Страницы

18.06.2016

Mark Tvendən xoşbəxtlik formulası

1. Özünlə yola getməyi bacar.

“Özündən narazı olan insan heç vaxt həyatdan razı ola bilməz”

Əgər sən özündən, öz davranış və hərəkətlərindən narazısansa, onda çox ehtimal ki daima narahatçılıq hissindən əziyyət çəkəcəksən. Özünə qiymət verirsənsə, həmişə rahat davranacaq, həqiqətən də istədiyin işi həyata keçirmək üçün daxili sərbəstliyə malik olacaqsan. Əgər sənin daxili sərbəstliyin yoxdursa, onda şəxsi inkişafla bağlı çətinliklərin olacaq. Sən hətta şəxsi inkişafa nail olmaq üçün üsullar fikirləşib tapsan da, daima daxili müqavimət hissi ilə üz-üzə olacaqsan. Məhz buna görə də qoyduğun məqsədə nail ola bilmirsən. Həqiqətən də istədiyin kimi insan olmaq üçün özünə imkan ver. Başqa insanların səni tərifləməsini gözləmə. Nailiyyətlərə görə özünü təqdir et. Daxili baryeri aş və özünə ziyan verəcək hərəkətlərə yol vermə. Bu, asan məsələ deyil, onun öhdəsindən gəlmək üçün vaxt tələb olunacaq.

2. Ola bilər ki, sən özünü fikrən çərçivəyə salırsan.

“Fikirləşdiklərin sənin yaşını müəyyən edir. Əgər onun haqda fikirləşmirsənsə, o mövcud deyil”

Əksər hallarda səni çərçivəyə salan şeylər öz beynində mövcud olanlardı. Məsələn, biz fikirləşə bilərik ki, boyumuzun qısalığı, yaşımızın uyğun olmaması və ya başımızda tükün az olması ətrafımızdakı insanları qıcıqlandırır. Lakin onlar o vaxt mövcud olur ki, biz onların mövcudluğu haqqında fikirləşirik. Bu zaman sən narahat olmağa və insanların sənin haqda nə fikirləşdiyini düşünməyə başlayırsan. İnsanlar da bunu hiss edərək buna pis reaksiya verə bilərlər. Digər tərəfdən, əgər sənin vecinə olmasa, əmin ol ki, ətrafdakı insanların da vecinə olmayacaq.

3. Rahat ol və əylən.

“Yumor bəşəriyyətə verilmiş ən böyük hədiyyədir”

“Hər şey gülüşün qarşısında acizdir”

Yumor və gülüş heyranedici vasitədir. Yumor istənilən ciddi bir situasiyanı əyləncəyə çevirə bilər. Onlar hər zaman və hər yerdə əhval-ruhiyyəni qaldıra bilər. Əhval yaxşılaşdıqda isə işləmək də rahat olur, ona görə ki, bu halda beyin pis emosiyalarla yüklənmir. Sən rahatlaşdıqda, problemləri həll etmək və onları aradan qaldırmaq da asan olur.

4. Qəzəbi kənarlaşdır.

“Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”

Qəzəb əksər hallarda mənasızdır. O, vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Yadda saxla ki, qəzəb sənə daha dağıdıcı təsir edir, nəinki hirsləndiyin insana. Başa düşməyə çalış ki, əgər daima kiməsə acıqlanırsansa, onda bu zaman sən daha çox özünə ziyan vurursan. Həmin insan isə səni bürüyən qəzəb hissindən heç şübhələnməyə də bilər. Ona görə də həyatı daha da xoşagələn etmək üçün sənə məsləhətim budur ki, həmin insanla danışaraq yaranan münaqişəni həll et və ya bu qəzəbdən tez bir zamanda xilas ol.

5. Elə düşünmə ki, hamı sənə borcludur.

“Dünyanın sənə borclu olduğunu heç kəsə bəyan etmə, çünki onun sənə heç bir borcu yoxdur. O, səndən əvvəl də mövcud olub”

Uşaq vaxtı valideynlərimiz bizə çox şey verə bilir. Buna görə də böyüdükdə, bizdə elə bir hiss yarana bilər ki, kimsə bizə nə isə borcludur. Sənə elə gələ bilər ki, dünya sənə istədiyin hər şeyi verməlidir və ya onun sənə borcu var. Bu səbəbdən sən çox vaxt əsəbələşəcəksən və qanın qaralacaq. Axı dünya sənə istədiyin hər şeyi verə bilməz. Başa düşməlisən ki, sənin həyatın yalnız sənin öz əlindədir.

6. Öz istəyinə görə nə isə edirsənsə, onda başqalarının mənfi reaksiyasına hazır ol.

“Yeni ideyaları olan insan onun ideyaları uğur qazanmayana qədər qəribə adam hesab olunacaq”

Əvvəl etdiyin bir şeyi başqa formada etməyə başlayanda insanlar buna müxtəlif cür reaksiya verə bilər. Kiminsə xoşuna gələcək. Kiminsə vecinə olmayacaq. Kimsə çaşqınlıq içində olacaq və kiminsə xoşuna gəlməyəcək və o əngəl törətməyə başlayacaq. İnsanların verdiyi reaksiya sizi deyil, onları əks etdirir. Mənə elə gəlir ki, onlar sənin fikirləşdiyin qədər pis reaksiya verməyəcəklər. Və ya heç olmasa onlar gec-tez səni rahat buraxacaq və öz işləri ilə məşğul olacaqlar. Əvvəldə dediyim kimi, başqa insanların sənin haqda nə dedikləri və fikirləşdikləri yalnız sənin öz beynində qurduğun fantaziya və maneələr ola bilər. Əmin ol ki, bunlar sənin məhsuldar və səmərəli qərar verməyinə əngəl olacaq.

7. İstədiyin şəkildə aksentləri vurğula.

“Bütün problemləri başından at. Qulaqlarını bağla, problemlər haqda fikirlərdən uzaq ol və ya istənilən üsullarla onlardan canını qurtar”

İlk diqqət yetirdiyin şey çox vaxt başa verəcəkləri müəyyən edir. Sən problemlərin arasında itib bata bilər və özünü cəfakeş və qurban obrazında qələmə verə bilərsən. Lakin nə isə müsbət bir şeyi taparaq, onu vurğulamaqla həyatı daha dözülə bilən etmək olar. Sən özündən asılı olmadan bütün fikrini daha faydalı nə isə bir şeyə deyil, problemlərə yönəldə bilərsən. Amma sən həm də öz fikirlərinə nəzarət etməyi öyrənə bilərsən və bununla da onları yenidən öz istədiyin istiqamətə yönləndirmək getdikcə daha asan olacaq.

8. Özünü necə yaxşı hiss etmək barəsində çox da fikirləşmə.

“Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasını ruhlandırmağa cəhd etməkdir”

Bu, müəyyən mənada məntiqə zidd ola bilər. Özünü yaxşı hiss etməyin ən yaxşı üsulu başqasının özünü yaxşı hiss etməsini təmin etmək və ya ona nə iləsə kömək etməkdir. Sən kiməsə kömək edirsən və buna görə də sən və kömək etdiyin insan özünü xoşbəxt hiss edir. Gün gələr, o da sənə öz kömək əlini uzadar, çünki insanlar borclu qalmağı xoşlamırlar. Bununla da siz bir-birinizə kömək etmiş olursunuz, hər ikiniz özünüzü yaxşı hiss edirsiniz. Belə müsbət hislər başqa insanlara da ötürülür və buna görə də sən dostlarının sənə göstərdiyi yardımdan ilhamlanaraq yenidən yaxşılıq etməyə başlayacaqsan. Beləliklə, “müsbət spiral” böyüməyə və davam etməyə başlayacaq.

9. İstədiyini et.

“20 il sonra sən etdiklərinə görə deyil, etmədiklərinə görə təəssüflənəcəksən. Ona görə də lövbəri qaldır və sakit limandan uzaqlaş. Yelkənin arxasından əsən küləyi yaxala. Arzu tut. Açılışlar et”.

banker.az

Комментариев нет:

Отправить комментарий