Страницы

19.02.2016

“McDonalds” xalqı necə zəhərləyir?

“McDonalds” restoranlar şəbəkəsi tələbələrin, uşaqların bir sözlə cavanların ən çox getdiyi əyləncə və istirahət yerlərindən biri sayılır. İnkişaf etmiş dünya ölkələrindəkasıb təbəqə üçün bu “sürətli qidalanma restoranı” nədənsə, ölkəmizdə bahalı, lüks yer kimi təqdim olunur. Hətta kifayət qədər imkanlı şəxslərin də üz tutduğu bu məkan ABŞ kimi dünya ölkələrində “bomj”ların qarınlarını doydurduqları yer kimi tanınır. Mətbəxində daha çox “fast food”lara yer ayıranvə yeməklərin tərkibindəki bəzi qatqılara görə, dünyanın əksər dövlətlərində qadağan olunan “McDonalds” ölkəmizdə hələ də liderliyini əldən verməkistəmir.
Modern.az “McDonalds”ın Azərbaycanda niyə bu qədər dəbdə olmasına mütəxəssislərdən münasibət öyrənib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, həmin restoranlar şəbəkəsində müştəriyə təqdim olunan yeməklərin hamısı geni dəyişdirilmiş məhsullardır: “Həmin restoranlarda istehlakçıya təqdim olunan məhsulların hamısı cəld yeməklərdir. Həmin məhsulların hamısı genetik modifikasiya olunmuş qidalardır. Çipslərdən, yararsız brokslardan istifadə olunur. Biz də istehlakçı hüquqlarını qoruyan təşkilat kimi xüsusən kiçik yaşlı və məktəb yaşlı uşaqları “McDonalds”dan qorumağa çalışırıq. Burada “Coca-Cola”nın və bu kimi məhsullarınalyansı var. Bu cür içkilər təhlükəli qidalar və içkilər məhz “McDonalds” şəbəkəsində satılır. Lakin nəhəng dünya ölkələrində “McDonalds” kimi istehlakçıların beyninə oturuşmuş bir şirkət hansı ölkəyə daxil olursa, həmin ölkənin vergi ödəyicisinə çevrilir. Belə olan halda onlara qarşı mübarizə aparmaq asan olmur”.
E.Hüseynov bur restoranın ölkəmizdə hər kəsin acdığı vaxt üz tutduğu məkanlardan olmasını isə əhalinin biliklərinin az olmasında görür: “Həm kasıb, həm varlı təbəqənin “McDonalds” kimi yerlərə üz tutmasının səbəbi bu sahədə biliklərinin az olmasıdır. Cəld yeməyin zərəri barədə biliklərin az olması və ölkədə istehlakçı siyasətinin zəif olmasından irəli gəlir. Odur ki, istehlakçılar maariflənməli, onlarla Azad İstehlakçılar Birliyi kimi təşkilatlar yaranmalı, həmin restoranlarda yeməklərin keyfiyyətiilə bağlı monitorinqlər aparmalı, əhali məlumatlandırmalıdır”.
Paytaxt sakinlərinin “McDonalds”a axın etməsini qida mədəniyyətinin zəif olması ilə əlaqələndirən Sağlam Həyat İctimai Birliyinin sədri, sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ölkəmizdə nə yoxsul, nə də varlı təbəqənin qida mədəniyyəti arzu olunan səviyyədədir. Ona görə də, hər ikitəbəqənin üzvləri “McDonalds”a üz tuturlar: “Kasıb kasıb olduğundan ziyanlı qida yeyirsə, varlı təbəqəmiz isə qida mədəniyyətinin aşağı olmasından belə edir. Təəssüf ki, bizim varlı insanlarda meşşanlıq xüsusiyyəti var. Bu cür insanlar xoşlayırlar ki, nümayişkaranə şəkildə bahalı, xaricdən gəlmiş meyvə və ya başqa bir şeylər alsınlar. “McDonalds” Amerika restoranlar şəbəkəsi olduğundan bunlara elə gəlir ki, həmin yerə getmək mədənilik əlamətidir, özlərinin imkanlarını nümayiş etdirmək əlamətidir. Çünki “McDonalds”da qiymətlər heç də aşağı deyil. Oraya getmək müəyyən qədər xərc tələb edir. Orada bir dəfəyə yediyin yeməyin qiymətilə evdə bir neçə dəfə yumurta bişirib yemək olar. Sadəcə olaraq bunun əsas səbəbi varlı təbəqənin həm mədəni səviyyəsi, həm də qida mədəniyyətinin aşağı olmasıdır. Təbii ki, bizim imkanlı təbəqəmizin bir qismi təsadüfən varlanmış insanlardır. Dünyagörüşü, informasiya etibarilə ətraflı məlumata malik olmayan insanlardır”. 
Sosioloqun sözlərinə görə, “McDonalds” restoranlar şəbəkəsində yeməyin tərkibinə qatılan bəzi inqridientlərə görə, dünya ölkələrinin əksəriyyətində ona qadağa qoyulub: “Sürətli qidalanma restoranı hesab olunan “McDonalds” dünya ölkələrinin əksəriyyətində qadağan olunub. Çünki həmin yeməklərin tez hazırlanması üçün tərkibinə çox sayda inqridientlər daxil edilir. Həmin maddələr də orqanizm üçün təhlükəlidir. İlk baxışdan çox gözəl, dəbdəbəli, bütün bu cah-cəlalın arxasında təəssüf ki, sağlamlıq üçün təhlükəli qidalar dayanır. Biz də bunu Azərbaycanda lazımı şəkildə işıqlandırmırıq. Çünki elə insanlar var ki, onlar “McDonalds”ın dövriyyəsinin aşağı düşməsinin tərəfdarı deyil. Əksinə “McDonalds”ın ətrafında belə müzakirələr gedəndə, o dəqiqə əks hərəkətə keçir, bu restoranlaraın bağlanmasına imkan vermirlər”.

Комментариев нет:

Отправить комментарий