Страницы

16.03.2016

Türkiyə dəstək vermir? Yoxsa ABŞ İmperiya deyil?!

Müxalifət düşərgəsinə Rusiya ilə bağlı bir ki sözüm var.
Rusiyanı tənqid edən Qərb və ABŞ terrorçulara qarşı heç bir iri miqyaslı əməliyat keçirməyib. Lakin sizdən bu haqda heç kim heç nə demir. Bu nədir? Kütləvi gipnozdur? Azərbaycan müxalifəti ümumiyətlə Qərbə və ABŞ-a qarşı heç nə demir. Güya bilmirlər ki, İŞİD-in fəaliyyəti kimə sərf edir? Kim onları yaradıb? Guya bilmirlər ki Nusra cəbhəsinə dəstək verənlər kimdir? Bütün gün PKK-nı söyən və lənətləyənlər Suriyanı dağıdan terrorçulara qarşı niyə heç nə demir? Bunlar da PKK kimi terrorçu deyilmi? Hanı, müdafiə etdiyiniz Türkiyə sizə yardım edir? Ərdoğan sizin gecə-gündüz tənqid etdiyiniz prezident İlham Əliyevi qardaş hesab edir. Dəstəkləyir! Prezidentin Türkiyəyə səfəri sizi hər dəfə basdırır! Sizə görə İlham Əliyev diktator deyil? Bəşər Əsəd kimi deyil? Bu haqda sizin əlinizdə olan mətbuat yazmır? Yaxşı, bəs Türkiyə İlham Əliyevə dəstək vermir? Verir! Bəzi məqamlardan xoşu gəlməsə də, həqiqət budur ki dəstək verir! Çünkü milli maraqlarına uyğundur! Yenə təkrar edirəm. Siz deyirsiz ki Rusiya Bəşər Əsədə dəstək verir, diktator rejimlərə dəstək verir və s. Yaxşı, bəs Türkiyə dəstək vermir? Bəlkə Səudiyə Ərəbistanı demokratiyadır? Bəlkə İordaniya demokratiyadır? Bəlkə Bəhreyn demokratiyadır? Türkiyə bunlarla ittifaqda deyil? Bu cür ikiüzlülüklə hara gedirsiz? Sizin müdafiə etdiyiniz, zülmlərinə susduğunuz qüvvələr sizə qara qəpik belə vermir, sizi dəstəkləmir, sizin adınızla mövcud hakimiyəti şantaj edir və Azərbaycandan istədiyini alır. Sizin rolunuz budur!
Bəli, Rusiya mələk deyil, bəli, öz siyasi maraqlarını müdafiə edir. Etməsin? ABŞ etmir? ABŞ İmperiya deyil? ABŞ-ın dünyada 650 hərbi bazası var. Rusiyanın bü qədər bazası var? Böyük Britaniya imperiya deyil? Fransa bəs necə? Bu ölkələr milyonlarla insanın qanları bahasına durmur? İndi guya siyasətləri dəyişib? Bunlar müdaxilə edib də hara demokratiya gətirib? Bunlar məgər Şərqin diktatorları ilə əlbir deyil? Onlara dəstək vermir? Yaxşıdır, bu Qərb Muammar Qaddafinin pulları ilə seçkilər keçirir, altdan-altdan şərqin şeyxləri işlər görür, sonra isə Azərbaycan hakimiyətinə qarşı tələblər irəli sürür. Səddama silah satıb Divə döndərən bu ABŞ və Qərb onu müharibələrə təhrik elədi, sonra isə onu devirmək üçün İraqa gəldi. Bu ölkə nəticədə nə günə qaldı?
Rusiya ayı olsa da, bunlarla baxanda daha dürüstdür. Daha konkretdir. Bəli, Rusiyanın tarixində etdikləri qırğınlar da var, etnik təmizləmələr də var, lakin başlarına böyük bəlalar da gəlib. Ruslar düşmənlə düşməndir, dostla dost və deyir ki bəli, mən beləyəm və simamı yalançı demokratiya maskası altında gizlətmirəm. Ayıyam, nəyəm oyam. Bax belə vururam, belə qırıram və buna demokratiya donunu geydirmirəm. Demokratiya deyərək terrorçulara dəstək vermirəm. Hansısa qruplaşmaya dəstək versəm də, lap PKK olsun, buna don geyindirmirəm, ona terrorçu da demirəm, çünkü terrorçü hesab etmirəm.
ABŞ və Qərb ağalarınız isə bir tərəfdən terrorçü deyir, o biri tərəfdən isə dəstəkləyir. Budur siyasətləri? Bu qəhbəlikdir! Siz də bu qəhbəliyi ört-basdır edərək nə olursuz?! Özünüz cavab seçin!
Qərbdən fərqli olaraq Rusiya əməliyyatları artırırdı və gücləndirirdi. Bu əməliyyatlar nəticəsində terrorçular Suriyada axırıncı aylar heç bir ciddi uğur əldə etməyib, əksinə ərazilər itirib. Onlar çox ciddi zərbələr alıb, neft hasilatından tutumuş neft daşımalarına qədər elə zərbələr alıblar ki gəlirləri iki dəfə azalıb. Minlərlə terrorçu məhv edilib. Terroçular artıq iri miqyaslı hücum qabiliyətini itiriblər. Bəşər Əsədin isə hakimiyətdən getməsi ümumiytlə artıq gündəmdə deyil. Əhali əksinə dövlət qüvvələrinin əlində olan ərazilərə köçür. Bəşər Əsədə diktator desəz də, xalq görür ki elə bu diktator yaxşıdır, çünkü onun yerinə İŞİD və yaxud Nusra itləri gələcək. O itlər ki sizin ABŞ və Qərb ağalarınız tərəfindən münafiqcəsinə dəstəklənir. Rusiya Suriyada ABŞ-ın oyununu alt üst edib. Hələ ki belədir! Bunu ki bacarıb!
Rusiyanı tənqid edirsizsə edin, çünkü tənqidə layiq hərəkət öz qiymətini almalıdır. Amma ABŞ və Qərbi də tənqid edin. Əks halda sizin bu qəsbkarlardan nə fərqiniz oldu? Bunlar Rusiyadan daha bir məqamla fərqlənir. Rusiya müdafiə olunur, onlar isə hücumdadırlar. Bunlar bəşəriyət və insaniyət üçün qat qat təhlükəlidir, çünkü Rusiyadan qat-qat güclüdürlər!

G. A.

Комментариев нет:

Отправить комментарий