığına son qoymaq idi. ABŞ-ın hiddətlənməsinin digər səbəbi isə beynəlxalq transmilli maliyyə elitalarının qurduğu Dünya Hökuməti adlı quruma dəvət alan Rusiyanın bundan imtina etməsi olmuşdur. Rusiya Şər düşərgəsində yer almadı. 2007-ci ildə Münhen konfansında etdiyi çıxışda Putin təkqütblə dünyanın qurulmasının təhlükəli olduğunu bildirdi və bununla Qərb elitasını şoka saldı. Putin dedi: “Təkqütblü dünya nə deməkdir? Yalnız bir gücün hökmranlıq etdiyi bu cür sistem həm ona daxil olanlar üçün, həm də elə o gücün özü üçün də ölümcüldür. Bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur, bildiyiniz kimi, demokratiya azlığın da maraq və fikirlərinin nəzərə alındığı çoxluğun hakimiyətidir.  Rusiyaya zaman-zaman demokratiya dərsi keçirlər, amma bu dərsi keçən ölkələrin özləri tamam başqa prinsiplərlə yaşayırlar. Təkqütblü dünya modelinin qurulmasını müasir dünyada nəinki qeyri-münasib, həm də qeyri-mümkün hesab edirəm”. Həmin sözlərdən sonra Rusiya liderinə qarşı diskreditasiya kompaniyası daha da şiddətləndi. Rusiyanın əsas hədəfi, Putinin səsləndirdiyi kimi, çoxqütblü dünyadır. Amerikanın yaratmaq istədiyi təkqütblü dünya Rusiyanı qane etmir. Yalnız çoxqütblü dünya düzənində Rusiya real suverenitet və dünya siyasətində normal iştirak imkanına malik olur.
 ABŞ xarici siyasətinin aparıcı ideoloqlarından sayılan Bzejinski 2009-cu ildə demişdi: “Bu krizis nə 2010, nə 2012, nə də 2015-ci ildə bitməyəcək… Bu krizis biz öz hədəfimizə çatmayınca bitməyəcək. Vahid Dünya Hökuməti- bizim hədəfimiz budur. Bu krizis deyil, mənim əzizlərim,- bu idarə olunan xaosdur. Biz əvvəlcə cəmiyyəti lazım olan hala gətirməliyik. Bunun üçün iqtisadi paraliçdən də artıq bir vəziyyət- bütün dünyanı başına götürmüş müharibələr, aclıq və epidemiyalar lazımdır”.
 Yeni yaranacaq Dünya Düzənində demokratiyaya nə dərəcədə yer ayrıldığı yəhudi bankiri Devid Rokfellerin mətbuat üçün açıqladığı aşağıdakı fikirlərdən də aydın görünür. Yəhudi bankiri deyir: “Biz ictimai diqqətin mərkəzində olsaydıq, son illərki dünyəvi planlarımızı hazırlaya bilməzdik. Dünya daha da incəlib və Dünya Hakimiyyətini qəbul etmək halına gəlib. İntellektual elitanın və dünya bankirlərinin transmilli hakimiyyəti, sözsüz ki ötən yüzillərdə təcrübədən çıxmış milli özünüidarəetmələrdən daha da cəlbedici olub”. Başqa sözlə, dünya idarəetməsi qanımızı içən, xalqları sələmə otuzduran bankirlərin əlinə verilir. Özünüz deyin: bankirlərin idarə etdiyi sistemdə hansı demokratiyadan, insan hüquqlarından və ya xalqın rəyindən danışmaq olar?!
 “21-ci əsrdə sosial yönümlü dövlətlərə yer yoxdur”. Niderland kralı Villem-Aleksandr ölkə parlamentindəki çıxışı zamanı açıq-aşkar elan etmişdir ki, sosial dövlətlər erasına son qoyulur. O, bildirmişdir ki, insanlar öz gələcəklərinə, sosial və maliyyə təhlükəsizliklərinə görə özləri məsuliyyət daşımalıdırlar, dövlət yox! Kral milli televiziya ilə göstərilən müraciətində deyir: “21-ci əsrdə daha sosial dövlət olmayacaq”. Yəni, xalqın qayğısına qalan dövlət olmayacaq. Onun fikrincə, dövlətin xalqın qayğısına qalması erası artıq arxada qalmışdır. Kralın sözlərinə görə, sosial dövlətçiliyin yerinə “aktiv iştirak cəmiyyəti”, yəni insanların gecə və gündüz bir tikə çörək üçün əlləşdiyi cəmiyyət yaradılmalıdır. Fikirlərini gözəl sözlərlə bəzəyən Avropanın ən gənc monarxı göstərir ki, bundan sonra insanlar öz qayğılarına özləri qalmalı və dövlətə ümid etməməlidirlər. İnsanlar passiv olmamalı, “yaşamaq üçün bir-biri ilə aktiv ünsiyyətə girməlidirlər”. Yəni insanlar gecə-gündüz özünə iş yeri axtarmalı, öz yaşamını təmin etmək üçün canfəşanlıq göstərməlidirlər. Bax Beynəlxalq Bank Faşizminin bizim üçün nəzərdə tutduğu tale xətti budur: bir tikə çörək üçün çabalamaq!
 Kralın sözlərindən aydın olur ki, “aktiv iştirak cəmiyyəti” adı verilmiş gələcəyin mübarək cəmiyyətində sosial sığorta təminatı və pulsuz tibbi xidmət  kimi “xırda” məsələlərə yer qalmayacaq: “20-ci əsrin ikinci yarısına aid ümumxalq rifahı güdən sosial yönümlü klassik dövlətçilik hal-hazırda bu sferaları dəstəkləmək iqtidarında deyildir”. Xatırladaq ki, “aktiv iştirak cəmiyyəti” artıq Avropada qurulmağa başlanmışdır: işsizliyə görə verilən müavinət və səhiyyə subsidiyaları kəskin endirilmiş, pensiya yaşı 67-yə çatdırılmışdır. Bir sıra regionlarda qocalara qulluq, gənclərə xidmət və iş yerini itirdikdə kvalifikasiyanı dəyişmək üçün ayrılan xərclər dövlətdən ayrılaraq yerli bələdiyyələrin boynuna qoyulmuş, bu da “yerli şərtlərə adaptasiya” kimi gəlişigözəl sözlərlə bəzədilmişdir.
 Beləliklə, dövlət xalqın qayğısına qalmaqdan kənarlaşdırılır. Cəmiyyətin sosial və maliyyə təhlükəsizliyinin qorunmasında dövlətin rolu minimuma endirilir. Açıq-aşkar xalqın nəzərinə çatdırılır ki, daha havayı pendir olmayacaq, başınıza çarı qılın. Avropada olan az-çox rufah SSRİ ilə rəqabətə görə yaradılmışdı. Sosialist düşərgə ilə mübarizə kapitalistləri məcbur edirdi ki, büdcə işçilərinin və fəhlələrin həyat şərtlərini yaxşılaşdırsınlar və yüksək maaş versinlər. Əks təqdirdə xalqlar sosialist düşərgəyə meyllənəcəkdilər, SSRİ-dəki kimi həyat şəraiti istəyəcəkdilər, narazılıqlar baş qaldıracaqdı, inqilablar olacaqdı. Avropada xalqın həyat şəraitini yaxşılaşdırmaqla, sosial durumunu gücləndirməklə bir növ yerli kommunst partiyaların sosial bazasnı zəiflədirdilər. İndi isə SSRİ yoxdur, xalqların öz həyat şəraitlərini müqayisə edəcək sistem yoxdur, odur ki xalqın başına nə oyun istəsən gətirmək olar. Beynəlxalq kapital artıq SSRİ və sosialist düşərgə kimi xarici motivatorlardan yaxa qurtarmışdır, odur ki cəmiyyətin rifahının yaxşılaşdırılması kimi lazımsız məsələlərə ayrılan artıq-urtuq xərclərdən də yaxa qurtarmaq olar. İndi qətiyyətlə xalqa demək olar ki, bizim sizə verəcəyimiz bir şey yoxdur, gedin başınıza çarə qılın. Onlar “əsl sosializm Qərbdə yaradılmışdır” kimi liberal mif yaratmışdılar. İndi həmin mifin dağılmasının şahidi oluruq. Beynəlxalq Bank Faşizmi artıq öz yeni restavrasiya layihəsinə start vermişdir və sosial yönümlü dövlətlərdə əsl kapitalist qayda-qanunları bərqərar etmək istəyirlər.
 Bu yerdə yenə fəhlənin iş saatını 2 saata endirmək istəmiş, “dövlət xalqın qulluğunda olmalıdır” konsepsiyasının müəllifi Stalin yada düşür. Liberalların qatı düşməni olan bu xalqçı lider yazırdı: “Mənə təsəvvür etmək çətindir ki, ac, işsiz bir insanın necə “şəxsi azadlığı” ola bilər? Həqiqi azadlıq ancaq istismarın ləğv olunduğu, bəzi insanların digərlərinə zülm etmədiyi, işsizlik və dilənçiliyin olmadığı yerdə ola bilər. O yerdə ki insanlar sabah işini, evini, çörəyini itirəcəyindən əsməsinlər. Ancaq belə cəmiyyətdə kağız üzərində deyil, həqiqi şəxsi və digər hər cür azadlıq mümkündür”.
 SSRİ dağıldı, aparıcı siyasi xadimlərin və işgüzar dairələrin nümayəndələrinin öz şəxsi mənafelərinə xidmət edən, lakin cəmiyyət üçün təhlükəli olan qərarlar qəbul etmələri daha heç kimi şoka salmır. “Azad bazar” var, nə qədər istəyirsiniz orda fırlanın. Neftə, qızıla və ikraya dərməyin, bunlar sizlik deyil, İsrail müəllimlikdir. Vətəndaşlar ölürlər, can verirlər? Hə, nə olsun! Dövlət üçün qayğısına qalacağını öhdəsinə götürdüyü xalq daha yoxdur. Rafiq Tağı demişkən, insanların qırılmamağa ixtiyarları çatmır, onların qırılmasına Konstitusiya icazə verir. Əhalinin böyük əksəriyyəti bir qrup adamın sabahkı firavan həyatını təmin etmək üçün işləyirlər.
 
KRIM ƏVVƏLDƏN RUSİYANIN OLUB
 
 Təbliğat böyük gücdür. Tanınmış ABŞ senatoru Con Makkeyn əbəs yerə demirdi ki, Rusiyanı bizim toplarımız yox, təbliğatımız çökdürməlidir. Bu gün Putin liberal dünya mətbuatının hədəfinə çevrilmişdir. Qlobal Prediktorun dirijorluğu ilə onu qara fonda göstərməyə çalışırlar. Çünki Putin xalqı sələmçilərin əlinə vermədi. O təkqütblü dünyaya yox dedi. Yəhudi bankirlərin Yeni Dünya Düzəni layihəsini alt-üst etdi. O tam fərqli yol tutdu. Buna görə də Putinin öz xalqı tərəfindən sevilməsi və düşmənlər tərəfindən hədəfə alınması təəccüblü deyildir. Qərbyönümlü siyasətçilərdən fərqli olaraq o (qoy) xalq(lar)ın mənafeyini və gələcəyini üstün tutdu.
 İspaniyada yaşayan litvalı yazıçı, dünya siyasətinin pərdəarxası barədə dəyərli araşdırmalar müəllifi Deniel Estulin yazır ki, 2012-ci ilin may ayında keçirilən Bilderberq konfransında əsas mövzu Vladimir Putinin yaratdığı başağrılar olmuşdur; Putin İrana hücum edilməsinə əngər törədir, Suriyada “normal” müharibə getməsinə mane olur, Rusiyanın amerikan hərbi bazaları ilə mühasirəyə alınmasına qarşı çıxır və öz ölkəsinin tam dövlət suverenliyinin bərpasına israrlıdır. Təkcə Krımın ilhaq olunması regionda ikinci İudeya (İsrailin ehtiyat variantı) yaradılması planını alt-üst etmişdir. Konfransda iştirak edən masonlardan biri hiddətlə demişdir: “Putin sözsüz ki dünya səhnəsində bizim planlarımızı alt-üst edən qorxunc opponentdir”. Bilderberq klubunu qəzəbləndirən və işini çətinləşdirən əsas detal o olmuşdur ki, Putin “Rusiyanın milli maraqlarını möhkəmləndirir və qoruyur”! Beləliklə, dünya ağalarının yığışdığı Bilderberq klubu Putinin hakimiyyətdən kənarlaşdırılması barədə qərar vermişdir. Mətbuatın Putini qaralamasının arxasında da Bilderberqdən gələn həmin əmr durur.
 İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyir: “Rusiya Federasiyası- öz müstəqilliyi, motivləri və tam dirçəlmək hüququ ilə qürur duyan ölkənin özünü necə aparmalı olduğuna parlaq bir nümunədir”. Bu gün Rusiya cəmiyyətinin 89 faizi Putin strategiyasını dəstəkləyir və ona kult kimi baxır. Bu, əlbəttə ki Qərb hakim dairələrini narahat etməkdədir. Media vasitəsilə Stalin kimi Putinin də qara obrazını yaratmağa çalışırlar. Xalqçı liderlər gözdən salınır. Rusiya rəhbərinin diskreditasiya olunması üçün kompaniya şiddətlə davam etdirilməkdədir. Bu işə milyonlar xərclənir. Onların əsas narahatçılığı Putinin keçmiş Sovet respublikalarını yenidən birləşdirmək niyyəti, təkqütblü dünyaya alternativ Avrasiya Birliyi yaratmaq əzmidir. Onda sionizmin caynaqları altında inildəyən xalqlar əldən çıxacaq, ABŞ-ın koloniyasına çevrilmiş Azərbaycan kimi ölkələrdə sərvətləri rahatca talamaq mümkün olmayacaqdır. Məhz bu səbəbdən Putinin Avrasiya Birliyini “işğalçılıq maraqlarına görə” yaratmaq istədiyi haqda piar aparılmaqdadır. Krımın Rusiyaya birləşdirilməsi işğal aktı kimi səciyyələndirilir, amma Krımın 1758-ci ildən Rusiyanın tərkibində olması, 1954-cü ildə Xruşşov tərəfindən Ukraynaya verilməsi faktının üstündən sükutla keçilir. Son 250 ərzində Rusiyanın Krımda daim hərbi flotu olub. Hətta Ukrayna ilə müqaviləyə əsasən, Rusiya Krımda 25 minlik hərbi kontingent də saxlaya bilərdi. Krım əhalisinin 70 faizinin Rusiyada qohumları, 40 faiz rusiyalının isə Krımda qohumları vardır. Referendumda 96 faiz əhali Krımın Rusiyaya birləşdirilməsinə səs verdi. Hətta ABŞ-ın keçmiş prezidenti Cim Karter bildirdi ki, birləşmə “Krım sakinlərinin istəyi əsasında” baş vermişdir. Qatı antirus mövqeyi ilə tanınmış “Forbs” jurnalı belə bir etiraf etdi: “Anneksiyanın üstündən bir il ötəndən sonra yerli əhali Kiyevi yox, Moskvanı üstün tuturlar”. Beləliklə, Rusiya tarixi torpağı olan Krımı yenidən özünə birləşdirmişdir. Belə birləşməni işğal adlandırmaq yalnız iudey propoqandası nəticəsində beyni iltihabına məruz qalan zombilərin işi ola bilər.
 Amerikalı jurnalist Rik Sterlinq Krımda olmuş və təəssüratlarını bölüşmüşdür. Onun müşahidələrinə görə, sakinlər Krımın Rusiyaya birləşdirilməsindən razıdırlar. Krımlılar jurnalistlə söhbətlərində bildirmişlər ki, Krımın birləşdirilməsi iddia edildiyi kimi, Rusiya “aqressiyası” sayəsində yox, ultra-millətçilərin xarici ölkələrin dəstəyi ilə Ukraynada çevriliş törətməsi nəticəsində baş vermişdir. Sterlinqin fikrincə, konfliktin qızışdırılması ilə Rusiya yox, məhz ABŞ məşğul olur. “Rusiya yox, məhz ABŞ və müttəfiqləri diplomatiya əvəzinə konfliktlərin qızışdırılması və silahlandırma ilə məşğuldurlar. Rus aqressiyası- mifdən başqa bir şey deyil!”- jurnalistin gəldiyi nəticə belədir.
 Bu gün Ukraynanın cənub-şərq hissəsi torpaqlarının kimə məxsus olması mübahisələri səngimək bilmir, ukraynalı millətçilər, siyasətçilər, tarixçilər və bloggerlər qızğın mübahisələrə girərək yaxalarını yırtırlar. Sadəcə tarixə yüngül ekskurs edib, həmin bölgənin böyük şəhərlərinin təməlinin kimlər tərəfindən qoyulduğuna nəzər yetirmək kifayətdir ki, aydın mənzərə yaransın. Xarkov şəhərini 1630-cu ildə, Sumı şəhərini isə 1655-ci ildə Rusiya imperatoru Aleksey Romanov polyakların qovduğu malorosların məskunlaşması üçün salmışdır. Kirovoqrad şəhərinin əsası Rusiya imperatriçası Yelizaveta tərəfindən ölkənin cənub hüdudlarını tatar hücumlarından qoruyan qala kimi qoyulmuşdur ki, əvvəlki adı elə Yelisavetqrad idi. Rusiya imperatriçası 2-ci Yekaterinanın dövründə aşağıdakı şəhərlərin təməli qoyulmuşdur: Zaporojye- 1770-ci ildə (əvvəlki adı Aleksandrovsk); Krivoy Roq- 1775-ci ildə; Dnepropetrovsk- 1776-cı ildə (Yekaterinoslav); Xerson- 1778-ci ildə Rusiya flotu üçün tanınmış dövlət xadimi knyaz Qriqori Potyemkin tərəfindən; Mariupol- 1778-ci ildə imperatriça Krımdan köçən yunanlara burada yaşamağa icazə vermişdir; Sevastopol- 1783-cü ildə görkəmli sərkərdə Aleksandr Suvorovun tikdiyi qalanın yerində Potyemkin tərəfindən; Simferopol- 1784-cü ildə Suvorovun düşərgə qurduğu yerdə Potyemkin tərəfindən; Nikolayev- 1789-cu ildə Potyemkinin “Müqəddəs Nikolay” gəmisini qayırdığı yerdə; Odessa- təməli 1794-cü ildə Suvorovun qala tikməsi ilə qoyulmuşdur; Luqansk- 1795-ci ildə çuquntökmə zavoduna Rusiyanın mərkəzi və şimal-qərb quberniyalarından işləməyə gələn ruslar tərəfindən tikilmişdir. Donetsk şəhərinin təməli isə Rusiya imperatoru 2-ci Aleksandrın dövründə Yuzovka kəndində metallurgiya zavodu yaradılması ilə qoyulmuşdur. İndi isə ən əsası: Rus Çarlığı ilə Reç Pospolita dövləti arasında Moskvada 6 may 1686-cı ildə (o vaxtkı təqvimlə 7194-cü il) Əbədi Sülh bağlanmışdır ki, həmin müqaviləyə əsasən Kiyev şəhəri Reç Pospolitadan 146 min manata alınmışdır və əbədi olaraq Rusiya dövlətinin mülkü sayılır.
 
RUSİYA ŞİƏLƏRİN YANINDADIR
 
 Amerikadan olan antiqlobalist aktivistlər də qeyd edirlər ki, Rusiyanın Şər obrazını yaradılması məhz ABŞ hökumətindən qaynaqlanır. Nyu-Yorkda Amerikanın transmilli şirkətlərinin və maliyyə institutlarının maraqlarına görə aparılan müharibələrə, o cümlədən KİV-lərinin cəmiyyətə ziyanlı təsirlərinə qarşı keçirilən mitinqdə iştirak edən aktivistlər Si-En-En və digər populyar kanalları ABŞ-ın xarici ölkələrdə apardığı müharibələri dəstəkləməkdə günahlandırmışlar. “ABŞ hökuməti Rusiyanın Şər obrazını yaratmağa çalışır. KİV-lər hökumətin həmin dəsti-xəttini yeridir. Si-En-En, Foks, Nyu-York Tayms eyni işi görürlər”- bu sözləri amerikalı aktivist Nik Maniaçe demişdir. Beynəlxalq Fəaliyyət Mərkəzinin əməkdaşı Bill Dores bildirmişdir: “ABŞ bütün dünyada müharibə aparır. Həmin müharibələrin yeganə baiskarı bank və korporasiyalardır. Onlar öz maraqlarına görə müharibələr təşkil edirlər və istənilən üsulla dünya iqtisadiyyatının mərkəzində qalmaq istəyirlər”. Bu sözlər isə mitinqdə çıxış edən Beynəlxalq Dəstək Mərkəzinin təsisçi direktoru Sara Flandersə məxsusdur: “ABŞ hökuməti öz təsir dairəsini genişləndirməyə çalışır. Bütün bu müharibələr ABŞ-ın təsir dairəsinin genişləndilirlməsi üçün aparılır. NATO-nun genişləndirilməsi- özü-özlüyündə bir cinayətdir”.
 Qərb dairələri nədənsə Ukraynada baş verən çevrilişdə ABŞ-ın rolundan danışmağı sevmirlər. Onlar narıncı inqilabı xalq çevrilişi kimi təqdim etməkdə maraqlıdırlar. Ölkənin qanuni prezidenti Yanukoviçin silahlı üsyan nəticəsində devrilməsi barədə susurlar, amma “Rusiyanın Krımı işğalından” ağız dolusu danışırlar. ABŞ dövlət katibi Viktoriya Nuland həmin çevrilişə qeyri-hökumət təşkilatları vasitəsilə nə az, nə çox- 5 milyard pul buraxmışdı. Nəticədə Ukraynada faktiki olaraq ABŞ diqtəsi quruldu. Qanuni prezident devrilərək yerində ABŞ-ın marionetkası otuzduruldu. Hadisələrin məntiqi davamı Rusiya flotunun Krımdan qovulmasına, Rusiya hərbi gəmilərinin Qara dəniz və Aralıq dənizinə çıxışının bağlanmasına gətirib çıxacaqdı. Bu isə ABŞ-ın regionda tam ağalıq etməsinə, İsrailin Şərqdə yeganə söz sahibi olmasına gətirib çıxaracaqdı. Şərq xalqlarının qara günləri başlayacaqdı. Qoylara qarşı çoxdan planlaşdırılan qlobal genosid həyata keçiriləcəkdi. Şiələrin sonu gələcəkdi.
 Səudiyyənin vahhabi rejimi tərəfindən ölkənin şiə şeyxi Nimru əl-Nimru edam ediləndə Avrasiya Hərəkatının lideri, professor Aleksandr Duqin bildirdi: “Şiələrlə həmrəylik, Suriyada, İraqda, Yəməndə, Bəhreyndə- ümumiyyətlə, hər yerdə şiələrlə birgə ümumi düşmənə qarşı döyüşmək biz rusların borcudur. Rus-şiə alyansı sadəcə geopolitika deyildir- bu dini tiplərin dərin qohumluğudur. Səudiyyənin amerikan rejimi məhv edilməlidir! Bu- Avrasiya fətvasıdır! Şəhid şeyx Nimru əl-Nimruya eşq olsun!”
 Rusiya artıq Yaxın Şərqdə artıq öz seçimini etmişdir. Şiəlik və vahhabilik arasındakı qlobal qarşıdurmada Rusiya şiəliyin yanında yer almışdır. Vahhabilik- Yer üzünə Şərin növbəti missiyasını yerinə yetirmək üçün gəlmiş İblisdir. Qərb kəşfiyyat orqanları tərəfindən ərsəyə gətirilmiş və dəstəklənən vahhabilik bütün dünyaya xaos və ekstremizm yaymaqdadır. Vahhabilərin ideologiyası onların şüursuz sektasına qoşulmayanların total genosidindən ibarətdir. Geopolitik və ideoloji planda onlara qarşı məhz şiələr dirəniş göstərirlər. Gücümüz də ondadır ki, Rusiya şiə dünyasını seçmişdir və dəstək veməkdədir. Suriya cəbhəsi Rusiyanı və şiələrin sionizmdən müdafiə ordusu Hizbullahı daha da yaxınlaşdırdı. Hizbullah əsgərləri silah-sursatla təmin olundular, rus zabitləri onlara döyüş qabiliyyətlərini artırmaq üçün instruktaj keçdilər. İranın ali dini lideri Ayətullah Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin dediyi kimi, İranla Rusiya arasında bu günə qədər mövcud olmayan əməkdaşlıq əlaqələri quruldu: “Bu əməkdaşlıq sadəcə Suriya ilə məhdudlaşmayacaq, İraq, Livan və Yəməni də əhatə edəcək”.
 Ərəbistanın seyyid şeyxlərinin təcavüzü nəticəsində məzlum Yəmən xalqının durumu hər gün ağırlaşmaqda idi. Ərəbistan və vahhabi əqidəli başçıya sahib digər dövlətlər Yəmən üzərində uçuşu qadağan etdiyi üçün yəmənlilərə humanitar yardım etmək mümkünsüz idi. Buna baxmayaraq Putinin əmri ilə havaya qalxan rus təyyarələri Yəmənin paytaxtı Səna aeroportunda yerə enir və Yəmən xalqına humanitar yardımlar çatdırırdılar. Qeyd edək ki, bundan öncə İran həmin işə cəhd etsə də Ərəbistanın yaratdığı manelər səbəbindən bu iş alınmamşdı. Putin isə vahhabi və sionistlərin bütün maneə və qadağalarına məhəl qoymadan Yəmənin mühasirəsini sındırdı.
 Ərəb ölkələrinin, eləcə də bir çox müsəlman ölkələrinin qeyrətsiz rəhbərlərinin etməli olduğunu Putin etdi: O İsraildən Qüdsü Fələstinə qaytarmağı tələb etdi! Ərəb Dövlətləri Liqası təşkilatına üzv olan ölkə başçılarına ünvanlamış müraciətində Putin bildirdi ki, “Rusiya paytaxtı Şərqi Yerusəlim olan müstəqil Fələstinin yaradılmasına çalışacaq”. Putin bunu “Fələstin xalqının müstəqil dövlət  yaratmaq üçün qanuni hüququnun realizasiyası” adlandırdı. Onun bu fikirləri İsraildə böyük hay-küyə səbəb oldu və sionist rejimin KİV-ləri Rusiyanın Fələstin döyüşçülərini silah-sursatla təmin etdiyini bildirdilər. Əhli-Beytin dünyəvi olan haqq qiyamı alovlanmaqdadır. Haqq qiyamında illərdir müqavimət göstərən fələstinlilər və İran olmuşdur. İndi isə öz əhdinə sadiq qalan, sözünün ağası olan qüdrətli Rusiya da bu qiyama qoşulmuşdur.
 Rusiya prezidenti Vladimir Putin təkcə rusların yox, bütün Avrasiya xalqlarının, eləcə də Azərbaycan xalqının böyük lideridir. O bildirmişdir ki, çətin vəziyyətlərdə həmişə “azərbaycanlıları müdafiə edəcəyik”. Fransa jurnalisti Silviya Kaufmanın “İran hücuma məruz qalarsa, Rusiyanın reaksiyası necə olacaq?” sualına Putin maraqlı cavab vermişdir. O bildirmişdir ki, Rusiya İrana hərbi müdaxilə və güc tətbiq edilməsinin qəti əleyhinədir və bunun üçün onun kifayət qədər tutarlı səbəbləri var. İranın öz suverenliyini qorumaq üçün hər hansı bir hücuma məruz qaldığı halda nüvə silahından istifadəsi qəbul olunandır. Putin demişdir: “İran əhalisinin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır. Bu, təxminən 20 milyon nəfər edir. Sözsüz ki İranda hər hansı münaqişə olsa, bu Azərbaycana böyük qaçqın kütləsinə səbəb ola bilər. Bizim Azərbaycanla keçmiş SSRİ respublikası kimi xüsusi əlaqələrimiz var. Bizdə Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır. Sözsüz ki bu bizim üçün sosial-iqtisadi və siyasi cəhətdən mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə İrana hər hansı bir hücum olsa, biz Rusiya olaraq İranı, azərbaycanlıları müdafiə edəcəyik”.
 Ey şiələr, Rus ordusu daima sizə kömək etdi. Özünüz hiss etsəniz də, etməsəniz də, Rus QRU-su ən çətin anlarınızda sizin yanınızda oldu! Amerikan imperializminə qarşı yapdığınız o müqəddəs mücadilə məhz rusların dəstəyi sayəsində ərsəyə gəldi. O mücadilə daim Rus dünyasının gözlə görünməyən şüalarından qidalandı. Rusun təhlükəsizlik çətiri daim sizin başınız üstünüzdə oldu. İndi də Rusiya kosmik sputnikləri, bombardmançı aviasiyası, Aralıq dənizi hövzəsində cəmləşmiş döyüş gəmiləri, qanadlı raketləri ilə sizin ixtiyarınızdadır. Suriya desantçısının dediyi kimi: “Rus təyyarələrinin uğultusu- bizim qələbə nəğməmizdir”. Rusiya Müdafiə Nazirliyi sizi caynağına almaq istəyən əlləri kəsməklə məşğuldur. Nə qədər ki Rusiya qüdrətli olacaq, Rus ölkəsinin rəhbəri dünyanın ən nüfuzlu xadimi qalacaq, vəziyyət belə də davam edəcək: ruslar şiələrin Yer üzündə etibarlı dayağı olacaq! Ona görə də hamıdan çox məhz siz Rus ölkəsinin həmişə ayaqda olmasını maraqlı olmalısınız! Nə qədər ki Rus güclü olacaq, Siz də var olacaqsınız! Yer üzündə sülh və əmin-amanlığın qarantı olan böyük Rus xalqı üçün dualarınızı əsirgəməyin!
 Mitropolit İoann Snıçev deyir: “Rusiya demək olar ki dünya şərinin triumfal təcavüzünün qarşısını ala bilən yeganə maneə olaraq qalıb”. Rus olmasaydı, xərçəng kimi dünyaya yayılan İsraili durdurmaq mümkün olmayacaqdı. Rus olmasaydı, İŞİD bəlasını Şərqdən qovmaq alınmayacaqdı. Rus olmasaydı, amerikan imperializminin qoy xalqların kökünü kəsmək planı dayandırılmayacaqdı. Bu gün ruslar şiələrlə birgə ön cəbhədədirlər. Putinin dediyi kimi, “bu gün Moskva Allah şəhəri və yeni paqanizmə qarşı əks-reformasiyanın komandanlıq postudur”. Deyin, Yer üzündə günü-gündən artan və şaxələnən sionizm və vahhabizm kimi qlobal təhlükələrin qarşısını kim ala bilər? İranın səyləri yetərincədir, bəli, amma hər tərəfdən blokadaya salınmış İran Qlobal Prediktora qarşı nə edə bilər ki? İranı dəstəklədiyiniz kimi, Rusiyanı da dəstəkləməlisiniz. Terrorun qarşısının alınmasında biz də Rusiyanın yanında mövqe tutmalıyıq. Heç olmasa informasiya müharibəsində Rusiyaya dayaq olmalıyıq.
 Rusiyalı jurnalist Dmitri Kiselyovun dediyi kimi, İŞİD ilə müharibə aparan Rusiya artıq dördüncü dəfədir ki, dünyanı xilas edir: “Rusiyanın hərbi tarixi bütün dünyanın tarixi ilə əlaqədardır. Mənim fikrimcə, biz hətta indi Suriyada dördüncü dəfə Avropanı xilas etmiş oluruq. Birinci dəfə monqollardan, ikinci dəfə Napoleondan, üçüncü dəfə Hitlerdən, indi isə İŞİD-dən xilas etmişik”.
 Xeyir imperiyası var, şər imperiyası var. Bunları qarışdırmaq lazım deyil. Ona qalsa Azərbaycan qədimdə imperiya olub. Qədim dövlətlərin çoxu elə imperiya olub, xalqlar da elə o imperiyaların təhlükəsizlik çətiri altında yer aldıqlarından sülh və əmin-amanlıq içində yaşayıblar, sağ qalıblar. İmperiya olmasa yaşayış olmaz. Amerika şər imperiyası, Rusiya isə xeyir imperiyasıdır. Amerikanın yanında olmaq- şərin yanında olmaq, Rusiyanın yanında olmaq isə- xeyirin yanında olmaqdır. Seçim sizindir.
 Keçmiş ABŞ konqresmeni Ron Pol deyir: “Mən belə fikirləşirəm ki, ruslar ayıldılar. Nəinki ayıldılar, həm də üstlərindən keçmişin bütün külünü çırpdılar. Qorbaçov, Yeltsin kimi satqın siyasətçiləri arxada qoydular və yenidən yaşamağa başladılar. Baxın, Krımda gördüyümüz yeni ordu nəyə desən dəyər! Ruslar birlik və mütəşəkkillik nümayiş etdirirlər. Bütün yarımadanın təhlükəsizliyini bircə güllə də atmadan təmin etdilər, necədir sizinçün? Mən əminəm, NATO və Pentaqonun ştab generalları indi oturub, hesabatlarla dolu kağızları qarşılarına töküb baş sındırırlar ki, bütöv bir region onların əlindən necə çıxdı? Bilirsinizmi, mən Putinin öz ölkəsində vətənpərvərlik ruhunu qaldırmasını alqışlayıram. Mən əminəm ki, ruslar əvvəlki əzmlərinə qayıdacaqlar. Mən Sovet İttifaqından danışmıram, Rusiya İmperiyasını nəzərdə tuturam”. Bu gün Rusiya imperiya kimi yenidən dirçəlməkdə və şaxələnməkdədir. Bu möhtəşəm dövlət yenidən Yer üzünə asayiş gətirir, bəşəriyyətdə şərdən müdafiə immuniteti yaradır. İŞİD və beynəlxalq terrorizm Şərqdə məhv edilməsə, qoy xalqların həyatı cəhənnəmə çevriləcək. Ruslar vahhabi terrorizminin kökünü Şimali Qafqazda kəsdilər, indi də qaniçənlərə qarşı bütün dünya miqyasında mübarizə aparmaq əzmindədirlər. Özünü Putinin pexotası adlandıran Çeçenistan lideri Ramzan Kadırov deyir: “Biz 10 minlərlə vahhabini Çeçenistanda məhv etdik, baş qaldırdıqları başqa yerlərdə də məhv edəcəyik! Biz dünyanı bu əclaflardan təmizləməyi özümüzə xoşbəxtlik bilirik”. Həmin mücadilədə biz də rus qardaşlarımızın yanında yer almalıyıq.
 
PUTİN – SURİYA XALQININ XİLASKARI
 
 Suriya prezidenti Bəşər Əsəd deyir: “Putin nəinki Suriyanı, bütün Yaxın Şərqi xilas etdi”. Baxın, Rus ordusunun gəlişi Suriya xalqının necə sevincinə səbəb oldu! Xilaskar Rus ordusu Krımda olduğu kimi, Suriyada da şadlıqla qarşılandı. Xalq əlində “Böyük Rusiya”, “Xilaskar Putin”, “Çar Putin” plakatları ilə küçələrə töküldü. Konfliktin ilk günündən suriyalılar Rusiyanın məsələyə müdaxilə etməsini arzulayırdılar. ABŞ, İsrail və Türkiyə müqəddəs üçlüyünün dəstəklədiyi İŞİD terror təşkilatı artıq ölkənin çox hissəsini tutmuşdu. Ələvilərin, şiələrin və xristianların kütləvi genosidi gedirdi. Rusiya ordusu Suriya hökumətinin çoxsaylı müraciətlərindən sonra Suriyaya girdi. Rusiya İŞİD-ə qarşı döyüşlərdə Suriya hökumətinin, eləcə də zavallı Suriya xalqının xahişi və rəsmi çağırışı ilə iştirak etdi. Rusiya ordusu Suriyaya iki ölkə arasında olan Dostluq və Qarşılıqlı Yardım Müqaviləsinə əsasən və Dəməşq hökumətinin birbaşa dəvəti ilə gəldi. Rus hərbçilərinin orada olması İŞİD və digər terror qruplaşmalarına qarşı mübarizədə Suriya xalqına kömək etməklə bağlıdır. Rus hərbçiləri suriyalılara hərbi texnikanın sirlərini öyrətdi və onları antiterror əməliyyatlarında iştirak üçün hazırladılar. Suriya xalqına köməyə gələn ruslar və iranlılar müştərək hərbi bazalar yaratdılar. Rusiya təyyarələri gecə-gündüz ölkəyə hərbi təyinatlı materiallar və humanitar yardım daşıdılar. Bu daşınmalar Beynəlxalq normalara tam uyğun şəkildə, sənədlər və müqavilələr əsasında aparıldı. Rusiya Federasiyası Xarici İşlər Naziri Sergey Lavrov bildirdi ki, “Liviya ssenarisi” və digər məlum faciəvi hadisələrin təkrarlanmaması üçün biz Suriya xalqına köməklik göstərməkdə davam edəcəyik. Rus ordusu Suriyaya girərkən Türkiyədən və onun Qərbli havadarlarından icazə almalı deyildi. Necə olur ki, ABŞ, İsrail, Türkiyə, Səudiyyə Suriyaya qanunsuz müdaxilə edəndə, ordakı terrorçulara həm maddi, həm əsgəri yardım göstərəndə, hətta BMT səviyyəsində dəstəkləyəndə yaxşı olur, amma Rusiya müdaxilə edəndə pis olur? “Nəyə görə Suriyadakı proseslərə amerikanlar qarışa bilər, fransızlar qarışa bilər, amma ruslar qarışa bilməzlər?”- Suriyanın əsas aparıcı partiyası BAAS-ın rəhbəri Xiləl Əl-Xiləl hiddətlə bildirir. “Rusiya 1973-cü ildə İsrail ilə müharibə zamanı da bizə silahla kömək edirdi, indi də edir”- o belə demişdir. Proseslərin gedişində Rusiya bütün dünyaya beynəlxalq hüquqi normalara riayət etdiyini sübuta yetirdi. Rusiya vahhabi terrorçularına qarşı mübarizə aparmaqla yanaşı əsl islamı müdafiə etdiyini ortaya qoydu. Rusiya Suriya məsələsində öz maraqlarını hərbi yolla qorumaq iqtidarında olduğunu göstərdi. Rusiya sübut etdi ki, o regional oyunçu deyil, postsovet məkanından kənarda da öz sözünü deyən, vacib ümumdünya proseslərinə müdaxilə edən söz sahibidir. Rusiyanın Suriyadakı qətiyyətli addımları Ağ Evin xarici siyasət matrisasına buraxılmış təsirli sistem virusu kimi şok effekti yaratdı. ABŞ, İsrail, İngiltərə elitaları, eləcə də onların türkiyəli və səudiyyəli həmkarları qurduqları planın puça uğradığını, İŞİD layihəsinə sərf etdikləri milyonların batdığını gördülər və hiddətləndilər. Röyterin icmalçısı Coş Keonin dediyi kimi: “Suriyadakı qətiyyətli addımları ilə Putin dünya geopolitoloji ssenarisini alt-üst etdi”. Suriya konfliktinə qatılmaqla Rusiya həm də geopolitik diskursu öz xeyrinə dəyişdi. Xəzərdə buraxılmış və öz trayektoriyasını dəyişmək qabiliyyətinə malik raketlər Rusiyanın dünyada müttəfiqlərinin və həmfikirlərinin sayını çoxaltdı. O cümlədən, Suriya müharibəsində iştirak Rusiya üçün yeni hədəfləri ortaya çıxardı. Suriyaya girməklə Rusiya özünə qonşu ölkələrdə də siyasi stabilliyi saxlaya bildi. Rusiya başa düşdü ki, Suriyada başlanan vahhabi terrorunun qarşısı alınmazsa, terror dalğası Qafqaza və Volqa sahillərinədək uzanacaq. ABŞ İŞİD-ə zəfər çalmaqda şərait yaratmaqla terrorun Rusiya sərhədlərinə ixracını təşkil etmək istəyirdi. Suriyada Liviya ssenarisinin qarşısını almaqla Rusiya həm də özünü gələcək təhlükələrdən qorudu və Avrasiya məkanında baş verə biləcək fəlakətlərin qarşısını aldı. ABŞ-ın “mülayim müxalifət” adlandırdığı qüvvələrin Suriyada hakimiyyətə gələcəyi təqdirdə Qafqazda, eləcə də Dağıstanda hansı təhlükələrin baş qaldıracağını təsəvvür etmək çətin deyil. Buna görə də Rus ordusu Suriya dövlətçiliyini qorumaq üçün proseslərə müdaxilə etdi. Vahhabi terrorçularının qurduğu İŞİD hökumətinin Suriyanın qanuni Bəşər Əsəd hökumətindən yaxşı olacağını da heç kəs sübut edə bilməz. Əksini iddia etmək üçün gərək Əbdülvahabın seks-cihaddan doğulmuş oğlu olasan. Xmeymim və Tartus hərbi bazalarını yaratmaqla Rusiya Şərqdə öz mövqelərini möhkəmləndirdi və region xalqlarının təhlükəsizliyi üçün böyük zəmin yaratdı. Suriyadakı həmin bazalar terrorun Yaxın Şərq regionundan kənara çıxmasının qarşısını aldı. Rusiya artıq Suriya kampaniyasından əvvəl dilə gətirmədiyi məqsədlərini də səsləndirməkdədir. Ruslar Şərqə qayıdır! General Allen, Devid Petreus kimi amerikan siyasətçiləri həyəcan təbili çalmaqdadırlar: “Ruslar gəlir!”. Rusiya ona sırıdılmaqda olan geopolitoloji konfiqurasiyanı dəyişməyə rahatca müvəffəq oldu. Avrasiya xalqları da anladılar ki, təhlükəsizliyin qarantı məhz Rusiyadır və onların gələcək səadəti məhz Rusiya ilə bağlıdır.
 Məhz Rusiyanın münaqişəyə qarışması Qərbin dəstəklədiyi başkəsənlərin sonunu gətirdi. Dəqiq aviazərbələr nəticəsində İŞİD-in Suriyadakı komanda punktları, təlim düşərgələri, kommunikasiya xətləri, silah-sursat və partlayıcı maddə istehsal edən sexləri sıradan çıxarıldı. Rusiya Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, 2015-ci ilin sentyabrından əməliyyatlara başlayan Rusiya Hərbi-Kosmik Qüvvələri 2016-cı ilin sonuna kimi içində 204 komandir olmaqla 35 min vahhabi terrorçusunu məhv etdi. Aviazərbələr nəticəsində terrorçuların 725 təlim düşərgəsi, silah-sursat hazırlayan 405 zavod və emalatxanası darmadağın edildi. Rus təyyarələri həm də 174 neft zavodu və 111 benzovoz maşını kolonunu da məhv etdilər ki, beləcə İŞİD əsas gəlir mənbəyindən oldu. Silahlı qruplaşmaların 448 tankı və digər zirehli maşını, 57 reaktiv yaylım atəşi sistemi, 418 əldəqayırma yaylım atəşi sistemi, 410 minomyotu və 28 min atıcı silahı müsadirə edildi. Düşmən yerli-yeksan olaraq qaçmağa üz tutdu. İŞİD-in pərdəarxası ağaları məyus oldular. İŞİD terrorçularının sosial şəbəkələrdəki yazışmalarından da aydın oldu ki, onlar Rusiya xüsusi təyinatlıları ilə döyüşməyə meylli deyillər və geri çəkilirlər.
 Frans Press agentliyinin verdiyi xəbərə görə, rus əsgərlərinin ölkəyə gəlişi terrorçularda ruh düşkünlüyü yaratması ilə yanaşı, yerli xalqın döyüş ruhunu artırdı. “Ruslar bizim dostumuz idi, indi qardaşımız oldular”- yerli sakinlərdən biri agentliyin müxbirinə demişdir. Şaraşirdə, rus təyyarələrinin yerləşdiyi aeroportun üç kilometrliyində yaşayan 46 yaşlı biznesmen Nafaa isə bildirmişdir: “Səhər tezdən balkonda oturub uçmağa başlayan rus tayyərələrinin melodiyası altında kofe içmək və qəlyan çəkməkdən dünyada möcüzəli heç nə ola bilməz”. 65 yaşlı həkim Muhseyn Al Xairin dediyi kimi, Rusiyanın hesabına Suriyada şəhidlərin sayı azaldı, xalq qırğından qurtardı.
 Suriya zəfəri qəhrəman Rus ordusunun bütün dünyada şöhrətləndirdi. Putinin nüfuzu bütün Şərqdə yüksəldi. Suriyada maşınların arxa şüşəsini iki islam lideri- ölkə prezidenti Bəşər Əsəd və Hizbullah lideri Nəsrullah ilə yan-yana Putinin şəkilləri də bəzədi. Livanda bir çox yerlərə “Rusiya dünyanı faşizmdən xilas edib, inanırıq ki, terrorizmdən də xilas edəcək” yazılmış bilbordlar vuruldu. Bu gün xilaskar Putin Suriya şiələri tərəfindən müqəddəslərə bərabər tutulur. Suriyalılar Rusiya prezidentinə “Abu Əli Putin” deyirlər. Zeynəbiyyə şiələri Putini Heydər adlandırırlar- mənası Şir deməkdir və Həzrəti Əli əleyhüssalamın ləqəblərindən biridir. Suriyanın bir çox şəhərlərinin girişinə Əsəd, Nəsrullah və Putinin birgə əks olunmuş plakatları vurulub. Suriyalılar inanırlar ki, bu üç lider müxtəlif din və konfessiyaların vətəni olan qədim Suriya torpağına sülh, dinclik və rifah gətirmişlər.
 Rus qoşunları Suriyaya gələndən sonra yerli əhali arasında Rusiya simvolikaları olan militarist stildə geyimlər populyarlaşmışdır. Latakiyadakı ticarət obyektlərinin bir çoxuna “Moskva” və ya “Rusiya” adları verilmişdir. Dükanların demək olar ki hamısından Rusiya bayrağı asılmışdır. Kafelərin bir çoxu ruslara endirimlə, bəziləri isə hətta pulsuz xidmət göstərdiklərini bildirmişlər. Suriyalı sahibkarlar rusiyalı alıcılar hesabına külli miqdarda gəlir əldə etmişlər və bu ölkənin iqtisadi həyatının yaxşılaşmasına səbəb olmuşdur. “Xmeymim” hərbi bazası yaxınlığındakı Əs-Sahabi kəndində yaşayan Məhəmməd Umran deyir: “Biz rus təyyarələrinin səsinə alışmışıq. Ruslar bizə qələbəyə inam verdilər və sabahkı günümüzə ümid yaratdılar. Rusların sayəsində ölkəmizdə yaşamaq və yaratmaq imkanımız yarandı. Bax buna görə də biz rus hərbçiləri, rus hökuməti, rus xalqına minnətdarıq”.
 
QƏHRƏMANLAR UNUDULMUR VƏ UNUDULMAMALIDIR
 
 Vladimir Putin bildirdi: “Biz müharibə faciəsini unutmamışıq və hər şey edəcəyik ki, heç kim və heç vaxt savaşı başlamasın, uşaqlarımıza, evimizə və yurdumuza təhlükə törətməsin. Planetin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün hər şey edəcəyik. Biz atalarımızın və babalarımızın ümidlərini doğrultmağa borcluyuq. Bütün maneələri aşaraq çətinlikləri dəf edəcəyik və övladlarımıza çiçəklənən, azad və qüdrətli Rusiya bəxş edəcəyik”. Məhz ağır durumda olan Suriya xalqının müraciətindən sonra Putin öz ordusuna “Xilas” əməliyyatına hazırlaşmağı və “Tanrının köməyi ilə Suriya torpağını Obamanın rəhmsiz terroçularından təmizləməyi” əmr verdi. Rusiya ordusu zabitlərinə müraciətində Putin dedi ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi döyüşçülər qarşılarına Suriya və İraqı xristianlardan, eləcə də digər etnik və dini azlıqlardan təmizləmək məqsədi qoyublar: “Suriya və Livanda 2 milyon, ümumən Yaxın Şərqdə isə 5 milyon xristian yaşayır. Amerikada prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, Ağ Ev neftlə zəngin bu regionda İŞİD və Əl-Nusra Cəbhəsi kimi islam fanatiklərinin təşkilatlarını dəstəkləmək yolu ilə xaos yaratmağa çalışır”. Prezdent bildirdi ki, Rusiyanın mənəvi borcu Yaxın Şərqin indiki acınacaqlı status-kvosunu dəyişməkdir.
 Rusiya hərbçiləri həyatlarını riskə ataraq Suriyaya girdilər. Həmin dövrdə tanınmış ABŞ strateqi Zbiqnev Bzejinski İngiltərənin “The Faynenşel Tayms” qəzetində yazdığı məqaləsində “Suriyada olan Rusiya hərbi-dəniz və hərbi-hava qüvvələri rahat hədəfə gəlirlər, belə ki öz ölkələrindən izolyasiya olublar” yazaraq onları məhv etməyin zəruriliyini vurğulayırdı. Doğrudan da, Suriyada vuruşan ordu qruplaşması ilkin mərhələdə Rusiyanın Axilles dabanı hesab olunurdu. Qruplaşmanın maddi-texniki təminatı və sistematik müdafiəsi böyük çətinliklər hesabına başa gəlirdi. Rusiya Suriya ilə transport kommunikasiyalarının stabil işləməsinə böyük güc sərf etdi. ABŞ-ın tələbi ilə Bolqarıstan və Türkiyə dövlətləri hava məkanını Rusiya hərbi-transport aviasiyasının uçuşu üçün bağladılar. Rusiya təyyarələri uzun bir dövrə vuraraq İran və İraqın üstündən uçmalı oldular. Lakin Rusya bütün çətinliklərdən üzüağ çıxdı və Suriya xalqını yırtıcıların əlinə vermədi. Suriyadakı ordu qruplaşmasının təminatında əsas yük hərbi dənizçilərin çiyinlərinə düşmüşdü. Müharibənin başlanğıcında Rusiya Suriyaya köməyi mülki gəmilərin vasitəsilə göndərirdi. Amma Avropa İttifaqı Suriyaya sanksiyalar tətbiq etdiyindən bir sıra problemlər yaranır, insidentlər ortaya çıxırdı. 2012-ci ilin yanvarında Kiprin Limassol portunda Sent-Vinsent və Qrenada dövlətinin bayrağı altında Sankt-Peterburqdan Latakiyaya üzən “Çariot” gəmisi saxlanıldı. Yoxlama zamanı gəminin suriyalıların “Rosoboroneksport”dan leqal şəkildə aldığı patronlarla yükləndiyi üzə çıxdı. Kiprlilər gəmidən kursunu dəyişməyi tələb etsələr də, Türkiyə hakimiyyət orqanlarının xəbər verdiyi kimi, “Çariot” əvvəl-axır Tartus sahillərinə yan aldı və patronlar Suriya ordusuna çatdırıldı. 2012-ci ilin iyununda isə Şotlandiya sahillərində Rusiyada remont olunmuş Suriya döyüş vertolyotlarını və havadan müdafiə sistemlərini geri aparan “Alaid” yük gəmisi saxlanıldı. Kürasao adasında qeydiyyatda olan gəmidəki yükün operatoru Saxalinin FEMKO kompaniyası idi. Uzun mübahisələrdən sonra gəmi ekipajı sığortadan mərhum edildi və Murmanska qayıtmalı oldu. Beləcə aydınlaşdı ki, mülki gəmilər vasitəsilə Suriyanın blokadasını yarmaq mümkün olmayacaq. Bundan sonra Rusiya hökuməti Suriyaya hərbi gəmilərlə kömək göndərmək qərarına gəldi. Beynəlxalq qanunvericiliyə əsasən hərbi gəmilərin göyərtəsi və anbarı məxsus olduğu ölkənin milli ərazisi sayılır və başqa ölkələrin vətəndaşları tərəfindən baxışa icazə verilmir. Rusiya Federasiyası Hərbi-Dəniz Flotunun bayrağı altında üzən gəmilərə yanaşmağa heç kim cəsarət etmədi. Suriyanın Tartus limanının farvaterində dibdərinləşdirmə işləri aparıldı, ağır tonnajlı gəmilər üçün yanalma körpüsü bərkidildi və burada Rusiya Hərbi-Dəniz Flotunun maddi-texniki təminat punktu fəaliyyətə başladı. Portun infrastrukturu yeniləndi, loqistik imkanları genişləndi. Beləcə illər boyu Novorossiyskdan Tartusa üzən hərbi gəmilər Suriya hökuməti və xalqına silah və ərzaq daşıdı, Rus ordu qruplaşmasının təminatı ilə məşğul oldu. Rusiya Flotunun böyük desant gəmilərinin aramsız üzdüyü bu əfsanəvi marşrut dünyada “Suriya ekspressi” adı ilə məşhurlaşdı. Latakiyada “Xmeymim” hərbi bazası yaradılandan sonra isə buraya onlarla bombardmançı və qırıcı təyyarələr, atəş dəstəyi vertolyotları gətirildi. Suriya ordusunun cəbhədəki qələbələri məhz Latakiyadakı Rus hərbi bazasının dəstəyi ilə əldə olundu. Hökumət qüvvələrinin hücumlarını Rus qırıcı təyyarələr müşayiət etdi və İŞİD mövqelərinə sarsıdıcı zərbələr endirdilər. Rakka-Deyr-əz Zor şossesindən keçən terrorçuların təhcizat karvanları daim bombardman edildi, İraqdan Suriyadakı terrorçulara kömək göndərilməsinin qarşısı alındı. “Rusiya təyyarəçiləri Suriya təyyarəçilərindən fərqli olaraq terrorçuların yerini tam dəqiqliklə müəyyən edir və xüsusi amansızlıqla məhv edirlər”- ərəb KİV-ləri yazırdı.
 Aviasiya general-mayoru, Sovet İttifaqı Qəhrəmanı, Rusiyanın keçmiş vitse-prezidenti Aleksandr Rutskoy dedi: “Əsədə dəstək verməklə biz Suriya xalqına öz taleyini müstəqil şəkildə həll etməyə imkan yaratdıq. İŞİD bəlası artıq bütün dünyaya yayılmaqda idi. Quldurlarla elə yerindəcə məşğul olmaq lazımdır. Bizim hərbi hava qüvvələrimiz layiqli səviyyədədir. Suriya quru qoşunlarına dəstək üçün bir hücum polku və iki cəbhə qırıcıları polku yerləşdirmək kifayətdir. Təyyarələr Krımdakı bazadan zərbələr endirəcəklər. Aviasiya tez bir zamanda müharibənin taleyini həll edəcək”.
 Rus hərbçiləri Latakiyaya havadan müdafiə sistemləri və yeni model qırıcı təyyarələr gətirərək ərazini alınmaz qalaya çevirdilər. Ötən illərdə Bəşər Əsər hökuməti ilə bağlanmış müqavilələr əsasında Suriya ordusuna çoxlu sayda yeni silah və texnika verildi. Suriyaya S-34 cəbhə bombardmançıları gətirildi ki, bu təyyarələr operativ və taktiki dərinlikdə yerüstü obyektlərə dəqiq raket zərbələri endirmək, o cümlədən düşmənin hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuşdur. Dünyada analoqu olmayan S-34 təyyarəsinin taktiki-texniki xüsusiyyətləri elədir ki, döyüş tapşırığını günün istənilən vaxtında və hava şəraitinin necə olmasından asılı olmayaraq yerinə yetirməyə qadirdir. Zərbə dəqiqliyi özündən əvvəlki sələfləri S-22 və S-24-dən qat-qat üstündür. Rusiya ordusu Suriyaya çoxhədəfli müasir Su-30 SM qırıcı təyyarələri də göndərdi. Həmin təyyarələrdə düşmənin aviasiyasını məhv etmək üçün “hava-hava” raketləri vardır. Beləliklə, Türkiyə və İsrail təyyarələrinin Suriya ordusu mövqelərinə aviazərbələr endirməsinin qarşısı alındı. Ərəb mətbuatı bildirdi ki, Rusiya təyyarələri Dəməşq, Latakiya və Hama səması üzərində müntəzəm olaraq patrul edirlər və ölkə səmasını tam nəzarətdə saxlayırlar. Bundan başqa Suriyaya “Pançir-S1” mobil kompleksləri, Mi-24 və Mi-17 çoxfunksiyalı vertolyotları və Su-24M bombardmançı təyyarələri göndərildi. Rusiya hökuməti Latakiyadakı “Basl Al-Asad” aeroportu ərazisində vertolyotların qrup halında dayanması üçün baza, enmə zolaqları, uçuşların idarə olunma qülləsi və aeroport əməkdaşları üçün mobil evlər tikdi. Bundan əlavə, aeroport ərazisində Suriya əsgərlərinə hava döyüşünü idarə etməyi öyrətmək üçün təlim mərkəzi də yaradıldı. Hərbi köməkdən başqa, Rusiya hökuməti Suriyada 500 nəfərdən tutmuş 2000 nəfərədək adama sığınacaq verə bilən qaçqın düşərgələri də tikib istifadəyə verdi. Qərb mətbuatı bildirdi ki, Rusiya Suriyaya çoxlu pilotsuz kəşfiyyat təyyarələri gətirmişdir. Müharibə dövründə təfkirçilər mütəmadi olaraq NATO sputniklərinin çəkdiyi kəşfiyyat şəkilləri ilə təmin olunurdular. Rusiya Müdafiə Nazirliyi Suriya ordusunu da bu cür kosmik şəkillərlə təmin etməyə başladı. Uzun illər Suriyada meydan sulayan və ölkə şəhərlərini xarabalığa çevirən İŞİD terrorçuları geri çəkildilər və kütləvi surətdə Suriya ərazisindən qaçmağa başladılar. Bir sıra mühasirədə olan yerlərdə qadın paltarı geyinərək qaçmağa çalışan terrorçular ələ keçdilər. Onların içində tanınmış komandirlər də vardı.
 17 mart 2016-cı ildə Rusiya ordusunun zabiti Aleksandr Proxorenko dünya tarixinin qiymətsiz incisi olan Palmira şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. İŞİD mövqelərini müşahidə edən və təyyarələrə raket zərbələri üçün koordinatlar verən qəhrəman kəşfiyyatçı Aleksandr Proxorenkonun yeri terrorçular tərəfindən müəyyən edildi və o mühasirəyə düşdü. Əsir götürüləcəyini görən zabit ratsiya ilə öz olduğu yerin koordinatlarını verərək komandanlıqdan mövqeyinin raket ilə vurulmasını istədi. Aviasiya hücumunu öz üzərinə çağırdı və nəticədə özü ilə bərabər çoxlu sayda düşməni məhv etdi. “Komandir, mən mühasirədəyəm. İstəmirəm ki, onlar məni əsir götürsünlər. Havadan hücum çağırıram. Onlar mənə və əynimdəki Rusiya uniformasına qarşı nalayiq hərəkətlərə yol verəcəklər. Mən şərəflə ölmək istəyirəm. İstəyirəm ki, bu əclaflar da mənimlə birgə o dünyaya yollansınlar. Zəhmət olmasa mənim son arzumu yerinə yetirin- havadan zərbə endirilməsinə əmr verin...” Proxorenkonun son sözləri bütün dünyanı dolaşdı. Xidməti borcunu sonadək yerinə yetirən sadə rus cavanının mərdliyi bütün dünya ictimaiyyətini riqqətə gətirdi. Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Aleksandr Proxorenkoya Milli Qəhrəman adı verildi. Maraqlı cəhətlərdən biri budur ki, rus zabitinin ruh yüksəkliyinə heyran qalan Qərb ictimaiyyəti həmin xəbərlə hökumət KİV-lərində və televiziyalarda yox, məhz internetdə tanış oldu. Qərb rəsmi mediası rus zabitinin şücaəti barədə bircə kəlmə də danışmadı. Proxorenko biz şiələrin yolunda öldü. Rus zabitinin şücaəti nəinki Rusiya xalqının, eləcə də bütün dünyada yaşayan həqiqət tərəfdarlarının, ən əsası isə yolunda öldüyü şiələrin qəlbinə toxundu. Haqq yolu naminə mübarizə aparıb canından keçənlər heç zaman unudulmur və unudulmamalıdır. Əgər bu baş versə, biz sağ qalanların yaşamağa haqqı yoxdur. Çünki bizim həyatımız qəhrəmanların qanı bahasına qazanılır.
 
RUSİYA VƏ İRAN ORTAQ CƏBHƏ YARADIR
 
 İran ilə Rusiya arasında Suriyada birgə fəaliyyət haqqında razılaşma əldə olundu. Razılaşmaya əsasən, Rusiya hərbçiləri Suriyada hava məkanına nəzarət edəcək, ölkə ərazisinə soxulan düşmən təyyarələrini vurub salacaqlar, İran ordusu isə Suriya ordusuna yerüstü əməliyyatlarda kömək edəcək. Jurnalistlər bildirdilər ki, əgər İran rəsmən Suriyada hərbi əməliyyatlara başlasa, bu terrorçu qruplaşmaların tam məğlubiyyəti ilə bitəcək. İran Xarici İşlər Nazirinin müavini Hüseyn Əmir Abdullahiyan dedi ki, İran Rusiya ilə birgə İŞİD-ə qarşı ortaq cəbhə yaradır. FoxNews telekanalı isə ABŞ kəşfiyyatındakı mənbəyə istinadən xəbər verdi ki, Rusiya, Suriya və İran hərbçiləri şiələrə döyüş təlimi keçmək üçün Bağdadda koordinasiya mərkəzi yaratmışlar. Şiə əsgərləri İŞİD terror qruplaşması və regionda üzə çıxacaq digər təhlükələrə qarşı döyüşmək üçün hazırlandılar. Telekanal bildirdi ki, Koordinasiya mərkəzinə təcrübəli Rusiya generalları rəhbərlik edirlər. Ardınca Rusiya prezidenti Putin vahid Avrasiya ordusu yaradılması barədə açıqlama verdi. “Ənənəvi tərəfdaşlarımızla və müttəfiqlərimizlə əməkdaşlığımızı genişləndircəyik”- Kremldə yüksək çinli zabitlərə hərbi rütbələrin verilməsi mərasimi zamanı etdiyi çıxışında o bildirdi. Rusların Bağdada gəlməsi ilə bağlı məsələyə münasibət bildirən ABŞ yetkilisinin sözlərinə görə, “belə getsə, yaxın zamanda ruslar hər yerdə görünəcəklər”.
 Miq-31 rus təyyarələrinin regionda görünməsi NATO ölkələri təyyarələrinin Suriya hava məkanına müdaxiləsinə son qoydu. Çoxları bilmir ki, Rusiya NATO təyyarələrinin Suriyaya qanadlı raketlərlə zərbə endirməsinin də qarşısını aldı. Özünün gizli müsəlman ordusu olan İŞİD-in məğlubiyyətini görən NATO Suriya şəhərlərinə 642 raket zərbəsi endirməyi planlaşdırmışdı. NATO həmişə olduğu kimi, bunu Bəşər Əsədin kimyəvi silaha malik olması bəhanəsi ilə etmək istəyirdi ki, dünya ictimaiyyətinin dəstəyini qazanmaq üçün saxta kadrlar da hazırlanıb mediaya buraxılmışdı. Lakin Rusiya prezidenti Vladimir Putinin qətiyyəti sayəsində NATO həmin addımı atmağa cəsarət etmədi. İngiltərənin “İndependent” nəşrində jurnalist Robert Fiskin yazdığı kimi, Putin Əsədi Yeltsin Miloşeviçi atan kimi atmadı. “Qərb bir vaxtlar “diktator” Slobodan Miloşeviçlə vuruşduğu kimi Bəşər Əsədlə vuruşmayacaq, belə ki Yeltsin Miloşeviçi taleyin ümidinə qoydusa, Putin Rusiyası Əsədlə belə rəftar etmədi”- müəllif bildirdi. Jurnalistin sözlərinə görə, 1990-cı illərin axırlarında Qərb Yuqoslaviya ilə cani-dillə müharibəyə can atırdısa, Rusiyanın qorxusundan Suriya ilə birbaşa müharibəyə girişmədi.
 Rusiyanın Su-30 qırıcı təyyarələri Suriya ərazisinə daxil olmaq istəyən İsrailin F-15 qırıcı təyyarələrini geri çəkilməyə məcbur etdi. İsrail təyyarələri dəfələrlə Suriyada fəsadlar törətmək istəsə də, Rus ordusu tərəfindən bunun qarşısı alındı. 2015-ci ilin sentyabrında sionist rejimin 4 ədəd F-15 qırıcısı yenidən Suriya ərazisinə girdi. Buna cavab olaraq Rusiya 6 ədəd Su-30 qırıcı təyyarəsini onlara qarşı havaya qaldırıldı. Dünyanın ən güclü qırıcılarından biri sayılan Su-30 ilə döyüşə hazır olmayan, dinc yaşayış məntəqələrini bombalamağa proqramlaşmış İsrail təyyarələri Rusiya təyyarələrini görəndən sonra uçuş istiqamətini dəyişərək yüksək sürətlə Livana tərəfə istiqamət götürdülər. Həmin gecə Livan Silahlı Qüvvələri İsrail rejiminin 4 ədəd F-15 qırıcılarının Livan ərazisinə daxil olduqlarını bildirdi. İsrail beynəlxalq arenada biabır oldu və buna öyrəşmədiyindən qeyzləndi. Sionist rejim həmin məsələ ilə bağlı Rusiyaya etiraz göndərdi. Rusiya isə İsraildən qırıcılarının hansı səbəbə görə Suriyanın ərazisinə daxil olduqlarına izahat verməsini tələb etdi. Beləliklə, Suriyanın hava məkanı Rusiya aviasiyasının müdafiəsi altında etibarla qorundu və Suriya xalqı böyük təhlükələrdən xilas oldu. Maraqlısı budur ki, nəhəng xəbər agentlikləri həmin insidenti də görməzdən gəldilər və İsrailin uğursuz təcavüzü barədə heç bir məlumat dərc etmədilər.
 Serqey Şoyqunun dediyi kimi, Rusiyanın Suriyada terrorizmə qarşı müharibədə iştirakı oraya döyüşməyə getmiş vahhabilərin geri qayıtmasının da qarşısını aldı. Xatırladaq ki, 4,5 min Rusiya və MDB ölkələrindən olan vahhabi İŞİD sıralarında vuruşmaq üçün yollanmışdı. Azərbaycandan da gülənçi şəbəkənin səyləri nəticəsində vahhabilərin Suriya və İraqa geniş axını təşkil edilmişdi. Rus hərbçilərinin keçirdikləri əməliyyatlar nəticəsində onlardan içlərində 17 komandir də olmaqla 2 min nəfəri məhv edildi. Rusiyanın Suriyaya müdaxiləsi həm də Orta Asiyada və Qafqazda terror ocaqlarının ortaya çıxmasının qarşısını aldı. Jirinovskinin dediyi kimi, Suriyadan sonra Ermənistan, Azərbaycan və Gürcüstan çökməliydi. Dalğa Qafqaza çatacaqdı, növbə bizim idi. Radikal vahhabilər başa düşdülər ki, vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya müdaxilə edəcək, potensial təhlükələrə qarşı adekvat reaksiya verəcək və terrorun qarşısını alacaq. Suriyada qazanılmış döyüş təcrübəsi Rusiya silahlı qüvvələrini möhkəmləndirdi, döyüş qabiliyyətini artırdı və yeni silah növlərinin hazırlanmasına da zəmin yaratdı.
 
İŞİD – NATO-NUN GİZLİ MÜSƏLMAN ORDUSUDUR
 
 Rusiya Hava-Kosmik Qüvvələrinin komandanı general-polkovnik Viktor Bondarevin dediyi kimi, Suriyada müharibəyə qatılmaqla Rusiya beynəlxalq terrorizmin onurğa sütununu sındırdı. Beynəlxalq terrorizm- NATO terrorizmi deməkdir. İŞİD- NATO-nun gizli müsəlman ordusudur. “İŞİD-in Qərb ölkələrində törətdiyi terror aktları avropalılar üçün təəccüblü olmamaldır, çünki İŞİD-i biz yaratmışıq”- bu fikirlər amerikalı ekspert Aleksandr Azadqana məxsusdur. Ekspert vurğulamışdır ki, bu gün baş verənlərin qarşısı vaxtında alınmalı idi: “Ərəb baharı Barak Obama, Hillari Klinton və onların ustadı Corc Soros kimi neoliberal “dəlilər”in planı idi. İndi baş verənlərin yaşanmaması üçün 2011-2012-ci illərdəki hadisələrin qarşısını almalı idik”.
 Artıq çoxlarına sirr deyil ki, İŞİD Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əl-Kaidə adlı köhnə rezerv bazası əsasında yaradılmışdır. İŞİD-in əsas özəyini Əfqanıstanda Sovet qoşunlarına qarşı vuruşmaq üçün yetişdirilmiş terror qruplaşması təşkil edirdi. Mİ-2, Mİ-5, MKİ və Mossadın birgə layihəsi olan bu təşkilata ərəb və İslam ölkələrindən sələfi müsəlmanlar axıdılırdı. Onlara məşq keçərək qanuni hakimiyyətləri yıxmaq üçün müxtəlif coğrafiyalara göndərirdilər. 1992-95-ci illərdə Slobodan Miloşeviçi yıxmaq üçün Bosniyada istifadə olundular. Son illərdə ABŞ hökumətinin “Terrorçular üçün viza” proqramı əsasında İraq və Suriyada cəmləşdilər. İŞİD İraq və Suriyada ABŞ, İngiltərə və İsrail kəşfiyyatlarının birgə işləyib hazırladığı “Bal pətəyi” layihəsini həyata keçirdi. “Bal pətəyi” strateji layihəsinin əsas məqsədi müsəlman ölkələri arasında boğulmaqda olan İsraili xilas etməkdir. Həmin layihə çərçivəsində bütün dünya ölkələrindən vahhabilər əraziyə axıdılır, sionizmə düşmən ölkələrin sərhədlərində müxalif qüvvələr toplanır, nəzərlər və resurslar yeni düşmənə yönəlməklə İsrail diqqətdən yayındırılır. Gizli kəşfiyyat sənədlərində deyilir: “Yaranmış şəraitdə yəhudi dövlətini qorumağın yeganə yolu qonşu ölkələrin sərhədlərinə ekstremistləri doldurub yeni düşmən yaratmaqdır”. Fikir verin, Əsədə qarşı vuruşmaq üçün onlarla ölkədən 200 mindən çox əbləh gəldi, amma Fələstində insanların tək günahının müsəlman, qeyri-yəhudi olması səbəbindən törədilən qətliamın qarşısını almaq üçün onlardan bircə nəfər də görünmədi. Bilmək lazımdır ki, İŞİD elə müsəlmanları, qoy xalqları qətliam edənlərə dəstək üçün yığılmış ordudur. Ayətullah Əhməd Cənnətinin sözləri ilə desək: “Bu terrorçular Qərbin himayəsi ilə və beynəlxalq ictimaiyyətin sükutu ilə İraq xalqını qətliam etməklə hegemonçu və imperialist dövlətləri mənafelərini təmin etmək ardıncadırlar”.
 İŞİD İsrailin regiondakı cinayətlərinin təhlükəsizliyi üçün yaradılmışdır. Ayətullah Xameneyinin müşaviri Əli Əkbər Vilayəti düşmənin bölgə ilə bağlı planlarından söz açarkən İŞİD-i yaradan ölkənin adını çəkdi. Vilayəti terrorçu qruplaşmaların əsil İslama alternativ olaraq yaradıldığına işarə edərək bildirdi: “Suriya İsraillə müqavimət zəncirinin qızıl halqasıdır. Elə bu səbəbdəndir ki, bu gün təkfirçilər məhz bu ölkədə at oynadırlar. Düşmən İsrailin təhlükəsizliyini təmin etmək və İranla Fələstin arasında olan əlaqəni kəsmək üçün Suriyanı hədəfə almışdır. Klintonun da etirafına görə, İŞİD məhz onlar tərəfindən yaradılmışdır”. Hilları Klinton demişdi: “İsraili İrandan qorumağın ən yaxşı yolu Suriyada Əsədin devrilməsidir. Əsədi devirdikdən sonra Suriyada sünni-şiə savaşı başlayacaq və bu İsrailin təhlükəsizliyinin təminatı olacaq”. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəsmisi Maykl Şoyer isə 2015-ci ildə Amerika televiziyalarından birinə açıq-aşkar bildirmişdi: “Ən böyük ümidimiz şiə-sünni savaşınadır”. İsrailin xarici işlər naziri Aviqdor Liberman: “İsrailin təhlükəsizliyinin təmin edilməsindən ötrü İslam ölkələrinin parçalanması gərəkdir”. Məsələ o qədər ciddi idi ki, İŞİD üzvlərinə ABŞ-ın ən güclü özəl hərbi kompaniyası sayılan MPRİ zabitləri hərbi təlim verirdi. Pentaqonun strukturuna daxil olan MPRİ-nin ştatında olan generalların sayı Pentaqonun öz ştatındakı generalların sayından çoxdur. Təlimlər Türkiyənin Hatay bölgəsindəki NATO düşərgələrində keçirilirdi. Çeçenistan lideri Ramzan Kadırovun bildirdiyi kimi: “Suriyada vuruşan vahhabilərə NATO bazalarında təlim keçirlər; onları silahlandırıb ABŞ və Avropa uğrunda döyüşməyə göndərirlər, adını da qoyurlar cihad!”. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Eduard Snouden dəfərlərlə İŞİD terror qruplaşmasının arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatlarının durduğunu açıqlamışdır: “İŞİD MKİ və NATO-nun qurduğu bir təşkilatdır. İŞİD-in ən vacib hissəsinə 2012-ci ildə İordaniyadakı düşərgələrdə MKİ və ABŞ xüsusi hərbi qüvvələri təlim vermişdir. İŞİD üzvlərinin ABŞ pasportu vardır. Onlar ABŞ və NATO-nun planı ilə istədikləri ölkələrdə rejimi dəyişdirmək üçün istifadə olunurlar”.
 ABŞ-ın dövlət katibi Con Kerri də açıq-aşkar bildirdi ki, İŞİD Bəşər Əsədi devirmək üçün ABŞ tərəfindən yaradılmışdır. Kerrini sözlərinə görə, vəziyyəti qəlizləşdirən Rusiyanın Suriyadakı hadisələrə müdaxilə etməsi olmuşdur. Yəni ki, Rusiya işlərimizin yağ kimi getməsinə imkan vermədi. ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanı “dünya nizamının əsaslarını pozmaqda” günahlandırarkən Rusiyanın müdafiə naziri Serqey Şoyqu ona belə cavab vermişdi: “Dünya nizamını “amerikan” nizamı ilə qarışdırmaq lazım deyil. Məhz ABŞ öz Qərbli müttəfiqləri ilə Bosniya və Kosovadan tutmuş İraq və Liviyaya kimi ardıcıl şəkildə dünyada mövcud olan nizamın baza əsaslarını pozmuşdur. Rusiya hələ Yuqoslaviyanın dağıdılmasına hesablanmış ABŞ-NATO əməliyyatları vaxtından xəbərdarlıq edir ki, belə hərəkətlər əvvəl-axır nəyə gətirib çıxaracaq”.
 Salamiyyə şəhəri yaxınlığında Suriya hökumət qoşunları Türkiyənin İŞİD terrorçularına göndərdiyi silah, mərmi və hərbi cihazlarla dolu maşın konvoyunu ələ keçirdi. Rusiya aviasiyası Suriyada əksəriyyəti Türkiyə və Sudan vətəndaşları olan böyük bir qruplaşmanı məhv edərkən üzə çıxdı ki, qruplaşmanı silah-sursatla Səudiyyə Ərəbistanı və İordaniya, texnika ilə ABŞ təmin edirmiş. 26 fevral 2015-ci ildə İraq havadan müdafiə qüvvələri İŞİD-ə silah-sursat tullayan 2 ingilis təyyarəsini vurdular. ABŞ guya İŞİD-ə qarşı döyüşmək üçün ordu hazırlayırdı, amma necə oldusa, 2015-ci ilin sentyabrında həmin ordu 12 zirehli maşınla birgə İŞİD-in tərəfinə keçdi. Bu cür yollarla ABŞ-ın İŞİD-ə qarşı vuruşacaq ordunun maliyyələşdirilməsi adı altında ayırdığı 500 milyon dollar pul elə İŞİD-in özünə xərcləndi.
 ABŞ uzun illər dünya ictimaiyyətinə təlqin etməyə çalışırdı ki, o Suriyada 2 cəbhədə vuruşur: həm Bəşər Əsəd rejiminə qarşı, həm də İŞİD terrorçularına qarşı. Lakin hadisələrin gedişatı onu göstərdi ki, bəli, ABŞ Suriyada Əsədin hakimiyyətdən getməsinə çalışır, amma İŞİD-ə qarşı nəinki döyüşür, hətta ona hərtərəfli dəstək verir. Hələb Suriya ordusu tərəfindən tutulan zaman ABŞ, İsrail, İngiltərə, Fransa və Türkiyədən olan 128 nəfər yüksək rütbəli zabit ələ keçdi. Üzə çıxdı ki, İŞİD-in hərbi əməliyyatları NATO ordu komandanlığı tərəfindən idarə olunur! Hələbə Suriya ordusu girən zaman həmin NATO zabitləri bunkerdə gizlənmişdilər və gözləyirdilər ki, atəşkəs elan olunandan sonra aradan çıxa bilsinlər. Ələ keçənlərin 22-si ABŞ, 16-sı İngiltərə, 2-si Fransa, 7-si İsrail, 62-si isə Türkiyə ordusu zabiti idi. Türkiyə, Səudiyyə, Qətər, İordaniya, Marokko orduları tam İŞİD-in ixtiyarına verilmişdi. İŞİD-ə İngiltərə ordusunun briqada generalları səviyyəsində ən yüksək rütbəli zabitlər təlim verirdilər və təlimçiləri İngiltərə aviasiya xidmətinin speçnazı- SAS qoruyurdu. Hələb tutulan zaman geri çəkilən İŞİD əsgərlərinə məşq keçmək və döyüş qabiliyyətini artırmaq üçün İngiltərədən 20 zabit göndərilmişdi.
 Rusiyanın Suriyaya girişi üzə çıxardı ki, Yaxın Şərqdə ABŞ-ın başında durduğunu iddia etdiyi 60 ölkədən ibarət antiterror koalisiyası adlı qrup yoxdur. Rusiya dünya ictimaiyyətinə açıb göstərdi ki, ABŞ və müttəfiqləri terrorçularla yalnız kağız üzərində mübarizə aparırlar, reallıqda isə İŞİD mövqelərinə paraşütlə silah və ərzaq tullayırlar. Terrora qarşı mübarizə mifdən başqa bir şey deyil. Dünya ictimaiyyəti başa düşdü ki, İŞİD dövlətini yaradan, həm də onun ayaqda durmasına yardım edən elə ABŞ özüdür. İŞİD- NATO-nun müsəlman ordusudur. Suriyada kim kimi bombalayır mövzusunda diskussiyaların gedişində ABŞ, eləcə də onun vassalları Türkiyə, Səudiyyə və Qətərin iç üzü aşkarlandı. Aydın oldu ki, terrorizmə qarşı mübarizə aparanlar Rusiya və İrandır, Qərb isə radikal islamçıların tərəfindədir və onlardan öz məkrli niyyətləri üçün istifadə etməkdədir. Suriya dövlət nümayəndələrinin də bildirdiyi kimi, terrorçuları bombalamaq adı ilə havaya qalxan ABŞ təyyarələrinin hər dəfə İŞİD mövqeləri əvəzinə hökumət mövqelərini vurması (Amerikan diplomatlarının sevimli sözü: “Səhvən bombalamışıq, faciəvi təsadüfdür”) bir daha onu göstərdi ki, ABŞ və müttəfiqləri terrorizmlə mübarizə adı altında əslində İŞİD-i dəstək verirlər. Hadisələrin gedişatı Qərbin əsas hədəfinin məhz Rusiya və İran olduğunu aşkarladı. ABŞ, İngiltərə və İsrail kəşfiyyatlarının birgə proyekti olan İŞİD-in son məqsədlərindən biri məhz Rusiya və İranı dağıtmaq olmuşdur. Suriya və İraqı məhv etməklə regionda İŞİD adlı transregional terrorçu şəbəkə yaratmaq istəyirdilər ki, bura cəmlədikləri və təlim keçdikləri sələfiləri Rusiya və İran hüdudlarına yollasınlar.
 
“BU DİYARIN GƏNCLƏRİ YUXUNU SİZƏ HARAM EDƏCƏK!”
 
 İranın Ali Rəhbəri Ağa Xameneyi çıxışında dedi: “İŞİD terror qruplaşması başlıca məqsədin yerinə yetirilməsi üçün yaradılıb: İranın zəbti və məhv edilməsi. İraq və Şam bu məqsədə nail olmaq üçün yalnız hazırlıq mərhələləri idi. Amma İranın düşmənləri bu müharibədə uduzacaqlar, çünki onlar İslam Respublikasının malik olduğu gücü lazımi səviyyədə qiymətləndirmirlər. İran onu diz üstə qoymaq istəyənlərin özlərini diz üstə çökdürər”.
 İŞİD qruplaşmasının sözçüsü açıq-aşkar bildirdi: “İraqdan sonra növbəti hücum İranadır. İran şiələrini al-qana boyayacağıq”. İran gəncləri İŞİD təfkirçilərinə müraciət ünvanlayaraq onların bu təhdidlərinə belə cavab verdilər: “Əgər övladlarınız üçün yadigar qoymaq istəyirsinizsə, dərhal öz evlərinizə qayıdın. Şübhəsiz əgər ayağımız (əlbəttə Vəli və imamların əmri ilə) döyüş meydanına daxil olarsa, Allaha and olsun, analarınız sizi dünyaya gətirmələrinə lənət edərlər. Çünki əsrlərdir nəsil-nəsil şiə gəncləri Hüseynin (ə) qatillərindən ağır intiqamı almaq üçün öz qılınclarını iti saxlamışlar... Vallahi əgər ayağınız Hüseynin (ə) hərəminə dəyərsə, sizin kəsilmiş başlarınızı Zeynəbin (s.ə) hərəminə peşkəş aparacağıq və mütləq günorta namazını Bəqidə qılacağıq. Ləbbeyk Ya Hüseyn (ə)! Sizi xəbərdarlıq edirik! Bura İraq deyil! Bura Suriya deyil! Bura Mosul və s. deyil. Bura İrandır... Bu diyarın gəncləri yuxunu sizə haram edəcək və ölümlərinizi arzularınız edəcək!”
 İran xalqı islam adı altında regionu qana bulamış sionist təcavüzünə mətinliklə sinə gərdi. İran terrorizmə qarşı dayanan Suriya xalqına yaxından kömək etdi. Ağa Xameneyi bəyan etdi: “Süriya ya İraqda şəhid olan hərəm müdafiəçiləri zaman və məkanlarından asılı olmayaraq İmam Hüseyn əleyhissəlamın müqəddəs hərəminin qapısı qarşısında şəhid olan şəxs kimidirlər”. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Ələddin Borucerdinin dediyi kimi, müqavimət oxunu zəiflətməyə hesablanmış sionist-amerikan proyekti alt-üst oldu: “Dünyanın müxtəlif ölkələrindən olan on minlərlə terrorçunun qatıldığı və beynəlxalq dəstək aldığı böyük terror hücumuna qarşı mətinliklə sinə gərən Suriya rəhbərliyinin və xalqının yanında olduğumuzu yenidən bəyan etmək üçün biz burdayıq”. Borucerdinin sözlərinə görə, terrorçuların dünya arenasındakı tərəfdarları bundan zərərdən başqa bir şey görməyən öz xalqları və ölkələri tərəfindən məsuliyyətə cəlb olunmalıdırlar. “İŞİD-ə qarşı bütün səyləri birləşdirmək lazımdır!”- bu sözləri isə İraqın mərcə alimlərindən Ayətullah Sistani İŞİD-ə qarşı qlobal müharibə çağırışında dedi. İraq baş naziri Heydər Əl-İbadinin Rusiyanın İŞİD-ə qarşı hava hücumlarını İraqda da təşkil edəcəyini deməsindən bir gün sonra bəyanat verən Ayətullah Sistani terrorçulara qarşı qlobal müharibə çağırışı etdi. İŞİD-lə müharibənin bütün iraqlıların taleyində yazıldığını bildirən Ayətullah Sistaninin sözlərinə görə: “Bu müharibə yalnız onların deyil, eyni zamanda bütün dünyanın müharibəsidir, çünki terrorçuların qaranlıq ideologiyaları bütün bəşəriyyəti, mədəniyyəti və dəyərləri hədəfə alır”.
 
AYƏTULLAH SİSTANİNİN FƏTVASI
 
 İŞİD-in Bağdad və Samirra şəhərləri istiqamətində irəlilədiyi bir vaxtda şiələrin nüfuzlu müctəhidi Ayətullah Sistaninin verdiyi fətva terrorçulara qarşı mübarizəyə kütləvi axının yaranmasına səbəb oldu. Ayətullah Sistani xalqı İŞİD-ə qarşı cihada dəvət edərək bildirdi ki, hamı silah ələ alıb terrorçular qarşı mübarizəyə qalxmalıdır. İraqlılar ölkənin şimal bölgələrində nəzarəti ələ almış vahhabi terrorçularına qarşı döyüşmək üçün paytaxt Bağdad və ölkənin başqa şəhərlərində orduya könüllü yazılmaq üçün çağırış mərkəzlərinə üz tutdular. Fətvadan sonra dünyanın müxtəlif ölkələrindən saysız-hesabsız şiə döyüşmək üçün Kərbəlaya axışdı, hətta Azərbaycandan da 500 nəfər getdi. İraqın baş naziri Heydər əl-Abadi bildirdi ki, həmin fətva İraqı və bölgəni xilas etdi: “Ayətullah Sistaninin cihad fətvası münasib vaxtda verilməklə İŞİD-in qarşısını aldı, ölkədə bu terror təşkilatına qarşı səfərbərlik yaratdı, İraqı və bölgəni xilas etdi, şər planlara mane oldu”. Ayətullah Xameneyinin dəftərxana rəisi Məhəmmədi Gülpayiqani mərcəiyyətin İŞİD-ə qarşı mübarizədəki rolundan danışarkən dedi: “Bu bir reallıqdır ki, əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla, nə də Nəcəf qalardı. Bu fətvadan sonra alimlərə və mərcəiyyətə güvənən insanlar İŞİD-ə qarşı döyüşmək üçün meydanlara çıxdılar. Bu gün İslam düşmənləri bu gerçəyin fərqinə varıblar. Dolayısıyla mərcəiyyət məqamını sarsıtmaq və xalqın gözündən düşürmək üçün sistematik olaraq çalışırlar. Buna görə də müsəlmanlar son dərəcə ayıq olmalı və düşmənin oyunlarına alət olmamalıdırlar. Təkfirçilər Nəcəf və Kərbəlanı yerlə-yeksan etməkdən sonra Məşhəd şəhərində yerləşən İmam Rza türbəsini də hədəfə almışdılar. Lakin Ayətullah Sistaninin fətvası düşmənin planlarını pozdu. 1 milyon aşiq insan terrorçulara qarşı vuruşmaq üçün hazır vəziyyətə gəldi. Bunu açıq-aşkar söyləyirəm: Əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla qalacaqdı, nə də Nəcəf!” Şiələrin mütəşəkkilliyindən heyran qalan Rusiya prezidenti Vladimir Putin bildirdi: “İŞİD-çilər şiələri yaxşı tanımırlar. Şiə zülmə səbr edər, haqlarının tapdalanmasına səbr edər, mallarının qəsb olunmasına səbr edər, amma əgər onların müqəddəslərini təhdid etsəniz, sizin leşinizi itlərə atarlar!” Ayətullah Sistaninin xüsusi zəka ilə düşünülmüş və yerində verilmiş cihad fətvası hadisələrin gedişatında İraqda 2 milyondan çox şəxsi təkfirçilərlə mübarizəyə səfərbər etdi, eləcə də İraqda baş verə biləcək məzhəblərarası müharibəni ortadan götürdü. Həmin fətva əgər 24 saat gec verilsəydi, Bağdad şəhəri təkfirçilərin əlinə keçəcəkdi və ölkənin parçalanmaqdan başqa yolu qalmayacaqdı. Ayətullahın fətvası həm də məzhəb və dini qarşıdurmaların baş verməsinin qarşısını aldı. Bunu İraqın Əhli-sünnət Alimlər Birliyinin sədri Xalid Molla da vurğuladı. Əhli-sünnət Alimlər Birliyi fətvanı dəstəklədiyini elan etdi və bildirdi ki, Ayətullah Sistani əhli-sünnəni nəinki məzhəb qardaşları kimi, hətta elə şiələrin özü kimi görür. Birliyin sədri Xalid Molla mərcəyi-təqlid tərəfindən cihad hökmünün verilməsinin ağıllı bir addım olduğunu önə çəkdi və dedi ki, bu fətva yalnız şiələrə aid deyil, İraqın bütün əhalisinə aiddir və İraq xalqı arasında birliyin yaranmasına səbəb olmuşdur. Əhli-sünnət Alimlər Birliyi digər ərəb və islam ölkələrini də terrorun qarşısını almağa çağıraraq bildirdi ki, İraqda cinayətkar hərəkətlər törədən terrorçuların sünnilərlə heç bir əlaqəsi yoxdur və bu iki məsələni eyniləşdirmək olmaz. Bundan öncə İraqın Əhli-sünnət Alimlər Birliyinin digər üzvi də Ayətullah Sistanini təkcə İraq şiələrinin böyük müctəhidi deyil, bütün İraq xalqının, ölkədəki bütün dini və milli azlıqların hamısının müctəhidi adlandırmışdı. İraq parlamentinin sabiq millət vəkili Şeyx Məhəmməd Mehdi Nasiri vurğulamışdır ki, İraqda imperializmin nökərliyini edən bəzi fikirlərin bütün səylərinə və xalqı etnik bir döyüşə sürükləmələrinə baxmayaraq sünni və şiə alimləri bu terror qruplarının bütün İraq xalqını hədəf aldığını gözəl anlayır: “İŞİD kimi terror təşkilatları üçün imperializmə qarşı olan hər kəs, istər şiə olsun, istərsə də sünni, düşməndir və ortadan qaldırılmalıdır”. Bir çox ekspertlər də bildirirlər ki, İraqda şiə müctəhidinin təkfirçilərlə mübarizəyə dair cihad fətvası olmasaydı, ölkədə sünni və şiə məzhəbi qrupları arasında müharibə qaçılmaz idi. Ona görə ki, şiələrin ifratçı qrupları ifratçı sünnilərin törətdikləri cinayətlərin qisasını almaq üçün oxşar işlər görəcəkdi və bu, İraqda məzhəblərarası müharibə ilə nəticələnəcəkdi. Belə gedişat isə elə ABŞ və İsrailin çoxdankı arzu və proqramlarından biridir. Ümumi düşmənə qarşı cihad fətvasının verilməsi şiə qrupları arasında vəhdət və birliyin yaranmasına, gənclər arasında təbii bir hərəkatın vüsət almasına da səbəb oldu. Fətva İŞİD-ə necə təsir etdisə, terrorçular Sistaninin İraqdan çıxması tələbini qoydular. İŞİD-in yaydığı bəyənatda deyilirdi: “Biz bütün şiələrə xəbərdarlıq edirik ki, Əli Sistani İraqdan çıxmalıdır. Əgər belə olmazsa, biz onu öldürəcəyik”. Ayətullah Sİstaninin evinin və ofisinin mühafizəsi gücləndirildi. Qızğın döyüşlərdən sonra İŞİD sel kimi axan şiə könüllüləri qarşısında geri çəkilməyə məcbur qaldı. Xalq qüvvələri İraq ordusu və təhlükəsizlik qüvvələrinin kənarında terrorçulara dağıdıcı zərbələr vurdular. İraq parlamentinin sabiq millət vəkili Şeyx Məhəmməd Mehdi Nasiri təkfirçi terror təşkilatının məğlubiyyətinə işarə edərək bildirdi: “Ümumi olaraq İraq xalqı və xüsusilə də gənclərin Ayətullah Sistaninin cihad fətvasına göstərdiyi misli görülməmiş maraqdan ötəri İŞİD-in manevr sahəsi daraldı. Bu fətva İŞİD terror təşkilatını pərişan etdi və ağır itkilər verdirdi. Qaçaraq dəlik axtardılar”. İtaliyanın xarici işlər naziri Federika Mogerini İraqa səfəri zamanı belə dedi: “Qərb Ayətullah Sistaninin fətvası ilə İslamın həqiqi üzünü gördü”. Federika Mogerini 2003-cü ilə qədər Səddam dövründə zülm görən şiələrin digər tayfa və məzhəblərdən intiqam almaq fikrindən uzaq olduğunu ifadə edərək, Ayətullah Sistaninin “Əhli-sünnə şiələrin qardaşı deyil, canıdır, özüdür” fikrini xatırladaraq, Ərəb lobbisinin bu fətvanı görməməzlikdən gəldiyini bildirdi. Mogerini İŞİD terrorçularının zülmündən qaçan xristian və yezidilərə də məhz şiələrin kömək etməsini diqqətə çəkdi. Bəli, Qərb bu dəfə də şiə müctəhidliyinin gücünü və statusunu anladı. Adi bir fətva ilə genişmiqyaslı qlobal planları puç olan sionistlər pərişan düşdülər. Ayətullah Sistaninin bir cümləlik fətvası Qərb dövlətlərinin və təkfirçilərin milyardlarla dollar xərclədikləri proqramlarını darmadağın etdi. Mərcəiyyət, şiə rəhbərliyi, fətva kimi sözlər uzun illər milyardlarla dollar bahasına başa gələn planları bir andaca- yalnız bir cümlə ilə məhv edə biləcək açar sözlərdir.
 
İRAN MÜQAVİMƏTİ TƏŞKİL ELƏDİ
 
 Kərbəlada şiə mərcə-təqlidlərindən olan Ayətullah Seyid Məhəmməd Təqi Müdərrisi İraq, Suriya və Yəməndəki terrorizmi himayə edən, silahlı qruplaşmaları dəstəkləyən və cavanları xəsarətli müharibəyə göndərən ölkələrə xəbərdarlıq etmişdir: “Biz dəfələrlə sizə İraq, Suriya, Livan və Yəməndəki təkfirçi terrorçu qruplaşmaları himayə etmək barədə xəbərdarlıq etmişik. Dedik ki, odla oynamaqdan əl çəkin. Çünki bilirik ki bu ölkələrin əhalisi nə qədər şücaətli, cəsur və himmətlidirlər. Onlar döyüş meydanlarında şir kimi döyüşürlər”. Müdərrisinin sözlərinə görə: “Regionda şiə qrupların əldə etdikləri qələbələr  Suriya, İraq və Yəməndə təkfirçilərin fəaliyyətini iflic hala saldı, onların ruh və mallarına bir tufan kimi ağır zərbə vurdu. Bu tufan dünyada son terrorçuların məhv olacağı zamana qədər davam edəcək”.
 Hizbullahın komandiri Seyyid Həsən Nəsrullah dedi: “Suriyada gedən döyüşlərdə iştirak etdik və heç vaxt nahaq qan tökmədik. Amma siz vahhabilər əsirləri kamera qarşısında güllələyirdiniz. Dinc əhalini qırmaqdan başqa əlinizdən heç nə gəlmir. Biz dinc əhaliyə toxunmuruq və qorumağa çalışırıq. Hətta bəzi döyüşlərdə insanlara xətər toxunmasın deyə əsgərlərimiz həlak olmağı üstün tutdu. Sizdən fərqli olaraq biz döyüşərkən qaydalara uyğun və dəyərlərə hörmətlə döyüşürük. Biz həmişə hansı müharibəyə girdik, orda insanların şərəf və ləyaqətini qoruyuruq, qanını alırıq. Livanlılara, suriyalılara, fələstinlilərə və bu regionda yaşayan digərlərinə səslənirəm: Arxayın olun, biz bu müharibəyə girəcəyik və bu torpaqları terrorçulardan təmizləyəcəyik”.
 Bilmək vacibdir ki, vahhabilik heç də islam dininin bir məzhəbi deyildir. Vahhabilik ingilislərin nəzarətində olan dağıdıcı bir sektadır. Vahhabilik- sionizmin gizli qollarından biridir. Vahhabiliyin baş ofisi BP-nin Londondakı binasında yerləşir. Vahhabiliyin əsas məqsədi islam coğrafiyalarını qana bulamaq və əsl müsəlmanları Yer üzündən silməkdir. Uzun illərdir əldə silah meydan sulasalar da, bircə nəfər də israilli öldürmədilər. Hətta İraqda belə bir lətifə var: İŞİD mənsubundan soruşurlar ki, bəs nə vaxt İsrail ilə vuruşacaqsınız, cavab verir İsrail islamı qəbul edən kimi! Vahhabilər heç vaxt İsrailə qarşı cihad etməmişlər, əksinə vahhabi şeyxləri öz fətvalarında İsrailə qarşı vuruşmağı haram saymışlar. Təsadüfi deyil ki, hədislərdə vahhabiləri “cəhənnəm köpəkləri” adlandırırlar. Hizbullahın komandiri Seyyid Həsən Nəsrullah demişdir: “Vahhabilər sünni deyillər, yalan deyirlər. Onlar sünniləri şiələrdən də çox öldürüblər. Onların məzhəbi yoxdur, onların vətəni yoxdur! Onları müsəlman saymaq olmaz. Onlar sünniləri xristianlardan çox qırıblar. Sünni alimlərini şiə alimlərindən də çox qətlə yetiriblər. Onlar gözləri tutulmuş qəddar qatillərdir. Mən vahhabilərə üzümü tutub deyirəm: Siz birbaşa İsrailə işləyirsiniz, mən sizin kim olduğunuzu yaxşı bilirəm, ona görə də hamınızı məhv edəcəyəm!”.
 İsrailin hərbi kəşfiyyatın rəisi Herzi Halevi dedi: “İsrail İŞİD-in məğlub olmasını istəmir. Böyük dövlətlərin regiondan getməsi o deməkdir ki, İsrail İrana və Hizbullaha qarşı tək qalacaq. İran və Hizbullah İsraili çətin vəziyyətə qoymaq imkanlarına malikdirlər. Ona görə də biz əlimizdən gələni etməliyik ki, bu baş verməsin”. Və bu həqiqətən də belədir. Suriya müharibəsi İranın bu ölkədə öz qoşunlarını yerləşdirməsinə imkan verdi. İran əsgərləri Suriyaya girdilər və bir sıra zəfərlərdən sonra İsrailin sərhədlərinə kimi gedib çıxdılar. Qərbin planına görə Bəşər Əsəd tez devrilməli idi. Lakin bu baş tutmadı. Suriya düşmənə tab gətirə bilməyəcəkdi, çünkü ordu həddindən artıq zəyifləyib əldən düşmüşdü. İran, ardınca da Rusiya Suriya müharibəsinə müdaxilə etməsəydi, bu ölkənin hərbi potensialı tamamilə düşmənin əlinə keçəcəkdi və İraqı da heç bir fətva ilə xilas etmək mümkün olmayacaqdı. Mərcələrin cihad fətvasının öz yeri var, amma müharibədə əli yabalı kəndçi yox, hazırlıqlı əsgər və zabitlər döyüşməlidir. İraq ordusu İŞİD-in sürətli hücumuna hazır deyildi. Ümumiyyətlə, bu ölkə elə bir vəziyyətdə idi ki, onu asanlıqla parça-tikə etdilər. İndi baxın, Suriya ordusunun hərbi imkanları bu təkfirçilərin əlinə keçsəydi, nə olacaqdı? Suriya ordusunda müharibədən öncə 5 000 tank, 4 500 zirehli texnika, 500-ə yaxın reaktiv yaylım atəş sistemləri, 2600-ə yaxın artilleriya sistemi, 50-60 operativ taktiki raket sistemləri, 250-ə yaxın təyyarə və 100-dən çox vertolyot vardı. Suriyada hakimiyyətin yıxılacağı təqdirdə silahlar və texnika müxtəlif hazırlıq vəziyyətində vahhabi terrorçularının əlinə keçəcəkdi. Digər ölkələrə təcavüz zamanı bu qüvvələrin arxasında Suriya, eləcə də İraqın təkcə ordu potensialı yox, elə iqtisadi və əhali potensialı da duracaqdı. Bir Allah bilir ki nələr baş verə bilərdi və regiondakı şiələrin aqibəti necə olacaqdı. Hələ Suriyadaki şiələri və ordaki ziyarətgahları nələr gözləyirdi...
 Suriya prezidenti Bəşər Əsəd dedi: “Bizə dəstək verən və hər zaman yanımızda olan İran, Rusiya və Çinə çox şey borcluyuq”. İran illər uzunu Suriyada müqaviməti təşkil elədi. Suriyada düşmənın ağır döyüşlərdə əlini-qolunu bağlayaraq İraqa vurulacaq zərbənin gücünü xeyli azaltdı. Və düşməni iki cəbhəyə böldü. İran imkan vermədi ki təkfirçi qruplar müharibədə vahid bir cəbhə yaratsın. İran kəşfiyyatçılarının “yardımı” ilə Əl-Nusra Cəbhəsi və İŞİD arasında konfliktlər yarandı və terrorçu qruplaşmalar bir-birini qırıb-çatdılar. Bu illər ərzində İran Suriyada və İraqda on minlərlə döyüşçü hazırladı və yetişdirdi. Sionstlər onları “İranın adamları” kimi tanıyırlar. “Tehran Muhəmməd Rəsulullah” İnqilabın Keşikçiləri Korpusunun sabiq komandiri general-mayor Huseyin Həmədani Suriya müharibəsinin İranın ikinci müqəddəs müdafiə müharibəsi olduğunu bildirərək deyir ki, İran Suriyada ikinci “Hizbullah”ı qurmağa müvəffəq oldu. ABŞ müsəlman ölkələrini öz qurduğu oyuna saldı, amma İran maddi və insani itkilərə baxmayaraq, regionda Qərbə qarşı duran sanballı hərbi qüvvəyə çevrildi. Ağa Xameneyi bildirdi: “Artıq keçmiş zaman geridə qaldı. Təhdidləriniz bizi qorxuda bilməz! Artıq bizi vurub qaça da bilməzsiniz, arxanızca gələrik!” Onu da qeyd edək ki, tək Suriyada və İraqda yox, elə Əfqanıstanın özündə İranın hərbi təlim düşərgələrindən minlərlə əfqanlı keçməkdədir. ABŞ və İsrail bilir ki bütün bu qüvvələr İranın hərbi himayəsindədir və regionun sionizm istilasından azad edilməsində mühüm rol oynayacaqlar. Ərəb-İslam toplantıları mərkəzinin baş katibi Yəhya Qədarın dediyi kimi: “İran müqaviməti region ölkələrini qəflət yuxusundan oyatdı. İran imperializmə qarşı müqavimət cəbhəsini daim himayə edib. Müqavimət davam edir və biz onun imperializm üzərində qələbəsinə şahid olacağıq”.
 İran Suriyada və İraqda müharibəyə girməklə həm də öz təhlükəsizliyini qorudu. Suriya və İraq vasitəsilə bir növ bufer zonası yaratdı. Yəni düşməni İran ərazilərindən uzaqda qarşılamaq lazımdır. Haradan peyda olublar, elə oradaca əzmək lazımdır. Məsələn, İŞİD İraqda peyda oldu və Suriyaya təcavüz etdi- İran onları elə ordaca vurdu. “Düşmənlə Suriyada döyüşməsəydik, Tehranda döyüşməli olacaqdıq”- Ayətullah Xameneyi şəhid ailələri ilə görüşdə bu barədə danışdı. “Əgər ABŞ və İsrail rejiminin əlaltıları olan fitnəkarların qarşısı Suriyada alınmasaydı, biz gərək onlarla Tehranda, Xorasanda və İsfahanda mübarizə aparmalı idik. Bizim şəhidlər düşməni zərərsizləşdirdilər.”- deyə Xameneyi bildirdi. İmam Əli (ə) deyib: “Bax! Mən gecə və gündüz, aşkarda və gizlində sizi bu xalq ilə müharibəyə çağıraraq dedim: Onlar sizə hücum etməmiş, siz onların üzərinə həmlə edin, çünki Allaha and olsun, heç bir xalqla onların öz torpaqlarının içərilərində elə bir müharibə olmayıb ki, onlar bu müharibədə xar olmasınlar”. Həzrət Əli (ə) deyir ki, düşməni öz torpağına daxil olmağa qoyma. İran da qoymur. Və vaxtında müharibəyə girişərək düşməni sərhədlərindən uzaqda saxlayır. İmam Əli (ə) deyir: “Çox müharibə var ki faydası sülhdən daha çoxdur”. Bəli, belə müharibə İranın dinc oturub düşməni evində gözləməsindən yaxşıdır. İran müharibəni öz ərazisinə buraxmaq istəmir. Suriya əldən getsəydi, İraqdan sonra növbə İranın idi. Əlbəttə ki bu işlər, bu uğurlu müdafiə cihadı İrandaki İslam İnqilabının bəhrəsidir. Bu ölkənin hərbi potensialının sayəsində Əhli Beyt davamçıları Əhli Beyt düşmənləri ilə uğurlu mübarizə apara bildilər. İmam Hüseyn (ə) deyir: “Bilin ki, müharibənin şərri tez gələn, tamahı pis və nifrət doğurandır. Özünü müharibəyə hazırlayan, onun silah-sursatını tədarük görən kəs, müharibə başlamamış öz bədənini onun yaraları ilə incitməsə, müharibədə qalib gəlmişdir. Amma əlverişli fürsət və müharibə zamanı yetişməmiş, həmçinin özünün hərbi qüdrətindən xəbərsiz müharibəyə başlayan kəs ordusuna heç bir fayda verməz və özünü də həlak edər”. Deməli, biz İmamın göstərişi ilə müharibəyə hazır olmalıyıq. Zavodlarımız silah istehsal etməlidir, hərbi akademiyalarımız zabitlər hazırlamalıdır, hərbi hissələrimiz isə əsgərlərə təlim keçməlidir. Bunu isə ancaq qüdrətli dövlət vasitəsi ilə etmək olar. Elə dövlət ki iqtisadiyyatı güclüdür və böyük hərbi büdcəsi var. Belə bir dövlət isə ari-slavyan-türk qardaşlığının məhsulu olan Avrasiya Birliyi dövləti olacaq. Atalarımız deyib, tək əldən səs çıxmaz. Tariximizdə elə olub ki müctəhid cihad elan eləsə də, nəticədə bu mübarizə məğlubiyyətlə nəticələnib. Çünkü heç bir hazırlıq olmayıb. Məsələn, şiələrin əzəmətli mərceyi-təqlidi Mirzayi-Şirazinin layiqli tələbəsi Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdi (Sahibi-Ürvə) də Qərb imperializminin təzyiqləri qarşısında hər vasitə ilə müqavimət göstərirdi. Birinci Dünya Müharibəsi gedişində Qərb dövlətləri müsəlman ölkələrinə təcavüz etdiyi bir zamanda böyük müctəhidlər Mirzə Mühəmməd Təqi Şirazi və Seyyid Yəzdi İraqa soxulan ingilislərə qarşı cihad fətvası verdilər. Bu cihadda sıravi müsəlmanlarla yanaşı böyük alimlər və onların ailə üzvləri də əldə silah savaşırdılar. Hətta döyüşlərdə Seyyid Yəzdinin oğlu Seyyid Mühəmməd şəhid olmuşdu. Cihad müsəlman qüvvələrinin məğlubiyyəti ilə başa çatsa da, onların gücünü Qərbə göstərmək üçün gözəl bir fürsət oldu. İndi gəlin düşünək, əgər o vaxt şiələrin əlində indiki imkanlar olsaydı, necə olardı? Yəni o vaxt şiələrin güclü ordusu olsaydı, eləcə də şimaldakı pravoslav qardaşlarımız dəstək versəydi, düşmənlər regionumuzu ələ keçirə bilərdi? Yox. İndi isə bu imkanlar var. Allah bizə müdafiə olunmağı qadağan etməyib, əksinə! Və güclü dövlət qurub Allah düşmənlərinə qarşı durub İmamın (ə) zühurunu gözləmək ən doğru yoldur. Ona görə fətvanın arxasında qələbəyə doğru gedəcək ordu durmalıdır; bu ordunu isə ancaq güclü dövlətin vasitəsi ilə qurmaq olar! Yaşasın Avrasiya Birliyi! Başqa yolu yoxdur, ola da bilməz! Allah deyir: “Kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” (Quran, 8:60). “Kafirlər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər)”. (4:102). Quran ayələri müəyyən hadisələr ilə bağlı göndərilib. Lakin hər ayələrdə prinsiplər də var, müstəqil mənalar da var. Biz hər zaman ayıq olmalıyıq, hadisələri qabaqlamalıyıq, öncədən tədbirlər görməliyik. Allah deyir ki, ordunuz güclü olsun, silahlarınız yanınızda olsun. Peyğəmbər əleyhüssəlam deyir: “Allah-Taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir”. Bu hədisdən də görünür ki müsəlmanlar müdafiə olunmağı bacarmalıdırlar. Lakin bu hədisi ancaq müharibə ilə əlaqələndirmək dardüşüncəlik olardı. Hücumların növləri var. Bu hərbi təcəvüz də ola bilər, iqtisadi, mənəvi, mədəni və digər sahələrdə də. Onlar bizim evimizə, yəni bizim yaşadığımız yerə növbənöv hücumlar təşkil edirlər. Ona görə biz onlara qarşı hərtərəfli müqavimət göstərməyə bacarmalıyıq. Hərbidən tutmuş iqtisadiyyatadək! Bunun üçün isə yenə dövlət lazımdır. Güclü dövlət! Fikir verin, Allah bizlərə ayələrdə və hədislərdə deyir: “Mübarizə aparın, döyüşün” və s. İndi kimsə deyə bilər ki, filan yerləri Allah qorudu. Elə bilirlər ki, biz heç nə eləməsək də Allah mələkləri göndərib bizi qoruyacaq; möcüzələr baş verəcək, biz isə heç nə etməli deyilik. Allah qoruyur, bəli! Amma Allah bizim əllərimizlə qoruyur. Biz ona layiq olmalıyıq ki, Allahın görən gözləri olaq, vuran əli olaq; bununla da qoruyucu gücünə çevrilək! “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (Quran, 47:7). “Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir”. (9:39). “Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin”. (9:14). Allah onları bizim əllərimizlə vurmaq istəyir! Və vurur da!
 Hizbullahın komandiri Seyyid Həsən Nəsrullah deyir: “Əgər siz fikirləşirsinizsə ki, qadınlarımızı və körpələrimizi öldüməklə, şəhər və kəndlərimizi yerli-yeksan etməklə bizi öz mövqelərimizdən geri çəkilməyə məcbur edəcəksiniz, səhv edirsiniz. Sizə gedib İsrail ilə 30 illik müharibə tariximizi öyrənməyi məsləhət görürəm. İsrail ilə döyüşlərdə son söz həmişə bizim əsgərlərin olub. Bu müharibəni siz qurtarmayacaqsınız, biz qurtaracayıq, bilin! Gedin Hizbullahın tarixinə yaxşı baxın. Hər bir döyüşdə axırıncı atəşi həmişə Hizbullah açıb. Biz müharibə adamıyıq. Heç bir itki bizi geri çəkilməyə məcbur etmək iqtidarında deyil. Sizin hər bir terror hücumunuza qarşı bizim cavabımız belədir: bir idiksə, beş olacayıq və intiqamı alacayıq. Bilin ki, Suriya xalqını sonadək siz terrorçulardan müdafiə edəcəyik. Lazım olsa bütün Hizbullah ordusunu Suriyaya yeridəcəyik. Xristianlar və müsəlmanlar uğrunda, Fələstin və Yerussəlim uğrunda, bizim Böyük Amalımız uğrunda sizinlə sonadək vuruşacayıq”.
 
İŞİD-İN OĞURLADIĞI NEFTİ İSRAİL ALIRDI
 
 Rusiyanın BMT-də səfiri Vitali Çurkin bildirmişdir ki, İsrail İŞİD terrorçu qruplaşmasına Qafqaz və Asiyadan canlı qüvvə toplamaqda kömək etmişdir. Çurkinin sözlərinə görə İsrail ərazisində xüsusi bir mərkəz bu işlə məşğul olmuşdur. İsrail bu işdə maraqlarından biri də o idi ki, İŞİD-dən ucuz qiymətə neft alırdı. Suriya konfliktinin saqqız kimi uzanması dünya hegemonluğunu qarşısına məqsəd qoymuş sionistlər üçün böyük əhəmiyyət kəsb edirdi. Suriya İsrail üçün strateji cəhətdən vacib bir ərazil olmaqla yanaşı həm də neftlə zəngin yağlı tikə idi. İŞİD-in oğurladığı neftin Qərb bazarına çıxarılması marşrutunu araşdırarkən ekspertlər sionist rejimlə bağlı maraqlı nüanslarla üzləşmişlər. İŞİD Suriya və İraq neftini Türkiyə ərazisindən keçirirək İsrailə satırdı, İsrail isə “qara qızıl”ı Qərb bazarına çıxarırdı. İŞİD-in göndərdiyi neft nəzarətində olan Suriyanın Deyr-əz-Zor və İraqın Mosul məntəqələrindən çıxarılırdı. Rusiya aviasiyasının hücumlarından qorxduqları üçün neftçıxarma işləri gündüz yox, günbatandan sübhə kimi gecə aparılırdı. Ərazilərdə çəkiliş aparmağa heç kəsin ixtiyarı yox idi. Daşınma işlərini kürd sürücülər həyata keçirirdi və bir dəfəyə 70-dən 100-ə kimi benzovoz ard-arda düzülərək yola düşürdü. Türkiyənin Şirnak şəhərindən keçməklə sutkada 30 min barrel xam neft daşınırdı. Benzovozlar Türkiyənin Silopi şəhərində brokerə- “Hacı” ləqəbli İsrail kəşfiyyatının əməkdaşına çatdırılırdı. “Cip Çeroke” maşında gəzən bu adamı daim iki cangüdən müşayiət edirdi. Broker təhvil aldığı nefti Ceyhan, Mersin və Dörtel limanları vasitəsilə İsrailə yollayırdı. Ceyhan limanını ekspertlər Suriya, İraq, eləcə də Azərbaycandan oğurlanmış neftin “kontrabanda darvazası” da adlandırırlar. İsrail Ceyhan limanı vasitəsilə qəbul etdiyi nefti Aralıq dənizi ölkələrinə satır və külli miqdarda pullar qazanırdı. Əlbəttə ki İsrailin əli olmasaydı, qanunsuz yolla daşınan neft Suriya, İraq və Türkiyədən kənara çıxa bilməzdı. Türkiyə İŞİD neftinin “eksport”unda oynadığı rolu inkar edir, ABŞ isə bu faktı görməməzliyə vururdu. Türkiyə ərazisindən keçərkən sənədlərdə İraq Kürdistanından eksport olanan leqal neft kimi göstərilir, bu yolla Türkiyənin oğurluq neft alveri, kontrabanda ilə məşğul olması ört-basdır edilirdi. ABŞ maliyyə nazirliyinin hesablamarına görə, İŞİD hər gün neft satışından 1 milyon 500 min dollar gəlir əldə edirdi. Həmin pullar İŞİD-in ayaqda qalmasının və güclənməsinin əsas şərti idi. İsrail İŞİD-in göndərdiyi neftin pullarını müxtəlif yollarla çatdırırdı. Selapi şəhərindəki “Hacı” ləqəbli həmin broker Türkiyənin özəl banklarında İraqın anonim vətəndaşlarının adlarına hesablar açmışdı və pulları ora köçürürdü. Raqqa və Mosuldakı valyuta dəyişmə məntəqələrində həmin pulları İŞİD üzvləri götürə bilirdi. Bundan başqa, neftin ödənişlərinin əvəzinə avtomobillər də göndərilirdi ki, İŞİD həmin avtomobilləri Bağdad və nəzarətində olmayan digər ərazilərdə satmaqla pulu çıxarır, bu ticarətdən də xeyli gəlir əldə edirdi. Rusiya aviasiyanın zərbələri nəticəsində İŞİD benzovozları sıradan çıxarıldı və qanunsuz neft “eksport”una son qoyuldu.
 
TÜRKİYƏ – TERROR YUVASI
 
 ABŞ Federal Təhlükəsizlik Bürosunun keçmiş əməkdaşı Sibela Edmonds mətbuata açılmasında demişdir: “ABŞ Şərqdəki terror aktlarını Türkiyə üzərindən həyata keçirir və Türkiyənin əli ilə bütün müsəlman dövlətlərini məhv etmək niyyətindədir”. Jurnalist Hüsnü Mahallinin verdiyi məlumata görə, Türkiyədən Suriyaya daxil olaraq İŞİD, Əl-Nusra və digər terror təşkilatlarına qoşulan əcnəbilərin sayı ən azı 100 min nəfər idi. Onlar NATO-nun Türkiyədəki kommandoslarından olan Əhməd Davudoğlunun təşkilatçılığı ilə Türkiyə sərhədindən keçməklə Suriya və İraqa dolduruldular, regionun şiə əhalisini qətliam etdilər. Türkiyə həmin terrorçulara hər gün orta hesabla 100 TİR maşını yardım göndərirdi. Bir dəfə belə maşınınlardan birinin sürücüsünü saxlamağa cəsarət etmiş polis işçiləri Davudoğlunun gülənçi hökuməti tərəfindən tutulub həbsə atıldılar. ABŞ-ın tapşırığı ilə Türkiyə terrorçuların təminatını öz üzərinə götürmüşdü. Suriyada döyüşən terrorçular məhz hər gün Türkiyədən 100-ə yaxın TİR-lə göndərilən silah, patron, mərmi, ərzaq, qida məhsulları, içki və geyim ləvazimatları hesabına ayaqda qala bilirdi. Həmin təminatı Türkiyə İsrailin kurasiyası və Səudiyyə krallarının maliyyəsi ilə həyata keçirirdi. Rusiya və Suriya hökumətləri Yaponiyanın “Toyoto” şirkətinə müraciət ünvanlayaraq İŞİD-in yararlandığı saysız-hesabsız “Toyoto” avtomobilləri ilə bağlı məlumat verilməsini istədi. Şirkət isə öz üzərindən “terrorçulara dəstək verir” şüarını götürmək üçün həqiqəti söyləməli oldu: “Biz Səudiyyə şirkətinə 22 500, Qətərə 32 000, BƏƏ-yə 11 250, İordaniyaya isə 4 500 “Toyoto” avtomobili satmışıq. Amma indi hamısını İŞİD terror təşkilatı istifadə edir”. Jurnalist Hüsnü Mahallinin araşdırmasına görə, sadalanan ölkələrin aldığı avtomobillərin 60-80 mininin İŞİD-ə çatdırılması məhz Türkiyə sərhədi vasitəsilə həyata keçirilmişdir.
 “İŞİD-çilər gündüz Suriyada döyüşüb axşam Türkiyədə istirahət edirdi”- Türkiyənin keçmiş prezidenti Abdullah Gülün müşaviri işləmiş Yusuf Müftüoğlu “The Huffington Post”da dərc olunmuş məqaləsində maraqlı notlara toxunmuşdur. “İllər boyu Türkiyə sələfi fraksiyalarını dəstəkləyib, onların tərkibi, məqsədləriylə elə də maraqlanmayıb. Ona görə dəstəkləyib ki, onlar Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşublar. Onlar Türkiyənin gözündə yaxşı oğlanlar idilər. Onların müharibə taktikasının qəddarlığı uzun müddət gözardı edilib”- məqalədə deyilir. “Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə uzun müddət bu qrupların arxasında duran Türkiyədən dəstəyin böyük hissəsi açıq sərhəd siyasəti vasitəsilə göstərilib. Müharibə başlanandan sonra Türkiyə İŞİD qruplaşmasının, Əl-Nusra Cəbhəsinin və sələfi fraksiyalarının arxa bazası rolunu oynayıb. Onlar günorta Suriyada döyüşüb, gecə istirahətə Türkiyəyə gəlirdilər”- müəllif yazır. “Türkiyənin Suriyada sələfi fraksiyaları dəstəkləmək siyasəti, döyüşçüləri tərifləyən nəhəng ictimai münasibətlər mexanizmi sələfiliyi adi, dindar sünni türklərin gözündə normallaşdırıb. Suriya müxalifətinə Türkiyədən verilən dəstək islamçı gündəmə göstərilən dəstək idi… Türkiyənin bir sıra islamçı QHT-ləri, mediası bu prosesdə aparıcı rola yiyələndi. Onlar nəinki ifrat məzhəbçi ideologiya yayır, eyni zamanda İŞİD-lə bağlı xəbərdarlıq edən hər kəsi susdururdular”. Müəllif göstərir ki, məhz mülayim sələfiləşdirmə mühiti İŞİD-ə türklər arasında yayılmağa əsas verdi. Adıyaman və digər şəhərlər İŞİD-in şəbəkələrinə çevrildi. Hətta İstanbulda və Ankarada belə İŞİD-in üzvlər topladığı bölgələr yarandı. Müftüoğlunun fikrincə, Türkiyədə indiyədək törədilən və gələcəkdə törədilə biləcək hücumlar Ankaranın Suriyadakı müharibəyə qoyduğu sərmayənin nəticəsidir.
 Hətta ABŞ özü belə Türkiyəni terrorizimin “Ana yolu” adlandırmışdır. ABŞ prezidenti Türkiyəni məhz bu səbəbə görə qınadı da: “Türkiyə rəsmiləri döyüşçü axınının qarşısını almaq üçün lazım olan peşakarlıq və cəhd götərmir”. ABŞ dövləti “Ölkələrin terrorizm hesabatı”nı mətbuata açıqlayarkən məlum olmuşdur ki, İŞİD terrorçularına 90 ölkənin vətəndaşı qoşulmuşdur. Hesabatda Türkiyənin əcnəbi döyüşçülər üçün “ana yol” olduğu göstərilmişdir. O cümlədən, Ankaranın xarici terrorçuların yuvası halına gətirilən Liviya kimi ölkələrə viza sitemi tətbiq etməməsinin belə problemlərə yol acdığı vurğulanmışdır. Vaşinqtonun hazırladığı 388 səhifəlik bu hesabatda İŞİD-in fəaliyyəti məhz Türkiyəyə aid məsələ kimi göstərilmişdir. Hesabatda deyilir ki, 2014-cü ildə qlobal terrorizmin önəmli xətti olan İŞİD-in Suriya və İraqda analoqsuz tərzdə torpaq işğal etməsi gözlənilməz idi. İŞİD-ə qatılmaq üçün dünya müqyasında xariçi döyüşçü axını oldu: “Ölkələrarası əlaqələrdəki mərkəzi rolu və Suriya, İraqla olan uzun sərhəd səbəbiylə Türkiyə xarici savaşçılar üçün ana yol olaraq qaldı”. Hesabatda Almaniya və Avstraliyadakı türk kökənli şəxslərin İŞİD bağlantıları, Cibulididə türklərin də öldüyü, Əl-Kaidə ilə bağlı hücumlarda türklərin iştirak etdiyinə dair məlumatlar yer alıb. ABŞ hər zaman olduğu kimi bu hesabatla da xarici siyasətini maskalamağa çalışsa da, sənəddə Türkiyənin terrorizmə real münasibəti öz əksini tapıb.
 Hadisələrin gedişində Türkiyənin özü terrorun hədəfi oldu. Ölkənin müxtəlif guşələrində terror aktları ard-arda düzüldü, İstanbul dünyanın ən təhlükəli meqapolislərindən birinə çevrildi. Türkiyənin əvvəllər “öfkeli gənclər” dediyi qruplar ölkəni al qana qərq etdi. Qaziantepdə toy zamanı baş verən terror hücumunda 54 nəfər həyatına itirdi. Bosfor boğazı sahillərində yerləşən “Reina” gecə klubuna silahlı basqın nəticəsində 35 nəfər öldürüldü, 40 nəfər isə yaralandı. Bu əlbəttə ki Türkiyənin yanlış siyasətinin nəticəsi idi. Onlar həmin terrorçular idi ki, AKP rəhbərliyi “Əsəd getməlidir” deyərək sərhəd qapılarını terrorçuların üzünə açıb onların giriş-çıxışını təmin etdi. Onlara öz ərazilərində çörək verdi, yaralandığı zaman müalicə etdi. İnsan bilməlidir ki, başqası üçün qazdığı quyuya bir gün özü də düşəcək. Bəşər Əsəd Türkiyəyə müraciətində dedi: “Məni devirmək üçün böyütdüyünüz terrorçular indi sizin özünüzə təcavüz edirlər. Mən sizə xəbərdarlıq etmişdim ki, terrorçulara inanmaq olmaz. Qonşuda yanğın yaratsan, sənin özünü də yandırar”. 12 yaşlı uşağın başını kəsən təşkilata “ılımlı müxalifət” deyərsənsə, axırın belə də olmalıdır. Həmçinin Suriyada hər vəhşilikdən çıxan Əl-Nusra Cəbhəsi üçün “Onlar terrorçu deyil”  deyərsənsə, bir gün bu vəhşilikdən özün də dadarsan. Rusiya prezidenti Vladimir Putin bu olayların proqnozunu hələ 2011-ci ildə vermişdi: “Türkiyə terrorçulara dəstək verməklə cibində əqrəb daşıyır. 3-4 il sonra dünya bu terrorçuların Türkiyədə partladacağı bombalardan danışacaq! Cibində əqrəb daşıyan sonunda bunun tamını çıxarar!”. Həmim ərəfədə türklər Mosul əməliyyatında iştirak üçün çox canfəşanlıq etdilər, terrorla mübarizədə biz də varıq demək istədilər. Lakin İraq hökuməti onlara icazə vermədi və haqlı olaraq bildirdi: Sən hələ öz ölkəni terrordan qoru, sonra İraqa yardım edərsən...
 
ŞİƏLƏRİN XİLASI KANALI
 
 NATO üzvü olan Türkiyə öz gizli ordusu İŞİD-in məhv edilməsinə dözə bilmədi. Rusiya Hərbi Kosmik Qüvvələri aviaqrupuna daxil olan Su-24M təyyarəsi 24 noyabr 2015-ci ildə İŞİD mövqelərini bombalayarkən türk qırıcı təyyarəsi tərəfindən vuruldu. Ekipaj katapulta edərək tullansa, komandir Oleq Peşkov yerdə Türkiyənin koordinasiya etdiyi terrorçular tərəfindən gülləbaran edilərək öldürüldü. Nəhayət ki əzəli düşmən pərdəarxasından çıxaraq reaksiya verdi. Türkiyənin bu qəzəbinin həm də biznes maraqları ilə bağlı olan özəl səbəbləri vardı. Məsələ burasındadır ki, Türkiyə yaralı, gücdən düşmüş Suriyanın neftini oğurlayıb öz ağası İsrailə ötürməklə məşğul idi. Dediyimiz kimi, İŞİD-in ələ keçirdiyi neftlə zəngin ərazilərdən Türkiyənin təşkilatçılığı ilə neft daşınaraq İsrailə aparılırdı. O cümlədən Suriyanın və İraqın zəngin arxeoloji abidələri və tarixi eksponatları oğurlanaraq Qərbin yəhudi kolleksionerlərinə satılırdı. Əvəzində isə geriyə, terrorçulara silah-sursat alınır, İŞİD ordusu türk zabitləri hesabına əsgəri qüvvə ilə təmin olunurdu. Türkiyə təhlükəsizlik orqanları terrorçulara Türkiyənin Hatay bölgəsindəki NATO düşərgəsində təlim keçərək İŞİD-ə köməyə göndərirdi. Türkiyə hökuməti oğurluq neftdə İsrailə vasitəçilik etməklə Suriya və İraq müharibəsindən nəhəng pullar qazanırdı. Rusiya Suriyaya girən kimi ilk növbədə İŞİD terrorçularının təminat və kommunikasiya xətlərini kəsdi. Türkiyəyə neft daşıyan minlərlə benzovoz maşın rus aviasiyası tərəfindən məhv edildi. Türkiyənin ənənəvi çapqınçılıq biznesinə zərbə endirildi, havayı pulların axını dayandı. Bu isə əlbəttə ki İsrailin köhnə muzdurunu qəzəbləndirməyə bilməzdi. Rus təyyarəsini vurmaq üçün ağasından icazə alan Türkiyə hərəkətə keçdi. Təsadüfi deyil ki, insidentdən bir az qabaq ABŞ və İngiltərənin dövlət nümayəndələri bir ağızdan deyirdilər ki, Rusiya Suriyaya girməyinə peşman olacaq, tezliklə vurulan rus təyyarələri haqda eşidəcəksiniz. Maraqlısı həm də budur ki, təyyarənin vurulması Fransa prezidenti Ollandla ABŞ prezidenti Obamanın İŞİD-ə qarşı koalisiya yaratmaq barədə danışıq apardıqları günə təsadüf edir. Yəqin Türkiyə bununla göstərmək istəyirdi ki, İŞİD-ə qarşı heç bir koalisiyada iştirak etmək fikri yoxdur. Ümumiyyətlə, Qərbin İŞİD-ə qarşı qurduğu koalisiya teatr səhnəsindən başqa bir şey deyil. Qərb sözdə terrorçularla mübarizə apardığını bildirsə də, əməldə terrorçulara həm maddi, mən də mənəvi dəstək verir. Əsas hədəf şiəlik olaraq qalır. Elə İŞİD-in yaradılmasında əsas məqsədlərdən biri də şiəliyin məhv edilməsi olmuşdur. Qlobal plan Suriya, İran, Rusiya, Çin və Koreya kimi ipə-sapa yatmayan ölkələri məhv etmək olsa da, Qərb təşkil etdiyi qırğını “demokratiya”, “insan hüquqları, “tolerantlıq” kimi gəlişigözəl sözlərlə maskalayır.
 Qlobal plan Rus ordusunun meydana girməsi və proseslərə dominantlıq etməsi ilə pozuldu. Əzəli düşmən Türkiyə dəfələrlə Bosfor və Dardanel boğazlarını bağlayacayını, Rusiya gəmilərinin burdan keçməsinə, Suriya və İraq istiqamətinə getməsinə imkan verməyəcəyini bildirdi. Rusiyaya qarşı belə bəyanatlar əlbəttə ki dünya ictimaiyyətində gülüş doğurmaya bilməzdi. Anlayışı olanlar bilir ki, Qara dəniz boğazlarının açarları Ankaranın yox, Moskvanın əlindədir.
 Hələ Çar dövründən Rusiyanın xarici ticarətinin yarıdan çoxu Qara dəniz yolu vasitəsilə aparılırdı. 1878-ci ildə Rusiya hökuməti beynəlxalq arenada təklif etdi ki, Bosfor və Dardanel onun nəzarəti altına keçsin və bu boğazların sahili boyu rus hərbi bazaları yerləşdirilsin. Lakin bu təklif İngiltərə, Fransa, Avstriya-Macarıstan və Almaniya tərəfindən etirazla qarşılandı. Bundan sonra Rusiya hökuməti Hind okeanı basseyninə çıxmaq üçün qısa yollar aramağa başladı. Rus mühəndisləri tərəfindən Xəzər dənizini Hind okeanı ilə birləşdirəcək kanal çəkmək təklifi irəli sürüldü. 1889-1892-ci illərdə İranın içindən keçən kanalın qazılması layihəsi hazırlandı. Hətta kanalın qazılması üçün Rusiya-İran müştərək komissiyası da yaradıldı və 1904-cü ildə fəaliyyətə start verildi. Lakin London və İstanbulun İrana get-gedə artan təzyiqləri fəaliyyətə son qoydu. Qərb və onun regiondakı sadiq muzduru Türkiyə bu layihəyə mane olmaq üçün dəridən-qabıqdan çıxdılar. Təsadüfi deyil ki, 1997-ci ildə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Xəzər-Fars körfəzi kanalı layihəsini də əhatə etdi. Layihənin realizasiyasına qatılan ölkələr və şirkətlərə maliyyə və digər iqtisadi cəzalandırılmalar tətbiq olunacağı bildirildi.
 1919-1923-cü ildə Sovet hökuməti Türkiyəni məhv olmaqdan qurtardı, ona Antanta və Yunanıstana qarşı müharizədə yardım etdi. Əvəzində Ankara 1924-cü ildə söz verdi və yazılı şəkildə təsdiq etdi ki, bir də heç vaxt nəinki SSRİ-nin Bosfor və Dardanel boğazlarından istifadəsinə maneçilik törətməyəcək, hətta bu boğazlardan SSRİ-nin ziyanına istifadə olunmasına imkan verməycək. Amma Türkiyə həmişə olduğu kimi sözünün üstündə durmadı. Cəmi 14 il sonra- 1938-ci ildə özünə gələn Türkiyə beynəlxalq güclərin SSRİ-yə qarşı hazırlanmış “Yanacaq” planına qatıldı, ingilis və fransız hərbi gəmilərini Qara dənizə buraxdı, SSRİ-yə qarşı gözlənilən müharibə fəaliyyətinə dəstək verdi. 1941-ci ildə Türkiyə müxtəlif bəhanələrlə SSRİ-nin faşist aqressiyasından əziyyət çəkən Yuqoslaviyaya göndərdiyi silah və ərzaqla dolu gəmilərinə əngəllər törətdi. Türkiyə faşist Almaniyası ilə birgə Sovet xalqlarına qarşı aqressiyaya qoşuldu, hətta SSRİ-yə hücum etməyə hazırlaşdı.
 Türkiyənin belə xameleon mövqeyini görən Sovet hökuməti yenidən Xəzər-Fars körfəsi kanalı ideyasını gündəmə gətirdi. 30 noyabr 1943-cü ildə Tehranda İosif Stalin və Məhəmməd Rza Pəhləvinin danışıqları zamanı kanal məsələsi müzakirə olundu. Həm İran, həm də Sovet tərəfi bu layihəni əlverişli və perspektivli hesab etsələr də, İkinci Dünya Müharibəsi ilə əlaqədar regionda yaranmış qarışıqlıqlar layihənin həyata keçirilməsinə imkan vermədi. 1956-cı ildə Şahənşah başda olmaqla İran hökuməti SSRİ-yə rəsmi səfər etdi. Bir sıra iqtisadi müqavilələr bağlandı. Sovet tərəfi kanal məsələsini qaldırsa da, o vaxt ABŞ təsiri altında olan İran rəhbərliyi müsbət reaksiya verməyə cəsarət etmədi. Amma 1962-ci ildə kanalın çəkilməsi ilə məşğul olacaq Sovet-İran komissiyası yaradıldı. 1963-cü ilin noyabrında Brejnevin İrana səfəri zamanı o həmin komissiyanın işi ilə yaxından maraqlandı, ölkələr arasında “Sərhəd çaylarının su resurslarından birgə istifadə” və “İran mallarının SSRİ, Sovet mallarının isə İran ərazisindən tranziti” müqavilələri bağlandı. 1965-ci və 1972-ci illərdə İran Şahənşahının Moskvaya, eləcə də 1968-ci və 1973-cü illərdə SSRİ baş naziri Kosıqinin Tehrana səfəri zamanı da kanalın perspektivləri müzakirə olundu və texniki parametrlər dəqiqləşdirildi. Həmin səfərlər zamanı gələcək layihənin hüquqi və texnoloji bazası genişləndirildi: “İqtisadi və elmi-texniki əməkdaşlıq proqramı” və “Qarşılıqlı kapital qoyuluşlarının təşviqi barədə” memorandum imzalandı. 1960-1970-ci illərdə Sovet hökumətinin köməyilə İranda 60-dan çox sənaye, energetik və transport obyekti tikildi. İsfahanda Metallurgiya Kombinatı və Azərbaycan SSR-yə uzanan 500 kilometrlik Transİran qaz kəməri ərsəyə gəldi. Lakin İran üzərində hegemonluq edən ABŞ Xəzər-Fars körfəzi kanalın çəkilməsinə imkan vermədi. Həmin dövrdə İran neftinin 70 faizi ABŞ-a daşınırdı. ABŞ İrandan Avropaya çəkilən bütün kəmərlərin Türkiyədən keçməsini israr edirdi.
 Suriya hadisələri zamanı Qərbin regiondakı əlaltısı Türkiyə dəfələrlə Bosfor və Dardanel boğazlarını bağlayacayını, Rusiya gəmilərinin burdan keçməsinə, Suriya və İraq istiqamətinə getməsinə imkan verməyəcəyini bildirdi. Amerikaya xoş görünmək istəyən Türkiyəyə ruslar Qromıkonun köhnə sözləri ilə cavab verdilər. Bosfor boğazını rus gəmilərinin üzünə tam qapayacağını ABŞ-ın sevimli satelliti hələ 1970-ci illərdə bildirmişdi. Bu kanalın Sovet dövləti üçün böyük strateji əhəmiyyəti var idi. SSRİ-nin eksport etdiyi neftin 50 faizi Qara dəniz vasitəsilə daşınırdı. Şərqdəki sosialist ölkələrinə də SSRİ bu yol vasitəsilə dəstək verirdi. O vaxt Ağ Evə səfər edən SSRİ rəhbəri Qromıko Türkiyənin boğaz bağlaması barədə sual verən amerikan jurnalistlərinə belə demişdi: “Aralıq dənizinə keçmək üçün SSRİ-nin Qara dəniz flotunun cəmi 2 raket atəşi kifayətdir; nəticədə Bosfordan başqa Aralıq dənizinə daha iki keçid açılacaq, amma təəssüf ki daha İstanbul olmayacaq”. Bu sözlər türkləri eyforiyadan ayıltdı və o vaxtdan bu məsələ bağlı qaldı. Hadisələrin gedişatı göstərdi ki, Türkiyə Qara dəniz boğazlarını İsrailin regionu şiə zolağından təmizləmək planını rahat həyata keçirə bilməsi üçün bağlamaq istəyirmiş. Suriya xalqına hərbi dəstək verən və humanitar yardım aparan rus gəmiləri ora məhz Qara dənizdən keçməklə gedib çıxa bilirlər. Rusiya hərbi gəmiləri Suriya sahillərində lövbər salaraq ölkənin hava sərhədlərini ABŞ, İsrail və Türkiyə təyyarələrindən qoruyurlar və dəfələrlə bu ölkələrə mənfur planlarını həyata keçirməkdə mane olublar. Qardaş Yəmən xalqına dəstək kompaniyasını da Rusiya Krımdakı bazadan çıxan gəmilərlə həyata keçirir. Qara dəniz boğazlarını qapamaq Türkiyəyə ona görə lazım idi ki, Rusiya Suriya müharibəsinə müdaxilə edə bilməsin, NATO-nun müsəlman ordusu olan İŞİD isə Şərqdə şiə qətliamını rahat həyata keçirsin.
 Bugünkü geopolitoloji reallıqlar Rusiya üçün Hind okeanına giriş açan kanalın vacibliyini yenidən gündəmə gətirmişdir. Ən azı ona görə ki həmin yol Türkiyənin yanından ötən yoldan iki dəfə qısadır. Kanalın köməyilə Rusiya, İran, Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələr neft və qazlarını açıq dəniz vasitəsilə Şərq ölkələrinə eksport edə biləcəklər. Bu, Xəzəryanı və Qafqaz ölkələrinin iqtisadiyyatını gücləndirəcək. Bu yol təkcə Rusiyanı yox, Avropa ölkələrini də Hind okeanına çıxaracaq. Odur ki, bir çox ölkələr həmin kanalın çəkilməsində maraqlıdırlar və bu işə sərmayə qoymağa hazırdırlar. Kanal tikiləndən sonra Türkiyənin tez-tez problemlər yaratdığı Bosfor və Dardanel boğazları öz strateji əhəmiyyətini itirəcək. Və ən əsası: Şiə dünyası üçün etibarlı təhlükəsizlik çətiri yaranacaq.
 
RUS KƏŞFİYYATI TÜRKİYƏDƏ ÇEVRİLİŞİN QARŞISINI ALDI
 
 Vaşinqton Türkiyədə Ərdoğanı iki dəfə- birinci halda, 2013-cü ildə İstanbulda Gəzi Parkı hadisələri fonunda “rəngli inqilab”ın köməyi ilə, ikincisi halda isə 2016-cı il iyulun 15-də hərbi çevriliş cəhdi ilə devirməyə çalışdı. Və hər ikisində uğursuz oldu. Diplomatik mənbələr bildirir ki, Ərdoğana ikinci halda Rusiya kömək etdi. Moskva Ərdoğana vaxtında xəbərdarlıq etdi ki, onun üçün Liviya lideri Müəmmər Qəddafinin taleyini hazırlayırlar. Və Ərdoğan özü üçün son nəticələri çıxardı: Rusiya və İranla yaxınlaşmaq.
 Ərdoğan məsuliyyətli lider kimi anladı ki, Rusiya-Türkiyə münaqişəsi kimin maraqlarına xidmət edir. “Ət topu” kimi istifadə ediləcəyini anlayan Türkiyə Rusiya ilə dost münasibətləri qurdu. Yəni, Ərdoğan Moskva ilə vuruşmaqdan imtina etdi və nəticədə Vaşinqtonun dövlət çevrilişi cəhdləri ilə üzləşdi. Rusiyanın Su-24 qırıcısı Türkiyənin İncirlik bazasından qalxan F-16 tərəfindən vurulmuşdu. Lakin Rusiya-Türkiyə müharibəsini izləmək sionistlərə nəsib olmadı. Bundan sonra isə Ərdoğana qarşı hərbi qiyamın həyata keçirilməsi barədə əmr verildi.
 ABŞ-ın Türkiyədə çevriliş etmək planı barədə Rus kəşfiyyatının hələ 9 ay qabaq məlumatı vardı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əvvəlcə Ərdoğanın uçduğu təyyarəni vurmaq, bunu İŞİD-in boynuna yıxmaq, sonra isə Fətullahın adamlarını hakimiyyətə gətirmək istəyirdi. Amma Ərdoğan 2 həftə qabaq Rusiyadan vurulmuş təyyarəyə görə üzr istədi və münasibətlərin normallaşmasına çalışdı, buna görə də Rusiya Müdafiə Nazirliyi qərara gəldi ki, Ərdoğanı qorusun və çevrilişin qarşısını alsın. Bu məqsədlə QRU (Qlavnoe Razvedıvatelnoe Upravlenie – Baş Kəşfiyyat İdarəsi) speçnazının 25-ci polku təcili surətdə Ankaraya göndərildi.
 Ərdoğanın artıq Rus QRU-su tərəfindən qorunduğu haqda məlumat alan Mərkəzi Kəşfiyyat İdarəsi hadisələri tezləşdirmək qərarına gəldi. Türkiyə ordusu əsgərləri Mərkəzi Kəşfiyyat İdarəsi işçilərinin rəhbərliyi altında Grand Yazici Club Turban otelə hücum edən zaman Ərdoğan artıq Rus speçnazı tərəfindən oteldən çıxarılıb başqa yerə aparılmışdı. Hücum zamanı oteli qoruyan polislər ilə əsgərlər arasında şiddətli döyüş oldu, çoxlu polis işçisi öldü, amma hücum edənlər bilmirdilər ki, Ərdoğan artıq oteldə yoxdur. QRU zabitləri Ərdoğanı Casa De Maris otelinə aparıb orda müdafiə mövqeyi tutmuşdular.
Hücum zamanı Türkiyə ordusu əsgərlərinin çoxu məhv edildi, sağ qalanlar qaçaraq vertolyota doluşdular, təcili dənizin üstü ilə uçaraq özlərini Yunanıstana çatdırdılar. Amma yaxınlarda Putinlə dostluq münaibəti qurmuş Yunanıstanın baş naziri Aleksis Çipras onları həbs etdirib Türkiyəyə təhvil verdi.
 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədə 1960, 1971, 1980, 1997-ci illərdə də çevriliş törətmiş, qanuni hökuməti devirərək öz marionetkalarını hakimiyyyətə oturtmuşdur. Hər çevrilişdən sonra hərbi xunta 10 minlərlə türk aktivistini qətlə yetirmişdir. Odur ki öldürülən türk hərbçilərinin qanı halaldır. Onlar hakimiyyətə yiyiələnsəydilər, heç kimə rəhm etməyəcəkdilər, arxayın olun, qan su yerinə axacaqdı. Yenə də türk xalqının sayseçmə oğulları qətliam ediləcəkdi.
 Türkiyə ordusunun idarəedici zabit heyəti ABŞ və İsraildə hazırlanmış kadrlardan təşkil olunmuşdur. Hələ mühasirə altındakı Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə Aralıq dənizindəki hücumdan sonra Ərdoğan İsrail ilə əlaqələri kəsərkən ordu komandanlığının qəzəbinə tuş gəlmişdi. Türkiyə hərbçiləri üçün həm də millətçilik və şiəliyə qarşı düşmənçilik xarakterikdir. Türkiyənin yaxın qonşusu olan İranla münasibətləri normallaşdırmaq cəhdləri də Ərdoğanı NATO-çu generalların hədəfinə çevirmişdi. Ardınca Türkiyə hökuməti İncirlik bazasının ABŞ aviasiyası tərəfindən istifadəsindən imtina etdi. Vurulmuş təyyarəyə görə Ərdoğanın Rusiyadan üzr istəməsi isə xuntaçıların səbr kasasını dolduran son damla oldu.
 Ərdoğan fəaliyyəti dövründə get-gedə daha çox antiQərb mövqe tutmaqdaydı və bu tez-tez Ağ Evin narazılığını açıq-aşkar ifadə etməsinə səbəb olurdu. Ağ Evi narahat edən həm də o idi ki, Türkiyə Suriyada vuruşan təkfirçi qruplara kifayət qədər dəstək vermir. Yaxın Şərqi idarəolunan xaos vəziyyətinə sürükləmək üçün öz marionetkası Türkiyənin səylərini ABŞ yetərincə hesab etmirdi. Buna görə də Türkiyə hökuməti qarşısında Suriyada vuruşan cihadçılara tam dəstək vermək tələbi qoyulmuşdu. Türkiyə tərəfi isə son zamanlar İŞİD terrorçularının maliyyələşdirilməsini tam dayandırmışdı.
 ABŞ-a Rusiya-Türkiyə münasibətlərinin kəskin pisləşməsi lazım idi ki, regionda gözlənilən böyük müharibənin təməlini qoysun. İŞİD mövqelərini bombalayan Rus təyyarəsinin vurulması da məhz bu məqsədlə planlaşdırılmış provokasiya idi. Vaşinqton ümid edirdi ki, bu konflikt silahlı toqquşmaya gətirib çıxaracaq və regionda böyük müharibə başlayacaq. Ancaq Moskvanın səbrli siyasəti və ölçülü-biçili gedişatları region xalqlarını böyük fəlakətdən qurtardı. 
 Həyatı təhlükə qarşısında qalan, ölüm-dirim dilemması önündə duran Ərdoğan Rusiyaya üz tutmalı oldu. Rusiya ilə münasibətlərin normallaşmasından narahatlıq keçirən ABŞ kəşfiyyatı riskə getdi və çevrilişi tezləşdirmək qərarına gəldi. Məlumdur ki, çevriliş baş verən gündən bir neçə gün sonra vacib bir hadisə gözlənilird. Ali Hərbi Şuranın toplantısında Ərdoğan ölkə prezidenti kimi Gülənlə əlaqədə şübhəli bilinən generalların hamısını öz vəzifəsindən azad etməyi planlaşdırmışdı. Bu barədə çevrilişdə iştirak edən generallar da məlumatlı idilər.
 Saytlar məlumat verdilər ki, Amerika generallarının rəbhərliyi ilə İncirlikdə çevriliş üçün 12 həftəlik gizli təlim keçirilib. “ABŞ qiyam baş tutmadığı halda türk generalları qaçırmağa söz vermişdi”- bu sözləri könüllü olaraq hökumət qüvvələrinə təslim olmuş Hatay bölgəsindəki ordu komandanı sorğu zamanı söyləmişdir. General bildirmişdir ki, qiyamın gələcək iştirakçıları çevrilişə rəhbərlik etmək məqsədilə xüsusi olaraq Vaşinqtondan gəlmiş generalların rəhbərliyi ilə 12 həftəlik məxfi instruktaj keçiblər. Yüksək rütbəli türk hərbçisi NATO-nun İncirlik hərbi-hava qüvvələri bazasında çevriliş planlaşdıran amerikalı həmkarlarının onu aldatmasından sonra MİT-in Killis şəhərindəki bölməsinə gəlmişdir. General deyir ki, Amerika nümayəndələri bazada çevrilişə hazırlıq keçən bütün türk generallara qiyamın baş tutmayacağı təqdirdə onları ailələri ilə birgə ABŞ-a qaçıracaqlarını vəd edibmişlər. Ancaq amerikalı generallar öz vədlərinə əməl etməyiblər. Öncədən razılaşdırıldığı kimi, baş tutmamış qiyamdan sonra mülki paltar geyinmiş general İncirlik bazasına gəlib. Lakin bütün cəhdlərinə rəğmən onu içəri buraxmayıblar. Yalnız bundan sonra general cəzasının yüngülləşdiriləcəyi ümidi ilə Türkiyə xüsusi xidmət orqanlarına müraciət edib. Olayların vacib fiqurlarından biri kimi onu dərhal Killisdən İstanbula gətiriblər. ABŞ hərbi çevriliş cəhdində şübhəli bilinən İncirlik bazasının komandanı general Bekir Ercan Vana da siyasi sığınacaq verməkdən imtina edib.
 Türkiyənin “Yeni Şafak” qəzeti də xəbər verdi ki, Türkiyədə 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhd hadisəsi ABŞ generalları və Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən təşkil edilib. Məlumatda qeyd olunub ki, hərbi çevrilişi hazırlayan və türk hərbçilərinə müvafiq göstəriş verən şəxslər arasında ABŞ generalı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri komandanı Con F.Kempbell də olmuşdur. Amerikalı general gizli şəkildə 15 iyul tarixinə qədər iki dəfə Türkiyəyə səfər edib. O, Ərzurumda və Adanadakı İncirlik bazasında görüşlər keçirib. Kempbell türkiyəli generallarla söhbətində çevrilişin alınacağı təqdirdə qısa müddət ərzində Türkiyəyə yenidən gələcəyini deyib. Bundan başqa qiyamın maliyyə problemi də həll edilib. Belə ki hərbi qiyama bir neçə gün qalmış Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə Nigeriyada fəaliyyət göstərən “Yunayted Bank of Afrika” şöbəsindən Türkiyəyə külli miqdarda pul transfer edilib. Pullar Mərkəzi Kəşfiyyat İdarəsində yaradılan kiçik qrup vasitəsi ilə 80 nəfərin hesabına yatırılıb.
 Türkiyə ordusunun neytrallaşdırılması NATO-nun Yaxın Şərqdə zəifləməsi deməkdir. Artıq baş tutmayan çevrilişə görə Türkiyədə 10 minlərlə adam həbs olunmuşdur. Onların arasında 100-dən çox general da var. Ölkədə NATO-nun agentura şəbəkəsi demək olar ki tamamilə sıradan çıxarılmışdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədəki əsas agentləri- polkovnik Ali Yazıcı (Ərdoğanın baş yavəri), general İshak Dayıoğlu (Balıkesir aviabazasının komandiri) və general Akın Öztürk (hərbi hava qüvvələri komandanı) həbs olunmuşdur.
 Türkiyədə həyata keçirilən bu əməliyyat zamanı Rusiya Müdafiə Nazirliyinin əsas narahatlığı İncirlik hərbi bazası ilə əlaqədar idi. İncirlik hərbi bazasında 90 ədəd V61 tipli atom bombası var idi. Onlardan 50-si ABŞ təyyarələrinin, 40-ı isə Türkiyə təyyarələrinin atması üçün nəzərdə tutulmuşdur (bombalar 1980-ci illərdə SSRİ şəhərlərinə, o cümlədən biri Bakıya atılmaq üçün ora gətirilmişdi). Hadisələrdən bir müddət qabaq ABŞ hərbçiləri tam döyüş hazırlığına gətirilərək bazanı qorusalar da, baza tez bir zamanda tam nəzarət altına alındı. İncirlik hərbi bazasına rəhbərlik edən general Bekir Ercan Van həbs edildi.
 Beləliklə, Ərdoğanı Rusiya Baş Kəşfiyyat İdarəsinin zabitləri (əfsanəvi QRU) qorudular. Ərdoğan həyatını xilas etdiyinə görə Rusiya Federasiyasına təşəkkür etdi. Türkiyə hökuməti rəsmi şəkildə Rus ordusunu ölkəyə dəvət etdi. Xarici İşlər Naziri Çavuşoğlu bildirdi ki, Türkiyə İncirlik hərbi bazasını Rusiyaya verir. Rusiya və Türkiyə Müdafiə Nazirlikləri İŞİD və Əl-Nusra terror quplaşmalarını məhv etmək üçün plan hazırladılar və birgə təlimlərə başladılar. Türkiyədə Amerikan hegemonluğuna son verildi.
 Çevriliş cəhdinin ilk saatlarından ABŞ kəşfiyyatının nəzarətində olan media orqanları, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşən ANS telekanalı Türkiyənin qanuni hökumətini qaralamağa başladılar. Elə indinin özündə də Qərbin ölkəmizdəki təsir agentləri çevrilişin guya Ərdoğanın özü tərəfindən təşkil olunduğu və şou xarakteri dağışdığı haqda rəy formalaşdırmağa çalışırlar. ABŞ kəşfiyyatı bu yolla törətdiyi cinayəti ört-badır etmək və amerikan izini gizlətmək istəyir. Çevrilişin Ərdoğanın öz şousu olması mifini ABŞ kəşfiyyatı həm də ona görə tirajlayır ki, Ərdoğan ictimaiyyətə qara fonda göstərilsin, o cümlədən ona kömək etmiş Rusiya prezidenti Putinin mənfi obrazı yaradılsın.
 
ŞİƏLƏRİN XİLASI KRIMIN SAKRALLIĞI İLƏ BAĞLIDIR
 
 Putin Krımın Rusiyaya birləşdirilməsini “strateji qərar” adlandırmışdır. Krımın ABŞ tərəfindən işğalı bizdən şimalda yeni Xazariyyanın yaranması demək idi. NATO-nun məqsədi Krımı, 2016-cı ilə kimi isə Ukraynanın cənub-şərqini tam ələ keçirmək idi. Dalıyca NATO-nun Rostovdan keçərək Qafqaza girməsi planı gəlirdi. Rusiyanın işğalı 2018-ci ilə kimi başa çatmalı idi. Əsas hədəf Rusiyanın nüvə obyektlərinin neytrallaşdırılması idi. Rusiyanın əldə keçməsi isə Çin, İran və Şimali Koreyaya girmək üçün yol açacaqdı. Bu ölkələr nüvə potensialına malik olduqlarından, çoxdan İngiltərə və ABŞ-n hədəfindədirlər. Bakı yəhudiləri türkçülük adı altında bizi səfərbər edib İranın üstünə göndərəcəkdilər, Azərbaycan ayaq altında qalacaqdı. İngiltərə və ABŞ bütün dünyanı cənginə keçirmək üçün müxtəlif layihələr hazırlayıb, sionistlərin idarə etdiyi böyük bir Qlobal Kənd yaratmaq istəyirlər. Krımın ilhaqı ilə Rusiya Qlobal Satanizmin bütün planlarını alt-üst etdi və önümüzdə dayanıqlı sipər yaratdı.
 Krımın ilhaqı- hamı üçün Rusiyanın yenidən dünya liderliyini ələ aldığına bir işarədir. Şiələrin xilası- Krımın sakrallığı ilə bağlıdır. Nəyə görə yarımada şiələr üçün bu dərəcədə dəyər kəsb edir? Bu mistik tapmacanın cavabı nədir? Bu suallar üzərində düşünməyə dəyər. Krım- pravoslavlarla şiə dünyasının əlaqələr qurması üçün bir açardır. Qara dəniz- Rusiya imperiyası üçün onun sələfləri olan Troya, Roma və Bizans imperiyaları ilə mənəvi və noosfer əllaqələr yaratmaqda darvaza rolunu oynayır. Krımın ilhaqı- şiə dünyasının yaşaması üçün mənəvi impuls vermişdir. Bilmək vacibdir ki, Krımın ilhaqına qarşı çıxan müsəlman özü öz əli ilə öz qəbrini qazır, özü öz ölümünə imza atmış olur.
 
“İnformasiya müharibəsi” kitabından

Комментариев нет:

Отправить комментарий