Страницы

12.01.2016

Şişani vəziyyətin ağırlığından şikayətləndi

Suriyada döyüşən Cunud aş-Şam terrorçu qruplaşmasının lideri Müslim Abu Valid aş-Şişani videomüraciət ilə çıxış edərək, düşdükləri çətin durumdan şikayətlənmiş və əqidədaşlarını köməyə çağırmışdır. Ruposters.ru saytının məlumatına görə, o bildirib ki, Surya ordusunun hücumları onun qruplaşmasından olan döyüşçüləri çıxılmaz vəziyyətə salmışdır. Şişani uğursuzluqların əsas səbəbi kimi zəif hərbi hazırlıq və döyüşçü çatışmazlığı olduğunu qeyd etmişdir. O başqa qruplaşmalardan olan döyüşçüləri köməyə çağırmışdır: "Başa düşmürük, elə bil ki Şamın digər ərazilərindən təcrid olunmuş haldayıq, heç kəs bizə köməyə gəlməyə tələsmir. Axı Şamda kifayət qədər mücahid var, sadəcə onları düzgün bölüşdürmək lazımdır". Şişani məqsədinin indiki İŞİD-dən fərqli "əsl İslam dövləti" yaratmaq olduğunu qeyd etmişdir, elə bir dövlət ki, orada "ayrı-ayrı insan qruplarının maraqları yox, ümmətin maraqları qorunacaq".
Terrorçu qruplaşmanın lideri bildirmişdir ki, faciəli duruma düşmələrinin ən əsas səbəbi İŞİD qrupllaşmasının başqa qruplaşmalara qarşı müharibəsi olmuşdur. Nəticədə Cunud aş-Şam qruplaşmasına maliyyə köməyi kəsilmişdir. Şişani demişdir ki, nə qədər yeni sponsorlar tapmağa çalışsa da, buna nail ola bilməmişdir və qrublaşması dağılmışdır.
Videomüraciətdə diqqət çəkən moment odur ki, Şişani öz qruplaşmasının pul müqabilində vuruşduğunu qeyd edir. Xatirladaq ki, Müslim Abu Valid aş-Şişani əsl adı Murad Marqoşvili olan Gürcüstan yəhudisidir. NATO bazasında hərbi təlim keçmiş və bir müddət Çeçenistanda Şamil Basayevin rəhbərliyi altında döyüşmüşdür. Marqoşvili 2012-ci ildə Suriyaya gələrək burada MDB ölkələrindən və Almaniyadan olan vahhabilərdən təşkil olunmuş Cunud aş-Şam qruplaşması yaratmışdır. Qruplaşma Türkiyədən göndərilən ərzaq və silah-sursatla təmin olunmuşdur. Rusiya aviasiyasının zərbələri nəticəsində qruplaşmanın bir sıra üzvləri məhv edilmişdir. Mətbuatda onun Gürcüstan kəşfiyyat orqanları ilə əlaqəli olması haqda məlumatlar yayılmışdır.

Комментариев нет:

Отправить комментарий