Страницы

15.04.2016

Yaponu belə loxlayıblarsa...

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -40

Kənan Hacı: Azərbaycanlı yazarların ən böyük problemi imitasiyadır. Ona görə də üslubu olan yazıçı çox azdır. Əlbəttə, dünyada üslubçu və üslubu olmayan yazıçılar var. Hansısa yazıçıdan təsirlənmə də normal bir haldır. Təsirlənmə başqa bir şeydir, imitasiya başqadır. Təsirlənmə ədəbiyyatı qidalandırır, amma tam doyurmur. Təfəkkür tərzi özünəməxsus olmalıdır, yazıçı yeni söz deməyi bacarmalıdır. İkinci Kafkaya, ikinci Markesə ehtiyac yoxdur.
Hüseyn Zadə: Elçibəyin qulağına səslər gəlirmiş: Ey Manaqua, mən dəniz qurduyum! Bunu Elçibəy özü müsahibəsində deyir. Elçibəyin problemi cəsarət və mərdlik problemi deyildi. Onun problemi tibbi problem idi. O adamın ciddi müalicəyə ehtiyacı olduğu halda onu kukla kimi prezident kürsüsünə otuzdurdular.
Ağayev Rafail: Bəyənmədiyimiz SSRİ-də şəhər sakininin bir aylıq kommunal xərcləri 10 sovet manatı da eləmirdi . Bizim evin noyabrdan belə təkcə qaz pulu 200 yüz manatı keçib.
Kərbəlayi Mason: Mosulun İŞİD tərəfindən işğalı məni çox kədərləndirmişdi. Mosul özü vəhhabi və nəqşibənd tvarların şəhəri olsa da, ətrafında xeyli şiə-türkmən qəsəbələri var idi (Tel Afər, Bəyci və s.). 1 ildir ki, mən bu işğalın bütün görüntülərini izlədim, bütün üzü görünən İŞİD canilərinə baxdım. Hamısı sanki bir Türkiyə əsgəri idi. Bəli! Onların çoxu türk ordusunun əsgərləri olub. Onların üzündə nə saqqal var idi, nə də ərəbə, çeçenə oxşarlıq. Hamısı Əmrahsifət türklər idi.
Zahir Əliyev: Sorosun pullarına vətəninizi satmayın. ABŞ indiyədək heç bir yerə firavanlıq gətirməyib. Bizim özünü müxalifət hesab edən “kəsim”, -bu, onların sözüdü,- böyük ehtimalla bu faktı dərk edir. Amma nə etsinlər, bu hakimiyyətə gəlməyin sonuncu ehtimalıdı. İnanın mənə, onsuz da Barak Obama-zad Rusiya və İran kimi qonşusu olan bir müxalifətin Amerikanı haraya çağırmasına sarsaqlıq kimi baxır. İflas müxaliflikdi... Bircə dənə olsun yeni ideya yoxdu. İyirmi-neçə illik təcrübələrində “Cənubi Azərbaycan”, “Traktor klubu”, “Turan”, “Türkiyə”, “Amerika”, “Vahid namizəd”, “Elektorat”-dan başqa nə eşitmisiz?
Aqşin Allahverdiyev: Ağrı dağı ,Van gölü əraziləri məhz ermənilərin tarixi torpaqlarıdır.Osmanlı vaxtıyla erməniləri öz doğma ərazilərindən sürgün edib deportasiya eləməsəydi, indi İrəvanda və rəsmi Ermənistan ərazilərində də ermənilər yox, məhz yerli azərbaycanlılar (yerazlar) yaşayardı, day indi Bakıya doluşmazdılar. Bütün bu problemlərin başında osmanlı  Türkiyəsi dayanır.
Mətləb Ağa: Yazıçıdan və kitabdan danışırkən, Viktor Hüqonun “Səfillər” romanını də bu aralar bir daha oxumaq istəyirəm. Bu əsəri oxumamısansa mütləq oxumaq, oxumusansa hökmən  təzədən oxumaq lazımdır. “Səfillər”i oxuyub öyrənən adamı həyat çaşdıra, yolundan çıxarda, şərə istiqamətləndirə bilərmi?! İnanmıram. Müxtəlif, fərqli insan xarakterlərinin “bəsdir” deyincə bolluğu, kitabın səhifələrindən oxucunun sifətinə çırpılan amansız həyat həqiqətləri, Böyük Xeyirxahlığa israrlı, davamlı və qüdrətli çağırış oxuduğumuz hansı başqa əsərdə var?!  Bu kitabdakı Marius və Kozettanın məhəbbətini təsvir edən cümlələr qədər əlahəzrət Sevginin müqəddəs və həqiqətən də var olduğuna məni başqa nə inandıra bilər? Xatırlamıram.
Oktay Quliyev: Qardaş, sənin üç miliyonluq Azəri balaların, kişilərin Rusiyada çörək qazanır, ölkəsinə çörək göndərir. Rus belə pisdirsə, niyə orda yaşayıb çörək qazananları qınamırsan ki, ay həmvətənlərim, Putin erməninin dostudur, Qarabağımızı bizə qaytarmır, baykot edin Putini... onun ölkəsinin pulu haramdı, çıxıb gəlin ölkəmizə!
Ramin Musayev: Rusiya dəfələrlə İslam birliyinin uzvu olmaq istəyib, amma Amerikanın Səudiyyəsi qoymayıb. Rusiyada 20 milyon müsəlman yaşayır və bu bir çox üzv dövlətlərdəki müsəlman sayından çoxdur.
Elmir Fəttayev: Stalin müsəlman olmasa da, əsil kasim, mərd insanların dostu idi. Bu gün o insanı pisləyənlərin, onu bəyənməyənlərin hamısını araşdır, görərsən ki bu hərc-mərclik onlara sərf eləyir.
Natik Şeydabekov: Əlləri körpə qanına bulaşmış Amerikanın tulaları olan vahhabilərin canını ancaq Rus ordusu ala bilər, Suriyanı təmizləyər inşallah o itlərdən. Kim deyirsə rus müsəlmanın düşmənidi, boş söhbətdi. Mən özüm gözümün şahidiyəm ki, Dağıstanda, Çeçenistanda, Kazanda müsəlmanlara ruslar necə şərait yaradıb, necə məscidlər tikib. Alçaq Avropa kimi müsəlmanlara zülm vermir.
Əbülfat Abdullayev: Niyə qaçanların şir kimi oğlanları silah götürüb qayıdıb əcdadının yatdığı yerləri azad eləmədilər? Sulutəpə və başqa yerlərdə torpaq zəbt eləməklə məşğul oldular.
Ceyhun Heydər: Youtube-də türk videolarının altındakı yorumlarda Azərbaycanlılar Azerbaycandan salamlar yazıyorlar. Yorumun altında da bir sürü yorum Türkiye'den: Türkiye'den sosisler, Türkiye'den sucuklar.
Romer Talışinski: Dünən bir çiqanla həmsöhbət oldum, söhbət əsnasında o dilənən çiqanları təhqir etdi və dedi ki, onlar əslində kürdlərdi, yalandan özlərinə çiqan deyirlər.
Səxavət Aliyev: Bilirdinizmi? Yaponiyanın tədris ocaqlarında atom bombasını Yaponiyaya atan ölkə kimi Rusiya göstərilir. Təsəvvür eləyin, yaponu belə loxlayıblarsa, gör indi balaca xalqları nə günə qoyublar!
Troyanın Qoruyucusu: Hər naxçıvanlı təbiətən demаqoqdur, içlərində müxtəlif ideoloji cildlərə girmiş və girməyə hazır cuppulu elçibəy yatır. Milli məclisi, prezident administrasiyasını, partiya rəhbərliklərini dəfələrlə kəsib dograsan da, heç bir keyfiyyət itkisi olmadan naxçıvanlılar köhnələri yenilərlə əvəzləyə bilər. Naxçıvanlıların iti siyasi intuisiyası, -hansına ki minnətdarən onlar dövrü və müassirlərini qabaqlayırlar,- indi onlara islamçı olmağı pıçıldayır. Naxçıvanlı artıq milliyətçiliyi gəncliyinin cahil dövrü kimi yad edir. O namaz qılır, həccə gedir, zəkat və xüms ödəyir, Qurandan, peyğəmbərdən, Əlidən sitatlar gətirir. Bütün bunlara baxmayaraq, naxçıvanlı bəzi xırda detallardadır, hansılarda ki bildiyimiz kimi, şeytan gizlidir,- daimidir, əbədidir, dönməzdir. O qətiyyətlə İran islamına qarşıdır, hesab edir ki şimal və cənub birləşməlidir, Türkiyəni məkrli qüvvlər parçalamaq istəyir, bunların hamısının arxasında Rusiya durub və s.
Tahir Abdullayev: Çox təəssuf ki Azərbaycan kürdlər və yəhudilər tərəfindən idarə olunan ölkədir.Əgər Azərbaycan azərbaycanlıların əlində olsaydı, biz Rus xalqı ilə qardaş kimi yaşayırdıq, bir qarış torpağımız belə getməzdi və Rusiya Azərbaycanı özünə Ukraniya və Belorusiyadanda yaxın bilərdi!
Şəhriyar del Gerani: Azərbaycanlıların Türkiyə sevgisi 100/90 saxtadır. Məlum ki, bu içiboş sevgini son 10-15 ildə bayağı seriallarla, müğənnilərlə yeridib, yedirdib yaratdılar. Yerdə qalan 10% neytral fərdlər isə həqiqi savadlı, dünyagörüşlü, ali düşüncəli, yüksək analitik təfəkkür sahibləridir. Ki çox yaxşı bilirlər Türkiyə höküməti, ümumiyyətlə türklər bizi heç vaxt sevməyiblər. İstər tarixən, istərsə indinin özündə. Geydirmə tarixi sənəd-sünədlərlə, uydurulmuş xronoloji “böyük qardaş” jestləriylə aldadıblar azərbaycanlı qara camaatı.
Əkrəm Hacızadə: Tarix boyu Azərbaycanın ən çox maddi və mənəvi zərbə aldığı və tərəfindən xəyanət edildiyi ölkə Türkiyə olmuşdur. Saymaqla bitib tükənməz. Hal hazırda da Türkiyənin şərəfsiz hakimiyyəti tərəfindən zərbə almaqda və xəyanət edilməkdəyik. Türkiyə bizim tarixi düşmənimizdir!
İlqar Həsənzadə: Farslar bizim din qardaşlarımızdır, farslarla türklər qardaşdır.
Anar Məmmədov: Osmanlı daima bizim torpaqlara təcavüz edib və alçaldıb sırf məzhəbimizə görə. Amma zaman-zaman da şah babamızın oğulları davamçıları da onlara layiqli cavabını verib.
Yafəs Türksəs: Türklər bizə bu gözəl demokratiyanı da dönərin arasında gətiriblər).
Papok Madion: Bizdə kürdlər çoxdandı “türk” maskasını geyinib. Xosrov Paşa bəy Sultanov Laçının Kürdhacı kəndindən olduğu üçün onun adını Qurqacı ediblər ki, nə badə kürd sözü olsun. İsa Qəmbər də elə. Kökdən qaçmağı manqurtlar sevir.
Eldost Rzayev: İŞİD Kərkükə hücum çəkib türkmənlərə soyqırım eləyəndə türkçülər İŞİD-i söyürdü, sonra İŞİD kobaniyə hücum eləyib kürdlərə soyqırım eləyəndə türkçülər İŞİD-ə təriflər deyirdi, halal olsun deyirdi. Sonra İŞİD (guya ki) Türkiyəyə sızanda (nə sızmaq, yuvası oradı) İŞİD-i yenə söyməyı başladılar. Nə istəyirlər heç özləri də bilmirlər. Bu gün Türkiyənin hava əməliyatları kürdlərin İŞİD-i sıxışdırdığına görədi, gördülər ki vəziyət pisdi, başladılar o kürdləri PKK adlandırıb vurmağa ki İŞİD-in vəziyəti yaxşılaşsın.
Tərana Əliyeva: Rus dili, Rus insanı, Rus təfəkkürü, Rus düşüncəsi paxıllıq, xəbislik hissi qıcıq yaradır bu məxluqatda.
Heydarov Maxsun: Evdə tv-un pultunu arvadından ala bilməyənlər Təbrizi İrandan almaq istəyir.
Rəşad Ərkivani: Eşq olsun azad İran İslam Respublikasına, heç kimin qabağında boğaz deyil. Xomeyni ağa hakimiyyətə gələn kimi masonları edam etdi, ona gore İrana dünya belə təzyiq edir. Etsinlər, nolar, qələbə sözsüz ki Allahın dostları ilə olacaq.
Zərdüşt Əlizadə: Bugün Qarabağın qayıtmasını qarabağlılardan başqa hamı istəyir.
Asli Qadjiyeva: Çoxu bilir ki, xərçəng bahalı xəstəlikdi, amma bəzi cahillər nə qədər İrana lağ eləyirlər eləsinlər, mən özüm şahidəm ki, İranda xərçəng xəstələrinə pulsuz dərman verir, pullu olanda da verdikləri pul o qədər az miqdarda olur ki, məsələn bizdə qrip olanda qrip dərmanına heç o qədər az vermirik. İran dövləti çox qayğıkeşdi vətəndaşlarına və çarəsiz xəstələrə artıq əziyyət vermir, hətta artıq dərəcə yardım edir. Bizdə onkologiya isə, xüsusən də milli onkologiya “sırtıq” bazardı, baxmayaraq ki dövlət xəstəxanasıdı.
Etibar Qaramanoğlu: Stalin yəhudilərçün diktator olub. Nankor insanlar onun həyat tərzini öyrənib, sonra görsünlar diktator olub, ya əqidəli kişi olub!
Zahid Mikayılov: Nə qədər ki İranla dost idik, qeyrətimiz, kişiliyimiz öz yerində idi. Üzümüzü türklərə tutandan sonra qeyrət, namus əldən getdi.
Əmanət Mustafayeva: Müəlliminə xor baxan çörək tapmaz. Hər şeyi rusdan öyrənib, onu bəyənməyib ərəblərin quluna çevrilen millətin sonu göz qabağındadı.
Eko Politician:  Ləzgiləri bəyənməyənlərə sözüm budur ki, hər il əsgərliyə gedən ləzgi maladoyların 80%-i cəbhə xəttinə düşür, orda necə lazımdı layiqincə xidmət edir. Elə üç dənəsi mənim qohumumdu, ikisi speçnaz olmuşdu. İkinci, bu qədər talançılıq, quldurluq faktları ortaya çıxdı ölkədə. Hansı ləzgi bu millətin büdcəsinə atıb neftin havayıdan yeyib, rüşvətxorluqda ad çıxarıb? Heç kəs məndən inciməsin rüşvətxor müəllimlərin 80%-i, büdcə talayan məmurların 90%-i, ölüdən can istəyən həkimlərin əksəriyyəti qərb və cənub-qərbdəndir. Onlar da bu ölkənin vətəndaşıdı, sözüm onda deyil. Sözümün canı budur ki, ləzgilər bu ölkədə ən axırıncı etnosdur ki, onlara qarşı ayrı-seçkilik edilə və ya gözümçıxdıya salına. Bir-iki etnosu çıxmaqla ləzgilər daxil demək olar bütün etnoslar öz gücü, öz zəhməti hesabına yaşayır. Ölkədə hər hansı ləzgi klanından söhbət gedə bilməz. Geniş ürəkli, qətiyyən ayrı-seçkilik salmayan, öz hallarında insanlardır. Və onlar öz tarixi, özlərinə aid ana vətənlərində, şimal sərhədlərimizdə yaşayırlar.

Комментариев нет:

Отправить комментарий