Страницы

23.04.2016

Türk iş adamının pritona çevirdiyi otellər – «Deluxe» və «Shah Palace»-da nə baş verir?

Bakıda türk iş adamı Ali Altınterimin icarəyə işlətdiyi «Deluxe» otelini pritona çevirməsi barədə xəbər vermişdik. Yayılan məlumatlara görə, şəhərin Nərimanov rayonu, Həsən Əliyev 119 ünvanında yerləşən otelin əxlaqsızlıq yuvası kimi istifadə olunduğu bildirilir. «İş adamı daha çox müştəri cəlb etmək məqsədi ilə bütün otelçilik qaydalarını ayaq altına alıb. Otelə təşrif buyuran müştərilərdən və onlarla gələn xanımlardan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmir.
Bundan başqa türkiyəli iş adamı vergidən yayınmaq üçün bütün biznes planlarını azərbaycanlı bir xanımın adı ilə həyata keçirir. Paytaxtın mərkəzi hissəsində yerləşən 36 otaqdan ibarət bu lüks otel sabiq təhsil naziri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirova məxsusdur. Otel türkiyəli iş adamına aylıq 25 min manat qarşılığında kirayə verilib. Allahverdi Dəmirov paytaxtda saysız-hesabsız mülklərə sahibdir. Təkcə “Texnikabank” ASC-nin 4,9 faiz səhmləri sabiq nazirin xalası oğluna məxsusdur. Allahverdi Dəmirov əvvəllər Misir Mərdanovun dəstəyi ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəhbəri olub.
Həmin vaxtlarda o, nazirliyin tikinti layihələrinə cavabdeh olub və barəsində ciddi korrupsiya iddiaları mövcuddur. A.Dəmirov 2011-ci ildə işdən çıxarılıb. Onun Təhsil Nazirliyində korrupsiya işi üzrə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə dindirildiyi haqda xəbərlər yayılmışdı. Onu da qeyd edək ki, Ali Altınterim bundan əvvəl “Ramada Plaza Gəncə”, “Ambassador Hotel Baku”, “The Crown Hotel”, “Ramada Baku”, “Shah Palace”, “Sirvan Hotel”, “Sakit gol”, “Sheki Palace” kimi otellərdə çalışıb». Gundelik-baku.com olaraq bu məlumatın izinə düşdük və qısa araşdırma apardıq.
Araşdırmalar nəticəsində öyrəndik ki, türk iş adamının icarə əsasında işlətdiyi «Deluxe» oteli paytaxtın elit təbəqəsinin istirahəti üçün nəzərdə tutulub: «Otelin fəaliyyətini kənardan müşahidə edəndə məlum olur ki, bura gün ərzində imkanlı şəxslər gəlir. Özü də həmin şəxslər tək yox, gənc xanımlarla bura təşrif buyururlar. Şəhərin ən bahalı yerlərindən birində yerləşən bu oteldə müştərilər özləri ilə gətirdikləri gənc xanımlarla əyləncə dolu anlar keçirirlər. Bu səbəbdən «Deluxe» artıq otel formatından çıxıb və daha çox əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir». Araşdırmalar nəticəsində onu da öyrəndik ki, sözügedən oteldə qiymətlər elə də ucuz deyil. Məsələn, müştəri burada 3 saat, yaxud daha çox qalmaq istəyirsə, o zaman 150 manat ödəməlidir. Əgər otaq səhərə kimi sifariş edilirsə, onda qiymət 300-400 manat arasında dəyişir. Deyilənə görə, oteldən heç vaxt müştəri əskik olmur.
Başqa bir məlumatda isə bildirilir ki, türk iş adamı Ali Altınterimin bundan əvvəl işlətdiyi, İçərişəhərdə yerləşən «Shah Palace» oteli də priton kimi fəaliyyət göstərir: «Türk iş adamı hansı obyekti icarəyə götürürsə, oranı dərhal gənc bəy və xanımların ixtiyarına verir. Elə buna görədir ki, həm «Deluxe», həm də «Shah Palace» otelləri paytaxtın ən məşhur əxlaqsızlıq yuvasına çevriliblər». Ən dəhşətlisi isə odur ki, türk iş adamı MTN-nin həbs olunmuş generalı Akif Çovdarovla yaxın münasibətlərə malik olub. Deyilənə görə, generalın şantaj mənbəyinə çevrilən otellərin arasında «Deluxe» və «Shah Palace» otellərinin də adı var. Bu faktla bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyik. Bizi izləyin. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq. /serhed.info/

Комментариев нет:

Отправить комментарий