Страницы

05.05.2016

Eninə və uzununa dalğalar

Fidan Fəradi

Düşüncə, duyğular, xarakter, psixoloji vəziyyət, insanın sosial münasibətləri, insanın maddə və əşyalarla münasibəti məhz onun məna aləmindən qaynaqlanır. İnsanların müxtəlif xasiyyətli, müxtəlif dünya görüşlü olmaları, eyni hadisəyə müxtəlif reaksiya vermələri onların məna aləminin sındırma əmsalından asılıdır. Eyni ilə dispersiyada olduğu kimi. Necə ki, bir ağ işıq prizmadan keçəndən sonra yeddi rəngə ayrılır, hər hansı bir hadisə də insanda müxtəlif fikirlər, müxtəlif duyğular yaradır. Cəmiyyətin özünü də böyük bir prizmaya bənzətmək olar. Bir hadisəyə cəmiyyətdə müxtəlif reaksiyalar verilir. Cisimlərin müxtəlif rənglərdə  görünməsinin səbəbini fizikadan belə öyrənmişik ki, cisim üzərinə düşən ağ işığın tərkibindəki yeddi rəngdən birini geri qaytarır, onu udmur. Hansı rəngi qaytarırsa biz cismi o rəngdə görürük. Bir insanın nəyə əsəbləşdiyinə baxıb onun xasiyyətini müəyyən etmək olar. 
Müəyyən bir xəbərin, hadisənin cəmiyyətdə yaratığı dalğaları eninə və uzununa dalğalarla izah etmək mümkündür. Eninə dalğalarda qabarıqlarla çöküklər bir-birini əvəz edirlər. Enerji alan zərrəcik dalğavarı hərəkətə cəlb olunur. Sonra aldığı enerjini qonşu  zərrəciklərə  ötürür.  Hüygens  prinsipində deyildiyi kimi dalğanın çatdığı hər bir nöqtə özü yeni dalğa mənbəyinə çevrilir. Böyük xəbər (şad xəbər yada acı xəbər) alan bir insan bu xəbərlə böyük enerji alır. Xəbərin təsiri ilə daxili “həyacan” və “titrəyiş” keçirir. Sonra həmin xəbəri başqaları ilə bölüşür və özü də xəbər mənbəyinə çevrilir. Həmin xəbər o insanlarda da daxili “həyəcan” yaradır, beləcə xəbərlər uzaq məsafələrə ötürülür. Uzununa dalğalarda sıxlaşmalarla seyrəkləşmələr bir-birini əvəz edirlər. Cəmiyyətdə baş verən ictimai, siyasi və s. hadisələrdə həmfikir olan insanlar mənən və cismən bir-birlərinə yaxınlaşır, fərqli və əks düşünən insanlar isə mənən və cismən bir-birlərindən uzaqlaşırlar. Uzununa dalğalarda olduğu kimi cəmiyyətdə seyrəkləşmə və sıxlaşmalar yaranır. 
Bor postulatlarında deyilir ki, elektronlar hər birinə müəyyən enerji uyğun gələn stasionar hallarda yerləşirlər. Elektron şüa udanda enerjisi artır və böyük enerjili hala keçir. Elektron şüalandıqda isə enerji itirir və kiçik enerjili hala keçir. İnsan psixologiyasında da belə hadisələr baş verir. İnsana kənardan heç bir təsir olmadıqda o öz həyatından razı olub, heç bir şey etməyə çalışmayacaq, elektron kimi öz stasionar halında qalacaq. İnsana ruhlandırıcı, cəsarət verici sözlərlə, hərəkət və davranışlarla təsir etdikdə onun mənəvi enerjisi artacaq, irəliyə getməyə çalışacaq. İnsana ruhdan salan söz deyilsə bu söz onun mənəvi enerjisini azaldacaq, çünki belə sözlərdə mənfi enerji var. Nəticədə həmin insan geriləməyə başlayacaq. 
Millətlərın başına gələn bəlalarda həmin millətlər özləri hardasa səhlənkarlıq ediblər, qoruna bilməyiblər. Soyuqqanlı davranmayıb panikaya düşüblər xalq olaraq. Xalqda parçalanma yaranan anda düşmən qüvvələri xalqın içinə nüfuz edir. Buna fizikada diffuziya deyirik. Diffuziya - müxtəlif maddələrinin bir birinə qarışmasıdır. Bir maddənin molekulları digər maddənin molekulları arasındakı boşluqlara dolur.
Xristian dinində müqəddəslərin başı üzərində təsvir olunan işıqlı halə eyniylə Yer ətrafında yağışdan sonra yaranan göy qurşağına bənzəyir. 
Yağış yağıb havanın bütün tozunu, qumunu təmizlədikdən sonra Günəş çıxır hər tərəf işıqlanır, Günəş işıqları havada xırda su damcılarının üzərinə düşüb bu damcılardan havaya çıxanda işığın dispersiyası baş verir və ağ işığın tərkibində olan yeddi rəng (qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi) bir birindən ayrılır və gözəl bir mənzərə yaranır. Bu hadisəyə işığın spektrə ayrılması deyirik biz fizikada. 
Göy qurşağı təmizlənməni, yuyulmanı, saflaşmanı bildirir. Biz həmişə göy qurşağını yarımçevrə kimi görürük. Hətta elə bilirik ki, göy qurşağının bir ucu bir şəhərdə, o biri ucu başqa şəhərdə torpağın üzərindədir. Əslində isə göy qurşağı bütöv bir çevrə şəklində Yerdən bir neçə km yuxarıda, səmada yaranır. Bu bötüv çevrənin yalnız yuxarı hissəsini biz görə bilirik. Aşağı hissəsinin qarşısını üzərində olduğumuz Yer kürəsinin aşağı yarımkürəsi kəsir. Ona görədə biz aşağı hissəni görmürük. 
İsa Məsihin başı üzərindəki haləyə də göy qurşağı kimi baxsaq, İsa Məsih-Qurtarıcı İsa yağışların yuyub təmizlədiyi Yerdir, başı üzərindəki halə isə NURdan, RƏBBdən gələn işıqlardır göy qurşağı yaradıblar.

Комментариев нет:

Отправить комментарий