Страницы

19.02.2016

Noam Xomski: ABŞ 60 ildir ki, iranlılara qarşı düşmən siyasəti yürüdür

Tanınmış amerikalı akademik Noam Xomski ABŞ-ı keçən 60 il ərzində İran xalqına qarşı düşmən siyasəti yürütdüyü üçün tənqid edib. Xomski “Democracy Now” jurnalına müsahibəsində deyib: “Keçən 60 il ərzində elə bir gün olmadı ki, ABŞ iranlılara əziyyət verməsin”. O əlavə edərək deyib: “İndi düz altmış ildir ki, 1953-cü ildə hərbi çevriliş vasitəsilə parlament üsul idarəsi devrilərək qəddar diktator olan şah rejimi yaradıldı”. 
Hələ avqust ayında Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilk dəfə olaraq 1953-cü ildə demokratik yol ilə seçilmiş İran baş naziri Muhəmməd Musəddiqin devrilməsində Vaşinqtonun rolunu təsdqi edən sənəd dərc etdi. ABŞ kəşfiyyat idarəsinin bu etirafı Britaniya və Amerikanın dəstəyi ilə baş verən çevrilişdən düz 60 il sonra baş verdi. 
1953-cü il 15 avqust tarixində Britaniya və ABŞ kəşfiyyat idarələri İran ordusu vasitəsilə baş nazir Musəddiqin devrilməsi və dörd gün sonra isə həbs edilməsi ilə nəticələnən hərbi çevrilişi həyata keçirdilər.
Xomski həmçinin Vaşinqtonun İrana qarşı düşmən siyasətinə nümunə olaraq ABŞ-ın dəstəyi ilə İraqın sabiq diktatoru Səddam Huseynin İrana qarşı başlatdığı səkkiz illik müharibə və Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi ağır iqtisadi sanksiyaları göstərib. O deyib: “Səddam Huseyn Reyqan və birinci Buş administrasiyasının ən yaxın müttəfiqi idi. Müttəfiqlik o həddə idi ki, 1989-cu ildə birinci Buş İraq nüvə mühəndislərini ABŞ-a nüvə istehsalında yüksək dərəcəli təlim keçməyə dəvət etmişdir. Ancaq indi İran sülh məqsədi ilə nüvə texnalogiyasından istifadə etdiyi üçün ABŞ-ın sanksiyalarına tuş gəlib”. Görkəmli analitik daha sonra İranın nüvə enerjisindən istifadə etməyə tam haqqı olduğunu bildirmiş və demişdir ki, Nüvə Silahı Yayılmama Razılığını imza edən bir dövlət kimi İran uranı zənginləşdirə bilər. 
 
islamtimes.org

Комментариев нет:

Отправить комментарий