Страницы

17.01.2016

Amerikan hərbçiləri əsir götürülən zaman ağlayırmışlar

Amerikan dəniz piyadaları İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən tutulan zaman ağlayırmışlar. Bu barədə "Russkaya vesna" saytı SEPAH generalı Hüseyn Salamiyə istinadən xəbər vermişdir.
13 yanvarda ABŞ hərbi-dəniz flotina məxsus iki kater qanunu pozaraq İranın ərazi sularına daxil olmuşdur. Lakin iki kilometr irəlilədikdən sonra katerlərin on kişi və bir qadından ibarət ekipajı İran SEPAH-ı dənizçiləri tərəfindən tutulmuşdur. "ABŞ dəniz piyadaları tutulan zaman ağlayırdılar, lakin sonra sakitləşdilər və SEPAH döyüşçülərinin onlarla mülayim davranğını gördükdə özlərini rahat hiss etdilər"- iranlı general demişdir.
General Hüseyn Salaminin sözlərinə görə, amerikanlar İranın güc və qüdrətinə şahid olmuşlar: "Biz dəniz piyadalarının İran ərazi sularına bilmədən daxil olduğunu müəyyənləşdirdikdən sonra onları azad etdik, hətta silahlarını da qaytardıq".
İran dövlətinin apardığı tədqiqat göstərmişdir ki, ABŞ hərbi gəmilərinin İran ərazi suılarına qanunsuz daxil olması "məqsədyönlü düşmən aktının nəticəsi olmamışdır" və katerlər azma nəticəsində ora gəlib çıxmışlar. ABŞ dəniz piyadaları etdikləri səhvə görə üzr istəyəndən sonra onlar azad buraxılmış, silah və katerləri qaytarılmışdır. İran SEPAH-ı ABŞ flotiliyasını "təhrikedici və qeyri-professional addamlar atmaqda" günahlandırmış, bildirmişdir ki, İran SEPAH-ı regionda sakitliyi qoruyur və vəziyyətə tam nəzarət edir.

Комментариев нет:

Отправить комментарий