Страницы

18.01.2016

Niderlandda kişilər qadın hüquqlarını müdafiə etmək üçün yubka geydilər

Niderland siyası birliklərinin kişi nümayəndələri mini-yubka geyinərək Amsterdamın mərkəzi küçələri ilə yürüş keçirmişlər. Lifenews.ru saytı xəbər verir ki, belə qəribə aksiyanı onlar qadın hüquqlarını müdafiə etmək üçün etmişlər. 
Avropa şəhərlərinin bir çoxunda Yeni il gecəsi miqrantların qadınlara hücumu ilə müşayiət olunmuşdur. Çoxlu sayda qadın polisə müraciət edərək naməlum şəxslər tərəfindən seksual təcavüzə məruz qaldığını, bəziləri Şimali Afrika və ərəb ölkələrindən gələn qaçqınların onlara hücum etdiyini bildirmişdir.
Bu hadisələrdən sonra Köln şəhərinin meri Henrietta Reker qadınlara miqrantlar tərəfindən zorlanmamaq üçün məsələhət görmüşdür ki, cəlbedici geyimlərdən uzaq olsunlar. O təklif etmişdir ki, qanunvericilikdə qadınlaların geyimi və rəftarı ilə bağlı yeni kodeks müəyyənləşdirilməlidir. Reker qadınlara tanımadıqları insanlarla ünsiyyətdən qaçmağı, küçədə kişilərindən uzaq məsafədə gəzməyi tövsiyə etdiyinə görə aksiya iştirakçıları tərəfindən qınaq obyektinə çevrilib.
Amsterdamın mərkəzi hissəsində qadın paltarında aksiya keçirən partiya nümayəndələri bildirmişlər ki, qadınlar kişilərdən yox, kişilər qadınlardan uzaq durmalıdırlar: "Cəlbedici geyim seksual zorakılığa səbəb olmamalıdır".
Hollandiya Fəhlə Partiyasının üzvü Bart van Bryuxxen jurnalistlərə demişdir ki, aksiya zamanı nə geyəcəyini uzun zaman seçmişdir və əynindəki yubkanı tanış bir qadından borc almışdır: "Kişilər qadınlara qarşı özlərini hörmətlə aparmalıdırlar. Qadınlar nə geyinməklərindən asılı olmayaraq zorlanmaya məruz qalmamalıdırlar".
Aksiyada iştirak edən Niderlandın GroenLinks təşkilatının üzvü Layl Müns bildirmişdir: "Biz bu gün ona görə mini-yubka geymişik ki, hər bir adamın seksual təcavüzə məruz qalmaqdan qorxmadan istədiyi paltarı geyməli olduğunu dünyaya göstərək".
Aksiyada Niderlandın ən böyük 4 partiyasının kişi üzvləri iştirak etmişlər. Onların fikrincə, azad cəmiyyətin qurulması və qadınların özlərini inamlı hiss etmələri üçün belə aksiyaların tez-tez keçirilməsi vacibdir.

Комментариев нет:

Отправить комментарий