Страницы

15.04.2016

Türklərin bizə münasibəti

Fidan Fəradi

Azərbaycan oğlanları türk seriallarında mişobba kimi çəkilir, çuçila kimi təqdim edilir. Soxulcanlar vadisi serialında Azərbaycanın kqb-çilərini göstərmişdilər. tam bir mişobba. Türk nə deyir bunlarda qoyun kimi başlarını sallayır. Aciz ölüvay adamlar kimi göstərdilər bizimkiləri. Yaxşı cazibə serialında Cazibənin Bakıdan tanıdığı azərbaycanlı oğlanı da çuçila kimi göstərdilər. Serialın sonunda Cazibənin özünü nömrə 1 faişə kimi göstərdilər. Azərbaycan qızlarını fahişə kimi göstərirlər. Moda proqramlarına, evlənmə proqramlarına harda küçədə qalan, yüngül azəri qızı var məxsusi olaraq onları tapıb çıxarırlar ki azərbaycanlıları pis qələmə versinlər.
Orda işləyən azərbaycanlı aktrisalara qulluqçu rollarını, yada evli kişilərin ailəsini dağıdan qadın rollarını verirlər.
Türklərin bizə məhz belə tərzdə yanaşması türklərə qarşı nifrət yaradır bizim bir balaca düşünməyi bacaran insanlarımızda.
Türkiyə höküməti isə öz telekanallarında gedən bu qara siyasətin qarşısını ala bilmir. Bəhanə gətirir ki özəl kanallardır, dillənə bilmərik. Özəl kanallar açılarkən dövlətlə bağladıqları müqaviləyə görə dövlətçilik əleyhinə informasiyalar, dövlətin, xalqın əleyhinə məlumatlar, təbliğatlar aparılmayacaq. Özəl o demək deyilki ağlına nə gəldi etsin proqramlarda. O kanalların Azərbaycana qarşı etdikləri çirkinliklər birbaşa Azərbaycan və türk xalqları arasındakı münasibətlərə təsir edəcək qədər böyükdür. Burda söhbət azəri qızlarının əxlaqından və azəri kişilərinin qeyrətindən gedir. 
O telekanallarda Azərbaycan haqqında təqdim edilən çirkin hərəkətlərin iki səbəbi ola bilər.
1. Türkiyə dövlətinin öz razılıqı ilə hazırlanır o proqramlar.
2. Türk dövlətinin gücü çatmır o telekanallara.
Əgər 1-ci səbəbdirsə, o zaman bu barədə danışmağa ehtiyac yoxdu. Əgər 2-ci səbəbdirsə, onda belə bir sual ortaya çıxır. Əgər bir dövlət ki öz verdiyi icazə ilə açılan bir neçə telekanalla bacara bilmirsə, o zaman bu aciz dövlət başqa bir dövləti necə qoruya bilər? Azərbaycanda hansı özəl telekanal türk qızlarını fahişə kimi göstərə bilər? O kanal elə həmin gün bağlanar, o serial elə həmin gün ekrandan yığışdırılar. Azərbaycan höküməti bütün telekanalları ovcunda saxlayıb. Hansı kanalın hünəri var ki Türkiyə əleyhinə təbliğat aparsın? Bunu nəzərə alsaq, yeri gələndə Azərbaycan
Türkiyəni qoruya bilər, nəinki Türkiyə Azərbaycanı.
Başqa bir nüans. Türkiyə millət vəkilləri AŞPA da Dağlıq Qarabağla bağlı qətnamələrin qəbulu üçün keçirilən səsvermə zamanı Azərbaycanın lehinə səs vermədilər. Həmin qətnamə Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentari Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabat idi.
Bundan sonra türklər yalandan riyakarcasına deyirlər ki o deputatlar öz şəxsi seçimlərini ediblər. Kimi ələ salırlar bunlar? Onları ora dövlət göndərir və onlar orda dövlətin maraqlarını təmsil edirlər. Necə yəni, onlar öz seçimlərini ediblər? Təmsil etmək üçün göndərilən bütün nümayəndələr hamısı dövlətin diktəsi ilə hərəkət edirlər. Onlar ora gedəndə bilirdilər ki gündəlikdə hansı məsələlər olacaq. 
Əgər onların dediyi kimi millət vəkilləri öz istədikləri kimi səs veriblərsə, deməli dövləti saymırlar, deməli Türkiyə dövlətinin daxilində hərc-mərclik var. Belə bir dövlət nəinki başqa dövləti, hətta özünü belə qoruya bilməz. Necə ki qoruya bilmir.

Комментариев нет:

Отправить комментарий