Страницы

16.04.2016

Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu

İbrahim Sel

 Bu günün maraq doğuran və diskussiyalara səbəb olan mövzularından biri də dövlətçilik ənənələri minilliklərlə ölçülən İran idarəçiliyinin başına orta əsrlərdə türklərin necə gəlib çıxmasıdır. Necə oldu ki, qızılbaş türklər İranda hakimliyyətə yiyələndilər? Bizə elə gəlir ki, həmin məsələ Rusiyada həmin vaxtlarda artıq oturuşan, söz sahibi olan, avtoritet qazanan tatar hakimliyinin təsiri olmadan ötüşə bilməzdi. Məhz türklərin (tatarların) Rusiya kimi strateji əhəmiyyətə malik ölkədə hakim olmaları onların İrandakı taleyində də öz sözünü dedi; enerjili və çalışqan türk soyları İran dövlətinin siyasi kursunu aparmağa irəli çəkildilər. Və zaman göstərdi ki, onlar bu missiyanı şərəf və zəfərlə yerinə yetirdilər. Rusiya və İran dövlətçiliyinin çətin dönəmlərində türklərin qoruyucu sipər rolunu oynamaları şəksizdir. İtaətkar və çoxsaylı türk soylarının əzmi, çalışqanlığı və energetikası həmin dövlətləri tarixin çətin burulğanlarından çıxardı, ayaqda saxladı. Roma imperiyası, Suriya səltənəti, Hind padşahlığı kimi Yer üzündən silinərək getmələrinin, tarixin arxivində yer almalarının qarşısını aldı. Türklərin ari-slavyan sivilizasiyası qarşısındakı xidmətləri danılmazdılar. Türklər ai-slavyan sivilizasiyasını məhv olmaqdan qorudular (və sonradan onun çiçəklənməsindən yaxşıca bəhrələndilər). Rusiyada kazakların oynadığı rolu İranda türklər yerinə yetirdi; canları və qanları hesabına imperiyanın sərhədlərini qorudular, nəticədə öz sədaqət və xidmətləri müqabilində dövrün meyarlarına görə müqəddəs sayılan şahsevən titulu aldılar və imperiyanın bərabərhüquqlu vətəndaşlarına çevrildilər.
 Səfəvi və Tatarıstan əlaqələrinə tarixdə çox az diqqət yetirilib. Həmin epoxada həm şimalda, həm də cənubda türklərin əlində faktiki olaraq iki dövlət formalaşmışdı: biri Rusiyadakı Qızıl Orda, digəri İrandakı Qızılbaş. Hər iki dövlətin adında eyni “Qızıl” sözünün olması da maraqlı təəssürat yaradır. Bu elə eyni coğrafiyanı əhatə edən eyni subkultural ari-slavyan imperiyası demək idi. Sadəcə hərəkətverici qüvvə türklər idi. Bundan başqa, İranda Qızılbaş dövləti formalaşdığı ərəfədə Orta Asiyada faktikli olaraq Türkmənbaş dövləti də fəaliyyət göstərirdi. Diqqət edirsinizsə, yenə də hər iki dövlətin adında eynilik- “Baş” komponenti nəzərə çarpır. Beləliklə, biz eyni Avrasiya kompetensiyasına gəlib çıxırıq. Avrasiya qitəsini əhatə edən ari-slavyan dövlətçiyinin tarixən vuran əli, qoruyucu talismanı, işlək rezervi məhz türklər olmuşdur. İlk əvvəl Orta Asiya çöllərində komplektləşən türklər qədim ari-slayan imperiyasının hərbi bazasına çevrildilər. Onların Monqolustan çöllərindən Orta Asiya ərazisinə köçürülməsinin də konspiroloji səbəbləri vardır ki, geniş tədqiqatın mövzusudur. Qeyd etmək yerinə düşərdi ki, türklərin şərqə köçü məhz əslən slavyan soylu Bordjiqin tayfasından olan Çingizxanın (DNK araşdırmaları onun monqol yox, rus olduğunu üzə çıxarmışdır; mənbələrdə göstərilir ki, Çingizxanın ilk dəfə qarayanız nəvəsi dünyaya gələrkən o həddən artıq təəccüblənmiş, mat qalmışdır), eləcə də digər Avrasiya imperatoru Teymurləngin vaxtına təsadüf edir. Teymurləngin qəbrinin araşdırılması, sümüklərinin analizi göstərdi ki, o da türk yox, slavyanlara aid anrtopoliji quruşuluşa malik olmuşdur. Qədim kahinlərin türkləri ari-slavyan imperiyası hüdudlarına köçürməsinin indiki merkalara sığmayan izahı vardır. Məqsəd gələcəkdə görünən təhlükələrdən özünü sığortalamaq, müqəddəs imperiyaya etibarlı sipər çəkmək idi.
 Türklər regiona gəldikdən sonra təşkilatlanmışlar, islamı qəbul etdikdən sonra isə böyük dövlətlər qurmuşlar. Lakin türk liderləri türk dilini yox, məhz fars dilini seçərək dövlət dili kimi istifadə etmişlər. Görünür, qədim türk elitası məsələlərə indikindən daha ayıq gözlə baxırdı. Türk dünyası uludur, amma mədəniyyət və proqress dili pers dilidir. Türk dövlətlərində əsrlər boyu saray və ordu dili türk dili olmuş, amma rəsmi dil kimi fars dili qəbul edilmişdir. Türk sultanları fars mədəniyyəti ilə maraqlanmış, arilərlə qaynayıb qarışmış, farsca şeir yazmışlar (Məlikşah, Sultan Səncər və b.). Fars mədəniyyəti türk qüvvəti ilə sintezdə xarüqələr yaratmışdır. Qəznəvilər 963-1183-cü illərdə böyük dövlət qurub, islamın Əfqanıstan və Hindistanda yayılmasında böyük səylər göstərmişlər. Bu sülalənin təsisçisi Alp Tekin, daha doğrusu onun damadı (kürəkəni) Səbuq Tekindir. Səbuq Tekin və ya Sübuk Tegin (yəni ordu zabiti) qarluq türklərindən olub İssık-kul tərəflərdə yaşayan Cuk adında İbir Bahadurun oğludur. 12 yaşında ikən qonşuları olan Toxsi türklərinin basqınına məruz qalıb, onlara əsir olmuş və dörd il əsarətdə qalandan sonra Saman oğullarına satılmışdır. Burada müsəlman olub orduya getmiş və samanilər ordusunda böyük rütbəyə çatmışdır. Alp Tekindən sonra Səbuq Tekin Qəznəni almış və Qəznəvi sülaləsini qurmuşdur. Onun oğlu Sultan Mahmud bütün Əfqanıstan, Xorasan, İraq və Hindistanı tutaraq böyük bir dövlət qurmuş və bir mücahid kimi Hindistana islamı yaymaqda səylər göstərmişdir. Həmin Sultan Mahmud ömrü boyu fars alim və şairlərinin himayəsi ilə məşğul olmuşdur. Onun iqamətgahı farsca yazan şairlərin mərkəzi olmuş, dörd yüzdən artıq şairin yaşayışını təmin etmiş, İranın və Türküstanın kənd və şəhərlərinə dari farscasını yaymaq üçün minlərcə müəllim göndərmişdir. O, fars dilinə üstünlük verib, fars dilini ərəb və türk dili yerinə rəsmi divan dili seçmiş, bu dilin şah əsəri, ana kitabı olan “Şahnamə”nin yazılmasını Firdovsidən xahiş etmiş və maliyyələşdirmişdir. Ari ellərinin indilərdə qürur duyduğu “Şahnamə” tarixi kitabı məhz türk sultanının sayəsində ərsəyə gəlmişdir.
 Tarix boyu türklər ari və slavyan ordularının onurğa sütununu təşkil etmişlər. Ari-slavyan imperiyalarının bərqərar olduğu regionlarda türklər balans yaratmış, əmin-amanlığa qorunması, iud təcavüzlərinin qarşısının alınması üçün önəmli rol oynamışlar. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi kimi İran milliliyini özündə ehtiva edən, iranlılığı qoruyan dövlətlərin yaranmasında və siyasi inkişafında oğuz mənşəli azər¬i-türk tayfaları aparıcı rol oynamışlar. İslam dövründə min ilə yaxın türklər İranda hökumət etmişlər, bu müddətdə İranın sərhədlərini qorumaq üçün qonşu olan türklərlə də savaşıb, canlarını qurban vermişlər. İmperiyanın çətin günlərində, ölkə başlı-başına qalanda türklər qеyb аlәmindәn gәlәcәk хilаskаrın intizаrındа gözləmiş, bеlә bir хilаskаr bаş qаldıranda isə аzаdlıq bаyrаğını ucаldaraq onun kölgəsində yer almış, imamın haqq mübarizəsi yolunda canlarını fəda etmişlər. Türklər imperiyanın vuran qolu olmuşlar. Bunları danmaq olmaz. Şahlar əyalətlərdəki vəziyyəti sabitləşdirmək üçün həmişə türk tayfalarına sığınmışlar. Şahsevən titulunu onlar canları-qanları hesabına almışlar. İran qərinələr boyu məhz türklərin sayəsində ayaqda qalmışdır. İran torpaqlarına yürüşə çıxan sərkərdələr hər dəfə qabaqda ələm götürüb silahlanmış şiə türklərin onları qarşılamağa gəldiyini eşitcək qayıdış təbilini çalmışlar. Osmanlı orduları həmişə qarşılarında kəfən geyinib durmuş türk qoşunlarını görüb İran ilə sülh danışıqlarına razılıq vermişlər. Herаtı puştunlardan, Mәşhәdi ərəblərdən bu şəhərlərə nəzarət edən türk qızılbaş qarnozonları qorumuşdur vә şаhlar mәhz оnlаrın kömәyi ilә bеlә bir yüksәk mәqаmа nаil оlа bilmişdir. Bu bir faktdır ki, şiələrin müqəddəs yeri olan Məşhədi türklərin köməyi olmadan müdafiə etmək mümkin olmayacaqdı. Dəfələrlə şiələrin müqəddəs məkanlarına yürüşə çıxan saysız-hesabsız özbək, puştun və osmanlı ordularının qarşısını türk fədailəri almışlar. Düşmənin atlarının cilovunu məhz türkmənin cod əli döndərmişdir.
 Tarix boyu Qərbdən osmanlılar, şərqdən özbəklər, o cümlədən müxtəlif istiqamətlərlərdən kürdlər dəfələrlə hücum edərək İranın şəhərlərini, bərəkətli və strateji məntəqlərini almışlar, İran şahları məhz türk tayfalarından təşkil olunmuş orduların köməyi ilə həmin əraziləri geri qaytarmışlar. Elə vaxt olmuşdur ki, osmanlıların, özbəklərin və kürdlərin tutduqları ərazilər onilliklər boyu işğal altında qalmışdır, məhz türk tayfaları hücum edib həmin əraziləri alaraq İran şahlığına qatmışlar. Elə dövrlər olmuşdur ki, mәrkәzi dövlәt öz әrаzisinin böyük bir hissәsindәn әl çәkmәk mәcburiyyәtindә qаlmışdır. İran elə bir mövqedədir ki, xаrici qüvvәlәrin hücum еtmә еhtimаlı həmişə vardır. İrana хаricdәn tәzyiq göstәrildikdә itaətkarlığa meylli türk tаyfа vә dәstәlәri hesabına ölkədə sıх birlik vә hәmrәylik mеydаnа gәlmiş, nəticədə böyük bir оrdu ərsəyə gələrək хаrici tәcаvüzkаrın üzərinə göndərilmiş və təhlükənin qarşısı alınmışdır. İranı ayaqda qalması, öz aliliyini saxlaması məhz gəlmə türklərin hesabına olmuşdur. Türklər bu regiona gəldikdən sonra strateji məqsəd güdən heç bir müharibə və heç bir yürüş türklərin iştirakı olmadan aparılmamışdır. Sərkərdələr başqa ölkələrə yürüşə çıxarkan türkmənlərin onlara qoşulması ilə qoşun birə on artmışdır. Səfəvilər dövründə şəhərin pers soylu zadəganları şahları soyuq qarşılasalar da, qаrа cаmааt böyük hәvәslә qоşunun qаrşısınа çıхıb şаhа vә оnun оrdusunа şüаrlаr vеrirdilәr. Hökmdarlar türklərin hərbi dəstəyi olmadan Аli divаnа nәzаrәti tam həyata keçirə bilmirdilər. Professor Tufan Gündüzün yazdığı kimi: “Qızılbaşlar öz başlarını Şahın yolunda tərəddüd etmədən verəcək qədər Şahlarını sevirdilər”.
 Yorulmaz türk əsgərləri himmət kəməri bağlayıb səfərə yollanırdılar, qəzavü-qədərdən qorxmadan, mətinliklə döyüşüb İranın irsi mülklərini geri almayınca yurdlarına qayıtmırdılar. Hətta şaha qarşı çıxmağa cəsarət etmiş türk tayfalarına belə qırıb çatırdılar. Onlar vüqarla bildirirdilər ki, bizim padşahımız artıq irsi səltənət və şahlıq taxtındadır və bizə yadelli padşah lazım deyildir. Azərbaycan və İran türkləri Osmanlı ilə döyüşə gedərkən deyirdilər, Allahın köməyi, Həzrəti Məhəmmədin müqəddəs ruhu və günahsız imamların yardımı ilə bütün öldürülən şiələrin intiqamını alacağıq, bu qərarımızdan bizi heç bir şey döndərə və mane ola bilməz. İran şahlığının müsəlləh əsgərləri sayılan türklər müharibələr zamanı Həsən bəy Rumlunun dediyi kimi, cübbəsiz, kəfən geyinərək döyüşə girirdilər; geri çəkilməmək və əsgərlərin fərariliyinin qarşısını almaq üçün göstəriş verirdilər ki, bütün dəvələri toplayıb zəncirlə bir-birinə bağlasınlar və qoşunun arxasında saxlasınlar- məqsəd o idi ki, hər kim vahiməyə düşüb geriyə tərəf qaçsa, yolu bağlansın. Bu fədakarlıqları görməməzliyə vurmaq olmaz. Türk boylarından olan sərkərdələr adətən qoşunun qabağında döyüşə girir, adi bir əsgər kimi öndə vuruşurdular. Din yolunda, şahlıq yolunda gözlərini qırpmadan canlarını fəda edirdilər. İran şahları türk kontingentinin hesabına rəşadətlər göstərib xalq tərəfindən sevilən və mədh olunan milli qəhrəmana çevrilmişlər. Osmanlıların və özbəklərin tutduqları, on illərlə işğal altında saxladıqları torpaqları İran şahları məhz türk tayfalarının köməyi ilə azad etmişlər. Göstərdikləri xidmətlərin, dövlətçiliyə verdikləri töhfələrin müqabilində İran şahları da türklərlə mehriban davranmışlar. İran türklərinə əbəs yerə şahsevən titulu verilməmişdi. Şüarları zəfər olan türksoylu əsgərlər daim düşmənlərin şərinin dəf olunması üçün padşahın əmrində müntəzir dayanmışlar. Şahı görən kimi “Pirim, mürşidim, sadağa olduğum!” deyib diz çökən türklər onun təpərini və dəyanətini artırır, gördüyü işlərin haqq olduğuna inam yaradırdılar.
 İrаnın nüfuzlu siyasətçiləri və görkәmli аlimlәri də türklər haqqında yüksək fikirdə olmuşlar. Türklər ən sakit, asan idarə olunan xalqlardan biri sayılır. İranda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, türkmәnlәr həmişə оnа sаdiq оlduqlаrını bildirmiş və yürüşlərə can-başla qatılaraq qoşunun əsas hissəsini təşkil etmişlər. Dövlətdə hәrci-mәrclik yarandıqda və iqtisadi durum çətinləşdikdə kürd tayfaları fürsəti fövtə verməyərək talançılıq və təxribatla məşğul olmuşlarsa, türk tayfaları əksinə, idarə işlərinə heç bir maneəçilik törətməyərək, sakitcə oturub “qеyb аlәmindәn gәlәcәk хilаskаrın intizаrını gözləmişlər”. Hər yeni şah taxta çıxanda türklər ölkənin hər yerindən hökmdar üçün qurulmuş alaçığa axışıb, öz sədaqətlərini bildirmək üçün “kandarından öpmək şərəfinə nail olurdular”. And içirdilər ki, İran dudmanının irsi mülkü torpaqlarını taqətimiz olduqca qoruyacaq, ondan əl çəkməyəcəyik. Onlar sədaqətlə şiəlik bayrağı altında cəmlənərək, deyirdilər hətta canımızı da vəlinemətin və mürşidi-kamilin yolunda qurban verəcəyik. Bu tarixi həqiqətləri danmaq olmaz. İmperiyanın ən təhlükəli və problemli vilayətlərini Türkman, Rumlu, Ustaclı, Zülqədər kimi qızılbaş-türk tayfa əsilzadələri idarə edirdilər. Ölkədə siyasi vəziyyət gərginləşdikdə İran şahı məsləhət üçün əyalətlərdəki yaşlı türk əyanlarını saraya yığırdı. Xаricdәn tәzyiq göstәrildikdə həmişə türklərin hesabına yaradılan böyük оrdu hesabına хаrici tәcаvüzkаrın qаrşısı аlınırdı. İmperiyanın ucqarları dəfələrlə əldən-ələ keçmiş, məhz müzəffər türk ordularının köməyi nəticəsində ərazi bütövlüyü yenidən bərpa edilmişdir. Müxtəlif vaxtlarda İranın paytaxtı olmuş İsfahan, Qəzvin, Təbriz şəhərlərinin, o cümlədən Qəndəhar, Yəzd, Kirman, Herat, Astara kimi strateji məntəqələrin qorunması üçün yüz minlərlə azərbaycanlı türk canından keçmiş, düşmənlərə qarşı müqəddəs mücadilədə şəhid düşmüşdür. Astara torpağının hər qarışı türk cəsədi ilə doludur. Talış torpağı İran türklərinin qanı ilə suvarılmışdır. Hansı qalaya hücum gözlənilirdisə, türklərdən ibarət qızılbaş dəstəsini göndərib orda otuzdururdular, çünki bilirdilər ki, onlar son damla qanlarına kimi vuruşacaq, amma qaçmayacaqlar. Bəzən gücdən düşmüş qalanın hakimi sülh şərtlərini qəbul edib təslim olmaq istəsə də, İran türkləri razılaşmır, tüfənglərini sonadək hazır vəziyyətdə tutub axırıncı nəfəsədək vuruşurdular. Deyirdilər ki, padşahın əmri gəlmədən onun evi olan qalanı qoyub getməyə ixtiyarımız yoxdur! Hətta İran şahı hansısa qalanın müdafiəsinə lüzum görməyib onları geri çağıranda, deyirdilər din və dövlət yolunda şəhadət şərbəti içəcəyik və cahanda yaxşı ad qoyub gedəcəyik. Məhz belə fədailiyə görə yadellilər İran torpağına girməkdən çəkinirdilər, gələndə də qorxu və ehtiyat içində olurdular. Bunlar hamısı tarixə qızıl hərflərlə yazılıb və silib atmaq qeyri-mümkündür. 1589-cu ildə özbəklər ərəb-semit (əslində yəhudi) Mir Qulbabın rəhbərliyi altında Xorasanda sünni dövləti yaratmaq məqsədilə hücuma keçdilər. Onlar öncə Nişapuru mühasirəyə aldılar. Lakin mühasirə altında olan Nişapur hakimi Mahmud xan Sufi oğlu onlara peşkəş yollayıb bildirdi ki, Nişapur müqəddəs Məşhədin tabeliyindədir, siz əgər müqəddəs yeri hərb yolu ilə tuta bilsəniz, biz bu vilayəti müharibəsiz sizə verərik. Özbəklər sufi hakimindən bu xəbəri eşitcək Nişapurun mühasirəsindən əl çəkib Məşhədə hərəkət etdilər. 1589-cu il aprelin 18-də Məşhədi mühasirəyə alan özbəklərə Ümmət xan Ustaclının türklərdən ibarət qoşunu cəsarətlə müqavimət göstərdi. Mühasirədə qalan Ümmət xan Ustaclı yaranmış vəziyyətlə bağlı I Şah Abbasa məlumat verdi. Lakin İran şahına soyuq dəydiyi üçün Reydə qalıb müalicəsinin qayğısına qaldı. Ümmət xan Ustaclının türklərdən ibarət qarnizonu düz beş ay ac-susuz düşmənə müqavimət göstərib şəhərə buraxmadı. 1589-cu il sentyabrın 30-da ərzağın çatışmaması, köməyin gəlməməsindən ümidsiz qalan şəhər camaatı qapıları açıb özbəkləri şəhərə buraxdı. Özbəklər şəhər qalasındakı türkləri qılıncdan keçirdilər. Ümmət xan və yaxın ətrafı müqəddəs İmam Rza türbəsinə sığındı. Lakin seyid Mir Qulbabın dəstəsi onları türbədən bayıra çıxararaq qılıncdan keçirdi. Mənbələr 2-3 min nəfər türkün şəhid düşdüyünü qeyd edir. Özbək əsgərləri hətta uşaqları öldürməkdən belə çəkinmədilər. Məşhəd qarət olundu. Özbəklər qızılbaşların əsir aldıqları arvad-uşaqlarını Mavərənnəhrə apardılar. Bu həqiqətləri danmağı Allah götürməz. Heratın özbəklərdən müdafiəsi zamanı 6 min Səfəvi türkü “Ya Hüseyn!” nidaları altında şəhid oldu, bir nəfər də qaçmadı, canlarını sevə-sevə fəda etdilər. Onlar gecə-gündüz ac-susuz imamlarımızın qəbri üstündə keşik çəkmişlər, türbələrimizi dağılmağa qoymamışlar. Tarixi araşdırmalar göstərir ki, saysız-hesabsız türk fədailərinin köməyi olmasaydı, Məşhədi müdafiə edib əldə saxlamaq mümkin olmazdı. Məşhəd, Kərbəla kimi müqəddəs yerlərimiz dəfələrlə itirilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Minlərlə qaramanlı, toxmaqlı, ustaclı, zülqədərli yayın ölümcüm istisində Əfqanıstan sərhədində oturub ölkəni özbək və puştun hücumlarından qoruyurdular. Mövsümün namünasib olması, ərzağın qıt olması onları düşündürmürdi, “Ya Əli!” deyib İran şahının əmrində müntəzir dayanmışdılar. Ləşkərin azlığı-çoxluğu onları maraqlandırmadı, Allahı ürəklərində tutub cəngə atılırdılar. Bəzən 10-15 min nəfərlik türkmən qoşunu yüz minlik düşmən qoşununun qarşısına çıxırdı. Qazi Əhmədin dediyi kimi, “bir qızılbaş on nəfər rumluya qarşı dururdu”. Qızılbaş ordusunun əsas hissəsini türkmanların təşkil etməsini Osmanlı dövlətinin baş dəftərdarı Piri Mehmed Çə¬ləbi də qeyd edir. Qeyri-bərabər keçən Çaldıran döyüşündə Səfəvi ordusunun 30 min əsgərindən 28 mini şəhid oldu, amma 1 nəfər də olsun əsir düşmədi. Əks tərəf isə 200 minlik ordusundan 41 min nəfərini itirdi, 2 min nəfər əsir verdi. Budur türkün ucalığı! Məhz buna görə Təbrizi tutan Sultan Səlim orada bir neçə gün qaldıqdan sonra qızılbaşların qorxusundan qaçmağa üz tutdu.
 Osmanlı ordusunun kürdlərdən təşkil olunduğunu çoxları bilmir. O vaxt kürdlər sünniliyi qəbul etdiyindən Osmanlı təbəəliyinə keçmişdilər, türkmənlər isə şiəliyi qəbul etdiyindən imperiya ərazisində düşmən elan olunmuşdular. İranın təsir dairəsindəki türk arealunda şiəliyi qəbul etməyənlər özbəklər idi, onları da şiələşdirməyə Əfqanıstanın yəhudi soyundan olan puştunları imkan verməmişdilər. Məhz aqressiv puştun tayfalarının hesabına Səfəvi imperiyası şərqə doğru genişlənə bilmədi. Nəyə görə Osmanlı dövləti Səvəfi dövləti ilə düşmənçilik edən özbəklərlə dost idi, türkmənlərlə düşmən? Çünki türkmənlər sədaqətlə Səfəvilərə xidmət edirdilər və İran imperiyasının vuran qoluna çevrilmişdilər. Osmanlı dövləti özbəklərə xələt və hədiyyələr göndərirdi, türkmənləri isə ucdantutma qırırdı. Acından ölən osmanlılar dəfələrlə hücum edib şiə İrana sığınan zəhmətsevər türk ellərini çapıb talamışdılar. Mal-qoyunu, qızıl-cəvahiratı ələ keçirir, qız-qadınları əsir götürüb Osmanlı ərazisinə aparır, xeyli işgəncələrdən və gözəllərini seçib ərəblərə satandan sonra lüt-üryan edib buraxırdılar. Şərəf xan Bidlisinin yazılarından aydın olur ki, Orta Asiyadan İrana özbək hücumları zamanı “taciklərdən, kölələrdən, xaricilərdən, yerlilərdən, gənclərdən və yaşlılardan” da çox qırılanlarlar türklər olurdu, düşmənlər kimə də rəhm etsələr, türkləri sağ buraxmırdılar. Ağı qaradan ayırmaq lazımdır. Özbəklərin hakim ailəsi olan Şeybanilər iud mənşəli CUÇİ tayfası soyundan idi. Həmin CUÇİ tayfası İsrailin itmiş 13-cü qolu sayılır, avar (iver) və çeçenlərlə (ÇE-ÇE) qohumdurlar. O cümlədən qədim Xazariyya Kürdistanının Laçın (la-ÇE-n), Şuşa (ÇE-ÇE) məntəqələri də İsrailin qədim itmiş qolu çeçe tayfasının məskunlaşdığı məntəqələrdir. Bu toplum qədim ari-slavyan sivilizasiyanın bətnində kor bağırsaq kimi daim ağrı vermişdir. Şiəliyin şərqə doğru yayılmasında qarşı puştunlar, qərbə doğru yayılmasına qarşı isə kürdlər sipər kimi dayanmışlar. Osmanlı ordusuna Türkiyənin mason tarixçiləri türk adı vermişlər, o vaxt türkçülükdən əsər-əlamət belə yox idi. Kriptologiya tarixin önəmli sahələrinə öz möhürünü vurmuşdur. Məsələlərin üzdə görünən tərəfləri ilə mahiyyəti arasında yerlə-göy qədər fərq vardır. Mahiyyət bambaşqadır. Vıveskalar heç nə demir. Dərinliyə varmaq lazımdır. Həqiqəti arayın, reallığı tapın, ədalətli mühakimə yürüdün. Səfəvi dövləti ilə Osmanlı dövləti arasında gedən danışıqlarlarda səfəvilər türkcə, osmanlılar ərəbcə konuşurdu. Şah İsmayılın türkcə yazdığı məktublara Osmanlı sultanı farsca cavab göndərirdi. Hətta Şah İsmayılın qatı tənqidçilərindən olan İsgəndər Pala özünün “Şah və Sultan” əsərində etiraf edir ki, Sultan Səlim Şah İsmayılla farsca danışdığı zaman o, Sultana türkcə cavablar verirdi. Müəllif öz təəccübünü gizlətmir ki, Osmanlı sultanı türkcə bilmirdi. Osmanlının ideologiyası vahhabilik, imperiyanın vuran qolu isə kürdlər olmuşdur. Əgər muzda yığılmış osmanlı qoşununa pulgir və soğyunçuluğa meylli kürd əmirləri başçılıq edirdisə, inam yolunda toplaşan türklərdən təşkil olunmuş səfəvi ordusuna sufi təbiətli və saf etiqadlı ari ruhanilər rəhbərlik edirdi. Bir tərəfdə muzdur çapovulçu kürdlər, o biri tərəfdə zəhmətkeş dəryazçı türklər dayanmışdı. Nailiyyətlərimiz də bununla bağlı idi. Şah babamız Xətai sırf türk dilində deyirdi: “Sufi isən, alıb-satma,/ Halalına haram qatma,/ Yolun əyrisinə getmə,/ Doğru yola nəzər eylə”. Biz bu ruhda böyümüşük. Məhz ona görə babalarımızın “nanəcib” adlandırdıqları osmanlılar bizdən çəkinirdilər və qarşımızda zəlil durumda idilər. İuda ilə qoy xalqların tarixi davası hələ də davam etməkdədir. Meyar həmin meyar, koordinatlar həmin koordinatlardır. Osmanlı-Səfəvi müharibəsinin mahiyyəti Arazın o üzündəki Qaradağ türklərinin Arazın bu üzündəki Qarabağ kürdləri ilə gərginliklərində açılır. Bu elə həmin qoy xalqların iudeylərə qarşı müqəddəs mücadiləsinin təzahürüdür. Həmin savaşın tektonikası rayonlarımızın spektrinə də çöküb, qaradağlıların kürd məmurlarına qarşı mücadiləsində də özünü biruzə verir.
 Səfəvi imperiyasının həlledici, taleyüklü məqamlarında şahlarımız məhz qoçaq Qaradağ türklərinə, eləcə də rəşadətli Talış igidlərinə arxalanmış, Şiəliyin vuran qolları məhz onlar olmuşlar. Ari-slavyan subardinasiyalı şahımız İsmayıl şimala qədim Xazariyyanın qırıntısı olan iud subardinasiyalı Şirvan (İsrail dövlətinin ilkin konsepsiyadakı adıdır) dövləti ilə vuruşmağa gedəndə də onun qoşunundakı Qaradağ türkləri, Gilan talışları, Suriya ələviləri, qədim Rum imperiyasının göygöz, sarıbəniz müsəlmanlaşmış slavyanları bir yerdə idilər. Həmin birlik bu gün də var. Birliyimizi pozmayaq.
 İranın hətta ən kritik anlarında Azərbaycanın hansı əyalətində türk əyanı taxta otururdusa, şəriət qaydasında İran şahlığına sədaqət andı içirdi. İranın çətin vaxtlarında İraq və Azərbaycan padşahı Həsən padşah Türkman fars bayrağını başının üstündən yerə salmadı. Məmməd Əmin Rəsulzadənin dediyi kimi: “İranda farslar türklərin qüvvətli bazularına, cəngavərlik səciyyələrinə dayanmışlar. Türklər də fars mədəniyyətinin mənəviyyatına istinad eyləmişlər və bu surətlə təşriki-məsai edərək İran hökuməti-hazirəsini vücuda gətirmişlərdir”. Onun fikrincə, İranda yaşayan türk qəbilələri (Şahsevən, Qaşqai, Türkmən və s.) İran dövlətinin təbii əsgərləridirlər. Rəsulzadə özünün “İran türkləri” məqaləsində belə yazır: “Qafqasiya türk mətbuatının İran inqilabı üzərinə təsiri pək mühüm olduğu kimi qafqasiyalı bir çox türk fədailəri dəxi İranın hürriyyət qovğalarında can və başlarını fəda etmişlərdir. Məqaləmə xatimə olaraq mühüm bir nöqteyi-nəzərə lüzum görüyoram: türk inqilabçıları, türk məbusları, türk əncümənləri dediyimizdə bunların məhz türklük naminə hərəkət etdikləri düşünülməsin. İran türk məşrutiyyətpərvərləri türklüklərini düşünmədilər, bütün fədakarlığı ancaq iranlılıq və vətənin müştərək naminə icra etmişlərdir”. 1920-ci illərdə Təbrizdə Qacar şahlığının zülmünə qarşı qiyam oldu. Azərbaycan türkləri ayağa qalxıb ölkəni ələ keçirdilər. Hətta Azərbaycanın adını dəyişib Azadıstan qoydular. Qiyamın rəhbəri, Təbrizin Xamnə kəndindən olan Şeyx Məhəmməd Xiyabani dəfələrlə dedi: “Azərbaycan İranın ayrılmaz əyalətidir”. Onun rəhbərlik etdiyi türk mücahidləri bildirdilər ki, xarici dövlətlərin əlaltısı olmayacayıq. Hətta Tehranda nəşr edilən “İran” qəzeti onun haqqında: “Ey azərbaycanlı, qorxuram öz Kəbənə çatmayasan, bu yol ki gedirsən, səni Türküstana çıxarır”- yazanda Xiyabaninin cavabı belə oldu: “Bizim Kəbəmiz Türküstan yox, öz vətənimizdir!”. İran-İraq müharibəsində Xeybər və Bədr əməliyyatlarında 72 saat kimyəvi bombaların altında “Hüseyn-Hüseyn!” qışqırıb dayanan türklər oldu. Trotskist yəhudilərin memarı olduğu 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcıları içərisində türk yox idi; dövlət aparatı Bakı tat-yəhudilərindən, Xoy və Laçın kürdlərindən təşkil olunmuşdu. 1941-45-ci illər Böyük Vətən Müharibəsində Azərbaycan türkləri general-mayor Həzi Aslanov kimi talışların, general-mayor Heybət Heybətov kimi maştağalıların rəhbərliyi altında azğın düşmənə qarşı savaşanda, kürdlər Naxçıvanın Şərur rayonunun Düdəngə kəndindən olan Əbdürrəhman apo Fətəlibəyli-Düdənginskinin rəhbərliyi altında Sovet və Azərbaycan xalqına qarşı vuruşurdular. 1990-cı illərdə baş qaldırmış Meydan hərəkatı ilk əvvəl türklərin əlində olanda nə antisovet, nə də antirus xarakteri daşımırdı, əksinə Sovet hökumətinin yenidənqurma və aşkarlıq siyasətinin düzgün həyata keçirilməsini ortaya atmışdı; antisovet və antirus şüarlar yalnız hakimiyyətdə olan kürd gerillasının dəstəyi nəticəsində Naxçıvan axecepe-çiləri və Ermənistan aktivistləri tribunanı ələ keçirəndən sonra səsləndirildi. Yerli xalqın nümayəndələri sıxışdırılıb iudalar ortaya çıxandan sonra SSRİ-nin dağıdılmasına, Kremlin işinin blok olunmasına hesablanmış addımlar atıldı.
 Türk olmasa talış olmaz, talış olmasa da türk olmaz. Ellərimiz hamısı qırılmaz tellərlə bir-birinə bağlıdır. Bu tellərə xələl gətirmək, ellərə nifaq salmaq istəyənlər- düşmənlərdir. Qardaşlığımızın möhkəmliyi- sağ qalıb-qalmamağımızın başlıca amilidir. İuda gözəl bilir ki, bizi parçalamasa, məhv edə bilməyəcək. Tarixən ona görə duruş gətirib siyasi keşməkeşlərdən sağ çıxmışıq ki, bir olmuşuq. Pers, talış, ləzgi, türk və s. qoy xalqların sıx birliyi qlobal təcavüzlərdən bizi sağ-salamat çıxarmışdır. Talış də tək olsaydı, sağ çıxmazdı, ləzgi də ayrılıb hücrəsinə çəkilsəydi, çoxdan məhv olmuşdu, türk də özünə qapansaydı, silinmişdi. Mahmud Kaşğari min il qabaq yazdığı “Divani lüğət ət-türk” əsərində qədim dövrlərdə populyar olan maraqlı bir atalar sözünü vermişdir: “Başsız börk olmaz, tatsız türk olmaz”. Kaşğari bu iki el arasındakı yaxınlığı, qarşılıqlı bağlılığı göstərmək üçün həmin atalar sözünü nəql etmişdir. Avrasiya xalqlarının ümummilli lideri, Rusiya prezidenti Vladimir Putin deyir: “Hal-hazırda Rusiyada 15 yaşdan 29 yaşa kimi 30 milyondan çox vətəndaş var. Ölkəmizin taleyi, Rusiyanın gələcəyi əsaslı dərəcədə onlardan, onların baxışlarından asılıdır. Vacibdir ki, gənclik milli siyasətin, milli və mədəni çoxcəhətliliyin bütün mahiyyətini başa düşsün. Ölkəmizin üstünlüyü əsrlərlə müxtəlif ənənələri, mədəniyyətləri, müxtəlif etnosları özünə hopduran həmin rəngarənglikdədir. Bu cür qarşılıqlı zənginləşmənin sayəsində bizim nəhəng məmləkətimiz inkişaf etmiş və öz xəlqiliyini möhkəmləndirmişdir. Həmin harmoniya pozulduqda isə ölkəmizin daxili möhkəmliyi də pozulmuşdur. Ona görə də bizim milli, mədəni və maarifləndirmə siyasətimizə tələblərimiz yüksəkdir. Aydın məsələdir ki, bilikli, kifayət qədər dünyagörüşə malik, savadlı insan mahiyyətcə millətçilik virusundan və dözümsüzlükdən də sığortalanmışdır”.
 Nizami Gəncəvinin “İskəndərnamə” poemasında türklər haqda danışarkən deyilir ki, onlar “Xəzər yüksəkliklərindən Çin dənizinə kimi” ərazidə yaşayırlar. Türklər ta qədimlərdən çeçenlər kimi sərt və ya kürdlər kimi qaba olmamışlar; onlar gülərüz və tez ünsiyyətə girən olmuşlar. Nizami də türkləri gözəl üzlü təsvir edir. Gözəl gözdən bəhs etmək istərkən şair “türk gözü” (çeşm-e torki) deyir, onu ahu (ğəzal) gözü ilə müqayisə edir. Hər hansı gülüşün şirinliyini ifadə etmək üçün ona türk gülüşü deyir; bu gülüş Nizaminin nəzərində o qədər şirindir ki, “şəkər belə ona həsəd aparır” (Xəstedel əz xənde-ye torkan şəkər). Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin podpolkovniki Aleksey Mixayloviç Kolyubakin 1883-ci ildə yazdığı analizdə kürdləri quldur, türkləri isə çalışqan və yolagedən xalq kimi xarakterizə edir. Çar Rusiyasının məmuru, tibb elmləri doktoru  E.V. Erikson 1906-cı ildə yazdığı Qafqaz xalqlarının psixoloji, kriminoloji, antropoloji və hipnotik xüsusiyyətlərindən bəhs edən əsərində erməniləri hay-küylü və idarəolunmaz, Qafqaz türklərini isə itaətkar və zəhmətkeş kimi göstərir. Azərbaycan türkləri ermənilərə nisbətən sakit, asan idarə olunan və ünsiyyətcil xalq kimi xarakterizə olunur. Nizami yaradıcılığınında da biz eyni müşahidənin şahidi oluruq. Onun əsərlərində türklə bağlı maraqlı cəhətlərindən biri də türk gözəlini “Türknaz” adlandırmasıdır.
 Qədim xəritələrə baxsaz görərsiz ki, dünyanın işğal etmək iştahasında olan İskəndər rusları işğal etmədiyi kimi, türkləri də ilhaq edə bilməmişdi. Onun imperiyasının sərhədləri Şimalda Qıpçaq çöllərinə, şərqdə Uyğurustana kimi gedib çıxr, ondan o yana keçmirdi. Rusiya və Türküstan (Orta Asiya) əraziləri imperiya xəritəsində görünmür. Dara İskəndərə xitab edərkən: “Məgər türklərimin oxunu yemədinmi ki, mənə basqın edirsən?!”- deyə soruşur. İskəndər hind padşahı ilə deyişməsində: “Türklər əl qaldırsalar, atdıqları hər bir oxla bir ordunu yıxarlar”- bildirir. İndi də həmin anlar yaşanır. Qlobal Prediktor “Orta Doğu Projesi”ni həyata keçirir, Şərqdən başlayaraq ölkələri viranə qoyur, qoy xalqları əzə-əzə gəlir, lakin türklərə çatanda onun planları pozulur. Sipərə dirənir. Suriya və İraqa çatanda proje yerimir, ciddi müqavimətlə rastlaşır, effekt itir. NATO maşını İran hüdudlarında dayanır, sınıq-salxaq olaraq yanı üstə düşür. Çünki yüz minlərlə Cənubi Azərbaycan türkü ələ silah alıb şiə amalı uğrunda Qlobal Təcavüzə qarşı döyüşə girir. Cənubi Azərbaycan türkləri dünyanın Qoy xalqlarını Satanadan qoruyan əsas qüvvədir. Məhz həmin vuran əl dünyanı yadplanetli reptiliyanın basqınından xilas edəcək. Nizami türklər haqda deyir: “Qiyamətə qədər söz söyləyən yalnız odur”. Dünyanın düşünən beyinləri bu həqiqətləri gözəl bilirlər. Proxanov deyir: “Mən sənin əsgərinəm, Əhmədinejad!”. Avrasiyaçılq Hərəkatının banisi Aleksandr Duqin əbəs yerə şiələri Şərqdə amerikan imperializminin qarşısını alan əsas qüvvə adlandırmır. Biz bu gün də meydandayıq; müqəddəs ideya uğrunda Şərə qarşı mübarizədə son damla qanımıza kimi çarpışmaq əzmindəyik.
 Türklər qədim dünyanın qəhrəman və döyüşkən xalqıdır. Türklərin rəşadətinin dəyəri sivilizasiyaları vurub çapmaları ilə yox, qədim İran- ari (və eləcə də şimalda slavyan) sivilizasiyalarına sədaqətlə xidmət etmələri ilə ölçülür. İrana döyüşkən türk tayfalarının köçü olmasaydı və onlar ari sərhədlərində sinələri ilə sipər yaratmasaydılar, indi nəinki İran adlı dövlət yox idi, hətta ən xırda ari etnoslar belə çoxdan Yer üzündən silinmişdi. Onları qoruyan türk sipəri oldi. Qlobal Prediktorun əsas hədəfi məhz ari-slavyan kontingentidir. Türklər olmasaydı, iudeyləşmiş Avropadan və qədim İsraildən axan reptiliya təcavüzü nəticəsində ari məkanları çoxdan dağıdılmışdı. Rusiya imperiyasını imperiya edən, rus dövlətçiliyini öz canları və qanları hesabına bütün Avrasiya qitəsi boyunca uzadan, dövlətçiliyi hər türlü təcavüzlərdən qoruyan kazaklarla yanaşı, tatarların də İran dövlətçiliyi qarşısındakı eyni xidmətləri danılmazdır.
 Dediyimiz tarixi həqiqətlər bədii əsərlərdə öz əksini tapmışdır. Xosrov ilə Bəhramın döyüşlərində Xosrovun ordusunda vuruşanların çoxu rumlular idisə, Bəhramın ordusunda vuruşanlar iranlılardan da çox Əfqanıstan çöllərindən gətirilmiş türklər idi. Nizami öz əsərlərində onların qəhrəmanlıqlarından ağızdolusu söz açır. Nizami bir döyüşü təsvir edərkən igidlərdən birinin hərb meydanına girməsini “ordunun mərkəzindən sıçrayan dəmir geyimli birisi türk kimi (“torkvar”) meydana atıldı”- sözləri ilə verir. Dara İskəndərə xitab edərkən onu öz “türkləri” ilə qorxudur. İskəndər rusların ona qarşı doqquz yüz minlik qoşunla çıxdığını görüb, ətrafdakı türkləri orduya səfərbər etməyin vacibliyindən danışır. Türkün ari-slavyan sivilizasiyanın inkişafında, ümumiyyətlə yaşamasında oynadığı rol təəssüf ki, çox az araşdırılıb. Əksinə, Avropanın iudey alimləri Rusiyanın uzun əsrlər boyu tatar-monqol təcavüzü altında qalması haqda mif uydurublar. Qədim ari sivilizasiyasının yadelli türklərin hücum-köçləri nəticəsində dağıdılması haqda mif də bəzi yerli etnoslardan millətçilərin beyninə yeriyib. Araşdırmalarsa bunun əksini göstərir. Qədim dünyada, elə indi də göründüyü kimi yalnız bir təcavüz olub: İuda təcavüzü. Tarixən bütün sivilizasiyaları Yer üzündən yalnız iud reptiliyaları silib. Qədim Muğan, Boqrəvan (indiki adı Bəcrəvan, mənası: Allahlar şəhəri) kimi müqəddəs şəhər yerlərimizin qazıntıları göstərir ki, bu qədim mədəniyyət beşikləri şimaldan xazarların- Quba yəhudilərinin hücumları nəticəsində dağıdılıb, şərqdən axan türk köçləri nəticəsində yox. Zərdüştün qurduğu sivilizasiyasını kim yer üzündən sildi? Semit ərəblər. Mirlər. Reptiloid kökənlilər. Putin də qeyd etdiyi kimi, tatar-monqol iqası olmayıb, yalandır. Monqol-tatar təcavüzü adı altında təqdim olunan əslində Xazar təcavüzü olub. Həmin İudanın müasir varisi isə Sionizmdir. O yenə də dağıdır, yırtıq, yenidən format edir. Reptiliya yenə qana susayıb. İndi də dişlərini bizim coğrafiyamıza qıcadıb. Şərqdən Vahhabizm, Nurçuluq, qərbdən Saentologiya, İeqova Şahidləri timsalında üstümüzə permanent şəkildə yeriməkdədir. Satanizm müxtəlif formatlarda üstümüzə gəlir. Fikir verin, Şərq cəbhəsində vahhabi terrorçular ilə döyüşə girənlər yenə də İranın sivil kodunu dağılmağa qoymayan həmin türklərdir. Ərdəbil, Biləsuvar, Parsabad, Germi, Meşgin ərazilərindən avtobus-avtobus adamlar müharibə gedən zonalara vahhabilərlə qanlı mücadiləyə gedirlər. Onlar hətta ikitəkər motosikllərlə Suriya və İraq torpaqlarına yollanırlar ki, müqəddəs savaşda həlak olub şəhid adı qazansınlar. Biz bunu şahidiyik. Tarix şahiddir. Öz qanları hesabına qədim müqəddəs irsi, mənəvi kapitalı qoruyanlar türklər olub, indi də onlardır. Sistani fətva verəndə Kərbəlanı qorumağa gedən 10 milyon insan kim idi? Onların əksəriyyəti İran türkləri deyildimi? Hətta İsrail nəzarətinin olduğu Azərbaycan Respublikasından da (əsasən Lənkəran, Cəlilabad, İmişli, Sabirabad rayonlarından və Bakı kəndlərindən) 500-600 şiəmiz həmin fətvaya görə vuruşmaq üçün Kərbəlaya yollandı. İslam inqilabından sonra ABŞ-ın əmri ilə İrana hücum edən İraqla vuruşmağa ilk yollanan, Səddamın ərəb-semit ordusunu geri otuzduran da məhz Ərdəbil və Təbrizin qeyrətli türkləri idi. Bunları yaddan çıxarmaq olmaz. Türklərin tarix qarşısında xidmətlərini danmaq mümkün deyildir. Hər bir xalqın tarix qarşısında öz xidmətləri vardır. Türklər farslar kimi mədəniyyət yaradan və ya ruslar kimi mühəndis beyinə malik irq olmasalar da, onlar yaranmışları qorumaq bacarıqları ilə, layiqli irsi saxlayan qövm kimi tarixdə iz buraxmışlar. Azərbaycanın, Qafqazın ari xalqlarının sağ qalmasının, bu qiymətsiz genefondun günlərimizə gəlib çıxmasının əsas səbəbkarı məhz türklərdir. Gəlin Türkiyə türkləri ilə qarışdırmayaq, onlar qədim İudeya ərazisi ilə yaxınlıqlarına rəğmən vahhabi-osmanlı kontekstinə oturuşmuş, Beynəlxalq Sionizmin əlində alətə çevrilmişlər. Söhbət İran və Azərbaycan türklərindən gedir. Özümüzkülərdən!
 İran şahı Süleymanın vəziri Şeyx Əlixan Zəngənə deyirdi: “Türklər İran üçün səddirlər. Türklər olmasaydı, İran da olmazdı. Əgər bir gün türklər məhv olsalar, sonra mütləq İranın növbəsi çatacaq və İran düşmənlərin qarşısında müqavimət göstərə bilməyəcək”. Məmməd Əmin Rəsulzadə bir az mübaliğəli şəkildə olsa da, deyir ki, türk bütün maddi-mənəvi qorunmaların simvoludur. O, günəşin özüdür: səhərin açılıb, günəşin doğmasını bildirmək istərkən, Nizami “Sultan əzəmətli türkün Çin dəryasından ucalaraq, dağlara nur saçmasını” göstərir.
 Dahi Nizaminin də nişan verdiyi kimi: “Hamı ağıllanır, dünya nizama düşür./ Yeddi iqlimin sahibi olan bir türk ki,/ Yerdə, göydə hər şeyə yol göstərən odur!”. Rusun sxem, farsın axıcılıq, türkün hərəkət verdiyi bir plan ilə dünya nizama düşəcək.
 Biz burdan üzümüzü zülmdən şıkayətlənən və bütün günahları ölkənin əsas, çoxsaylı xalqı kimi türklərdə görən etnos aktivistlərinə tutmaq istəyirik: Türkün xislətində zülm yoxdur. Çünki genosid türkün hətta geniologiyasına belə ziddir. Baiskarı başqa səmtdə axtarın. Koordinatları düzgün tutun. Əslində səbəbkarı aqillər hamısı tanıyır, amma susurlar. Elə Nizami də didaktik əsəri olan “Məxzən ül-əsrar”da zülmə məruz qalmış bir qarının dili ilə, böyük Səlcuqlardan Sultan Səncərə xitabla: “Madam ki, ədalətsizliyə imkan verirsən, demək türk deyilsən!”- deyir.
TƏKLƏLİLƏR – RUSİYA İMPERİYASININ SADİQ ƏSGƏRLƏRİ. Türkmənlər Əhəməni şahları Kserksin və IV Daranın, Makedoniyalı İsgəndərin, Roma imperatorlarının, Bizans kesarlarının, Çin hakimlərinin, Teymurləngin ispan və alman süzerenlərinin, Böyük Moğol səltənətinin, ərəb xəlifələrinin, monqol xanlarının, rus knyazlarının ordularında xidmət etmişlər. İran şahları, Buxara əmirləri və Xarəzm xanları daim əllərinin altında türkmən silahlı dəstələri saxlayırdılar. İran hökmdarı Nadir şah 18-ci əsrdə Asiya torpaqlarını türkmən atlı dəstələrinin köməyilə zəbt etmişdi. Buxara əmiri Nəsrulla xan 1840-cı illərdə Kokand xanının ordusuna qarşı 10 min nəfərlik təklə və salurlardan ibarət türkmən qoşunu çıxarmışdı. 1077-ci ildən 1920-ci ilə kimi fəaliyyət göstərmiş Xarəzm dövlətinin taleyində türkmənlər mühüm rol oynamışlar. 1883-cü ildə Türkistan general-qubernatoru Nikolay Qrodekov türkmənlərin pretorianlar və yaxud yeniçərilərə bənzər rolu barədə belə yazırdı: “Hansı Xivə xanı türkmənlərin dəstəyindən istifadə edirdi, o bütün düşmənləri üzərində üstünlük qazanırdı. Türkmənlər xanlığın əsas söz sahibi kimi xanı ya yüksəldir, ya da endirirdilər. 1873-cü ilə kimi türkmənlər imtiyazlı mövqedə dayanırdılar: onlar xanın xidmətinə atlı dəstələr verirdilər. Türkmənlər bir növ hərbi kasta təşkil edərək, ağa kimi yaşayırdılar”.
 Şərqşünas alim Adam Metsin fikrincə, 9-12-ci əsrlərdə hakimlik etmiş xəlifələrin əksəriyyətinin anası türkmən qızı idi və xilafət ordularının əsas özəyini türkmən süvariləri təşkil edirdi. Məlumdur ki, 9-cu əsrin axırlarında Abbasilər Xilafətinin ordusunda 25 min türkmən atlısı olmuşdur və onların təminatına hər il 1,6 milyon qızıl dinar pul ayrılmışdır. Orta və Ön Asiyanı, Misiri, İspaniyanın və Qafqazın bir hissəsini əhatə edən Abbasilər Xilafətinin bütün yüksək hərbi postlarını türkmən sərkərdələri tuturdular. Məhz həmin hərbi nüfuzun nəticəsi idi ki, 1038-ci ildə türkmən səlcuqların rəhbərliyi ilə Böyük Səlcuq dövləti yarandı. Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən bu nəhəng imperiya 1157-ci ilə kimi fəaliyyət göstərdi. 1290-cı ildə türkmən xələcləri Hindistanda səltənət qurdular. Xələclər sülaləsi 1320-ci ilə kimi Dehli sultanlığında hakimlik etdi. Xələclərdən sonra Dehli sultanlığında hakimiyyəti digər türkmən tayfası- tuqlakilər ələ keçirdilər. Tuqlakilər sülaləsinin şahları Hindistanda 1320-ci ildən 1413-cü ilə kimi hökm sürdülər. Böyük Britaniya idarəçiliyinə qarşı üsyana qalxmış xələclərin müqaviməti sayəsində ingilislərinin Orta Asiyaya, oradan da Qafqaza ekspansiya planları alt-üst oldu. Əfqanıstanda 1838-1842-ci illərdə ingilis müstəmləkəlçilərinə qarşı müharibədə əfqanların tərəfində Amu-Dərya çayının sol sahilində yaşayan türksoylu tayfalar da fəal iştirak etdilər.
 1526-cı ildə Hindistanda Böyük Moğol İmperiyasının təməlini qoymuş Babur şah öz ordusuna türkmən atlılarını cəlb etmişdi. Onun oğlu Sultan Hümayunun qoşununa Məhəmməd Bayram adlı türkmən sərkərdəsi başçılıq edirdi. Məhəmməd Bayramın döyüş yolu Səfəvi İmperiyasının banısı Şah İsmayıl Xətainin ordusundan başlayır. O şiə qoşununun tərkibində Buxara və Səmərqənd uğrunda vuruşmalarda iştirak etmişdi. Sonradan Babur şahın xidmətinə daxil olmuşu. Babur şah mükəmməl dini və dünyəvi təhsil görmüş Bayramın bacarığını yüksək qiymətləndirir və ona məsuliyətli işlər tapşırırdı. Gəncin əməlləri Baburun oğlu Hümayunu özünə cəlb еlədi və o atasından xahiş еtdi ki, Bayramı onun xidmətinə vеrsin. Babur razılığını vеrdi. Bayramın xеyirxah əməlləri, еtibarlı xidməti, şairlik istеdadı, еləcə də musiqini dərindən bilməsi şahzadənin xoşuna gəldi və onlar yaxın dost oldular. Tanınmış benqal alimi Sukumar Ray “Bayram xan” adlı monoqrafiyasında Əhməd Bin Bahpalın Bayrama verdiyi yüksək qiyməti ortalığa qoyur: “O, öz biliyini məclisdə, hərbi bacarığını döyüşdə, sədaqətini dostluqda, yüksək əxlaqını hər yеrdə nümayiş еtdirirdi. Şahzadənin yaxınlığını və dostluğunu qazanmışdı. Baburun əyanları arasında sеçilirdi”. Hümayun impеrator olandan sonra Bayram xan dövlət idarəsində daha yüksək mövqe tutdu və görkəmli sərkərdə oldu. Bayram xanın bütün həyatı puştun yəhudiləri ilə mübarizədə keçdi. O, Sultan Hümayunun Şimali Hindistan uğrunda puştun soylu sərkərdə Şirxanla müharibəsində özünü bacarlıqlı hərbçi kimi göstərdi. Öz nüfuzundan istifadə edərək Hümayunu qardaşları ilə barışdırdı. Böyük Moğol dövləti ilə Səfəvi dövləti arasında gözəl münasibətlər yaratdı. Bu iki dövlətin regionun əsas başağrısı olan puştunlara qarşı birgə mübarizəsini təşkil etdi. Bayram xan həm Moğol, həm də Səfəvi dövlətinin sərkərdəsi sayılırdı. O, 1555-ci ildə moğol və səfəvilərdən ibarət qoşunun başında Dehlinin puştun sultanı İskəndər şahın 80 minlik ordusunı darmadağın etdi. Həmin qələbə regionda yəhudi hegemonluğuna son qoydu. Məhəmməd Bayramın səyləri nəticəsində imperiya bir neçə dəfə xilas olundu, buna görə də o Səfəvi hökmdarı Təhmasib şah və Böyük Moğol hökmdarı Sultan Hümayunun birgə fərmanı ilə “xanlar xanı” tituluna layiq görüldü. Bayram xan Hümayunun bacısı qızı Səlimə sultan bəyim ilə evləndi və bununla da hakim siniflə qohum oldu. Baburun qızı Gülbədən bəyim “Hümayunnamə” adlı əsərində yazır: “O, çox savadlı qız idi və “Məxfi” təxəllüsü ilə şеirlər yazırdı. Səlimə sultan bəyim tərbiyəsi, qüruru, bacarığı və tutduğu yеrə görə sеçilirdi”. Ədəbiyyata olan sеvgisi onu Bayram xanla yaxınlaşdırdı. Türkmən igidinin şahzadə ilə, həm də Əmir Tеymurun nəvəsi ilə еvlənməsi ona baş ucalığı gətirdi, sarayda hörməti daha da artdı.
 Məhəmməd Bayram xan siyasət və dövlətçiliklə birgə şeir və ədəbiyyata da çox maraq göstərmiş birisidir. Türkmən və fars dillərində poeziya yaradıcılığı vardır. Şeirləri ilk dəfə 1910-cu ildə Hindistanın Kəlküttə şəhərində ingiltərəli E.Denison Ross tərəfindən araşdırılaraq, divanı halında çap edilmişdir. 1970-ci ildə şairin türkməncə şeirləri müntəxəbat kimi Türkmənistanın Aşqabad şəhərində yayınlanmışdır. 1971-ci ildə Pakistanın Kəraçi şəhərində də Dr. Muhammad Sabir tərəfindən nəşr edilmişdir.
 Bayram xanın ölümündən sonra bütün yüksək titulları oğlu Əbdürrəhim xana keçdi və ordudakı türkmən kavaleriyasına o rəhbərlik etməyə başladı. Moğol sarayında böyüyən Əbürrəhim xan fars, ərəb, türk, sanskrit, hind, urdu və türkmən dillərini sərbəst bilir, bu dillərdə şeirlər yazırdı. 1576-cı ildə impеrator Əkbər şah Əbdürrəhim xanı Hindistanın ən varlı əyalətlərindən sayılan Qucarata vali təyin еtdi. Alicənablığına, dövlətə təmənnasız xidmət və sədaqətinə görə o “mirac” ünvanına layiq görüldü. Bu titul sarayda ən еtibarlı adamlara vеrilirdi. Şah onu oğlu Səlim mirzəyə lələ təyin еtdi. 1589-cu ildə Əbdürrəhim xan vəkil (dövlətin baş naziri) vəzifəsinə ucaldı. Həmin ildə o “Baburnamə” əsərini fars dilinə çеvirdi. Əbdürrəhim xan diplomat kimi də tanınırdı. Qonşu dövlətlərlə ən qatı məsələri həll etməyə o göndərilirdi. Əbdürrəhim xan ömrünün axırına kimi Böyük Moğol İmperiyasın sədaqətlə xidmət göstərdi. 1627-ci ildə 71 yaşında vəfat edən Əbdürrəhim xanın qəbri Dehlidə Nizaməddin Övliyanın türbəsi yaxınlığındadır.
 Redyard Kiplinq deyir: “Qərb Qərbdir, Şərq də Şərqdir, və Allah bizi Qiyamət gününə səsləməyənə kimi onlar düz gəlməyəcəklər”. Kiyev Rus Dövlətinin başçısı knyaz Aleksandr Nevski Qərbin bütün təkidlərinə baxmayaraq Roma Papası ilə ittifaqa girmədi. Roma Papası elçilər göndərərək Nevskidən katolikliyi qəbul etməsini və Pskovda katlok kilsəsi tikməsini istədi. Mənbələr xəbər verir ki, Aleksandr Nevski Rus tarixinin bilicisi olan müdriklərlə məsləhətləşdikdən sonra kənar təlimləri qəbul etməyəcəklərini bildirdi. O Roma Papasının xeyir-duası ilə taclandırılmaqdan imtina etdi və Qərbin birləşib Qızıl Orda ilə mübarizə aparmaq çağırışlarına məhəl qoymadı; əksinə Qızıl Orda ilə birləşərək Qərbə qarşı mücadiləyə qalxdı. 1232-ci ildə Roma Papası ruslara qarşı Xaç yürüşü elan etdi. Katolik Avropa orduları pravoslav Rusiya üzərinə yeridilər. 1834-cü ildə Omovj çayı kənarında ruslar almanların Qılıncdarlar Ordenini məğlub etdilər; ordenin ağır zireh geyinmiş cəngavərləri qaçarkən çayın buzları altına düşərək boğuldular. 1240-cı ilin iyulunda şved flotu qədim Rusiyanın paytaxtı Ladoqanı tutmaq məqsədilə Neva çayına girdi. Lakin Aleksandr Nevski öz kiçik drujinası ilə şvedlərin İjora çayı sahilindəki düşərgəsinə basqın etdi və onları qırıb çatdı. 1240-cı ildə almanların Livon ordeni cəngavərləri Pskov torpağının bir hissəsini tutdular. 1242-ci il aprelin 5-də Çud gölünün buzlaşmış səthi üzərində ruslar Livon ordeni cəngavərləri ilə üz-üzə gəldilər. Həmin döyüşdə ruslar qələbə qazandılar və almanları 7 verst qovdular. 1245-ci ildə litvalılar Rusiya ərazisinə soxuldular, tutduqları kəndləri çapıb taladılar. Aleksandr Nevski öz qoşunu ilə irəliləyərək Toropets şəhərini geri aldı və səkkizdən çox litvalı knyazı öldürdü. Geri dönərkən o Jijets və Usvyat yaxınlığında Litva ordusunun qalıqlarını darmadağın etdi. Həmin qələbələr Rusiyanın öz müstəqilliyini qoruyub saxlamasına imkan verdi və Aleksandr Nevskiyə böyük şöhrət gətirdi. Qızıl Orda rəhbəri Batı xan onu oğulluğu götürdü. Aleksandr Nevski ilə Batı xanın oğlu Sartakın mənəvi qardaşılığı Rusiya ilə Ordanın qardaşlaşmasına təməl qoydu. Bununla da, Ordanın tərkibinə qatılan Kiyev Rus Dövləti gücləndi və tərəqqi etdi. Ruslar və ordaçılar Hiperboriya irsinin daşıyıcılarına, Skifiya və Ariananın varislərinə çevrildilər, müqəddəs mirası birgə qorudular. Ordaya yaxınlaşmaqla Aleksandr Nevski “Avropaya pəncərə”ni bağladı, yeni Avrasiya mahiyyətli dövlətçiliyin təməlini qoymuş oldu. Bununla da Qərbin Rusiyaya hərbi-siyasi və mədəni ekspansiyası bir neçə əsrlik tormozlandı. Nəticədə Rusiya ayaqda qaldı, möhkəmləndi və identikliyini qoruyub saxladı.
 Öz əsərlərində Rusiya İmperiyasının Çingizxanın tatar-monqol imperiyasının varisi kimi vücuda gəlməsini sübuta yetirən görkəmli tarixçi Lev Qumilyov yazır: “Tatarlar yüz illər boyu rusları Avropa, alman və isveç rıtsarlarının hücumlarından qoruyan başlıca vasitə olmuşlar. Onlar Rusiyanın müstəqilliyinin qarantı kimi çıxış etmişlər. 1242-ci il Çud gölü üzərində Aleksandr Nevskinin adına yazılan qələbə əslində Batı xanın oğlu Sartaka aid idi. Batı xan Aleksandrın dul qalmış anasına evlənməklə oğlu Sartakı onunla qardaşlaşdırmış və bu döyüşdə Sartakı ona köməyə göndərmişdir. Monqol süvariləri cəngavərləri sıxışdırıb Çud gölündə cəmləşdirmiş və mancanaqlarla göldəki buzu sındıraraq döyüşün taleyini həll etmişlər”.
 Rus şairi Aleksandr Blok şeirlərinin birində yazır: “Biz- milyonlarıq! Sayımız-hesabımız yoxdur! Biz ümmanıq! Cəsarətiniz çatır, vuruşun bizimlə! Bəli, biz- skiflərik! Bəli, biz- asiyalılarıq! Əyri və həris gözlərimizlə!” Avrasiyaçılıq ideologiyasının tərənnümçüsü olan rus publisisti və filosofu Nikolay Trubetskoy “Rus mədəniyyətinin inkişafında Turan elementləri” məqaləsində yazır ki, “hər bir rusun damarında turanların qanı axır”. İvan Turgenev də bu faktı təsdiqləyərək türk-monqolların rus etnosunun yaranmasında və inkişafındakı rolunu yüksək qiymətləndirir. Belə bir versiya vardır ki, “tatarin” sözü qədim rusca- sanskritcə tərcümədə “Çarın atlısı” deməkdir. Əsası Nikolay Danilevski tərəfindən qoyulan “Avrasiya” konsepsiyası hazırda Nursultan Nazarbayev tərəfindən daha da inkişaf etdirilmişdir. Nazarbayev bütün türk dünyası ölkələrinin Avrasiya Birliyinə qoşulmasını zəruri sayır. Məlum regionda rus və türk xalqları daim müxtəlif münasibətlərdə bulunmuşlar. Türk-kazak qövmlərinin Rusiyanın xidmətinə keçməsi əvvəlcə Azov dənizinin, sonra isə Ural və Sibirin rusların nəzarətinə keçməsinə səbəb olmuşdur. Rus, türk və kazak qardaşlığı sayəsində Rusiyanın qüdrəti artmış, nəticədə Krım, Qafqaz və Orta Asiya torpaqları da Rusiya İmperiyasının tərkibinə qatılmışdır.
 Oğuz türkmənləri Kiyev knyazı Vladimir Svyatoslaviçə Xazar ordusunu darmadağın etməkdə köməklik göstərdilər ki, bununla da Avrasiya kontinentində iud zülmünə son qoyuldu. Kiyev, Volın, Çerniqov, Qalitsiya, Rostov-Suzdal knyazlıqlarının ərazisində məskunlaşan oğuzlar rus knyazlarının əsas atlı ordusunu təşkil edirdilər. 16-cı əsrin axırları 17-ci əsrin əvvəllərində Rusiya İmperiyasının Astarxan və Stavropol ərazilərinə köç edən türkmən tayfa mənsubları gömrük xidmətində işə götürüldülər və İmperiyanın cənub və şərq sərhədlərinin qorunması üçün hərbi əməliyyatlara qatıldılar. Hər il Astarxan Kazak Qoşununa hərbi qulluğa 500 türkmən atlısı qəbul edilirdi. 17-ci əsrin sonlarında türkmənlərin daha böyük bir qrupu Astarxan quberniyası ərazisinə köç etdi və Rusiya təbəəliyinə girdilər. Rusiyanın cənubunda məskunlaşan türkmənlər həm Napoleon ilə müharibədə, həm də Qafqaz yürüşlərində iştirak edərək unudulmaz şücaətlər göstərdilər. 1804-1807-ci illərdə gizir Orağın rəhbərliyi altında 200 türkmən atlısının general Savelyevin korpusunun tərkibində Avropada döyüşməsi haqqında məlumatlar vardır. 1812-ci il fransızlar Rusiyaya hücum edən zaman türkmənlər ayrıca polk halında onlara qarşı döyüşmüşdülər. 1884-cü ildə Mərv könüllü surətdə Rusiyanın tərkibinə birləşərkən Xəzəryanı vilayətin rəisi general-leytenant Aleksandr Komarovun şəxsi mühafizə dəstəsində 20 türkmən igidi vardı.
 Hələ 10-cu əsrdə Kiyev knyazlığı Xarəzm hökmdarları ilə diplomatik münasibətlər qurmağa can atırdı. 10-14-cü əsrlərdə Kiyev knyazlarının Orta Asiyanın oğuz-türkmənləri ilə sıx hərbi-siyasi əlaqələri yaranmışdı. Xivə və Buxara tacirləri Volqaboyu və Şərqi Avropa ilə qarşılıqlı ticarət əlaqələri qurmuşdular. Türkmən tayfalarının Rusiya ilə yaxınlaşmasının əsas dövrü 15-ci əsrə təsadüf edir. 1589-cu ildə Buxara xanı Moskva ilə ticarət əlaqələrinin yaradılması üçün müraciət etdi. Çar Mixail Fyodoroviç Romanovun (1596-1645) vaxtından Orta Asiyanın böyük şəhərlərində rus bazarları açmaq üçün nümayəndə heyətləri göndərilməyə başlandı. 1616-cı ildə türkmənlər diplomatik missiya ilə İrana gedən rus səfiri Tixonova yolda köməklik göstərdilər. Onlar Tixonovu və yoldaşlarını ehtiramla qarşıladılar, səhranı adlamaq üçün at və dəvələr verdilər, Qaraqumdan Xivəyə kimi ötürdülər. 1620-ci ildə Buxaraya yollanan İvan Danil Xoxlovun rəhbərlik etdiyi Rusiya səfir heyəti türkmənlərin yaşadığı ərazidən keçirdi. Türkmənlər müsafirləri əvvəlcə soyuq, hətta hiddətlə qarşıladılar. Lakin səfirliyin nümayəndələri onlarla ünsiyyətə girdikdən sonra torpaqbasdı haqqından imtina etdilər və elə oradaca öhdəlik götürdülər ki, bir də türkmənlərdən heç kəs rus qonaqlarına hücum etməyəcək və talamayacaq. Bundan sonra Rusiya ilə Xarəzm və Buxara arasında karvan gediş-gəlləri intensivləşdi. Karvan ticarətində türkmənlər də aktiv iştirak edirdilər. 1641-ci ildə aci tayfasından olan türkmən tacirlər Moskvaya mal gətirmişdilər. 1700-cü ildə Xivə xanı Şahniyaz ağanın elçisi Böyük Pyotrun yanına gəldi və xanlığın Rusiyanın tərkibinə qatılması istəyini çatdırdı. Bundan sonra Orta Asiyaya dalbadal hərbi ekspedisiyalar göndərildi. 1717-ci ildə Orta Asiyaya yollanmış Rusiya hərbi ekspedisiyasının rəhbəri Aleksandr Bekoviç-Çerkasskiyə türkmənlər böyük etimad göstərdilər. Bekoviç-Çerkasski çar 1-ci Pyotra yazmışdı: “Müxtəlif truxmen tayfaları siz əlahəzrətə sədaqətlə xidmət edəcəklərini söz verdilər, bunu məktublarla təsdiq etdilər və həmin məktubları mənə verdilər”. Xəzər kənarında yaşayan türkmən tayfaları dənizdə qəzaya uğramış rus gəmiçiləri ilə sıx ünsiyyət qurur və onlara çətinlikləri adlamaqda köməklik göstərirdilər. Həmin ərəfədə Manqışlaq türkmənlərinin Astarxan qubernatoruna göndərdikləri məktubdan aydın olur ki, onlar Rusiya dövlətçiliyinə xidmət etməkdən məmnunluq duyurmuşlar. Türkmənlərin məktubunda deyilir: “300 ilə yaxındır bizim atalarımız və babalarımız Böyük Hökmdara qulluq edirlər”. Böyük Hökmdar dedikdə onlar Rusiya imperatorunu nəzərdə tuturdular. Nəzərə almaq lazımdır ki, həmin dövrdə Orta Asiya hələ Rusiya İmperiyasının tərkibinə qatılmamışdı. 16-cı əsrdən başlayaraq Orta Asiya tacirlərinin Şərqi Avropa ilə karvan ticarəti daha da canlandı. Asiyadan Avropaya gedən əsas ticarət magistralları türkmən ərazilərdən keçirdi. Astarxan ilə Orta Asiya xanlıqları arasındakı ticarət əlaqələri türkmənlərin yaşadığı Üst-Urt və Manqışlaq əraziləri vasitəsilə aparılırdı.
 1-ci Pyotrun hakimiyyəti dövrü Rusiya dövlətinin türk xalqları ilə isti münasibətlərinin qurulması dövrüdür. I Pyort 1722-ci ildə Astarxanda çıxışı zamanı Qırğız çölünə hakim olmağın vacibliyini qeyd edərək demişdi: “Qırğız ordası yelbeyin və çöl xalqı olsa da, bu orda Asiya ölkələrinə və torpaqlarına açar və qapı kimi bizə lazımdır”. 1-ci Pyotr Xəzər dənizi hövzəsində Rusiya təsirinin yaranmasına, eləcə də Orta Asiyadan keçərək Şərqə və Hindistana gedən qısa ticarət yollarının açılmasına xüsusi əhəmiyyət verirdi. Rusiya hökuməti öz təsirini yaymaq üçün Xəzər basseyninin şərq hissəsində qalaların və dayaq məntəqələrinin tikilməsinə ehtiyac duyurdu. Orenburqdan və Qazaxstan çöllərindən keçən uzun və yorucu karvan yolu sərfəli deyildi, ona görə də dəniz yoluna üstünlük verilirdi. Rus tacirlər Astarxandan gəmidə Xəzər dənizi ilə Manqışlağa gəlir, oradan isə karvan ilə Xivəyə yollanırdılar. Malların Xəzər dənizi ilə daşınması daha sərfəli, ucuz və təhlükəsiz başa gəlirdi. Türkmənlər Rusiya ilə ticarət əlaqələrinin qurulmasında maraqlı idilər, ona görə ərazilərindən keçən rus tacirlərini xoş qarşılayır, onlara ehtiram göstərir və yol boyu qoruyurdular.
 İran şahları tərəfindən əzizlənən, şahsevən tituluna layiq görülən türkmənlər yəhudi mənşəli Məhəmməd şah Qacarın və kürd Nadir şah Əfşarın dövründə kütləvi genosidə uğradıldılar. Qacar şah türkmənlərin başından təpələr düzəldirdi. Qacarlar tərəfindən düşmən münasibət görən türkmənlər İran şahlığına tabe olmaqdan imtina etdilər. Nadir şah Əfşar hakimiyyətə gələndən sonra nümayəndəsini İran ordusuna əsgər vermək tələbi ilə türkmən ellərinə göndərdi. Lakin türkmənlər şah ordusuna əsgər verməkdən imtina etdilər və bildirdilər ki, bundan sonra onlar azad adamlardır. Belə olduqda Nadir şah qardaşı oğli Əliqulu xanı 40 minlik ordu ilə türkmənlərin üstünə yolladı. Türkmənlər şiddətli müqavimət göstərsələr də, təpədən dırnağadək silahlanmış şah qoşunları qarşısında tab gətirə bilmədilər və məğlubiyyətə uğradılar. 1740-cı ilin payızında Amu-Dərya sahillərində, eləcə də Şimali Əfqanıstandan Xivəyə kimi torpaqlarda yaşayan türkmənlərin böyük hissəsi şah qoşunlarının hücumları nəticəsində öz yurd-yuvalarından didərgin düşdülər. 300 min türkmən arabası (1 milyona yaxın insan) Xəzər dənizinin şərq sahillərinə doğru yeridi. Bir neçə ildən sonra isə daxili qarşıdurmalar nəticəsində daha 10 min türkmən arabası Qızılcelqın istiqamətində yola düşüb Rusiya sərhədlərinə yaxınlaşdı. Üst-Urt, Balxan və Manqışlaq ərazilərinə köçən türkmənlər Rusiya hökumətindən kömək istədilər, onları və çörək və ərzaqla təmin etməyi xahiş etdilər. Rusiya hökuməti türkmənlərin faciəsinə etinasız qalmadı. 1741-ci ilin payızında kapitan Tebelyevin rəhbərliyi ilə un və ərzaqla yüklənmiş gəmi Astarxandan Manqışlağa göndərildi.
 1745-ci ildə Rusiya hökuməti türkmənlərin problemlərini öyrənmək üçün Manqışlağa kapitan V.Kopıtevskinin komandanlığı altında gəmi göndərdi. Kopıtevskinin nümayəndə heyəti feodal zülmü altında inildəyən Manqışlaq, eləcə də Xivə və Balxan türkmənlərinin dərd-sərlərini və şikayətlərini araşdırdı. Türkmən ağsaqqalları Kopıtevski ilə birlikdə Astarxana gəldilər və qubernator Tatışev ilə söhbətdə Rusiya himayəsinə sığınmaq istədiklərini bildirdilər. 1746-cı ildə türkmən ağsaqqalları Peterburqa getdilər. Onları imperatriça Yelizaveta Petrovna şəxsən özü hörmətlə qarşıladı. Həmin görüşdəki danışıqlardan sonra türkmənlər qruplar halında tədricən Rusiya təbəəliyinə qəbul edildilər. Türkmən aullarını gəzən Çar hökuməti nümayəndələri ağsaqqlara və hörmətli adamlara mahuddan xələtlər, yeni növ silahlar, təsərrüfat alətləri, qab-qacaq və mətbəx ləvazimatları bağışladılar. Türkmən böyükləri isə əvəzində hökumət adamlarına cins atlar və bir sıra maraq doğuran hədiyələr verdilər. Bundan sonra Rusiya hökuməti türkmənlərə tez-tez un və ərzaqla yüklənmiş gəmilər göndərməyə başladı. Xəzər dənizinin şərq sahillərində ticarət qalalarının, müdafiə istehkamlarının tilikməsi imkanları, buna türkmənlərin reaksiyasının öyrənilməsi ilə bağlı təhqiqatlar aparıldı. Xarici İşlər Kollegiyasının İmperatriça 2-ci Yekaterinaya dəniz sahilində yaşayan türkmənlər barədə 17 avqust 1767-ci il tarixli məruzəsində deyilirdi: “Truxmenlər müsəlman dininə mənsubdurlar. Kalmıklar və digər köçəri xalqlar kimi alaçıqlarda yaşayırlar. Onlara lazım olan əzuqəni əsasən maldarlıqdan və ovçuluqdan əldə edirlər. O qədər kobuddurlar ki, hətta oğul atasını belə eşitmir. Hərçənd onlarda ağsaqqal yaşca böyük olanlar və döyüşlərdə öndərlik edənlər sayılırlar, amma onlar da ümumi razılıq olmasa, ən axırıncı adamı belə heç nəyə məcbur edə bimirlər”. Sənədlərdən aydın olur ki, türkmənlər tarixən maldarlıqla məşğul olmuşlar. Onlar qaragül quzusu, keçi, iribuynuzlu heyvan, bürhürgüclü dəvə, Axaltəkə və Yomud yürüş atları saxlayırdılar. Heyvanları Qaraqum otlaqlarında, çayların subasar sahələrində, dağ yamaclarında və vadilərdə otarırdılar. Xəzər sahilində yaşayan türkmənlər nərə, sevryuqa, ağbalıq tuturdular. Yomudlar İrandan paltar, silah, taxta, ərzaq alır, əvəzində at, mal-heyvan, toyuq, neft, duz və xalça verirdilər. M.Ladıjenskinin rəhbərliyk etdiyi ekspediyaya “gömrük əhli türkmənlərlə mehriban davranmaq” tapşırıldı. Rusiya ilə Xivə və Buxara arasında ticarət karvanlarının hərəkəti intensivləşdi. Rusiyalı tacirlər Xivə və Buxara bazarlarında iranlı, yomud, təklə, salur, əfqan və hindlilərlə alver edirdilər. Öhdələrinə götürdükləri kimi, rus tacirlərinin karvanlarını yol boyu türkmənlər qoruyurdular. 18-ci əsrin axırları 19-cu əsrin əvvəllərində artıq Şərqi Avropanı Orta Asiya ilə birləşdirən bütün ticarət yolları türkmənlərin yaşadıqları ərazilərdən keçirdi. Məsələn, Rusiyadan Buxaraya gedən karvan yolu təklə və salor türkmənlərinin yaşadıqları məskənlərdən ötürdü.
 Rusiya himayəsinə qəbul olunmuş qazaxların başqa xalqlara nisbətən daha tox və firavan yaşaması digər türk xalqlarının da Rusiyaya meyllənməsinə zəmin yaratdı. 1734-cü ildə Daşkənd zadəganları Rusiya himayəsinə qəbul olunma şərtlərini öyrənmək üçün öz elçilərini Qazaxstandakı Çar administrasiyasına göndərdilər. 1767-1772-ci ildə müxtəlif türkmən elləri Rusiyanın təbəəliyinə götürülmələri və onların müdafiəsi məqsədi ilə regionda qalaların tikilməsi üçün Astarxan qubernatoruna müraciət etdilər. 1798-ci ildə Manqışlaq türkmənləri Ürgənc, Buxara, Səmərqənd və Daşkənddən gələn karvan yollarının kəsişdiyi Tüb-Qaraqan ərazisində qala tikilməsi xahişi ilə müraciət ünvanladılar. 1792-ci ildə Daşkənd hakimi Yunus Xoca imperatriça 2-ci Yekaterinaya məktub yazaraq, ondan rus tacirlərinin və dağ mədənləri yataqlarının öyrənilməsi üçün geoloqların göndərilməsini xahiş etdi. 1812-ci ildə Kokand xanı Ömər Peterburqa öz elçilərini yolladı. Türkmənlər Astarxan qubernatoruna dəfələrlə məktublar yazaraq Rus ordusunun onları Xivə və qazax xanlarının hücumlarından qorumasını, eləcə də Manqışlaqda müdafiə və ticarət qalaları tikilməsini xahiş etdilər. O dövrə aid sənədlərin araşdırılması göstərir ki, türkmən tayfa başçılarının çoxu Rusiya siyasi himayəsinə sığınmaq istəyində olmuşlar. Maraq doğuran cəhət həm də o idi ki, Orta Asiya xalqlarının maddi vəziyyəti yalnız rusların ayağı dəydiyi yerlərdə yaxşılaşmışdı. Rus tacirlərinin və hərbçilərinin gəlib getdiyi ərazilərdə əhalinin güzəranı daha firavanlaşmışdı. Məhz bu səbəbə görə türkmən aqilləri Rusiyanı ruzi mənbəyi kimi görürdülər. Türkmən ağsaqqallarından birinin 1745-ci ildə Astarxan qubernatoruna yazdığı məktubda deyilir: “Türkmən xalqı harda olursa olsun, həmişə Rusiya təbəəliyini istəyəcək, ona görə ki Rusiyadan başqa heç bir çörək umacaq yer yoxdur”. Sonrakı onilliklər ərzində türkmənlər rus ordusunun regiona yeridilməsi və hərbi qalalarının tikilməsi üçün dəfələrlə həm yazılı, həm də şifahi şəkildə müraciətlər yolladılar. 1811-ci ildə Xivə xanının zülmündən qaçmış türkmən çovdurlar Rusiya ərazisinə yerləşdirilmələri və təbəəliyə qəbul olunmaları üçün Astarxan qubernatoruna müraciət etdilər. 1812-ci ildə məlum oldu ki, zülm altında inildəyən daha 3 600 türkmən ailəsi Rusiyanı himayəsinə girmək üçün yola çıxıb. Rusiya hökuməti onların ərzaqla təmin olunması üçün tədbirlər gördü.
 1801-ci ilin axırı 1802-ci ilin əvvəlində biri Orenburqdan, digəri isə Astarxandan ötməklə Peterburqa danışıqlar üçün türkmənlərin iki nümayəndə heyəti yola düşdü. Paytaxta gələn həmin nümayəndə heyətləri Çar hökumətinə türkmənlərin Rusiya təbəəliyinə qəbul olunma istəklərini çatdırdılar. O cümlədən onlar dəmir, barıt, qırma satışından verginin götürülməsini və Xivədə çörək baha olduğuna görə türkmən ellərinə un göndərilməsini xahiş etdilər. Rusiya imperiyası daxili işlər naziri Viktor Koçubey türkmənlərə aşağı qiymətə un satılması barədə Astarxan qubernatoruna göstəriş verdi. 9 may 1802-ci ildə isə çar 1-ci Aleksandırın fərmanı ilə türkmən abdallar, çovdurlar, iqdırlər, burunçuqlar və buzacılar rəsmi şəkilə Rusiya təbəəlilyinə qəbul edildilər. Bu münasibətilə Astarxandan Peterburqa gələn türkmən böyükləri Çar hökuməti tərəfindən qızıl medallarla təltif olundular və onlara 100 gümüş manat məbləğində illik məvacib ayrıldı.
 Yəhudi mənşəli Qacarların hakimiyyəti dövründə Rusiya ilə İran dövlətinin münasibətləri kəskinləşdi. Belə bir şəraitdə Çar hökuməti Qacar hakimiyyəti ilə müharibə vəziyyətində olan türkmənlərə maraq göstərməyə və onlarla ciddi əlaqələr qurmağa başladı. 1805-ci ilin may-sentyabr aylarında türkmən yomudlar, göklenlər və təkləliərlə hərbi ittifaq qurmaq barədə diplomatik yazışmalar aparıldı. Rusiyanın İrandakı konsulu Skibinevskinin məktubunda göstərilirdi ki, türkmənlər özləri Qacarlara qarşı müharibədə vuruşmaq üçün müraciət etmişlər. Knyaz A.Çartorıyskinin təlimatı ilə səfərbərliyi təşkil etmək və döyüşə hazırlamaq üçün Molla Məmməd Can Hüseyni türkmənlərin yanına göndərmək qərara alındı. Artıq 1813-cü ildə hazırlıqlı türkmənlər Fətəli şah Qacarın zülmünə qarşı üsyana qalxdılar. Üsyançılar kömək üçün Rusiyaya üz tutdular. Dörd türkmən ağsaqqalından ibarət nümayəndə heyəti Rusiya dövlət adamları ilə danışıqlar üçün Qafqazın Gülüstan məntəqəsinə gəldi. Elçilər arasında rus-türkmən münasibətlərinin qurulmasında böyük rol oynamış türkmən sərkərdəsi Kiyatxan da vardı. Danışıqlar zamanı qərara alındı ki, Xəzərin türkmənlər yaşayan sahilinə hərbi-dəniz desantı çıxarılsın, türkmən döyüşçüləri artilleriya və digər silahlarla təmin olunsun. Türkmən nümayəndələri ilə eyni vaxtda general Nikolay Rtişşevin yanına Fətəli şah Qacarın elçiləri sülh bağlamaq təklifi ilə gəldilər. Maraqlıdır ki, general Rtişşev Qacar elçilərini ətrafındakı türkmən nümayəndələri ilə birlikdə qarşıladı: türkmənlər danışıqlarda Rusiya tərəfinin adamları kimi iştirak etdilər.
 19-cu əsrin əvvəllərində Gürcüstan və Azərbaycan torpaqları Rusiya İmperiyasına birləşdirildi və Rusiya Xəzər dənizinin qərb sahillərində möhkəmləndi. Qafqaza gəldikdən sonra ruslar Azərbaycan torpaqlarında rəsmi dil kimi məhz tatar dilini məqbul gördülər. 18-ci əsrə qədər Azərbaycanda məktəb və mədrəsələr fars dilində fəaliyyət göstərirdi. Dini dərslər ərəb dilində keçirilirdi. Rusiya hakimliyi Qafqazda oturuşduqdan sonra tarixdə ilk dəfə olaraq Bakı, Yelizavetpol və İrəvan quberniyalarında təsis edilmiş rus-tatar məktəblərində türk dilində tədris başlandı. Beləliklə, Rusiya tarixə türk dilində tədris verən ilk dövlət kimi daxil oldu. Aleksey Osipoviç Çernyayevski- ən birinci tatar (Azərbaycan türkcəsi) dili qrammatika dərsliyinin müəllifidir. Ondan qabaq bu dilin qrammatika dərsliyi yox idi. Bu rus alim-pedaqoquna Azərbaycan türkləri ömürlük borcludular və ehtiramını saxlamalıdılar. Necə ki Türkiyə türkləri erməni alimi Akop Martayanın (Akop Dilaçar) ehtiramını indiyə qədər saxlamaqdadılar.
 Çar hökuməti regiondakı dövlət siyasətini zirək, aqressivlikdən uzaq və asan idarə olanan türkmənlər vasitəsilə həyata keçirməyə başladı. Rusiyanın Qafqazdakı ordu komandanı general Aleksey Yermolov yomud və göklen türkmənləri ilə hərtərəfli əlaqələrin qurulmasına və idarəçilik işlərində onlardan istifadə edilməsinə üstünlük verirdi. Onun ordusunun əsas hücumçu hissələrini kazaklarla yanaşı tatar atlıları təşkil edirdi. Yermolov imperiya vitse-kansleri K.Nesselrodeyə məktubunda türkmənləri dövlət işlərinə cəlb etməyin vacibliyini vurğulayır və onları “Rusiya hökumətinə sadiq igid xalq” adlandırırdı. Türkmənlər tədricən Çar ordusuna xidmətə götürüldülər. Orta Asiya Rusiya İmperiyasının təkribinə girdikdən sonra da Rusiya hökuməti regionun daha həlim türk mənşəli əhalisi ilə işləməyə üstünlük verdi. Rus ədibi Yevgeni Markov 1901-ci ildə yazırdı: “Turanın canı və qanı olan türkmənlər nəinki onun keçmiş dağıdıcı köçəri qüvvətinin xüsusiyyətlərini, həm də adını qoruyub saxlamışlar”. Dövlət sənədlərində Orta Asiya türklərin adı ilə elə belə də adlandırıldı: Türkistan general-qubernatorluğu və yaxud sadə dillə deyildiy kimi, Türkistan diyarı. Türkmənlərdən başqa Orta Asiya xalqlarından heç birinə Rusiya ordusunda xidmət etmək və hərbi sirlərin öyrədilməsi məqbul görülmədi. Çar hökuməti Orta Asiya və Cənub-Şərq regionundakı bütün geopolitik layihələri məhz türkmən kavaleriyasının əli ilə həyata keçirdi. Çar hökuməti aqressiv münasibət sərgiləyən digər xalqlardan fərqli olaraq Rusiyameylli türkmən xalqı ilə sıx diplomatik, həm də ticari-iqtisadi münasibətlər yaratmağa çalışır, türkmənlərin regionda möhkəmlənməsini istəyirdi. Ləzgilər ara-sıra üsyana qalxan avar dəstələrinə qoşulub ruslara qarşı vuruşsalar da, talışlar seyid-semit mənşəli xanların dövründə Rusiya ilə müharibə aparsalar da, türkmənlər kütləvi şəkildə ruslara qarşı heç vaxt çıxmamışdılar və təkəm-seyrək soyğunçuluq hallarından başqa imperiyaya heç bir güclü başağrı yaratmamışdılar. Qeyd etmək yerinə düşərdi ki, məhz seyid xanlarının səhv siyasəti nəticəsində talış xalqı ağır durumla üzləşdi. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin 4-cü maddəsinə əsasən, Talış xanlığının torpaqları Rusiyaya verilməli idi. Lakin Talış xanı Mir Həsən xan bundan imtina etdi. 19-cu əsr tarixçisi Mir Mehdi Xəzani yazır: “Talış Mir Həsən xan üsyan qaldırıb Kaspi dənizində rus batalyonunu məhv etdi”. Nəticədə Talış mahalı müharibə meydanına çevrildi. Seyid xanı talış xalqını bir neçə il həm rus, həm də fars qoşunu ilə vuruşdurdu. Mir Həsən xanın ölümündən sonra onun digər seyid qardaşları xalq arasında narazılıq yaratmağa və camaatı rus idarəçiliyinə qarşı qaldırdırmağa çalışsalar da, həbs edildilər.
 Araşdırmalar göstərir ki, türkmənlər imperiyanın ən həlim vətəndaşları olmuşlar. Türkistan general-qubernatoru Konstantin Petroviç Kaufmanın türkmən xalqına böyük sevgisi vardı. O deyirdi: “Düz müsəlman dövlət üçün əyri xristiandan daha qiymətlidir”. Bu yüksək rütbəli Rusiya məmuru ölərkən özünü Türkistan torpağında basdırmağı vəsiyyət etdi, belə ki onun fikrincə “bura rus insanına basdırılmağa ayıb bilmədiyi rus torpağıdır”. Tarixçi Erik Xanımamedov yazır: “Axırıncı yüz ildən çox müddət ərzində ruslar və türkmənlər yan-yana olublar və çətin anlarda bir-birinə kömək ediblər, bu faktdır. Şücaət möcüzələri göstərərək özünə unudulmaz şöhrət qazanmış sədaqətli Təklə polku buna bir misaldır”. Türkmən sərkərdəsi Dıkma Sərdar Rusiya İmperatoru 3-ci Aleksandırın qarşısında and içərkən demişdi: “Allah hansı sınaqlarla onu üzbəüz qoysa belə, mənim xalqım heç vaxt Ağ Padşaha və Böyük Rusiyaya xəyanət etməyəcək”. Çoxəsrlik tarix göstərdi ki, türkmənlər verdikləri hərbi anda sonadək sadiq qaldılar, bir dəfə də olsun Rusiya dövlətinə qarşı çıxmadılar, dəfələrlə ölkənin kritik anlarında canlarını sevə-sevə imperiya yolunda qurban verdilər.
 Çar hökuməti türkmən əsgərlərinin dözümlülüklərini və zirəkliklərini yüksək qiymətləndirirdi. O dövrlərdə türkmən əsgərlərinin qoçaqlığı ilə bağlı Şərqdə əfsanələr dolaşırdı. Ruslar deyirdilər ki, təkləlilər- doğuluşdan kavaleristdirlər. Tarixçi N.Latkin yazırdı: “Türkmənlər, xüsusən də təkləlilər vətəni hərarətlə sevirlər və onu son damla qanlarına kimi qorumağa hazırdırlar”. 1880-cı ilin yanvarında general Mixail Sobolyevin rəhbərliyi altında Axaltəkə ekspedisiyasına xeyir-dua verib Orta Asiyaya yola salan Rusiya imperatoru 3-cü Aleksandr demişdi: “Türkmənlər haqqında mənə verilən məlumatlara əsasən, onların döyüşkən xalq olması qənaətindəyəm”. İmperatoru 3-cü Aleksandr Rusiyaya sədaqət andı içən hər bir təklə əsgərinə at bağışlayırdı. Türkmənlər imperiyanın sadiq əsgərlərinə çevrildilər. Regionun bir çox başqa xalqlardan fərqli olaraq türkmənlər rus inamına və adət-ənənələrinə böyük hörmətlə yanaşırdılar. Tarixçilər bildirirlər ki, türkmən ellərindəki səyyari kilsələrdə rus əsgərləri əyilərək ayin icra edən zaman türkmən əsgərlər də onlarla birlikdə əyilib dua oxuyurdular. Ruslar bunun səbəbini soruşduqda türkmən əsgərləri deyirdilər: “Allah birdir, siz də, biz də eyni Allaha səcdə edirik”. Döyüşlərdə həlak olan türkmən əsgərlər kazaklarla birgə basdırılırdı və qəbirlərinin üstünə pravoslav xaçı qoyulurdu. Türkmənlərin rus inamına hörməti o dərəcədə böyük idi ki, istər Sovet hakimiyyəti dövründə, istərsə SSRİ dağıldıqdan sonra Türkmənistan ərazisindəki pravoslav kilsələrinin birinə də toxunulmadı, hamısı salamat qaldı.
 İrandakı Qacar hakimləri digər qoy xalqlar kimi türkmənlərə qarşı da açıq-aşkar düşmənçilik siyasəti yeridirdilər. Qacar idarəçiləri Çeleken körfəzindəki türkmənlərə məxsus balıq vətəgələrini və təbii resursları onların əlindən alıb Talışın seyidlərinə, iudey kökənli varlılarına satmağa çalışırdılar. Burada məqsəd həm də türkmənlərin Rusiya ilə əlaqələrinin qarşısını almaq idi, çünki türkmənlər tutduqları balığı yalnız rus tacirlərinə satırdılar. Rusiyayönümlü fəaliyyətə görə türkmənlərin rəhbəri Kiyat xan dəfələrlə təzyiq və hücumlara məruz qalmışdı. Talış mahalının Rusiya ilə münasibətlərinin pisləşməsinə çalışan iud-seyid qüvvələrin arxasında həm də imperialist İngiltərə dayanırdı. Talışın seyidləri və yerli Qacar idarəçiləri dəfələrlə türkmənləri Rusiya təsirinə qarşı qaldırmaq istəsələr də, türkmənlər ruzi mənbəyi bildikləri ruslara qarşı çıxmır, əksinə nicat yolunu yalnız Rusiyada görürdülər. Astarxanla alver edən yəhudi tacir Mirbağırov Talış mahalının seyid-yəhudi zadəganlarının köməyi ilə Xəzər sahilindəki balıq vətəgələrini ələ keçirmək istəyirdi. 1826-cı ildə Mazandaran hakimi Məmmədqulu Mirzə sahildəki türkmənlərə məxsus balıq vətəgələrinin Mirbağırova satılması barədə fərman verdi. Bu türkmənlərin narazılığı ilə qarşılandı və onlar Astarxan qubernatoruna şikayət məktubu göndərdilər. Məktubda onlara məxsus vətəgələrin hakim tərəfindən satılmasına etirazlarını bildirərək yazırdılar: “Sahil bizim, balıq bizim, balığı biz tuturuq, biz satırıq və hakimlik burda heç nə yoxdur”. Hiyləgər Mirbağırov saxta sənədlər düzəldərək Astarxan qubernatoruna təqdim etdi və vətəgələrin ona məxsus olmasını bildirdi. Həmin sənədlərdə Qarasu və Atrek çaylarının deltaları arasındakı balıq vətəgələrinin türkmənlər tərəfindən ona satıldığı göstərilirdi, halbuki türkmənlər həmin vətəgələri rus taciri A.Gerasimova vermişdilər. Bundan başqa, Mirbağırov Çeleken yarımadasındakı neft və duz mədənlərinin də ona məxsus olduğunu iddia edirdi. Gərgin keçən mübahisələrdən sonra Çar Rusiyasının göndərdiyi komissiya Mirbağırovun haqsız olduğunu üzə çıxardı. Çelekenin vətəgə və mədənləri həmişəlik türkmənlərə verildi.
 1826-cı ildə Rusiya ilə Qacar xanədanlığı arasında müharibə başlayarkən türkmənlər Rusiyaya kömək məqsədilə Xorasana hücum etdilər və şah qoşunlarına dalbadal sarsıdıcı zərbələr vurdular. Lakin türkmən sərkərdəsi Buta xan Qacar agenti tərəfindən öldürüldü, ona görə də hücumları dayandırmalı oldular. 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra türkmənlər yenidən Rusiyaya onları Qacar şahlığının və yerli hakimlərin zülmlərindən qorumaq üçün müraciət etdilər. Bundan sonra Çar hökuməti İrandakı səfirinə taşırıq verdi ki, İran şahına Rusiya ilə dostluq münasibətlərində olan “Türkmənistan sakinlərinin incidilməsi və sıxışdırılmasına son qoyulması” xahişini çatdırsın. 1830-cu ildə Çar hökuməti xüsusi missiya ilə yasaul Lalayevi Türkmənistanın cənub-qərb rayonlarına göndərdi. Yasaul Lalayev türkmən sərkərdəsi Kiyat xanla birlikdə Tiflisdən Bakıya yollandı, orada bir ay qaldıqdan sonra Xəzər sahilində türkmənlərin yaşadığı Çeleken yarımadasına gəldi. Lalayev Çelekendə dəniz kənarındakı 30 alaçıqlıq aulda Kiyat xanın evində beş gün qonaq qaldı və ona böyük hörmət göstərildi. Türkmən ellərini gəzərək hərtərəfli məlumatlar toplayan Lalayev onların kütləvi surətdə Rusiyaya birləşmək istəyi barədə hökuməti məlumatlandırdı. Kokandlıların soyğunçu hücumlarından zinhara gəlmiş köçəri qırğızlar Çar administrasiyasına onları müdafiə etməklə bağlı müraciət etdilər. 1832-ci ildən başlayaraq Rusiya hökuməti tərəfindən türkmən ellərinə Qriqori Karelinin rəhbərliyi altında bir neçə ekspedisiya göndərildi. Karelinin ekspedisiyasında bir qrup Manqışlaq türkməni də iştirak edirdi ki, onlardan dördü sonradan Rusiya dövləti qarşısında xidmətlərinə görə qızıl medallara layid görüldü və xüsusi hədiyyələr aldılar. Karelinin ekspedisiyası göstərdi ki, yerli xan və bəylərin zülmlərindən cana doymuş türkmən xalqı Rusiyanın himayəsinə sığınmaq arzusundadır. Türkmən elçiləri dəfələrlə Novo-Aleksandrovskoe qalasına gələrək Rusiya təbəəliyinə qədul olunmalarını xahiş etmişdilər. O dövrün bir çox rəsmi sənədləri Rusiya ilə siyasi və iqtisadi planda birləşməklə bağlı türkmən hərəkatının geniş vüsət almasına göstərir. 1836-cı ildə Həsən-Quli kəndində 20 777 yomut ailəsini təmsil edən türkmən ağsaqqalları və qaziləri yığışıb toplantı keçirdilər. Sənədlərdə “Qazilərin və hörmətli adamlarının ümumi şurası” kimi göstərilən həmin məclisdə türkmən xalqının könüllü surətdə Rusiyaya birləşdirilməsi barədə qərar qəbul olundu. Bununla bağlı türkmənlər üçün həyati əhəmiyyət daşıyan və Türkistan tarixində mühüm rol oynayan vacib bir sənəd- Çar hökumətinə ərizə formasında yazılı müraciət hazırlandı. Türkmən başbilənlərinin həmin müraciətində aşağıdakı misralar böyük maraq doğurur: “Bizim sayımız çoxdur və igidik, amma birliyimiz, ağlımız və nizam-intizamımız yoxdur. Bizə Böyük Himayədar gərəkdir ki, bütün türkmənlərdən bir can və ruh toparlasın. Onda qonşular bizi güclü biləcəklər və bütün türk tayfaları bizim dalımızca gələcəklər”. Türkmənlər təbəəliyə qədul olunduqları təqdirdə Rusiya hökmdarına xidmət və itaət göstərməyi, müharibə olacağı təqdirdə orduya 10 min atlı qoşun yollamağı, rus tacirlərini Məşhədə və digər İran şəhərlərinə kimi yol boyu müşayiət edərək qorumağı, balıq vətəgələrini yalnız rus tacirlərinə verməyi və s. öhdəlikləri öz boyunlarına götürdülər. Türkmənlər yaxşı başa düşürdülər ki, Türkmənistanın Rusiya tərkibinə girməsi ölkədə bolluğun yaranmasına və təsərrüfatın inkişafına səbəb olacaqdı, onların ərzaq məhsulları və təsərrüfat malları almaq üçün uzaq Xivə və İran bazarlarına getməsinə lüzum qalmayacaqdı. Türkmən elləri Rusiya himayəsinə girməklə həm də xarici təhlükələrdən qorunmaq və birib-tükənməyən tayfa davalarına son qoymaq istəyirdilər. Türkmən böyüklərinin Çar hökumətinə ünvanladığı həmin tarixi müraciət Rus hərbi ekspedisiyasının rəhbəri Qriqori Karelinə təqdim olundu.
 Karelinin ekspedisiyası getdikdən sonra türkmənlərin Rusiyaya birləşmək istəyi ilə Çar hökumətinə müraciət ünvanlamasından xəbər tutan Qacar hökuməti onları cəzalandırmaq qərarına gəldi. Qacarların göndərdiyi cəza dəstələri türkmən ellərini qırıb çatdı, kəndləri xarabazarlığa çevirdi. Türkmənlərin rəhbəri Kiyat xanın oğlu Yaxşı Məmməd Rusiyanın Qafqaz valisinə şikayət məktubu yazaraq Qacar qoşunlarının türkmən əhalisinə tutduğu divan barədə məlumat verdi. Yaxşı Məmməd məktubunda Rusiya hökumətindən ac-yalavac və səfil hala salınmış türkmən xalqına ərzaq yardımı göndərilməsini istədi. Rusiya hökuməti Xəzər sahilində yaşayan türkmənlər üçün 6 min pud un göndərdi. 1842-ci ildə Qacar əsgərləri Qurgen vadisində yaşayan türkmən yurdlarına da hücum etdi. Nəticədə Qurgen çayı sahilləri boyunca yaşayan türkmənlər acınacaqlı duruma düşdülər. 1846-cı ilə qardaşı Rəhimqulu xanın yerinə Xivə xanı keçən Məhəmmədəmin xan böyük bir orduyla sarıq türkmənlərinin üzərinə yürüdü və onları qırıb çatdı. Bu zaman Xivə xanlarının cinayətlərindən və talanlarından cana doymuş təkləlilər üsyana qalxdılar və salurlar da onlara qoşuldular. Təkləlilərin rəhbərliyi altında türkmənlər birləşərək 1855-ci ilin baharında Xivə ordusunu məğlubiyyətə uğratdılar və Məhəmmədəmin xan öldürüldü.
 1819-cu ilin yazında M.Ponomaryovun rəhbərliyi altında türkmənlərin yaşadığı ərazilərə birinci, 1821-ci ildə isə N.Muravyovun rəhbərliyi altında ikinci hərbi ekspedisiya göndərilmişdi. Həmin ekspedisiyalar Türkmənistanın siyasi, iqtisadi və elmi aspektlərdən öyrənilməsində mühüm rol oynadı. İndi artıq Türkmənistanla əlaqəlar iki istiqamətdən- həm Astarxan, həm də Qafqaz yolu ilə qurulurdu. 1841-ci ildə ingilislərin Əfqanstandakı mövqeləri Amu-Dərya çayının sol sahillərinə doğru irəlilədi, bununla bağlı Buxara əmiri Rusiyada siyasi-hərbi heyət dəvət etdi. 1850-ci illərdə isə Orta Asiyaya siyasi və iqtisadi vəziyyəti araşdırmaq məqsədilə şərqşünas alim Nikolay Xanıkovun, diplomat Nikolay İqnatyevin, kəşfiyyatçı Çokan Valixanovun rəhbərlik etdiyi müxtəlif qruplar gəldi. Rusiya hökumətinin türkmən torpaqlarına göndəriyi nümayəndənin başçısı 1-ci ranq kapitanı Nikolay Krabbeyə mövcud durumu yerindəcə diqqətlə öyrənmək tapşırıldı. 
 1840-cı ildə Astarada Rus Dəniz Kreyserliyi yaradıldı. Kreyserlik Rusiya-İran ticarət əlaqələrinin, eləcə də türkmənlərlə münasibətlərin qurulmasında mühüm rol oynadı. Rusiya Dəniz Nazirliyinin rəhbəri böyük knyaz Konstantin Nikolayeviç hərbi gəmilərin heyətlərinə tapşırıq vermişdi ki, yerli türkmən camaatı ilə mehriban davransınlar və sıx ünsiyyətə girsinlər. Belə siyasət türkmənlərin Rusiyaya meyllənməsində və Çar hökuməti nümayəndələri ilə aktiv kontakta girməsində böyük rol oynadı. Çar hökuməti Şərqdəki hərbçilərinə türkmənlərlə mehriban davranmaq barədə yeni instruksiya verdi. Həmin dövrdən etibarən rus komandirləri Xəzər dənizi ətrafında yaranmış bir çox problemli məsələlərin həllində türkmənlərdən istifadə etməyə başladılar. Rus hərbi gəmilərinin komandirləri türkmən qaziləri və aul böyükləri ilə qarşılıqlı əlaqələr qurdular. Tədricən türkmən diyarı Rusiya imperiyasının Şərqdəki etibarlı forpostuna çevrildi. Fransız səyyahı Edqar Bulanjye bir az da uzağa gedərək yazırdı ki, “türkmən xanları rus zabitlərinə işləyirlər”. 1858-ci ildə Rusiya hökuməti Qurgen və Atrek çaylarının Xəzərə tökülən hissəsinə desant çıxarmaq istərkən də dövlət nümayəndələrinin iclasında türkmənlər Rusiyanın əsas dayaq qüvvəsi kimi qiymətləndirildi və onların Rusiya təbəəliyinə götürülməsinin vacibliyi vurğulandı. 1860-cı illərdə türkmənlərin dəstəyi ilə Krasnovodsk körfəzinə qoşun yeridilməsi, burada ticarət faktoriyalarının və istehkamların qurulması məsələləri müzakirə olundu.
 Rusiya hökumətinin dəstəyini qazanan türkmənlər Xivənin iudey və İranın qacar hakimlərinə qarşı ölüm-dirim savaşına girdilər. Xivə və İran hakimləri demək olar ki, hər il Cənubi və Cənub-Qərbi Türkmənistan torpaqlarına soyğunçuluq və quldurluq yürüşləri edirdilər. Təkcə 6-7 il ərzində türkmənlərlə xan ordusu və şah qoşunu arasında böyük itkilərə səbəb olan üç qanlı vuruşma oldu. Rusiyaya birləşmək perspektivlərindən ruhlanan türkmən xalqı xarici aqressorlara qarşı qəhrəmancasına çarpışırdı. Feodal zülmlərindən cana bezmiş Xivə türkmənlərinin rəhbəri Atamurad xan dəfələrlə Rusiya hökumətinə müraciət edərək onların təbəəliyə qəbul edilməsini və Xivə xanına qarşı mübarizədə dəstək verilməsini istədi. Türkmənlərin tabeçilikdən çıxdıqlarını və Rusiyaya birləşmək uğrunda kəskin səylərini görən Xivə xanı onların suvarma kanallarını bağlayaraq acınacaqlı duruma saldı. Bundan sonra Atamurad xan Krasnovodska gələrək Rusiya ordusundan kömək istədi. 1854-ci ildə türkmən əsgərləri Govşut xanın rəhbərliyi altında Seraxs kəndi yaxınlığında xivəliləri elə ağır məğlubiyyətə uğratdı ki, Xivə xanı bir də türkmən torpaqlarına girməyə cəsarət etmədi. 1858-ci ildə təkəli, yomud və göklenlərdən ibarət türkmən süvariləri Qarrıqala yaxınlığında Qacar qoşununu büsbütün məhv etdi. 1861-ci ilə türkmənlər isə Qacar sərkərdəsi Həmzə Mirzənin rəhbərlik etdiyi 35 minlik qoşunu qırıb çatdılar.
 1869-cu ildə Rusiya hökuməti Krasnovodsk sahillərinə türkmənlərin dəstəyi ilə desant çıxardı. Polkovnik Nikolay Stoletovun rəhbərliyi altında rus ordusunun Krasnovodska girməsi Türkmənistanın Rusiya birləşməsi proseslərinə start verdi. Türkmənistanın birləşdirilməsi türkmən xalqının taleyində əlamətdar rol oynadı. Rus idarəçiliyinin yaranması türkmən xalqının məşəqqətli həyatına son qoydu və qan-qada ilə dolu tarixinə nadir müsbət hadisələrdən biri kimi yazıldı. Rusların gəlişi ilə Türkmənistanda geniş yayılmış qul alveri qadağan edildi, feodal qırğınlarına son qoyuldu, pərakəndə türkmən torpaqları birləşdirildi ki, bu da türkmənlərin xalq kimi formalaşmasında əsaslı rol oynadı. Kənd təsərrüfatı və iqtisadiyyat inkişaf etməyə başladı, xalqın maddi vəziyyəti tədricən yaxşılaşdı. Feodal mahiyyətli Türkmənistanda Rusiya kapitalizminə xas elementlər görünməyə başladı. Türkmən mədəniyyəti rus mədəniyyətinin detalları ilə zənginləşdi. Rusların gəlişi ilə Qaraqum çöllərinə yeni nəfəs və sivilizasiya gəldi. Ən əsası isə rusların Türkmənistana girməsi Orta Asiyanın ingilislər tərəfindən işğalı təhlükəsini aradan götürdü.
 1873-cü ildə Xivə yürüşü zamanı türkmənlər rus ordusunu dəvə və ərzaqla təmin etdilər. Türkmən süvariləri böyük həvəslə rus eskadronlarına regionda qayda-qanun yaratmaqda və soyğunçulğun qarşısını almaqda köməklik göstərirdilər. İmperiyaya xidmətdə bulunan türkmən əsgərlərinin köməyi ilə Rusiya və İran arasındakı ticarət yollarına tam nəzarət sistemi quruldu və Xəzər dənizi hövzəsində təhlükəsizlik təmin olundu.
 20 iyun 1875-ci ildə isə Xəzəryanı hərbi şöbənin rəisi general Nikolay Lomakin Axaltəkə vahəsinin 90 minlik təklə camaatının Rusiya təbəəliyinə götürülmək barədə məktubunu aldı. 1881-ci ilin fevralında Xəzəryanı vilayət qoşunlarının ştab rəisi general Nikolay Qrodekov hökumət qarşısında “Göytəpə və Aşxabad arasında poçt əlaqəsinin yaradılmasında təklə igidlərindən vasitəçi kimi istifadə edilməsi” məsələsini qaldırdı. Həmin ilin 26 aprelində Xəzəryanı hərbi şöbənin rəisi general Pyotr Rerberq türkmənlərin ictimai asayişin qorunması üçün işə götürülməsini təklif etdi. 5 may 1881-ci il tarixli əmr ilə türkmənlərdən ibarət Axaltəkə Atlı Milisi yaradıldı. Axaltəkə sakinləri özləri öz aralarından 160 fərəc (milisioner) və 4 sərdar (komandir) seçdilər. Sıravi milisionerlərə 30 manat, komandirlərə isə 50 manat aylıq məvacib ayrıldı. 27 iyul 1881-ci ildə Qazqaz hərbi dairəsi qoşunlarının komandanı general-feldmarşal Akelsandr Baryatinski Hərbi Nazirliyin baş ştab rəisi general Leonid Sobolevə teleqramında təklə gənclərindən ibarət bir-iki polkun yaradılmasının vacibliyini bildirdi. Bir həftə sonra baş ştabın yeni rəisi general-adyutant Nikolay Obruçev təkləlilərdən ibarət bir və ya iki kavaleriya polkunun yaradılması barədə hərbi nazirin əmrini Qafqaz dairəsinə yolladı. Rus ordu komandanlığı qoçaq türkmən əsgərlərini Varşava hüdudlarına gətirmək və Prussiya sərhədlərində də xidmətə cəlb etmək niyyətində idi. Mərvə gəldiyinin səhəri günü general Aleksandr Dondukov-Korsakov təkləlilərdən ibarət 2 hərbi eskadronun yaradılması barədə əmr verdi. Həmin eskadrona götürülmüş türkmən əsgərləri öz milli geyimlərinin üstündən ağ paqonlar taxır və ağ furajka qoyurdular. Onlara berdanka tipli tüfənglər verilmişdi. 30 sentyabr 1885-ci ildə Qafqaz hərbi dairəsinin komandanı general-adyutant Dondukov-Korsakov Hərbi Nazirliyin baş ştabına məktub yazaraq türkmən uşaqlarına imperiyanın hərbi-elmi məktəblərdə təhsil verilməsi təklifini dəstəklədiyini bildirdi. 1893-cü ildən etibarən Orenburq Kadet Korpusuna oxumağa hər il 2 türkmən uşağı göndərilirdi. Türkmənlər rus ordusunda həvəslə xidmət göstərirdilər. Ömrü boyu at belindən düşməyən türkmən gəncləri üçün məvacibli hərbi  xidmət göydəndüşmə idi. Rusların yerli əhaliyə insani münasibəti türkmənlər arasında böyük sevgi yaratmışdı; onlar Rusiya dövlətinə xidmətə həvəslə girirdilər və imperiya maraqlarını cani-dillə qorumağa çalışırdırlar. Rusların gəlişi ilə regionda əmin-amanlıq yaranmışdı. Yerli xalqlar yeni bir sivilizasiya və tam fərqli münasibətlər atmosferi ilə tanış olmuşdular. Odur ki, Türkistan əhli yeni sistemin bərqərar olmasına və təşəkkülünə böyük həvəs göstərirdilər. Buxara və Xivə xanları, türkmən bəyləri tez-tez maraq içində rus hərbi hissələrini gəlir və rus əsgərlərinin paradlarına heyranlıqla tamaşa edirdilər. Tanınmış təklə xanları Qul Batır, Əvəzqulu Sərdar, Maşrıq Hoca, Annaberdı Muradşıxov, Tacməmməd xan, Qarrı xan, Muradəli xan Adıxanov, Qurbanqulu xan Gülniyazov, Kişikxan Qaziyev, Allaberdı xan Muradov, Niyazmurad xan Əvəzbəyovun övladları yeni yaradılmış Türkmən divizionunda xidmətə girdilər. Onların bir çoxu sonradan pristav oldu və mühüm dövlət işlərində çalışdı. Divizionun nəzdində olan məktəbi Qoçqulu Nepesov, Danatar Artıqov, Baba xan Menqli xan oğlu kimi adlı-sanlı türkmən igidləri bitirib zabit rütbəsi aldılar.
 1870-ci illərin əvvəllərində 1890-ci illərin axırlarında Orta Asiyada Rusiya-İngiltərə münasibətləri kəskinləşdi. 1879-cu ildə İngiltərə hökuməti məcburan Əfqanıstana saziş imzalatdırdı və ölkədə ingilis hegemonluğu quruldu. Bundan sonra ingilislər əfqan hakimlərini Rusiya ilə münaqişəyə sövq etməyə başladılar. Əfqan əmiri Əbdürrəhman xan ingilis zabitlərinin fitvası ilə Rusiyaya torpaq iddiaları etdi. O qonşu türkmən torpaqlarının, xüsusən də Heratdan Mərvə gedən ticarət yolunu nəzarətdə saxlamağa imkan verən Pende vahəsinin Əfqanıstana mənsub olduğunu bildirdi. Əfqan qoşunu Pende vahəsinə soxuldu. Mərvin ardınca Rusiya təbəəliyinə girmək arzusunda olan Pende əhalisi- türkmən sarık və saqor tayfaları onlara müqavimət göstərdilər. Türkmənlər Mərvdəki Rusiya ordusu komandanlığına kömək üçün müraciət etdilər. Yaranmış vəziyyətlə bağlı Rusiya çarı 3-cü Aleksandra məruzə olundu. Çar general Aleksandr Komarova əfqanları “qovmaq və necə lazımdır tənbeh etmək” tapşırığı verdi. Rus qoşunu Muqrab çayı kənarı ilə İmam Baba məqbərəsinə kimi gəldi. Sarıklar rusları əzuqə və atlarını ələflə təmin etdilər. 18 mart 1885-ci ildə Qızıl Təpə kurqanı yaxınlığında türkmən və kazaklardan ibarət 1500 nəfərlik rus qoşunu əfqanların 4500 nəfərlik qoşunu ilə üz-üzə gəldi. Qızğın döyüş zamanı əfqanlar 600 nəfər itki verdilər və qaçmağa başladılar; 8 top və 2 bayraqları döyüş meydanında qaldı. Rus qoşunundan isə cəmi 10 kazak və türkmən həlak oldu, 29 nəfər isə yaralandı. Heç bir odlu silahı olmayan türkmən süvariləri təkcə qılıncla əfqanları biçib tökərək misilsiz şücaət göstərdilər. Govşut xanın oğlu Baba xanın rəhbərlik etdi türkmən atlı dəstəsi əfqanların 4 topunu, Aman Kılıç adı türkmən əsgəri isə döyüş bayrağını ələ keçirdi. Əfqanların Kuşka çayının o üzündəki düşərgəsində oturub müşahidə aparan ingilis təlimatçıları döyüşün uduzulduğunu görüb qaçmağa üz qoydular, bir neçə ingilis zabiti əsir də düşdü, lakin yalvar-yaxardan sonra kazaklar onları sərbəst buraxdıqlar. Həmin döyüşdə türkmənlər kazaklarla birgə Rusya imperiyasının şərəfini ləyaqətlə qorudular. Çar hökuməti general Aleksandr Komarovu Georgiyev xaçı ilə, şücaət göstərmiş zabitləri müxtəlif orden və medallarla təltif etdi, əsgərlər isə hərəsi 3 manat pul mükafatı aldılar. General Komarov 30 mart 1885-ci il tarixli raportunda türkmənlərin qəhrəmanlığı haqqında yazırdı: “İgidlər layiqli dövlət qulluqçusu olmaq üçün bütün güclərini sərf etdilər və öz qanları hesabına requlyar qoşunlarla qardaşlıq birliyində olmaq hüququ qazandılar”. Hətta həmin münaqişəni təşkil edən və əfqanlara dəstək verən ingilislər belə öz xatirələrində Kuşka döyüşündə türkmən atlılarının qeyri-adi şücaətindən, qorxmazlığından, düşmənin üstünə sel kimi axmalarından ağız dolusu yazırlar. Həmin döyüşdə Rus ordusu əfqanlara elə bir dərs verdi ki, Əbdürrəhman xan sarık torpaqlarına bir daha üz tutmayağını və bundan sonra ruslarla “xeyirxah qonşu” kimi yaşayacaqlarını bəyan etdi. Əfqanlar üzərində zəfərdən sonra Orta Asiyada Rusiya administrasiyanın reputasiyası qat-qat artdı. Ətraf ellərdə yaşayan türkmənlər dəstə-dəstə general Komarovun yanına axışmağa başladılar, qələbə münasibəti ilə sevinclərini bildirdilər və Rusiya təbəəsi olmaq istəklərini dilə gətirdilər.
 Hökumət nümayəndələri türkmən uşaqlarının rusca hərbi təhsil alması və müxtəlif şərq dillərini öyrənməsi məqsədilə məktəblər açılması məsələsi üzərində düşünməyə başladılar. Bir müddət sonra türkmən uşaqlarına məktəb açmaq təklifi ilə Govşut xanın oğlu Qədir Məmməd xan müraciət etdi. İqdır türkmənlərinin böyüyü Məmməd Səfa Quliyevin onun oğlunu Orenburqdakı Neplyuev adına kadet korpusuna qəbul etmək xahişini Çar hökuməti məmnuniyyətlə qəbul etdi. Yomud türkmənlərinin böyüyü Kiyat xanın övladları da Peterburq və Tiflis gimnaziyalarına təhsil almağa göndərildilər. Onun kiçik oğlu Qaraşxan imperiyaya misilsiz xidmətlər göstərdi. Kamenets-Podolsk ulan polkunun zabit kurslarını bitirdikdən sonra o 12-ci Belqorod ulan polkunda qulluğa girdi. Krım və rus-türk müharibələrində göstərdiyi şücaətlərə görə polkovnik rütbəsi aldı və Georgiyev xaçı ilə mükafatlandırıldı. Vətəninə qayıtdıqdan sonra o Krasnovodskda Xəzəryanı şöbəyə məmur vəzifəsinə götürüldü. 11 aprel 1879-cu ildə Qaraşxan Yomudski türkmən uşaqlarına rus, ərəb, fars və s. dillərin öyrədilməsi üçün məktəb açılmasının zəruriliyi barədə Hərbi Nazirə məktub yazdı. Qaraşxanın öz oğlanları hamısı hərbi təhsil aldılar və imperiyaya sədaqətlə xidmət etdilər. Bir oğlu İvan Yomudski Birinci Dünya Müharibəsi zamanı Lvov ətrafında gedən döyüşlərdə həlak oldu. Digər oğlu Nikolay Yomudski Pskov Kadet Korpusunu bitirdikdən sonra Mərvdə 1-ci atıcı batalyonda xidmətə girdi, uzun illər pristav işlədi və 1910-cu ildə polkovnik rütbəsində istefaya çıxdı. Üçüncü oğlu Nəzər isə tanınmış rəssam oldu. Baharlı ətrafından olan bəy oğlu Xocaqeldı Xocamuradov Orenburq Kadet Korpusunda oxuduqdan sonra təhsilini Moskva Piyada Qoşunları Məktəbində davam etdirdi və Türkistan Atıcı Briqadasında xidmətə girdi. Orenburq Kadet Korpusunda gələcək türkmən zadəganları Annamurad Qurbanov, Silap Sərdarov, Bapbı və Qaqacan Berdıyevlər də təhsil aldılar. Razzaq Xan Hacıyev 3-cü Moskva Kadet Korpusunu bitirdikdən sonra Tver Kavaleriya Məktəbinə daxil oldu. Birinci Dünya Müharibəsi zamanı ordu ştabının mühafizə dəstəsinə rəhbər təyin edildi. Razzaq xan böyük hörmət bəslədiyi general Kornilova sonadək sədaqətlə xidmət göstərdi.
 1881-ci ilin mayında imperator 3-cü Aleksandrın sarayına beş nəfərlik türkmən nümayəndə heyətinin başında vaxtilə Göytəpə qalasının müdafiəsində ruslara qarşı vuruşmuş Dıkma Sərdar gəldi. Dıkma Sərdar özü ilə 10 yaşlı oğlu Orazı da gətirmişdi və onun Peterburqda hərbi mətkəblərdən birində təhsil almasını istəyirdi. Qarayanız və məğrur uşaq imperator 3-cü Aleksandr və həyat yoldaşı imperatriça Mariya Fyodorovnada böyük maraq doğurdu. Onlar uşağa qızıl saat bağışladılar. Dıkma Sərdarın arzusu yerinə yetirildi və oğlu imperiyanın ən prestijli hərbi məktəbi sayılan Pajeski korpusa qəbul edildi. Dıkma Sərdarın təhsil alan oğlu ilə bağlı ordu ştabının polkovniki Meşetiçə ünvanlanmış məktubu saxlanmışdır. Məktubda Dıkma Sərdar yüksək çinli məmurdan Orazın təhsilinə və səhhətinə qarşı diqqətli olmağı, oğluna lazım olan xərclər barədə onu məlumatlandırmağı xahiş edir. Həmin vaxt Dıkma Sərdar özü Türkistanda milis mayoru rütbəsində xidmət göstərirdi. Hərbi təhsilini uğurla başa vuran Oraz Sərdar draqun polklarından birinə xidmətə göndərildi, sonra isə məşhur Təklə Atlı Polkunda eskadron komandiri oldu. Birinci Dünya Müharibəsi cəbhəsində göstərdiyi şücaətlərə görə ona general-mayor rütbəsi verildi.
 Türkmənlər Mərvin qan tökülmədən Rusiya İmperiyasına birləşdirilməsində mühüm rol oynadılar. Ordu komandanı general Aleksandr Komarov Mərvə Rusiya təbəəliyini qəbul etmək təklifi ilə ştabs-rotmistr Maqsud bəy Əlixanovu və təkləli mayor Məhtumqulu xan Nurberdıxanovu göndərdi. Onlar bu missiyanı uğurla yerinə yetirdilər. Məhz Əlixanovun və Məhtumqulu xanın avtoriteti sayəsində mərvlilər rus ordusuna qarşı çıxmadılar, əksinə könüllü olaraq Rusiyanın himayəsini qəbul etməyə razılıq verdilər. Mərvlilərin nümayəndə heyəti 25 yanvar 1884-cü ildə Aşqabada general Komarovun yanına təbəəlik ərizəsi gətirdi, razılıq alındıqdan sonra isə İmperatora sədaqət andı açdı. Beləliklə, Mərv bircə güllə də atılmadan Rusiya imperiyasının tərkibində daxil oldu. General Aleksandr Komarovun taktiki gedişləri sayəsində Tecen, Serah, Yolotan, Pende məntəqələri də qansız-qadasız və heç bir məsrəf olmadan Rusiyanın tərkibinə keçdi. Komarov Ağ Qartal ordeni ilə təltid edildi, üstünə “İgidliyə görə” yazılmış və brilliantlarla bəzədilmiş qızıl qılıncla mükafatlandırıldı. Məhtumqulu xan Nurberdıxanov isə milis podpolkovniki rütbəsi aldı və 27 fevral 1907-ci ildə Rusiya Dövlət Dumasına deputat seçildi.
 1896-cı ildə Buxara əmiri Əbdüləhəd xan çar 2-ci Nikolayın taclandırma mərasimində iştirak etmək üçün Moskva və Peterburqa gəldi. Əbdüləhəd xan Çar hökumətindən Qara Dəniz Flotunun Sevastopoldakı gəmilərinin ona göstərilməsini istədi. Xanın xahişi yerinə yetirildi. Rus hərbi gəmilərində gördüyü texnika və silahlar xanı elə heyran qoydu, elə dərin təəssürat buraxdı ki, o 1905-ci ildə Rus ordusuna 1 milyon qızıl pul ayırdı. Xanın puluna Baltika flotu üçün gəmilər eskadronu inşa edildi. Xanın xeyirxah missiyasına minnətdarlıq olaraq ruslar gəmilərdən birinə “Buxara əmiri” adı verdilər. Rus xalqı ilə qardaşlıq planları quran və regionun Rusiya ilə inteqrasiya olunmasını dəstəkləyən Əbdüləhəd xan bundan həvəslənərək artilleriya ilə silahlanmış “Xivəli” adlı kanoner qayığının düzəldilməsinə də pul ayırdı. Həmin gəmilər türkmənlərin pulu ilə ərsəyə gəlmiş digər “Stavropol türkməni” gəmisi ilə birlikdə Birinci Dünya Müharibəsinin dəniz döyüşlərində iştirak etdi. Sözün əsl mənasında Rusiyanın böyük dostu olan Əbdüləhəd xan həm də Çarjoydakı Orenburq Kazak Polkuna şeflik edirdi və Çar tərəfindən general rütbəsinə layiq görülmüşdü. Böyrək xəstəliyindən əziyyət çəkən xan hər il Qafqaza müalicəyə gəlirdi. Tez-tez yolüstü Bakıda da olurdı və Hacı Zeynalabdin Tağıyevin yanında qonaq qalırdı.
 Birinci Dünya Müharibəsi zamanı da Orta Asiya türkləri İmperiyaya sadiq olduqlarını bir daha sübuta yetirdilər. Elə müharibə elan olunan gün Xivə xanı general-mayor Seyid İsfəndiyar Bahadur mobiliziyasiya elan etdi və axşam Peterburqa teleqram vurdu ki, cəbhəyə 40 min süvari döyüşçü göndərməyə hazırdır. Çar İsfəndiyar xanın təklifini qəbul etmədi, təkcə könüllülərin göndərilməsini istədi. Buxara əmiri general-mayor Seyid Məhəmməd Alimxan (Əbdüləhəd xanın oğlu) cəbhəyə gedən hər bir adamın ailəsinə pul mükafatı verəcəyini bildirdi. Səmərqənd müftisi, tanınmış şair Mahmudxoca Behbudi “Ayna” qəzetində yazmışdı: “Türkistan əhalisi həmişə vətənpərvər olmuşdur və indi yenidən bunu sübuta yetirəcəkdir. Bu, vicdanın səsi və Quranın buyruğudur”. Rusiya Dövlət Dumasındakı müsəlman fraksiyasının üzvləri bəyanat verdilər ki, “müsəlmanlar Vətən qarşısında borclarını anlayaraq hər cür qurbanlara hazırdılar və rus vətəndaşları ilə birgə sonadakər mübarizə apararaq Rusiyanın şərəfini və ərazi bütövlüyünün qoruyacaqlar”. 25 avqust 1914-cü ildə Peterburqdakı 15 minlik Türkistan diasporu şəhərdəki Cümə məscidinə toplaşaraq Rus ordusunun qələbə çalması üçün dualar etdilər. Buxara və Xivənin hakim ailələrindən olan gənclər hamısı zabit rütbələri daşıdığından öz xidmət etdikləri polklara yollandılar. Qəzetlər yazırdılar ki, dəmir yolu vağzallarında, qatarlarda hay-hüylü sevincin həddi-hüdudi yox idi; xivəli, kokandlı, buxaralı gənc zabitlər öz köhnə dostları ilə rastlaşır və şadyanlıq edirdilər. Onlar “Çara qarşı çıxmağa cəsarət etmiş kayzer Vilhelmin dərsini vermək” həvəsindəydilər. Hökumət Türkistandan cəbhəyə əsgər göndərmək üçün əhalini  mobiliziya etmək barədə qərar vermədi, təkcə könüllüləri aparmaqla kifayətləndi. Lakin könüllülərin sayı o qədər çox oldu ki, hər biri barədə xüsusi qərar vermək lazım gəldi. Tanınmış ilahiyyatçı Ceyhunbəy Hacıbəyov İmperiya uğrunda döyüşən qəhrəman türkistanlılar barədə yazmışdı: “Ürəyində Allah sevgisi olan bu igidlər bütün dünyaya göstərdilər ki, Vətən ideyası onlarçün el və din bağlantılarından daha üstündür”. Müharibəyə dair arxiv sənədlərində göstərilir ki, orduda “türk milliyyətindən olan” 1,5 milyon əsgər vardı. Müsəlman zabitlərin sayı 269, generalların sayı isə 13 idi. Ola bilsin çox deyil, amma onların hər birinin öz qəhrəmanlıq tarixçəsi var. Məsələn, 1-ci Türkistan artilleriya divizionunun poruçiki Xudayarxan Əzəmətbek (Kokand xanının nəvəsi) göstərdiyi şücaətlərə görə qızıl Georgiyev qılıncı ilə təltif olunmuşdu. Onun batareyası gün ərzində kömək olmadan düşmənin ağır həmlələrinə sinə gərmişdi. Patronlar qurtaran zaman Xudayarxan qılıncını sıyırmış, sağ qalmış əsgərlərini öz ardınca düşmən üzərinə hücuma aparmış, yaralı halda bir neçə alman qrenaderini qılıncdan keçirmişdi. Xudayarxanı köməyə gəlmiş piyada qoşunu xilas etmişdi. Qorxmaz poruçik kapitan rütbəsinə layiq görüldü və 1-ci Türkistan korpusunun 3-cü batalyonuna komandir təyin olundu. Mənbələrdə türkistanlıların çoxlu sayda belə qəhrəmanlıq aktlarından bəhs edilir. Rusiya müharibə veteranlarının Peterburqda çıxan “Russkiy invalid” qəzeti bu münasibətlə yazmışdı: “Rus – rus familiyası daşıyanlar sayılmamalıdır; özünü rusiyalı hesab edən, bizim müştərək böyük Vətənimiz üçün canını verməyə hazır olanlar sayılmalıdır”.
 Müharibə dövründə Buxara və Xivə xanlıqları orduya hərtərəfli yardımlar etdilər. Buxara əmiri öz şəxsi vəsaiti hesabına yaralılar üçün Yaltada xəstəxana açdırdı, əsgər ailələrinə yardım üçün Qırmızı Xaç cəmiyyətinə 100 min rubl, hərbi xərclər üçün isə hökumətə 1 milyon rubl ianə verdi. Xivə xanı cəbhəyə min yun kürk və digər isti paltarlar göndərdi, hərbi xərclər üçün 100 min rubl verdi. 1914-cü ilin axırında Peterburqda “Hərbçilərə və Ailələrinə Kömək Üzrə Müvəqqəti Müsəlman Komitəsi” yaradıldı; paytaxtda yaşayan türkistanlılar cəbhəyə yardım üçün bütün imkanlarını səfərbər etdilər. Türkmənlər ordunu atla təmin etdilər. Həmin müharibəni “motorların müharibəsi” adlandırsalar da, o dövrdə tank və təyyarələr az istehsal olunurdu; döyüş meydanında qələbənin taleyi süvarilərdən asılı idi. Ona görə də müharibə aparan dövlətlər üçün ağır topları dartan perşeron cinsli araba atları yanaşı ərəb cinsli minik atlarına da ehtiyac duyulurdu. Xivə və Buxara türkmənləri cəbhəyə axaltəkə, qarabair və digər məşhur cinslərdən olan 70 min çevik at göndərdilər. Xüsusən Uraldan olan kazaklar, sibirlilər və orenburqlu döyüşçülər dözümlü və bərk qaçan Orta Asiya atlarına böyük önəm verirdilər. Müharibə başlayan gündən 1917-ci ilin 1 fevralına kimi Türkistandan ordunun ehtiyacları üçün 2 milyon 400 min rubl pul, 40 899 244 pub pambıq, 299 min pud sabun və s. göndərildi.
 1935-ci ildə türkmənlər tarixdə misli-bərabəri olmayan at yürüşü həyata keçirdilər. Axaltəkə və yomud cinsindən olan atların belində onlar Aşqabaddan Moskvayadək 4300 kilometr məsafə qət etdilər. Həmin yolun 350 kilometri qızmar isti və tozlu qumla müşayiət olunan böyük səhradan keçirdi. 30 türkmən atlısı Qaraqum, Üst-urt və Volqaboyu çöllərini adlayaraq həmin çətin marşrutu 84 günə gəldilər. Uzun müddət ac-susuz qaldılar, yağış altında islandılar, qızmar günəşin şüasından yandılar, atları dizədək quma batıb taqətdən düşdü, amma türkmən igidləri səfəri uğurla başa vurdular. Türkmənlərin dəyanəti və atların dözümlülüyü bütün dünyanı heyranlıq içində qoydu. Türkmənlərin at belində Aşqabaddan Moskvayadək 4300 kilometr məsafə qət etməsi o dövrün qəzet səhiflərində və dövlət sənədlərində “dünya tarixində analoqu olmayan qəhrəmanlıq nümunəsi” adlandırıldı. Moskva əhalisi türkmən atlılarını gül-çiçəklə qarşıladı. Onların keçdiyi küçələrə lentlər çəkildi. O dövrdə kavaleriya ordunun əsas hissəsini təşkil etdiyindən həmin ağlasığmaz hərəkət bir növ müharibədən qabaq sovet süvarilərinin dözümlülüyünü göstərən sınaq aktı oldu. 1937-ci ildə Aşqabad Xalçaçılıq Fabrikində həmin tarixi olayı əks etdirən 331х202 sm ölçüdə möhtəşəm xalça toxundu. “At yürüşü” adlı məşhur xalça Nyu-York Belnəlxalq Sərgisində nümayiş olundu, sonra isə Moskvadakı Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq İncəsənəti Muzeyinə qoyuldu.
TƏKLƏ ATLI POLKU. 24 fevral 1885-ci ildə Rusiya İmperiyasının Xəzəryanı bölgələrində əmin-amanlığı qorumaq üçün Türkmən Atlı Dəstəsi yaradıldı. Həmin dəstə 7 noyabr 1892-ci ildə genişləndirilərək Türkmən Atlı-İrrequlyar Divizionuna çevrildi və konkret döyüş tapşırıqlarını yerinə yetirməyə başladı. Divizion podpolkovnik Pyotr Kalitinin rəhbərliyi altında İmperiyanın Əfqanıstan ilə sərhədlərini qoruyur və regionda kəşfiyyat işləri aparırdı. 10 iyun 1899-cu ildə Pyotr Kalitin Tersk Kazak Qoşunlarının 1-ci Volqa Polkuna komandir göndərildiyindən onun yerinə abxaz millətindən olan knyaz Malaxiy Marqaniya təyin olundu. Onun türkmənlər arasında böyük nüfuzu vardı. Türkmən əsgərlər ona “Mergen ağa” deyirdilər. Podpolkovnik rütbəsində olan Marqaniya hündürboy, əzələli adam idi, qışda qara, yayda ağ rəngli çerkeska deyilən Qarfaz milli geyimində gəzirdi. Ləyaqətli adam olduğundan hamıya hörmətlə yanaşırdı, dostlarına münasibətdə isə sadə və səmimi idi. Onun Aşqabaddakı evi həmişə qonaqlı-qaralı olurdu, onların içində türkmən igidləri üstünlük təşkil edirdi. Marqaniya hərbçi olmaqdan başqa həm də gözəl diplomat idi; türkmən və fars dillərində sərbəst danışdığndan onu tez-tez Türkistan xanları və İran şahının təbəələri ilə danışıqlara tərcüməçi kimi çağırırdılar. Marqaniya Divizionda nizam-intizama, əsasən də əsgərlər üçün şux atların seçilməsinə xüsusi fikir verirdi, ona görə də hərbi paradlarda onun divizionu öz əzəməti ilə heyranlıq doğururdu. Marqaniyanın at cinslərindən yaxşı başı çıxırdı, Axaltəkə atlarını yüksək qiymətləndirirdi. Məhz o tanınmış rus yazıçısı, tarixi romanlar müəllifi Vasili Qriqoryeviç Yan üçün qızılı-boz rəngli kəhər at seçmişdi ki, yazıçı İtalmaz adlı həmin səmənd atın belində Xivə, Əfqanıstan və İrana səyahət etmişdi. Səyahət zamanı Yanı Marqaniyanın tabeçiliyində olan türkmən döyüşçülər müşayiət etmişdi ki, yazıçı onlardan Xivədən olan igid Qılıc və Georgiyevsk mükafatına layiq görülmüş uryadnik Şaxnazar Qarabəyov haqında öz əsərində söhbət açmışdır.
 30 yanvar 1911-ci ildən Türkmən Atlı-İrrequlyar Divizionu Türkmən Atlı Divizionu adlanmağa başladı. Diviziondakı türkmən əsgərləri rus zabitlərinin rəhbərliyi altında təlim-məşq işləri ilə məşğul olur, hərbi elmin sirlərinə yiyələnir, sərhədçilərlə birgə ekspedisiya və inspeksiyalarda, eləcə də gizli tapşırıqların yerinə yetirilməsinə iştirak edirdi.
 Birinci Dünya Müharibəsi başlanan zaman Türkmən Atlı Divizionunun bazasında Türkmən Atlı Polku yaradıldı. Bu polka öz atları ilə müharibəyə könüllü yollanmaq istəyən türkmən gəncləri götürüldü. Türkmənlər Rus Çarına xidmət edəcək və müharibə meydanında düşmənə sinə gərəcək polkun yaradılması xəbərini böyük sevinclə qarşıladılar və polkun formalaşdırılması üçün əllərindən gələni etdilər. Mərv, Tecen və Aşqabad türkmənləri özləri polkun təhcizatı və müharibəyə göndərilməsi üçün 60 min rubl pul topladılar. Yerli əhali polku yaraşıqlı Axaltəkə cinsli atlarla təmin etdi. Türkmənlərin təşəbbüsünü Çar hökuməti yüksək qiymətləndirdi. Bu əlamətdar hadisədən mütəəssir olan imperator 2-ci Nikolay öz xətti ilə belə yazmışdı: “Türkmənlərə sidqi-ürəkdən təşəkkürümü bildirirəm”. 31 mart 1916-cı ildə Əlahəzrət İmperatorun əmri ilə polkun adı dəyişdirilərək Təklə Atlı Polku adlandırıldı, belə ki polk heyəti tamamilə Axal və Mərvin təklə elindən olanlardan təşkil edilmişdi.
 Qeyd edək ki, Divizionda xidmət könüllü olsa da, ora yazılmaq istəyən türkmənlərin sayı-hesabı yox idi. Bu hərbi hissədə türkmənlər öz milli xalat və papaqlarında xidmət edirdilər; özünəməxsus əyri qılınclarından başqa onlara berdanka tüfənglər verilirdi. Türkmən əsgərlər 25 rubl aylıq məvacib alırdılar. Divizionda xidmət iki il idi, həmin müddət başa çatdıqdan sonra əsgər öz razılığı ilə xidmətini davam etdirə bilərdi. Rus zabitləri və türkmən əsgərləri arasında qarşılıqlı səmimi münasibətlər yaranmışdı: türkmənlər zabitlərə tam etibar edir, hörmətlə yanaşır və onlara rus manerasına uyğun “boyar” deyə müraciət edirdilər. Tezliklə səliqəli və çevik türkmən igidlərlərindən təşkil olunmuş Divizionun şöhrəti bütün Türkistana yayıldı. Ömrü boyu at belindən düşməyən türkmən igidlərinə kavaleriyada xidmət etmək həzz verirdi. Çar ordusunun poruçiki olmuş türkmən Razzaq xan Hacıyev 1929-cu ildə divizionu belə xatırlayırdı: “Diviziona igidlik və şücaət axtaran, cəsurları sevən, macəra həvəsi ilə alışıb yanan və hərb sənətinin sirlərinə yiyələnməyə can atan adamlar daxil olurdular. Bunlar adlı-sanlı xanların, sərdarların, əsilzadə türkmənlərin övladları idi və öz atalarının hünərli yolunu davam etdirmək istəyirdilər. Bu arzu onlara ana südündən siyarət etmişdi”. Rusiya hərbi mütəxəssisləri türkmən atlılarını yüksək qiymətləndirirdilər. Müşahidəçilərin fikrincə, hətta Georgiyevski mükafatları almış təcrübəli rus əsgərləri belə təklə döyüşçülərinə heyranlıqla yanaşırdılar. General Nikolay Lomakinin bildirdiyi kimi, rus əsgərlərinin fikrincə, türkmənlər osmanlılar və Qafqaz dağlılarından da şücaətli döyüşçülər idi. “Kim ki Türkmən atlı polkunu görməyib, əsl altı ordunu görməyib”- müasirlərdən biri belə yazmışdı. O dövrün rus müəllifləri türkmənlərin qoçaqlığı, inadkarlığı və hərbi qabiliyyətləri barədə heyranlıqla söz açmışlar. Rus generalı, şərqşünas publisist və yazıçı Dmitri Loqofet 1909-cu ilə aid qeydlərində türkmən süvariləri haqqında belə deyirdi: “Türkmənlər bizim kavaleriyanın komplekt olunması üçün gözəl materialdır. Öz xarakterlərinə və əsrlərlə mənimsənilmiş dünyagörüşlərinə görə bu xalq xüsusən bizim ordu sıralarımız üçün arzuolunandır”. Rusiyanın hərbi naziri olmuş general Aleksey Kuropatkin də İmperiyaya canla-başla xidmət edən türkmən igidlərini yüksək dəyərləndirirdi. Onun məlumatlarından aydın olur ki, Divizionda xidmət keçən türkmənlərin bir çoxu artıq 1891-ci ildə göstərdikləri rəşadətlərə görə müxtəlif ordenlərlə təltif edilmişdilər. Kuropatkinin sözlərinə görə, türkmənlər soyuq silahla təkbətək döyüşdə mahirdirlər və onların gecə döyüşə girmək kimi qeyri-adi xüsusiyyətləri vardı. Yazıçı Vladimir Tuqan-Mirza-Baranovski 1881-ci ildə yazmışdı: “Təkləli çox gözəl çapar olmaqda və silahla mükəmməl davranmaqda hədsiz dərəcədə qoçaqdır və hətta öz düşmənlərində belə qoçaqlığı yüksək dəyərləndirir... İstənilən təkləlli söz verərsə, hətta canı və azadlığı bahasına olsa belə, o sözün üstündə durar. Ümumiyyətlə, təkləlilər böyük bacarıqlara sahibdirlər, həddən artıq tədbirlidirlər və öz vətənlərini hərarətlə sevirlər”. Türkistan general-qubernatoru Nikolay Qrodekov 1883-cü ildə yazmışdı: “Türkmənlər üçün özünkülərə xəyanət etməkdən böyük cinayət yoxdur, ona görə də hamı əmin idi ki, onların içindən xəyanətkar çıxa bilməz”. N.Latkin (1885-ci il): “Türkmənlər cəsurluqları və ölümdən qorxmamaları ilə fərqlənirlər. Onlar mətinliklə döyüşə atılır, özlərinə qıymadan vuruşurlar, eyni zamanda düşmənə də rəhm etmirlər. Türkmənlər, xüsusən də təkləlilər öz vətənlərini qızğıncasına sevirlər və onu son damla qanlarına kimi qorumağa hazırdırlar”. 1900-cu ildə Türkmənistanı gəzmiş yazıçı Yevgeni Markov türkmən əsgərlərini mədh edərək “qartal, bəbir, aslan” adlandırır və deyirdi: “Onların çoxu hündürboy, enlikürək, piysiz, əzələli atletlərdir”. Markov göstərirdi ki, təklə döyüşçüləri mühasirəyə düşəndə təslim olmurlar və sonadək vuruşurlar. Görkəmli Rusiya sərkərdəsi və strateqi Mixail Skobelyev də təklə döyüşçülərindən heyranlıqla söz açırdı və Avstriya-Macarıstan İmperiyası ilə sərhədə təklə kavaleriyası yeritməyin vacibliyini vurğulayırdıi. Bir müddət sonra Skobelyevin istəyi həyata keçdi və türkmən əsgərləri rus ordusunun tərkibində Venaya kimi irəlilədi.
 Birinci Dünya Müharibəsinin ilk aylarından Türkmən Atlı Polku Qərb cəbhəsində döyüşlərə qatıldı. 23 noyabr 1914-cü ildə Türkmən Atlı Polku Duplitse-Duje kəndi yaxınlığında alman piyada qoşununu darmadağın etdi. Tezliklə türkmən igidlərinin göstərdiyi şücaətlər haqqında əfsanələr dolaşmağa başladı. Əsir alınmış alman zabitlərindən biri türkmən döyüşçülərini “insan imkanlarından xaric igidliklər göstərən şeytanlar” adlandırmışdı. Birinci Dünya Müharibəsi zamanı Polk məğlubedilməzlik şöhrəti qazandı. Alman cəbhəsində cəmi iki ay yarım ərzində gedən döyüşlərdə iştiraka görə Polkun 627 əsgərindən 67 nəfəri Georgiyevski xaçı, 70 nəfərdən çoxu isə “İgidliyə görə” medalı, Müqəddəs Stanislav və Müqəddəs Anna ordenlərinin müxtəlif dərəcələri ilə təltif olundular. Çar 2-ci Nikolay müsəlman əsgərlərin müalicə oldunduğu hospitalın yerləşdiyi Çarskoe Selo sarayına gəldi və onlara mükafatları şəxsən özü təqdim etdi.
 1915-ci ildə Polk Qalitsiyada polkovnik Serqey Zıkovun rəhbərliyi altında şiddətli hücumlarla Avstriya piyada qoşunlarına tutarlı zərbələr endirdi. 28 may 1916-cı ildə Rus ordusu Dobronouts kəndi yaxınlığınlığındakı döyüşdə düşmənin nəhəng qüvvələrini məğlubiyyətə uğratdı. Həmin döyüşdə 600 nəfərdən ibarət türkmən polku 2 min Avstriya əsgərini öldürdü, 3 minini əsir götürdü, çoxlu sayda tüfəng, pulemyot, top, sursat, at, araba və s. ələ keçirdi. Təklə Atlı Polku Rusiya quru qoşunlarının əsas zərbə qruplarından birinə çevrildi. 
 Tarixçi Yuri Kiriçenko Təklə Atlı Polkunun əsgərlərini “qartal qanadlı, şir ürəkli” adamlar adlandırırdı. Türkmən igidləri özünəməxsus atletik görünüşləri, geyimlərinin orijinallığı və nizam-intizamları ilə tez bir zamanda diqqəti cəlb etdilər. İşəyarayan, əmrləri ani yerinə yetirən və gülümsər türkmənlər hərbçi kimi rus zabitləri tərəfindən yüksək qiymətləndirilirdilər. 1917-ci ildə general Lavr Kornilovun əmri ilə təkləlilər qoşunun ən sədaqətli kontingenti kimi ordu ştabını qorumağa götürüldilər. General Kornilovun türkmən döyüşçülər arasında böyük nüfuzu vardı. Kornilov türkmənlərin mənəvi xüsusiyyətlərini və hərbi keyfiyyətlərini gözəl duyurdu, türkmən dilini bildiyindən onlarla öz dillərində danışırdı. Rusiyada qatmaqarışıqlıq yarandığı və ordunun dağıldığı vaxtlarda da türkmən əsgərlər nizamnaməyə axıradək riayət etdilər, rus zabitlərinin əmrlərini cani-dillə yerinə yetirdilər. B.Budiloviç yazırdı ki, Təklə Polku öz xidməti borcunu yerinə yetirmək üçün ölümə belə hazır idi. Şair A.Braqin deyirdi: “Təklə igidləri Rusiyanın qürurunu qorudular”.
 Divizionda Rus-Yerli Məktəbi fəaliyyət göstərirdi ki, türkmənlər bu məktəbdə təhsil alırdılar və zabit rütbələrinə yiyələnirdilər. Hərbi xidmət keçən türkmənlər rus mədəniyyətini mənimsəyirdilər, həm də yerli adət-ənənələri dərindən öyrənən rus zabitləri onları ideoloji cəhətdən hazırlayırdılar. Nəticədə Divizionda xidmət edən türkmənlər Türkistan diyarının ən elitar və intellektual qrupu halına gəlmişdilər. Türkmən cəmiyyəti içərisində ən yüksək hörmətə malik kəsim də məhz onlar- rus orsusunda hərbi xidmət keçənlər idi. Yararlı təhsil və hərtərəfli dünyagörüş aldıqdan sonra onlar öz məkanlarında bacarıqlı idarəedicilərə, ədalətli hakimlərə və düz yola rövnəqləndirən müdriklərə çevrilirdilər. Qeyd etmək lazımdır ki, o dövrdə ən keyfiyyətli təhsil məhz hərbçilərə verilirdi. Rus ordusunda xidmət etmək insanı hərtərəfli mükəmmələşdirirdi. Orduda təkcə hərbi sirləri öyrətmir, insanı cəmiyyətin layiqli vətəndaşı kimi yetişdirirdilər. Türkmən polkunda xidmət keçənlər adətən yaşlaşandan sonra tayfa ağsaqqaları olurdular və bu tayfalar tədricən Rusiya maraqlarının qoruyucularına çevrilirdilər. Onlar regionda Rusiyaya sədaqətli və dövlətçilik maraqlarını qoruyan qrup formalaşdırırdılar. Get-gedə Rusiyanın regiondakı sədaqətli kontingenti yaranırdı. Yerli əhali Çar hökumətinə xidmət etməyi şərəf sayırdı. Türkmən gəncləri rus ordusunda xidmət çəkmələri ilə fəxrarət duyurdular. Məhz bu səbəblərə görə E.Bulanjye yazırdı ki, ruslar Ortaya Asiyada türkmənlərə tam güvənə bilər, belə ki onlar hazır ordudurlar. Təsadüfi deyil ki, təkləlilərin bayrağının bir üzünə qızılı haşiyələrlə ərəbcə “Allah” sözü yazılmışdısa, o biri üzünə kirilcə Rusiya imperatoru 3-cü Aleksandrın adının baş hərfi “A” və çar tacının şəkli həkk olunmuşdu.
TATAR ATLI POLKU. Birinci Dünya müharibəsi ərəfəsində Qafqaz hərb dairəsi qoşunların baş komandanı general-adyutant, qraf İllarion İvanoviç Voronstov-Daşkov hərbi nazir vasitəsilə Rusiya imperatoruna “Qafqazın döyüşkən xalqlarından ordu hissələri” yaratmaq təklifi ilə müraciət etdi. İmperator 2-ci Nikolayın əmri ilə 23 avqust 1914-cü ildə Qafqazın yerli müsəlman xalqlarının nümayəndələrindən ibarət diviziyanın yaradılmasına start veriildi. Rəsmi sənədlərdə adı Qafqaz Yerli Süvari Diviziyası olan hərbi birlik daha çox Dikaya (Vəhşi) Diviziya kimi tanındı. Dikaya Diviziyada hərəsi 2 polk olmaqla 3 briqada vardı. 1-ci briqada kabardin və balkarlardan təşkil olunmuş Kabardin Atlı Polkundan və dağıstanlılardan təşkil olunmuş Dağıstan Atlı Polkundan ibarət idi. 2-ci briqada azərbaycanlılardan təşkil olunmuş Tatar Atlı Polkundan və çeçenlərdən təşkil olunmuş Çeçen Atlı Polkundan ibarət idi. 3-cü briqada isə çərkəz, abazin, abxaz və qaraçaylardan təşkil olunmuş Çərkəz Atlı Polkundan və inquşlardan təşkil olunmuş İnquş Atlı Polkundan ibarət idi. Sonradan diviziyaya Osetin Piyada Briqadası və Don kazaklarının Artilleriya Divizionu da birləşdirildi. Dikaya Diviziyaya Çarın kiçik qardaşı general-mayor, böyük knyaz Mixail Aleksandroviç komandan təyin edildi. Çarın qardaşı şərab içmədiyindən müsəlman hərbçilər də onun başçılığını könüldən qarşıladılar. Tatar Atlı Polkuna komandir podpolkovnik Pyotr Polovtsov təyin olundu. Tatarlılara, onların adət-ənənələrinə böyük hörmətlə yanaşan, cəsur və qorxmaz zabit Polovtsov barəsində ruslar deyirdilər ki, “onun bədəni rus, ruhu isə tatardır”. Dikaya Diviziyanın zabitlərinin əksəriyyəti Rusiya zadəganlığının nümayəndələri- qraflar, knyazlar idilər. Rusiyanın tanınmış ailələrinin nümayəndələri Dikaya Diviziyada xidməti fəxarət bilirdilər. Birinci dünya müharibəsi dövründə tanınmış rus yazıçısı Lev Nikolayeviç Tolstoyun oğlu Mixail Tolstoy da Dikaya Diviziyada- 1-ci briqadanın Dağıstan polkunda xidmət etmişdir.
 Azərbaycanlılardan ibarət Tatar Atlı Polku Yelizavetpol və Bakı quberniyası, Tiflis quberniyasının Borçalı mahalının könüllü sakinlərindən yığıldı. Qanunla müsəlmanlar hərbi mükəlləfiyyətdən azad olsalar da, orduya könüllü yazılmaq və İmperiya uğrunda vuruşmaq istəyən azərbaycanlıların sayı-hesabı yox idi. İlkin mərhələdə 400 nəfərlik yerə 2 000 nəfərdən çox adam müraciət etdi. Polka qəbul edilən könüllüləri xalq hədsuz sevinc və təmtəraqla yolu saldı. Hər qəzada xidmətə yazılanları yola salmağa minlərlə insan yığışırdı və musiqi çalınırdı. İzdihama toplaşan azərbaycanlıların əllərində Çarın portretləri və Rusiyanın dövlət gerblərinin şəkilləri olurdu. Azərbaycanlılar əvvəlcə könüllürləri məscidə gətirir, mollalar Çarın sağlığına və Rusiya ordusunun qələbələri üçün dualar oxuyur, yola düşənlərə xeyir-dua verirdilər.
 Diviziyaya yazılanlar 10 sentyabr 1914-cü ildə Yelizavetpolda öz doğma Azərbaycan dillərində Rusiya dövlətinə sədaqət andı içdilər. Tatar Atlı Polkunun əsgərləri ayin zamanı Rusiya İmperiyasına sədaqətlə xidmət edəcəklərini üç dəfə ucadan təkrarladılar, sonra isə imza ilə, ya da barmaqlarını rəngə batırıb basmaqla kağızda təsdiqlədilər.
 Çar administrasiyası müsəlman döyüşçülərini yüksək qiymətləndirirdi, belə ki 1828-1829-cu illər rus-türk müharibəsi zamanı 1-ci Atlı Müsəlman Polku əsgərləri özlərini şücaətlə göstərmişdilər. Təsadüfi deyil ki, həmin polka Çar 1-ci Nikolay tərəfindən verilmiş döyüş bayrağı yeni yaradılmış Tatar Atlı Polkuna təqdim olundu və onun döyüş bayrağına çevrildi. 1914-cü ilin noyabrında Tiflisə gələn Çar 2-ci Nikolay müsəlman nümayəndələri qarşısında çıxışı zamanı aşağıdakı sözləri dedi: “Tiflis və Yelizavetpol quberniyalarının müsəlman əhalisinin bütün nümayəndələrinə səmimi qəlbdən təşəkkürlərimi bildirirəm. Yaşanan çətin günlərimizdə səmimi münasibətin nəticəsidir ki, Qafqazın müsəlman əhalisindən ibarət altı atlı polk diviziyanın tərkibində mənim qardaşımın komandanlığı altında ümumi düşmənlərimizə qarşı mübarizəyə yollandı. Rusiyaya olan sevgi və sədaqətə görə müsəlman əhalisinə mənim dərin minnətdarlığımı bildirin”.
 Azərbaycanlı gənclər Rusiya uğrunda vuruşmağa həvəslə gedirdilər və diviziyanın Tatar Atlı Polkunda böyük canfəşanlıq vardı. Yelizavetpol qubernatoru Georgi Kovalyov böyük knyaz Mixail Aleksandroviçə teleqramında yazırdı: “Müsəlmanlar ortaya çıxmış düşmənlərimizə Allahın köməyi ilə cəngavərlik və şərəf dərsi vermək arzusu ilə alışıb yanırlar”.
 1914-cü ilin dekabrında müharibə meydanına igid müsəlman döyüşçülərinin gətirilməsi barədə qorxunc şayiələr Avstriya-Macarıstan imperiyasını bürürdü. İldırım sürətilə yayılan bu xəbərlərdən səngərdəki əsgərlər və cəbhə xəttinə yaxın məntəqələrdəki sakinlər dəhşətə gəlirdilər: “Ruslar Asiyanın dərinliklərindən cəbhə xəttinə naməlum bir qüvvə- vəhşi süvarilər ordusu gətirmişlər. Onlar çiyinlərində ağ, qara qanadları olan kentavra bənzər məxluqlardır. Qarşılarına çıxan heç bir canlıya rəhm eləmirlər”. Rus çarının “Qafqaz qartalları” adlandırdığı bu döyüşçülərə avstriyalılar və almanlar “tüklü papaq geymiş şeytanlar” deyirdilər. Onların iri tüklü papaqları, saqqallı üzləri, havada yellənən yapıncıları və çərkəzi geyimləri düşmən əsgərlərini vahiməyə salırdı və döyüş başlanan kimi qaçmağa məcbur edirdi. Lev Tolstoyun oğlu, həmin vaxt jurnalist kimi fəaliyyət göstərmiş qraf İlya Lvoviç Tolstoy özünün “Qırmızı başlıqlar” adlı oçerkində Dikaya Diviziyanı belə təsvir edir: “Hamısı bir-birindən əzəmətli atlı polkları nizami qaydada gəlib keçirdilər. Bütün şəhər camaatı bir saat ərzində indiyə qədər görmədikləri bu gözəl mənzərəni böyük həzlə izlədilər... Milli döyüş mahnıları ifa edilən zurna sədaları altında qırmızı çərkəzilərdə və başlıqlarda, gümüş və qızıl işləməli silahlarla silahlanmış, qarayanız üzlərindən milli qürur, fəxarət yağan qıvraq döyüşçülər oynaq atlarının belində qarşımızdan keçib gedirdilər”. Dikaya diviziya ilə döyüşdə iştirak etmiş alman əsgərlərindən biri sonralar onları belə xatırlayırdı: “Hər tərəfdən üstümüzə qara duman kimi süvari ordu şığıyırdı. Döyüşçülərin anlamadığımız dildəki vəhşi qışqırıqları, geyimləri, saqqallı üzləri, havada parıldayan qılıncları bizi dəhşətə gətirirdi. Hər dəstənin qabağında qırmızı, ya da göy əbalı molla gəlirdi. Onun əlində Quran, çiynində isə tüfəng vardı”.
 Azərbaycanlılardan ibarət Tatar Atlı Polku Dikaya Diviziyanın tərkibində Birinci Dünya müharibəsi zamanı Qərb cəbhəsində böyük fədakarlıqlar göstərdi. Ən çətin vəziyyətlərdə geri çəkilmək əmri alsa belə, Tatar Polku irəliləyərək düşmənə tutarlı zərbələr endirirdi. Hətta cəbhənin düşmən tərəfindən yarıldığı və rus ordusunun mənəvi ruhunun sarsıldığı zamanlarda belə müsəlman döyüşçülər rusdan düşməyərək düşmən ilə ölüm-dirim savaşına girib qalib çıxırdılar. Dikaya Diviziya, böyük knyaz Mixail Aleksandroviçin dediyi kimi, Rusiya süvari ordusu tarixinin ən yaxşı səhifələrinini təşkil edən misilsiz atçılıq işləri ilə yadda qaldı. Diviziyanın tarixində bircə dəfə də olsun fərarilik halı müşahidə olunmadı. Bu diviziya ənənələrdən və mentalitetdən qaynaqlanan daxili qanunlara malik əlahiddə hərbi hissə sayılırdı. Diviziyanın hər polkunda rəsmi molla ştatı vardı. Molla döyüçüləri azana səsləyir, dini mərasimlər keçirir, həlak olanların dəfnini təşkil edirdi. Polk mollasını süvarilər öz aralarından seçirdilər. Molla həmçinin Qurana əl basdıraraq döyüşçülərə Çara və Vətənə sədaqət andı içdirir, hücum zaman isə çiynində tüfəng polkun qabağında gedirdi. Diviziyanın daxili həyatında xüsusi mənəvi-psixoloji asmosfer hökm sürürdü. Hər şeydən əvvəl böyüyə hörmət vardı. Hərbçilər bir-birinə rütbə və vəzifəsinə görə yox, şəxsi keyfiyyətlərinə və cəsurluqlarına görə hörmət qoyurdular. Müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət gözlənilirdi. Məclis və yığıncaqlarda xristianlar iştirak edirdisə, müsəlman hərçilər hörmət mənasında papaqlarını çıxardırdılar, öz aralarında isə buna ehtiyac görmürdülər. Diviziyaya gəlmiş qonaqları Qafqaz adətincə öz evinə gəlibmiş kimi böyük hərarətlə qarşılayırdılar.
 Dikaya Diviziyanın ştabında xidmət edən S.V.Maksimoviçin fikrincə, “bütün polkların içində Tatar Atlı Polku ən yaxşı zabit heyətinə malik idi”. Şəxsi cəsarət, diribaşlıq və qətiyyət tələb olunan yerlərdə polk özünü misilsiz şəkildə göstərdi. Qızmış Qafqaz süvarilərinin gözlənilməz və şiddətli hücumları düşməni dəhşətə gətirirdi. Bu tip insanları görməyə vərdiş etməmiş Avstriya əsgərləri Dikaya Diviziyanın adını eşidən kimi səksəkəyə düşürdülər. 
 Birinci Dünya Müharibəsi dövründə Tatar Polkunun adı dillərdə dastan oldu. Dikaya Diviziyanın şücaətlərə görə ilk təltif olunan polku da məhz Tatar Polku oldu. 15 fevral 1915-ci ildə Tatar polku Brin kəndi yaxınlığında düşmənlə əlbəyaxa döyüşə girdi və onu məğlub etdi, buna görə polkun komandiri Pyotr Polovtsov 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırıldı. Polovtsov Yelizavetpol qubernatoru Q.Kovalyova teleqramında belə deyirdi: “Öz yüksək mükafatımla qürur duyaraq, onun tatar atlılarının yüksək hərbi qabiliyyətlərinin və hədsiz qəhrəmanlıqlarının fərəhverici bəhrəsi olduğu düşüncəsindəyəm. Sizə Yelizavetpol quberniyası müsəlmanlarının misilsiz igidlikləri qarşısında dərin heyranlığımı çatdırıram”. 21 fevral 1915-ci ildə Tatar Atlı Polku inadcıl hücumlar sayəsində Tlumiç şəhərini tutdu. Mart-aprel aylarında Cənub-Qərb cəbhəsi qoşunlarının Karpat hücumlarında iştirak etdi. 1915-ci ilin yayında Dnestr çayının sol sahilində döyüşərək zəfərlər qazandı. 31 may 1916-ci ildə Tatar polku polkovnik Bekoviç-Çerkasskinin rəhbərliyi altında Tışkovtsı kəndini aldı. Avstriya ordusu bir neçə dəfə kəndi qaytarmaq üçün cəhdlər etsə də, nəticəsiz qaldı. Azərbaycanlı əsgərlər düşmənə şiddətli müqavimət göstərdilər. Bir müddət qanlı çarpışmalardan sonra kəndi qoruyan Tatar Polkunun köməyinə azərbaycanlı polkovnik Feyzulla Mirzə Qacarın rəhbərlik etdiyi çeçen atlıları, Amur Piyada Batalyonu, eləcə də artilleriyaçılar gəldilər. Təkcə bir gün ərzində düşmənin beş hücumu dəf olundu. Avstriya qoşunundan 265 nəfər öldürüldü, 177 nəfər isə əsir düşdü. Həmin döyüşə görə polkovnik Bekoviç-Çerkasski 3-cü dərəcəli Müqəddəs Georgi ordeninə layiq görüldü. 
 Təkcə 1916-cı ildə Dikaya Diviziya 16 süvari hücumu həyata keçirdi. 1916-cı ilin noyabrında Tatar Atlı Polku Dikaya Diviziyanın tərkibində 600 verst adlayaraq Rumıniya hüdudlarına daxil oldu. Şərqi Karpat və Rumıniyanın Yass şəhərinin cənub-qərbi ərazilərində alman hərbi hissələri ilə qanlı döyüşə girdi. 1916-cı il dekabr ayının birinci ongünlüyündə Tatar Atlı Polku 2-ci briqadanın tərkibində Prut çayının sağ sahillərində şiddətli döyüşlər apardı.
 Dikaya Diviziya düşmənin gərgin müqavimətini dəf edərək Çeremoş çayına qədər əraziləri aldı. 15 iyun 1917-ci ildə çeçen və tatar süvariləri düşmənin yağmur atəşi altında Çeremos çayını keçdilər, Rostok kəndini tutdular və Voroxta şəhərinə doğru irəliləməyə başladılar. Dikaya Diviziyanın mətin atlıları tez bir zamanda Bukovina əyalətini keçərək Çernovtsı şəhərinə girdilər. Çernovtsıda Diviziya içlərində 23 zabit olmaqla 1483 düşmən döyüşçüsünü əsir götürdü. Ümumiyyətlə, müharibə zamanı Dikaya Diviziyanın tutduğu əsirlərin sayı öz heyətinin sayından dörd dəfə çox olmuşdur. 
 7 may 1917-ci ildə polkovnik Feyzulla Mirzə Qacara göstərdiyi şücaətlərə görə general-mayor rütbəsi verildi. 30 mayda o 2-ci briqadanın komandiri təyin olundu. Tarar Polkunun keçmiş komandiri Pyotr Polovstov isə general-mayor rütbəsi alaraq paytaxt Peterburqun hərbi qubernatoru təyin edildi. Polovstov qubernatorluq xidmətini tararların milli geyimində aparmaq üçün hərbi nazirdən icazə aldı. O Tatar Atlı Polkunun yaradılmasının təşəbbüskarlarından biri olan Məmməd xan Ziyadxanova teleqramında yazırdı: “Yelizavetpol quberniyasının və Borçalı qəzasının müsəlman əhalisinə çatdırın ki, mən onların arasından toplanmış rəşadətli polkun xatirəsini fəxarətlə saxlayacam. Mən il yarım o polkun rəhbəri olmaq şərəfinə nail oldum. Müsəlmanlar Qalitsiya və Rumıniya çöllərində saysız-hesabsız qəhrəmanlıqlar göstərməklə öz ulu əcdadlarının layiqli varisləri və böyük vətənimiz Rusiyanın sadiq oğulları olduqlarını sübuta yetirdilər”. Həmin illərdə “Rusiyanın səhəri” qəzeti müsəlman döyüçülərini “Rusiyanın sədaqətli oğulları” adlandırırdı və onların qələbələrin qazanılmasında misilsiz rolunu vurğulayırdı.
 Dikaya Diviziyada Qafqazdan və Cənubi Qafqazdan olan 7000-dən artıq müsəlman döyüşçü xidmət keçdi. Şücaətlərinə görə mükafatlandırılanlar arasında əsas üstünlüyü Tatar Atlı Polkunun zabitləri təşkil edirdi. Göstərdikləri qəhrəmanlıqlara görə Tatar Polkunun döyüşçüləri Əli bəy Nəbibəyov, Səid Zeynalov, Mehti İbrahimov, Ələkbər Hacıyev, Datso Daurov, Aleksandr Kaytukov, Cəlal bəy Sultanov, Osman ağa Gülməmmədov, Zeynal bəy Sadıqov, Paşa Rüstəmov, Xəlil bəy Qasımov və başqaları İmperiyanın müxtəlif orden və medallarına (bəziləri bir neçə dəfə) layiq görülmüşdülər. Tatar Polku cəbhədən geri dönərkən onun keçmiş komandiri Pyotr Polovtsov Peterburqun hərbi qubernatoru olsa da, Qafqaz sərhədlərinədək onları ötürdü. O, yazılı müraciət imzalayaraq bəyan etdi ki, “sizin kimi şəxslərlə birgə xidmət etmək məndən ötrü böyük şərəf idi və əminəm ki, siz bu şöhrəti sonadək qoruyub saxlayacaqsınız”.
TÜRKİSTANDA XARİCİ TƏSİRLƏR. Rusiya müsəlmanlarının mətbu orqanı olan “Tərcüman” qəzeti 1909-cu ildə yazırdı: “Slavyanlar da türk-müsəlmanlar kimi qüdrətli güclərə müqavimət göstərərək birləşə və vahid güclü dövlət yarada bilmədilər. Onlar pərakəndə halda qaldılar, nəticədə slavyan xalqlarının bir çoxu başqa güclü xalqların hakimiyyəti altına düşdü. Slavyanlara hökmranlıq və ya qonşuluq edən xalqlar da müsəlmanlara hökmranlıq və ya qonşuluq edən xalqlar kimi onları sıxışdırır, yeyir, somurur, udmağa çalışır... Talelərimiz oxşardır. Amma slavyanlar bizə oxşasalar da, mədəniyyət sahəsində bizdən çox-çox irəlidədirlər. Və biz onlardan dərs almağa məcburuq. Onların öz əyir-əskiklərini düzəltdikləri vasitələrdən biz də istifadə etməliyik. Odur ki türk-müsəlmanlar slavyanların içindəki hərəkətverici qüvvə ilə yaxından tanış olmalıdırlar... Rusiyadakı türk-müsəlmanlar iki əsas insan qarışqalıqlarının- avropalıların və çinlilərin arasında məskunlaşıblar. Bu geniş düzənlikdə Avropa və Çin bizi rahat buraxmayacaq. Hər iki tərəfdən onlar üstümüzə axışacaqlar. Sel kimi süpürüb atacaq və dağıdacaqlar. Amma avropalılar təkcə kobud güclə istila etməyəcəklər, onlar əhalimizi həm də mədəniyyət və maliyyə kapitalı ilə əsir götürəcəklər. Odur ki, ruslar və müsəlmanlar Qoq və Maqoqun bu hücumuna qarşı əl-ələ verməli, hazırlaşmalıdırlar”.
 Çar hökumətinin regiondakı türkmən əsgərləri Hindistanı ələ keçirmiş Böyük Britaniya imperiyasının Orta Asiyaya doğru genişlənməsinin qarşısını almaqda böyük rol oynadılar. Türkmən kontingenti regionda etibarlı dayaq olaraq ingilis ekspansiyasına qarşı sarsılmaz sipər yaratdı. Ari-slavyan sivilizasiyasına qənim kəsilmiş Böyük Britaniya imperiyası rus-türk müharibəsi zamanı türklərə, rus-yapon müharibəsi zamanı yaponlara dəstək verməklə Rusiyaya qarşı qobal cəbhə yaratmağa çalışdı. İngilislər Orta Asiya xalqlarını Rusiya idarəçiliyinə qarşı qaldırmaq üçün dəfələrlə təhrikedici cəhdlər göstərdilər. Əfqanıstan yəhudiləri olan puştinlərin Türkistan general-quberanatorluğu ərazisinə hücumlarını maliyyələşdirdilər və həmin təcavüzlərə diplomatik dəstək verdilər. Xivə və Kokand xanları İngiltərənin hərbi dəstəyini alaraq tez-tez yaşayış səviyyəsi daha yüksək olan İmperiya ərazisindəki türk ellərinə basqınlar edərək məntəqələri viran qoydular.
 1830-32-ci illərdə dərviş libası geyinmiş A.Borns adlı İngiltərə agenti İranın şimal ərazilərini gəzərək yerli camaat arasında təxribat işləri gördü. 1850-ci illərin əvvəllərində Məhəmməd bəy adlı digər ingilis agenti türkmən ellərinə düşərək əhalini rus hərbçilərinə qarşı qaldırmağa çalışdı. 1859-cu ildə İngiltərənin İrandakı konsulu Ç.F.Makenzi xalq arasında ruslara qarşı aktiv iş apardı. 1885-ci ildə Pendeyə gələn ingilis zabitləri türkmən sarıklarını Rusiyaya qarşı üsyana qaldırmağa cəhd göstərdilər. İngilislər özləri ilə çoxlu qiymətli hədiyyələr- ipək parçalar, rəngbərəng xalatlar, tapança və tüfənglər gətirmişdilər. Bütün bu hədiyyələri sarık aullarında bəylərə, ağsaqqallara və hörmətli adamlara paylayaraq, Rusiya idarəçiliyinə qarşı çıxacaqları təqdirdə onları 14 atımlı ingilis vinçesterləri ilə təmin edəcəklərinə söz verdilər. İngilislər hər yerdə onları qarşılamağa çıxan əhalinin başına gümüş pullar səpərək çıxıb getdilər. 1918-ci ildə isə ingilis interventləri türkmən xalqını yeni yaranmış Sovet hökumətinə qarşı qaldırmaq istədilər.
 İngiltərə kəşfiyyatı əsas diqqəti İranın şimalındakı türkmən məntəqələrinə yönəltmişdi və burada ruslara qarşı aktiv təbliğat sistemi qurmağa çalışırdı. Çünki türkmənlər İranda əsas Rusiyayönümlü qüvvə hesab olunurdu. Lakin yəhudi mənşəli Qacar hakimlərinin və onların ingilis havadarlarının türkmənlər ilə Rusiya arasında düşmənçilik yaratmaq səyləri heç bir nəticə vermədi. Əksinə Rusiya ilə türkmənlər arasında daha isti və dayanıqlı münasibətlər yarandı.
 Osmanlı hökuməti nəyin bahasına olursa olsun, Qafqaz və Orta Asiyada ideoloji müharibəni udmağa çalışırdı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar türk ordusunun işləyib hazırladığı hərbi planda Asiya və Afrikanın müsəlman əhalisi ilə əlaqələrə geniş yer verilirdi. Həmin plan özündə iki əsas operativ hücum istiqamətini- Misir və Qafqaz istiqamətlərini ehtiva edirdi. Qafqaz istiqamətindəki hərbi əməliyyatlar yerli əhali arasında panislamçı və pantürkçü təbliğatın aparılması fonunda həyata keçirilməliydi. Osmanlılar həmin ideyaları Qafqaz vasitəsilə gələcəkdə Volqaboyu və Orta Asiya türklərinə yaymaq kimi uzaqvuran məqsəd güdürdülər ki, Turan imperiyasının təşəkkül tapması üçün münbit şərait yaransın. Plana əsasən Osmanlı ordusunun hərbi əməliyyatları Rusiyanın müsəlmanlar yaşayan bölgələrində üsyanlar, iştişaşlar və diversiya aktları ilə müşayiət olunmalı idi. Yerlərdəki çaxnaşmalar Rusiyanın qüdrətini sarsıtmalı və osmanlıların hərbi əməliyyatlarının uğurla nəticələnməsinə gətirib çıxarmalıydı.
 Lakin hadisələrin gedişində osmanlı dairələri müəyyən problemlərlə üzləşdilər. Məlum oldu ki, şiələr yaşayan bölgələrdə osmanlıdan ixrac olunan pantürkizm və xilafət ideyalarına olduqca soyuq yanaşırlar. Osmanlı strateqləri bunu Azərbaycan ərazisində yaşayan əhalinin cahilliyi ilə əlaqələndirdilər və əsas diqqəti daha tutarlı Rusiya təhsili almış Tatarıstan müsəlmanlarına yönəltdilər. Şiə üləməları Osmanlıya nəinki rəğbət göstərir, hətta onu şiələrin əzəli düşməni hesab edirdilər. Şiələri zəhərləyə bilməyən Osmanlı pantürkçüləri sünni məzhəbli Volqaboyu tatarlarla işləməyə girişdilər. Get-gedə tatarların buraxdığı qəzetlərdə pantürkizm və panislamizm notları artdı. Osmanlıpərəst tatar ziyalıları da öz növbəsində bu ideologiyaları Türkistan xalqlarına yaymağa çalışdılar. Beləliklə, Azərbaycan və Orta Asiya ellərinə pantürkizm virusu məhz Osmanlının zəhərlədiyi Kazan tatarlarından yayıldı. Sonrakı mərhələdə şiələr yaşayan bölgələrə emissarlar göndərilməsə də, turançılıq ideyası ilə yoluxmuş yerli ziyalılar vasitəsilə müfaviq təbliğat işi aparmaq məqbul sayıldı.
 İstanbulda Rusiya İmperiyasından olan türk əsilli mühacirlərdən ibarət Türk Xalqlarının Müdafiəsi Komitəsi adlı təşkilat yaradıldı. Osmanlı dövləti bu təşkilatın əli ilə Rusiya ərazisində pozuculuq və təxribat fəaliyyəti ilə məşğul oldu. Komitənin Avropa masonları tərəfindən idarə olunan Gənc Türklər Hərəkatı ilə geniş əlaqələri vardı. Gənc Türklər Hərəkatının planlarından biri Türkiyənin müharibədə qələbə çalacağı təqdirdə Rusiya ərazisindəki türk torpaqlarından Turan dövləti yaratmaq idi. Komitə öz əlaqələrindən istifadə edərək Avstriya və Almaniya məmurlarına müraciət etdi və onların dəstəyi ilə müharibə zamanı əsir düşmüş müsəlmanlardan ibarət hərbi birləşmələr yaratdı. Rusiya müsəlmanlarından yaradılmış hərbi hissələrdə təbliğat aparılmağa başlandı ki, almana və türkə güllə atmaq Qurana güllə atmağa bərabərdir, Almaniya türk xalqlarının dostu və himayədarıdır. Almaniya diplomatik korpusu hazırlanmış türk mühacirlərini Qafqaza və Orta Asiyaya göndərdi, onların vasitəsilə Rusiya İmperiyası ərazisində agentura şəbəkəsi yaratmağa çalışdı. Bundan başqa, 1909-cu ildə İstanbulda “Buxara Elmi Cəmiyyəti” yaradıldı. Cəmiyyət faktiki olaraq Türkiyə millətçilərinin İttihad və Tərəqqi partiyasının təbliğat orqanına çevrildi. Türkiyə millətçiləri “Buxara Elmi Cəmiyyəti” vasitəsilə Buxara və Qaşqar ilə əlaqələr qurur, yerli əhali içərisindən münasib şagirdlər seçərək İstanbulun dövlət və hərbi məktəblərində oxumağa göndərirdilər.
 Beləliklə, İstanbulda avropalıların dəstəyi ilə yaradılmış Türk Xalqlarının Müdafiəsi Komitəsi Qafqaz və Türkistanda şpiounluq fəaliyyəti ilə məşğul olmağa başladı. Buxaradan olan mühacirlər Türkistan ərazisinə göndərildilər və burada xalq arasında müvafiq iş apardılar. Birinci Dünya Müharibəsi ərəfəsində osmanlı təsir agentləri Türkistana müxtəlif adlar, bəhanələr altında ayaq açmış Almaniya və İngiltərə zabit və diplomatları ilə birgə yerli əhalini Rusiya idarəçiliyə qarşı qaldırmağa çalışdılar. Osmanlı emissarları xəbər yaydılar ki, müharibədə daha güclü olan Almaniya qalib gələcək və Almaniya Türkiyənin yaxın dostu kimi Rusiya müsəlmanlarına müstəqil dövlət yaratmaqda köməklik göstərəcək.
 Türk mühacirlərinin Qafqaz və Orta Asiyada yaydıqları bəyannamədə deyilirdi: “Bütün dünya müsəlmanlarının Xəlifəsi olan türk sultanı islamın düşməni olan Rusiya ilə vuruşur. Ona görə də hər bir müsəlmanın borcudur ki, elə ən yaxın günlər, hətta saatlar ərzində bu müqəddəs mübarizəyə maddi yardım etsin. Əgər hansısa müsəlmanın pul yardımı etməyə imkanı çatmırsa, onda o ələ silah alıb islam ordusu sıralarında vuruşmalıdır. Toplanmış pulu bu bəyannaməni gətirən adama verin”. Beləliklə, ac və pulsuz Türkiyə dini hislərdən istifadə edərək Rusiyanın öz pulu ilə özünə qarşı quyu qazmağa başladı.
 1910-cu ildə Osmanlı hökuməti öz pulu olmadığından müsəlman dünyasının daha varlı hissəsi sayılan Rusiya müsəlmanlarına Osmanlı ordusuna maliyyə yardımı etmək üçün açıq şəkildə müraciət etdi. Rus kəşfiyyatının araşdırması zamanı məlum oldu ki, 1909-cu ildən Daşkənddə fəaliyyət göstərən “Yardım” cəmiyyəti “ehtiyacı olanlar üçün kömək” adı altında Osmanlı ordusuna pul toplayırmış. “Ehtiyacı olanlar” dedikdə osmanlı əsgərləri nəzərdə tutulurmuş və yığılan pullar Osmanlı hökumətinə göndərilirmiş. O cümlədən mərkəzi Krasnovodskda olan və Xəzəryanı bölgədə fəaliyyət göstərən “Qırmızı Aypara” cəmiyyəti də eyni işlə məşğul olurmuş. Bir müddət sonra Tiflisdə Osmanlı virusu ilə zəhərlənmiş ziyalıların yaratdığı “Müsəlman Komitəsi” adlı təşkilatın yaydığı “müsəlmanların kafirlərlə qarşı mücadiləyə qalxmasının vacibliyi” barədə bəyannamə üzə çıxdı.
 1915-ci ildə Osmanlı qoşunları Rusiyaya müdaxilə üçün plasdarm hazırlamaq məqsədilə İran və Əfqanıstan ərazisinə girdilər. Əfqanıstanda alman və türk instruktorları dağ tayfalarından olan əhalidən silahlı dəstələr yaradaraq hərbi təlim keçməyə başladılar. Rusiya ilə sərhəd bölgələrdə yaşayan əhaliyə silah paylandı.
 Türkistana ardıcıl olaraq zəvvar adı altında Türkiyə agentləri göndərildi. Türkiyə öz müttəfiqi Almaniya ilə birgə Rusiyanın türklər yaşayan bölgələrində millətçilik təbliğatı aparmaqla xalqlar arasına nifaq salmaq istədi. Türk emissarları yerlərdə camaatla görüşlər keçirir və bildirirdilər ki: “Türkistan Osmanlı imperiyasının tərkibində olsa, Allahın qanunu ilə yaşayar və bu, camaat üçün daha xeyirli olar”. Lakin türkmən dehqanları dəfələrlə təxribat törətmək istəyən osmanlı qonaqları tutub əl-qollarını bağladılar, hökumət nümayəndələrinə təhvil verdilər. Xarici qüvvələrin Birinci Dünya Müharibəsi dövründə Türkistanda “beşinci kolon” yaratmaq cəhdləri heç bir nəticə vermədi. Təkcə 1916-cı ilin yayında Xocənd və Jizakda iğtişaşlar baş verdi. Çar Təhlükəsizlik qüvvələrinin təhqiqatı zamanı məlum oldu ki, iştişaşları bir müddət əvvəl əraziyə gəlmiş bir alman, iki başqa avropalı, iki türk və altı çinli təşkil etmişlər. Yerli sakinlərin yaxından köməyi ilə onlar həbs olundular.
 Türkistanın tanınmış din xadimi Ağa xan həmin dövrdə yazmışdı: “Müsəlmanlar anda sadıq qalmağa borcludurlar. Türkistanlılar anda sadiq olduqlarını bir daha sübuta yetirdilər”. Türkistanlılar İmperiya uğrunda hətta öz din və qan qardaşları sayılan türklərlə belə vuruşdular (Tarixə baxsaq, 3 dəfə Rus-Türk savaşı baş verib və hər dəfə azəri əsgər, zabit və generallar Rusiyanın yanında olub). Halbuki müharibə başlamamışdan osmanlılar türkistanlıları öz tərəflərinə çəkmək üçün əllərindən gələni etmişdilər. Osmanlı emissarları Türkistan xalqlarını ruslara qarşı qaldırmaq, pantürkist ideyaları ilə zəhərləmək, dini zəmində ayrıseçkilik salmaq üçün çox çalışsalar da, cəhdləri heç bir nəticə vermədi. Əksinə, türkistanlılar Qafqaz cəbhəsində osmanlı qoşunlarına qarşı vuruşdular və onlara tutarlı zərbələr endirdilər. Türkistan əsgərləri Osmanlı ordusunun soxulduğu İmperiya ərazilərindən qovulub çıxarılmasında mühüm rol oynadılar. Rusiya müsəlmanlarının müftisi Məhəmmədyar Sultanov 10 sentyabr 1914-cü ildə Orenburqda çıxan “Vaxt” qəzetində yazmışdı: “Biz müsəlmanlar türklərlə qan və din qardaşıyıq. İstərdik ki, onlar öz qonşusu olan bizim vətənimizlə- Rusiya ilə sülh şəraitində yaşasınlar. Allah qoysa, biz onlara öz vətənpərvərliyimizi göstərəcəyik”. Çoxsaylı Türkistan kavaleriyası Qafqaz cəbhəsində Türkiyə ordusuna qarşı uğurla nəticələnən hərbi əməliyyatlarda iştirak etdi. General Nikolay Yudeniçin rəhbərlik etdiyi 2-ci Türkistan Korpusu osmanlıların 3-cü Ordusunu tamamilə darmadağın etdi. Qeyd etmək lazımdır ki, 3-cü Orduya Osmanlı imperiyasının müdafiə naziri Ənvər paşa özü rəhbərlik edirdi, qərargah rəisi isə alman general-leytenantı Bronzart fon Şellendorf idi. 2 noyabr 1914-cü ildə isə 2-ci Türkistan Korpusu türklərin Batumiyə hücumunun qarşısını aldı və onları məğlubiyyətə uğradaraq geri oturtdu. Qəzəblənmiş Ənvər paşa demişdi: “Mənim Türkistan atıcıları ilə öz şəxsi haqq-hesabım olacaq”. Alman generalı Hünter Blümentrit Türkistan korpusu döyüşçülərini rus ordusunun “ən sərt və inadcıl” döyüşçüləri kimi səciyyələndirmişdi. Osmanlılara qarşı döyüşən 2-ci Türkistan korpusu Orta Asiya türklərindən və Sibir mujiklərindən təşkil olunmuşdu. 1914-cü ilin dekabrında 2-ci Türkistan korpusu 1-ci Qafqaz Korpusu və erməni silahlı dəstələri ilə birgə Sarıqamış bölgəsində türk və kürd birləşmiş qoşunlarını məğlubiyyətə uğratdılar. Həmin əməliyyatdan sonra Osmanlı dövləti İstanbulu itirmək təhlükəsi ilə üz-üzə qaldı. Fransız diplomatı və tarixçisi Moris Paleoloq həmin dövrdə yazırdı: “Rusların Qafqaz ordusu heyrətamiz şücaətlər göstərir”.
 İranın Ənzəli portuna desant çıxarmaq lazım olanda general Nikolay Yudeniç məhz məharətli Türkistan döyüşçülərini məsləhət gördü. Ordu qərargahında etiraz etdilər ki, ömrü boyu səhrada yaşamış daşkəndlilər və xivəlilərdən nə dəniz desantı çıxacaq? Yudeniç bildirdi: “Onlar hər gülləyə tuş gəlmirlər. Və gülləni də boşa atmırlar”. Ənzəli portu tərkibində türkistanlıların da olduğu desant tərəfindən asanlıqla götürüldü və Şimali İran büsbütün rus ordusunun nəzarətinə düşdü. Əməliyyat nəticəsində İranda və Əfqanıstanda fəallaşan alman-osmanlı cəsus şəbəkəsi neytrallaşdırıldı. Alman-osmanlı cəsuslarının fəaliyyəti nəticəsində İran artıq vətəndaş müharibəsi həddində idi. Tərkibində türkistanlıların da olduğu 8 min əsgər və 20 topdan ibarət Rus ordusu Qəzvində cəmləşdi. Sonra isə İranın içərilərinə doğru irəliləyərək alman-osmanlı qoşunlarının mərkəzi olan Həmədanı tutdu, sonra Bürucərd, Dövlətabad, cənub-qərbi Laləkan və Qum rayonlarında alman-osmanlı diversantlarını darmadağın etdi. Türküstan hərbi dairəsinə aid olan 1000 nəfər və 4 topdan ibarət Rus qoşunu İranın cənubu ilə Əfqanıstan sərhədinə doğru hərəkət edən alman-osmanlı qrupunu zərərsizləşdirdi. Beləliklə, İran faktiki olaraq Osmanlı istilasından azad edildi.
 1915-ci ildə isə Türkistan döyüşçülərindən ibarət qoşun yenidən türkləri məğlub edərək Osmanlının Trabzon portunu ələ keçirdi. Həmin döyüşlərdə daşkəndli polkovnik Məhəmməd İbrahimov xüsusi fərqləndi. Onun rəhbərlik etdiyi polk ilk olaraq hücuma keçdi, üç gün ərzində düşmənə ağır zərbələr endirərək desantın başqa cinahlarda uğurlarını təmin etdi. Polkovnik İbrahimov İmperiyanın ən yüksək mükafatlardan sayılan qızıl Georgiyev qılıncı ilə təltif olundu. Admiral Aleksandr Kolçakın rəhbərliyi altında Bosfor boğazına çıxarılan dəniz desantının da tərkibində türkistanlılar çox idi. Türkistan əsgərləri Ermənistanda gedən ağır döyüşlərdə mətinliklə iştirak etdilər. Onlar canları və qanları hesabına 1 milyona yaxın ermənini türk və kürd silahlı birləşmələrinin genosidindən xilas etdilər.
 Çar hökumətinin ən böyük səhvlərindən biri 1915-1916-ci illərdə rus-türk müharibəsi zamanı əsir götürülmüş 10 minlərlə osmanlının Orta Asiyaya gətirməsi oldu. Osmanlılar əsir götürdükləri rus əsgələrini sağ buraxmırdılar, onların diri-diri dərilərini soyurdular, hətta bu iş üzrə püxtələşmiş adlı-sanlı cəlladlar yetişmişdi. Lakin ruslar əsir götürdükləri əsgərləri öldürmürdülər. Təslim olan Osmanlı ordusu döyüşçüləri Sibirə yox, humanist yanaşmanın diqtəsi ilə məhz Orta Asiyaya göndərildilər; nəzərə alındı ki, bədənləri soyuğa öyrəşməmiş osmanlılar buranın iqliminə daha rahat uyğunlaşarlar və dilləri oxşar olduğundan yerli əhali ilə normal ünsiyyət qura bilərlər. Lakin pantürkizm ideologiyasının daşıyıcıları olan osmanlılar həmin ideologiyanı tez bir zamanda yerli əhali arasında yaydılar. Türkistan diyarının avam camaatını yoldan çıxararaq millətçilik virusu ilə zəhərləmək çətin olmadı. Humanist rus hökuməti osmanlılarla əsir kimi davranmır, onların yaşayış məntəqələrində müəllim, tərcüməçi və mühasib kimi işləməsinə şərait yaradırdı. Bundan istifadə edən osmanlılar türkdilli kütlə arasında “Albaniyadan tutmuş Yakutiyaya kimi torpaqların qədim və əzəmətli türk xalqına məxsus olması” və “Böyük Turan imperiyası yaradılmasının vacibliyi” təbliğatı apardılar. Onlar Türkistan xalqlarını Rusiya dövlətinə qarşı qaldırmaq yönündə çalışdılar, nəticədə regionda ağır fəsadlar törədən basmaçılıq və dərin izlər qoyan digər dağıdıcı cərəyanlar yarandı. Məhz türk hərbi əsirlərinin pozucu fəaliyyəti 1916-cı ildə Orta Asiyada Rusiya idarəçiliyinə qarşı üsyana gətirib çıxarmışdı.
 Tarix bir daha sübut etdi ki, Osmanlı ilə onun öz manerasına uyğun rəftar etmək gərəkirdi: osmanlı əsirlərini diri saxlamaq olmazdı, ən yaxşı halda Sibirə göndərmək lazım idi. Onların regionda peyda olması ilə müəyyən müddət əmin-amanlığın və inkişafın üstündən xətt çəkildi. Osmanlılar Orta Asiya xalqları ilə ruslar arasında uçurum yaratmağa çalışdılar. Pantürkizm ideologiyası ilə zəhərlənmiş qırğızlar rus kəndlərinə basqın etdilər. Millətçilərin hücumları nəticəsində minlərlə rus qadın və uşağı öldürüldü. Ruslar yaşayan kəndlərin kişi əhalisi Birinci Dünya Müharibəsinə səfərbər olunduğundan millətçilərə müqavimət göstərən olmadı. Mizraq və tüfənglərlə silahlanmış qırğızlar əvvəlcə rusları kəndlərdən qovaraq əmlak və mal-qaranı ələ keçirdilər, lakin sonradan osmanlıların təhriki ilə onları qırmağa başladılar. Qocalara, qadınlara və südəmər uşaqlara belə rəhm etmədilər, hamısını ucdantutma qətlə yetirdilər. Qızışmış kütlə evləri yandırır, insanları doğrayır, qulaq və burunlarını kəsir, ikiyə bölürdülər. Uşaqların başını daşla əzir, payaya keçirib fırladırdılar. Körpə qızları zorlayır, qarınlarını yırtır, qadınları əsir aparırdılar. Yaşlı əhalini cərgə ilə yerə uzadır və atla üstündən keçərək tapdalayırdılar. Tam Osmanlı xislətinə xas şəkildə genosid törədildi. Çar hökuməti Türkistan dairəsində hərbi vəziyyət elan etdi. Regiona kazak qoşunları yeridildi. Qubernator üsyançıların toplaşdığı Turqay məntəqəsinə gəldi. O narazı kütlənin qarşısında çıxış edərək “cani-dillə atamız adlandırdığınız Çara qara qarşı çıxmağın” düzgün olmadığını başa salmağa çalışdı. Lakin meydandakı qırğızlar etiraz səslərini ucaltdılar. Belə olan halda Turqaya kazak qoşunu yeridildi. Kazaklar qızışmış qırğızları tez bir zamanda ağıllandırdılar. 1917-ci ilin martına kimi üsyan tamamilə yatırıldı. İğtişaşlarda iştirak etmiş qırğız tayfalarının bir çoxu qorxularından Çin istiqamətində qaçdılar. Çar administrasiyası onlara aşağıdakı şərtlərlə geri qayıtmağa icazə verdi: 1) Rus əsirlərini qaytarmaq; 2) Silahları təhvil vermək; 3) İştişaşlara rəhbərlik etmiş şəxsləri vermək; 4) Tam itaət etdiklərini və peşman olduqlarını bildirmək, administrasiyanı fəhlə və atlarla təmin etmək; 5) Rusların qanını tökdükləri bütün torpaqların onların əlindən alınacağı ilə barışmaq. Həmin şərtlərə əməl edən tayfaların insanlarına, əmlaklarına və mal-heyvanlarına toxunulmadı.
RUSLAR GƏLƏNƏ KİMİ TÜRKİSTAN DİYARININ VƏZİYYƏTİ. Rusların regiona gəlişi ilə qonşu dövlətlərin və xanlıqların türkmən ellərinə hücumu dayandırıldı. 17-19-cu əsrlərdə türkmən torpaqları İran, Xivə və Buxaranın iudey xanlarının təcavüzləri və tayfaların bir-biri ilə savaşları nəticəsində xarabazarlığa dönmüşdü. Türkmən məntəqələri Şərqin iudey hakimlərinin hücum obyektinə çevrilmişdi. Tayfalar arasındakı ənənəvi düşmənçilik xalqı gücdən salmış, pərən-pərən etmişdi. Yalnız Rusiya idarəçiliyinin bərqərar olması regionda əmin-amanlığın yaranmasına və türkmənlərin xalq kimi formalaşmasına səbəb oldu. General Aleksandr Komarov Mərvi “az qala bütün Orta Asiyanın inkişafını tormozlandıran quldurluq və dağıntı yuvası” adlandırırdı. Rus ordusu gələndən sonra ətraf elləri terror edən bütün soyğunçu dəstələr sıradan çıxarıldı, qoluzorluların təcavüzündən əldən düşmüş xalq rahat nəfəs aldı. Orta Asiya üçün xarakterik olan tayfadavası aradan qaldırıldı, qaçaqçılıq yığışdırıldı, əkinçilərin və maldarların başağrısına çevrilmiş basqınçı yürüşlərə son qoyuldu. Geridə qalmış Asiya xalqları sivilizasiyanın nemətlərindən bəhrələndi. Ən əsası isə, Orta Asiyanı Orta Asiya edən rus ilhaqı oldu. Rusun Türkistana gəlişi çobanın əkinçiyə, obaçının maldara, köçərinin təsərrüfatçıya, nökərin fəhləyə, hambalın ustaya, mirzənin mühasibə, qırğızın sarta, uyğurun türkə, türkün azəriyə, xanlığın ölkəyə çevrilməsi ilə nəticələndi. Region siyasi, geostrateji və mədəni baxımdan kobud istiladan qurtuldu, sərbəstlik qazandı və öz konturlarını müəyyənləşdirdi.
 Turfan torpaqlarına tarixin müxtəlif anlarında çinlilər, xoyxular, qaoquylar, jeujanlar, duqlaslar, tubetlilər, dunqanlar, cunqarlar, kuntaylar, oyxorlar basqın etmiş və burda yayılaraq məskunlaşmışdılar. Zülmə dözməyən türk etnosları ara-sıra Çin hakimlərinə və yerli bəy-xanlara qarşı üsyan qaldırmış, bu etirazlar hər dəfə zor gücünə yatırılmışdı. Türkistan yurdları dəfələrlə al qana boyanmış, hücrələr və tarixi tikililər dağıdılmış, əhali gah şimala, gah da Çinə doğru qaçmalı olmuşdu. Tarixi ekspansiyalar nəticəsində uyğur elementi özbək elementi ilə, buddizm dini isə islam dini ilə əvəzlənmişdi. Tarixçi O.İakinf yazırdı: “Monqol imperatorlarının pulu qurtaranda uyğurlar onlarçün bankir rolunu oynayırdılar. Təkcə Uqedeyin dövründə uyğurlar 76 min gümüş külçə ödəmişdilər. Əsli-nəcabətli hakimlər və yaxud sadəcə qoluzorlular nə vaxt pula ehtiyac duyurdular, öz dəstələrini Uyğurıstana yollayırdılar. Onlar öz adamlarını digər torpaqlara tərlan və qızılquş dalınca göndərirdilərsə, Uyğur torpaqlarına murvari və qiymətli daş-qaş dalınca göndərirdilər”.
 Xivə hakimi Məhəmməd Rəhim xanın dövründə 10 min qaraqalpaq türkü Aydost adlı sərkərdənin rəhbərliyi altında üsyana qalxdılar, amma məhv edildilər. Bir müddət sonra 20 min qaraqalpaq atlısı Sarlıq adlı başçının rəhbərliyi ilə yenidən üsyana qalxdılar, amma Xivə xanı Qutluq Murad bəyin qoşunu tərəfindən darmadağın edildilər.
 1840-cı illərdə qıpçaqların Kokand xanlığında törətdikləri amansızlıqların həddi-hüdudu yox idi. Kokandın seyid hakimi Şirəli xanın özünə vəzir təyin etdiyi qıpçaq Müsəlmanqulunun hesabına onlar xanlıqda at oynadırdılar. Qıpçaqlar sartların məhsullarını, hətta evlərini zorla əllərindən alır, məscidlərə girib mollalarını döyərək qovur, kitablarını yandırırdılar. Qıpçaq qoluzorluları öz evlərinin yanından keçən arxlardan su götürməyə görə belə sartlardan haqq alırdılar. Ürəkləri istədiyi sartı asıb kəsirdilər və buna görə heç kəs cəzalandırılmırdı. 1851-ci il Qurban bayramı günü sartlar qıpçaqlara qarşı üsyan qaldırdılar. Onlar xan sarayına doluşaraq buradakı bütün qıpçaqları qılıncdan keçirdilər. Qıpçaqların təzyiqindən zinhara gəlmiş gənc Kokand hakimi Xudayar xan da sartların tərəfini tutdu. Nəticədə Daşkənd əhalisi küçələrə töküldü, şəhərdəki bütün qıpçaqlar uşaqdan böyüyə kimi məhv edildilər. Margelan şəhərində qıpçaq ağsaqqalları və böyükləri meydana toplanaraq hamısının başı kəsildi. Müsəlmanqulunın ətrafındakı qıpçaq qoşunu sartlarla döyüşdə məğlub olaraq, böyük hissəsi onun özü qarışıq əsir düşdü. Qəzəblənmiş sartlar Müsəlmanqulunu meydanın ortasına gətirib payanın başına zəncirlədilər, onun gözləri qarşısında əsir qıpçaqlarını başını üç gün ərzində növbə ilə qoyun başı kimi kəsdilər. Meydanda qan su yerinə axdı. Xudayar xan gəldikdən sonra Müsəlmanqulunu onun gözləri qarşısında bazarın ortasında asdılar. Xudayar xan ətrafdakı qıpçaq kəndlərinin məhv edilməsi əmrini verdi. Silahlı dəstələr qıpçaq kəndlərinə doluşub kişi əhalisini ucdantutma qılından keçirdi. Təkcə Balıqçı kəndində 1500 qıpçaq öldürüldü. Öldürülənlərin cəsədi Sırdərya çayına atıldı. Namanqanda öldürülənlərin meyidləri dərəyə dolduruldu. Sartlar qıpçaqları quş kimi ovlayırdılar; onları harda tutdular, öldürürdülər. Bir çox qıpçaq kəndliləri dağlara qırğızların yanına qaçdılar. Lakin köçkünlərin çoxu dağda soyuqdan və aclıqdan qırıldı.
 Xalqın başı başı daim təhlükədə idi. Türkistan sakinlərinin malı və mülkü özlərinə məxsus deyildi; mülkədarın qohum-əqrəbası istədiyi adamın əmlakını rahatca əlindən ala bilərdi (sadə insanların əmlak hüququ yalnız Sovet hakimiyyəti dövründə tanındı). Xan və ya bəyin dəstələri İrbit, Nijnıy, Petropavlovsk, Troitskdən gələn ticarət karvanlarının qabağını kəsir, ən qiymətli və ya xoşlarına gələn nə varsa götürürdülər. Kokand və Buxaranın seyid xanları dildə dindən-imandan danışsalar da, tamah məqsədilə tabeliklərində olan rəiyyəti dözülməz vergilərlə yükləmişdilər. Əlinə pul keçən və ya varlaşan hər bir adamın həyatı təhlükədəydi. Xanın qoluzorluları istədikləri adamı vurub öldürürdülər, buna görə heç kəs onları arayıb axtarmırdı. Karvanlar yol boyu qırğızlar tərəfindən çapılırdı; tacirlər onları qorumaq üçün silahlı dəstələr saxlamaq məcburiyyətində qalırdılar, bu isə baha başa gəlirdi. Rus ordusunun Türkistana gəlişi yerli xalqları məhz belə bəlalardan qurtardı. Ruslar yerli sakinlərin canlarını, mallarını və hüquqlarını qorudular. Türkistan xalqlarının başı üzərində təhlükəsizlik çətiri yaradıldı. Kaufmanın dediyi kimi, Rusiya qanunçuluğu Türkistan sakinlərinə səadət gətirdi.
 Ruslar Orta Asiya xalqlarından ilk olaraq qonşularla toqquşmalardan cana yığılmış qazaxlara qucaq açdılar. Tarixən qazax xalqı üç hissədən ibarət olmuşdur: Ulu juz, Orta juz və Kiçik juz. Cunqarlarla qazaxlar arasında mütəmadi savaşlar baş vermiş, qan su yerinə axmışdı. Son zamanlar intensivləşən cunqar hücumlarından gücdən düşmüş qazax xalqı şimaldakı Rusiya dövlətinə sığındı. Kazak qoşunları köməyə gəlməsəydi, qazax xalqının taleyinin necə olacağını təsəvvür etmək belə çətindir. 1718-ci ildə Kiçik juz tayfalarının başçısı Əbülxeyr xan Rusiya ilə diplomatik əlaqələr qurmağa çalışdı, 1731-ci ildə onun xanlığı “Ağ Çariça Anna İoanovnanın himayəsinə” götürüldü. 1730-cu ildən sonra o biri juzlara rəhbərlik edən xanlar xilas üçün Rusiyaya üz tutdular. 1732-ci ildə Semek xanın rəhbərlik etdiyi Orta juz tayfalar qrupu Rusiya təbəəlyinə keçdi. 1787-ci ildə xivəlilər tərəfindən sıxışdırılan Kiçik juz tayfaları Rusiya hökumətinin icazəsi ilə Urala və Volqaboyuna köçdülər. 1801-ci ildə İmperator 1-ci Pavelin əmri ilə 7500 qazax ailəsinin məskunlaşdığı həmin ərazilərdə onların başçısı Bukey xanın adı ilə Bukey Ordası vassallığı yaradıldı. 1818-ci ildə Ulu juzun tayfaları Rusiya havadarlığına girmək üçün müraciət etdilər. 1820-ci ildə Xivə hakimi Məhəmməd Rəhim xan 10 minlik qoşunla hücum çəkərək Ulu juzun 2 min aulunu soyub taladı və viran qoydu. Sonrakı 30 il ərzində Ulu juzun bütün tayfaları Rusiya təbəəliyinə qəbul olundular. Beləliklə, indiki Qazaxıstan əraziləri xarici hücumlardan cana doyan juz böyüklərinin öz xahişi və təkidi ilə İmperiyanın tərkibinə qatıldı. Qazaxıstan torpaqlarına gələn ruslar indiki Kokşetau (1824), Astana (1830), Fort-Şevçenko (1846), İnqiz (1846), Turqay (1846), Raim (1847), Kapal (1848) və Alma-Ata (1845) məntəqələrinin təməlini qoydular. 1867-ci ildə Qazaxıstanın cənub-şərq və Qırğızıstanın şimal ərazilərinə kazaklar gətirildi və burada Semireçye Kazak Qoşunu yaradıldı. 1862-1877-ci illərdə Çin idarəçiliyinə qarşı üsyan etmiş uyğur və dunqanlar məğlubiyyətə uğradıqdan sonra 1881-ci ildə daha təhlükəsiz sayılan Semireçye ərazisinə köçərək burada məskunlaşdılar. Orta və Böyük Ordadan olan qırğızlar tez-tez kokandlıların hücumuna məruz qalırdılar ki, onlar bununla bağlı kömək üçün Qazaxıstan ərazisindəki rus qarnizonlarına müraciət etdilər. Qırğızların Rus ordusunun himayəsinə girməsindən sonra onların Kokand xanına töycü ödəməsi dayandırıldı və insan tələfatı ilə müşayiət olunan talanlara son qoyuldu.
 Çinlilərin nəzarətində olan ərazilərdə türklər daim narazılıq içində olub, Rusiyaya birləşməyi arzulayırdılar. Əndican türkləri ara-sıra özlərini rus təbəəsi elan edərək Çin administrasiyasına tabe olmaqdan imtina edirdilər. Onlar hər fürsətdən istifadə edərək çinlilərə qarşı çıxır, bəzən 10 min silahlı adamı meydana çıxararaq Rusiyaya birləşəcəklərini bəyan edirdilər. Rusiyanın cəzbedici və firavan həyatı sərhəd xalqlarının hamısını özünə çəkirdi. Semireçye sartları Kaşqar uyğurlarından qat-qat yaxşı yaşayırdılar. Sadə rəiyyətin ruslar haqqında doğru-düzgün təsəvvürü olmasa da, gəzib görən bəylər, mötəbər şəxslər, varlı tacirlər rus təsiri haqda müsbət fikirdəydilər. Rus həyat tərzinin maniyası özünə çəkirdi. Diyarın dünyəvi savad almış şəxsləri nicatı məhz şimalda görürdülər və xalqı Rusiyaya doğru yönləndirirdilər. Cənub hüdudlarında yaşayan və dolanışıq səviyyəsi aşağı olan ac qruplar talançılıq məqsədilə tez-tez Rusiya sərhədləri hüdudlarında daha firavan yaşayan qruplara hücum çəkirdilər. Nə primitiv şəkildə zərb edilmiş Qaşqar gümüş pulu, nə də dördbucaq və qaba formada düzəldilmiş Çin yamba pulu rus pulu qədər dəyərli sayılmırdı. Rus monetası qızıla bərabər tutulurdu. Regionun az-çox iqtisadi inkişafi Rusiya pulunun hesabına baş verirdi. Rusiyaya alverə gedən tacirlərin digərlərindən fərqli olaraq kərpicdən dəbdəbəli evləri və rahat şəraitləri olurdı. Türkistan xanlıqları qonşu dövlətlərlə müqayisədə ən çox alveri Rusiya ilə edirdilər. Diyara ticarətdən ən çox pullar Rusiyadan axırdı. Malla yüklənmiş 1000-2000 dəvədən ibarət karvanlar yazda Orenburqa, payızda Astarxana üz tuturdu. Onlar Rusiya bazarlarına pambıq, ipək, dəri, mer-meyvə, əmlik quzu dərisi, tatar və noqayların ehtiyac duyduğu paltarlar aparır, geriyə isə çuqun qab-qacaq, dəmir alətlər, işlənmiş tüfəng, çit (Rusiyada mebel üzünə çəkilən bu parçadan Türkistanda qadın köynəkləri tikilirdi), döşək üzü, mahud və müxtəlif qalanteriya məmulatları gətirirdilər. İranla alver edən yomudlar isə hər il İran şəhərlərinə 100-150 dəvə yükü neft və şimşad ağacı (daraq hazırlamaq üçün) aparırdılar.
 Rus ordusunun Orta Asiyaya girişi bəzi xırda nüansları nəzərə almasaq, demək olar ki müqavimətlə rastlaşmadı. Bir neçə yerdə müşahidə edilən xırda toqquşmalar isə öz hegemonluğunu əldən vermək istəməyən feodal-klerikal zümrə tərəfindən təşkil olunmuşdu ki, onlar da rus hərbisinin gücünü görən kimi həlimləşdilər və bir daha silaha əl atmağı ağıllarına belə gətirmədilər. Hərbi yürüşlərdə iştirak etmiş N.Qrodekob, E.Jelyabujski, A.Maslov, A.Kuropatkin, M.Terentyev və digər müəlliflərin xatirə və gündəliklərindən də aydın olur ki, Orta Asiyanın ilhaqı problemsiz ötüşmüşdür; ruslar öyrəşmədikləri isti iqlimin bəzi fəsadlarını nəzərə almasaq, regionda heç bir ciddi problemlə üzləşmədilər. Hətta bir çox yerlərdə rus ordusunu sevinclə qarşılayan əhali onlara qan ağladan bəy və xanların cəzalandırılmasını tələb edirdilər. General-leytenani İvan Fyodoroviç Blaramberq yazırdı: “Qırğızlar mənə onları düşməndən azad etdiyimə və quldur yuvalarını dağıtdığıma görə dua edirdilər”.
 Orta Asiyada Rusiya İmperiyası üçün əsas başağrı yaradan məntəqələrdən biri Kokand xanlığı olmuşdur. Paytaxtı Daşkənd olan Kokand xanlığı Osmanlı Türkiyəsinin müttəfiqi idi və Krım müharibəsi zamanı Osmanlını dəstəkləyərək rus qoşunlarına qarşı döyüşmüşdü. Kokandlılar tez-tez sərhədyanı qalalara hücum çəkir və Rusiya təbəələri olan qazaxları əsir apararaq qul edirdilər. 1853-cü ildə Kokand qoşunu Rusiyanın Qazaxıstandakı Perovski (Qızıl Orda) qalasına hücuma keçdi. Lakin qaladakı 1055 nəfərlik rus qoşunu 12 minlik Kokand qoşununu qırıb çatdı. 1860-cı ildə 20 minlik Kokand ordusu digər rus qalası Vernıya (Alma-Ata) hücuma keçdi. 700 nəfərlik rus ordusu onları məğlubiyyətə uğradaraq pərən-pərən saldı. Bundan sonra məşhur rus generalı Mixail Çernyaev Kokand xanlğına yürüş barədə qərar verdi. Cəmi 1300 əsgər və 10 topu olan rus ordusu 30 min döyüşçü və 63 top ilə müdafiə olunan Daşkənd qalasının üzərinə yeridi. Qala enli xəndək və hündür hasarla əhatələnmiş, hərtərəfli və dayanıqlı müdafiə istehkamları qurulmuşdu. Qeyd etmək lazımdır ki, qalada Kokand xanının qoşunu və ona köməyə gəlmiş Buxara xanının əsgərləri ruslara qarşı müqavimət göstərsə də, Daşkənd sakinlərinin əksəriyyəti Rusiya tərəfdarıydı. Mühasirənin ilk günləri 3 minə yaxın daşkəndli qaladan çıxaraq rus ordusunun tərəfinə keçdi. General Çernyaevin rəhbərliyi altında kiçik rus ordusunun taktikası və şücaəti sayəsində tez bir zamanda 100 min nəfər əhalisi olan şəhər tutuldu. Kokand və Buxara xanlarının döyüşçüləri pərən-pərən düşərək qaçdılar. Rus ordusundan cəmi 25 nəfər həlak oldu, 132 nəfər yaralandı. Ruslar 63 top, 16 bayraq, 2 min pud barıt, 10 min mərmi, çoxlu sayda tüfəng ələ keçirdilər.
 Döyüş bitdikdən sonra qorxu içində olan daşkəndlilər qabaqda ağsaqqallar olmaqla general Çernyaevin qarşılamağa çıxdılar. Onlar aqibətlərinin yaxşı olmayacağını düşünür, rus ordusunun verdiyi itkilərin qisasını şəhər camaatından alacağını güman edirdilər. Şərqdə adətən istilaçı hücuma keçdiyi məntəqədə müqavimətlə üzləşirdisə, oranı tutduqdan sonra əhalini ucdantutma qılıncdan keçirirdi. Qorxudan əsən sakinlər general Çernyaevin qabağında diz çöküb alınlarını yerə qoydular, əlləri ilə başlarını qapayaraq rəhm istədilər. Kütləni “Aman” sədaları bürümüşdü. Meydandakı camaat dəhşət içindəydi. Lakin Çernyaev irəli yeriyərək diz üstə oturan ağsaqqalları yerdən qaldırmağa və sakitləşdirməyə başladı. O daşkəndlilərin arasında gəzərək onların gözləmədiyi nəvazişli bir səslə bildirdi ki, rus ordusunun onları cəzalandırmaq fikri yoxdur, əgər rus ordusuna zərər yetiriblərsə də, Ağ Padşaha sədaqət göstərməklə bundan sonra günahlarını yuya bilərlər. “Bu gündən siz rusların dostu sayılırsınız” deyən Çernyaev nitqini “Müharibə qurtardı! Sülh yarandı!” nidaları ilə bitirdi. Rus generalının bu hərəkəti fərqli meyarlara öyrəşmiş sakinləri şoka saldı və uzun müddət türkistanlıların yaddaşında qaldı. Daşkənddə general Çernyaev sadə bir evdə yaşadı və şəhər sakinlərini qəbul edərək onların problemlərinin həlli ilə məşğul oldu. Tanınmış Daşkənd taciri Xamut Xoca xatirələrində demişdi: “Öz qazi, ağsaqqal və qurbaşilərimizin yanına gedəndə ənam almamış nəinki problemimizi həll etməzdilər, heç bizi dinləməzdilər də. Daşkəndlilər belə şeyə öyrəşməmişdi. General Çernyaevin qəbuluna gələndə uşaq kimi dinləyər və hər cür köməklik göstərirdi. Get istənilən daşkəndlidən soruş, xalq ona müqəddəslər kimi baxır. O qədər yaxşılıqlar etdi ki, indi də yaddaşlardadır. Onun yeri cənnətdir, bunu ülləmalarımız da deyir. Əgər bütün müsəlmanlar Çernyaev kimi olsaydı, indi dərdimiz olmazdı”.
 Buxara əmiri Seyid Müzəffər xalqı Rus ordusuna qarşı qaldırmaq istədi. Lakin Türkiyə sultanından dəstək almaq üçün apardığı danışıqlar səmərə vermədi. Seyid Müzəffər rusları kafir elan edərək xalqı ruslara qarşı müharibəyə yönəltməyə cəhd göstərdiı. O bu məqsədlə öz nökərlərinə camaatdan zorla pul yığdırdı. Lakin əmirin ruslara qarşı yönəlmiş addımları camaat, eləcə də mollaların etirazı ilə qarşılaşdı. Seyid Müzəffərin adamları Çapan-Ata yüksəkliyində ruslara qarşı müqavimət göstərmək istəsə də, ilk top atəşləri açılan kimi öz mövqelərini qoyub qaçdılar. 2 may 1868-cı ildə Səmərqənd camaatı başda ağsaqqallar və mollalar olmaqla general Konstantin Kaufmanın yanına gəldilar və onları seyidlərin zülmündən qurtardığına görə təşəkkür etdilər. Onlar bildirdilər ki, Rus ordusunun gəlişini səbirsizliklə gözləyirdilər və Ağ Çarın hakimliyi altında olmaqdan məmnunluq duyurlar. Qeyd etmək yerinə düşər ki, Səmərqənd əhalisi bundan bir müddət qabaq ordu yeridilməsi xahişi ilə Rusiya hökumətinə yazılı şəkildə müraciət etmişdi.
 Rusiya ekspansiyası öz kolonial sistemlərini bütün Şərqə yaymağa can atan ingilislərin diplomatik və təxribat xarakterli hərəkətlərindən başqa heç bir əngəllə müşayiət olunmadı. Məsələ burasındadır ki, ruslar gəlməsəydilər, Orta Asiyanı artıq Amu-Dərya sahillərinə doğru irəliləmiş Böyük Britaniya imperiyası götürəcəkdi. Orta Asiya Hindistan kimi məzlum bir vəziyyətə düşəcəkdi. İngilislərin əlinə keçəcəyi halda regionu hansı tale gözlədiyini yerli idarəçilər də başa düşürdülər, ona görə də Rusiya ilə bütün kompromislərə həvəslə razılaşırdılar. Şimal və Şərqdəki fərqli durumlarla tanış olan yerli hakimlər anlayırdılar ki, rusların gəlişi regiona stabillik gətirəcək, ingilislərin gəlişi isə xalqları faciələrlə baş-başa qoyacaq. Ruslar ilhaq etdikləri yerlərdə əmin-amanlıq yaratmışdılar və bu açıq-aşkar göz önündə idi. Ruslar öz idarəçiliklərini qurarkən ingilislər kimi yerli həyat tərzinin hər xırdalıqlarına burun soxmurdular və əhalinin sərbəst dolanması üçün şərait yaradırdılar.
 Məşhur səyyah və etnoqraf Evqeni Markov yazırdı: “Rus insanı- həddindən artıq təvazökar insandır. O burada, qanı ilə aldığı ölkədə özünü təsadüfi yoldankeçən kimi aparır; irəli dürtülmür, özünün xüsusi hüquqları olduğunu heç yerdə bəyan etmir, heç kimə və heç nəyə toxunmur, heç kimə və heç nəyə mane olmur”. Yazıçı bir müddət əvvəl səfərdə olduğu Qahirədə ingilislərin yerli xalqa münasibəti ilə rusların yerlilərə münasibətini müqayisə edir, rusların daha humanist rəftarını vurğulayırdı. Səmərqənd rus qoşunları tərəfindən tutularkən general Konstantin Kaufman bazar meydanına yığışmış camaata demişdi: “Qoy sakinlər qorxmasınlar, hərə əvvəlki işi ilə məşğul olsun və alver öz axarı ilə getsin. Qaçanlara da deyin, sakitcə öz ev-eşiklərinə qayıtsınlar. Ruslar sizi soyub talamayacaqlar, əksinə kasıbçılıqdan xilas edəcəklər. Bizim qoşunlar Səmərqəndi xarici düşmənlərdən qoruyacaqlar”. Ruslar Orta Asiyada bərqərar olarkən ilk əvvəl aministiya elan edərək hökumətə qarşı çıxanları bağışladılar və onları dinc həyat tərzinə dəvət etdilər. Hakimlik etdikləri zaman ruslar hətta onlara güllə atan, müqavimət göstərən yerli sakinləri öldürmədilər, bəzən bağışladılar, ən ağır cinayətlər törədənləri isə Sibirə göndərdilər. Sibirdə cəzasını çəkəndən sonra müsəlmanlar orda işlə təmin oluna bilir, çox vaxt isə yerli rus qadınları ilə evlənərək vətənə dönmürdülər. Sibirdə rusların qurduğu şərait və dolanışıq onların depressiya ilə dolu vətənindəkindən qat-qat üstün idi.
 Səyyahların yazdığı kimi, türkmənlər insan əməyinin bəhrələrini ört-basdır edən qum dənizinin ortasında məskunlaşmışdılar və yeknəsaq həyat tərzi sürürdülər. Əsrlər boyu qeyri-münbit torpaqlarda yaşamaqla onlar sivilizasiyanın bəhrələrindən uzaq düşmüş və hər cür yeniliyə qarşı soyumuşdular. Türkistan kəndləri balaca və uçuq evlərdən ibarət idi, bir çox aullarda hətta hinlərdə və oyuqlarda yaşayırdılar. Kəndlərdə çirkab və üfunət dizdən olurdu, şəhərlərdə isə nəinki kanalizasiya, industriya sisteminin bircə nişanəsi belə gözə dəymirdi. Şəhərlərdə küçələr o qədər dar idi ki, rus kəndlərinə xas enli rastalarla müqasiyədə işıq düşməyən koridorları xatırlardırdı. Belə küçələrdə havalanma aşağı səviyyədə olurdu. Zir-zibil, müxtəlif tullantılar hara gəldi səpilirdi; bir çox məhəllələrdən insan və heyvan sidiyinin iyindən keçmək mümkün deyildi. Bazarlarda antisanitariya hökm sürürdü; cərgələrin arası həmişə zir-zibillə dolu olurdu. Bircə böyük meydanların yanında zibil tökmək üçün dərin çökəklər qazılmışdı, lakin bu çökəklər heç vaxt təmizlənmədiyindən ətrafa üfunət saçırdı. Arxitektura nümunələrinə heç yerdə rast gəlinmirdi. İncəsənət detalları yalnız xalça naxışlarında gözə dəyirdi. Silahlar və az sayda olan toplar, bir səyyahın dediyi kimi, Nuh əyyamından qalma idi. Arabalar indiki kinolarda göstərilən kimi kareta tipli yox, sınıq-salxaq idi. Türkistan zadəganların gəzdiyi faytonlar ruslardakı nəhəng, dəbdəbəli, dördtəkər karetalardan fərqli olaraq iki iri təkərdən üstündə sandığı xatırladan sığınacaqdan ibarət idi. Evlərin ornamentində heç bir bər-bəzək olmurdu və məişət həyatı maraqsızlığı ilə adamı boğurdu. Türkistan camaatının indiki mədəni zövqü hələ formalaşmamışdı. Musiqidən başqa əhali heç bir mədəni dəyərə həvəs göstərmirdi. Xalq sənətkarlığın və istehsalatın heç bir sahəsində püxtələşməmişdi, bircə böyük şəhərlərdə yaşayanlar alverdə pərgarlaşmışdılar. Əqli nailiyyətlər aşağı səviyyədə idi. Ən dünyagörmüş insanlar səfil kökündə gəzib dolaşan dərvişlər sayılırdı. Fəlsəfə elmi, sosial proqress, insan hüquqları barədə anlayış belə yox idi. İctimai həyat anlayışı əzəldən olmamışdı. Xalqın fiziki, mənəvi və əqli inkişafı üçün heç bir strateji addım atılmırdı. Hətta ən savadlı ziyalılar belə Budda və İslamın sönük doqmatikasından başqa heç bir təsəvvürə malik deyildilər. Ortastatistik türklə hansısa mövzuda normal mükalimə aparmaq mümkin deyildi. Elm və təhsilli adamlar ərəb hərflərini tanıyan adamlar sayılırdılar. Təhsil sistemi yox dərəcəsində idi; məscidlərin nəzdində olan azsaylı məktəblərdə ərəb hərfləri və Quranın əzbərlənməsindən başqa heç nə öyrədilmirdi. Bu məktəblərdə dərs proqramı, xüsusi sinif sistemi yox idi. Tədris keçirilənlərin mənasının başa düşülməsi üzərində yox, mexaniki əzbərlənməsi üzərində qurulmuşdu. Odur ki burda oxuyan şagirdlər sönük savad alırdılar. Belə məktəbərin oturuşmuş və dayanıqlı material bazası da yox idi; müəllimlərin requlyar maaş almaması bir sıra problemlərə yol açırdı. Məktəblər tez-tez şagird çatışmazlığına, ya da mollanın özünə sərfəli iş tapmasına görə bağlanırdı. Məktəblər müsəlman ümmətinin tələblərinə uyğun dar təhsil verirdi, müasir elmin əsas sahələrinə yaxın da düşmürdü. Hətta böyük mədrəsələrdəki belə təhsil səthi xarakter daşıyırdı. Bu məktəblərə nəsə yenilik gətirmək cəhdləri də etirazla qarşılanırdı. Savadlılıq səviyyəsi haqda onu demək olar ki, əhalisi təxminən 50 min nəfər olan Ağsu şəhərindəki yeganə mədrəsədə cəmi 150 uşaq təhsil alırdı. Nəinki kitab dükanları vardı, hətta evlərdə belə bircə dənə də olsun kitaba rast gəlinmirdi. İnsani münasibətlərə daha çox qabalıq xas idi, cəhalət və avamlıq baş alıb gedirdi. Qadınların alçaldılması adi mənzərə idi; böyük şəhərlərin hamısında qadınların açıq-aşkar satıldığı bazarlar fəaliyyət göstərirdi. Oğlanbazlıq geniş vüsət almışdı. Biri borcunu ödəyə bilməyəndə əvəzində körpə uşaqlarını əlindən alırdılar; aparıb küçənin ortasında qoyub satır və pulu çıxardırdılar.
 Türkistan diyarında ta qədimdən oğlanlar 12-13, qızlar isə 9-10 yaşında evlənirdilər. Məsələnin problemli cəhəti onda idi ki, requlyar olaraq qoyun və at əti ilə qidalanan varlı ailələrdə qız uşaqları tez yetişirdi, ac və kasıb ailələrdə isə bədəncə zəif olurdular. Evlənmək üçün oğlan evi hökmən qız evinə başlıq (kalım) ödəməliydi. Mal-heyvanın çox olduğu yerlərdə arvad almaq üçün başlıq kimi 100 baş, heyvandarlığın az inkişaf etdiyi yerlərdə isə 9-10 baş (1-2 dəvə, 4 at, 4 inək) ev heyvanı verilirdi. İmkanı az olan ailələr iribuynuzlu mal-qara əvəzinə qoyun və keçi də verə bilərdi.
 Türkistan camaatının əsas hobbisi tiryək çəkmək olduğundan insanların sağlamlığı qənaətbəxş deyildi. Səhiyyə haqqında normal anlayış olmadığından xəstələri mollalar dua yazmaqla “sağaldırdılar”. Diyarın sanitar-epidomoloji durumu faciəli kökdə idi. Hər addımbaşı arıq və sısqa adamlara rast gəlinirdi. Kəndlər və aullar mütəlif yaş təbəqələrindən olan xəstələrlə aşıb daşırdı. Bir çoxlarının bədəni əyilmişdi, paraliç keçirənlər və əsəb xəstəliyindən əziyyət çəkənlər kifayət qədər idi. Ürək xəstələrinə, görmə qabiliyyəti zəif olanlara rast gəlinməsə də, qidalanma düzgün qurulmadığından mədə xərçəngindən ölənlər həddən artıq idi. Türkistanda su mənbələri az olduğundan kasıb əhali məcbur qalıb kirli su hövzələrinin suyundan istifadə edirdi. İçməli su az miqdarda kənardakı bulaq və çaylardan gətirilsə də, əhalinin kasıb hissəsi yemək bişirməyə suyu palçıqlı arxlardan və kirli gölməçələrdən götürürdü. Belə vəziyyət mikrobların çoxalmasına və əhalinin müxtəlif viruslara yoluxmasına gətirib çıxarırdı. Türklərin “Axar su murdar olmaz” məlum məsəli başlarında bəla olmuşdu. Kəndin yanından axan eyni arxda həm kəsdikləri qoyunun bağırsaqlarını yuyur, həm də içməli su götürürdülər. Bəzən malyariya elə şiddətlə yayılırdı ki, kənddəki insanların yarısını həyatdan aparırdı; sartlar yaşayan bir çox aullar büsbütün boşalmışdı. Türkistan şəhərlərinin quruluşu elə idi ki, infeksion xəstəliklərin artmasına münbit şərait yaranırdı. Suçiçəyi, müxtəlif növ dəri səpgiləri, eləcə də sifilis xəstəliyi kütləvi bəlaya çevrilmişdi. İnfeksiyanın yaşamasına səbəb olan endemik şərait nəticəsində epidemiyalar birdən-birə yayılırdı və çoxlu sayda adamı həyatdan aparırdı. Kütləvi xəstəliklərin yayılmasının digər səbəbi gigiyenaya düzgün riayət edilməməsi idi. İnsanlarda qan azlığı, üzgünlük və vərəm simptomları müşahidə olunurdu. Yağış nadir hallarda yağdığından, eləcə də region üçün səciyyəvi olan tozanaqlı küləkər bir çox xəstəliklərin artımasına zəmin yaradırdı. Əhalini əldən salan şiddətli xəstəliklərdən biri də qızdırma idi. Əksəriyyət təşkil edən imkansız adamların hamamı yox idi. Kasıb zümrənin çox hissəsi il boyu çimmirdi; kirin-kəlmənin içində gəzən çoxlu sayda insana hər yerdə rast gəlinirdi. Xəstəxana, həkim, aptek, xeyriyyə cəmiyyətləri kimi anlayışlar Türkistan diyarına yad idi. Bəzi yerlərdə səhiyyə əvəzinə türkəçarəlik geniş yayılmışdı.
 Aclıq və pulsuzluq Türkistanda xroniki hal almışdı. Əksər Türkistan camaatının süfrəsi kasıb olurdu. Hər yerdə yoxsulluq atributları nəzərə çarpırdı. Orta Asiyanın əksər ərazilərini qumluq və şoranlıq torpaqlar əhatə etdiyindən əkinçilik aşağı səviyyədə idi. Müasir istehsal vasitələri yox idi. Məntəqələr Rusiya ilə sərhəddən nə qədər uzaqdırsa, yaşayış şərtləri daha sönük və ibtidai icma quruluşuna daha yaxın idi. Rusiya sərhədlərinə yaxın türk tayfalarının dünyagörüşü daha yüksək və inkişaf səviyyəsi daha yuxarı idi. Rusiya sərhədlərinə yaxın yerlərdə fəhlə öz zəhmətinə görə də daha çox əməkhaqqı alırdı. Sadə insanlar bəylərə və xanlara müxtəlif vergi və töycülər ödəməyə borcluydular. Cəzasızlıq mühitində mülkədarlar xalqın qanını istədikləri kimi somururdular. Hüquqsuzluq şəraitində istismar bəzən elə şiddətli olurdu ki, əhali tez-tez bir yerdən digər yerə köçməli olurdu. Əkinçilikdən məhsul götürənlər və ya bazarlarda alver edənlər mütəmadi olaraq qoluzorluların basqınına məruz qalırdı. Xalq idarəçilərə və qazilərə nifrət püskürsə də, zalimlərə qarşı əlindən heç nə gəlmirdi.
 Rusiya ilhaqından qabaq Türkistan diyarında iki cür məhkəmə sistemi var idi: şəriət məhkəməsi və adət məhkəməsi. Oturaq xalqlar üçün xas olan şəriət məhkəməsi qazilər tərəfindən, köçəri xalqlar üçün xas olan adət məhkəməsi isə bəylər tərəfindən həyata keçirilirdi. Lakin həmin məhkəmə sistemləri mükəmməl olmadığından xalq bir sıra problemlərlə və ədalətsizliklə üzləşirdi. Qazilər və bəylər üçün rüşvətə meyllilik xarakterik idi. Xüsusən qohumluq və nəsil əlaqələri ilə sıx bağlı bəylər özlərinə daha yaxın olanın xeyrinə qərar çıxarırdılar. Əsas problem qazi və bəylərin savadsız və cahil olması idi. Qazilərin çoxu müsəlman şəriətini dəqiq bilmirdilər, bəylər isə yerli adət-ənənələri özləri bildikləri kimi traktovka edirdilər. Məhkəmələr aylarla, bəzən illərlə uzanırdı. Müsəlman əhalisi çox vaxt çıxarılan qərarlardan narazı qalır, ədalətsiz münasibətdən əziyyət çəkirdi. Amma qisas alınacağı qorxusundan heç kəs şikayət etmirdi. Çar idarəçiliyini möhkəmlənəndən sonra həmin kustar məhkəmə üsulları aradan aparıldı, Rusiya məhkəmə qanunvericiliyi bərqərar oldu.
 14-15-ci əsrlərdə Şərq despotizmi nə vəziyyətdə idisə, 19-cu əsrdə də həmin kökdə qalmışdı. Əlində hakimiyyət və şallaq olanlar xoşlarına gəlməyən adamı həbs edir, ürəyi istədiklərini qətlə yetirir, varlanmaq məqsədi ilə başqasının əmlakını zorla əlindən alır, qorxu yaratmaq üçün nümayişkəranə qəddar edamlar həyata keçirirdilər. Sui-istifadə idarəçiliyin əsas qayəsinə çevrilmişdi. Administrasiya işlərinə yaltaqlıq xas idi. Sadə camaat xanı və ya digər nüfuzlu zadəganı harda görürdüsə, əlini qarnına qoyub baş əyirdi, bəziləri hətta hörmət-izzət bildirmək üçün diz üstə çöküb alnını yerə vururdu. İnsanları cəzalandırarkən ən dəhşətli işgəncələrə məruz qoyurdular. Şərq ölkələrinə xas ən vəhşi cəza və edam növləri Türkistanda gen-bol tətbiq olunurdu. Xanın ölüm hökmü çıxardığı günahkarlar bazarın ortasına gətirilir və kütlənin gözü qabağında qətlə yetirilirdi. Türkistan diyarındakı bəzi edam metodları digər Şərq ölkələrində olanlardan da dəhşətli və işgəncəli idi. Şərq ölkələrindəki kimi məhkumun boynunu qılıncla vurmur, qoyun başı kimi bıçaqla kəsirdilər. Cinayət işlətmiş daha varlı və ya vacib şəxsləri bazarın ortasında yox, xan sarayının qabağında paza keçirmək yolu ilə öldürürdülər. Arxasına ucu yonulmuş paya keçirilmiş şəxs uzun müddət can verir, cabaladıqca paya daxili orqanlarına daha dərindən otururdu. Qətlə yetirilənin qohumları cəllada pul verməsəydilər, o payanı düz bağırsağa yox, böyürə istiqamətləndirirdi. Paya qabırğaya ilişib dayanırdı və məhkum beləcə bir sutkaya yaxın zarıyaraq can verirdi. Xalqda qorxu yaratmaq üçün ölünü beləcə uzun müddət vertikal vəziyyətdə nümayiş etdirirdilər.
 Mərhəmət aktlarına nadir hallarda rast gəlinirdi: regionun cahil bəy və xanları üçün amansızlıq səciyyəvi idi. Qəssab kimi günahkar bildiklərini, xoşuna gəlməyənləri kəsib doğrayırdılar. Qəsd, aldatma, qan düşmənçiliyi, qarət, çaxnaşma, edam- əsrlərdə davam edən özbaşınalıq region xalqlarını gücdən salmış və olan-qalan nailiyyətlərin üstündən də xətt çəkmişdi. Mülkədarlar heç kəs qarşısında cavabdeh olmadıqlarından və qanunlar işləmədiyindən istədikləri cinayətlərə rəvac verirdilər. Həmin dövrlərdə Türkistana səfərlər edən xarici səyyahlar dəfələrlə insan kəllələrindən təpələrə rast gəlmişdilər və böyük heyrətlə bunu öz yazılarında qeyd etmişdilər. Bəzən xırda bir üsyana görə məntəqə camaatı hamısı şaqqalanır, ahu-nalə ərşə dirənirdi. Qırğızlar, buxaralılar, kokandlılar bir-biri ilə müharibə zamanı hansı tərəf qələbə çalırdısa, məğlub tərəfin ucdantutma başını kəsib bazarın ortasında, ya da məscidin qarşısında qarpız kimi üst-üstə yığırdılar. Türkistanda yaşayan rəssam Vasili Veraşşaqin kəllələrin təsviri göstərilən “Müharibə apofeozu” adlı məşhur rəsmini naturadan çəkmişdi. Kokand, Buxara, Xivə xanlıqlarının hamısı öz mənəvi çöküşlərini yaşayırdılar. Hər yeni gələn xan özündən əvvəlkinə rəhmət oxutdururdu. Hakimlər cəzalandırılmayacaqlarına əmin olduğundan qazanc əldə etmək məqsədilə hər cür qəddarlığa və rəzalətə əl atırdılar. Bəzən əyləncə xatirinə dinc insanların qanını axıdırdılar. Rusların gəlişi məhz belə qırğınlara və çəkişmələrə son verdi, nizam-intizam və əmin-amanlıq yarandı. Daim həyəcan içində yaşayan, təhlükə gözləyən Asiya xalqları asudə nəfəs aldılar. Rus hökmranlığı regionda sivil inkişafın təməlini qoydu.
 Ruslar gələnə kimi Türkistanda ən imtiyazlı zümrə özünü seyid adlandıraraq dini kulta girmiş, əslində isə iud mənşəli olan zümrə idi. Onlar müsəlmanlığı qəbul etmiş avam türk xalqları arasında böyük nüfuz qazanmışdılar və mülkiyyət hüququ məsələlərində istisna mövqe tuturdular. Yerlərdə seyid hakimlərin zavallı xalqın başına gətirdiyi zülmlərin həddi-hüdudu yox idi. İnsanlar axırıncı tikəsini belə özü yeməyib seyidlərə verir, onların rifahı üçün əllərindən gələni əsirgəmirdi. Azərbaycanda müharibə vaxtı əhali axırıncı qoyununu aparıb seyidin qapısında bağlayır, özü isə jımıx yeyirdi. İş o dərəcəyə çatmışdı ki, qırğızlarda hansısa seyidin təhqir olunması və ya hüququnun pozulmasına görə ölüm hökmü çıxarılması adət halını almışdı. Bir sıra xalqlarda hətta bir seyidin öldürülməsinə görə günahkarın tayfasından yeddi nəfər edam edilirdi. Türkistanın əsas yaşayış məntəqədələrinin idarəediciləri, yüksək gəliri ilə seçilən aparıcı qüvvələri seyidlər idi və ən çox da zülmkarlıqları ilə məhz onlar fərqlənirdilər. Ərəbistan mənşəli seyidlərin qurduğu reqressiv atmosfer yerli xalqların İmperiya xalqları ilə qaynayıb qarışmasına imkan vermirdi. Rusları Türkistana gəlişi ilə seyid-iud hegemonluğuna son qoyuldu. 1867-cı ildə Rus hökuməti Türkistan ordalarını qəzalara, nahiyələrə və aullara böldü, yerlərdə qəza böyükləri və kənd ağsaqqalları təyin etdi, bununla da semit-seyidlərin nüfuz dairəsi azaldı, idarəçilik işləri aborigenlərin əlində cəmləşdi. Rusiya qanunvericiliyi seyidləri ali və imtiyazlı təbəqə kimi yox, dövlətin bərabərhüquqlu vətəndaşları kmi təsbit etdi.
 Rus idarəçiliyi öz qaydalarını diqtə etməyə alışmış, töycü ilə dolanan, xalqın əmlakına dədə malı kimi baxan, istədiyini asıb kəsən seyid, xan və basmaçilərdən başqa hamıya sərf edirdi. Zəhmət adamları, əlinin bəhrəsi ilə dolanan sadə camaat, əmin-amanlıq arzulayan sakit zümrə ruslara öz xilaskarları kimi baxır, rus idarəçiliyini canla-başla qəbul edirdilər. Onlar üçün rus təsirinin aradan qaxması (müstəqillik) bəy boyunduruğana düşmək üçün yenidən dişlərini qıcayan bir kabus idi.
 Şanlı Kokand xanı öz sarayının həyətindəki hovuzda iki nəhəng naqqa balığı saxlayırdı. Hər cümə axşamı ölüm hökmü çıxarılmış məhkumu ayaqları kəndirlə bağlanmış halda hovuza tullayaraq həmin naqqalara yem edirdilər. Naqqa balıqları dişlərini qarşı sahilə üzüb keçərək canını qurtarmaq istəyən məhkumun qıçlarına keçirib suyun altına dartırdılar. Yazıq əlləri ilə müqavimət göstərsə də, iti dişlərdən qurtara bilmirdi. Nəhəng balqlar onu tikə-tikə edirdi. Xanın hərəmxanası sarayın eyvanında şaqqanaq çəkərək bu qanlı olaya böyük şövqlə tamaşa edirdi. Kokand rus ordusu tərəfindən tutulan zaman xanın hovuzunun suyunu açıb buraxdılar, uzunluğu iki metr yarıma yaxın olan naqqa balıqlarını isə öldürdülər. Hovuzun dibi insan sümükləri ilə dolu idi. Balığın ətini qaynadıb əsgərlərə vermək istəsələr də, heç kəs bu “nemət”dən dadmaq istəmədi və yemək kotyollarını hamara boşaltdılar.
 1867-ci ildə rus ordusu tərəfindən fəth olunmuş Orta Asiya torpaqlarında paytaxtı Daşkənd olmaqla Türkistan general-quberantorluğu yaradıldı, general-adyutant Konstantin Kaufman isə onun general-qubernatoru təyin olundu. Rus general-qubernatoru ilk gündən geniş islahatlara başladı. İlk əvvəl qul alveri və insanların məhkəməsiz-filansız cəzalandırılması qadağan edildi, qoluzorluluğa son qoyuldu. Əsrlərlə davam edən tayfadavası, nəsildən-nəsildən ötürülən qan düşmənçiliyi aradan qaldırıldı. Bəylərə və xanlara ödənilən müxtəlif növ ağır vergi və töycülər yığışdırıldı. Əkinçiliyin yeni, daha proqressiv və məhsuldar növü fəaliyyətə başladı. Əkinçilər və maldarlar öz zəhmətlərinin bəhrəsini özləri yeməyə başladı. Sənətkarlığın və kənd təsərrüfatının inkişafına təkan verildi. İpəkçilik yüksək templərlə inkişaf etdi; qısa müddət ərzində ipək istehsalı bir neçə dəfə artdı. Kaufman Daşkənddə Təcrübə Stansiyası yaratdı ki, burada rusiyalı müstəxəssislər yerli iqlimə uyğun gələn yüksək keyfiyyətli pambıq növü yetişdirdilər. 19-cu əsrin sonunda Rusiya xaricdən pambıq almağı dayandırdı: Türkistan diyarı Rusiya bazarlarını pambıqla tam təmin etdi. Əvvəllər ilan mələşən qumsal torpaqlarda əkilmiş pambığın hesabına Türkistana Rusiyadan böyük pullar axdı. Sadə insanlar arasında varlı, imkanlı təbəqə yarandı.
 Kaufmanın vaxtında ilk dəfə olaraq diyarın coğrafi və etnoqrafik cəhətdən öyrənilməsinə başlandı. Orta Asiya Elmi Cəmiyyəti, Rusiya Təbiətşünaslıq, Antropologiya və Etnoqrafiya Həvəskarları Cəmiyyətinin Türkistan şöbəsi yaradıldı. 1869-cu ildə regionda ilk dəfə olaraq “Türkistan xəbərləri” və “Türkistan yerli qəzeti” çıxmağa başladı. Daşkənddə ilk kitabxana açıldı. 1867-cı ildə diyarda ilk dəfə olaraq meteostansiya və teleqraf stansiyası yaradıldı. İlk fabriklər işə düşdü. 1873-ci ildə Daşkəndə astronomik observatoriya yaradıldı. Observatoriyanın işçiləri astronomik müşahidələr, regionun xəritəsinin hazlrlanması və astrofizika məsələləri ilə məşğul olurdular. 1898-1899-cu illərdə observatoriyanın ərazisində astrofizika laboratoriyası yaradıldı. Laboratoriyanın işçiləri Günəşin aktivliyi, ulduz astronomiyası problemləri, komet və meteorların fotoqrafik müşahidəsi sahəsində tədqiqatlar aparırdılar. Rus hökuməti hər yerdə olduğu kimi, təhsilə böyük önəm verirdi. İlk rus məktəbi Daşkənddə açıldı, ardınca isə Türkistanın müxtəlif guşələrində yerli sakinlərin uşaqlarının da oxuduğu məktəblər fəaliyyətə başladı. Bu məktəblərdə dərs verən müəllimlərin hazırlanması üçün 30 avqust 1879-cu ildə Türkistan Müəllim Seminariyası açıldı. Seminariyanın açılışı zamanı Türkistan məktəblərinin baş inspektoru Aleksandr Kun demişdi: “Bizim məktəblər həmişə orada oxuyan hər bir şagirdin dini inamına hörmətlə yanaşacaq. Biz heç kəsi öz dinindən döndərməyə çalışmayacayıq. Rus məktəblərini açmaqda yalnız bir məqsədimiz vardır: yerli xalqlar arasında ümumbəşəri maarıfləndirmə aparmaq və onlara öz milli maraqlarını qorumaqda kömək etmək. İstəyimiz yerli sakinlərin rus dilini öyrənməsi yollarını asanlaşdırmaq və onların maraqlarını dövlətimizin maraqları ilə qovuşdurmaqdır”.
 Daşkənddə köhnə şəhərə bitişik müasir tələblərə cavab verən şəhər tikildi. Yeni şəhərin enli küçələri, dəbdəbəli ictimai binaları, yaşılığa və gül-çiçəyə qərq olmuş meydanları vardı. Zəlzələ ehtimalını nəzərə alaraq ikimərtəbəli binalara çox da üstünlük verilmirdi. Ruslar ingilislər kimi yerli sakinlərin əlindən torpağını zorla almadılar, məskunlaşdıqları hər bir yerdə torpağın pulunu artıqlaması ilə ödəyirdlər. Diyarın bütün general-qubernatorları yaşıllaşdırma işini daim diqqətdə saxlayırdılar: əsas yaşayış məntəqələrinin hamısında qovaq, akasiya, qarağac, göyrüş və tut ağacları əkilmişdi. Əkilmiş ağaclar ilin quraq fəsillərində gün ərzində iki dəfə- səhər və axşam suvarılırdı. Nəticədə sıra ilə düzülmüş ağaclarla əhatələnmiş küçələr, səliqəli parklar, bəzi yerlərdə isə hətta meşələr yarandı. Bomboz Türkistan şəhərləri məhz rusları sayəsində yaşıllığa qərq oldu. Qovaq ağacları ilə bol xiyabanlar şəhəri geniş göstərirdi. Fərqanənin Margilan şəhərində onlarla belə geniş və kölgəli küçələr vardı. Hamar döşənmiş bu küçələr hər gün sərin olmaq üçün arxların suyu ilə isladılırdı və basdırılmış fonarlarla gecələr işıqlandırılırdı. Rusların ayağı dəymiş bütün məntəqələrin sivil görüntüsü yaranmışdı. Ruslar adətləri üzrə öz yaşadıqları həyətlərdə müxtəlif növ güllər əkirdilər ki, bu da həmin məntəqələrə xüsusi gözəllik verirdi: həmin küçələrdən keçmək çiçəklərin rəngarəng ətri ilə müşayiət olunurdu. Güllərdən başqa həyətlərdə alma, armud və üzüm ağacları əkilmişdi. Türkistanlılar ruslardan komfort həyat tərzini öyrəndilər. Rusların tikdiyi evlərin tavanı daha hündür və divarı daha qalın olurdu ki, günorta havanın qızmar olduğu vaxtlarda da sərinliyi qoruyub saxlayırdı. Evlərin hamısının səliqəli əhatələnmiş standart həyəti, bəzi yerlərdə isə hətta yayda çimmək üçün arx suyu ilə doldurulan hovuzları da olurdu.
 1894-cü ildə Daşkənd Realnı Məktəbi fəaliyyətə başladı. 1898-ci ildə məktəb üçün xüsusi imperiya proyekti ilə yeni dəbdəbəli bina tikilkdi. Binanın ön hissəsində fizika, kimya, coğrafiya və rəssamlıqla məşğul olmaq üçün xüsusi kabinetlər, arxa hissəsində kitabxana, xidmət otaqları və şagirdlər üçün mənzillər, ikinci mərtəbəsində isə balkona çıxışı olan geniş akt zalı vardı. 1899-cu ildə Daşkənd Dəmiryolu Vağzalı tikilib istifadəyə verildi. 1909-cu ildə İctimai Yığıncaq binası, 1912-ci ildə isə Türkistan Məhkəmə Palatası və Dairə Məhkəməsi binaları tikildi.
 Artıq 20-ci əsrin əvvəllində 200 min əhalisi olan Daşkənddə Realnı Məktəbi, Kişi Gimnaziyası, Qadın Gimnaziyası, Müəllim Seminariyası, Mariinskoe Dördillik Qadın Məktəbi, qadınlar üçün Özəl Hazırlıq Məktəbi, 2 Dördillik Kişi Məktəbi, Sənətkarlıq Məktəbi, Texniki Dəmiryolu Məktəbi, Hərbi Məktəb, Kadet Korpusu, Gizirlər Məktəbi fəaliyyət göstərirdi. Yerli əhalidən olan zabitlərin hazırlanmasına böyük diqqət yetirilirdi. Daşkənd Kadet Korpusuna Çarın oğlu knyaz Aleksey Nikolayeviç özü şeflik edirdi və bura mühazirə oxumaq üçün ölkənin məşhur hərbi xadimləri gəlirdilər. Daşkənd Gizir Məktəbi İmperiyanın adlı-sanlı məktəblərindən biri sayılırdı. 1874-cü ildə şəhərin su boruları və kanalizasiya sistemi tam qurulmuşdu. 1902-ci ildə şəhərdə atlı dəmir yolu, 1913-cü ildə isə tramvay işə salındı. 1917-ci ildə fəaliyyətdə olan yeddi tramvay liniyasının birgə uzunluğu 20 versti əhatə edirdi. 1902-ci ildə “Dünya səyahəti” jurnalında məqalə ilə çıxış edən fransız səyyahı Türkistanın bu guşəsini Fransaya bənzədirdi. O şəhərdəki yaşıllıqdan, gül-çiçək, meyvə və su bolluğundan heyrətə gəlmişdi. Daşkəndin türklər yaşayan köhnə hissəsində isə küçələr o qədər dar və əyrü-üyrü idi ki, orada asanlıqla azmaq olurdu. Şəhərin müsəlman sakinləri fransız səyyahının yaddaşında rəngarəng al-əlvan xalatlar geymələri və səhərdən axşamadək çayxanalarda oturub yaşıl çay içmələri ilə qalmışdılar.
 Sırdərya çayından İmperator 1-ci Nikolay Romanov adına kanal çəkilərək Səmərqəndin Xocənd uezidinin Ac Çöl adlanan quru torpaqları suvarıldı və həmin yerlərdə 8 min desyatinə yaxın ərazidə pambıq əkildi. Kanalın çəkilməsi sayəsində Türkistanın bir vaxtlar ilan mələşən bu guşəsi bərəkətli torpağa çevrildi. Yararsız və barsız çöllərdə irriqasiya işləri müntəzəm olaraq davam etdirildi. 1900-cu ildən etibarən uzunluğu 37 verst olan daha bir nəhəng kanal qazıldı, bəndlər və körpülər quraşdırıldı. Bununçün Mərkəzi Rusiya quberniyalarından böyük çətinliklə tikinti materialları- qum, sement, taxta-şalban, antrasit və neft, Dnepr sahillərindən isə qranit gətirildi. Tikintidə çalışanlar hamısı rus kəndliləri idi. Kanalın qazılmasında Putilov Zavodunun istehsalı olan 70 tonluq ekskavatordan və Lyubek Maşınqayırma Zavodunun 3 ekskavatorundan istifadə olundu. Böyük zəhmət və məsrəf hesabına başa gələn kanal 70 min desyatin ərazidə pambıq əkilməsinə imkan yaratdı. 5 oktyabr 1913-cü ildə kanalının təntənəli açılışı zamanı işlərə rəhbərlik edən mühəndis V.F.Tolmaçev demişdi: “Suvarma kanalının tikintisində əməyi olanların həyacanlı sevinci başa düşüləndir. Bu gün mədəniyyət günüdür, mühəndis bilikləri və incəsənəti günüdür. Bizim əməyimizin bəhrəsi çox nadir və sehrli bir gözəlliyə- yaxın gələcəkdə Ac Çölün canlandırılmasına, ölü səhranın çiçəklənən oazisə, barlı-bəhərli yaşayış yerinə çevrilməsinə xidmət edəcək”. Yazıçı V.P.Voşinin Romanov kanalını Rusiya İmperatorluğunun “Türkistandakı layiqli emblemi” adlandırmışdı.
 Volqaboyundan Türkistana gəlmiş tatarlar ruslarla yerli xalqlar arasında vasitəçi və tərcüməçi rolunu oynayırdılar. Türkistanlılarla eyni islam dininə mənsub olmaları və dillərinin oxşarlığı, o cümlədən Rusiya təbəələri olmaları onlara bir sıra üstünlüklər qazandırırdı. Onlar rusların türkistanlılar ilə ticarət əlaqələrində fəal iştirak edirdilər. Orta Asiyanın bütün böyük şəhərlərində tatar məhəlləsi var idi. Qazaxıstanın demək olar ki bütün şəhərlərində ilk məscidlər tatar tacirlərinin pulu ilə tikilmişdir. Bir çox tatarlar kazak ordusunda xidmət etdiklərindən Türkistan coğrafiyasına və mentalitetinə yaxından bələd idilər. O dövrdə Çar hökumətinin Türkistana göndərdiyi məmurların çoxu yerli dilləri bilmirdi. Yerli türk dillərini anlayan tatarlar həmin məmurlara tərcüməçilik edirdilər. Tatarlar yerli sakinlərin administrativ sənədlərlə bağlı və məhkəmə işlərini də aparırdılar.
 1875-1877-ci illərdə Uralın starover kazakları Amu-Dərya sahillərinə, indiki Qaraqalpaq ərazisinə köçürüldü. O vaxtdan rusların Orta Asiyaya kütləvi axını başladı. Ruslar regiona gələrkən özləri ilə yerli şəraif üçün ənənəvi olmayan müxtəlif yazlıq buğda, çovdar, yulaf, qarğıdalı, kartof, yonca, kətan, kələm, pomidor, şəkər çuğunduru toxumları gətirdilər və məhz o vaxtdan həmin məhsulların Orta Asiyada kütləvi əkininə başlandı. Əvvəllər az-az əkilən həmin məhsullar tədricən Orta Asiyanın müxtəlif guşələrində yetişdirildi. Orta Asiya xalqları əvvəllər keyfiyyətsiz pambıq növü becərirdilər ki, belə pambıq dünya bazarında heç bir dəyərə malik deyildi. Ruslar regiona naziklifli pambıq növü gətirdilər, 19-cu əsrin axırlarında onun geniş becərilməsinə start verdilər və Orta Asiya məhz həmin pambığın hesabına varlaşdı. Yerli əhali heyvandarlığın vacib elementi olan ot tədarükünü də ruslardan öyrəndi. Türkistan əhalisi əsrlər boyu tələfatı və cəfası çox olan yaylaq-qışlaq maldarlıq forması ilə məşğul olmuşdu. Alaçıq sisteminə öyrəşmiş türkistanlılar rus kəndlilərindən mükəmməl axur, tövlə və ferma sistemlərini mənimsədilər. Kənd təsərrüfatının inkişafı sayəsində bir müddət sonra türkistanlılar regionu ət, pambıq və bostan məhsulları ilə, rus kəndlilər isə çörək, tərəvəz, süd məhsulları ilə təmin etməyə başladılar. Rusların içində çoxlu ixtisas sahibləri- həkimlər, mühəndislər, ustalar, yer quruluşu mütəxəssisləri, irriqatorlar, aqronomlar, veterinarlar və başqa sənət adamları da gəldilər ki, həmin sənətlər barədə o vaxta kimi Türkistan diyarında anlayış belə yox idi. Çar hökumətinin qərarı ilə yaradılmış Rus-Yerli Məktəbləri diyarın sosial-mədəni inkişafında mühüm rol oynadı. Valideynlər dövlət xidmətində karyera qurmaq və alış-verişdə püxtələşmək məqsədilə övladlarını həmin məktəblərdə oxutmağa çalışırdılar. Rusların gəlişi ilə Türkistan diyarında mirzələr və mühasiblərdən ibarət orta təbəqə yarandı. Sivil orta və ali məktəblər fəaliyyət göstərməyə başladı və əhali əsaslı təhsil aldı. 1863-cü ildə Türkistanı gəzib dolaşmış macar alimi və səyyahı Arminiy Vamberi yazırdı: “Orta Asiya kimi vəhşi fanatizm, tamahkarlıq və  istibdad qalasına tez bir zamanda rus təhsil və mədəniyyəti otuzduruldu. Rusların Türkistanı tutması bu ölkənin əhalisi üçün xoşbəxtlik idi. Buna hətta İngiltərə belə etiraf etməlidir”.
 Türkistan yürüşlərinin iştirakçısı olmuş general-mayor Lev Kostenko yazırdı: “Rusiya Orta Asiyaya şöhrətpərəstlik niyyəti və mənfəət məqsədilə daxil olmamışdı. Məqsəd sülh yaratmaq, regionun istehsaledici qüvvələrinə təkan vermək və Türkistan məhsullarının Rusiyanın Avropa hissəsinə qısa ixracat yolunu açmaq idi”. Rusiya mahiyyət etibarilə İngiltərə kimi kolonial imperiya deyildi. Ruslar ingilislər kimi ilhaq etdikləri məkanlarda fəaliyyətdə olan infrastrukturu dağıtmır, əksinə inkişaf etdirərək tutarlı irriqasiya sistemləri yaradırdılar. Onlar ingilislər kimi tutduqları ölkələrdə yerli qaydaları silməyə və milli ənənələri məhv etməyə çalışmır, öz qaydalarını zor gücünə diqtə etmirdilər. Əksinə, yerli əhali ilə sıx təmasa girib, rahat inteqrasiya atmosferi yaradırdılar. Yerlilərin müsbət xüsusiyyətlərini seçib fərqləndirərək, yüksəldirdilər. Bir növ yerli və rus mədəniyyətinin assimilyasiyası baş verirdi. İngilis diplomatı və tarixçisi lord Kerzonun dediyi kimi, ruslar yerli xalqlarla “sözün həqiqi mənasında qardaşlaşırdılar”. Ruslar ingilislərdən fərqli olaraq milli bağlantıları yox etməyə çalışmırdılar. Yerli əhalini pravoslavlığa yönəltmək üçün heç bir cəhd göstərmirdilər, islama dininə hörmətlə yanaşırdılar. Rus qanunları elə tətbiq olunurdu ki, şəriətə, o cümlədən müsəlman əmlak hüququna qarşı köklənməsin. Qafqazda olduğu kimi, Türkistanda da din xadimləri ilə ləyaqətlə rəftar edir, zadəgan təbəqəsindən olan bəylərin və tayfa ağsaqqallarının hörmətini gətirirdilər. “Türkistan diyarının idarə olunması haqqında əsasnamə” adlı dövlət sənədində deyilirdi: “Şəhərdəki ali siyasi hakimiyyət (polis və s.) yerli adamların içindən seçilmiş ağsaqqala məxsusdur”. Dövlət fərmanı ilə polis işçiləri, imamlar, molla və müdərrislər, hesabdar və mühasiblər, tələbələr, məmurlar, zadəgan və adlı-sanlı nəsil mənsubları mükəlləfiyyətdən azad edilmişdi. Birinci Dünya Müharibəsi zamanı Çar 2-ci Nikolayın əmri ilə polklardakı mollalara pravoslav rahiblərindən daha çox maaş verilmişdi. Cəbhəyə gedən adam işləyirdisə, maaşını ailəsi alırdı. Əsgər ailələrinə müavinət kəsilirdi.
 Rus hakimliyi özü ilə maarifləndirmə elementləri gətirirdi; xalqları orta əsrlər cəhalətindən qurtarır, özünəqapılma, aşağılıq və digər komplekslərdən çıxararaq proqresə rövnəqləndirirdi. Ruslar daxil olduqları yerlərdə fanatizmin və avamlığın aradan qaldırılmasında mühüm rol oynayan məktəblər, gimnaziyalar, kitabxanalar açırdılar. Türkistanda da hər yerdə ibtidai məktəblər, kişi və qadın gimnaziyaları fəaliyyət göstərirdi. Dünyəvi məktəblərlə yanaşı dini məktəblərin də sayı çoxalırdı ki, bu da əhalinin maddi rihafının yaxşılaşmasından irəli gəlirdi. Yerli dillərdə dərsliklər, ilk elmi işlər, bədii əsərlər işıq üzü görürdü. 1912-ci il Rusiyada fəaliyyət göstərən 23 müsəlman mətbəəsində qırğız dilində 36, sart dilində 40 kitab çap olunmuşdu. Həmin il Rusiyada müsəlman xalqların dillərində basılan kitabların sayı 2 812 000 nüsxə olmuşdu ki, onun 1 282 000-i islam məzmunlu idi. 1913-cü ildə Rusiya İmperiyasında fəaliyyətdə olan 9723 islam məktəbinin 6022-si, 1064 dini mədrəsənin isə 445-i Türkistanda diyarında idi. Türkistan general-qubernatorluğunun beş vilayətində 12 733 məscid, o cümlədən 1503 cümə məscidi vardı ki, bu da Rusiya İmperiyasında olan məscidlərin ümumi sayının 50 faizini təşkil edirdi. Hökumət məktəblərində müsəlman şagirdlərin dərs proqramına Quranın öyrənilməsi, islamın əsasları və ərəb dili də salınmışdı ki, bu məktəblərdə oxuyan yerli uşaqlar islamı dini məktəblərdə oxuyan uşaqlardan qat-qat yaxşı bilirdilər. Zadəgan ailələrindən olan uşaqlar Peterburqa oxumağa göndərilirdi. Kənd təsərrüfatı, meşəçilik, ipəkçilik, pambıqçılıq və çətlikçiliyin inkişafı üçün sanballı addımlar atılırdı. Belə addımlar bir daha onu göstərirdi ki, Rusiya İngiltərə kimi region xalqlarını qul etmək, kənar qövmləri genosidə uğratmaq üçün gəlməyib. Nəticədə Türkistan qabaqcıl rus mədəniyyətinə oturuşur, iqtisadi əlaqələr genişlənir, təsərrüfatçılıq çiçəklənirdi.
 Rusiya prezidenti Vladimir Putin demişdir: “Vaxtilə “Xalqlar həbsxanası” damğası vurmağa çalışdıqları Rusiyada əsrlər boyunca hətta ən xırda bircə etnos belə itmədi. Onlar hamısı nəinki daxili sərbəstliklərini və mədəni identikliklərini, həm də tarixi məkanlarını qoruyub saxladılar”. Müqayisə üçün deyək ki, almanların minillik boyunca həyata keçirdikləri Şərqə doğru genişlənmə (“Dranq nax Osten” - “Şərqə həmlə”) siyasəti nəticəsində, Polab slavyanları və Baltik dənizi sahillərində yaşayan prusslar identikliyini itirərək almanlaşdı və katolikləşdi. Onların milli dili və mədəniyyəti yerli dibli-məhv oldu, tam itdi. Bundan başqa, almanlar lujiçanları, çexləri, polyakları, estonları, latışları və digər xalqları da etnosidə məruz qoydular. İngilislər Britaniya adasının yerli əhalisi britləri Yer üzündən sildilər. Onlar əsrlər boyu vallisləri, şotlandları, irlandları və Dumanlı Albionun yerli sakinləri olan digər kelt xalqlarını etnosidə uğratdılar, demək olar ki dil və mədəniyyətlərini silməyə nail oldular. Amerikanlar qitənin yerli əhalisi olan hinduların büsbütün kökünü kəsdilər. “Odlu su”, yəni alkoqol, xüsusi rezervasiyalara qovma və birbaşa fiziki məhv yolu ilə onların axırına çıxdılar. Afrikadan Amerikaya qul kimi satılmaq üçün daşınan zəncilərin 100 milyona yaxını yolda öldü, gəmilərin anbarında can verdi. Ruslar isə ilhaq etdikləri yerlərdə yüzlərlə etnosun hərtərəfli rəngarəngliyini qoruyub saxladılar. Polşa, Finlandiya, Volqaboyu, Ural, Sibir, Uzaq Şərq, Alyaska, Orta Asiya, Qafqaz - Rus hakimliyinin bərqərar olduğu bütün yerlərdə xalqların dili, mədəniyyəti və dini daha da inkişaf etdi, əhali sayı nəinki azaldı, əksinə get-gedə daha yüksək templərlə artdı.
 İngilislər tutduqları ölkələrin sakinlərini istismar etmək, dəniz quldurluğu, çəpərləmələr, qul alveri, müstəmləkələri talamaq yolu ilə böyük sərvət toplayırdılar. Həmin sərvəti iri müəssisələr tikməyə sərf edirdilər. Lord Dalxauzi Hindistanın “mərkəzləşdirilməsi” adı altında “Vərəsəsizlik doktrinası” həyata keçirdi ki, həmin siyasətə əsasən hindlilərin torpaqları əllərindən alınır və indiki BP kompaniyasının sələfi olan Ost-Hind kompaniyasının mülkiyyətinə verilirdi. Nəticədə Mərkəzi, Qərbi və Şərqi Hindistan ərazilərindəki torpaqlar hindlilərin əlindən çıxaraq Ost-Hind şirkətinin ixtiyarına keçdi. 19-cu əsrin birinci rübündə İngiltərə hökumət orqanları işğal edilmiş ərazilərdə torpaq vergi sistemi tətbiq etdilər ki, həmin vergi əhalinin güzaranı acınacaqlı hala saldı. Min illər boyu Hindistanda əl ilə toxuma və boyama sənəti inkişaf etmiş və təkmilləşmişdi. Lakin ingilislər gələndən sonra konveyer üsulu ilə istehsalat tətbiq etdilər ki, bu da regionun istisadi cəhətdən çökməsinə gətirib çıxardı. Əhaliyə Ost-Hind kompaniyasının icazəsi olmadan alver etmək belə qadağan olundu. İngilislərə qarşı kütləvi etirazlar baş qaldırsa da, hamısı qanla yatırıldı. 20-cu əsrin ortalarında kolonizatorların işğalçı siyasəti daha da gücləndi. İngilislər qəsdən dözülməz siyasət həyata keçirdilər və regionda qoy xalqların kütləvi məhvinə səbəb oldular. 1943-cü ildə məhsulun olmadığı bir şəraitdə ingilislər Şimali Benqaliyadan 80 000 ton buğda apardılar. Bundan başqa, onlar balıqçılarda olan bütün qayıqları zorla müsadirə etdilər. Qayıq vasitəsilə əhali həm balıq tutub dolanır, həm də bazarlara ərzaq məhsullarının daşınmasını həyata keçirirdi. Nəticədə benqal xalqı səfil vəziyyətə düşdü və aclıqdan bir neçə milyon insan öldü. İngilislər hindlilərin dini işlərinə də burun soxurdular: onlar bir sıra qədim rituallara, eləcə də yeniyetmələrin evlənməsinə qadağa qoymuşdular. Katolik missionerləri əhalinin dinini dəyişməyə cəhd göstərirdilər. Hindistanda yeni məktəblər açdıqları halda, İslam şəriətini öyrədən bütün mədrəsələri bağlamışdılar. Xalqa rəhbərlik edə biləcək bütün alimlər və din adamlarını şəhid etmişdilər. Hətta tələbələri belə qətlə yetirmişdilər.
 Əlcəzairin 1830-cu ildən 1962-ci ilə qədər Fransa koloniyası olduğu dövrdə fransız əsgərləri milyonlarla yerli sakini öldürdülər. Onlar ölkənin kişi əhallisini qırır, qadın və uşaqları isə gəmilərə doldurub Polineziya adalarına göndərirdilər. 1843-cü ildə fransız zabitləri qayda qoymuşdular ki, 15 yaşına çatmış hər bir ərəbin başı kəsilməlidir. Onlar məscidləri uçurdur, qorxu yaratmaq üçün üləmaları və ağsaqqalları meydanın ortasına çıxarıb güllələyirdilər. Təkcə bir kəndin əhalisini qırdıqdan sonra min üç yüz insanın öldürüldüyünü saymışdılar. Məhv etdikləri kəndlərdəki evlərin əmlakını qarət edib aparırdılar. Fransız zabitləri kimin daha çox kəsilmiş qulaq yığacağı ilə yarışırdılar. 1954-cü ildən sonra kütləvi qətliamlar adi hal almışdı. Silahlı reydlər zamanı kəndləri sakinləri qarışıq yandırır, hamilə qadınların qarınlarını yırtıb uşaqlarını çıxarır, aman istəyənləri tüfəngin qundağı ilə döyürdülər. İnsanları heyvan kimi ovlayırdılar. Küçədən keçən insanların üstünə təlim görmüş itləri buraxır, yarımcan hala düşdükdən sonra güllələyib itlərə yedizdirirdilər. Qorxusundan öz yurdunu tərk edərək qaçaq düşmüş insanlar çöllərdə aclıqdan və soyuqdan qırılırdılar. Təkcə həbs olunanların salındığı konslagerlərdə yarım milyon adam ölmüşdü. Fransız hərbçiləri hətta alman faşistlərinin İkinci Dünya Müharibəsi zamanı tətbiq etmədikləri vəhşiliklər törədirdilər. Ələ keçirdikləri insanların bədəninə elektrik cərəyanı buraxmaq adi hal almışdı. Ərəbləri şüşə qırıntıları üstündə oturmağa məcbur edir, qızdırılmış kəlbətinlə dırnaqlarını çıxarır, kirpiklərini yandırır, alnının dərisini soyub skalp düzəldir, tikan tökülmüş xalçanın üstündə hellədirdilər. İnsanın bədəninin bir tərəfini ağaca, digər tərəfini maşına bağlayaraq dartıb parçalayırdılar. Zorla doyuncaya kimi su içirdir, sonra qarnı üstə çıxaraq tullanıb düşürdülər ki, nəticədə su yazığın ağzından, burnundan, qulaqlarından çölə tökülürdü. İnsana öz qəbrini qazmağa məcbur edir, boğaza kimi torpaqla doldurub günün altında susuzluqdan gəbərdirdilər. Ərəblərə özlərindən ağır yüklər daşıtdırır, dili ilə yolu süpürməyə məcbur edir, at əvəzi arabaya qoşurdular. Ən əyləncəli cəza növləri ot tayasını dağıdıb yenidən yığmaq, evin başına dayanmadan on saat dövrə vurmaq və hasarı söküb yenidən tikmək idi. İş o yerə çatmışdı ki, yerli sakinlərə cəza vermək “sənət”ini əsgərlərə mükəmməl öyrətmək üçün Fransa hökuməti Əlcəzairin Skidka şəhərində 11 may 1958-ci ilə qədər fəaliyyət göstərmiş xüsusi məktəb açmışdı.
 Səmərqəndlilər şəhərin baş seyidinin təhriki ilə ruslara qarşı çıxmaq istəyəndə şəhərin imamı onlara demişdi: “Ruslarla nə işinizə qalıb? Ruslar nəinki müsəlmanlara öz dini ayinlərini yerinə yetirməkdə mane olmurlar, hətta uçub dağılmış məscidlərimizi də bərpa edirlər. Biz məhz onların burda olması ilə sakitlik tapmışıq, ticarətimiz də yaxşı gedir. Tək mən yox, aqil adamların hansından soruşsanız, sizə deyər ki, biz indi rusların idarəçiliyi altında əvvəlkindən qat-qat yaxşı yaşayırıq. Buxara xanının və bəylərin vaxtında zülmdən başqa heç nə görməmişik”. Ruslar əhalinin malını zorla əlindən almır, havayı heç nə götürmür, aldıqları hər şeyin pulunu verirdilər. Onlar hər yerdə şən gəzir, göründükləri yerlərə şuxluq gətirirdilər; əhali ilə isti münasibətlərə girir və yerlilərə hörmətlə yanaşırdılar. Rus əsgərlərinə ölüm hökmü qorxusu altında talançılıq qadağan olunmuşdu və yerli əhali ilə maksimal dərəcədə mehriban davranmaq tapşırılmışdı. Ruslar alver işlərinə girişmir, yalnız alıcı rolu oynayırdılar. Rusların hətta kompakt yaşadığı Margilanda mağaza, anbar və eləcə də dəbdəbəli evlərin çoxu qırğızlara, bazardakı dükanlar isə 2-3 rus dükanını çıxmaq şərti ilə sartlara məxsus idi. Yerli sakinlər ruslara şaftalı, üzüm, yemiş satırdılar. Ruslar yerli tacirlər kimi xəsis deyildilər, aldıqları malın pulunu artıqlaması ilə qızıl pulla ödəyirdilər. Onlar yaxşı qiymətə camaatdan ət, düyü, un, arpa və yonca da alırdılar. Türkistan sakinlərinin ilk öyrəndikləri rus sözləri bunlar idi: qovyadina (mal əti), baranina (qoyun əti), salo (donuz piyi), pud (16 kiloluq çəki vahidi), funt (400 qramlıq çəki vahidi), rubl (kağız pul), kopeyka (dəmir pul), şelk (ipək), arşin (710 sm-ə bərabər olan ölçü). Rusların alış-verişi sayəsində Türkistanda ticarət geniş vüsət aldı və əhalinin güzəranı get-gedə yaxşılaşdı.
 Türkistan hərbi tarixini qələmə almış podpolkovnik D.Y.Fyodorov yazırdı: “Rus idarəçiliyi Orta Asiyada cazibədarlığı ilə özünə çəkirdi. Ona görə ki yerlilərə humanist sülhsevər münasibət vardı və bu xalq kütlələrində böyük rəğbət oyadırdı”. Ruslarda ingilislərdə olan yekəxanalıq yox idi. Türkistan diyarının sakinlərinə heç bir milli fərq qoyulmurdu; onlar bərabərhüquqlu Rusiya təbəələri sayılırdılar. Rusiya İmperiyası başqa imperiyalardan fərqli olaraq, ölkənin daxili vilayətləri ilə ucqarları arasında heç bir disbalans yaratmamışdı; Kaluqa şəhər əhli, yaxud Saransk kəndlisi ilə türkmən dehqanı arasında heç bir ayrıseçkilik tətbiq olunmurdu. Sırdərya quberniyası sakinin hüquqları Samara və ya İrkutsk quberniyası sakinlərinin hüquqları ilə eyni idi. Ruslar ingilislər kimi yerli əhaliyə qatarların 1-ci klass vaqonlarında getməyi qadağan etməyi, yaxud yeməkxanaların girişində “İtlərə və aborigenlərə giriş qadağandır” yazıb vurmağı ağıllarına da gətirmirdilər. Rusiya müsəlmanlarının mətbu orqanı olan “Tərcüman” 1884-cü ildə yazmışdı: “Rusiyanın ən çoxsaylı, əsas xalqı olan ruslar başqa xalqlar ilə dostcasına və sülh şəraitində yaşamaq kimi nadir və xoşbəxt xarakterə malikdirlər. Özgələrə paxıllıq, düşmənçilik, bədxahlıq adi rus insanın xasiyyətində yoxdur. Belə yaxşı cəhət Rusiyanın böyüklüyünün və əmin-amanlığının etibarlı təminatıdır”. Rusiya ilhaq etdiyi yerlərdə, dövlət sənədlərində də qeyd olunduğu kimi, “Rusiya vətəndaşlığı ruhu ilə çuğlaşmaq” atmosferi yaradırdılar. Kazaklar rus bayrağı altında hər yerə əmin-amanlıq gətirir və təsərrüfat quruculuğuna stimul verirdilər. Hökumət nümayəndələri türkmənlərə mütəmadi olaraq ərzaq yardımı edirdi. Çar administrasiyası Türkistanda əkinçilik işlərinin genişləndirilməsində maraqlı idi; yerli əhalini bu işə həvəsləndirir, buğda və digər dənli bitkilərlə təmin edirdi. Ruslar suvarma sistemlərinin yaradılmasında da türkmənlərə köməklik göstərirdilər.
 1880-cı ildə Xəzəryanı Dəmiryolunun tikintisinə başlandı. Bu yol Orta Asiyanın Qızıl-Arvat, Aşxabad, Kaqan, Səmərqənd, Əndican və Daşkənd kimi vacib məntəqələrini birləşdirdi. O vaxta kimi pambıq Sırdərya və Fərqanə vilayətlərindən araba və dəvələrlə Səmərqəndə gətirilir, burada vaqonlara yüklənərək Xəzər sahilinə daşınır, gəmilərə vurularaq Astarxana aparılır, burada isə yenidən vaqonlara yüklənərək Rusiyanın tekstil fabriklərinə göndərilirdi. 1906-cı ildə tikilən Orenburq-Daşkənd Dəmiryolu pambığın əziyyətli və uzun-uzadı daşınmasına son qoydu; Fərqanədən Moskvaya göndərilən pambıq ay yarıma gedib çıxırdısa, indi həmin müddət 18-20 günə endi. 1915-ci ildə Fərqanə vadisinə şimaldan və Buxara əmirliyinə cənubdan daxil olan dəmir yolları çəkildi ki, bu da regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına əsaslı təsir göstərdi. Orta Asiyanı Rusiyanın sənaye mərkəzləri ilə birləşdirən dəmir yolu xətləri regionun Ümumrusiya iqtisadi bazarına isteqrasiyasına təkan verdi. Mal mübadiləsi kəskin surətdə artdı. 1914-cü ildə Rusiyadan Orta Asiyaya 243,6 milyon manatlıq mal gətirilmiş, Rusiyaya isə 269 milyon manatlıq məhsul satılmışdı. Türkmənlər Rusiya bazarlarına pambıq, qurudulmuş meyvələr, papaqlıq qaragül dərisi, müxtəlif dəri məmulatları satırdılar. Ticari əlaqələrin genişlənməsi nəticəsində xalqın güzaranı əvvəklindən qat-qat yaxşılaşdı. Dəmir yolu emalatxanaları və depolar Orta Asiyada fəhlə sinfinin yaranmasına şərait yaratdı. Türkistanın əsas kütləsini təşkil edən çobanlar, dehqanlar və köçkünlər yeni iş yerləri əldə etdilər. 1887-ci ildə isə Amudəryada Gəmiçilik İdarəsi yaradıldı. Altayda və Mərkəzi Qazaxıstanda qiymətli metal, kömür və dəmir yataqlarının işlənməsi ilə bağlı dağ-mədən sənayesi təşəkkül tapdı. Qərbi Qazaxıstanda neft çıxarılmağa başlandı. Çoxlu sənayə obyektləri, pambıqtəmizləmə, yağ emalı zavodları, ipək, mis qab-qacaq fabrikləri, dəri, sabun, duz emalı müəssisələri işə düşdü. 1914-cü ildə Xocənd qəzasında 8 pambıqtəmizləmə zavodu fəaliyyət göstərirdi.
 Türkistanın İmperiyanın tərkibinə daxil olduğu ilk 50 il ərzində Rusiya yerli infrastruktura 150 milyon rubl (indiki pulla ABŞ-ın Ümumi Daxili Məhsulunun 10 qatına bərabərdir), dəmiryollarının çəkilməsinə isə 164 milyon rubl pul qoymuşdu. Dövlət Türkistana hər il 3-5 milyon dotasiya ayırırdı. Türkistandan İmperiya büdcəsinə ilk gəlir isə yalnız 1909-cu ildə- 1 milyon rubl həcmində daxil olmuşdu. Odur ki, liberalların rus istilası haqqında sicilləmələri spekulyasiyaya hesablanmış nağıllardan başqa bir şey deyil. Rus idarəçiliyinin ingilis idarəçiliyindən fərqini görməmək üçün gərək elə ən axırıncı liberal olasan.
 1920-ci ildə Sovet hökumətinin yaranmasını türkmən dekxanları böyük sevinclə qarşıladılar. Sovet hakimiyyəti bərqərar olandan sonra Türkmənistan çiçəklənmə dövrünü yaşadı. Türkmən xalqı 15 qardaş xalqlar birliyinin bərabərhüquqlu üzvü oldu. Geridə qalmış kənd təsərrüafı ölkəsi tez bir zamanda SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi. Sovet hakimiyyətinin ilk günlərindən Rusiya Türkmənistana kənd təsərrüfatı maşınları, sənaye avadanlıqları, müxtəif növ taxıl toxumları və mütəxəssislər göndərdi. Sosialist Türkmənistanında əkinçilik və sənaye yüksək templərlə inkişaf etməyə başladı. Geridə qalmış, kustar istehsalat sahələrində cəmi minə yaxın fəhlənin işlədiyi kənd təsərrüfatı ölkəsi əkinçilik və sənayenin yüksək templərlə inkişaf etdiyi sosialist respublikasına çevrildi. 1913-cü illə müqayisədə 1966-cı ildə sənaye məhsullarının həcmi 33 dəfə, ağır industriya məhsullarının həcmi isə 58 dəfə artdı. Sovet hakimiyyəti illərində Türkmənistanda çoxlu sayda zavod və fabriklər tikildi. Aşqabaqdakı Kabel Zavodu, Neft-Maşınqayırma Zavodu, Şüşə və Tekstil Kombinatları, Çarjoydakı Superfosfat Zavodu, Kravnovodskdakı Neftayırma Zavodu, Çelekendəki Saja Zavodu bu sıradandır. Respublika iqtisadiyyatının inkişafında tikinti materiallarının istehsalı da mühüm rol oynadı. Yüngül sənaye, eləcə də qida sənayesi yüksək templərlə artdı. Xalçaçılıq geniş vüsət aldı və türkmən xalçaları bütün dünyada məşhurlaşdı. Qədim əkinçilər və maldarlar torpağında kvalifikasiyalı fəhlələr və ali təhsilli mütəxəssislər ordusu formalaşdı. Buruq ustaları, mühəndislər, maşinistlər, texniklər, alimlər türkmən cəmiyyətinin hörmətli və imkanlı təbəqəsinə çevrildilər.
 Sovet hökumətinin tikdiyi Qaraqaum kanalı, Taşkepri, Sarı-Yazi, 1-ci və 2-ci Tecen su anbarları bir vaxtlar susuzluqdan ilan mələşən çöllərdə əkinçiliyin inkişafına təkan verdi. Minlərlə hektar münbit torpaq ərsəyə gəldi. İnsan əyağı dəyməyən susuz səhrada yüksək keyfiyyətə malik naziklifli pambıq əkilməyə başlandı. Nebit-Dağ, Qum-Dağ, Qoturtəpə, Okarem, Barsa-Gelmes, eləcə də Çeleken yarımadasındakı neft mədənlərinin istismarı ilə Türkmənistan respublikası SSRİ-də neft istehsalına görə Rusiya və Azərbaycandan sonra üçüncü yeri tutdu. 1967-cı ildə Türkmənistanda 1913-cü il ilə müqayisədə 93 dəfə çox- 12 milyon ton neft çıxarılmışdı. Türkmənistan qaz, şişə istehsalı və kimya sənayesi üçün qiymətli xammal olan sulfat natriya da ixrac etməyə başladı. Ölkədə Sovet illərində Çar dövründən 10 dəfə çox pambıq yığılırdı. “Gülabi”, “vaharman”, qarrıqız” yemiş sortları Rusiya bazarlarında satılırdı.
 1954-cü ildə uzunluğu 1400 kilometr olan V.İ.Lenin adına Qaraqum kanalı tikilməyə başlandı. Bu nəhəng suvarma magistralı ilk növbədə Amudərya və Murqab çaylarının, sonra Murqab və Tecen çaylarının sularını birləşdirdi, daha sonra isə paytaxt Aşqabada kimi uzandı. Kanalın tikilməsində Sovet İttifaqının 36 millətinin nümayəndələri çalışdılar; məhz bu səbəbdən həmin möhtəşəm tikintini SSRİ Xalqlar Dostluğunun Tikintisi adlandırırlar. Qaraqum kanalının suyu yüz minlərlə hektar torpağı əkməyə imkan yaratdı. Sovet hökumətinin sayəsində min illər boyu əkilməyən xam torpaqlar istifadəyə verildi, bostançılıq və pambıqçılıq sürətlə inkişaf etdi. Kanalın çəkilməsi heyvandalığın inkişafına da təkan verdi. Xam torpaqlarda əkilən arpa, yonca, süpürgəotu heyvandarlığı il ərzində yemlə təmin etməyə şərait yaratdı. Yeni otlaq sahələri yarandı. İndi türkmənlər həmin kanalı Qaraqum çayı adlandırırlar.
 1914-1915-ci illərdə Xəzəryanı bölgədə cəmi 58 mətəb vardısa, 1966-1967-ci illərdə Türkmənistanda artıq 1409 məktəb vardı ki, onlarda 400 minə yaxın şagird təhsil alırdı. Müqayisə üçün deyək ki, həmin dövrdə İranda hər 10 min nəfərə cəmi 4 tələbə düşürdüsə, Türkmənistanda 117 tələbə düşürdü. Türkmənistanın paytaxtı Aşqabadda Elmlər Akademiyası, Dövlət Universiteti, institutlar və teatrlar fəaliyyət göstərirdi. Səhiyyə xidməti ABŞ, İngiltərə, Fransa kimi qabaqcıl kapitalist ölkələrindən belə qat-qat yüksək idi. Əgər hər 10 min nəfərə ABŞ-da 12, İngiltərə və Fransada 11 həkim düşürdüsə, Türkmənistanda 21 həkim düşürdü. Nəzərə almaq lazımdır ki, həmin ölkələrdən fərqli olaraq Türkmənistanda səhiyyə pulsuz idi.
 Köhnə əsrlərdə Türkmənistanda qadının heç bir hüququ yox idi. Qadın hər zaman yaşmağa bürünməli idi; yaşmağın ucunu ağzında saxlamalı, dişlərinin ucunda sıxmalı idi ki, danışmasın. Sovet hakimiyyəti yarananda Türkmənistanda barmaqla sayılacaq qədər varlı ailədən olan savadlı qadın vardı. Sovet hakimiyyərə bərqərar olandan sonra isə qadınlı-kişili hamıya məcburi təhsil verildi. Çoxlu sayda qadın ali məktəblərə qəbul olundu. Ölkədə çoxlu qadın alimlər yetişdi. Sovet dövründə Türkmənistanda xalq təsərrüfatı sahəsində 100 min qadın çalışırdı; onların 25 mini yüksək vəzifələr tuturdu. 4 mindən çox qadın SSRİ-nin müxtəlif orden və medallarına layiq görülmüşdü, 50 qadın isə Sosialist Əməyi Qəhrəmanı adı almışdı.
 Əsrlər boyu oturaq həyat tərzi keçirən türkmənlər xırda palçıq evlərdə, köçəri türkmənlər isə çadırlarda yaşamışlar. Sovet dövründə Türkmənistanda yüzlərlə müasir tələblərə cavab verən abad qəsəbələr tikildi. Şəhərlərdə çoxmərtəbəli binalarından ibarət məhəllələr meydana gəldi. Paytaxt Aşqabad 1948-ci ildə zəlzələ nəticəsində demək olar ki bütünlüklə yerli-yeksan olsa da, Sovet hökuməti onun yenidən ucaltdı. Şəhərdəki binalar ən güclü zəlzələyə belə davam gətirəcək bir halda tikildi. Nebit-Dağda neftçilər üçün möhtəşəm bir şəhər ərsəyə gəldi. Şəhərdə kinoteatrlar, klublar, kitabxanalar tikilərək zəhmətkeşlərin istifadəsinə verildi. Bir vaxtlar külək vıyıldayan, kol-kos belə olmayan, hətta dəvətikanı bitməyən qumluqda akasiya, qarağac və tut ağacları əkildi, şəhər yaşıllığa qərq oldu. Ümumittifaq Elmi-Tədqiqat Neft-Qaz İnstitutunun Nebit-Dağ filialı fəaliyyətə başladı. Bir vaxtlar sahilindəki hambalların bolluğu ilə yadda qalan Krasnovodsk bər-bəzəkli, canlı şəhərə çevrildi. Orta Asiyanın dəniz qapısı sayılan bu liman şəhərində ağır yükləri qaldıran kranların hərəkəti, paraxodların fiti, katerlərin şütüməsi ilə müşayiət olunan qızğın iş getdi. Xəzər dənizinə və Qaraqum kanalına Rusiyanın Nijni Novqorod şəhərində düzəldilmiş gəmilər gətirildi. Ölkədə zavod və fabriklərin sayı get-gedə daha da artdı, kimya sənayesi inkişaf etdi. Respublikanın bütün yaşayış məntəqələri qazlaşdırıldı. Beşillik plan ərzində 3 min kilometrlik nəhəng Orta Asiya-Mərkəz qaz kəməri çəkildi. Həmin kəmər ilə hər il Darvaza, Bayraməli, Samantəpə və Qamışlıq rayonlarından çıxarılan 20 milyard kubmetr qaz Sovet İttifaqının mərkəzi sənaye rayonlarının xalq təsərrüfatı ehtiyacları üçün transport olundu. Türkmənistanın başqa Sovet respublikaları ilə hərtərəfli və davamlı iqtisadi münasibətləri yarandı. Respublika neft, qaz, elektrotexnika sənayesi məhsulları, ventilyator, nasos, saja, şüşə, sulfat, kükürd, yod, brom, pambıq, yun, qaragül dərisi ixrac etməyə başladı. Sovet respublikalarından isə Türkmənistana sənaye cihazları, dəzgah, maşın, traktor, kombayn, kənd təsərrüfatı avadanlıqları, dəmir boru, qara metal, çuğun, ferrorərinti, taxta-şalban, gübrə göndərildi.
 Türkmənlər sosial, iqtisadi və mədəni sahələrdə sadaladığımız irəliləyişlərə məhz rusların sayəsində nail oldular. Türkmən şairi Raxmed Seyidov bu münasibətlə rus xalqına müraciətlə yazdığı şeirdə deyirdi: “Ustadımız və qardaşımız bizim!/ İlk olaraq sən türkmənlərə qucaq açdın/ Biz də sənə qardaş kimi ürəyimizi verdik/ Və əvəzində sənin ürəyini aldıq”.

“Avrasiya tarixinin bəzi aspektləri” kitabından

Комментариев нет:

Отправить комментарий