Страницы

15.04.2016

Əsl düşmənimiz Türkiyədir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -39

Nadir Qocabəyli: Sovet İttifaqı dağıldıqdan sonra qaldıq öz universitet və institutlarımızın ümidinə. Bizim ali məktəblərin filologiya fakültələrində isə nəinki çağdaş, heç antik, klassik dünya ədəbiyyatını öyrədən doğru-dürüst proqram, dərs vəsaiti və kitab, müəllim və mütəxəssis yoxdur. Ona görə də bizim filologiya fakültələrinin tələbələri oxuduqları müddət ərzində daha çox folklor, türkçülük və millətçilik öyrənir, dünyadakı ədəbi proseslərdən xəbərsiz qalırlar.
Tosif Həsənli: Vaxtilə Xaqani Hass Azərbaycanın siyasi düşərgəsini iki cəbhəyə bölmüşdü: qrantyeyənlər və xalqyeyənlər. Uzun müddətdir ki Azərbaycandakı siyasi mübarizə əslində qrantyeyənlərin xalqyeyən olmaq uğrunda apardığı mübarizədir.
Martin Lüter: Vacib qeyd: Azərbaycan Cümhuriyyəti sözlərinin arasına DEMOKRATİK sözünü sonradan (bir xeyli sonradan!) yeraz tarixçilər soxuşdurdu. İlk əvvəl adı belə idi : AZƏRBAYCAN CÜMHURİYYƏTİ!
Elman Baxsiev: Maxaçqalada dostumla avtobusdaydıq, qarşımızda orta yaşlı bir kişi oturmuşdu. Dostuma dedim bu bizimkilərdəndi, dost “nə bilirsən ee”. Bir neçə dəqiqə sonra ona zəng gəldi, “həə, qardaş” deyəndə, dostuma baxıb gülümsədim. Bunun üçün xüsusi bir istedad lazım deyil idi, özünə güvənli, qürurlu, mənəm-mənəm deyən dağıstanlı baxışlarının arasından məzlum, sınmış, qəm dolu azərbaycanlı baxışını tanımaq çətin deyildi.
Aleksandr Duqin: Müasir qərb mədəniyyəti utanc gətirir, xəcalətdir. Biz qərb mədəniyyətini anti-məsihi mədəniyyət kimi dəyərləndiririk. Siz İslamda Dəccalı necə görürsünüzsə, biz qərb mədəniyyətini həmin şəkildə görürük.
İlham Alisoy: Gömrük Komitəsinin etdiyi iqtisadi cinayətlərin heç bir faizini keçmiş Eldar Mahmudovun MTN-i etməyib.
Əziz Həsənli: Saakaşvili rusvəti mafioz sistemə çevirmişdi. Əldən pul almırsan. Qeydiyyatla pul alırsan. Həm də külli miqdarda.
Səttar Məmmədov: İranda, Türkiyədə hələ at-eşşəklə gəzəndə Azərbaycanda Bakı-Tiflis (1880) və Bakı-Culfa (1883) dəmiryolu xətti işləyirdi (İranda 1939, Türkiyədə 1927). Rusun nəyi pis oldu axı?..
Same Sadiq: Əgər respublika əhalisi arasında referendum keçirilsə, əhalı Rusiyaya səs verər.
Mətləb Pero: İctimai rəy sorğusu çox keçirtmişəm, keçirtdiyim rəylərə görə respondentlərin 97 %-i Rusiyanın tərəfində olduğunu demişlər.
Ruslan Əzimzadə: Kaş Putində olan qeyrət ərəb ölkələrində olaydı! Allah səni qorusun, sən bir dünya liderisən!
Həmid Herisçi: Yazıçının üslubu, dili, mövzuları tam yeni olmalıdır. Özünkü olmalıdır. Yazıçı dahi olmalıdır. Dahi deyilsə, əlinə qələm almasın. Başqaları kimi gərək yazmasın o. Özü kimi yazsın. Kimdi bu tələblərə cavab verən yazar? Adını deyin.
Təranə Əliyeva: Ay millət, ayılın! Pantürkistləri beca yerə məhv etmədilər. Bizə Nərimanov lazımdır, cübbəli xocalar yox! Bizə ziya lazımdır, nurçular yox! Bizə islam lazımdır, vahab itləri yox! Uzaq durun Türkiyədən. Bakını, Azərbaycanı biz onlara təhvil verməyəcəyik! Heç vaxt!
Gamlo Ali: Rus düşməndi, fars düşməndi təbliğatı ancaq və ancaq Türkiyədən qaynaqlanır. Bu kimi təbliğat və siyasət Azərbaycanın ziyanınadır. Bizim milli maraqlarlarla uzlaşmır. Bu siyasətin nəticələrini də gördük. Rusiya Azərbaycanla qonşu dövlətdir, İran da. İndi biz Azərbaycan bu iki ölkədən hara qaçacaq? Ölkəmizi götürüb Avstraliyanın yanına gedə bilmərik. Bir yerdə yaşamağa məhkumuq. Aydındır ki Rysiya ilə və İranla düşmənçilik etmək olmaz və bu ağılsızlıqdır. Yaxşı, niyə bunu təbliğ edirlər? Bir məqsədlə ki Azərbaycan ancaq Türkiyəyə möhtac qalsın. Və ilk öncə bu yaramaz şüarla beyinləri istila edirlər.
Samir Rimas: Yeni dünya düzəni- sərvətlərin bölünməsi və cəmlənməsi, yeganə dünya hökuməti və idarəolunan insan planları 2025-ci ilə kimi tamamlanmalı idi. Bunu gecikdirən isə 1979-cu il İran İslam İnqlabı oldu. İslam İnqlabı bu planları ya ləğv elədi, yaxud ən azından gecikdirdi.
Rafiq Eyyubov: Rusiya bəzi alçaq, iblis müsəlman ölkələrindən 100 dəfə ədalətlidir və yaxşıdır.
Pərvin Cəfərzadə: Türklər qədim Bakı kəndlərində millətin evindən çörəyi, arpanı alıb atlarına yedizdiriblər. Kimi də istəyiblər zorlayıblar. Rus gəlib onları zorlayandan sonra qaçıblar. Rus, Rus, Rus!
Alim Hüseyn: Azərbaycanın 50 milyarddan çox dolları türkləri varlandırır, amma Azərbaycanın özündə vəziyyət daha da kəskinləşir, camaatın iqtisadi vəziyyəti ağırlaşır.
Samir Nəcəfov: 90-cı illərdə bir çox bankların xalqa borcu vardı. Xalqın pulunun dalına keçib yedilər, indi də xalqı özlərinə borclu ediblər. Bizi bizim məmurlar lox kimi görürlər.
Rəşad Əhmədov: 70 il bu şərəfsizlər yox idi, yaxşı yaşayırdıq, bu şərəfsiz osmanlılar gəldi, xaraba qaldı.
Şahin Əmənov: Qan Bankına könüllü qan verməyə gəlmişik, qanı verəndən sonra deyir “Bizə də nə hörmət edirsiz edin”))) Özzümölüm dağılası xarabada yaşayırıq.
Musarza Kadusi Mirzəyev: Bizim bir dostumuz var, o da Rusiyadır. Mehriban düşmənlərimiz çoxdur, dostumuz isa yalnız Rusiyadır. 
Sovetskiy Soyuz: Türklərin bir dostu var, o da PARA.
Tosif Həsənli: Əli Kərimli də deyir ki indiki vəziyyətdə mən öz komandamla məsuliyyəti öz üzərimə göturməyə hazıram. Halbuki hakimiyyətə gəlsələr beş gündən sonra xahiş-minnətlə Vasif Talıbovu Bakıya dəvət eləyəcəklər.
Zahid Abil: Rusiyanın kişiləri yox, təkcə qadınları silaha sarılsalar, Ərdoğanı məğlub edərlər.
Şamil Rəhman: Tezis özünün antitezisinə keçib. Liberalizm müasir dünyamızda faktiki olaraq azadlığı buxovlayan, yeni sosial köləliyi əsaslandıran ideologiyaya, daha doğrusu, “Dünya-Sistemin” periferiyasına misilsiz əsarət və istismarı gətirən qlobal hakim sinfin ideoloji silahına çevrilmişdir.
Adil Huseynoğlu: Verdiyimiz qaz neft gözündən gəlsin türk hökumətinin.
Hüseyn Nuriyev: Azərbaycan müxalifətinin 90 faizi ABŞ-ın burdakı hakimiyyətə alternatividir. Mən hələ onların ABŞ-a qarşı bir bəyanatını, ya çıxışını nə eşidib, nə də görmüşəm. İşdi nə vaxtsa YAP quşdasa, sözlərindən çıxsa, dərhal onu yıxıb müxalifəti gətirəcəklər hakimiyyətə.
Ceyhun Süleymanzadə: Mən öz millətimi sevirəm; türk döyüşçülüyü ilə fars zəkası məndə birləşib.
Dadaş Vəliyev: Həqiqətən Putin tarixə gəlmiş ən böyük dahi şəxslər siyahısına daxil olunası bir liderdir. Bəyənməyənlər, vaxtilə Peyğəmbəri də bəyənməyiblər. Əgər bir adamın düşməni yoxdursa, demək o adam heç bir şeyə yararlı deyil. Bir də ola ki, düşmən ABŞ-İsrail olsun!
Məhəmməd İsmayılov: Bizim əsl düşmənimiz Türkiyədir.
Mayis Gülalıyev: Vaxtilə ABŞ-ı tənqid edəndə bizə irad tutanlar bu gün genəbol döşəyirlər ABŞ-ın kürəyinə! Allah qüvvət versin!
Əhmədov Qoşqar: Deyirəm Allah eləməmiş Ermənistanda dağların altında neft-qaz çıxa. Erməni soyqrımını Türkiyə Qarabağın müstəqilliyi ilə yanaşı avtomatik tanıyar. P.S.Kimsə rəylərdə sayıqlasa ona Türkiyədə, Suriyada kürdü terrorist deyib vuran, amma İraqda neft-qaza görə “eğit-donat” eləyən Türkiyədən danışacam.
Bermeki Müttəqi: İranı sevmək elə Azərbaycanı sevməkdir.
İrana nifrət edib, Türkiyəni özünə vətən bilən azərbaycanlılardan, vətənpərvər çıxmaz. Belələri Azərbaycanı Türkiyə maraqlarına görə qara qəpiyə satan, avaragor dələduzlardır. Dediklərimi əsaslandıran kifayət qədər dəlil və sübutlarım var.
Nurlan Dadaşov: Deməli İraq ordusu maraqlı bir iş görüb. Amerikanın İŞİD-ə olan yardım təyyarələrini görüb İŞİD bayraqlarını qaldırıb, beləcə Amerika təyyarələri də silahları endir ki endirəsən, necədi səninçün?)))
Müslim Abdullah: Sovet dağılandan sonra Azərbaycan ABŞ-la Türkiyə arasında bölüşdürüldü. Onlar öz yarımmüstəmləkələri olan ölkədə öz ideyalarını daşıyan nəsillər yetişdirdilər. Onların yazdıqları məktəb proqramını yaxşı oxuyanların, tv-yə baxanların çoxunun şüurları həmin dövlətlərin nəzarəti altına keçdi. Ona görə də yaxşı oxuyan və tv-yə baxan 1991-dən sonra məktəbə gedənlər, 1990-2015-ci illərin gəncləri qərbpərəst və türkiyəpərəstdirlər (türkçüdürlər).
İlkin Fəryad: Dünyanı məhv eliyən Avropanın siyasi xəttidir. İslamı yaşadan İrandır. İslamı qoruyan Rusiyadır. Yaşasın İran! Yaşasın Rusiya!
Fariz Babayev: Milan Liverpulu 3-0 udurdu! Birinci hissədə, sonra uduzdu. Sonra məlum oldu ki, həmin gecə Berluskoni Milanın 2 hissədə uduzmasından 270 milyon pul udub! Camaatı qoyun hesab etməyin!
Hüseyn Zadə: Rusiyaya 90-cı illərdə pul qazanmağa gedən əksər azərbaycanlılar savadsız , təhsilsiz insanlar idi. Onlar Rusiyada kiçik küçə ticarəti ilə məşğul olub, bir çoxları özlərinə yaxşı şərait yaradıblar. Bunlardan bir çoxları Azərbaycana gedib qayıdandan sonra başlayırlar ki, bu ruslar qədər rəzil millət yoxdur, bizim düsmənimizdilər, təkcə Türkiyə dostumuzdur və s. Vəfa Quluzadə seriyasından. Bu hadisə şahidi olduğum hadisədir. Belə şeyləri görənde ruslara yazığım gəlir. Fikirləşirəm ki bu millətin də həqiqətən çörəyinin gücü yoxdur. Heç xəbəri yoxdur ki öz qoynunda hansı ilanı bəsləyir. Məqsəd rusları və ya Rusiyanı ideallaşdırmaq deyil, söhbət yaxşı əmələ, yaxşı işə görə minnətdarlıq əvəzinə nifrət hissini bəsləməkdən gedir.
Tural Metesoy: Ayaz Mütəllibov elə bir prezident idi ki, onun vaxtında bir nəfər də həbs olunmamışdı. O leqal yolla 65 yaşdan yuxarı insanın prezident seçilməsinin qarşısını almışdı. Paytaxta qaçqınların gəlməsini əngəlləmişdi. Qərbi Azərbaycandan gələnləri Qarabağda yerləşdirib türk nüfuzunu artırmaq istəyirdi. MDB-yə üzv olub Rusiya ilə dost olmağa çalışırdı. Heyf oldu, çobanlar o cür kübar prezidenti həzm edə bilmədi, Elçibəy, İsa Qəmbər kimi kartof-soğan satanlar gəldilər və gəldikləri kimi də getdilər.
Günel Treu: İnkar da etsək, boynumuza almasaq da, əlimizə kitab verən rus olub. Məhs Sovet rejimində pulsuz təhsil sistemi quruldu.
Camal Əliyev: Biz hətta öz ailəmizi qorumağa müvəfəq olsaq belə, hansı ki tam şəkildə mümkün deyil... Uşaqlarımız böyüyəndən sonra, həmin şəkər, geni dəyişdirilmiş məhsullar və digər dəhşətli, yavaşıdılmış minalarla qidalanmışlarla ailə qurmalı olacaqlar. Onların sonrakı ailə həyatı... Onların dünyaya gətirəcəyi uşaqlar! Biz hara gedirik?! Biz təkcə nəslimizi kəsmirik! Axı biz insanıq. Necə olur ki, göz görə-görə gələcək nəsillərimizi də öz əllərimizlə dəhşətli işgəncələrə məhkum edirik, onlar üçün indidən kəsilmiş qısa və əzablı ömür hazırlayırıq?! Biz kimik?!
Sabir Şindani: 90-cı illərdə bizim xəbərsiz, avam millətlərə Türkiyəni behiştin mərkəzi küçəsi kimi təbliğatlarında təqdim edənlərin hamısı sionost qulluqçusu çıxdı. Amma camaatın bir balaca biliyi olsaydı, onlardan soruşa bilərdilər- orda hərəsinin qulluqçusu varsa, deməli Türkiyənin yarısı ağa, yarısı nökər-kəniz olmalı. Bu mümkün deyil, çünki bu ölkənin 50% varlı təşkil etmir, bu ölkənin camaatı xaricə küçə süpürməyə, tikintidə qara fəhlə işləməyə qaçılr, əksəriyyət qəzet oxuya bilmir. Hətta elm sahəsində SSRİ-dən geridə qalan Azərbaycan Türkiyənin yanında padşaha oxşayırdı. İndi yavaş-yavaş nökərə dönüb, azərbaycanlı da o qastarbayter türk kimi olub, avara qalıb. Türkiyənin əhalisi bizə baxıb deyirdi ki, bunlar dəlidi, o yaşayışı atıb, indi bizim kimi küçələrdə ayaqqabı təmizləyəcəklər.

Комментариев нет:

Отправить комментарий