Страницы

19.02.2016

Amerikalı araşdırmaçılardan “SOS siqnalı”: “Birləşmiş Ştatlar artıq demokratik ölkə deyil”

Son zamanlar ABŞ hakimiyyətin xalqa məxsus olduğu demokratiyadan maliyyə elitalarının idarə etdiyi oliqarxiyaya çevrilib. Amerikanın “ən görkəmli intellektuallarından və dünyada ən çox istinad edilən alimlərindən biri olan” Noam Xomski yazır ki, ABŞ zəmanəmizin ən böyük terror mənbəyidir. Xomskinin sözlərinə görə, ABŞ artıq demokratiya deyil, oliqarxların xalqın adından və çox zaman da onun maraqlarına zidd olaraq idarə etdiyi birpartiyalı sistemi olan dövlətə oxşayır. 
Bu fikirləri Norveçdə nəşr olunan nüfuzlu Dagbladet qəzetindəki məqaləsində Norveçli yazışı, publisist və din tarixi üzrə ekspert Xanna Nabintu Herland yazıb. Məqalədə göstərilir ki, Prinston Universitetindəki araşdırmalar da eyni nəticəyə gəlib. Martin Cilens və Benjamin Peyc ABŞ-ın son on ildə demokratiyadan oliqarxiyaya necə çevrildiyini araşdırıblar. Məqalədə yazılır: “Sağ” və “sol” siyasi cinahlara klassik bölgü artıq yoxdur. Bizim Marşall planı, vətəndaş hüquqları və şəxsi azadlıq uğrunda mübarizə ilə tanıdığımız əvvəlki ABŞ dərin staqnasiyadadır”.
Bu yaxınlarda “TruthOut” internet-portalında dərc etdirdiyi məqalədə Xomski gizli əməliyyatlarla bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı hesabatı kəskin tənqid edib. Müəllif yazıb ki, ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması həmin bölgələrdə sabitliyin pozulmasına və humanitar faciəyə səbəb olub. Söhbət Kubada, Anqolada, Cənubi Afrika Respublikasında və Nikaraquada aparılmış gizli əməliyyatlardan gedir. Xomski onu da yazır ki, NATO da dəyişikliyə uğrayıb – Sovetlər Birliyi dağılandan sonra NATO Avropa müdafiə ittifaqından dünyanın neft-qaz sahələrinə nəzarətdə dominant olmağa çalışan ABŞ-ın əlində müdaxilə alətinə və aqressora çevrilib.
Məqalədə ABŞ-ın keçmiş müdafiə naziri Maknamaradan və keçmiş dövlət katibi Kissincerdən də maraqlı sitatlar var. Robert Maknamara “Müharibənin dumanı” («The Fog of War») sənədli filmində qeyd edib ki, ABŞ vətəndaş müharibələrinə tərəflərdən birini dəstəkləməklə müdaxilə etməsəydi, münaqişələri həll etmək mümkün olardı. Henri Kissincer isə “Dünya düzəni” (World Order) kitabında yazıb ki, ABŞ Yaxın Şərqə ideoloji səlib yürüşünə çıxarkən tələyə düşüb; elə bilib ki, “demokratiya və insan hüquqları” şüarı Yaxın Şərq problemini həll edəcək. Amma yanılıb, çünki reallığı görə bilməyib. Kissincer yazır ki, bu siyasət nəticəsində Əfqanıstan, İraq, Liviya, Misir və Suriyada vəziyyət daha da pisləşib. Kissincer Amerika administrasiyasını siyasi realizmə yönəlməyə və milli suverenlikləri əsas götürməyə çağırıb.
Herlandın məqaləsində yazır ki, hələ 1961-ci ildə o zamankı prezident Duayt Eyzenhauer öz çıxışında ABŞ-ı belə bir təhlükə gözlədiyini deyib. İkinci Dünya Müharibəsinin qəhrəmanlarından olan general-prezident hərbi gücün siyasətə basqısı nəticəsində ABŞ demokratiyasının eroziyaya uğrayacağını proqnozlaşdırmışdı. Norveçli araşdırmaçı-publisist Eyzenhauerin bu qorxulu proqnozunun doğrulduğunu yazır. Məqalə bu cümlə ilə bitir: “ABŞ avtokrat idarə üsuluna doğru dərəcədə irəliləyib ki, Avropanın onun yolu ilə getməkdən çəkinməsi üçün bütün əsaslar var” .

bizimyol.info

Комментариев нет:

Отправить комментарий