Страницы

16.01.2016

Suriya desantçısı: Rus təyyarələrinin uğultusu- bizim qələbə nəğməmizdir

Federal Xəbərlər Agentliyinin Suriyaya yollanan hərbi müxbiri Kamil Cəfəri yerli sakinlərlə, o cümlədən Suriya ordusu döyüşçüləri ilə görüşərək onlarla söhbətlər aparmışdır.
Məhəmməd Umran "Xmeymim" Rusiya hərbi bazası yaxınlığındakı Əs-Sahabi kəndində yaşayır. Qardaşı orduya çağırılmışdır və terrorçulara qarşı döyüşlərdə iştirak edir. Məhəmmədin evinin divarları tez-tez enib-qalxan rus təyyarələrinin təsirindən tərpənir. Ancaq bu Məhəmmədi heç də narahat etmir. O deyir: "Lazım olsa, mən rus hərbçilərinə evimi də, torpağımı da, əmlakımı da verərəm, axı onlar bizim vətənimizi xilas etmişlər".
Rus hərbçiləri hərbi bazanın yaxınlığındakı kəndlərdə tez-tez olurlar. Onlar ərzaq, mer-meyvə almağa və yerli kafelərdə bilyard oynamağa gəlirlər. Məhəmməd Umran deyir: "Biz böyük sevinclə onları qarşılayırıq. Əlimizdən gələn köməyi etməyi çalışırıq. Rus əsgər və zabirləri adi hərbçilərdən çox fərqlənirlər- onlar insanlarla çox mehribancasına davranırlar".
Juranlistin növbəti həmsöhbəti Mahir adlı keçmiş döyüşçüdür. O deyir: "Rus təyyarələrinin uğultusu- bizim qələbə nəğməmizdir". Mahir 2012-ci ildə Dir-az-Zur məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmış desantçıdır. Mahir bildirmişdir ki, dövlət onun ağır cərrahiyyə əməliyyatını pulsuz etmişdir və mütəmadi olaraq dərmanlarla təmin olunur. O, göstərilən qayğıya görə Suriyanın sosialist sisteminə, ölkə partiyasına və prezident Bəşər Əsədə öz təşəkkürünü bildirmişdir.
Mahirin sözlərinə görə, məntəqələrin azad edilməsi əməliyyatlarına başlamazdan əvvəl hökumət qüvvələri koridor açır və mülki şəxslərin çıxarılmasını təmin edirlər. O bildirmişdir ki, İŞİD terror qruplaşması digər Cəbhət əl-Nusra, Cund əş-Şam kimi qruplaşmalara nisbətən daha hazırlıqlıdır və üstün silahlarla təhciz olunub. Bu da təəccüblü deyil, çünki İraqın şimal rayonlarını təcili tərk edən hökumət ordusunun bütün silah-sursatı İŞİD-ə verilmişdi. Odur ki, İŞİD döyüşçülərinin həm sovet, həm də amerikan tankları vardı. İŞİD-in əsas hissəsini Səddam Hüseyn ordusunun zabitləri və onun BAAS pariyasının üzvləri təşkil edirdilər. Suriya sakinlərinin sözlərinə görə, Səddamın ömrünün son günlərində vahhabiliyi qəbul etməsi barədə məlumatlar vardır.
Xatırladaq ki, BAAS partiyası ilk əvvəl ərəb sosialist düşərgəsi ölkələrinin birgə partiyası kimi yaradılmışdır. Lakin 1970-ci illərdə İraq və Suriya şöbələri arasında ideoloji və metodoloji fikir ayrılıqları yaranmışdır. 1980-ci ildə İraq İrana hücum edən zaman isə Suriya prezidenti Hafiz Əsəd Tehranı dəstəkləmişdir və bu partiyanın iki rəqib hissəyə parçalanmasına səbəb olmuşdur. Hadisələrin gedişatında Suriya BAAS partiyası amerikan imperializminə və beynəlxalq terrorizmə qarşı çıxaraq Rusiya ilə sıx əməkdaşlıq etdi, İraq BAAS-ı isə vahhabillik ideologiyası bazasına sığınaraq beynəlxalq terrorizmə hərbi dəstək verdi.
Suriya vətəndaşları əmindirlər ki, artıq çətin günlər arxada qalmışdır və qələbə yaxındadır. Məhəmməd Umran deyir: "Biz rus təyyarələrinin səsinə alışmışıq. Ruslar bizə qələbəyə inam verdilər, sabahkı günümüzə ümid yaratdılar. Rusların sayəsində ölkəmizdə yaşamaq və yaratmaq imkanımız yarandı. Bax buna görə rus hərbçiləri, rus hökuməti, rus xalqı bizə sonadək ümid edə bilərlər".

Комментариев нет:

Отправить комментарий