Страницы

19.02.2016

Noam Xomski: ABŞ separatçıları gizli qidalandırır

“Sizcə, İraqda, Livanda xaos haradan meydana gəlib? Təbii ki, onları bu dövlətlərdə biz yaratdıq. Biz işğal və məhv etməyə çalışdığımız ölkələrdə bu siyasətimizi “sabitlik yaratmağa çalışırıq” kimi qələmə veririk”

Amerikalı siyasi publisist, Massaçusets Texnologiya İnstitutunun professoru Avram Noam Xomski “Jacobin” nəşrinə verdiyi müsahibədə ABŞ-ın dünyanın bir çox ölkələrində həyata keçirdiyi hərbi siyasətə necə haqq qazandırması, separatçıları “gizli qidalandırması” ilə bağlı məsələyə aydınlıq gətirib. O, müsahibəsində qeyd edib ki, ABŞ rusları Əfqanıstanda qırmaq istəyirdi. “Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin İslamabadda nümayəndəliyinin rəhbəri açıq şəkildə də etiraf etmişdir. Həmin ərəfədə o: “Əfqanıstanın azadlığı bizim üçün önəmli deyil, bizim üçün önəmli olan rusların öldürülməsidir. Elə buna görə də biz Pakistan diktatoru, nüvə silahı yaratmaq icazəsi verilən general Ziya ul-Həq rejiymini dəstəklədik”- demişdi”.
Ekspert amerikalıların öz oyununu oynadığını deyib: “Bündan əlavə, rusların Əfqanıstanı tərk etdikdən sonra yaşananlara baxın. Amerika bir çoxu dini ekstremist və fundamentalistlərdən təşkil edilmiş mücahidlərə dəstək verməyə davam etdi. Onlar özlərinə görə yanlış tərzdə geyinən yerli qadınların yaşam tərzinə müdaxilə edir, paytaxt Kabili tamamilə dağıdıb, Talibanın gəlişini “azadlıq” rəmzi kimi təbliğ edirdilər”. 
Amerikalı siyasətçinin fikrincə, Reyqan administrasiyasının bir çox üzvü bütün bunları məqsədli şəkildə həyata keçiriblər. Onların əksəriyyəti üçün bu təkəbbür cəhalətin nəticəsi idi. Onlar şəxsi düşmənin məhv edilməsi üçün cinayətkarları da dəstəkləyirdi. 
Müsahibəsində ABŞ-ın kənar cinayətlərə zəif reaksiya verməsi ilə bağlı verilən suala da Xomskinin cavabı maraqlıdır. O, bir növ suala sualla da cavab verir: “Sizcə, İraqda, Livanda xaos haradan meydana gəlib? Təbii ki, onları bu dövlətlərdə biz yaratdıq. Biz işğal və məhv etməyə çalışdığımız kənar ölkələrdə bu siyasətimizi “sabitlik yaratmağa çalışırıq” kimi qələmə veririk. Bizim bu niyyətimizə qarşı çıxmağa çalışanlar isə həmin ölkənin “qeyr-sabitliyə təşəbbüs qüvvələri” kimi təqdim edilir”. Amerikalı siyasətçi fikrini əsaslandırmaq üçün oxuculara “Amerikalı snayper” filminə baxmağı tövsiyə edir. Filmin qəhrəmanı həyata keçirdiyi ilk cinayəti ilə qürur duyur. Halbuki ölənlər amerikalı piyada qoşunları tərəfindən qətlə yetirilən qadın və uşaqlardır. Onlar vəhşi və canavarlar kimi təqdim edilir: “Biz onları görmək belə istəmirik. Ona görə də onlar ölməlidirlər və bu ölüm alqışlanmalıdır. Hətta “The New York Times” nəşri bu filmi “gözəl film” kimi təqdim edir. Məncə, bu əqli çatışmazlıqdır”.
ABŞ-ın müasir həyatı ilə əlaqədar verilən sualı cavablandıran amerikalı siyasi publisist son illər adı daha çox hallanan “COINTELPRO” (Amerika siyasi təşkilatlarına qarşı FTB-nin qanunsuz əks-kəşfiyyat əməliyyatlar proqramı) proqramının adını çəkir. O, qeyd edir ki, son dövrlər bu proqrama az diqqət yetirilsə də, unutmaq lazım deyil ki, Fedaral Təhqiqatlar Bürosu məhz bu proqramın bazası üzərində yaradılıb. Bu proqram dörd prezidentin dövründə davam edib. Əsas məqsədlərdən biri siyasi qətllər törətmək olub. Bu gün onların hədəfində qaradərililər dayanır. Xomski xatırladır ki, bu proqram təxribat törətmək məqsədi ilə yaradılsa da, sonradan siyasi cinayətləri işinin əsas hədəflərindən birinə çevirib.

Ağasəf Babayev             palitranews.az

Комментариев нет:

Отправить комментарий