Страницы

20.02.2016

Mirzə Ələkbər Sabirin XANIM-FATİMEYİ-ZƏHRAYƏ həsr olunmuş Bəhri-təvili

Həzrəti Zöhreyi-Zəhra, xələfi-sərvəri-Bətha, şərəfi-itrəti-Taha, sədəfi-lölöi-lala, nəsəbi-cahi-ləbala, əbədi-xilqəti-ziba, o cigər guşeyi-məhbubi-Muhəmməd, olubdur böylə rəvayət, buyurub ol qəməri-bürci-nübüvvət, fələki-iffəti-ismət, məhi-əflaki-vəcahət, düri-dəryayi-səxavət, oturub hücrədə bir gün var idim yekkəvü tənha ki, nagah açılıb babi-imamət, nəzər etdikdə nə gördüm ki, gəlib sərvəri-ümmət, şəbi-meracidə xəlvətgəhi-qövseyində məhrəm olan ol mahi-nübüvvət, yetişib ta ki, buyurdu mənə ol fəxri-risalət, bə dürüsti ki, bu gün mən bədənimdə tapıram zəfü nəgahət. Dedim: “Ey kani-kəramət, bu nə halətdi ki, zəfündə ola qadiri-sübhan O Mənnanə pənah olmaya cismində bu halət, dedi ol mənbəyi-rəhmət: Götür əltafi-yəməniyyeyi-əbanı elə bu gün cismimi puşidə qıl ey Seyyidi, ey Ali Təharət, eşidib mən bu bəyanı, götürüb hazıra mövcud elədim çünki əbanı, bürüyüb cismi-lətifin, dolanıb ləhzeyi-dillərdə nə gördüm ki, mübarək üzü bir noi tələlölədi guya ki bir on dörd gecəlik aydı yetib həddi-kəmalə ki, tapıb özgə şərafət
Fəyazəl həsənati
Qətiləl əbərati
Rəfiud dəəvati
Səfiul ərəsati
Əleyhis sələvati.

Комментариев нет:

Отправить комментарий