Страницы

19.02.2016

Noam Xomski: Dünyanın ən pis qüvvələri ABŞ və İngiltərədir

Məşhur amerikalı mütəfəkkir prof. Noam Xomski Amerika və İngiltərənin dünyanın ən pis qüvvələri olduqlarını deyib.
Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, prof. Noam Xomski Amerikanın İraq və Suriyadakı İŞİD-ə qarşı mübarizəsini tənqib edib. Çomski İŞİD-in vəhşiliyi və təhlükəsilə bağlı ən kiçik bir şübhənin də artıq hər kəsə aydın olduğunu deyərək, Amerikanın İraqa hücumu və bu ölkəni işğal etməsinin İŞİD-in yaranmasının əsas səbəbi olduğunu söyləyib.
O, Amerikanın İraqı işğal etməsi nəticəsində yaranan problemlərdən yalnız birinin İŞİD olduğunu deyib. Xomski ABŞ-ın İraq işğalı nəticəsində bu ölkədə yüz minlərlə günahsız insanın həlak olduğunu və milyonlarla insanın da evsizlik vә səfil vəziyyətinə düşdüyünü qeyd edib.
Noam Xomski Yaxın Şərq regionunda İŞİD və digər terror təşkilatlarının əsas maliyyəçilərindən birinin də İŞİD-dən heç nə ilə fəqlənməyən Səudiyyə rejiminin olduğunu deyib. O, Nusra Cəbhəsi terror təşkilatının da bunlardan biri olduğunu qeyd edərək, bunun Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən himayə edildiyini bildirib. Nomski bu 3 ölkənin də Amerikanın yaxın müttəfiqi olduqlarını deyib.

Комментариев нет:

Отправить комментарий