Страницы

12.01.2016

Suriya cəbhəsində komandanlıq edən rus zabiti haqda video internetdə populyarlaşdı

Suriyanın Latakiya bölgəsindəki Salma uğrunda döyüşləri müşahidə edən yüksək çinli rus zabitləri haqda video internetin ərəb seqmentində həddən artıq böyük populyarlıq qazanıb. Kadrlarda Suriya hərbçisi rus zabitinə yaxınlaşaraq söhbət edir, onu əvvəlcə polkovnik, sonra isə general adlandıraraq dediklərini Suriya Milli Müdafiə Qüvvələrinin əsgərlərinə tərcümə edir. Suriyalı hərbçi soruşur ki, onun fikrincə Suriya Milli Müdafiəsi necə döyüşür? Rus zabiti deyir ki, mənim burda olduğum müddətdə Milli Müdafiə hələ bircə mövqeyi də əldən verməyib, odur ki, əla qiymətləndirirəm. Milli Müdafiə Qüvvələrinin əsgərləri "Sağ olun, çox xoşdur" bildirirlər. Suriyalı komandir yenidən onların sözlərini rus zabitinə tərcümə edir: "Döyüşçülər rus ordusu və rus prezidenti ilə fəxr edirlər". Rus zabiti cavabında bildirir: "Suriya və Suriya xalqı ilə dost olmaq böyük şərəfdir". Ardınca suriyalı döyüşçülərin "şükür" sədaları eşidilir.
Video sosial şəbəkələrdə böyük maraq doğurub. Ərəb, eləcə də avropalı izləyicilər videonun altına "Rusiya sağ olsun, Putin sağ olsun", "Gözəl işdir, Rusiya! Suriyanı siçanlardan təmizlə!", "İrəli, irəli, Rusiya, irəli!", "Allah sənə xeyir-dua versin, Rusiya!" kimi təşəkkürlər yazıblar.

Комментариев нет:

Отправить комментарий