Страницы

23.04.2016

ABŞ Suriyada kürdlərdən 120 hektar torpaq aldı

Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərinin 120 hektardan çox ərazisi ABŞ-ın “Demokratik ittifaq” hərbi partiyasına ikinci aviasiya bazasının tikilməsi üçün satılıb.
Yerli mənbələr bildirirlər ki, ABŞ torpağı real dəyərindən 3 dəfə aşağı qiymətə alıb.
Amerikalı hərbçilər hərbi bazanı Kobaninin cənub hissəsindəki Sehbet kəndində tikəcəklər. Hərbi baza üçün daha bir ərazi Sehbetdən 20 kilometr aralıdakı Harab İşk kəndində alınıb.
Bu, Suriyanın şimalında kürdlərin nəzarət etdiyi ərazilərdə tikiləcək sayca üçüncü ABŞ bazası olacaq. Yeni hərbi baza Türkiyə sərhədindən cəmisi 21 kilometr aralıqda yerləşəcək. /modern.az/

Комментариев нет:

Отправить комментарий